Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-230/2025 15.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, dalan 1, ev 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, 21 noyabr 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri “Xəqani bağı”nda tanış olduğu Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə piyada hərəkətdə olarkən özgənin əmlakını əıə keçirmək məqsədilə həmin gün saat 02:53-də qeyd olunan küçənin 87 saylı ünvanının qarşısında Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib müqavimətin qırmaq üçün əl zərbəsi ilə itələyib sonuncuya sol saidin qançırı, sağ saidin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcəsi təyin olunmayan bədən xəsarət yetirməklə əynində olan ətəyin cibindən Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində “Samsung A05s" markalı mobil telefonu və sonuncunun ona əvvəlcədən saxlaması üçün verdiyi 40 manat dəyərində gödəkcəsini açıq talayıb, əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq, Zərərçəkmiş şəxs ümumilikdə 195 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə məhkum olunmuş və 2021-ci ildə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra isə rəsmi olaraq heç yerdə işləməmişdir. 21 noyabr 2024-cü il tarixdə saat 01 radələrində qısa müddət ərzində tanıdığı Ruslan adlı tanışı ilə birikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Malakan bağında oturub söhbət etmişlər, həmin vaxt o, «Go» adlanan spirtli içki içmişdir. Həmçinin bundan əvvəl də spirtli içki olan «Jaguar» içmişdir. Malakan bağında olarkən kənardan bir nəfər qadının onlara tərəf gəldiyini görmüşdür. Həmin qadın onlara yaxınlaşdıqda o, qadının içkili olduğunu görmüşdür. Qadın heç bir söz demədən yanlarında oturmuş və onun yanında olan tanışı həmin qadınla ünsiyyət yaratmaq istədikdə, qadın buna etiraz etmiş və ayağa durub tanışına ondan xoşunun gəlmədiyini bildirmişdir. Həmin vaxt o, oturacaqdan durub gedən zaman həmin xanımın da onun arxası ilə gəldiyini görmüşdür. Onlar xanımla söhbət edərək Torqovı deyilən ərazi ilə hərəkət edib “Mc Donalds” kafesinin yanı ilə binaların arasına girmişlər. Daha sonra xanımla birlikdə ünvan 3 ünvana, yəni «Okean» çay evinin həyətinə getmişlər və orada aralarında mübahisə yaranmış, bu zaman qadın onun ünvanına nalayiq ifadə işlətmişdir. O, da əsəbləşərək qadını bir əli ilə itələmiş, o biri əli ilə isə qadının cibində olan “Samsung” markalı mobil telefonu götürmüşdür. Həmin vaxt qadın yerə yıxılmış, o, isə əvvəlcə adi addımlarla, sonra isə qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt qadının ona saxlaması üçün verdiyi gödəkcəni də bilmədən özü ilə aparmışdır. Həmin gödəkçəni xanım özü saxlaması üçün ona vermişdir. O, gödəkçəni bilmədən özü ilə aparmışdır. Həmin xanım mobil telefonu geri almaq üçün onun arxası ilə gəlməmişdir. Həmin yerdən bir qədər uzaqlaşdıqdan sonra isə Post Patrul Xidmətinin əməkdaşları onu tutmuşlar, o, mobil telefonu xanıma qaytarmış, onu isə Nəsimi Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində olan zaman həmin xanımın Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər görməmiş və sonuncu ilə aralarında heç bir münasibət olmamışdır. Aytənlə binaların arasında olarkən Aytənin cibində mobil telefon olmasını görmüşdür. Zərərçəkmiş şəxs ilə ünvan 4 ünvanına və ailəsinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, Aytənin mobil telefonunu ələ keçirmək qərarına gəlmişdir. O, eyni vaxtda bir əli nə Zərərçəkmiş şəxs itələmiş, digər əli ilə Aytənin əynində olan ətəyinin cibindəki mobil telefonu götürmüş və oradan uzaqlaşmağa başlamışdır. O, Zərərçəkmiş şəxs itələmiş, sonuncunu vurmamışdır. Hadisə vaxtı o, sərxoş olmuşdur. Ruslan adlı şəxsin soyadının və atasının adını bilmir. Ruslanın harada yaşamasını da, istifadəsində olan mobil telefon nömrəsini də bilmir. Hadisə vaxtı Aytənlə söhbət edərək Torqovı deyilən əraziyə gedən zaman Ruslan elə oturduqları yerdə qalmış və onlarla gəlməmişdir. Ruslanla aralarında heç bir razılaşma olmamış, Ruslan onun Aytən adlı xanımın mobil telefonunu ələ keçirəcəyini bilməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə özünü qismən təqsirli bildiyini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq etmədiyini, sonuncuya hər hansı xəsarət yetirəcək hərəkətlər etmədiyini, sadəcə olaraq sonuncunu itələdiyini, zərər çəkmiş şəxs ilə barışıq əldə etdiyini və etdiyi həmin əməlindən peşman olduğunu bildirərək, əməlinin Azərbaycan Respublikası 180.2.4-cü maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 20 noyabr 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhərində Tarqovı adlanan ərazidə olan klubların birinə getmiş və orada spirtli içki içmiş, daha sonra bir qədər əyləndikdən sonra klubdan çıxaraq Malakan bağı istiqamətinə getmişdir. Orada 2 nəfər şəxsi oturacaqda oturduğunu görüb onlara yaxınlaşmış və aralarında oturmuşdur. Həmin vaxt oturacaqda oturan oğlanların birinə ona siqaret ala bilib-bilməyəcəyini soruşduqda, həmin şəxs ala bilməyəcəyini demiş və o, həmin şəxsə «get burdan» demişdir. Daha sonra yanında oturan digər şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona kənara gəlməyi və ona söz deyəcəyini bildirmişdir. O, həmin vaxt etiraz etsə də, sonradan Əlihüseynlə birlikdə hazırda xatırlamadığı istiqamətdə binaların arasına getmişlər. Binaların arasında Əlihüseyn onu öpmək istədikdə o, buna imkan verməmişdir. Həmin vaxt orada kənar şəxslər də olmuşdur. Daha sonra Əlihüseyn ona yemək yeməyi təklif etmiş və onlar birlikdə ünvan 5 ünvana gedib orada arxadan içəri keçmişlər. Həmin yerdə Əlihüseyn adlı şəxs onu yenə də öpmək istədikdə o, sonuncunu itələmiş və bu zaman Əlihüseyn eyn anda bir əli ilə onu möhkəm itələmiş, digər əli ilə ətəyinin cibində olan “Samsung A05s” markalı mobil telefonu götürüb qaçmağa başlamışdır. O, dərhal ayağa durub həmin yerdən çıxmaqla Əlihüseynin arxası ilə qaçmışdır. Həmçinin ona məxsus gödəkçəsi Əlihüseyndə olmuşdur. Belə ki, həmin əraziyə gedən zaman o, gödəkcəsini saxlaması üçün Əlihüseynə vermişdir. Əlihüseyn mobil telefonunu götürüb qaçan zaman isə gödəkcəsi sonuncunun əlində olmuşdur. O, həmin vaxt «polis, polis, telefonumu apardı» deyə qışqırmış, həmin vaxt bir nəfər polis əməkdaşı ona tərəf yaxınlaşmış, bır nəfər polis əməkdaşı isə Əlihüseynin arxası ilə qaçmışdır. Daha sonra Əlihüseyn polis əməkdaşları tərəfindən tutulmuşdur. Sonra o, 22-ci polis şöbəsinə gedərək ərizə yazmış və izahat vermişdir. Ona məxsus mobil telefon «Samsung A05s» markalı olmaqla 150 manat dəyərindədir, mobil telefonun dəyərində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin dəyər isə 5 manatdır. Həmçinin ona məxsus olar gödəkcəsinin dəyəri 40 manat olmuşdur. Əlihüseyn onu itələdikdə o, yerə yıxılmış və hər iki qolundan xəsarət almışdır. Sonda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tamamilə ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Şahid2 ifadəsində göstərdi ki, 21 noyabr 2024-cü il tarixdə iş yoldaşı Şahid2lə xidmətdə olarkən saat 03:05-də bir nəfər qadın həyəcanlı vəziyətdə onlara yaxınlaşaraq Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində olan arkanın içərisində bir nəfər şəxsin onu itələyərək əynində olan ətəyin cibindən mobil telefonunu və gödəkcəsini alıb qaçmışdır. Həmin qadınla apardıqları qısa söhbət zamanı qadın mobil telefonunu alıb qaçan şəxsin zahiri görünüşü barədə onlara məlumat vermiş və onlar dərhal həmin şəxsin axtarışına başlamışlar. Nəsimi rayonu, B.Səfəroğlu küçəsində olarkən qadının verdiyi məlumatlara əsasən bir nəfər şəxsi görüb həmin şəxsə səsləndikdə sonuncu qaçmağa başlamışdır. Onlar həmin şəxsin arxası ilə qaçaraq tutmuşlar. Həmin vaxt həmin şəxs əlini cibinə atdıqda onlar buna imkan verməmişlər və həmin şəxsin üzərinə vizual baxış keçdikdə bir ədəd Samsung markalı mobil telefonu aşkar etmişlər. Həmin şəxs mobil telefonu bır nəfər qadının cibindən alıb qaçdığını bildirmişdir. Daha sonra onlar həmin şəxsi və qadını Nəsimi RPl-nin 22-ci polis şöbəsinə aparmışlar. Orada qadının Zərərçəkmiş şəxs, hadisəni törədən kişi cinsli şəxsin isə Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Onlar həmin şəxsi və üzərindən aşkar olunmuş mobı telefonu polis şöbəsinin növbətçi hissəsinə təhvil verib xidməti ərazilərinə qayıtmışlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlama və icraata qəbul etmə haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 01); “hadisə yerinə baxış keçirilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanın qarşısıdır (i.v. 6-7); 21 noyabr 2024-cü il tarixli, 2/64418 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs sərxoşluq dərəcəsi orta olaraq müəyyən edilmişdir (i.v. 18); “şübhəli şəxsin tutulması haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası CM-in 180.-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 31); “zərər çəkmiş şəxs qismində tanınma haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır (i.v. 39); “baxış keçirilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus mobil telefon Samsung A05s markalı olmaqla mobil telefonun qarşı hissəsi sensor ekrandan ibarətdir, yuxarı orta hissəsində kamerası vardır. Mobil telefonun arxa tərəfi çəhrayı rəngində olmaqla sol yuxarı hissəsində fotckameraları vardır. Mobil telefonun aşağı orta hissəsində böyük hərflərlə «SAMSUNG» yazılmışdır. Mobil telefn işlək vəziyyətdədir. İMEİ kodları **********11786 və **********11787-dir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs mobil telefonun ona məxsus olduğunu, həmin mobil telefonu Əlihüseyn adlı şəxsin onun əynində olan ətəyin cibindən alıb qaçcığını mobil telefonu 1 ildir ki, istifadə etdiyini bildirmişdir (i.v. 46); “əşyanın maddi sübut hesab edilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus mobil telefon “Samsung A05s” markalı mobil telefon və içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan disk xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi vaxtına, üzərində hadisənin izlərinin saxladığına görə, həmçinin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilməsi, “Samsung A05s” markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi, 01 ədəd diskin isə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (i.v. 47); Zərərçəkmiş şəxs tərəfindən imzalanmış Arayışdan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan “Samsung A05s” markalı mobil telefonu saz vəziyyyətdə təhvil almış, bununla bağlı heç bir şikayət və tələbi yoxdur (i.v. 50); “baxış keçirilməsi haqqında” 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 04 ədəd videogörüntü vardır, həmin vıdeogörüntülərə ardıcıllıqla baxıldıqda, 1-ci videogörüntüdə 21 noyabr 2024 cü il tarixdə saat 02:53-cə bir nəfər əynində qara rəngli gödəkcə, qara rəngli şalvar və əlində qara rəngli gödəkcə olan şəxsin yanında qoluna girmiş vəziyyətdə ağ rəngli köynəkdə və qara rəngli ətəkdə olan qadının birlikdə hərəkət etmələr və dəm r materialdan o an giriş qapısından daxil olmaqla görüntüdən itmələri müşahidə olunur. 2-ci videogörüntüdə 21 noyabr 2024-cu il tarixdə saat 02:55-də əynində qara rəngli gödəkcə, qara rəngli şalvar və əlində qara rəngli gödəkcə olan şəxsin az əvvəl qadınla daxil olduqları giriş qapısından qaçaraq çıxması, həmin vaxt əlində gödəkcə olması, bir neçə saniyə sonra isə arxasınca əynində ağ rəngli köynək və qara rəngli ətək olan qadının qaçması müşahidə olunur 3-cü və 4-cü videogörüntülərdə əynində qara rəngli gödəkcə, qara rəngli şalvar və əlində qara rəngli gödəkcə olan şəxsin arkalar arasından qaçaraq küçəyə çıxması, arxasınca isə əynində ağ rəngli köynək və qara rəngli ətək olan qadının qaçaraq çıxıb həmin şəxsi axtarması və qaçdığı istiqamətdə əllərini göyə qaldırıb qışqırması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərı izləyib, həmin videogörüntülərdə əynində qara rəngli gödəkcə, qara rəngli şalvar və əlində qara rəngli gödəkcə olan şəxsin özünün olduğunu, arxasınca qaçan şəxsin isə ifadəsində qeyd etdiyi qadının olmasını və həmin qadının mobil telefonunu və gödəkcəsini ələ keçirib qaçdığını bildirmişdir (i.v. 51); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 61-62); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 4(006)- 653/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 21 noyabr 2024-cü il tarixdən, saat 11:00-dan hesablanması qərara alınmışdır (i.v. 78-82); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 04 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (i.v. 95-97); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-105/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 99-107); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 21 noyabr 2024-cü il tarixli, 1571 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol saidin qançırı, sağ saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən, müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri ləyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, insan bədəninin hissələrinin (əl, əl barmaqları, dırnaqlar və sair) təsirindən əmələ gələ bilmələri mümkündür (i.v. 109-110); “sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 25 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilərək ona CM-nin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, iş üzrə 21 noyabr 2024-cü il tarixli qərarla Zərərçəkmiş şəxs məxsus mobil telefon “Samsung A05s” markalı mobil telefonun, içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd diskin maddi sübut kimi tanınması, mobil telefonun zərər çəkmiş şəxsə qaytarılması, 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır (i.v. 115-123); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 126-127); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə, həmçinin məhkəmə iclasında dindirilmiş şahidin ifadəsi ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, əvvəllər eyni kateqoriyalı cinayət əməlinə görə məhkum olunmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran hallar, əvvəllər eyni kateqoriyalı cinayət əməlinə görə məhkum olunmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - “Samsung A05s” markalı mobil telefonun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 14 fevral 2025-ci il – 16 aprel 2025-ci il tarixlərdə keçirilmiş 04 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 30 aprel 2025-ci il – 15 oktyabr 2025-ci il tarixlərdə keçirilmiş 11 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 33 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 33 saata görə 363 (üç yüz altmış üç) manat olmaqla, cəmi 45 saata görə cəmi 435 (dörd yüz otuz beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 1 (bir) ədəd “Samsung A05s” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - içərisində hadisəni özündə əks etdirən videogörüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi cəmi 45 saata görə cəmi 435 (dörd yüz otuz beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-230/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-230/2025
15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver