Məhkəmə qərarları › İş №1(006)-230/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-230/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-230/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1991-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), subay, işləməyən, Sabirabad rayonu, Muğan Gəncəli kəndində qeydiyyatda olan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədilə 29 noyabr 2023-cü il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” topdan satış mərkəzində çərəz və quru meyvələr satılan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şərikli qaydada işlətdikləri 9-cu mağazanın plastik qapısını əvvəlcədən özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz olaraq içəri daxil olmuş, oradan Zərərçəkmiş şəxs1 məxsus 01 kiloqramının qiyməti 10 manat təşkil edən, ümumilikdə 100 manat dəyərində 10 kiloqram ərik qurusu, 01 kiloqramının qiyməti 28 manat təşkil edən, ümumilikdə 280 manat dəyərində 10 kiloqram püstə, 01 kiloqramının qiyməti 05 manat təşkil edən, ümumilikdə 50 manat dəyərində 10 kiloqram alça qurusu, 01 kiloqramının qiyməti 07 manat təşkil edən, ümumilikdə 70 manat dəyərində 10 kiloqram qara kişmişi, 01 kiloqramı 06 manat təşkil edən, ümumilikdə 60 manat dəyərində 10 kiloqram xurma qurusunu, Zərərçəkmiş şəxs2 məxsus isə 01 kiloqramının qiyməti 10 manat təşkil edən, ümumilikdə 200 manat dəyərində 20 kiloqram qoz ləpəsi, 01 kiloqramının qiyməti 15 manat təşkil edən, ümumilikdə 600 manat dəyərində 40 kiloqram ağ fındıq ləpəsi və 01 kiloqramının qiyməti 15 manat təşkil edən, ümumilikdə 150 manat dəyərində 10 kiloqram badam ləpəsini gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 560 manat, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 isə ümumilikdə 950 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə birlikdə ünvan 1 ünvanda yerləşən, Zərərçəkmiş şəxs3 məxsus 13 nömrəli mağazaya qapını açmaq yolu ilə qanunsuz daxil olaraq həmin mağazadan 01 kiloqramının qiyməti 25 manat təşkil edən, ümumilikdə 625 manat dəyərində 25 kiloqram “Amerika” sortu badamını, 01 kiloqramının qiyməti 18 manat təşkil edən, ümumilikdə 630 manat dəyərində 35 kiloqram yerli badamı, 01 kiloqramının qiyməti 34 manat 50 qəpik təşkil edən, ümumilikdə 1.035 manat dəyərində 30 kiloqram “Özbək“ sortu püstəsini, 01 kiloqramının qiyməti 38 manat təşkil edən, ümumilikdə 760 manat dəyərində 20 kiloqram “Antep” sortu püstəsini, 01 kiloqramının qiyməti 32 manat təşkil edən, ümumilikdə 640 manat dəyərində 20 kiloqram “Hind“sortu qozunu, 01 kiloqramının qiyməti 29 manat təşkil edən, ümumilikdə 290 manat dəyərində 10 kiloqram “İran” sortu püstəsini və 184 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 4.164 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin noyabr-dekabr aylarında Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzində araba sürmüşdür. 29 noyabr 2023-cü il tarixdə xərcləməyə pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin günü gecə saat 01 radələrində “Meyvəli” ticarət mərkəzində üzü Lökbatan dairəsinə baxan istiqamətdə çərəz və meyvə quruları satılan 09 nömrəli mağazaya yaxınlaşmışdır. Özü ilə götürdüyü vintaçanla mağazanın plastik qapısını açıb içəri daxil olmuş, içəridə olan karton qutulardakı meyvə qurularını və çərəzlərdən bir qədər götürüb yolun kənarına çıxarmışdır. Daha sonra “Meyvəli” ticarət mərkəzində “Ordubad” kafesinə gedib orada olan Elməddin adlı şəxsə rayonda yaşayan müştərilərdən birinə quru meyvələr yollayacağını, bir gecəlik həmin quru meyvələri evində saxlamağı xahiş etmişdir. Daha sonra taksi sifariş verərək Elməddinlə birlikdə oğurladığı malları sonuncunun yaşadığı evə aparmışdır. Növbəti günü səhər saatlarında həmin qoz-fındıq ləpələrini və meyvə qurularını taksi ilə Nəsimi rayonu ərazisində yerləşən “İran nemətləri” adlı mağazaya ümumilikdə 850 manata satmışdır. Mağazada işləyən şəxsə Qəbələ rayonunda yaşadığını və quru meyvə alveri ilə məşğul olduğunu demişdir. Bundan əlavə qeyd edir ki, Təqsirləndirilən şəxs2 4-5 ildir tanıyır, onunla fəhlə işləyərkən tanış olmuşdur. Zahidlə adətən Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində “Fəhlə bazarı” adlanan yerdə dayanıb iş gözləmişlər. 14 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində o, yenə də 3-cü mikrorayon dairəsinə getmişdir. Həmin vaxt Zahid də orada olmuşdur. Onlar birlikdə təxminən saat 23:00 radələrinə qədər orada gözləsələr də, iş tapa bilməmişlər. Daha sonra heç birinin pulu olmadığı üçün Zahidə Nəsimi rayonu ərazisində yerləşən “Vağzal” adlanan yerə getməyi və orada gecələməyi təklif etmişdir. Zahid onun təklifi ilə razılaşdıqda piyada metronun “28 May” stansiyasına doğru getməyə başlamışlar. Yolda gedərkən yerdən bir vintaçan tapmış və götürüb cibinə qoymuşdur. Bir qədər piyada hərəkət etdikdən sonra 15 yanvar 2024-cü il tarixdə, saat 01 radələrində quru meyvə mağazasının qarşısından keçərkən Zahidə oradan oğurluq etməyi təklif etmişdir. Zahid onun təklifi ilə razılaşdıqda cibindəki vintaçanı çıxarıb mağazanın qapısını açmış və birlikdə içəri daxil olmuşlar. Mağazaya daxil olduqda kassada olan 184 manat pulu götürmüş və əlavə olaraq hər biri bir neçə torba çərəz götürüb mağazanı tərk etmişlər. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra taksi sifariş edərək oğurladıqları çərəzləri Bakı Beynəlxalq Avtovağzalına aparmışlar. Avtovağzalın qarşısında yerləşən “Avto” adlı dönrəxanada işləyən, tanımadıqları şəxsdən həmin torbaları yanına qoymağı xahiş edib bir neçə saat sonra isə gəlib götürcəklərini bildirmişlər. Bu şəxs də torbalarda nə olduğunu soruşduqda quru meyvə olduğunu və səhər rayona aparacaqlarını demişlər. Dönərxanada işləyən şəxs buna etiraz etmədikdə ona 10 manat pul vermiş, daha sonra Zahidlə birlikdə təkrar 3-cü mikrorayon dairəsinə qayıtmış və səhərə qədər gəzmişlər. Saat 10:00 radələrində Zahidlə birlikdə yenə də taksi ilə avtovağzala gedib torbaları götürmüş və Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə aparmışlar. Orada yerləşən quru meyvə mağazalardan birinin qarşısında o, torbaları düşürdükdən sonra Zahidə gedib yaxınlıqda gözləməyi, çərəzləri satdıqdan sonra zəng edəcəyini bildirmişdir. Daha sonra çərəzləri 3cü mikrorayon dairəsi yaxınlığında yerləşən mağazalardan birinə satmaq istəmişdir. Mağaza işlədən şəxs buna ehtiyacının olmadığını bildirsə də, orada olan tanımadığı digər şəxs çərəzləri ala biləcəyini demişdir. Daha sonra o, çərəzləri ümumilikdə 1.758 manata satmağa razılaşmışdır. Lakin həmin şəxs ona 1.200 manat pul vermiş və bir neçə saat sonra gəlib qalan 558 manatını da götürə biləcəyini demişdir. O, razılaşaraq çıxıb getmişdir. Bir neçə saat sonra həmin şəxs ona zəng edərək gəlib pulun qalan hissəsini götürməyini istəmişdir. 3-cü mikrorayon dairəsində yerləşən mağazaya yaxınlaşdıqda polis əməkdaşları onları saxlayıb polis şöbəsinə aparmışdır. Oğurladıqları çərəzləri sataraq əldə etdikləri puldan qalan 1.090 manatı polis əməkdaşlarına təhvil vermişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Haldun Yusifovu təxminən 4-5 ildir tanıyır, sonuncu ilə fəhlə işləyərkən tanış olmuşdur. Haldunla birlikdə adətən Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində “Fəhlə bazarı” adlanan yerdə dayanıb iş gözləmişlər. 14 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində o, yenə də həmin yerdə durub gözləyərkən Haldun da oraya gəlmişdir. Onlar birlikdə təxminən saat 23:00 radələrinə qədər orada gözləsələr də, iş tapa bilməmişlər. Daha sonra heç birinin pulu olmadığı üçün Haldun Nəsimi rayonu ərazisində yerləşən “Vağzal” adlanan yerə getməklərini və orada gecələməklərini təklif etmişdir. O, Haldunun təklifi ilə razılaşdıqda piyada metronun “28 May” stansiyasına doğru getməyə başlamışlar. Yolda Haldun yerdən bir vintaçan tapmış və götürüb cibinə qoymuşdur. Bir qədər piyada hərək etdikdən sonra 15 yanvar 2024-cü il tarixdə, təxminən saat 01 radələrində quru meyvə mağazasının qarşısından keçərkən Haldun ona oradan oğurluq etməyi təklif etmişdir. O, Haldunun təklifi ilə razılaşdıqda hər ikisi mağazanın qapısına yaxınlaşmışlar. Haldun cibindəki vintaçanı çıxardıb mağazanın qapısını açmış və onlar içəri daxil olmuşlar. Mağazaya daxil olduqda kassada olan 184 manat pulu götürdükdən sonra hər biri bir neçə torba bahalı çərəzlərdən götürüb mağazanı tərk etmişlər. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra taksi sifariş edərək oğurladıqları çərəzləri Bakı Beynəlxalq avtovağzalına aparmışlar. Avtovağzalın qarşısında yerləşən “Avto” adlı dönrəxanada işləyən tanımadıqları şəxsdən həmin torbaları yanına qoymağı xahiş edib bir neçə saat sonra isə gəlib götürcəklərini bildirmişlər. Bu şəxs də torbalarda nə olduğunu soruşduqda onlar quru meyvə olduğunu və səhər rayona aparacaqlarını bildirib sonuncuya 10 manat pul vermişlər. Daha sonra Haldunla birlikdə təkrar 3-cü mikrorayon dairəsinə qayıtmış və səhərə qədər gəzmiş, saat 10 radələrində avtovağzala gedib torbaları götürüb Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə aparmışlar. Orada yerləşən quru meyvə mağazalarının birinin qarşısında Haldun torbaları düşürdükdən sonra ona gedib kənarda gözləməyi, çərəzləri satdıqdan sonra zəng edəcəyini bildirmişdir. Bundan sonra Haldun ona quru meyvələri ümumilikdə 1.758 manata satdığını, lakin pulun 500 manatını daha sonra alacaqlarını demişdir. Aldıqları pulun təxminən 100 manatını xərcləmiş və daha sonra polis əməkdaşları tərəfindən 22-ci polis şöbəsinə aparılmışlar. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” topdan satış məntəqəsində 9-cu mağazada Zərərçəkmiş şəxs2 ilə şərik olaraq meyvə qurularının və çərəzlərin satışı ilə məşğul olur. 28 noyabr 2023-cü il tarixdə, saat 19 radlərində mağazanı bağlayıb evə getmişlər. Növbəti günü səhər saat 05 radələrində işə gəlmiş, qapını açarla açaraq mağazaya daxil olmuşdur. O, qapını rahatlıqla açdığı üçün heç nədən şübhələnməmişdir. İşığı yandırıb ətrafa nəzər saldıqda malların bir xeyli azaldığını görmüşdür. Bir qədər sonra Zərərçəkmiş şəxs2 da mağazaya gəlmişdir. Onlar oğurluq olduğunu dəqiqləşdirdikdən sonra hadisə barədə bazarda xidmət aparan polis əməkdaşlarına məlumat vermişlər. Hadisə nətəcəsində onun işlətdiyi dükandan ərik qurusu, püstə və başqa növ meyvə quruları oğurlanmışdır. Oğurlanan məhsullar qutularda və sellofan torbalarda olmuşdur. Belə ki, mağazadan 01 kiloqramının qiyməti 10 manat olmaqla ümumi 100 manat dəyərində 10 kiloqram ərik qurusu, 01 kiloqramının dəyəri 28 manat olmaqla ümumi 280 manat dəyərində 10 kiloqram püstə, 01 kiloqramının qiyməti 05 manat olmaqla ümumi 50 manat dəyərində 10 kiloqram alça qurusu, 01 kiloqramının qiyməti 07 manat olmaqla ümumi 70 manat dəyərində 10 kiloqram qara kişmiş və 01 kiloqramı 06 manat olmaqla ümumi 60 manat dəyərində 10 kiloqram xurma qurusu oğurlanmışdır. Bununla da ona ümumilikdə 560 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” satış mərkəzində Elşad Ağayevlə birlikdə şərik olaraq mevə qurularının və çərəzlərin satışı ilə məşğul olur. Mağazaları Mağazanın qapısı plastik materialdandır. Mağazanın qapısı açarla bağlanır, üzərində qıfılı yoxdur. 28 noyabr 2023cü il tarixdə şəriki Elşənlə dükanı bağlayıb evlərinə getmişlər. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində işə gələn Zərərçəkmiş şəxs1 dükana ümumi nəzarət yetirəndə malların bir xeylisinin azaldığını görmüşdür. Bir qədər sonra o da dükana gəlib Elşənlə birlikdə mağazanın içərisinə yığdığı qutulara nəzarət yetirəndə meyvə qurularının və fındıq-qoz ləpəsinin də bir hissəsinin yerində olmadığını görmüşdür. Onlar oğurluq olmasını dəqiqləşdirib daha sonra hadisə barədə “102” xidmətinə məlumat vermişdir. Hadisə zamanı onun işlətdiyi dükandan 01 kiloqramının qiyməti 10 manat olmaqla ümumi 200 manat dəyərində 20 kiloqram qoz ləpəsi, 01 kiloqramının dəyəri 15 manat olmaqla ümumi 600 manat dəyərində 40 kiloqram ağ fındıq ləpəsi və 01 kiloqramı 15 manat olmaqla ümumi 150 manat dəyərində 10 kiloqram badam ləpəsi oğurlanmışdır. Ümumilikdə ona 950 manat ziyan dəysə də, hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda yerləşən 13 nömrəli mağazada quru meyvələrin pərakəndə satışı ilə məşğul olur. 14 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində mağazanı bağlayıb evə getmiş, növbəti gün, saat 08 radələridə işə gəldikdə mağazanın qapsının zor tətbiq edilməklə açıldığını görmüşdür. O, mağazaya daxil olduqda oradan 01 kiloqramının qiyməti 25 manat təşkil edən, ümumilikdə 625 manat dəyərində 25 kiloqram “Amerika”sortu badamının, 01 kiloqramının qiyməti 18 manat təşkil edən, ümumilikdə 630 manat dəyərində 35 kiloqram yerli badamın, 01 kiloqramının qiyməti 34 manat 50 qəpik təşkil edən, ümumilikdə 1.035 manat dəyərində 30 kiloqram “Özbək” sortu püstəsinin, 01 kiloqramının qiyməti 38 manat təşkil edən, ümumilikdə 760 manat dəyərində 20 kiloqram “Antep” sortu püstəsinin, 01 kiloqramının qiyməti 32 manat təşkil edən, ümumilikdə 640 manat dəyərində 20 kiloqram “Hind” sortu qozunun, 01 kiloqramının qiyməti 29 manat təşkil edən, ümumilikdə 290 manat dəyərində 10 kiloqram “İran” sortu püstəsinin oğurlandığını aşkar etmişdir. Bundan başqa, kassada olan 184 manat nağd pulu da oğurlanmışdır. İbtidai istintaq zamanı ümumilikdə 140 kiloqram quru meyvə ona qaytarılmışdır. Ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində bildirdi ki, təxminən bir ilə yaxındır Bakı X1rşısında yerləşən “Avto” adlı dönər evində işləyir. 15 yanvar 2024-cü il tarixdə, gecə təxminən saat 03-04 radələrində iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq bir neçə torba quru meyvəni səhər açılana qədər saxlamağını xahiş etmişdir. O, əvvəlcə həmin şəxsləri tanımadığı üçün razılıq verməmişdir. Sonradan bir daha ona yaxınlaşaraq hüzürləri olduğu üçün bir-iki saatlıq torbaları yanına qoymaqda israr etmişlər. O da həmin şəxslərə hər ikisinin şəklini çəkib telefonunda saxlamaq şərti ilə buna razılıq vermişdir. Həmin şəxslər etiraz etmədikdə fotoşəkillərini çəkib torbaları dönər evinin yanına yığmalarını, içəridə yer olmadığını demişdir. Saat 07 radələrində işdən çıxıb getmiş, iş yoldaşları da sonradan ona həmin iki nəfər şəxsin təqribən saat 10 radələrində gələrək torbaları götürüb getdiklərini demişlər. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirdi ki, o, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarında fəhlə işləyir. Haldun adlı şəxsi də təxminən bir il əvvəl orada tanımışdır. xx.xx.2023-cü il tarixdə gecə vaxtı “Meyvəli” bazarında yerləşən “Ordubad” kafesində yemək yeyərkən Haldun oraya gəlmişdir. Haldun ona müştərinin quru meyvələrinin özündə qaldığını, rayona göndərə bilmədiyini, bir gecəlik yaşadığı evdə saxlamaqda köməklik etməyini xahiş etmişdir. O da bazarda tez-tez belə hallarla rastlaşdığı üçün Halduna etiraz etməmişdir. Daha sonra Haldun taksi sifariş etmiş və onlar qutulardakı quru meyvələri nömrəsini və markasını xatırlamadığı taksi ilə Sulutəpə qəsəbəsində yerləşən kirayə yaşadığı evə getmişlər. Səhər saatlarında Haldun həmin qutulardakı quru meyvələri götürərək çıxıb getmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “ ötürmə haqqında” 16 yanvar 2024-cü il tarixli qərara əsasən Şahid3 təqdim G etdiyi 25 kiloqram “Amerika” badamı, 35 kiloqram yerli badam, 30 kiloqram “Özbək” sortu püstəsi, 20 kiloqram “Antep” sortu püstəsi, 20 kiloqram “Hind” sortu qozu və 10 kiloqram “İran” sortu püstəsi olmaqla ümumilikdə 140 kiloqram quru meyvə götürülmüşdür (İ cild, i.v.38-40); • “Əşyanın maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında”: - 17 yanvar 2024-cü il tarixli qərara əsasən iş üzrə götürülmüş 25 kiloqram “Amerika” sortu badamı, 35 kiloqram yerli badam, 30 kiloqram “Özbək” sortu püstəsi, 20 kiloqram “Antep” sortu püstəsi, 20 kiloqram “Hind” sortu qozu və 10 kiloqram “İran” sortu püstəsi olmaqla ümumilikdə 140 kiloqram quru meyvə maddi sübut kimi tanınmış və qanuni sahibi Zərərçəkmiş şəxs3 qaytarılmışdır (İ cild, i.v.86-87); - 19 yanvar 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 Əliməmməd oğlu və Təqsirləndirilən şəxs1 oğurladıqları quru meyvələri sataraq cinayət yolu ilə əldə etdikləri 1.090 manat nağd pul maddi sübüt kimi tanınmış və saxlanması üçün qanuni sahibi Şahid3 qaytarılmışdır (İ cild, i.v.143, 145); • “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs2 azadlığı faktiki həmin günü məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə isə müstəntiqin qərarı ilə saxlanıldığı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.55-56, 125-128); • “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs1 azadlığı faktiki həmin günü məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə isə müstəntiqin qərarı ilə saxlanıldığı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir (İ cild, i.v.77-78, 129-132); • Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 4(002)- 26/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablanmışdır (İİ cild, i.v.23-27); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin: - xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs2 dair əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.148); - xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs1 əvvəllər oğurluq və soyğunçuluq cinayətlərinə görə 3 dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2021-ci il tarixdə isə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (l cild, i.v.149-151, 159- 189). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 hərəkətlərində isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halların olmasını, eyni zamanda Təqsirləndirilən şəxs1 əvvəllər də talama cinayətlərinə görə məhkum olunduğunu və bundan nəticə çıxarmadığını, Təqsirləndirilən şəxs2 isə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə isə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 17 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 140 kq quru meyvə sahibi Zərərçəkmiş şəxs3, 1.090 manat nağd pul isə sahibi Şahid3 istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş (məhkəmə iclaslarında iştirakları nəzərə alınmaqla) müvafiq olaraq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 50 saat üçün nəzərdə tutulan 300 manat və Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu Sabirabad rayonu, Muğan Gəncəli kəndini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sabirabad rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 140 kq quru meyvə sahibi Zərərçəkmiş şəxs3, 1.090 manat nağd pul isə sahibi Şahid3 istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat və Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar