Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-231/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X5, Müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 16 oktyabr 2024-cü il tarixdə tanışı X1 məxsus “Kia Optima" markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək bəhanəsi ilə təhvil aldıqdan sonra 17 oktyabr 2024-cü il tarixdə saat 01 radələrində ünvan 3 ünvanında olarkən həmin binanın qarşısından ona zəng vuraraq avtomobilinin olduğu yeri soruşan Əbülfəz Süleymanovdan əmlakını, yəni avtomobilini əzməklə tələf edəcəyi hədəsi ilə 5000 manat pulu hədə-qorxu ilə tələb etmiş, 1000 manat pul qarşılığında avtomobili saz vəziyyətdə Əbülfəz Süleymanova qaytaracağı ilə bağlı aralarındakı qarşılıqlı razılaşmadan sonra sonuncunun Nəsimi rayon polis idarəsinə ünvanladığı müraciət əsasında Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməliyyat tədbirlərində istifadə edilməsi üçün nəzərdə tutulmuş 10 ədəd 100 manatlıq əsginaslardan ibarət D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C97051759, A474060054, C43318454, C30241671 seriya nömrəli pulları 19 oktyabr 2024-cü il tarixdə saat 00:30-da ünvan 6 ünvanın qarşısında Əbülfəz Süleymanovdan götürərkən saxlanılıb Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 10 ədəd 100 manatlıq əsginaslardan ibarət D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C********. A4********. C********. C30241671 seriya nömrəli həmin pullar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxs X7 uşaqlıqdan tanıyır. Belə ki, onlar eyni məktəbdə oxumuş və eyni məhəllədə qalmışlar. Münasibətləri normal olmuş, həftədə bir-iki dəfə görüşmüşlər. O, 16 oktyabr 2024-cü il tarixdə axşam saatlarında X8 məxsus “Kia Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili bir neçə günlük idarə etmək üçün ondan istəmişdir. O da etiraz etməyərək avtomobili idarə etməsi üçün ona vermişdir. İki gündən sonra Əbülfəz ona zəng edərək özünə də avtomobil lazım olduğu üçün avtomobili geri qaytarmasını tələb etmiş, o da Əbülfəzə zarafatla 1000 manat pul verdikdən sonra avtomobili qaytaracağını bildirmişdir. Səhəri gün avtomobili qaytarmaq üçün görüşən zaman avtomobilin açarlarını Əbülfəzə vermək istəyərkən, sonuncu ona 1000 manat pul uzatmış, o da zarafat etdiyini deyərək pulu qəbul etməmişdir. Sonra avtomobili saxladığı yerə tərəf gedərkən polis əməkdaşları onu tutmuşlar. Orada polis əməkdaşları ona təzyiq etmiş, həmçinin polis idarəsində də fiziki təzyiq göstərərək pulu ona vermiş və “bu pulu götürməyə gəlmişdin, deməli bu pul sənindir” deyərək ondan pulu götürməsini tələb etmişlər. Həmçinin onu başqa cinayəti törətməkdə də ittiham edəcəkləri ilə hədələdikləri üçün deyilənlərlə razılaşaraq pulu götürməyə və şəxsi axtarış zamanı təqdim edərək həmin pulu X4 hədə-qorxu ilə tələb etdiyini deməyə məcbur olmuş, eyni zamanda cinayət əməlini törətməsini etiraf edən ifadəsini imzalamışdır. Ona polis əməkdaşları tərəfindən xəsarət yetirildiyini şəxsi axtarış zamanı qeydə alınan videogörüntüdə də görmək olar. Belə ki, onun üz nahiyəsində xəsarət olmuşdur. Həmçinin Bakı İstintaq Təcridxanasında da xəsarətləri qeydə alınmışdır. Lakin o, polis əməkdaşlarının hərəkətlərindən heç bir orqana şikayət etməmişdir. O, zərər çəkmiş şəxs X4 pulu zarafatla istəmiş və etdiyi zarafatın cinayət məsuliyyətinə səbəb olacağını dərk etməmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, onunla eyni məktəbdə oxumuşdur. 16 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona məxsus “Kia Optima” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobili bir neçə günlük idarə etməsi üçün ondan istəmiş, o da etiraz etməyərək həmin avtomobili idarə etməsi üçün İbrahimə vermişdir. Avtomobil bir gün yarım İbrahimdə olmuş, daha sonra 18 oktyabr 2024-cü il tarixdə avtomobilini geri istədikdə sonuncu ona 2000 manat pul müqabilində avtomobili qaytaracağını bildirmiş, o da deyilənləri ciddi qəbul edərək bu barədə polis orqanına məlumat vermiş və şikayət ərizəsi yazmışdır. Onun şikayəti əsasında əməliyyat tədbiri həyata keçirilmiş və polis əməkdaşları tərəfindən İbrahimə təqdim edilməsi üçün ona 1000 manat pul verilmişdir. 19 oktyabr 2024-cü il tarixində saat 00:30 radələrində avtomobilini geri götürməsi üçün Təqsirləndirilən şəxs ilə Hüseynbala Əliyev küçəsində görüşmüş və İbrahim ona maşını gətirdiyini, narahat olmamasını demiş, pulu verməyi təklif etdikdə isə sonuncu pulu qəbul etməmiş və ona “maşından narahat olduğun kimi heç məndən narahat olmursan” demişdir. Onlar avtomobilə tərəf gedən zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində olarkən bir daha başa düşmüşdür ki, İbrahimin ondan pul almaq fikri olmamışdır. O, şikayətini geri götürmək istədikdə isə polis idarəsində bunun oyun olmadığı, şikayətini geri götürmək üçün artıq gec olduğu bildirilmişdir. Həmçinin, etdiyi hərəkətə görə İbrahimə əsəbi olduğu üçün ifadəsində sonuncunun ondan ilk əvvəl 5000 manat pul tələb etdiyini, görüşən zaman İbrahimin ondan 1000 manat pulu götürdüyünü və sayaraq cibinə qoyduğunu bildirmişdir. Eyni zamanda İbrahim ondan avtomobilini geri qaytarması üçün pul tələb etdikdə, pulu vermədyi təqdirdə avtomobilinə zərər yetirəcəyi ilə hədələməmiş, həmçinin özünü ona kriminal aləmin üzvü kimi təqdim etməmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin cinayət axtarışı üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, X11 18 oktyabr 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək “İbrahim” adlı şəxsin ona məxsus “Kia” markalı, “Optima” modelli avtomobilini əlindən alıb hədə-qorxu ilə ondan pul tələb etdiyini bildirməsi faktı ilə əlaqədar “İbrahim” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə saxlanılması üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Fizuli oğlu, o və Nəsimi RPİ-nın Cinayət-Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 isə əməliyyat qrupunun üzvləri olmuşlar. Bununla əlaqədar X11 müraciətində keçiriləcək əməliyyat-axtarış tədbirində polis əməkdaşlarına yaxından kömək etməyə hazır olduğunu, İbrahim adlı şəxsin ondan tələb etdiyi 2.000 manat puldan 1.000 manat pulu sonuncu ilə 19 oktyabr 2024-cü tarixdə təxminən saat 00:30 radələrində ünvan 6 ünvanın yaxınlığında görüşüb verəcəyi barədə əvvəlcədən danışdıqlarını bildirmişdir. Əbülfəz Süleymanova əməliyyat-axtarış tədbirində könüllü olaraq iştirak etməsi ilə əlaqədar ona yuxarıda qeyd olunan DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 10 ədəd 100 manatlıq pul əskinaslarından ibarət olan cəmi 1.000 manat pul təqdim edilərək verilmişdir. Həmin pul əskinaslarının kserosurətləri çıxarılmaqla protokola əlavə edilmişdir. Əməliyyat tədbirinin davamı olaraq X18 İbrahim Mirzə oğlu ilə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 7 ünvanının qarşısında görüşmüş, onlar da onları müşahidə edib Təqsirləndirilən şəxs Əbülfəz Süleymanovdan pulu götürüb cibinə qoyduğunu görmüşlər. Təqsirləndirilən şəxs oradan bir qədər aralaşdığını görüb yaxınlaşmış və vəqisələrini göstərməklə özlərini təqdim edib onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından idarəyə müdafiəçi dəvət olunmuşdur. Onun, Nəsimi RPİ-nin Cinayət-Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı X21 ilə Nəsimi RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Fizuli oğlunun, X2nun, şübhəli şəxsin müdafiəçisinin iştirakı ilə Nəsimi RPİ-nin KTQ-nun ekspert-kriminalisti, polis kapitanı X15 videoçəkiliş aparması ilə Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X16 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Bununla əlaqədar ona hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs baş təhqiqatçı Babək Mirzəyevin müvafiq suallarından sonra X8 məxsus avtomobili iki gün əvvəl idarə etmək üçün götürdüyünü, lakin sonradan həmin avtomobili normal qaydada qaytarması üçün hədə-qorxu gələrək Əbülfəz Süleymanovdan pul tələb etdiyini etiraf etmişdir. Daha sonra təhqiqatçının təklifi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, Əbülfəz Süleymanova məxsus “Kia” markalı avtomobilin bir ədəd pult açarını, 1 ABŞ dolları, 80 qəpik pul vəsaitini, arxa sağ cibindən bir ədəd qatlanan bıçağı, şalvarının sol yan cibindən isə 10 ədəd 100 manatlıq əskinaslardan ibarət 1.000 manat pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O təqdim etdiyi pul vəsaitini Əbülfəz Süleymanovdan avtomobilini zədələyəcəyi hədəsi ilə ələ keçirdiyini bir daha təsdiq etmişdir. Daha sonra sözügedən pul vəsaitlərinin hər birinin seriya nömrələri əvvəldən kserosurətləri çıxarılan əməliyyat xərcləri üçün ayrılmış pul vəsaitlərinin seriyaları ilə yoxlanılaraq eyniliyi dəqiqləşdirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şikayətçi ilə əvvəldən aralarında hər hansı ədavət olmadığını bildirmişdir. X2 əməliyyat tədbiri zamanı iştirakçı olduğunu və Təqsirləndirilən şəxs təqdim etdiyi 1.000 manat pulun təhqiqata təqdim edilmiş pul olmasını, pulu almış Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə avtomobili təhvil vermək üçün birlikdə getdiklərini təsdiq etmişdir. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Müvafiq suallardan sonra isə şübhəli şəxs polis tərəfindən saxlanılarkən və ya saxlanıldqıdan sonra ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, alın nahiyəsində görünən xəsarət izini isə bir gün əvvəl məhəllədə yıxıldığı üçün aldığını, avtomobili Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən "xxxx" MTK-nın həyətində saxladığını, aşkar edilmiş bıçağı isə özünü müdafiə etmək üçün üzərində daşıdığını, ondan heç vaxt istifadə etmədiyini bildirmişdir. Baş təhqiqatçı təqdim edilmiş bir ədəd bıçağı qablaşdırmaqla götürmüş, 1 ABŞ dolları və 80 qəpik pulu sübut əhəmiyyəti kəsb etmədiyi üçün şübhəli şəxsə qaytarmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti bitdikdən sonra protokol tərtib edilmişdir. Həmin protokola iştirakçıların hər biri tərəfindən imzalar çəkilmişdir. X11 ilkin müraciətində Təqsirləndirilən şəxs özünü kriminal aləmin nüfuzlu şəxsləri ilə yaxın əlaqələri olan və kriminal aləmin üzvü kimi təqdim etdiyini bildirdiyi üçün keçirilmiş əməliyyat-axtarış tədbirlərinə dair sənədləşmədə bu göstərilmişdir. Lakin həmin fakt öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs kriminal həyat tərzi keçirən şəxslərlə əlaqəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, idarəyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Cinayət-Axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 Fizuli oğlunun ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid3 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.29); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (İ cild, i.v.82-83); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 01:30-dan hesablanmışdır (İ cild, i.v.106-111); - Bakı Apellyasiya Məhkəməsinin 4(103)-1185/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkn tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, ev dustaqlığının müddəti 19 yanvar 2025-ci il tarixi, saat 01:30-dək müəyyən edilmişdir (İ cild, i.v.142-151); - “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İ cild, i.v.177, 178); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa könüllü gəlməsi ilə əlaqədar cinayət işi üzrə icraat təzələnmişdir (İ cild, i.v.180); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.183-184); - “Əməliyyat-axtarış tədbirində istifadə ediləcək pul vəsaitinin təqdim olunması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Əbülfəz Süleymanova əməliyyataxtarış tədbirində könüllü olaraq iştirak etməsi ilə əlaqədar ona DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən seriya nömrələri D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C97051759, A474060054, C43318454, C30241671 olan 10 ədəd 100 manatlıq pul əskinaslarından ibarət olan cəmi 1.000 manat pul təqdim edilərək verilmişdir (İ cild, i.v.10); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edilmiş və onunla aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və iştirakçılara X5 idarəyə ünvanladığı şikayət ərizəsi və keçirilmiş əməliyyat tədbirləri barədə qısa məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs seriya nömrələri təhqiqata məlum olan, kserosurətləri çıxarılmış pul əskinaslarının Əbülfəz Süleymanov tərəfindən ona verilibverilmədiyi soruşulmuş, Təqsirləndirilən şəxs pulların ona verildiyini bildirib əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən Əbülfəz Süleymanov tərəfindən ona verildiyini bildirdiyi pul vəsaitini, həmçinin şalvarının sağ yan cibindən 1 ədəd “Samsung" markalı üzərində ***-***-**-** GSM nömrə olan mobil telefonu, 1 ədəd 1 ABŞ dolları və 80 qəpik ( 50, 20, 10 qəpik pullar) pul vəsaitini, bir ədəd "Kia” markalı avtomobilə məxsus, idarəetmə pult açarı, şalvarının arxa cibindən 1 ədəd açılıb - bağlanan iti uclu cib bıçağını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun əynində olan geyimi yoxlanılmış, paltarından sübut əhəmiyyətli heç nə aşkar edilməmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi pul əskinasları barədə sual verilmiş, şübhəli şəxs cavab olaraq şalvarının sol yan cibindən aşkar olunan pul vəsaitlərinin məbləğinin 1.000 manat olmaqla Əbülfəz Süleymanov tərəfindən ona həmin gün polis əməkdaşları saxlamamışdan əvvəl verildiyini bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi pul vəsaitləri sayılmış və 10 ədəd 100 manatlıq olmaqla ümumilikdə 1.000 manat təşkil etdiyi məlum olmuşdur. Təqdim olunan pul əskinasları eyniləşmə keçirilməsi üçün əvəllcədən kserosurəti çıxarılmış pul əskinaslarının seriya nömrələri ilə bir-bir yoxlanmış, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi ümumilikdə 1.000 manat məbləğində pul əskinaslarının seriya nömrələri D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C97051759, A474060054, C43318454, C30241671 olmaqla 10 ədəd 100 manatlıq pul əskinaslarından ibarət pul həqiqətən də kserosurətləri çıxarılmış, əməliyyat xərcləri üçün götürülmüş və Əbülfəz Süleymanov tərəfindən verilmiş pul əskinaslarıdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 1 ədəd “Kia” markalı avtomobilə məxsus idarə etmə açarının kimə məxsus olduğu soruşulduqda o, həmin açarın Əbülfəz Süleymanova məxsus “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu və həmin avtomobilin Əbülfəz Süleymanovdan 16 oktyabr 2024-cü il tarixdə axşam saatlarında götürdükdən sonra avtomobili idarə edib özündə saxladığını, daha sonra hədə-qorxu gələrək avtomobilin qaytarılması müqabilində ondan 2.000 manat pul istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobili harada saxladığı soruşulduqda o, avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən "xxxx" MTK-nın həyətində saxladığını qeyd etmişdir. Bundan başqa 1 ədəd açılıb-bağlanan iti uclu cib bıçağını hansı məqsədlə üzərində saxlayaraq daşıması barədə soruşulduqda o, özünü müdafiə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. X17 suallar verilmiş, sonuncu ondan pulun Təqsirləndirilən şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb olunmasını bir daha təsdiq etmişdir. İştirakçılara pul əskinaslarının sübut əhəmiyyəti daşıması səbəbindən götürülməsi barədə məlumat verilmiş, həmçinin təqdim etdiyi 1 ədəd “Samsung” markalı üzərində ***-***-**-** GSM nömrə olan mobil telefon, “Kia” markalı avtomobilə məxsus idarəetmə pult açarı və 1 ədəd açılıb-bağlanan iti ucluqlu cib bıçağı sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd 1 ABŞ dolları, və 80 qəpik pul vəsaiti isə sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır (İ cild, i.v.41-43); - “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “Kia Optima” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ətrafına, üzərinə, qapılarını açaraq içərisinə, eləcə də yük yerinə baxılmışdır. Avtomobildə hansısa zədə izi, çatışmazlıq müəyyən olunmamışdır. Baxış zamanı avtomobildən cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər sənəd, qiymətli kağız və ya predmet aşkar edilməmişdir (İ cild, i.v.50); - “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung Galaxy A 24” markalı bir ədəd arxa korpusu göy rəngli mobil telefon cihazına baxış keçirilən zaman iş üçün əhəmiyyətli olan bir məlumat aşkar edilməmiş, şübhəli şəxs Rəhimli X10 Əbülfəz Eldar oğlu ilə hədə-qorxu gəlməklə pul tələb etməsinə dair danışıqlarını mobil telefondan mütəmadi olaraq sildiyini, ümumiyyətlə saxlamadığını bildirmişdir (İ cild, i.v.81); - 19 oktyabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X11 istintaq orqanına vermiş olduğu ifadəsini təsdiqləyərək baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə söyləmiş, Təqsirləndirilən şəxs da öz növbəsində törətdiyi cinayət əməlini etiraf etmişdir (İ cild, i.v.74-78); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verdiyini dəqiq bildirmişdir (İ cild, i.v.112-113); - “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid bir ədəd pult açarı, əməliyyat xərcləri üçün nəzərdə tutulmuş D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C97051759, A474060054, C43318454, C30241671 olmaqla 10 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 1.000 (min) manat pul vəsaiti və “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış, “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona aid pult açarı sahibinə qaytarılmış, 1.000 manat pul vəsaiti əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaiti olduğundan Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə təhvil verilmişdir (İ cild, i.v.120-121); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1795 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat təşkil edir (İ cild, i.v.159-161); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X19” X27 xx.xx.2024-cü il tarixli, 1441 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, vət. İ.M.İbrahimlinin bədən səthində aşkar olunmuş xəsarət – sağ üst göz qapağının sıyrığı küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, müayinə olunanın qeyd etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Vət. İ.M.İbrahimlinin bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müayinə olunanın qeyd etdiyi şəraitdə (xx.xx.2024-cü il tarixdə günorta saatlarında, hüzur yerində yıxılması nəticəsində sağ üst göz qapağı nahiyəsindən xəsarət almışdır) əmələ gələ bilməsi istisna olunmur (İ cild, i.v.154-157); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş X8 məxsus “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid bir ədəd pult açarı, əməliyyat xərcləri üçün nəzərdə tutulmuş D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C97051759, A474060054, C43318454, C30241671 olmaqla 10 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 1.000 (min) manat pul vəsaiti və “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilməsi və müvafiq qaydada “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona aid pult açarının sahibinə qaytarılması, 1.000 manat pul vəsaiti əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaiti olduğundan Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı və nəqliyyat vasitəsinə baxış zamanı aparılmış videoçəkilişin qeydə alıdığı 01 (bir) ədəd CD disk sübut növü hesab edilərək iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.186-200); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.153). Məhkəmə iclasında şəxsi axtarış və götürmə, eləcə də nəqliyyat vasitəsinə baxış istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bır) ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin içərisində “00164" və "00165" adlı 02 ədəd videogörüntü faylı mövcuddur. Birinci fayla baxış keçirdikdə videogörüntü faylının adının "00164'' olması, faylın 17 dəqiqə 46 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyev özünü təqdim etməklə X5 özünə məxsus ‘‘Kia” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaytarılması müqabilində ondan hədə-qorxu ilə pul tələb etmiş Təqsirləndirilən şəxs barəsində etdiyi 18 oktyabr 2024-cü il tarixli şikayəti ilə əlaqədar keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-nin inzibati binasında idarənin CAŞ-nin əməkdaşlarının və şikayətçi X6 iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə keçirildiyini elan edir. Daha sonra Təqsirləndirilən şəxs anket məlumatlarını bildirməklə, eləcə də ona dövlət hesabına təyin edilmiş müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X20 təqdim edir. Ardınca baş təhqiqatçı Babək Mirzəyevin müvafiq suallarından sonra şübhəli şəxs İbrahim X3 məxsus avtomobili iki gün əvvəl idarə etmək üçün götürdüyünü, lakin sonradan həmin avtomobili normal qaydada qaytarması üçün hədə-qorxu gələrək Əbülfəz Süleymanovdan pul tələb etdiyini etiraf edir. X13 ilkin şikayətini bir daha təsdiq edir. Bundan sonra təhqiqatçının təklifi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, Əbülfəz Süleyamnova məxsus "Kia” markalı avtomobilin bir ədəd pult açarını, 1 ABŞ dolları, 80 qəpik pul vəsaitini, arxa sağ cibindən bir ədəd qatlanan bıçağı, şalvarının sol yan cibindən isə 10 ədəd 100 manatlıq əskinaslardan ibarət 1.000 manat pul vəsaitini çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. O təqdim etdiyi pul vəsaitini Əbülfəz Süleymanovdan avtomobilini zədələyəcəyi hədəsi ilə ələ keçirdiyini bir daha təsdiq edir. Daha sonra sözügedən pul vəsaitlərinin hər birinin seriya nömrələri əvvəldən kserosurətləri çıxarılan əməliyyat xərcləri üçün ayrılmış pul vəsaitlərinin seriyaları ilə yoxlanılaraq eyniliyi dəqiqləşdirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şikayətçi ilə əvvəldən aralarında hər hansı ədavət olmadığını bildirir. X2 əməliyyat tədbiri zamanı iştirakçı olduğunu və Təqsirləndirilən şəxs təqdim etdiyi 1.000 manat pulun təhqiqata təqdim edilmiş pul olmasını, pulu almış Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmazdan öncə avtomobili təhvil vermək üçün birlikdə getdiklərini təsdiq edir. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilir və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Müvafiq suallardan sonra isə şübhəli şəxs polis tərəfindən saxlanılarkən və ya saxlanıldqıdan sonra ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini, alın nahiyəsində görünən xəsarət izini isə bir gün əvvəl məhəllədə yıxıldığı üçün aldığını, avtomobili Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən "xxxx" MTK-nın həyətində saxladığını, aşkar edilmiş bıçağı isə özünü müdafiə etmək üçün üzərində daşıdığını, ondan heç vaxt istifadə etmədiyini bildirir. Baş təhqiqatçı təqdim edilmiş bir ədəd bıçağı “186” saylı möhürlə qablaşdırır və iştirakçılar tərəfindən üzərində imzalar çəkilir. 1 ABŞ dolları və 80 qəpik pulu sübut əhəmiyyəti kəsb etmədiyi üçün şübhəli şəxsə qaytarır. Təhqiqatçı şəxsi axtarış və götürmə istintaq hərəkətinin yekunlaşdığını, istintaq hərəkətinin protokollaşdırılacağını elan etdikdən sonra çəkiliş yekunlaşır. İkinci fayla baxış zamanı həmin faylın “00165” adında 02 dəqiqə 57 saniyədən ibarət olduğu görünür. Həmin görüntüdə baş təhqiqatçı X28 rayonu, Hüseynbala Əliyev küçəsi 15 ünvanında yerləşən "xxxx" MTK-nın həyətində X5 iştirakı ilə videoçəkiliş aparılması yolu ilə ona məxsus “Kia Optima” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs tərəfindən götürüldükdən sonra saxlandığı yerə baxış keçirildiyini elan edir. Əbülfəz Süleymanov təhqiqatçı ilə birlikdə qeyd olunan avtomobilin hər tərəfinə baxmaqla saz vəziyyətdə olmasını yoxlayır. X14 həmin qara rəngli avtomobilin tamlığının pozulmadığını bildirdikdən sonra təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını bildirir və çəkiliş bitir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsdən avtomobili geri qaytarması müqabilində zarafatla pul istəməsi, zərərçəkmiş şəxsin verdiyi 1000 manat pulu qəbul etməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində əməlini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmişdir. Halbuki, Təqsirləndirilən şəxs istintaq mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri, şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, şahid ifadələri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə, həmçinin zərərçəkmiş şəxs X5 məhkəmə istintaqında Təqsirləndirilən şəxs ondan avtomobili geri qaytarması üçün pulu zarafatla tələb etdiyi və onun təqsirləndirilən şəxsə təqdim etdiyi 1000 manat pulu sonuncunun qəbul etməməsi ilə bağlı verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs X11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Kia Optima” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil 2022-ci ilin sentyabr ayından ona məxsusdur. Həmin avtomobil rəsmi qaydada tanışı X9 adında olsa da özünə aiddir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, yaşadığı yerin yaxınlığında yaşayan və eyni məktəbdə təhsil aldığı biri kimi tanımışdır. Belə ki, onunla yaxın əlaqəsi olmasa da, ünsiyyətləri qalmışdır. Sonuncu dəfə 16 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək avtomobilini bir günlük idarə etmək üçün ondan istəmişdir. Özü əvvəlcə razılıq vermək istəməsə də, onun israrı ilə razılaşmış və qeyd olunan "Kia Optima" markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməsi üçün təmənnasız Təqsirləndirilən şəxs bir günlük istifadəyə təhvil vermişdir. Bundan bir neçə sonra, daha dəqiq 17 oktyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində o, avtomobilinin hansı vəziyyətdə olduğunu yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 40 saylı binanın həyətinə getmiş, həmin binanın qarşısında avtomobilini görməyib narahat olmuş və onun mobil telefonuna "whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edib avtomobilin özünə lazım olduğunu deməklə yerini soruşmuşdur. Təqsirləndirilən şəxs isə avtomobili ona qaytarmayacağını, onu tam saz vəziyyətdə qaytarmaq üçün 5.000 manat pul tələb etdiyini bildirmişdir. Belə ki, həmin məbləğdə pulu ona verməyəcəyi təqdirdə avtomobilini əzib yararsız hala salacağı barədə ona hədə-qorxu gəlmişdir. O, Təqsirləndirilən şəxs bu sözlərindən sonra düzgün etmədiyini, avtomobili ondan istəyəndə bu cür danışmadığını özünə demişdir. Onun telefon danışıqları zamanı hədə-qorxuya davam etməsi ilə bir gün keçmişdir. Təqsirləndirilən şəxs avtomobilinə zərər yetirəcəyini, eləcə də ondan hədə-qorxu ilə pul alacağını görüb 18 oktyabr 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra rəsmi sənədləşmə qaydasında əməliyyat tədbiri planlaşdırılmış, bunun üçün özünə əvvəlcədən surətləri çıxarılmış 10 ədəd 100 manatlıq pul əskinaslarından ibarət 1.000 manat məbləğdə pul vəsaiti verilməklə əməliyyat tədbirinin bir hissəsi olaraq Təqsirləndirilən şəxs ilə görüşüb istəyinə uyğun qaydada pulu ona verməyi izah edilmişdir. Bundan sonra 19 oktyabr 2024-cü il tarixdə saat 00:30-da Təqsirləndirilən şəxs ilə əvvəldən danışıqlarına uyğun qaydada ünvan 11 ünvanın qarşısında görüşmüşlər. Görüş zamanı ikisi olmuş və Təqsirləndirilən şəxs ondan hədəqorxu ilə tələb etdiyi pulu işəmişdir. O, ancaq 1.000 manat pulu olduğunu deyib əvvəldən işarələnməklə özünə verilmiş 1.000 manatlıq pulu cibidən çıxarıb Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə pulu götürüb saydıqdan sonra əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra avtomobilinin tam saz vəziyyət olduğunu deyib daha narahatlığa əsas olmadığını, həmin avtomobili ona qaytarmaq üçün birlikdə saxlanıldığı yerə getməli olduqlarını demişdir. Bu qaydada onlar iki nəfər həmin avtomobili saxladığını bildirdiyi yerə istiqamətlənmiş və çox getmədən üç nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs özlərini təqdim edib onu törətdiyi cinayət əməlində şübhəli olduğu üçün polis idarəsinə dəvət etmişlər. O da əməliyyat tədbirinə uyğun qaydada polis idarəsinin inzibati binasına gəlmişdir. Orada olarkən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra özünün də iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarların ciblərində, eləcə də bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Həmin təkliflə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən özünün ona əməliyyat xərci olaraq verdiyi 1.000 manat məbləğdə pul vəsaitini, sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd 1 ABŞ dolları və 80 qəpik pul vəsaitini, eləcə də Əbülfəz Süleymanova məxsus bir ədəd “Kia Optima" markalı avtomobilin idarəetmə pult açarını, şalvarının arxa sağ cibindən 01 ədəd bıçağı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilərək yoxlanılmış və əlavə hər hansı əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməklə 1.000 manat pul aldığını etiraf etmişdir. Təhqiqatçının müvafiq sənədləşməsindən sonra onlar avtomobilə baxış keçirmək üçün üçün saxlandığı ünvan 12 ünvanında yerləşən "xxxx" MTK-nın həyətinə getmişlər. Orada avtomobilinin tamlığı yoxlanılmış və neqativ hal aşkarlanmamışdır. Beləliklə hər hansı zərər vurmasa da, avtomobilini yararsız hala salacağı hədəsi ilə ondan pul tələb etmiş Təqsirləndirilən şəxs ona xəsarət yetirmə barədə hansısa hədə-qorxu gəlməmiş və üzərində aşkarlanmış bıçaqla onu hədələməmişdir. Təqsirləndirilən şəxs onu hədələyərkən konkret olaraq özü kriminal aləmin nüfuzlu şəxsləri ilə yaxın əlaqələri olan və kriminal aləmin üzvü olduğunu deməsə də, danışıq zamanı jarqonlu və kobud ifadələrdən istifadə etdiyi üçün onda kriminal aləmin üzvü olan biri kimi təəssürat yaratmışdı. X26 kriminal aləmlə əlaqəsi olması ilə bağlı əlavə nəsə bilmir. Təqsirləndirilən şəxs ondan ilk dəfə idi ki, avtomobil istəmiş və onun bu cür əməl törətməsi barədə əvvəldən məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs X5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsi və iş materiallarında olan digər sübutlarla uyğunsuzluq təşkil etdiyindən və ziddiyyətli olduğundan onun məhkəmə iclasında verdiyi ifadəsinin mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini tədqiq edərək, habelə işin mühüm və diqqətəlayiq hallarını, əvvəllər məhkum olunmamasını, əməlini qismən etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs oğlunun üzərinə şərti məhkum etmə dövründə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona aid pult açarının sahibinə qaytarılması, 10 ədəd 100 manatlıq əsginaslardan ibarət D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C97051759, A474060054, C43318454, C30241671 seriya nömrəli 1.000 (bir min) manat pul vəsaiti əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaiti olduğundan Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə təhvil verilməsi nəzərə alınmalı, sübut növü kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 64,00 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun, üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “Kia Optima” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilin, ona aid pult açarının sahibinə qaytarılması, 10 ədəd 100 manatlıq əsginaslardan ibarət D09601818, C92067206, D02705852, C55393190, C00123791, C22865789, C97051759, A474060054, C43318454, C30241671 seriya nömrəli 1.000 (bir min) pul vəsaiti əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaiti olduğundan Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinə təhvil verilməsi nəzərə alınsın, sübut növü kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-231/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-231/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver