Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-231/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Müdafiəçilər “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)- 188/2022 saylı hökmü ilə 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2aşayan, barəsində ünvan 3 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 5nvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 oktyabr 2022-ci il tarixdə saat 18:41 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 53 F ünvanında yerləşən Zərərçəkmiş şəxs1 QSC-yə məxsus mağazaya daxil olaraq vitrinə qoyulmuş 250 manat dəyərində 01 ədəd “X13 XO 0.7L GB” adlı və 100 manat dəyərində 01 ədəd “X14 XO Fine Champagne 0.5L GB” adlı spirtli içkiləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 QSC-yə ümumilikdə 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 oktyabr 2022-ci il tarixdə saat 18:41 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 53 F ünvanında yerləşən Zərərçəkmiş şəxs1 QSC-yə məxsus mağazaya daxil olaraq vitrinə qoyulmuş 250 manat dəyərində 01 ədəd “X13 XO 0.7L GB” adlı və 100 manat dəyərində 01 ədəd “X14 XO Fine Champagne 0.5L GB” adlı spirtli içkiləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 QSC-yə ümumilikdə 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək məqsədi ilə 18 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsi, Bakı dəmir yolu vağzalının ərazisindəki «ev aşağı meydan» ünvanında yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Brend Saatlar” mağazasına daxil olaraq, vitrinə qoyulmuş bir ədəd istifadə olunmamış dəyəri 150.0 manat təşkil edən gümüşü rəngli «CARTİER» markalı, bir ədəd istifadə olunmamış dəyəri 150.0 manat təşkil edən qara rəngli «BVLGARİ» markalı və bir ədəd istifadə olunmamış dəyəri 350.0 manat təşkil edən boz rəngli «Bvlqari» markalı qol saatlarını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 650 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ortaq tanışları vasitəsilə Təqsirləndirilən şəxs1 ilə 1 ilə yaxın müddətdir ki, tanış olmuş və onunla mütəmadi olaraq bir yerdə vaxt keçirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində dostu Ayxan ilə birlikdə Nəsimi rayonu, R.Behbudov küçəsi ilə gəzərkən Zərərçəkmiş şəxs1 mağazasına daxil olmuşlar. Mağazanın vitrinindəki içkilərə baxaraq dostu Ayxan ilə birlikdə mağazadakı spirtli içkiləri oğurlayıb sataraq qazanc əldə etmək qərarına gəlmişlər. Müştərilərin və hər iki satıcının başlarının qarışıq olmasından istifadə edərək mağazadakı adını bilmədiyi spirtli içkini oğurlamış, üzərindəki qış gödəkçəsinin altında gizlətmiş və mağazanı tərk etmişdir. Aradan az vaxt keçmiş Ayxan da həmin mağazadan bir ədəd spirtli içki oğurlayaraq çölə çıxmışdır. Birlikdə piyada «Tarqovu» adlanan ünvana gəlmiş, Ayxanın oğurladığı spirtli içkini adını xatırlamadığı klubun qarşısında tanımadıqları bir nəfər şəxsə 25 manata satmışlar. Özünün oğurladığı spirtli içki isə yolda əlindən yerə düşərək sınmışdır. Əldə etdikləri 25 manat pulu Ayxanla aralarında bölüşdürərək ayrılmışlar. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ortaq tanışları vasitəsilə Təqsirləndirilən şəxs2 ilə 1 ilə yaxın müddətdir ki, tanış olmuş və onunla mütəmadi olaraq bir yerdə vaxt keçirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində dostu X3 ilə birlikdə Nəsimi rayonu, R.Behbudov küçəsi ilə gəzərkən Zərərçəkmiş şəxs1 mağazasına daxil olmuşlar. Mağazanın vitrinindəki spirtli içkilərə baxaraq dostu Nurlan ilə birlikdə mağazadakı spirtli içkiləri oğurlayıb sataraq qazanc əldə etmək qərarına gəlmişlər. Müştərilərin və hər iki satıcının başlarının qarışıq olmasından istifadə edərək əvvəlcə Nurlan, daha sonra isə o, mağazadakı adını bilmədikləri spirtli içkiləri oğurlamış, üzərlərindəki qış gödəkçəsinin altında gizlətmiş və mağazanı tərk etmişlər. Birlikdə piyada «Tarqovu» adlanan ünvana gəlmiş, oğurladığı içkini adını xatırlamadığı klubun qarşısında tanımadıqları bir nəfər şəxsə 25 manata satmışlar. Nurlanın oğurladığı içki isə yolda əllərindən yerə düşərək sınmışdır. Əldə etdikləri 25 manat pulu Nurlanla aralarında bölüşdürərək ayrılmışlar. xx.xx.2022-ci il tarixdə tanışı Nemətlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Dəmir yolu vağzalı ərazisində gəzərkən Nemətin telefonuna zəng gəlmiş, Nemət telefonla danışarkən o, həmin ərazidə yerləşən “Brend saatlar” mağazasına girib saatlara baxmışdır. Həmin mağazada satıcıdan əlavə 2-3 nəfər müştəri olmuş, satıcının başının müştərilərə qarışıq olmasından istifadə edərək mağazanın içərisində olan soldakı vitrindən 01 ədəd “Cartier” markalı kişi qol saatını, sağda olan vitrindən isə 02 ədəd “Bvlgari” markalı kişi qol saatların gizli oğurlayaraq əynində olan boz rəngli gödəkcəsinin cibinə qoymuşdur. Nemət də həmin mağazaya daxil olub saatını təmir etdirmək üçün ustaya göstərmiş, onun oğurladığı saatlardan Nemətin heç bir xəbəri olmamışdır. O mağazadan çölə çıxaraq mağazanın qarşısında Neməti gözləmiş, bir neçə dəqiqədən sonra Nemət çölə çıxmış və birlikdə «Səməd Vurğun» bağına tərəf getmişlər. Bir qədər gəzdikdən sonra oğurladığı saatlardan birini, gümüşü rəngli “Bvlgari” markalı saatı Nemətə hədiyyə vermişdir. Nemət ondan saatı haradan aldığını soruşsa da Neməti aldadaraq saatın onda çoxdan olduğunu bildirmişdir. Nemət hədiyyəni qəbul edərək ona minnətdarlıq etmişdir. Daha sonra ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, dəymiş zərəri tam ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndəsi X6 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 mağazasında xx.xx.2022-ci il tarixdə günün sonunda iki ədəd ümumi dəyəri 368 manat olan spirtli içkinin olmadığı hesabat apararkən aşkar edilmişdir. Mağazada quraşdırılan video müşahidə kamerasına baxan zaman həmin spirtli içkilərin xx.xx.2022-ci il tarixdə saat 18:41 radələrində oğurlandığı müəyyən edilmiş, baş vermiş həmin oğurluq nəticəsində 01 ədəd 259 manat dəyərində “X13 XO 0.7L GB” adlı və 01 ədəd 109 manat dəyərində “X14 XO Fine Champagne 0.5L GB” adlı spirtli içkiləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 QSC-yə ümumilikdə 368 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs1 QSC-nə dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını bildirmiş və onlara ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 12 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu Dəmiryol vağzalı yaxınlığında yerləşən “Brend Saatlar” mağazasında saatların satışı və təmiri ilə məşğul olur. “Brend Saatlar” satılan mağazada olan saatlar ona məxsusdur. xx.xx.2022-ci il tarixdə vitrinlərdə 03 ədəd saatın olmadığını aşkar etmiş, mağazaya quraşdırılmış video müşahidə kameralarına baxan zaman müəyyən etmişdir ki, həmin tarixdə saat 15 radələrində mağazaya tanımadığı müştərilər daxil olur, həmin müştərilərdən biri saatını təmir etdirmək üçün ona verir, digəri isə mağazadakı vitrindən 01 ədəd “dəyəri 200 manat olan “Cartier” markalı kişi qol saatı və hər birinin dəyəri 400 manat təşkil edən 02 ədəd “Bvlgari” markalı kişi qol saatlarını oğurlayaraq əynindəki boz rəngli qış gödəkcəsinin sağ cibinə qoyub mağazanı tərk etmişdir. Saatlarının oğurlandığını müəyyən etdikdən sonra bu barədə telefonla DİN-nin 102 zəng xidmətinə ərizə ilə isə DYNPİ-nə məlumat vermişdir. Sonradan oğurluq edən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu öyrənmiş, hadisə nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Daha sonra oğurlanmış saatların hələ ona qaytarılmadığını, lakin Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 2017-ci ildə Təqsirləndirilən şəxs1 ilə təsadüfən Nəsimi rayonunun Nizami küçəsində tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1 ilə Nizami küçəsində görüşüb piyada Bakı dəmir yolu vağzalının ərazisinə gəlmişlər. Üzərində olan özünə məxsus saatı təmir etdirmək istəmiş, bu məqsədlə Bakı dəmir yolu vağzalı ərazisindəki «Brend Saatlar» mağazasının qarşısına gəlmişlər. O mağazanın qarşısında telefonla danışarkən Ayxan saatlara baxmaq üçün mağazaya daxil olmuş, aradan az vaxt keçmiş təxminən saat 15 radələrində o da həmin magazaya daxil olaraq qolundakı saatı çıxarıb təmir etməsi üçün həmin mağazada satıcı və saatsaz işləyən kişiyə vermişdir. Usta saatı açmış və bir qədər baxdıqdan sonra saatı təmir etmək mümkün olmadığını bildirərək özünə geri qaytarmışdır. Həmin vaxt Ayxan cibindən pulları çıxarıb xırdalaması üçün 100 manatı satıcıya vermiş, satıcı isə 100 manatı alıb Ayxana 2 ədəd 50 manatlıq əskinaslar verdikdən sonra mağazadan çölə çıxmışlar. Birlikdə «Səməd Vurğun» bağına tərəf gedərək bir qədər gəzdikdən sonra Ayxan cibindən bir ədəd gümüşü rəngli “Bvlgari” markalı kişi qol saatını çıxarıb uzadaraq həmin saatı ona hədiyyə etmək istədiyini bildirmişdir. Ayxandan saatı haradan aldığını soruşduqda Ayxan saatın onda çoxdan olduğunu, saatı ona hədiyyə etmək istədiyini bildirmişdir. Saat xoşuna gəldiyindən ona təşəkkür edib hədiyyəni qəbul etmiş, bir qədər gəzdikdən sonra sağollaşıb ayrılmışlar. Aradan təxminən 5-6 gün keçdikdən sonra Ayxanın anası Rəfiqə xanım onunla telefon əlaqəsi saxlayaraq Ayxanın oğurluq etdiyinə görə tutulduğunu, oğurladığı 3 ədəd saatların birini ona hədiyyə edib-etməməsini xəbər almışdır. O, Rəfiqə xanıma Ayxanın ona saat hədiyyə etdiyini bildirdikdə Rəfiqə xanım həmin saatın oğurluq olduğunu demiş və saatı ondan geri istəmişdir. O Rəfiqə xanımla görüşüb Ayxanın ona hədiyyə etdiyi saatı Rəfiqə xanıma vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.79); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.169-170); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində verilmiş həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur (İİ cild, i.v.24-29); - “Polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.47-49); - “Tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.104); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.167-169); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində verilmiş həbsdə saxlama müddətinin uzadılmasına dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur (İİ cild, i.v.30-35); - “Polisin nəzarət altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 oğlu barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.50-52); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 53 F ünvanda yerləşən Zərərçəkmiş şəxs1 QSC-yə məxsus mağazadır (İ cild i.v.44-47); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (İ cild, i.v.164-166); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (İ cild, i.v.161-163); - “Baxış keçirilmə və götürmə barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsi, Bakı dəmir yolu vağzalının ərazisindəki «ev aşağı meydan» ünvanında yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Brend Saatlar” mağazasıdır (İ cild i.v.9-11); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (İ cild, i.v.205-209); - “DVD diskdə olan video görüntülərə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 53 F ünvanda yerləşən Zərərçəkmiş şəxs1 QSC-yə məxsus mağazada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə vitrinə qoyulmuş cəmi iki ədəd spirtli içkini götürərək qış gödəkcəsinin altına qoyması və marketi tərk etmələri müşahidə edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçiləri X5 və X4 iştirakları ilə videogörüntüyə baxış keçirilən zaman videogörüntüdə olan şəxslərin özləri olmasını təsdiq etmişlər (İ cild, i.v.59-60); - “DVD diskdə olan video görüntülərə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsi, Bakı dəmir yolu vağzalının ərazisindəki «ev aşağı meydan» ünvanında yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Brend Saatlar” adlı mağazada Təqsirləndirilən şəxs1 satış məqsədi ilə vitrinə qoyulmuş cəmi üç ədəd istifadə olunmamış qol saatlarını götürərək qış gödəkcəsinin sağ yan cibinə qoyması və mağazanı tərk etməsi müşahidə edilir. Təqsirləndirilən şəxs1 və müdafiəçisi X4 iştirakı ilə videogörüntüyə baxış keçirilən zaman videogörüntüdə olan şəxsin özünün olmasını təsdiq etmişdir (İ cild, i.v.55-56); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisələrinin videogörüntülərini özündə əks etdirən iki ədəd DVD disk və 01 ədəd istifadə olunmamış, üzərində «BVLGARİ» yazısı olan qara rəngli, 01 ədəd istifadə olunmamış, üzərində «CARTİER 10202XX SWİSS MADE» yazıları olan, gümüşü rəngli və 01 ədəd üzərində «X8, PO 034, Okto, BGO, 40 PTB/T, Pİ 950» yazıları olan, boz rəngli, dəmir bilərzikli qol saatları sübut növü kimi tanınmışdır (İİ cild, i.v.86-96); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9079 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd üzərində «X8, PO 034, Okto, BGO, 40 PTB/T, Pİ 950» yazıları olan, boz rəngli, dəmir bilərzikli qol saatının istifadə olunmaması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 350 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.21-23); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8712 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən içkilərin təzə vəziyyətdə 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən - 01 ədəd «X13 XO 0,7L GB» markalı içki -250,00 manat, -01 ədəd «X14 XO Fine Champange 05L GB» markalı içki 100,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.194-196); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9033 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qol saatlarının 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd istifadə olunmamış, üzərində «BVLGARİ» yazısı olan qara rəngli qol saatı 150,0 manat: 01 ədəd istifadə olunmamış, üzərində «CARTİER 10202XX SWİSS MADE» yazıları olan, gümüşü rəngli qol saatı 150,0 manat. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.197-199); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.188); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respukblikası CM-nin 177.2.1, 177.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarının 2.2-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir (İ cild, i.v.189-190); - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respukblikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 188/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, məhkum Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə eyni əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 oğlunun əməlini səmimi etiraf etməsini, peşman olmasını və vurulmuş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlindən peşman olmasını, səmimi etirafını, vurulmuş ziyanın ödənilməsini, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-188/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Səbail Rayon Məhkəməsinin 1(009)-188/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə daxil olmuş, lakin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, məhkum Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və cəzası çəkməmişdir. Təqsirləndirilən şəxs2 hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-188/2022 saylı hökmü qanuni quvvəyə minmədən törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaqla qəti cəza təyin edir. Odur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(009)-188/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 23 (iyirmi üç) gün, ümumilikdə 02 (iki) ay 25 (iyirmi beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə ünvan 3 2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 oğlunun ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını və vurulmuş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını və vurulmuş ziyanı ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə olduğu 02 (iki) ay 23 (iyirmi üç) gün, ümumilikdə 02 (iki) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 20 (iyirmi) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində «BULGARİ» yazısı olan qara rəngli, 01 ədəd üzərində «CARTİER 10202XX SWİSS MADE» yazıları olan, gümüşü rəngli və 01 ədəd üzərində «X8, PO 034, Okto, BGO, 40 PTB/T, Pİ 950» yazıları olan, boz rəngli, dəmir bilərzikli qol saatları “Brend Saatlar” mağazasının sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 geri qaytarılmalı, həmçinin, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci olaraq ümumilikdə 150 ( bir yüz əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-188/2022 saylı hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs2 hazırkı hökmlə təyin edilmiş cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 23 (iyirmi üç) gün, ümumilikdə 02 (iki) ay 25 (iyirmi beş) gün təyin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 barəsində ünvan 3 2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətə “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər həbsdə olduğu 02 (iki) ay 23 (iyirmi üç) gün, ümumilikdə 02 (iki) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində «BULGARİ» yazısı olan qara rəngli, 01 ədəd üzərində «CARTİER 10202XX SWİSS MADE» yazıları olan gümüşü rəngli və 01 ədəd üzərində «X8, PO 034, Okto, BGO, 40 PTB/T, Pİ 950» yazıları olan boz rəngli, dəmir bilərzikli qol saatları “Brend Saatlar” mağazasının sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – ümumilikdə 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-231/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-231/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver