Məhkəmə qərarları › İş №1(006)-23/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-23/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-23/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 saylı ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 X1 saxlanlan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını təkrarən gizli olaraq talamışdır. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində “xxxx" MMC-yə məxsus «Kontakt Home» mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125B saylı ünvanda yerləşən “Xalqlar Dostluğu" mağazasına gələrək, orada işləyən satıcıların məşğul olmalarından istifadə edib, mağazada olan satış masasına yaxınlaşaraq sağ əli öz telefonunu qulağına tutaraq guya telefonla danışması görüntüsü yaradaraq eyni zamanda sol əli ilə masanın aşağı hissəsində olan dolabdan 600 manat dəyərində **********13331 İMEİ kodlu “Huawei" markalı "P smart Z» modelli mobil telefonu çıxarıb cibinə qoyaraq gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx MMC-yə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125B saylı ünvanda yerləşən “xxxx" MMC-yə məxsus «Kontakt Home» mağazalar şəbəkəsinin “Xalqlar Dostluğu” mağazasına gələrək, orada işləyən satıcıların məşğul olmalarından istifadə edib, mağazada olan satış masasına yaxınlaşaraq vitrinin üzərində olan 3200 manat dəyərində **********84449 İMEİ kodlu “İphone” markalı “11 Pro” modelli mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə 3200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədilə xx xxxx 2020-ci il tarixdə, saat 17 radələrində ünvan 4 saylı ünvanda yerləşən "Nar Telecom” telefon mağazasına gəlib orada satıcı işləyən X4 diqqətini verdiyi suallarla yayındıraraq mağazada rəfin içərəsində qoyulmuş 01 ədəd qutunun içərisində olan, əmlak sahibi olan Zərərçəkmiş şəxs məxsus olan, dəyəri 2500 manat təşkil edən **********49453 İMEİ kodlu “İphone” markalı "11 Pro Gold" modelli mobil telefonu gizli olaraq talayıb, zərəçəkmiş şəxsə 2500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər fəhlə işləyərək himayəsində olan iki övladının maddi təminatını qarşılasa da, oğurluq hadisələrini törətdiyi vaxtlarda işsiz olmuşdur. O, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125 B ünvanında yerləşən «Kontakt Home» mağazasının “Xalqlar Dostluğu” filialına gəlmişdir. Mağazaya gəlməkdə məqsədi oradan telefon oğurlamaq olmuşdur. İlk əvvəl mağazaya daxil olaraq satışda olan telefonlara baxmağa başlamışdır. Bir müddət telefonlara baxdıqdan sonra satıcıların digər müştərilər ilə məşğul olduğunu gördükdə telefon oğurlaya biləcəyinə şərait yaranmasını başa düşmüşdür. Sonra isə mağazanın birinci mərtəbəsində olan telefon satış stolunun aşağı hissəsində olan şkafı əli ilə açmağa başlamışdır. Ətrafa baxdıqda ona heç kimin nəzarət etmədiyini görüb, heç bir kilidi olmayan şkafdan «Huawei» markalı mobil telefonu qutusu ilə birlikdə götürərək əynində olan gödəkçənin cibinə qoymuşdur. Sonra isə yenə də, ona heç kimin nəzərət etmədiyini gördükdə mağazadan çölə çıxaraq iti addımlarla mağazadan uzaqlaşmışdır. Bir müddət getdikdən sonra dayanaraq arxası ilə heç kimin gəlmədiyinə əmin olub oğurladığı telefona nəzər yetirmişdir. Sonra isə metronun ‘‘Neftçilər” stansiyasına gedərək orada metronun çıxışında yerləşən adı dəqiq yadında olmayan telefon mağazasında, oğurladığı telefonu əvvəllər tanıdığı Zaur adlı satıcıya heç bir sənəd təqdim etmədən 100 manata satmış və pulu götürərək mağazadan çıxmışdır. Oğurladığı telefonun satışından əldə etdiyi pula ərzaq alaraq evinə yollanmışdır. Bundan sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında yenidən həmin «Kontakt Home» mağazasına gəlib satışda olan telefonlara baxmağa başlamışdır. Bir müddət telefonlara baxdıqdan sonra satıcıların digər müştərilər ilə məşğul olduğunu gördükdə telefon oğurlaya biləcəyini başa düşmüşdür. Ətrafa baxdıqda ona heç kimin nəzarət etmədiyini görüb mağazanın birinci mərtəbəsində olan telefon satış stolunun üzərindən qutusu olmayan, yeni «İphone 11 Pro» markalı mobil telefonu götürərək əynində olan gödəkçənin cibinə qoymuşdur. Sonra isə yenə də ona heç kimin nəzərət etmədiyini görüb mağazadan çölə çıxaraq iti addımlarla mağazadan uzaqlaşmışdır. Bir müddət getdikdən sonra dayanaraq arxası ilə heç kimin gəlmədiyinə əmin olub oğurladığı telefona baxmış, sonra isə metronun “Neftçilər" stansiyasına gedərək orada metronun çıxışında yerləşən telefon mağazasında, oğurladığı «İphone 11 Pro» markalı mobil telefonu da Zaur adlı satıcıya heç bir sənəd təqdim etmədən 1100 manata satmışdır. Pulu götürərək mağazadan çıxmış, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında 30 saylı avtobusa minərək Nəsimi rayonunda “28 May” metrostansiyası istiqamətinə getmiş və avtobusdan düşdükdən sonra “28 May” metrostansiyası yaxınlığında olan “Nar" mobil telefonların satışı mağazasına daxil olmuşdur. Mağazada olan satıcılardan birinə yaxınlaşaraq iki ədəd “Samsung" markalı mobil telefon almaq istədiyini bildirmişdir. Həmin vaxtı qadın satıcı digər satıcıdan telefonların qiyməti barədə maraqlandıqda o, önündə olan vitrinin (piştaxtanın) aşağı hissəsində qutuda olan bir neçə telefonların içərisindən bir ədəd “İphone 11 Pro Gold” markalı mobil telefonu qutusu ilə birlikdə gizli götürmüşdür. Daha sonra oradan çıxaraq taksiyə əyləşmiş və Nizami rayonu ərazisində, Neftçilər metrostansiyası yaxınlığında yerləşən “Lombard" adlı mağazaya getmişdir. Orada tutulduğu vaxtdan 3-4 ay əvvəl tanıdığı Zaur adlı şəxsə həmin telefonu təqdim etmiş və oğurluq olduğunu bildirmişdir. Telefon oğurluq olduğu üçün Zaur adlı şəxs həmin telefonu ondan 1000 manata ala biləcəyini bildirmişdir. O, buna etiraz etməmiş və həmin telefonu Zaur adlı şəxsə 1000 manata heç bir sənəd təqdim etmədən satmışdır. Oğurluq etməsinə əsas səbəb isə 13 yaşlı uşağının xəstə olması olmuşdur və əldə etdiyi pulları onun dərmanlarına xərcləmişdir. Etdiyi əməllər baradə ailə üzvlərinə və ya digər hər hansı şəxsə məlumat verməmişdir. Telefonların oğurluq olması barədə yalnız onları alan Zaur adlı satıcıya bildirmişdir. Zaur ona sənədsiz də telefon aldıqlarını bildirmiş, lakin bu zaman telefonu yarı qiymətə alacağını demişdir. Zaur adlı şəxs oğurlanmış telefonları ondan almış və əvvəllər ona verdiyi şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. O, Zaur adlı şəxsdən şəxsiyyət vəsiqəsinin surətini əlavə edirsə, nəyə görə telefonu ucuz qiymətə aldığını soruşmuşdur. Sonuncu isə telefonlar oğurluq olduğundan yarı qiymətə aldığını, şəxsiyyət vəsiqəsinin surətini formal olaraq əlavə etdiyini bildirmişdir. Zaur adlı şəxs onu oğurluq etməyə təhrik etməmişdir, sadəcə olaraq telefonları satarkən ona oğurluq olduğunu bildirmişdir, lakin hansı yolla oğurlanması barədə ona məlumat verməmişdir. Edəcəyi oğurluqlar barədə heç kimə qabaqcadan məlumat verməmişdir və oğurluq hadisələrini də tək törətmişdir. Halhazırda törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 4 saylı ünvanda yerləşən “Nar Telecom” adlı telefon mağazasını icarə əsasında işlədir və orada olan malların sahibidir. xx xxxx 2020-ci il tarixdə həmin mağazada bir ədəd 2500 manat dəyərində **********49453 İMEİ kodlu “İphone 11 Pro Gold” markalı mobil telefonun yerində olmadığı mağazada işləyən satıcı Aysel Hüseynli tərəfindən aşkar olunmuşdur. O, bu barədə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Həmin gün mağazaya bir çox müştəri gəlmiş, İakin bir nəfər kişi müştərinin mağazaya gəlib getdikdən sonra satıcı Aysel Hüseynli ona mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını ehtimal etdiyini bildirmişdir. Həmin şəxs mağazaya daxil olduqda özünü şübhəli aparmış, bir neçə müddət vitrinin önündə dayanıb sağa-sola baxmış və sonra mağazanı tərk etmişdir. Mobil telefonun oğurlandığını xx xxxx 2020-ci tarixdə mağazada olarkən müştəri mağazanı tərk etdikdən bir neçə dəqiqə sonra aşkar etmişlər. Mağazada olan telefonların maddi məsuliyyətini o, daşıdığı üçün oğurluq nəticəsində ona 2500 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir.Təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında mülki iddiaçı və zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxx 2019-cu il tarixdən “xxxx” MMC-nin (“Kontakt Home”) hüquqşünası vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində hüquqşünası olduğu “xxxx” MMC-nin «Kontakt Home» mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 125B-də yerləşən “Xalqlar Dostluğu” mağazasında çalışan X5 audit şöbəsinə müraciət edərək aparılan təftiş zamanı 7000 manat ümumi dəyərində olan 3 ədəd yeni vəziyyətdə **********36431 İMEİ kodlu «İphone11 Pro» markalı, **********84449 İMEİ kodlu «İphone 11 Pro» markalı və **********13331 İMEİ kodlu «HUAWEİ P Smart Z» markalı mobil telefon aparatının çatışmadığını aşkar etdiyini bildirmişdir. Bundan sonra mağazada quraşdırılmış nəzarət müşahidə kameralarının görüntülərinə baxış keçirilərkən xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində bir nəfər naməlum şəxsin telefon vitrinin altındakı dolabdan telefon götürüb gödəkçəsinin altında gizlədərək mağazanı tərk etməsini müəyyən etmişlər. Digər 2 telefonun hansı şəraitdə və hansı tarixdə oğurlanmasını əks etdirən videogörüntüləri müəyyən edə bilməmişlər. Hadisə ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin «102 Xidmətinə» zəng edərək məlumat verilmişdir. Bundan sonra rəhbər şəxslərdən biri baş vermiş oğurluq hadisəsi ilə əlaqədar ərizə ilə Nizami rayon Polis İdarəsinə müraciət etmişdir. Ümumilikdə təftiş zamanı ümumi dəyəri 7000 manat olan mobil telefonun yerində olmadığı müəyyən edilmişdir, lakin kamera görüntülərində bir nəfər şəxsin bir telefon götürməsi müşayiət edilmişdir. Hal-hazırda “xxxx” MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs isə satıcı kimi işlədiyi obyektin müdiri kimi əvvəlcədən tanımışdır. ünvan 4 ünvanda yerləşən "Nar Telecom" telefon mağazasında satıcı olaraq çalışır və iş fəaliyyəti mobil telefonları satmaqdan ibarətdir. xx xxxx 2020-ci il tarixdə həmin mağazada olarkən zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs müştəri qismində mağazaya daxil olmuş və ona yaxınlaşmış, sonra mobil telefonlarla maraqlanmağa başlamış, bir müddət hər bir telefona əlini vuraraq həmin telefonların qiymətini soruşmuş, daha sonra mağazanı tərk edərək getmişdir. Təqsirləndirilən şəxs mağazanı tərk etdikdən təxminən 5 dəqiqə sonra o, mağazada olan vitrinə (piştaxtaya) baxmış və bir ədəd qutuda olan **********49453 İMEİ kodlu “İphone 11 Pro Gold” markalı mobil telefonun yerində olmadığını aşkar etmişdir. Telefonun yerində olmadığını gördükdə həmin telefonun Təqsirləndirilən şəxs oğurladığını güman etmişdir. Belə ki, həmin şəxsin həm davranışı və hərəkətləri, həm də zahiri görünüşü şübhəli olmuşdur. Bu barədə o, mağazada mobil telefonlara nəzarət edən Zərərçəkmiş şəxs, daha sonra Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinə” məlumat vermişdir. Lakin həmin şəxsin telefonu götürüb oğurlamağını nə o, nə də ki, mağazada olan digər şəxslər görməmişlər. Oğurlanmış mobil telefonun qiyməti 2500 manat olmuşdur. Azərbaycan Respublikası DİNnin "102 Xidmətinə” məlumat verərkən telefonun qiymətini yanlış olaraq 2700 manat göstərmiş, lakin telefonun qiyməti 2500 manat olmuşdur. İş materiallarına əlavə edilmiş Nizami rayon X7 Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd qovluğun içərisində 01 ədəd “17.00.00-18.00.00” adlı videofayl mövcuddur. Həmin videofayl xx.xx.2020-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 125B saylı ünvanda olan “Kontakt Home” mağazasının 17:00-dan 18:00-a dək olan videogörüntülərini əhatə edir. Videogörüntünün 17:00 dəqiqəsində naməlum şəxsin mağazada olan vitrinin önündə dayanıb guya telefonla danışması, sol əli isə vitrinin aşağı hissəsindən mobil telefonu götürüb cibinə qoyması müşahidə edilmişdir. Daha sonra həmin şəxs mağazanın qapısından çıxaraq mağazanı tərk etmişdir. Saat 17:04 dəqiqəqdə həmin şəxs təkrar olaraq mağazaya daxil olaraq satıcılarla bir müddət söhbət etdikdən sonra mağazanı tərk edərək getmişdir (i/v 103). İş materiallarına əlavə edilmiş Nizami rayon X7 Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd qovluğun içərisində 01 ədəd “17.00.00-18.00.00” adlı videofayl mövcuddur. Həmin videofayl xx.xx.2020-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 125B saylı ünvanda olan “Kontakt Home” mağazasının 17.00-dan 18:00-a dək olan videogörüntülərini əhatə edir. Videogörüntünün 17:00 dəqiqəsində naməlum şəxsin mağazada olan vitrinin önündə dayanıb guya telefonla danışması, sol əli isə vitrinin aşağı hissəsindən mobil telefonu götürüb cibinə qoyması müşahidə edilmişdir. Daha sonra həmin şəxs mağazanın qapısından çıxaraq mağazanı tərk etmişdir. Saat 17:04 dəqiqəqdə həmin şəxs təkrar olaraq mağazaya daxil olaraq satıcılarla bir müddət söhbət etdikdən sonra mağazanı tərk edərək getmişdir (i/v 173). İş materiallarına əlavə olunmuş “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefonun Şahid2 satılmasını təsdiq edən sənəd və “xxxx” MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125B saylı ünvanda yerləşən “Xalqlar Dostluğu” mağazasından götürülmüş DVD diski öz xüsusiyyətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərindən maddi sübut kimi tanınmaları barədə qərar qəbul edilmişdir (i/v 216-227). İş materiallarına əlavə olunmuş “axtarışda olan şəxsin tutulması haqqında” və “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx xxxx 2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə axtarışda olan şəxs kimi saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 135, 146). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs DİN Suraxanı rayon X7 Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və CPM-nin 40.2.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir (i/v 80-81). İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi rayon X7 Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 179). İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami rayon X7 Şöbəsinin müstəntiqi Mahmud Mirzəyev tərəfindən “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i/v 74). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2020ci il tarixli, 082-50886 saylı məktubundan, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)- 186/2020 saylı, xx.xx.2020-ci il tarixli və 1(006)-23/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə axtarış elan edilmiş və onun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 082-50886 saylı məktubuna əsasən onun Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 4(010)-297/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə həbs olunaraq 03 X1 saxlanılması nəzərə alınaraq, iş üzrə icraat xx xxxxxx 2021-ci il tarixdə təzələnmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 4(010)- 297/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 4(010)-297/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş “sənədə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan və əlyazma vərəqindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti 21x16 sm ölçülü vərəqdən ibarətdir. Həmin sənədin arxasında əlyazma və imza vardır. Əlyazmanı “xx.xx.2020 İphone 11 Pro təzə kredit İMEİ **********49453” yazaraq telefonun özünə məxsus olduğunu imzası ilə təsdiq etmişdir (i/v 200, 201). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefonun Şahid2 satılmasını təsdiq edən sənəd və “xxxx” MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125B saylı ünvanda yerləşən “Xalqlar Dostluğu” mağazasından götürülmüş DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-186/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı “xxxx” MMC tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 7000 manat maddi zərərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-yə məxsus 600 manat dəyərində **********13331 İMEİ kodlu “Huawei” markalı "P Smart Z» modelli mobil telefon və 3200 manat dəyərində **********84449 İMEİ kodlu “İphone” markalı “11 Pro” modelli mobil telefon gizli yolla oğurlanmış və nəticədə “xxxx” MMC-yə 3800 manat dəyərində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 3800 manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə ödənilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə məxsus 3200 manat dəyərində **********36431 İMEİ kodlu “İphone” markalı “11 Pro” modelli mobil telefonu oğurlaması faktı ilə bağlı ittiham irəli sürülmədiyindən və həmçinin bu hal məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından məhkəmə həmin hissə ilə bağlı verilmiş mülki iddianın rədd edilməsi nəticəsinə gəlir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, “xxxx” MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 16 manat cavabdehə, qalan 14 manat isə iddiaçıya aid edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış mobil telefonun Şahid2 satılmasını təsdiq edən sənədin və “xxxx” MMC-yə məxsus “Kontakt Home” mağazalar şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 125B saylı ünvanda yerləşən “Xalqlar Dostluğu” mağazasından götürülmüş DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyan görə 3800 (üç min səkkiz yüz) manat və 16 (on altı) manat dövlət rüsümu, cəmi 3816 (üç min səkkiz yüz on altı) manat məbləğində pul tutularaq mülki iddiaçı “xxxx” MMC-yə ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar