Məhkəmə qərarları › İş №1(006)-23/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-23/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-23/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Kürdəmir rayonunun Cəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, məhkumluğu olan, Cəbrayıl rayonu, Şahvəlli Ə/D, Şahvəlli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxxx 1994-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1985-cı il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğı olmayan, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olan barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-1/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.4 və 320.2ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsəd ilə dələduzluğa cəhd etmiş və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Ayaz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan yerdə, istintaqa məlun olmayan şəxs tərəfindən istifadə edilməsi məqsədilə məzmununda Təqsirləndirilən şəxs1 guya təqaüdçi olması ilə bağlı çap yazı üsulu ilə tamamilə yalan məlumatların əks olunduğu şırnaklı printer vasitəsilə çap edilməklə qanunsuz hazırlanmış hüquq verən “273610” nömrəli əmək pensiyası kitabçasını əldə edib 13 mart 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və «Ayaz» adlı şəxslə birlikdə ünvan 3 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əcəmi filialına yaxınlaşaraq, orada Təqsirləndirilən şəxs1 adına 11500 manat məbləğində kreditin rəsmiləşdirilməsi məqsədilə bilə-bilə saxta əmək pensiyası kitabçasını bank əməkdaşı X6 təqdim edib bank əməkdaşından sənədlərin yoxlanılaraq kreditin ayrılmasının məqsədəmüvafiq hesab edildiyi halda əlaqə saxlanılacağı cavabın aldıqdan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və «Ayaz» adlı şəxslə birlikdə bankı tərk etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sənədlərin yoxlanılması zamanı təqdim edilmiş sənədin saxta olması müəyyən edildiyindən bankın əməkdaşı Rəşad Rüstəmovun dəvəti əsasında 14 mart 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və «Ayaz» adlı şəxslə birlikdə "xxxx" ASCnin Əcəmi filialına yaxınlaşdıqda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 11500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaq məqsədilə dələduzluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsəd ilə dələduzluğa cəhd etmiş və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Ayaz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən istifadə edilməsi məqsədilə məzmununda Təqsirləndirilən şəxs1 guya təqaüdçü olması ilə bağlı çap yazı üsulu ilə tamamilə yalan məlumatların əks olunduğu şırnaklı printer vasitəsilə çap edilməklə qanunsuz hazırlanmış hüquq verən “273610" nömrəli əmək pensiyası kitabçasını əldə edib 13 mart 2023-cü il taıixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və «Ayaz» adlı şəxslə birlikdə ünvan 3 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əcəmi filialına yaxınlaşaraq, orada Təqsirləndirilən şəxs1 adına 11500 manat məbləğində kreditin rəsmiləşdirilməsi məqsədilə bilə-bilə saxta əmək pensiyası kitabçasını bank əməkdaşı X6 təqdim edib bank əməkdaşından sənədlərin yoxlanılaraq kreditin ayrılmasının məqsədəmüvafıq hesab edildiyi halda əlaqə saxlanılacağı cavabını aldıqdan sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və «Ayaz» adlı şəxslə birlikdə bankı tərk etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sənədlərin yoxlanılması zamanı təqdim edilmiş sənədin saxta olması müəyyən edildiyindən bankın əməkdaşı Rəşad Rüstəmovun dəvəti əsasında 14 mart 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və «Ayaz» adlı şəxslə birlikdə "xxxx" ASCnin Əcəmi filialına yaxınlaşdıqda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 11500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaq məqsədilə dələduzluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsəd ilə dələduzluğa cəhd etmiş və bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan “Ayaz” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, istintaqa məlum olmayan yerdə, istintaqa məlum olmayan şəxs tərəfindən istifadə edilməsi məqsədilə məzmununda guya onun təqaüdçü olması ilə bağlı çap yazı üsulu ilə tamamilə yalan məlumatların əks olunduğu şırnaklı printer vasitəsilə çap edilməklə qanunsuz hazırlanmış hüquq verən “273610” nömrəli əmək pensiyası kitabçasını əldə edib 13 mart 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və «Ayaz» adlı şəxslə birlikdə ünvan 3 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əcəmi filialına yaxınlaşaraq, orada adına 11500 manat məbləğində kreditin rəsmiləşdirilməsi məqsədilə bilə-bilə saxta əmək pensiyası kitabçasını bank əməkdaşı X6 təqdim edib bank əməkdaşından sənədlərin yoxlanılaraq kreditin ayrılmasının məqsədəmüvafiq hesab edildiyi halda əlaqə saxlanılacağı cavabını aldıqdan sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və «Ayaz» adlı şəxslə birlikdə bankı tərk etmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətində sənədlərin yoxlanılması zamanı təqdim edilmiş sənədin saxta olması müəyyən edildiyindən bankın əməkdaşı Rəşad Rüstəmovun dəvəti əsasında 14 mart 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və «Ayaz» adlı şəxslə birlikdə "xxxx" ASC-nin Əcəmi filialına yaxınlaşdıqda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 11500 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaq məqsədilə dələduzluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında lotoreya satan Ayaz adlı şəxslə tanış olmuşdur. Arada Ayazdan lotoreya aldığından aralarında münasibət yaranmışdır. Bir müddət sonra, yəni 2023-cü ilin mart ayının əvvəllərində Ayaz ona demişdir ki, bankda tanışı var, adına heç nə olmayan, iş yeri olmayan adam olsa adına zaminsiz kredit götürməkdə köməklik göstərə bilər. Lakin Ayaz götürülən kreditdən ona da pul çatacağını, sonradan payına düşən pulu özünün banka ödəyəcəyini bildirmişdir. O, Ayazın sözlərinə inanaraq, tanışı Təqsirləndirilən şəxs1 bu barədə demiş, Təqsirləndirilən şəxs1 də razı olmuşdur. Ayaz götürülən puldan ona ***-**** manat arası pul çatacağını demişdir. Bundan sonra o, Ayaz və Elşən “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmüşlər. Ayaz Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin şəklini çəkərək özü ilə götürmüş və həmin şəkli tanışı olan bank işçisinə göndərəcəyini bildirmişdir. Ertəsi gün xx.xx.2023-cü il tarixdə o, Ayaz, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Təqsirləndirilən şəxs2 avtomobili ilə Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən Unibanka getmişlər, Elşən bankda şəxsiyyət vəsiqəsini təqdim etmiş, lakin həmin gün sistem işləmədiyi üçün kredit götürə bilməmişlər. Həmin gün axşam bank əməkdaşı Elşənə zəng edərək əməkdaşların sistemdə səhvə yol verdiklərini bildirmiş və sabah saat 14:00-da banka yaxınlaşmasını istəmişlər. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixində o, Ayaz, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “20 Yanvar” metrostansiyası yaxınlığında görüşüb İsanın avtomobili ilə yenidən Unibanka getmiş, avtomobildən düşdükdə X15 başa salmasını tapşırmış, Ayaz da Elşəni kənara çəkərək onunla bir qədər söhbət etmiş və ona sənəd vermişdir. Daha sonra o, Elşənlə birlikdə banka daxil olmuş, İsa ilə Ayaz isə çöldə gözləmişlər. Banka daxil olan kimi Elşən növbə götürmüş və növbəni götürən kimi ekranda onun nömrəsi çıxdığından dərhal pəncərəyə yaxınlaşmış, bu səbəbdən də onların Ayazın Elşənə verdiyi sənədə baxmaq imkanları olmamışdır. Elşən bank işçisinə yaxınlaşdıqdan sonra sənədləri əməkdaşa təqdim etmiş, sonuncu Elşənə “mayor” deyə müraciət etdikdə Elşən mayor olmadığını, fəhlə olduğunu bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra isə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları yaxınlaşaraq onları özləri ilə DTX-nə aparmışlar. X14 verdiyi sənədin saxta olmasından xəbəri olmamış, yalnız Dövlət Təhlükəsizliyi Xidmətinə getdikdən sonra bu barədə məlumatı olmuşdur. Daha sonra özünü Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilmədiyi üçün ona həmin maddə ilə bəraət verilməsini, CM-nin 29, 178.2.1 və 29, 178.2.4cü maddələri ilə zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə heç bir ziyan dəymədiyini, başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın 10% məbləğində pul vəsaitini digər təqsirləndirilən şəxslərlə birgə dövlət nəfinə ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayında Ağcabədi şəhərində özünü Ayaz kimi təqdim edən şəxslə tanış olmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində təsadüfən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında Ayaz adlı şəxslə görüşmüşdür. Ayaza demişdir ki, “İnstagram” sosial şəbəkəsində saxta sənəd düzəldən şəxslər vardır, onlarla tanış olmuş, həmin şəxslər saxta sənəd düzəldirlər, həmin sənədlə isə banklardan kredit götürmək mümkün olur. Ayaz isə ona demişdir ki, adam tapmaq mümkündür, o adam tapan kimi xəbər edəcək. Bundan sonra o, Ayazla sağollaşaraq Ağcabədi şəhərinə getmişdir. Təxminən 10-15 gün sonra yenidən Bakıya qayıtmış, 2023-cü ilin mart ayının əvvəllərində Ayaz ilə Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmüşlər. O, Ayaza yenidən demişdir ki, saxta sənədlə bankdan kredit götürmək real məsələdi, adam tapsın, adına saxta sənəd düzəltsinlər, bundan sonra isə həmin adam bankdan kredit götürsün. O, Ayaz ilə görüşdükdən sonra səhəri gün Ayaz ona Təqsirləndirilən şəxs1 adına olan şəxsiyyət vəsiqəsinin şəklini “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə atmışdır. O isə Təqsirləndirilən şəxs1 adına olan şəxsiyyət vəsiqəsinin şəklini kredit təşkilatı adı ilə qeydiyyatdan keçmiş “İnstagram” səhifəsinin nömrəsini xatırlamadığı Amerika nömrəsinin “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə göndərmişdir. xx.xx.2023-cü il tarixdə Amerika nömrəsinin “Watsapp” ani mesajlaşma sistemi vasitəsilə ona zəng olunaraq, sənədin artıq hazır olduğunu bildirərək, onun harada olduğunu soruşub, olduğu yerin məlumatlarını Amerika nömrəsinin “Watsapp” ani mesajlaşma sistemi vasitəsi ilə onlara göndərməyini bildirmişlər. O isə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyası yaxınlığında olduğu yerin məlumatlarını göndərmiş, saxta təqaüd vəsiqəsini ona taksi ilə göndərəcəklərini bildirmişlər. Bundan sonra onun mobil nömrəsinə zəng olunaraq taksi olduğunu, ona çatacaq əşya olduğunu bildirmişlər. O, taksi ilə görüşərək taksiyə 5 manat ödəniş etmiş, taksi sürücüsü isə ona kağıza bükülmüş Təqsirləndirilən şəxs1 adına olan təqaüd vəsiqəsini vermişdir. Bundan sonra o, “Rent a car”dan icarəyə götürdüyü avtomobil ilə “20 Yanvar” metrosuna getmiş, orada Ayaz, Ayazın tanışı Ürfət və adına saxta vəsiqə düzəltdirdiyi Təqsirləndirilən şəxs1 ilə birlikdə Asif Məhərrəmov küçəsində yerləşən Unibanka getmişlər. O, maşında Ayaza saxta təqaüd vəsiqəsini vermiş və Elşənə izah etmişdir ki, həmin vəsiqə ilə hərbidə işləyərək təqaüdə çıxdığını və kitabçada göstərilən qədər pensiya aldığını bildirsin. Ayaz və Ürfət də maşında olduqları üçün deyilənləri eşidərək təqaüd kitabçasının saxta olduğunu bilərək bir söz deməmişlər. Bundan sonra Ürfət, Elşən və Ayaz maşından düşmüş, banka daxil olmuşlar, o isə maşında oturmuşdur. Bir müddət keçdikdən sonra Ürfət, Elşən və Ayaz bankdan çıxaraq, bank işçisinin Təqsirləndirilən şəxs1 adına kredit ayrılması üçün yoxlanılması müəyyən müddət çəkdiyindən Elşən ilə əlaqə saxlanılacağını bildirdikdən sonra onlar birlikdə oradan uzaqlaşmışlar. Həmin günü axşamüstü o, Ayaz, Ürfət və Elşən birlikdə olarkən Elşənə bankdan zəng olunaraq, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Unibanka yaxınlaşmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığından Ürfət, Ayaz və Elşəni öz idarə etdiyi avtomobillə götürərək birlikdə Unibanka getmişlər. Elşən ilə Ürfət Unibankın binasına daxil olmuşlar. Ayaz Unibankın binasının giriş qapısının bayır hissəsində dayanmış, o isə öz maşınında olurmuşdur. Bir müddət sonra DTX-nin əməkdaşları yaxınlaşaraq, onlarla getmələrini xahiş etdiyindən, o da avtomobildən düşərək onlarla birlikdə DTX-nə getmişdir. Yolda ona məlum olmuşdur ki, Ayaz qaçaraq oradan uzaqlaşmışdır. Həmçinin, kredit götürüldükdən sonra həmin puldan ona 500 manat pul veriləcəyini bildirmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, əvvəllər məhkum edilməməsini nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ona yüngül cəza verilməsini, CM-nin 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri ilə zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə heç bir ziyan dəymədiyini, başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın 10% məbləğində pul vəsaitini digər təqsirləndirilən şəxslərlə birgə dövlət nəfinə ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs3 2022-ci ildən tanıyır. 2023-cü ilin fevral ayında Ürfət ona zəng edərək adında kredit olub-olmamasını soruşmuş, o da olmadığını bildirdikdə Ürfət ona adına 11.000 manat kredit götürməyin mümkün olduğunu və buna razı olub-olmadığını soruşmuşdur. O, əvvəl bir dəfə yaşadığı Salyan rayonunda kredit götürmək üçün banka müraciət edən zaman ona cəmi 3000 manat kredit verə biləcəklərini bildirmişlər, həmin məbləğ isə onu qane etmədiyi üçün o, kredit götürməmişdir. O, Ürfətdən 11.000 manat məbləğdə krediti necə götürəcəklərini soruşmuş, sonuncu isə bankda tanış adam olduğunu, onun vasitəsilə götürəcəklərini bildirmişdir. O, Ürfətdən saxta bir şey olubolmadığını soruşduqda Ürfət ona belə bir şeyin olmadığını bildirmişdir. Ürfət ona 11000 manat pulun 4500 manatını ona verəcəklərini, qalan məbləği isə özlərinin götürəcəyini və hər kəsin öz payına düşən kreditin pulunu ödəyəcəyini demişdir. Ona pul lazım olduğuna görə o, Ürfət ilə razılaşmışdır. Bundan sonra o, Ayaz və Təqsirləndirilən şəxs3 “20 Yanvar” metrostansiyası yaxınlığında görüşmüşlər. Orada Ayaz onun şəxsiyyət vəsiqəsinin şəklini çəkərək özü ilə götürmüşdür. Ertəsi gün xx.xx.2023-cü il tarixdə o, Ayaz, Təqsirləndirilən şəxs3 və Ayazın tanışı Təqsirləndirilən şəxs2 birlikdə sonuncunun “KİA” markalı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən Unibanka getmişlər. O və Ürfət bankın binasına daxil olmuş, lakin həmin gün sistem işləmədiyi üçün kredit götürə bilməmişlər. Həmir gün axşam saatlarında ona bankdan zəng olunaraq, kredit almaq üçün xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Unibanka yaxınlaşmağını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs2 Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığından onu, Ayazı və Ürfəti öz idarə etdiyi avtomobillə götürərək birlikdə Unibanka getmişlər. Avtomobildən düşəndə Ayaz ona qırmızı rəngli vəsiqə vermiş, o, Ayazdan onun nə olduğunu soruşduqda Ayaz ona həmin sənədi banka verməsini bildirmişdir. O da sənədi götürmüş, lakin sənədin içinə açıb baxmamışdır. O, həmin sənədi düzəldən şəxsə 1500 manat pul veriləcəyini bilmiş, lakin sənədin saxta olduğunu bilməmişdir. Belə ki, o, həmin sənədin saxta olub-olmadığını soruşduqda, Ayaz ona saxta olmadığını bildirmişdir. O, Ürfət ilə Unibankın binasına daxil olmuş, Ayaz bankın giriş qapısının bayır hissəsində dayanmış, İsa isə öz maşınında oturmuşdur. Banka daxil olduqdan sonra o, növbə götürmüş, növbəsi çatdıqda bank işçisinə yaxınlaşmış və sənədləri təqdim etmişdir. Bank işçisi ona “mayor” deyə müraciət etdikdə, o, bank işçisinə mayor olmadığını, qapı-pəncərə ustası olduğunu bildirmişdir. Bir neçə dəqiqədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları DTX-nə dəvət etmişlər. Ayaz onların DTX-nin əməkdaşları tərəfindən saxlanıldıqlarını görüb piyada qaçaraq oradan uzaqlaşmış, İsa isə öz avtomobilindən düşərək onlarla birlikdə DTX-nə getmişdir. Daha sonra banka təqdim etdiyi sənədin saxta olduğunu bilmədiyi üçün Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ona bəraət verilməsini, CM-nin 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri ilə zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsə heç bir ziyan dəymədiyini, başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın 10% məbləğində pul vəsaitini digər təqsirləndirilən şəxslərlə birgə dövlət nəfinə ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının 13-də Təqsirləndirilən şəxs1 bankdan kredit götürmək üçün "xxxx" KB ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Memar Əcəmi filialına müraciət etmişdir. Sistemdə baş verən nasazlıqlar səbəbindən kreditin verilməsi gecikmiş, bu səbəbdən Təqsirləndirilən şəxs1 növbəti gün banka yaxınlaşması bildirilmiş və sonuncu çıxıb getmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 təqdim etdiyi “Əmək Pensiyası” vəsiqəsinin saxta olmasına şübhələr yarandığından kreditin ayrılması üzrə mütəxəssis bu barədə bankın təhlükəsizlik xidmətinə müraciət etmişdir. Təhlükəsizlik xidmətinin əməkdaşı baş vermiş hadisə barəsində Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermişdir. Ertəsi gün xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs1 "xxxx" KB ASC-nin Nəsimi rayonunda yerləşən Memar Əcəmi filialına müraciət edərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Rzayev X1 əmək pensiyası vəsiqəsi təqdim edərək pul krediti götürməmiş, bank əməkdaşının sayıqlığı nəticəsində sənədlərin saxta olduğundan şübhələnildiyindən həmin şəxsə kredit pul verilməmişdir. Daha sonra təqsirləndirilən şəxslərin əməli nəticəsində onlara hər hansı bir ziyan dəymədiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, Azərbaycan Respublikası CM-nin 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qeyriləri barədə Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.4, 320.1 və 320.2-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində ********* saylı cinayət işi başlanmış və aidiyyəti üzrə verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir (cild İ, i.v.1-2); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Ağabala Cəfərov tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (cild İ, i.v.20); - “Cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən olunanadək cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (cild İ, i.v.23); - “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 müəyyən olunaraq istintaqa təmin olunduğundan cinayət işi üzrə icraat təzələnmişdir (cild İ, i.v.35); - “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29.178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.51); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.4, 320.1 və 320.2-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İ, i.v.74-75); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs3 Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild İ, i.v.90-91); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v.92-93); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İ, i.v.112-113); - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild İ, i.v.126-127); - “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (cild İ, i.v. 143-144); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi müəyyən olunduğundan cinayət işi üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədilə icraat təzələnmişdir (cild İ, i.v.151-152); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tutulub istintaqa gətirilən vaxta kimi cinayət işi üzrə icraat dayandırılmışdır (cild İ, i.v.158-159); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 könüllü olaraq istintaqa gəldiklərindən cinayət işi üzrə icraat təzələnmişdir (cild İ, i.v.163-167); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İ, i.v.201-202); - Cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından “Ayaz" adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29.178.2.1, 29.178.2.4 və 320.2-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild İ, i.v.234-235); - Cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından təqsirləndirilən şəxslərin saxta sənədi əldə etdikləri mənbə barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild İ, i.v.238-239); - Azərbaycan Respublikası Ədliyyə Naziliyi Məhkəmə Ekspertizası Mərkəzi sənədlərin texniki ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 5/1653 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 adına 273610 nömrəli Əmək pensiyası vəsiqəsində olan çap yazıları və möhür əksi şırnaklı printerdə çap edilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir (cild İ, i.v.146-149); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 28 aprel 2023-cü il tarixli, 3-17-1/2- 93373/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 heç bir növ əmək pensiyası, sosial müavinət və ya təqaüd təyin edilməmişdir. Təqsirləndirilən şəxs1 273610 nömrəli əmək pensiyası vəsiqəsinin verilməsi ilə bağlı məlumat aşkar edilməmişdir (cild İ, i.v.17); - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.4, 320.1 və 320.2-ci maddələrindən həmin Məcəllənin 29,178.2.1, 29,178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmiş, iş üzrə 01 ədəd 273610 nömrəli əmək pensiyası kitabçası maddi sübut kimi tanınmış və saxlanılıması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild İ, i.v.222-232); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29.178.2.1, 29,178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild İ, i.v.242-243); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29.178.2.1, 29,178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild İ, i.v.267-268); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29.178.2.1, 29,178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (cild İ, i.v.279-280); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild İ, i.v.28-29); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə araşdırılan material üzrə Ağcabədi RPŞ-də CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild İ, i.v.30-31); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Rzayev X7 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.2013-cii il tarixli Amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yasamal Rayon Məhkəməsinin qərarı ilə hökmlə təyin olunmuş cəzasının çəkilməmiş hissəsi 03 ay 26 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir (cild İ, i.v.32-33); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-23/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və onların yeri müəyyən olunub məhkəməyə gətirilənədək iş üzrə icraat dayandırılmışdır; - Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə könüllü olaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlmişdir; - Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə könüllü olaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlmişdir; - Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Rzayev X3 rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə istintaq edilən ********** nömrəli cinayət işi üzrə həbs olunaraq Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanıldığına görə barəsində açılmış 70161 nömrəli axtarış işi xitam olunmuşdur; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu il, xx.xx.2013-cü il və xx.xx.2016-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan üç uşağı var (cild İ, i.v.214-216); - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2016-cı il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı uşağı var; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 24491 saylı, İD 907950023, terminal K0153012 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 dövlət büdcəsinə 1100 manat ödəniş etmişdir; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 23355 saylı, İD 928145865, terminal K0218011 saylı qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 dövlət büdcəsinə 50 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.4 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-23/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə uyğun olaraq zərər çəkmiş şəxslə barışdıqlarından və həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə uyğun olaraq başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərindən onlar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş və həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilmişlər. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən, bu Məcəllənin 320.1ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 oğlunun himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.1-ci maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Beləliklə, hazırki halda Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi yaranmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, himayəsində iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, onun təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimail işlər növündə cəzaya məhkum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 01 (bir) gün tutulma müddəti Azərbaycan Respublikası CM-nin 68.1.4-cü maddəsinə əsasən 08 (səkkiz) saat ictimai işlər cəzasına bərabər tutularaq, 08 (səkkiz) saat ona təyin olunmuş ictimai işlər cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəkməli və cəzanın icrasına nəzarət yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun əməlini səmimi etiraf edərək peşman olmasını və əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, əməlini səmimi etiraf edərək peşman olmasını, əvvəllər məhkum olunmamasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, onun təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəzaya məhkum edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli və cəzanın icrasına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CMnin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi xx.xx.2023-cü il tarixində baş vermiş və Təqsirləndirilən şəxs1 münasibətdə cinayət hadisəsinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb olunmasına əsas verən əməl böyük ictimai təhlükə törətməyən cinayətlər qrupuna aiddir və Təqsirləndirilən şəxs1 münasibətdə həmin cinayət əməlinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə), 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, hazırkı halda həmin maddə üzrə Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsi tətbiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43- cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-1/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd 273610 nömrəli əmək pensiyası kitabçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq - 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 52 saata görə 312 (üç yüz on iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 64 saata görə cəmi 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi3nın 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 52 saata görə 312 (üç yüz on iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 64 saata görə cəmi 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 52 saata görə 312 (üç yüz on iki) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat olmaqla, ümumi 64 saata görə cəmi 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 41.1, 43.3, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 68.1.4-cü maddəsinə əsasən 08 (səkkiz) saat ictimai işlər cəzasına bərabər tutularaq, 08 (səkkiz) saat ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 292 (iki yüz doxsan iki) saat ictimai işlər cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrasına nəzarət yaşayış yeri üzrə Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzasını yaşayış yeri üzrə çəksin, cəzanın icrasına nəzarət yaşayış yeri üzrə Ağcabədi rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-1/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd 273610 nömrəli əmək pensiyası kitabçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq - 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 64 saata görə 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 64 saata görə 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 64 saata görə 444 (dörd yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar