Məhkəmə qərarları › İş №1(006)-230/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-230/2020

08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-230/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1971-ci ildə Lerik rayonu, Züvüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, fərdi olaraq taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Züvüc kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni Massiv 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 08:44-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz C220» markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 2 saylı ünvanın qarşısına düşən yol hissəsinin səki olan hissəsində saxlayaraq avtomobili 2 km/saat sürətlə arxaya hərəkət etdirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın kimi tələblərini pozmuş və nəticədə yolu sağdan sola adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurub ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin toxumasına, qişaları altına və mədəciklərinə qansızma, baş beyin sıxılması və dislokasiyası, sol gicgah və ənsə sümüyünün kəllə əsasına keçən xətti sınıqları, sol təpə-ənsə-gicgah nahiyələrinin yumşaq toxumalarının iç səthinə qansızma kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, rəsmi iş yeri olmadığı üçün o, özünə məxsus “Mercedes Benz C220" markalı ** VR *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyyəti ilə məşğul olub ailəsini dolandırır. Hadisə baş verən gün yəni, xx xxxx 2020-ci il tarixdə saat təxminən 08:30 radələrində qızı Zeynəb Vahabovanı 247 saylı orta məktəbdə keçirilən test imtahanına aparmaq üçün öz avtomobili ilə Nəsimi rayonu H.Seyidzadə küçəsi ilə “Tərlan” şadlıq sarayı istiqamətində hərəkət etmişdir. 247 saylı orta məktəbin dəqiq ünvanını bilmədiyi üçün mobil telefon vasitəsilə naviqator proqramına qoşulub məktəbin ünvanı istiqamətində hərəkət etmişdir. Nəsimi rayonu H.Seyidzadə küçəsi ilə “Tərlan” şadlıq sarayı istiqamətində hərəkət edən zaman naviqator proqramında məktəbin yolun sağ tərəfində ara küçədə olduğu göstərildiyindən, o isə həmin aradan 1-2 metr qarşıya keçdiyini görüb avtomobili yolun sağ hissəsində saxlamışdır. O, avtomobili bir qədər arxaya hərəkət etdirmək istəyən zaman avtomobilin arxa tərəfindən yük hissəsindən səs gəlmiş, dərhal avtomobili saxlamış və düşüb arxaya baxdıqda 60-65 yaşlarında bir qadının yerdə oturduğunu görmüşdür. Qadını gördükdən sonra o, avtomobilin arxa hissəsi ilə onu vurduğunu anlamış və dərhal onu yerdən qaldırmaq istəmişdir. Lakin ona fiziki gücü çatmadığı üçün qızı Zeynəb də ona kömək etmiş və onlar onu avtomobilə əyləşdirmişlər. Sonra isə o, həmin qadını 1 saylı X21 aparmışdır. Orada onun Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Həkimlər qadının qapalı kəllə beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildirərək onu reanimasiya şöbəsinə qəbul etmişlər. Həmin tarixdən yəni, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək o, Zərərçəkmiş şəxs bütün xəstəxana xərclərini qarşılamışdır. Lakin xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən 1 saylı X17 vəfat etmişdir. Hadisə nəticəsində o, xəsarət almamış, hadisədən əvvəl o, avtomobili saxlamış, geriyə hərəkət etməyə başlayan zaman hadisə baş vermiş, həmin vaxt avtomobilin sürəti təxmini 2 km/saat sürət olmuş, hadisədən əvvəl spirtli içki, narkotik vasitə və ya hər hansı bir psixotrop maddə qəbul etməmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün bütün imkanlarından istifadə etdiyini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X6 verdiyi ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi (piyada vurma) nəticəsində ölənə qədər qardaşı Anarla birlikdə Bakı şəhəri, Abşeron rayonu Hökməli qəsəbəsində yaşamışdır. Anası Zərərçəkmiş şəxs xx xxxxxxxx 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur. Hadisə baş verən günə qədər kafedə aşbaz işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Sumqayıt şəhərində yerləşən “avtomobil bazarı”nda olan zaman qardaşı Anar ona zəng vuraraq anası Sevili Nəsimi rayonu H.Seyidzadə küçəsində avtomobil vurduğunu və 1 saylı X21 aparıldığını bildirmişdir. O, dərhal bazardan çıxaraq qeyd olunan xəstəxanaya gəlmişdir. Həmin vaxt anası almış olduğu xəsarətlərdən özündə olmamasına baxmayaraq güclə də olsa danışa bilmişdir. Həkimlər anasının əməliyyat olunmalı olduğunu bildirdikləri üçün onlar onun sağalması üçün etiraz etməmişlər. Təxminən 10 gün sonra anasını əməliyyat etmişlər. Ölən günə kimi anası elə həmin tibbi mərkəzində qalıb müalicə almışdır. xx xxxx 2020-ci il tarixdə o, evdə olan zaman ona xəstəxanadan zəng olunaraq bildirilmişdir ki, bütün həkim səylərinə baxmayaraq anası almış olduğu xəsarətlər nəticəsində ölmüşdür. Ölümündən əvvəl anası Sevilin hər hansı bir xəstəliyi olmamışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs dəfn xərclərini və digər xərcləri qarşılamışdır. Hal-hazırda Vahab Şərifova qarşı heç bir şikayət və tələbləri olmadığından ona yüngül cəza təyin olunmasını xahiş edir. Maddi sübut kimi tanınmış 01 ədəd DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, görüntü 602.969 kb həcmindədir və 06:59 dəqiqədən ibarətdir (xx.xx.2020-ci il saat 08:40:00- 08:47:00). Görüntüdən müəyyən olunmuşdur ki, təhlükəsizlik kamerası ünvan 3 ünvanının qarşısına düşən yol hissəsini müşahidə edir. Görüntünün 03:45-ci dəqiqəsində metal rəngli “Mercedes Benz C220” markalı avtomobilin yolun sağ hissəsinə yaxın yerdə dayanması görünür. Həmin avtomobilin dayanması ilə yolun səki olan hissəsindən qara paltar geyinmiş yaşlı qadın yolu həmin avtomobilin arxa hissəsindən keçməyə başlayır. Bu zaman “Mercedes Benz C220” markalı avtomobilin sürücüsü avtomobili asta sürətlə arxaya hərəkət etdirir və eyni anda piyada qadın yerə yıxılır. Videogöriintünün sonuna qədər həmin yerə başqa şəxslər və avtomobillər toplaşır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X8» Publik hüquqi şəxsi məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 31 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində baş beyin toxumasına, qişaları altına və mədəciklərin qansızma, baş beyinin sıxılması və dislokasiyası, sol gicgah və ənsə sümüyünün kəllə əsasına keçən xətti sınıqları, sol təpə-ənsə-gicgah nahiyələrinin yumşaq toxumalarının iç səthinə qansızma kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanm əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah və ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyin toxumasına, qişalarıaltına və mədəciklərinə qansızması, subdural hematoması ilə əlaqədar baş beyinin sıxılması, dislokasiyası və posttravmatik ödemi olmuşdur (i/v 49-53). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/517 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə “Mercedes-Benz C220” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında'' Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 59-62). İş üzrə hadisə yerinə və Mercedes-Benz C220” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa yük yerinin sağ hissəsinin üzərində əl izləri və sürtülmüş hissələr aşkar edilmişdir (i/v 19-21). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 58). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X26 xx.xx.2020-ci il tarixli, 016-79049-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə “AC” seriyalı, 061054 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququndan məhrum edilməmişdir (i/v 57). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətindən alınmış, hadisəni əks etdirən videogörüntü əlavə edilmiş 01 ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır (i/v 76-80). İş materiallarında olan sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2026-ci il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Mercedes Benz C220” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşın etibarnamə əsasında X14 tərəfindənTəqsirləndirilən şəxs etibar edilmişdir (i/v 16-18). İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 104). İş materiallarında olan Nəsimi rayon X12 şöbəsinin baş müstəntiqi X15 tərəfindən tərtib olunmuş arayışdan görünür ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı X16 tibb bacısı zəng edərək, xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadiəsəsi zamanı xəsarət almış piyada Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən müalicə aldığı 1 saylı X17 ölməsi barədə məlumat vermişdir i/v 33). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2/2240 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i/v 13). Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X11 adlı üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəməyə təqdim olunmuş Əmək və X13 Nazirliyi tabeliyində DSMF PHŞ Lerik rayon filialının direktoru tərəfindən imzalanmış 06 oktyabr tarixli, **********8 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlil kimi 130 manat sosial müavinət alır. Sosial müavinətin müddəti xx.xx.2022-ci il tarixədəkdir. Məhkəməyə təqdim olunmuş Lerik RİH başçısının Züvüc kənd İƏD üzrə icra nümayəndəsi Qabil Hüseynov tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1971-ci ildə Lerik rayonunun Züvüc kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. Təqsirləndirilən şəxs ictimai işlərdə fəal iştirak edir. O, kənddə keçirilən tədbirlərdə fəallığı ilə seçilir. Ailədə mehribandır. Ərazi bələdiyyəsinin və ərazi nümayəndəliyinin kəndlə bağlı tədbirlərində aktiv iştirak edir. Ərazi nümayəndəliyinə onun barəsində heç bir yazılı və ya şifahi şikayət ərizəsi daxil olmamışdır. Məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (bir yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış hadisənin baş verməsini əks etdirən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-230/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərara əsasən xx xxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 06 (altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar