Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-23/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər “Fides” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X5 və X1 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxx 1989-cu il tarixdə Şamaxı rayonunun Çarhan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-15/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 mart 2023-cü il tarixdə saat 02:45 radələrində ünvan 7 ünvanının qarşısından piyada keçən Zərərçəkmiş şəxs yaxınlaşıb birlikdə sonuncunu yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs əynində olan şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 120 manat dəyərində «Redmi-8» markalı mobil telefonu, mobil telefonun arxa hissəsindəki 10 manat dəyərində "xxxx" ASC-yə məxsus bir ədəd “Leo bank” kartını, arxa cibindən 98 manat nağd pulunu açıq talayıb hadisə yerindən qaçıb uzaqlaşmaqla cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 238 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 mart 2023-cü il tarixdə saat 02:45 radələrində ünvan 7 ünvanının qarşısından piyada keçən Zərərçəkmiş şəxs yaxınlaşıb birlikdə sonuncunu yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs əynində olan şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 120 manat dəyərində «Redmi-8» markalı mobil telefonu, mobil telefonun arxa hissəsindəki 10 manat dəyərində “Unibank" ASC-yə məxsus bir ədəd “Leo bank” kartını, arxa cibindən 98 manat nağd pulunu açıq talayıb hadisə yerindən qaçıb uzaqlaşmaqla cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 238 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 07 mart 2023-cü il tarixdə saat 02:45 radələrində ünvan 7 ünvanının qarşısından piyada keçən Zərərçəkmiş şəxs yaxınlaşıb birlikdə sonuncunu yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs əynində olan şalvarının cibindən içərisində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində ***-***-**-** saylı, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 120 manat dəyərində «Redmi-8» markalı mobil telefonu, mobil telefonun arxa hissəsindəki 10 manat dəyərində "xxxx" ASC-yə məxsus bir ədəd “Leo bank” kartını, arxa cibindən 98 manat nağd pulunu açıq talayıb hadisə yerindən qaçıb uzaqlaşmaqla cinayət yolu ilə əldə etdikləri əmlakı aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 238 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 2023-cü ilin mart ayında işləmək üçün Bakı şəhərinə gəlmiş və Nəsimi rayonu ərazisində avto-yuma məntəqəsində işləmişdir. O, işdən sonra kafeyə gedən zaman orada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la tanış olmuş və kafedə birlikdə spirtli içki qəbul etmişlər. 06 mart 2023-cü il tarixdə saat 22:30 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la kafedə yeyib içdikdən sonra obyekti tərk edərək piyada çıxıb gəzmişlər. 07 mart 2023-cü il tarixdə saat 02 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 30/14 ünvanında olarkən zərərçəkmiş şəxsi görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsi kafedə gördüyünü və üzərində pul olduğunu bildirərək Zərərçəkmiş şəxs doğru qaçmışdır. Bundan sonra, o və Təqsirləndirilən şəxs2 də həmin yerə doğru getmişlər. Həmin vaxt sərxoş vəziyyətdə olduqlarından Zərərçəkmiş şəxs səsləmişlər. Həmin şəxs onlara tərəf dönən zaman həmin şəxsə onu çağırdıqlarını və niyə dayanmadığını soruşduqda, həmin şəxs onları tanımadığını bildirmiş və nə səbəbə dayanmalı olduğunu soruşmuşdur. Bu zaman Zərərçəkmiş şəxs yaxasından tutulmuş və sonuncu yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs cibindən 1 ədəd «Redmi» markalı mobil telefonu və şalvarın arxa cibindən 98 manat pulu götürüb oradan uzaqlaşaraq qaçmışlar. Həmin şəxs ayağa durub onlara iradını bildirsə də, onlar buna əhəmiyyət verməmişlər və yollarına davam etmişlər. Əldə etdikləri pulları aralarında bölmüşlər, mobil telefonu isə sonradan Təqsirləndirilən şəxs3 ondan götürmüşdür. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 2023-cü ilin təxminən fevral aylarının əvvəlində 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən kafedə Təqsirləndirilən şəxs3la tanış olmuşdur. Onunla münasibətləri yaranmış və daha sonra bir neçə dəfə onunla kafedə görüşmüşlər. Mart ayının əvvəllərində isə Vüsalın yanında Təqsirləndirilən şəxs1 görmüş və onunla tanış olmuşdur. Bir neçə dəfə o, işdən sonra kafedə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la görüşmüşdür. 06 mart 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la kafedə yeyib içdikdən sonra piyada çıxıb gəzmişlər. 07 mart 2023-cü il tarixdə saat 02 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 30/14 ünvanında olarkən sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs görmüşlər. Həmin vaxt sərxoş vəziyyətdə olduqlarından Zərərçəkmiş şəxs səsləmişlər. Həmin şəxs onlara tərəf dönən zaman həmin şəxsə onu çağırdıqlarını və niyə dayanmadığını soruşduqda, həmin şəxs onları tanımadığını bildirmiş və nə səbəbə dayanmalı olduğunu soruşmuşdur. Bu zaman Tərlan Baxşiyevin yaxasından tutulmuş və sonuncu yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs cibindən 1 ədəd «Redmi» markalı mobil telefonu və şalvarın arxa cibindən 98 manat pulu götürüb oradan uzaqlaşaraq qaçmışlar. Zərərçəkmiş şəxs ayağa durub onlara iradını bildirsə də, onlar buna əhəmiyyət verməmişlər və həmin ərazidən qaçaraq uzaqlaşmışlar. Əldə etdikləri pulları aralarında bölmüşlər, mobil telefonu isə Təqsirləndirilən şəxs1 götürmüşdür. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 oğlu ona qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirərək verdiyi ifadəsində göstərdi ki, 2023-cü ilin fevral ayının əvvəllərində 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən kafedə Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. Söhbət zamanı münasibətləri yaranmış və o, daha sonra bir neçə dəfə onunla kafedə görüşmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs1la görüşmüş və onunla münasibəti yaranmışdır. 06 mart 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la kafedə yeyib içdikdən sonra piyada çıxıb gəzmişlər. 07 mart 2023-cü il tarixdə saat 02 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 30/14 ünvanında olarkən sonradan şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs görmüşlər. Həmin vaxt sərxoş vəziyyətdə olduqlarından Zərərçəkmiş şəxs səsləmişlər. Zərərçəkmiş şəxs onlara tərəf dönən zaman sonuncuya onu çağırdıqlarını və niyə dayanmadığını soruşduqda, həmin şəxs onları tanımadığını bildirmiş və nə səbəbə dayanmalı olduğunu sual etmişdir. Bu zaman Zərərçəkmiş şəxs yaxasından tutulmuş və sonuncu yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs cibindən 1 ədəd «Redmi» markalı mobil telefonu və şalvarın arxa cibindən 98 manat pulu götürüb oradan uzaqlaşaraq qaçmışlar. Zərərçəkmiş şəxs ayağa durub onlara iradını bildirsə də, onlar buna əhəmiyyət verməmişlər və ərazidən qaçaraq uzaqlaşmışlar. Əldə etdikləri pulları aralarında bölmüşlər, mobil telefonu isə elə həmin gün zərərçəkmiş şəxsə qaytarmaq niyyəti olmuşdur. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisənin baş verdiyi tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə avtomobil ustası kimi fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində tanışı “Vaqif” adlı şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə “Leqenda Pub” adlı obyektə getmişlər. Həmin obyektin daxilində tanışı “Vaqif” adlı şəxslə birlikdə spirtli içki qəbul etmişdir. Saat 02:30 radələrində obyektdən çıxmışlar və o, tək olaraq kirayə yaşadığı mənzilə piyada yollanmışdır. Saat təxminən 02:45 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 30/14 ünvanında piyadalar üçün nəzərdə tutulan yolun orta hissəsi ilə hərəkət edən zaman arxadan bir nəfər şəxsin onu səslədiyini eşitmişdir. O, arxaya dönən zaman arxada üç nəfər şəxsin olduğunu görmüşdür. Həmin vaxt qeyd olunan şəxslərdən Təqsirləndirilən şəxs1 ona “səni səsləyirik niyə dayanmırsan” sözlərini dediyini eşitmişdir. O hadisə vaxtı Təqsirləndirilən şəxs1 onunla üzbəüz olduğundan onun üz cizgilərini xatırlayır, digər iki nəfər şəxs isə Təqsirləndirilən şəxs1 bir qədər arxada olmuşlar. Təqsirləndirilən şəxs1 sözlərinə cavab olaraq onları tanımadığını bildirmiş və nə səbəbdən dayanmalı olduğunu soruşmuşdur. Bundan sonra təqsirləndirilən şəxslər onun bədəninə zərbələr endirməyə başlamışlar və o, yerə yıxılmışdır. O, həmin vaxt yerə yıxıldığından həmin şəxslər onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən ona məxsus olan “Redmi 8” markalı mobil telefonunu, telefonunun qabında üzərində 157 (bir yüz əlli yeddi) manat pulu olan, lakin dərhal tərəfindən bağlanmış onun adına olan "xxxx" ASC-yə məxsus olan “Leo” kartını, həmin şalvarının arxa cibindən 98 (doxsan səkkiz) manat pulunu götürərək qaçmışlar. O, yerdən qalxıb həmin şəxslərin arxası ilə qaçsa da, həmin şəxslər qaçaraq oradan uzaqlaşmışlar. O dərhal baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ona ümumilikdə 298 (iki yüz doxsan səkkiz) manat ziyan dəymişdir. Sonradan ona 310 manat dəymiş zərər ödənilmişdir. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanda piyadalar üçün nəzərdə tutulmuş iki yolun ara hissəsidir (i/v 12). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayonu prokurorunun 25 may 2023-cü il tarixli qərarı ilə müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və İbadov X2 RPİ-nin MSY-dən azad edilmişdir (i/v 158, 179-180). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 azad edilmişdir (i/v 101, 127-132). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 02 (iki) ay 17 (on yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 34-35, 80-84). İş materiallarına əlavə olunmuş “Baxış keçirilməsi haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə olunmuş bir ədəd DVD diskdə 1 ədəd videofayl vardır. Həmin videofayl açılaraq içərisində olan videogörüntüyə şübhəli şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisinin iştirakı ilə baxıldıqda, videogörüntünün qısa müddətli olmaqla ünvan 9 ünvanın yaxınlığında yerləşən, müşahidə kameralarından qeydə alınması müşahidə olunmuşdur. Görüntülərdə dörd nəfər şəxsin piyadalar üçün nəzərdə tutulmuş yerdə mübahisə etdikləri, bir nəfər şəxsin yerə yıxıldığı, digər üç nəfər şəxsin isə yerdə olan şəxsə qarşı müqavimət göstərərək ciblərini axtardığı, daha sonra isə üç nəfər şəxsin hadisə yerindən uzaqlaşdığı müşahidə olunmuşdur. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs1, müşahidə olunan görüntüdəki şəxslərdən birinin özünün olduğunu, digər iki nəfər şəxsin isə tanışları Ümüd və Vüsal olduğunu və həmin vaxt tanımadıqları bir şəxsə qarşı soyğunçuluq etdiklərini bildirmişdir (i/v 59). İş materiallarına əlavə olunmuş “Baxış keçirilməsi haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə olunmuş bir ədəd DVD diskdə 1 ədəd videofayl vardır. Həmin videofayl açılaraq içərisində olan videogörüntüyə şübhəli şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisinin iştirakı ilə baxıldıqda, videogörüntünün qısa müddətli olmaqla ünvan 9 ünvanın yaxınlığında yerləşən, müşahidə kameralarından qeydə alınması müşahidə olunmuşdur. Görüntülərdə dörd nəfər şəxsin piyadalar üçün nəzərdə tutulmuş yerdə mübahisə etdikləri, bir nəfər şəxsin yerə yıxıldığı, digər üç nəfər şəxsin isə yerdə olan şəxsə qarşı müqavimət göstərərək ciblərini axtardığı, daha sonra isə üç nəfər şəxsin hadisə yerindən uzaqlaşdığı müşahidə olunmuşdur. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs2, müşahidə olunan görüntüdəki şəxslərdən birinin özünün olduğunu, digər iki nəfər şəxsin isə tanışları Sədim və Vüsal olduğunu və həmin vaxt tanımadıqları bir şəxsə qarşı soyğunçuluq etdiklərini bildirmişdir (i/v 109). İş materiallarına əlavə olunmuş “Baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə olunmuş bir ədəd DVD diskdə 1 ədəd videofayl vardır. Həmin videofayl açılaraq içərisində olan videogörüntüyə şübhəli şəxs Təqsirləndirilən şəxs3 və müdafiəçisinin iştirakı ilə baxıldıqda, videogörüntünün qısa müddətli olmaqla ünvan 9 ünvanın yaxınlığında yerləşən, müşahidə kameralarından qeydə alınması müşahidə olunmuşdur. Görüntülərdə dörd nəfər şəxsin piyadalar üçün nəzərdə tutulmuş yerdə mübahisə etdikləri, bir nəfər şəxsin yerə yıxıldığı, digər üç nəfər şəxsin isə yerdə olan şəxsə qarşı müqavimət göstərərək ciblərini axtardığı, daha sonra isə üç nəfər şəxsin hadisə yerindən uzaqlaşdığı müşahidə olunmuşdur. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs3, müşahidə olunan görüntüdəki şəxslərdən birinin özünün olduğunu, digər iki nəfər şəxsin isə tanışları Sədim və Ümüd olduğunu və həmin vaxt tanımadıqları bir şəxsə qarşı soyğunçuluq etdiklərini bildirmişdir (i/v 166). İş materiallarına əlavə olunmuş “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona tanınmaya təqdim olunan şəxslər arasından Təqsirləndirilən şəxs1 tanıyıb, sonuncunu göstərərək ona qarşı soyğunçuluq hadisəsi törədən şəxslərdən birinin məhz Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir (i/v 60-62). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İbadov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir (i/v 187-188, 209-212). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 189). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli tələbnamədən və Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 185- 186, 192-208). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə 25 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 181-182). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi barədə 15 may 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 133-134). İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi barədə 21 iyun 2023cü il tarixli qərardan görünür ki, iş üzrə cinayət işi materiallarına əlavə olunmuş hadisəni özündə əks etdirən bir ədəd içərisində videogörüntü olan disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (i/v 219-231). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 9/4477 saylı rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Redmi 8» markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta bazar istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120 manat müəyyən olunmuşdur (i/v 214-215). İş materiallarına əlavə olunmuş “Zərərçəkənə dəymiş ziyanın ödənilməsi barədə” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs dəymiş 288 (iki yüz səksən səkkiz) manat maddi ziyan Ümid Quliyev tərəfindən istintaq zamanı ödənilmişdir (i/v 138). İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 16 may 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 07 mart 2023-cü il tarixdə ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyinə görə, onlara qarşı heç bir şikayət və tələbi yoxdur (i/v 139). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)- 351/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, onun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixdə Nəsimi rayon məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli 51- 2/2-15770 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)- 15/2024 saylı, 11 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində 09 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəzalanmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməklə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etməklə peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəyə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tutulduğu 2 (iki) gün bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 oğluna və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-15/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2, X5, Müdafiəçi1 və X1 vəkil işlədikləri «Fides» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-351/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərara əsasən 24 iyul 2023-cü il tarixdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi «Fides» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X5 tərəfindən həyata keçirilmiş, həmçinin Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi 24 iyul 2023-cü il tarixdən 10 oktyabr 2023-cü il tarixədək Müdafiəçi1 tərəfindən, 10 oktyabr 2023-cü il tarixdən isə X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı dövründə göstərilmiş 52 (əlli iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2, X5 və X1 vəkil işlədikləri «Fides» Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 312 (üç yüz on iki) manat və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 60 (altmış) manat olmaqla ümumilikdə 996 (doqquz yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-15/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2, X5 və X1 vəkil işlədikləri “Fides” Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 312 (üç yüz on iki) manat və Müdafiəçi1 60 (altmış) manat olmaqla ümumilikdə 996 (doqquz yüz doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-23/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-23/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver