Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-229/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Müdafiəçi2, Müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Salyan rayonu, Komsomol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında tanış olduğu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığında yerləşən, istintaqla müəyyən edilməyən ünvanda cinsi əlaqədə olarkən mobil telefonla videoçəkiliş apararaq özündə saxladığı videogörüntünü 2021-ci ilin avqust ayında ünvan 1 ünvanında olarkən mobil telefonu vasitəsilə Zərərçəkmiş şəxs mobil telefonunun “whatsapp” mesajlaşma proqramına göndərərək sonuncunu onunla davamlı olaraq cinsi əlaqədə olmadığı halda həmin çəkilişi ailə üzvləri, yaxınları və sosial şəbəkədə yayacağı ilə hədələyib özündən asılı vəziyyətə salaraq Zərərçəkmiş şəxs asılılığından istifadə etməklə 2021-ci ilin avqust ayından 2021-ci ilin noyabr ayınadək olan müddət ərzində sonuncu ilə ayrı-ayrı vaxtlarda ünvan 1 ünvanında və istintaqla müəyyən edilməyən digər ünvanlarda mütəmadi olaraq cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs cinsi əlaqəyə girməyə məcbur etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayında avtomobilini icbari sığorta etdirmək üçün sığorta agentliyinə getmiş və həmin vaxt orada işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Daha sonra Sayalı ilə danışıb görüşmüşlər və Sayalının özünün razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Sayalı onun ailəli olduğunu bilirmiş və buna baxmayaraq onunla görüşmüşdür. O, Sayalı ilə ilk dəfə görüşəndə pul müqabilində görüşməsə də, sonrakı vaxtlarda onun bank kartına pul yükləmişdir. 2021-ci ilin yay ayında Sayalı ilə evdə görüşən zaman cinsi əlaqədə olduqlarını öz mobil telefonu ilə videokameraya çəkmiş, bu zaman Sayalı onu videoya çəkməsinə etiraz etmiş, o da çəkmədiyini bildirmişdir. Həmin videonu bir-iki gün sonra Sayalının həm şəxsi nömrəsinə, həm də əvvəl işlətdiyi iş nömrəsinə göndərmiş, öz telefonundan isə silmişdir. Sayalının əvvəl işlətdiyi iş nömrəsi bağlı olmuş, lakin o, həmin nömrənin “whatsapp” proqramından istifadə etmişdir. Belə ki, yadda saxlamalı olduğu məlumatları həmin nömrənin “whatsapp”ına göndərirmiş. O, videonu həmin nömrənin “whatsapp”ına təsadüfən göndərmiş və bu barədə Sayalıya da bildirmişdir. Sayalı bununla bağlı ona heç nə deməmiş və yenə də onunla görüşməyə davam etmişdir. Həmçinin qeyd etmişdir ki, Sayalı bir dəfə ona əvvəl işlətdiyi iş telefonunun nömrəsini şirkətə təhvil verməli olduğunu bildirmiş, avtomobildə birlikdə gedən zaman Sayalı həmin nömrəni aparıb iş yerinin yanındakı marketə təhvil verməsini xahiş etmiş, o da nömrəni götürüb marketə girsə də, nömrəni oraya təhvil verməmiş, sındırıb atmışdır. 11 dekabr 2021-ci il tarixinə qədər Sayalı ilə aralarında görüşməkləri ilə bağlı heç bir narazılıq olmamışdır. Onun Sayalı ilə münasibətlərinin pozulmasına səbəb sonuncunun anası olmuşdur. Belə ki, 11 dekabr 2021-ci il tarixində o, Sayalıya videogörüntülü zəng edən zaman telefonu Sayalının anası açmış və bundan sonra onların arasında olan münasibəti bilmişdir. Ondan sonra da polisə şikayət etmişdir. Polisə bildirmişlər ki, guya o, Sayalının videosunu tanışlarına göndərəcəyi ilə şantaj edərək sonuncunu onunla cinsi əlaqədə olmağa məcbur etmişdir. Halbuki o, heç vaxt Sayalını onunla cinsi əlaqədə olmağa məcbur etməmiş və onun videosunu heç kimə göndərməmişdir. Həmçinin bildirmişdir ki, o, Sayalının bacısı Şahid2, bibisi qızı Şahid3 Sayalı onunla danışmadığı vaxtlarda zəng etmiş və onlardan Sayalıya onun zənglərinə cavab verməsini demələrini xahiş etmişdir. Onların hər ikisinin də Sayalı ilə onun arasında olan münasibətdən xəbərləri olmuşdur. Onların nömrəsini ona Sayalının özü vermişdir. Sayalının anasına da bir dəfə zəng etmiş, buna səbəb isə o olmuşdur ki, Sayalı onunla danışan zaman internetin olmadığını demiş və inanmırsa anasına zəng edib yoxlamasını bildirmiş, o da ona görə Sayalının anasına zəng etmişdir. Anasının da nömrəsini ona Sayalının özü vermişdir. Sayalının atasına zəng etməkdə isə məqsədi Sayalının evdə olub-olmadığını yoxlamaq olmuş, zəng edərək guya Sayalının iş üçün ona müraciət etdiyini və onunla iş barəsində danışmaq istədiyini bildirmişdir. O, Sayalının atasına heç bir şəkil və yaxud da video göndərməmişdir. Sayalının qonşusu Şahid4 isə xəstə anasına baxıcı axtardığı üçün bir dəfə zəng etmiş, lakin Aydan onu söyərək təhqir etmişdir. Daha sonra Aydan yenə ona zəng edərək onu təhqir etmişdir. Aydanın da nörməsini ona Sayalı özü vermişdir. Həmçinin onu da bildirmişdir ki, o, Sayalının özünün və ailəsinin şəkillərini profilində paylaşsa da, həmin şəkilləri Sayalıdan başqa heç kim görə bilməzdi. Sayalının ailəsinin şəkillərini isə ona Sayalının özü göndərmiş, o, Sayalının mobil telefonundan heç bir şəkil götürməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin mart ayında sığorta agentliyində işlədiyi müddətdə müştəri kimi gələn Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs “Volkswagen Passat” markalı avtomobilini icbari sığorta etdirmək üçün agentliyə gəlmiş, o da sonuncunun avtomobilini icbari sığorta etmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs onun telefon nömrəsini götürmüş və sonradan ona “whatsapp” proqramı vasitəsilə mesajlar yazmağa, zəng etməyə başlamışdır. Ondan xoşu gəldiyini demiş, o isə sərt reaksiyalar vermişdir. Hətta necə əsəbləşdiyini iş yoldaşları da görmüşlər. Tez-tez onun iş yerinin yanına gəlmiş, onu narahat etmişdir. Rövşən bir gün ona oturub bir yerdə söhbət etməyi təklif etmiş, daha sonra onu narahat etməyəcəyini bildirmiş, o da razılaşmışdır. 2021-ci ilin aprel ayında onlar Rövşənin avtomobili ilə 28 May metrostansiyası tərəfə getmişlər. Həmin vaxt o, restorana gedəcəklərini düşünmüş, lakin Rövşən avtomobili saxladıqdan sonra onun gündəlik ev kirayəyə verən Rasim adlı tanışı yanlarına gəlmiş, Rövşən ondan mənzil açarı götürdükdə o, Rövşənin onu evə aparmaq istədiyini başa düşmüş və buna etiraz etdikdə Rövşən özündən çıxaraq onu təhqir etməyə başlamış, zorla onu evə aparmışdır. O vaxta qədər Rövşən ona qarşı heç vaxt elə olmamışdır. Evə gəldikdən sonra Rövşən ona əynindəki paltarı çıxartmasını bildirmiş, o isə çıxartmaq istəmədiyi üçün ağlamağa başlamışdır. Bu zaman Rövşən onu videoya çəkmiş, daha sonra isə həmin video ilə onu hədələməyə başlamış, hətta onu ölümlə də təhdid etmişdir. Bundan sonra o, Rövşənin həmin videonu ailəsinə göndərəcəyindən qorxduğu üçün dəfələrlə onunla görüşməyə və cinsi əlaqədə olmağa məcbur olmuşdur. Rövşənlə 2021-ci ilin yay ayında görüşən zaman onunla cinsi əlaqədə olarkən Rövşən onun xəbəri olmadan onu videoya çəkmiş, telefonun işığı yanan zaman o, Rövşənin onu videoya çəkdiyindən şübhələnmiş və bu zaman kənara çəkilərək ondan çəkməməsini istədikdə sonuncu çəkmədiyini bildirmişdir. Daha sonra isə Rövşən həmin videonu onun əvvəlki iş nömrəsinə göndərmişdir. Həmin nömrəni özü əvvəl sığorta şirkətində işləyən zaman işlətsə də, işdən çıxdıqdan sonra nömrəni şirkətə təhvil vermiş və bu barədə Rövşən də bilmişdir. Belə ki, nömrəni Rövşən özü aparıb iş yerinin yanındakı marketə təhvil vermişdir. Videonu iş yoldaşına göndərdikdən sonra həmin videonu müdiri Şahid6 də görmüş və ona zəng edərək onu şirkətə çağırmış, lakin o getməmişdir. Daha sonra iş yoldaşı Şahid7 ona zəng edərək telefonuna onun qeyri-etik videosunun göndərildiyini bildirmiş və ona kömək lazım olub-olmadığını soruşmuşdur. O isə məsələni özü həll edəcəyini bildirmişdir. Həmin videonu da ona Rövşənin dediyi kimi o yox, Səadət xanım göndərmişdir. Rövşən onu bir dəfə də çılpaq vəziyyətdə uzandığı yerdə videoya çəkmişdir. Rövşən həmin videoları ailə üzvlərinə göndərəcəyi ilə hədələyərək dəfələrlə onu görüşə dəvət edərək onunla cinsi əlaqədə olmağa məcbur etmişdir. 11 dekabr 2021-ci il tarixində səhər saatlarında Rövşən ona görüntülü zəng etmiş, o yatdığı üçün telefonu anası açmış və ondan zəng edən şəxsin kim olduğunu soruşduqda, o, anasına hər şeyi danışmışdır. Bundan sonra anası polisə şikayət etmişdir. Həmin gündən sonra o, Rövşənlə əlaqəni kəsmiş və onun telefonlarına cavab verməmişdir. Rövşənlə əlaqəni kəsdikdən sonra sonuncu onun yaşadığı yerə gəlmiş, bacısını, bibisi qızını izləmiş, anasının iş yerinə qədər getmişdir. Evlərinin yanına gəlib ona səsli mesaj atmışdır ki, “sənin xəbərin yoxdur, mən gecə də, gündüz də burdayam”. Bir dəfə evlərinə gəlmiş, qapını döymüş, o, qapını döyənin Rövşən olduğunu bildiyi üçün açmamış, lakin atası açmışdır. Atası qapını açandan sonra Rövşən atasına başqa bir adamın adını çəkib guya səhv gəldiyini bildirmişdir. Rövşən onun ailəsini təhqir etmiş, ona cavab yazmayan kimi “get atanın, ananın telefonuna bax, gör nə göndərmişəm" mesajları yazmışdır. Bir dəfə atasına zəng edərək iş üçün zəng etdiyini bildirmiş və onu soruşmuşdur. Videonu atasına göndərəcəyi ilə hədələmişdir. Atası bunları biləndən sonra vəfat etmişdir. Rövşən onun şəkillərini hər gün profilinə qoymuş, statusda paylaşmışdır. Onun statusunu ondan başqa heç kim görmədiyini bildirsə də, bacısı Nərmin, qonşusu Aydan da görmüşlər. Bundan sonra Aydan ondan həmin şəxsin kim olduğunu soruşmuş, o da Aydana hər şeyi danışmışdır. Rövşən ona 13-14 yaşlı qızların şəklini göndərərək bildirmişdir ki, “bu qızlar məndən ötəri ölürlər, istəsəm onlarla görüşərəm”. Hətta onların çılpaq şəkillərini göndərmişdir. O, Rövşənlə onun bildirdiyi kimi pul müqabilində görüşməmiş, məcbur qaldığı üçün görüşmüşdür. Rövşən ona mobil telefon və noutbuk almış, lakin onları almasını Rövşəndən o istəməmişdir. Rövşən onun kartına pul göndərən zaman da həmin kartı Rövşən özü işlətmişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs başına oyun açmış, hətta qızı dəfələrlə özünü öldürməyə cəhd etmişdir. Qızı Sayalı əvvəllər Sığorta şirkətində işləmiş, lakin 2021-ci ilin yay aylarından Zərərçəkmiş şəxs qəflətən işdən çıxmış, Sayalıdan nə səbəbə işdən çıxmasım soruşduqda demişdir ki, müəllimlik kursuna gedəcəkdir. Həmin ərəfəyə qədər Rövşən adlı şəxsi tanımamış, onun haqqında eşitməmişdir. Sayalı işdən çıxdıqdan sonra özünü qəribə aparmışdır. Məsələn yaşadıqları mənzilin hansısa otağına girib tək qalmış, bəzən onu ağlayan vaxtlar görmüş, nə baş verdiyini soruşduqda heç nə deməmiş, bir sözlə özünə qapanmışdır. 2021-ci ilin dekabr ayının ortalarında saat 22 radələrində yaşadığı evdə olarkən Sayalının istifadəsində olan mobil telefonla “whatsapp” proqramı vasitəsi ilə görüntülü kiminləsə danışdığını eşitmişdir. Belə ki, həmin şəxs Sayalıya hədəqorxu gəlirdi, hətta «Mən dedim sən gələcəksən, əgər gəlməsən... » əxlaqsız sözlər demişdir. Otağı açıb Sayalıdan həmin şəxsin kim olduğunu soruşduqda demişdir ki, bir nəfər şəxsdir, sığorta işi ilə bağlı zəng vurub, işlədiyi dövrdə sığortaya aid nəyinsə mübahisəsini edir. Sayalıya inanmayıb demişdir ki, gecənin bu vaxtı onu nə səbəbə yığa bilərlər, özü də görüntülü yığıblar. Sayalı suala cavab verməkdə çətinlik çəkmişdir. Mobil telefonu Sayalının əlindən alaraq həmin şəxslə danışmaq istəmiş, həmin şəxs onu görüb telefonu söndürmüşdür. Mobil telefonu Sayalının əlindən alıb kim olduğunu yenə də soruşsa, Sayalı cavab verməmişdir. Onda da artıq şübhələr yaranmışdır. Təxminən 2-3 gün keçdikdən sonra evdə olan zaman Sayalının istifadəsində olan mobil telefona adi zəng gəlmiş, səhər saatları olduğundan Sayalı yatmış, o, həmin zəngə cavab verərək Sayalının adından danışmağa başlamışdır. Həmin şəxs “Necəsən Səyoşum” dedikdə o, ona “yaxşıyam” deyə bildirmişdir. Həmin şəxs onun danışığından şübhələnib zəngi söndürmüş, daha sonra yenidən Sayalının istifadəsində olan mobil telefona “whatsapp” proqramı vasitəsi ilə görüntülü həmin nömrə tərəfindən zəng olunmuş, o, görüntünü açaraq özünü göstərməmiş, həmin şəxsə baxdıqda onun 50-55 yaşlarında saqqalı kişi olduğunu görmüşdür. Həmin şəxsdən kim olduğunu soruşmuş, ünvanına bir neçə dənə vulqar ifadələr işlətdikdə həmin şəxs mobil telefonu söndürmüşdür. Dərhal yatmış halda olan Sayalını oyadıb ondan həmin şəxsin kim olduğunu soruşduqda Sayalı ona hər şeyi danışacağını demişdir. Sayalı bildirmişdir ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. O, həmin şəxslə Sığorta şirkətində işləyərkən müştəri kimi tanış olmuşdur. Sonradan həmin şəxs bir dəfə onu aldadıb yaxınlıq etmiş, həmin vaxtı onun xəbəri olmadan lüt halda video görüntülərini çəkmiş, həmin video görüntüləri yayacağı barədə hədə-qorxu gələrək hazırki vaxta qədər onunla cinsi əlaqədə olmağa məcbur edir. Bu səbəbdən də narahatdır. Sayalı həmçinin qeyd etmişdir ki, onun lüt halda və digər hərəkət edən zaman Rövşən qeydə aldığı görüntüləri keçmiş iş yoldaşları olan Habil və Səadət adlı şəxslərə göndərmiş, həmin videonu onlar görərək Sayalıya məlumat vermişdir. Hətta Rövşən bir neçə videonu əri İsrafilin istifadəsində olan mobil telefona da atmış, Sayalıya dedikdə atası görməmiş, həmin videoları atasının mobil telefonünün “whatsapp” proqramından silmişdir. Rövşən bundan sonra ona mütəmadi olaraq zəng vurmuş, “whatsapp” proqramı vasitəsi ilə mesajlar yazmış, yaşadıqları məhləyə gəlib onları təqib etmişdir. O, özünə məxsus olan mobil telefonun “whatsapp” proqramının profil şəkilində qızına aid pornoqrafik şəkil paylaşıb həmin profildən ona yazmışdır. Hətta Rövşən digər qızı Nərminə, baldızı qızı Aytənə məxsus şəkilləri də qızı Sayalının mobil telefonundan öz mobil telefonuna xəbərsiz halda köçürərək istifadəsində olan mobil telefonun “whatsapp” proqramının profilinə yerləşdirmişdir. Rövşən adlı şəxs Nərmini də təqib etmiş, Nərminə və baldızı qızı Aytənə də mesajlar yazmış, həmçinin qonşuluqda yaşayan Aydanın istifadəsində olan mobil nömrələrə, hətta iş nömrələrinə zəng edib onu da təqib etmişdir. Aydan Rövşənin istifadəsində olan “whatsapp” proqramının profil şəkilində qızı Sayalıya aid pornoqrafik şəkli görmüş və bu barədə Sayalıya məlumat vermişdir. Aydan Rövşən adlı şəxsdən Sayalıya aid fotoşəkli haradan əldə etdiyini soruşduqda onu söyüb təhqir etmişdir. Rövşən bir neçə dəfə onun iş yerinə gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun iki nömrəsi olmuş, biri iş nömrəsi, digəri isə şəxsi nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs onun hər iki nömrəsinə zəng etmiş, mesaj yazmış, sonra silmiş, daha sonra o, həmin şəxsdən kim olduğu soruşmuş, o isə cavabında səhv düşdüyünü bildirmişdir. O, hər iki nömrəsinə də necə səhv düşə bilməsi barədə sual vermiş, lakin sonuncu ona cavabında heç nə yazmamışdır. Sonra ona müxtəlif nömrələrdən zəng etməyə, mesajlar yazıb silməyə başlamışdır. Daha sonra işə gedərkən arxasınca düşmüş, şantaj mesajları göndərmişdir. Mesajlarında “Nərmin xanım, telefonu açın, danışmaq istəyirəm, nömrəmi blokdan çıxardın” kimi sözlər yazmışdır. O, əvvəl Rövşənin bacısı Sayalı ilə münasibəti olduğunu bilməmişdir. Bir dəfə Rövşən Sayalıya görüntülü zəng edəndə onun şəklini görmüş və Sayalıdan nəyə görə onunla danışdığını, həmin şəxsin nəyə görə ona da zəng etdiyini soruşmuş, Sayalı isə cavab verməmişdir. Rövşən ona zəng edərkən Sayalı ilə danışmaq istədiyini bildirmiş, ondan telefonu Sayalıya verməsini tələb etmiş, vermədiyi təqdirdə yaxın olduqları şəkilləri paylaşacağını, hətta ona səs atdığını polisə və yaxud ailə üzvlərinə dediyi təqdirdə Sayalı üçün pis olacağı bildirmişdir. Rövşən onun qardaşına, atasına, anasına, ona və bibisı qızına durmadan mesajlar yazmış, hətta bibisı qızının iş yerinə qədər getmişdir. Rövşən bir dəfə ona ailəsinin şəklini göndərmiş, başqa heç bir şəkil və ya video göndərməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs üzündən aylarla əsəb keçirtmişdir. Ona dəfələrlə həm şəxsi nömrəsinə, həm də iş nömrəsinə zəng etmiş, mesaj yazmış, oğlunun, hətta baxdığı xəstənin nömrəsinə zəng etmiş və mesaj yazmışdır. Aylarla onu narahat etmiş, söyüb təhqir etmişdir. Bir dəfə zəng edərkən səhv düşdüyünü, bir dəfə nömrəni Sayalı xanımın verdiyini və ona guya iş tapdığını bildirmişdir. Halbuki, o həmin vaxt işləyirmiş. O, Sayalının açıq-saçıq şəkillərini telefonunun “whatsapp” proqramının profilinə qoymuşdur. Ona mesaj yazaraq telefonu açmağı və ona sözü olduğunu bildirmiş, o, sonuncuya cavab vermədikdə baxdığı xəstənin nömrəsinə yazmış, sonra “İnstaqram” səhifəsinə yazmış, o, yenə reaksiya verməmiş, daha sonra isə övladının telefonuna yazmışdır. Mesajlarında ona nalayiq sözlər yazmış, o da məcbur olub polisə şikayət etmişdir. O, polisə şikayət edəndən sonra polis ondan onu haradan tanıdığını soruşmuş, cavabında isə Rövşən onu tanımadığını bildirmişdir. Rövşənin ona göndərdiyi səs yazılarını polisə göstərməsinə baxmayaraq, sonuncu yenə də boynuna almamışdır. O, Rövşənin profilində Sayalının şəklini görəndən sonra Sayalıdan onun kim olduğunu soruşmuş, Sayalı bu zaman ağlamağa başlamışdır. Sayalı intihar etmək istəyəndə bu şəxsin onu dəfələrlə şantaj etdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma dayısı qızıdır. Təqsirləndirilən şəxsla dayısı qızı Zərərçəkmiş şəxs arasında münasibətin olmasından 2022-ci ilin yanvar ayının əvvəllərində bilmişdir. Həmin vaxta kimi onun heç bir şeydən xəbəri olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs adlı şəxs onun həmin vaxtı işlədiyi şirkətə zəng vuraraq özünü yalandan olaraq müştəri kimi təqdim etmiş, o, həmin vaxtı Rövşənin kim olduğunu bilməmiş və müştəri olduğunu zənn edib sonuncunu müştəri xidmətlərinə yönləndirmişdir. Buna baxmayaraq sonradan Rövşən kimi bildiyi şəxs şirkətə məxsus mobil nömrəyə zəng vuraraq onu soruşmuşdur. Bu barədə ona iş yoldaşları məlumat vermiş, artıq o, həmin vaxtı işdən çıxmışdır. Bundan sonra ***-***-**-** saylı mobil nömrəni şirkətdən götürərək “whatsapp” proqramı vasitəsi ilə Rövşəni izləmişdir. Bu zaman görmüşdür ki, sonradan adını Rövşən kimi bildiyi şəxs “whatsapp” proqramının profil şəklində Sayalıya məxsus pornoqrafik şəkil yerləşdirmişdir. Həmin şəkil etik normalarına uyğun olmadığına görə tam açıqlaya bilmir. O, həmin şəkli gördükdən sonra sanki dəli olmuş, bu barədə dayısının arvadı, yəni Sayalının anası Kifayət xanıma məlumat vermişdir. Kifayət xanım və Sayalı ona demişdir ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdur, o, Sayalının xəbəri olmadan Sayalıya məxsus videoları çəkmiş, daha sonra onu Sayalının iş yoldaşlarına göndərmiş, hətta Sayalını həmin videoları yaymaqla hədələmişdir. Bir sözlə onlar bütün olanları ona danışdıqdan sonra o, artıq hər şeyi başa düşmüşdür. 31 yanvar 2022-ci il tarixdə Rövşən adlı şəxs ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “whatsapp” proqramı vasitəsi ilə mesaj yazaraq onunla beş dəqiqə ərzində söhbət etməyi xahiş etmiş, yazmışdır ki, əgər istəyirsə işə də yaxınlaşa bilər, o, artıq həmin şəxsin Rövşən olduğunu bildiyinə görə ağır şəkildə cavab vermiş və həmin nömrəni bloka atmışdır. Buna baxmayaraq Rövşən adlı şəxs həmin vaxt ***-***-**-** saylı mobil nömrədən yenidən eyni proqramla onun istifadəsində olan mobil nömrəyə ona məxsus mobil telefonun “whatsapp” proqamına yerləşdirdiyi profildən fotoşəkilini çəkərək ona atmış və onunla tanış olmaq istədiyini bildirmiş, lakin o, yenidən həmin nömrənin Rövşən tərəfindən idarə olunduğunu bilib həmin nömrəni də bloka atmışdır. Təqsirləndirilən şəxs ona məxsus olan mobil nömrənin ad hissələrini öz mobil telefonunda «Get Kontakt» kimi tanınan proqramda əxlaqsız sözlər yazaraq onu təhqir etmişdir. Rövşən təxminən bir neçə ay ərzində onu narahat etmişdir. 21 iyun 2022-ci il tarixdə o, gəzmək üçün Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinə getmiş, həmin vaxtı arxaya baxdıqda görmüşdür ki, Rövşən adlı şəxs onu təqib edir. O, Rövşənin fotoşəkillərini gördüyündən onu tanımışdır. Rövşən artıq hiss etmişdir ki, onu görmüş, təcili olaraq ondan uzaqlaşıb olduğu yeri tərk etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun işçisi olmuşdur. Təxminən 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs rəhbəri olduğu şirkətə müraciət edərək işə düzəlmişdir. Zərərçəkmiş şəxs 2021-ci ilin təxminən iyun-iyul aylarına kimi «Gold Center» sığorta şirkətində operator kimi işləmişdir. 2021-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ona müraciət edərək bildirmişdir ki, müəllimlik peşəsinə imtahan vermək istəyir, bu səbəbdən də hazırlığa gedir. İmtahana hazırlaşdığı üçün işləməkdə çətinlik çəkir, bu səbəbdən də işdən çıxmaq istəyir. O da Sayalıya heç bir problem olmadığını demişdir. Şirkətə məxsus ***-***-**-** saylı mobil nömrə olmuş, Sayalı şirkətdə operator kimi işləyərkən həmin nömrəyə müştərilər tərəfindən gələn zənglərə cavab vermişdir. Sayalı işdən çıxan zaman da o, Sayalıya təklif etmişdir ki, həmin mobil nömrə özündə qalsın, müştərilərin zənglərini qarşılayıb şirkətə yönəldər, müştərilər tərəfindən ödənilən ödənişlərin faizi qalar və bu, ona kömək olar. Sayalı da ona öz razılığını bildirmişdir. Daha sonra Sayalı öz istəyi ilə işdən çıxmışdır. Sayalı işdən çıxdıqdan sonra görmüşdür ki, Sayalı şirkətə az müştəri yönəldir və işləyə bilmir. Mobil telefonla Sayalı ilə əlaqə saxlayıb xahiş etmişdir ki, şirkətə məxsus ***-***-**-** saylı mobil nömrəni təhvil versin, Sayalı da heç bir problemin olmadığını demişdir. Bu söhbət Sayalı işdən çıxdıqdan təxminən 1 ay sonra baş vermişdir. O, Sayalıya dedikdən təxminən bir həftə keçdikdən sonra Sayalının mobil nömrəsi ilə ona zəng gəlmişdir. Cavab verdikdə görmüşdür ki, danışan bir nəfər kişidir. Həmin şəxs ona demişdir ki, Sayalıda olan şirkətə məxsus 070 ***-**-** saylı mobil nömrəni şirkətin yaxınlığında yerləşən mağazaya qoymuş və həmin nömrəni oradan götürə bilər. O, elə bilmişdir ki, həmin şəxs Sayalının qardaşıdır, lakin sonradan ona məlum olmuşdur ki, Sayalının mobil nömrəsi ilə danışan şəxs onunla münasibətdə olan, sonradan adını bildiyi Rövşən adlı şəxsdir. Daha sonra da o, mobil nömrəni mağazadan götürmüş və şirkətin digər işçisi olan Səadət xanıma vermişdir. Bundan sonra Səadət xanım həmin mobil nömrəyə müştərilər tərəfindən gələn zənglərə cavab vermişdir. 2021-ci ilin təxminən avqust-sentyabr ayında işdə olarkən Səadət adlı işçisi ona yaxınlaşıb bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrənin “whatsapp” proqramına Zərərçəkmiş şəxs aid pornoqrafik material, yəni video gəlmişdir. Onun işçilərlə arasında pərdə olduğuna görə heç videoya da baxmamışdır. Səadət xanıma bildirmişdir ki, videonu təcili olaraq silsin və bu barədə də Sayalıya məlumat versin. Səadət videonu silmiş, həmçinin Sayalınm özü ilə əlaqə saxlayıb bu barədə ona məlumat vermişdir. Həmçinin o, özü də Sayalı ilə əlaqə saxlayıb demişdir ki, əgər çətinliyi varsa, onu incidən adam varsa onlara bu barədə desin, onlar da öz növbələrində polis orqanlarına məlumat versinlər. Sayalı isə ona demişdir ki, artıq həmin adamla heç bir münasibəti yoxdur. Onları narahat etdiklərinə görə, yəni videonun göndərilməsi ilə bağlı üzr də istəmiş, o da Sayalıya artıq videonun Səadət tərəfindən silindiyini demişdir. Bu hadisədən bir neçə ay keçdikdən sonra ona başqa bir mobil nömrədən zəng gəlmişdir. Zəngi açdıqda bir nəfər şəxs özünü Rövşən kimi ona təqdim edib onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Rövşən ona demişdir ki, Sayalı ondan Abşeron RPİ-yə şikayət etmiş və arxasında o dayanmış, guya Sayalını o öyrətmişdir. Hətta bununla bağlı o, Abşeron RPİ-yə verdiyi izahatında da bildirmişdir. Onun hadisə barədə bildikləri bu qodərdir. Rövşənin Zərərçəkmiş şəxs məxsus pornoqrafik videonu daha kimlərəsə göndərməsi barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən 3 ilə yaxındır ki, Sayalı və sonuncunun ailəsi ilə birlikdə qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin yanvar ayının sonlarında yaşadığı evin həyətyanı sahəsində ailə üzvlərinə məxsus paltarları yuyaraq ipdən asmışdır. Yaşadığı ünvanda təxminən 4-5 yaşayış evi vardır və həmin ünvanlarda da ayrı-ayrı şəxslər öz ailələri ilə birlikdə yaşayır. Bu zaman bir nəfər təxminən 50-55 yaşlarında şəxs ona yaxınlaşaraq həmin ərazidə kirayə ev axtardığını demişdir. O, həmin şəxsə cavab verib bildirmişdir ki, ərazidə kirayə ev yoxdur. Bunu dedikdə həmin şəxs Sayalının yaşadığı mənzili əli ilə göstərərək İsrafil müəllimin evinin həmin ev olduğunu soruşmuş, o da həmin ev olduğunu bildirmişdir. Həmin şəxs ondan aralanaraq İsrafil müəllimin yaşadığı ev istiqamətində getmiş, lakin o, heç nədən şübhələnməmişdir. Bundan sonra mütəmadi olaraq həmin şəxs demək olar ki, hər gün yaşadıqları ərazini müşahidə etmiş, Sayalının yaşadığı evin qarşısında dayanmışdır. O, bu səbəbdən də bir gün Sayalıdan həmin şəxsin kim olduğunu soruşmuş, Sayalı da ağlaya-ağlaya həmin şəxsin onu şantaj etdiyini, onu təqib və narahat etdiyini, həmin şəxsin adının da Rövşən olduğunu bildirmişdir. Bundan sonra da bir müddət həmin Rövşən adlı şəxsi küçədə eyni qayda ilə dəfələrlə görmüşdür. Lakin Sayalı ilə Rövşən adlı şəxsin aralarında olan münasibətdən onun heç bir məlumatı olmamışdır. Rövşən adlı şəxsin yaşadıqları küçəyə gəlməsinə görə Sayalının bir neçə dəfə həyəcanlı şəkildə ağladığının şahidi olmuşdur. X3 da narahat etdiyini bilmiş, bu barədə Aydan ona özü demiş və şəklini ona göstərəndə o, həmin şəxsin ondan kirayə ev soruşan şəxs olduğunu bilmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. Əvvəllər onu tanımamış, heç bir qohumluq və düşmənçilik əlaqələri olmamışdır. Təxminən 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs sığorta şirkətinə işə düzəlmişdir. Zərərçəkmiş şəxs 2021-ci ilin təxminən iyun-iyul aylarına kimi onun da işlədiyi “Gold Center” sığorta şirkətində operator kimi işləmişdir. 2021-ci ilin avqust ayında işdə olan zaman “Gold Center” sığorta şirkətinə məxsus olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” proqramına hazırda xatırlamadığı mobil nömrədən mesaj kimi video gəlmişdir. Qeyd edir ki, həmin mobil nömrə sığorta şirkətinə məxsus olmuş, əvvəl həmin mobil nömrə Sayalıda olmuş, Zərərçəkmiş şəxs şirkətdə işlədiyi dövrdə həmin mobil nömrə ilə müştərilərin zənglərinə cavab vermişdir. O, videonu açdıqda sanki dəli olmuş, belə ki, həmin video Zərərçəkmiş şəxs aid pornoqrafik material, yəni video olmuş, video başqa şəxs tərəfindən görüntüyə alınmış, lakin videonu gördükdə tez söndürmüş, video bir neçə saniyəlik olsa da sona kimi baxmamışdır. Bu barədə təcili olaraq sığorta şirkətinin rəhbəri Habil müəllimə məlumat vermişdir. O da öz növbəsində səhv etmirsə Zərərçəkmiş şəxs ilə əlaqə saxlayıb baş vermiş hadisə barədə məlumat verməsini ona bildirmişdir. Onun hadisə barədə bildikləri bu qədərdir. Rövşənin Zərərçəkmiş şəxs məxsus pornoqrafik videonu daha kimlərəsə göndərməsi barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v.89-90); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir (İİ cild, i.v.123-126); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanın qarşısıdır (İİ cild i.v.44-47); “CD-diskə və SMS yazışmalarına baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə daxil olduqda “sekil”, “ses yazi”, “video”, “anama göndərdikləri” və s adlı bir neçə qovluq olduğu görünür. “səkil” adlı qovluğa daxil olduqda qovluqda 53 ədəd (şəkil və video) faylın olduğu görünür. “**********302” adlı şəkil faylına daxil olduqda +99***-***-**-** nömrəli “WhatsApp” istifadəçisinin profilində çılpaq qadın şəklinin olduğu görünür. “**********317” adlı digər şəkil faylına daxil olduqda +99***-***-**-** nömrəli Təqsirləndirilən şəxs adlı “WhatsApp” istifadəçisinin profilində çılpaq qadın şəklinin olduğu görünür. “**********361” adlı şəkil faylına daxil olduqda +99***-***-**-** nömrəli Təqsirləndirilən şəxs adlı “WhatsApp” istifadəçisinin profil şəklində çılpaq qadın şəklinin olduğu görünür. “**********408” adlı şəkil faylına daxil olduqda +99***-***-**-** nömrəli Təqsirləndirilən şəxs adlı “WhatsApp” istifadəçisinin profil şəklində çılpaq qadın şəklinin olduğu görünür. “**********427” adlı şəkil faylına daxil olduqda +99455-476- 91-28 nömrəli Təqsirləndirilən şəxs adlı “WhatsApp” istifadəçisinin profil şəklində çılpaq qadın şəklinin olduğu görünür. “Screenrecorder-2022- 03-20-21-27-14-287” adlı video faylına daxil olduqda +99***-***-**-** nömrəli “WhatsApp” istifadəçisinin profil şəklində çılpaq qadın şəkli olduğu görünür. “Screenrecorder-2022-03- 20-21-27-32-109” adlı digər video faylına daxil olduqda isə +99***-***-**-** nömrəli “WhatsApp” istifadəçisinin profil şəklində çılpaq qadın şəklinin olduğu görünür. “Screenrecorder- 2022-03-21-01-42-42-667” adlı video faylına daxil olduqda +99***-***-**- ** nömrəli “WhatsApp” istifadəçisinin profil şəklində çılpaq qadın şəklinin olduğu görünür. “VİD- 20220322-WA0023” adlı video faylına daxil olduqda isə +99***-***-**-** nömrəli “WhatsApp” istifadəçisi ilə olan yazışmalar görünür. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs məxsus olan +99***-***-**-** nömrəli “WhatsApp” çılpaq halda olan profil şəkilləri ona məxsusdur. Sonuncu ona məxsus həmin şəkilləri yerləşdirməklə onu cinsi əlaqəyə girməyə məcbur etmiş, o, Rövşən Əliyevlə cinsi əlaqədə olmayacağını bildirdikdən sonra sonuncu həmin fotoşəkilləri profilinə yerləşdirmişdir.
2. “ses yazi” adlı qovluğa daxil olduqda 141 ədəd səs yazısı faylının olduğu görünür. Həmin səs yazılarında bir nəfər kişi cinsli şəsin bir nəfər xanım barəsində nalayiq ifadələr işlətməsi görünür. Bundan başqa hər iki şəxsin gündəlik danışıqları həmin səs yazılarında qeyd olunmuşdur. Zərərçəkmiş şəxs bildirdi ki, həmin səs yazıları Təqsirləndirilən şəxs məxsusdur. Təqsirləndirilən şəxs həmin səs yazılarında onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin onu rüsvay edəcəyi ilə hədələmişdir. Həmin qovluqda aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus 34 saniyəlik səs yazısına qulaq asdıqda müəyyən edilir ki, səs yazısını Təqsirləndirilən şəxs özünə məxsus olan mobil nömrənin Whatsapp proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrənin Watsapp proqramına atmışdır. Zərərçəkmiş şəxs qeyd etdi ki, həmin səs yazısı 2021-ci ilin yay aylarına məxsusdur. Səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına təhqiredici formada danışdığı, onların yaşadığı ev tərəfə gələcəyini deyir, onun cinsiyyət orqanını ağzına alacağını, cinsi əlaqədə olacağını, əgər onunla görüşməsə şəkil və videolarını yayacağını göstərir. Bundan başqa səs yazısında Təqsirləndirilən şəxs məxsus 49 saniyəlik səs yazısı vardır. Həmin səs yazısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus videonu atasının istifadəsində olan mobil telefona atacağını bildirir. Həmçinin həmin səs yazılarında 61 saniyəlik səs yazısı üzrə Təqsirləndirilən şəxs kiməsə ona yazdığını valideynlərinə bildirsə Zərərçəkmiş şəxs ilə arasında olan bütün şəkillər və münasibətləri hamıya açıb deyəcəyini bildirir. Baxış iştirakçısı Zərərçəkmiş şəxs qeyd etdi ki, Təqsirləndirilən şəxs həmin səs yazısını bacısı Şahid2 göndərmişdir.
3. “video” adlı qovluğa daxil olduqda isə qovluqda 09 ədəd video faylının olduğu görünür. “VİD-20211113-WA0002” adlı 00:13 saniyəlik video faylına daxil olduqda çılpaq vəziyyətdə qadın və kişinin cinsi əlaqədə olduğu görünür. 00:05-ci saniyəsində qadın kişiyə “Məni çəkirsən?” deyə sual verir, kişi isə “Yox, dəlisən? Səni nöş çəkirəm, ala?” deyir və davamında qadın “Çəkmə də məni də, eh” deyir. “VİD-20211113-WA0003” adlı 00:41 saniyəlik video fayla daxil olduqda videonun 00:10-cu saniyəsində qadının çılpaq vəziyyətdə yataqda uzanmış vəziyyətdə olduğu görünür. Salayı Əliyevanın materiala əlavə etdiyi whatsapp sms yazışmalarına baxış keçirdikdə +**********28 saylı telefon nömrəsindən ona yazılan sms-lərdə nalayiq ifadələrin işlənməsi və həmin şəxsin onu təhqir etməsi və hədə-qorxu gəlməsi göstərilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinsi əlaqəyə girməyə məcbur etmə ilə bağlı hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut növü qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.168-187). - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cərimə tam şəkildə ödənilmişdir (İİ cild, i.v.132-134); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni onun Zərərçəkmiş şəxs onunla cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, himayəsində bir azyaşlı övladının olmasını, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə məhkum olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, sübut növü kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva