Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-232/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxs X12 nümayəndəsi Zərərçəkmiş şəxs1 və X2, müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1, 326.1 və 326.2-ci maddələri ilə, xx xxxxxx 1991-ci il tarixdə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, rəsmi sənədləri tamah məqsədi və digər şəxsi niyyətlə talamış, vətəndaşın şəxsiyyət vəsiqəsini və pasportunu talamışdır. Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qohumu X12 ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənarda olduğu və onlara məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanda dəyərli əşyaların və silahların olduğu bilərək özgə əmlakını və odlu silahı gizli olaraq talama niyyətində olmuş, lakin həmin mənzildən silah talamaq niyyətində olduğunu tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Asim” adlı şəxsə bildirməyərək həmin mənzildən dəyərli əşyaları talamaq məqsədi ilə onlarla razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 may 2020-ci il tarixdə, gecə saat 02 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobillə qeyd edilən ünvanın yaxınlığın gəlmiş, orada aralarında olan vəzifə bölgüsünə əsasən qrupun üzvü Təqsirləndirilən şəxs2 Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı evin yaxınlığında avtomobildə gözləyib talamanın maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxslər tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafa müşahidə aparmış, o və “Asim” adlı şəxs binanın arxa tərəfindən birinci mərtəbənin üzərində olan kondisionerin üzərinə dırmaşmaqla ikinci mərtəbədə yerləşən Vidadi Şamailova məxsus 39 saylı mənzilin eyvanın daxil olaraq üzərində daşıdığı dəmir parçası ilə eyvanın plastik konstruksiyalı pəncərəsinə güc tətbiq edib açaraq mənzilə qanunsuz daxil olaraq qonaq otağındakı içkilərin saxlanması üçün nəzərdə tutulan dolabdan V.Q.Şamailova məxsus qiyməti 80 manata olan 1 ədəd 0,75 litrlik “Stradivari” markalı, hər birinin qiyməti 90 manata olan 4 ədəd 0,75 litrlik “Otard XO” markalı, hər birinin qiyməti 120 manat olan 5 ədəd 1 litrlik “Chiavs Royal v 1801” markalı, hər birinin qiyməti 30 manat olan 6 ədəd 1 litrlik “Jeam Beam”, markalı, hər birinin qiyməti 24 manat olan 2 ədəd 1 litrlik “Remy martin” markalı, qiyməti 55 manat olan 1 ədəd 0,75 litrlik “Dimple” markalı, qiyməti 60 manat olan 1 ədəd 0,75 litrik “Frangelico” markalı içkiləri və həmin otaqda zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus - qiyməti 2 manat olan “Anna Klein” markalı 01 ədəd qadın qol saatı qutusunu, qiyməti 45 manat olan qızılı rəngli “Ted Baker” markalı dəmir qolbaqlı 01 ədəd qadın qol saatı, hər birinin qiyməti 40 manat olan qızılı rəngli içərisində 12 ədəd kiçik ölçülü qaşlar olan “Anna Klein” markalı 04 ədəd qadın qol saatı, qiyməti 45 manat olan qızılı-boz rəngli dəmir qolbaqlı “Anna Klein” markalı qutusu ilə birlikdə 01 ədəd qadın qol saatı, hər birinin qiyməti 20 manat olan qızılı rəngli kənarlarında və içərisində kiçik ölçülü qaşlar olan, dəmir qolbaqdan “Vince Camuto” markalı 02 ədəd qadın qol saatını, qiyməti 2 manat olan “Michael Kors” markalı 01 ədəd qadın qol saatı qutusunu, hər birini qiyməti 30 manat olan “Betsey Johnson” markalı 02 ədəd çantanı, qiyməti 400 manat təşkil edən 01 ədəd “Svarovski” markalı qol saatı, qiyməti 340 manat olan 02 ədəd “Michael Kors” markalı qol saatı, qiyməti 204 manat olan 01 ədəd “Tommy Hilfiger” markalı qol saatı,qiyməti 170 manat olan 01 ədəd “U.S.Polo.ASSN” markalı qol saatı, qiyməti 170 manat olan 01 ədəd “REaction” markalı 01 ədəd qol saatı, qiyməti 204 manat olan “Kaven Clain” markalı, 01 ədəd qol saatı, qiyməti 255 manat olan “Versage” markalı 01 ədəd qol saatı, qiyməti 85 manat olan “Tommy” markalı 01 ədəd pul kisəsi, qiyməti 255 manat olan “Ted Baker” markalı 01 ədəd pul kisəsini, qiyməti 204 manat olan “Unndain” markalı 02 ədəd pul kisəsi, qiyməti 170 manat olan “Raven Clain” markalı 01 ədəd kişi ayaqqabısı, qiyməti 340 manat olan “Ravf Loren” markalı 01 ədəd kişi gödəkcəsi və hər birinin qiyməti 50 manat olan 02 ədəd iri həcmli çantanı talamaqla V.Q.Şamailova 1.383 manat, Zərərçəkmiş şəxs2 isə 3795 manat, ümumilikdə 5.178 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, sonra cinayət əməlini bilavasitə özü icra edərək mənzilin qonaq otağında divanın altında saxlanılan V.Q.Şamailova məxsus ABŞ-da zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli, L-376587 №-li MOSSBERQ 590 markalı, çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan pompalı odlu yivsiz silah hesab edilən 01 ədəd tüfəngi və ABŞ-da zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli, MY33524E nömrəli “Maverick” markalı yivsiz lüləli 01 ədəd ov silahını talamış və gələcəkdə istifadə etməklə maddi mənfəət əldə etmək məqsədi və digər şəxsi niyyətləri ilə V.Q.Şamailovun adına 2 ədəd pasportlarını, X1 adına 01 ədəd pasportunu, X10 adına 01 ədəd pasportunu, V.Q.Şamailovun adına 01 ədəd pasportunu, digər mühüm şəxsi sənəd hesab edilən V.Q.Şamailovun adına məxsus hərbi bileti və 12 kalibrli “Maverick” markalı və 12 kalibrli “Mossberg” markalı silahların saxlanmasına dair V.Q.Şamailova icazə verilməsi ilə bağlı şəhadətnaməni talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 may 2020-ci il tarixdə, gecə saat 01 radələrində Etibara zəng vuraraq Vidadinin evindən oğurluq cinayətini törətmək istədiyini bildirmiş, qabaqcadan Etibara oğurluğu birlikdə törətməsi barədə təklif etmiş və oğurluğa gecə saat 02 radələrində gedəcəyini bildirmişdir. Gecə saat 01 radələrində o, Etibara zəng vurmuş, harada olduğunu soruşmuş və artıq buğun oğurluq etmək olar deyə bildirmiş və evdə heç kimin olmadığını Etibara demişdir. Etibar da cavabında yaxşı deyə bildirərək “Koroğlu” parkının sağ tərəfində görüşmək lazım olduğunu bildirmişdir. Təxminən 40 dəqiqə keçmişdir ki, Etibar öz idarə etdiyi “Kia Rio” markalı, **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə dediyi ünvana, yəni Nəsimi rayonu ərazisində yerləşən “Koroğlu” parkının sağ tərəfinə gəlib maşını saxlamış və o, Vidadinin mənzilinin yerləşdiyi binaya tərəf getmişdir. Yolda razılaşmalarına əsasən mənzilə o, tək girəcəkmiş, Etibar isə binanın aşağısında dayanaraq ətrafa gözətçilik və baş verə biləcək hər hansı bir təhlükə barədə onlara xəbərdarlıq edəcəkdir. Həmçinin onlar oğurlayacaqları əşyaları satacaqları halda əldə etdikləri qazancı aralarında bərabər şəkildə böləcəkləri barədə razılaşmışlar. O, gecə saat 02 radələrində Vidadinin evinin yerləşdiyi binanın qarşısına gəlmiş və özü ilə yerdən tapdığı dəmir parçasını da lazım olsa qapını dəmir parçası ilə qapını bir tərəfli sıxıb açmaq məqsədilə götürmüş, divar ilə dırmaşaraq Vidadiyə məxsus mənzilin eyvanına daxil olmuş, üzərində olan dəmir parçası ilə eyvanın giriş qapısına güc tətbiq edib qapını açmış və həmin vaxt eyvanda ip də olduğunu görmüşdür. Düşünmüşdür ki, oğurlayacaqları əşyaları həmin ip vasitəsi ilə aşağı sallaya bilər. O, balkondan mənzilə daxil olmuş, mənzilə daxil olduqda ilk öncə mənzildə vitrində olan içkiləri və otaqda asılqandan asılmış geyim əşyalarını, güzgünün qarşısında isə çoxlu sayda saatları və qadın pul kisələrini, gödəkçə, kişi ayaqqabısını iki ədəd böyük ölçülü çantalara yığmış, sonra da həmin əşyaları eyvandan aşağı düşürtmüş, həmin əşyaları düşürtdükdən sonra evi bir daha axtararkən otaqda olan divanın altında böyük çanta olduğunu görmüş, həmin çantanı götürəndə çox ağır gəldiyini görmüş, çantanı götürüb heç içərisnə baxmadan eyvana tərəf getmiş, eyvandan həyətə düşürtmüşdür. Etibar avtomobili binadan kənarda saxlamış, avtomobilə tərəf gedəndə yolda baxanda çantanın içərisində iki ədəd silah olduğunu görmüşdür. O, artıq gec olduğu üçün geri qayıdıb silahı mənzilə qoya bilməmişdir. Ona görə də yoluma davam etmiş və düşünmüşdür ki, yalan olaraq Etibara silahların atasına məxsus olmasını, atası ilə həmin ünvanda yaşayan zaman silahları evdə saxladıqları barədə bildirsin. Çünki, Etibarın silah oğurluğuna görə ora gəlmədiyini bildirmişdir. O, Etibarın avtomobilinə yaxınlaşanda Etibar avtomobildə oturub onu gözləmiş, avtomobilin baqajını açmış, silahları baqaja qoymuş və onlar oradan uzaqlaşmışlar. Yolda Etibara atasına məxsus olan iki ədəd silahı da götürdüyünü, əvvəllər atası ilə birlikdə evdə yaşayan zaman atasının silahları Vidadinin evində saxaladığını, silahların onlara məxsus olduğuna görə də silahları götürməsi barədə bildirmişdir. Etibara buncan sonra silahları özündə saxlamasını, evə apara bilmədiyini, evdə söz-söhbət yaranacağını bildirmişdir. Etibar da onun dediklərinə inanıb silahları nə vaxta kimi saxlayacağını soruşmuş, o, da təxminən 10-15 gündən sonra silahları Etibardan götürəcəyini bildirmişdir. Etibar da silahları saxlamağa yeri olmadığını, lakin maşınında və yaxud da yaxın dostuna saxlamağa verəcəyini bildirmişdir. Etibar silahları tez bir zamanda ondan götürməyini bildirmişdir. O, da Etibara narahat olmamağı, silahları tezliklə götürəcəyini bildirmişdir. Ramana qəsəbəsində xatırlamadığı yerdə avtomobili Etibar saxlamış, Etibarla birlikdə avtomobildən düşmüş və sonuncu avtomobilin baqajını açdıqda çantada silahlara baxanda çantada sənədlər pasportlar görmüş, həmin sənədləri tullaya bilməmiş, çünki kiminsə əlinə keçərsə etdikləri açığa çıxması səbəbindən ona görə də həmin sənədləri ona lazım ola biləcəyini düşünüb cibinə qoymuşdur. Silahları Etibara vermiş, sonuncu atası burada olmasa da, sillahların ona məxsus olmasını, silahları yaxın günlərdə geri götürəcəyini bildirmişdir. O, oğurladıqları əşyalardan 4 ədəd qol saatını satıb pul əldə etməsi üçün götürmüşdür. Sonra da Etibarla sağollaşmış, sonuncu öz idarə etdiyi avtomobilinə minib getmişdir. O, da yaşadığı evə tərəf getmək üçün yol kənarına çıxıb tanımadığı taksiyə əyləşib şəhərə gəlmiş, həmin 4 ədəd qol saatını, sənədləri öz yaşadığı evdə öz otağında saxlamış, bu barədə nənəsinə və yaxud kiməsə heç bir məlumat verməmiş, həmin hadisədən bir neçə gün sonra o, Etibar ilə telefon əlaqəsi saxlamış və içkilərdən bir neçəsini dostları ilə içməyi üçün verməsini bildirmiş və Etibar da etiraz etməyib onunla görüşərək ona 2 ədəd spirtli içki vermişdir. Bundan bir neçə gün sonra o, tanışı Rəfaelə zəng vuraraq Rəfaelə yeyib-içmək istədiyini deyərək onun harada olduğunu maraqlanmış yaşadığı evində olduğunu demiş və o, ora yaxınlaşacağını bildirmişdir. Bir müddət sonra o, evin yaxınlığına gedərək Rəfael ilə görüşmüş, həmin zaman Rəfaelə 2 ədəd Etibarın ona verdiyi və Vidadinin evindən oğurladıqları içkiləri göstərmiş və onları içməkləri barədə bildirmişdir. Rəfael əvvələr barmen işləmiş, içkiləri adları ilə çox yaxşı tanıdığından içkilərin də qiymətlərini çox yaxşı bildiyini, onun isə içkilərdən elə də yaxşı başı çıxmadığını, Rəfaelə göstərdiyi içkilərə baxan kimi bu 2 içki çox bahalı içki olduğunu və birinin adı “Frangelico”, digərinina adı isə “Stradivari” olduğunu bildirmişdir. Rəfael ondan bu içkiləri haradan əldə etdiyini maraqlanan zaman həmin içkiləri Vidadinin evindən oğurladığını bildirmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini və əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 may 2020-ci il tarixdə, gecə saat 01 radələrində Əli ona zəng vuraraq harada olduğunu soruşduqda o, evdəkilərlə dalaşdığını və əvvəllər yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı evin 39 saylı mənzildən bəzi əşyaları götürmək lazım olduğunu bildirmişdir. O, Əli ilə sözdəşdikləri kimi, “Koroğlu” parkının sağ tərəfində görüşmüş, Əlinin arxasınca gedib oğurluq olmuş mənzilin yaxınlığında dayanmış, həmin vaxtı gecə saat 02 radələri olarmış, o, idarə etdiyi **-VJ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobildə Əlini gözləmişdir. Təxminən yarım saatdan sonra Əli əlində də böyük çantalarla gəlmiş, sonuncu ona çanta da saatlar, çanta, ayaqqabı, gödəkçə, içkilər və atasına məxsus olan iki ədəd silahı olduğunu və götürdüyünü, əvvəllər atası ilə həmin evdə yaşayan zaman atası silahları Vidadinin evində saxlamasınə bildirdiyini, silahlar onlara məxsus olduğuna görə də silahları götürdüyü, silahları özündə saxlaya bilməyəcəyini, çünki yaşadıqları evdən köçdükləri üçün həmin silahları onda saxlamasını xahiş etdiyini və eyni zamanda silahların sənədlərini ona göstərib silahların atasına məxsus olduğunu bildirmişdir. O, da Əlinin dediklərinə inanıb silahları ondan alıb özündə saxlayacağını və nə vaxt istəsə verəcəyini bildirmiş, sonuncu Ramana qəsəbəsində avtomobildən düşmüş, çantada ona məlum olmayan əşyaları da özü ilə aparmışdır. O, Əli ilə sağollaşaraq yaşadığı evə getmiş, Əlinin ona verdiyi əşyaların bir hissəsini evində digər hissələrini silahlarla birlikdə avtomobilində saxlamış, sonradan isə 3-4 ədəd spirtli içkini içmiş və silahları bəzi əşyaları evdə təmir işləri getdiyi üçün avtomobilində saxlamışdır. O, silahlardan birini Ramanada sahibsiz tiklidə yerədə torpağın altında, digər silahı isə idarə etdiyi avtomobildə saxlamışdır. Daha sonra dostu Salehlə bilrlikdə Ağdaş rayonuna gəzməyə getmiş, orada olan zaman ona zəng olunaraq onu Nəsimi RPİ-yə dəvət etmişlər. O, polislərdən qorxaraq nə etdiyini bilməmiş, avtomobilində olan lüləsi qısa olan silahı götürüb Şirvan kanalına gedərək Şirvan kanalına tullamış, Salehə silahı saxladığı yeri demiş və onu polislər tutsa silahları polislərə təqdim etməsini demişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra Ramana qəsəbəsində olan zaman polislər ona yaxınlaşmış, onu Nəsimi RPİ-nə dəvət etmiş, o, da polislərlə birlikdə getmişdir. Daha sonra polislər ondan silahı soruşanda o silahın birini Ağdaşda Şirvan kanalına tulladığını, digəri isə Ramana qəsəbəsində yeni tikliədə yerə basdırdığını, Salehin digər silahı harada saxladığını maraqlanan zaman ona ikinci silahın Bakı şəhərində olduğunu bildirmişdir. 17 iyul 2020-ci ildə, axşam saat 22 radələrində o, Ramana qəsəbəsində olan zaman Nəsimi RPİ-nin 20-ci PB-nən əməkdaşları ona yaxınlaşaraq xidməti ərazilərində baş vermiş mənzil oğurluğunda şübhəli olduğunu onu polis idarəsinə dəvət etmiş, o, etiraz etməmiş və polislərlə birlikdə bölməyə gəlmişdir. Saleh də polislərin onu saxladığını bildirdikdən sonra silahı saxladığı yerdən götürüb Mirsahibə vermiş, Mirsahibdə silahı polislərə təqdim etmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını və ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini, əvvəllər məhkum olunmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X12 nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, V.Q.Şamailov onun əmisi oğludur və Almaniya Federativ Respublikasında yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı evin 20 saylı mənzil V.Q.Şamailova məxsusdur, həmin evdə heç kim yaşamadığı üçün evə nəzarəti Vidadi ona həvalə etmişdir. X13 icarəyə götürdüyü mağazanı bağladığına görə mağazada satdığı əşyaları Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı evin 20 saylı mənzilə qoymuş, Gülnarə də evin giriş qapısının açarı olmasına baxmayaraq, onlar hər dəfə evə birlikdə getmiş və bu gedişlərin sonuncusu 23 aprel 2020-ci il tarixdə olmuşdur. 07 may 2020-ci il tarixdə, saat 15 radələrində Gülnarə ona zəng edərək ünvan 7 ünvanda yerləşən evə gedib, orada saxladığı əşyalara baxmaq istədiyini bildirmiş və o razılaşaraq gün ərzində həmin ünvana gələcəyini demişdir. Bir neçə dəqiqədən sonra Gülnarə ona zəng edərək Nəsimi rayonu, Bakıxanov küçəsi 31 saylı evin 20 saylı mənzilə daxil olduqda mənzilin giriş qapısını çətinliklə açaraq içəri daxil olmuş, evə daxil olduqdan evin dəhlizinin dağınıq vəziyyətdə olduğunu, Gülnarənin saxladığı paltarların bir hissəsinin yerə dağıldığını görmüşlər. O və Gülnarə dəhlizdən soldakı birinci otağa daxil olan zaman sağ tərəfdə yerləşən rəfdən Gülnarəyə məxsus, pul kisələrinin saatların orada olmadığını və evdə qonaq otağında olan dolabda qiyməti 130 manat olan 5 ədəd 1 litirlik “Chiavs Royal v 1801” markalı, hər birinin qiyməti 90 manat olan 4 ədəd 1 litirlik “Otard XO” markalı, hər birinin qiyməti 30 manat olan 6 ədəd 1 litirlik “Jeam Beam” markalı, hər birinin qiyməti 30 manat olan 2 ədəd 1 litirlik “Remy martin” markalı və qiyməti 65 manat olan 1 ədəd 0,75 litirlik “Dimple” markalı, qiyməti 70 manat olan 1 ədəd 0,75 litirlik “Trangelico” markalı, qiyməti 30 manata olan 1 ədəd 0,75 litirlik “Stradivari” markalı içkilərin və otaqda divanın altında saxladığı Q.Ş.Şamailovun adına 2 ədəd pasport, X1 adına 01 ədəd pasportu, X10 adına 01 ədəd pasportu, Q.Ş.Şamailovun adına 01 ədəd pasportu, Vidadiyə məxsus olan biri Amerika istehsalı, qiyməti 2.000 manat olan “Mossberq” firmasına məxsus və digəri isə qiyməti 1.500 manat olan “Maverick” firmasına məxsus ov silahlarının yerində olmadığını müəyyən etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onlara qarşı şikayət və tələbinin olmammasını və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş G.Ə.A.Kərimova ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin martın sonlarında Azərbaycan Respublikasında COVİD 19 virusu ilə əlaqədar olaraq mağazalar bağlandığı üçün qudası Zərərçəkmiş şəxs1la icarəyə götürdüyü mağazanın bağlandığında mağazada olan əşyaları Alikin əmisi oğlu Vidadiyə məxsus evin boş olduğunu, həmin evdə yaşayan olmadığı üçün, mağazadan çıxardığı əşyaların hamısını həmin evə yığmış, o və Alik sonuncu dəfə həmin evə 23 aprel 2020-ci il tarixdə getmiş və getdiklərində əvvəlki gedişlərində də olduğu kimi açarın onda olmasına baxmayaraq, Alik də onunla həmin evə getmişdir. 07 may 2020-ci il tarixdə o, Alikə zəng vuraraq ünvan 7 ünvanda yerləşən evə gedib orada saxladığı əşyalara baxmaq istədiyini bildirmiş, Alik də heç bir problem olmadığını, qısa müddət ərzində həmin ünvanın qarşısına gələcəyini demişdir. Aliklə birlikdə evə daxil olduqdan sonra isə hər ikisi evin dəhlizinin dağınıq olduğunu, evdə onun saxladığı paltarların bir hissəsinin yerə çağılmış vəziyyətdə olduğunu görmüşlər. O, evin qonaq otağında saxladığı ona məxsus olan qiyməti 2 manat olan “Anna Klein” markalı 01 ədəd qadın qol saatı qutusunu, qiyməti 45 manat olan qızılı rəngli “Ted Baker” markalı dəmir qolbaqlı 01 ədəd qadın qol saatı, qiyməti 40 manat olan qızılı rəngli içərisində 12 ədəd kiçik ölçülü qaşlar olan “Anna Klein” markalı, 01 ədəd qadın qol saatı, qiyməti 40 manat olan qızılı-boz rəngli dəmir qolbaqlı “Anna Klein” markalı 01 ədəd qadın qol saatı, qiyməti 40 manat olan boz rəngli dəmir qolbaqlı və qızılı rəngli çərçivəli içərisində 01 ədəd kiçik ölçülü qaş olan “Anna Klein” markalı 01 ədəd qadın qol saatı, qiyməti 45 manat olan mavi rəngli kənarlarında və içərisində kiçik ölçülü qaşlar olan, qutusu ilə birlikdə “Anna Klein” markalı 01 ədəd qadın qol saatı, hər birinin qiyməti 20 manat olan qızılı rəngli kənarlarında və içərisində kiçik ölçülü qaşlar olan, dəmir qolbaqdan “Vince Camuto” markalı 02 ədəd qadın qol saatını, qiyməti 2 manat olan “Michael Kors” markalı 01 ədəd qadın qol saatı qutusunu, hər birini qiyməti 30 manat olan “Betsey Johnson” markalı 02 ədəd qadın qol saatı qutusununu, Zərərçəkmiş şəxs2 qiymətləndirilməsinə görə dəyəri 400 ABŞ dollar olan, manat məzənnəsi ilə 680 manat təşkil edən 01 ədəd “Svarovski” markalı qol saatı, hər birinin qiyməti 200 ABŞ dolları olan manat məzənnəsi ilə 340 manat təşkil edən 02 ədəd “Michael Kors” markalı qol saatı,qiyməti 120 ABŞ dolları olan manat məzənnəsi ilə 204 manat təşkil edən 01 ədəd “Tommy Hilfiger” markalı qol saatı,qiyməti 100 ABŞ dolları olan manat məzənnəsi ilə 170 manat təşkil edən 01 ədəd “U.S.Polo.ASSN” markalı qol saatı, qiyməti 100 ABŞ dolları olan manat məzənnəsi ilə 170 manat təşkil edən “REaction” markalı 01 ədəd qol saatı qiyməti 120 ABŞ dolları olan manat məzənnəsi ilə 204 manat təşkil edən “Kaven Clain” markalı 01 ədəd qol saatı qiyməti 150 ABŞ dolları olan manat məzənnəsi ilə 255 manat təşkil edən “Versage” markalı 01 ədəd qol saatı qiyməti 50 ABŞ dolları olan manat məzənnəsi ilə 85 manat təşkil edən “Tommy” markalı 01 ədəd qol saatı qiyməti 150 ABŞ dolları olan manat məzənnəsi ilə 255 manat təşkil edən “Ted Baker” markalı 01 ədəd qol saatı hər birinin qiyməti 60 ABŞ dolları olan manat məzənnəsi ilə 102 manat təşkil edən “Unnclain” markalı 02 ədəd pul kisəsi, qiyməti 100 ABŞ dolları olan manat məzənnəsi ilə 170 manat təşkil edən “Raven Clain” markalı 01 ədəd kişi ayaqqabısı, qiyməti 200 ABŞ dolları olan manat məzənnəsi ilə 680 manat təşkil edən “Ravf Loren” markalı 01 ədəd kişi gödəkçəsi qiyməti 90 ABŞ dolları olan manat məzənnəsi ilə 153 manat təşkil edən “Anna Klein” markalı markalı 01 ədəd qadın qol saatını orada olmadığını müəyyən etmişdir. Həmin vaxtı məlum olmuşdur ki, evdən evin sahibi Vidadiyə məxsus olan spirtli içkilər və iki ədəd ov silahlarının da oğurlanmışdır. Daha sonra G.Ə.A.Kərimova məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onlara qarşı şikayət və tələbinin olmammasını və onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Yeni Ramanada ustada maşınını düzəltdirən zaman polislər gələrək sonuncunu Polis Bölməsinə aparmışlar. O da, PB-yə gedərək orada Etibarın ona, silahın Salehdə olduğunu və sonuncunun özünün onu tapacağını demişdir. O, həmin gün yaşadığı evin yaxınlığında olan zaman əvvəllər bir neçə dəfə gördüyü sifətdən tanıdığı Saleh ona yaxınlaşaraq silahın evlərinin yaxınlığında olan yarı tikilmiş olan evin ətrafında olduğunu demiş, saleh bu sözləri dedikdən sonra o, oradan uzaqlaşıb Salehin dediyi yerə getmiş, həmin yerdə olan tikili evin ətrafına baxmış və qara parçaya bükülmüş silahı görüb polislərə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun nəvəsidir. Təqsirləndirilən şəxs1 onunla birlikdə Nərimanov rayonu, Çaykovski küçəsi, 4 saylı evin 113 saylı mənzildə yaşayır. 17 iyul 2020-ci il tarixdə yaşadığı mənzildə olan zaman polis işçiləri və nəvəsi Əli mənzilə gəlmiş, mənzildə axtarış keçirilməsi barədə ona bildirilmiş, o, da axtarış keçirilməsinə yazılı razılığını bildirmişdir. Evdə axtarış keçirilən zaman polislər Əlinin qaldığı otaqda dolabdan 4 ədəd qadın qol saatı və Q.Ş.Şamailova, İ.R.Allahverdiyevə, T.Ş.Şamailovanın adına 01 ədəd pasport, Q.Ş.Şamailovun adına 01 ədəd pasportu, digər mühüm şəxsi sənəd hesab edilən Q.Ş.Şamailovun adına məxsus hərbi bileti və silahların saxlanmasına Q.Ş.Şamailova icazə verilməsi ilə bağlı şəhadətnamə aşkar edilmişdir Onun həmin əşyaların haradan əldə olunmasından və orada saxlanmasından xəbəri olmamışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun əridir. 18 iyul 2020-ci il tarixdə, axşam saatlarında Etibarla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi 223 saylı evdə olan zaman polislər evlərinə gələrək evdə axtarış keçirmək istədiklərini bildirmiş, o buna etiraz etməyərək evində axtarış keçirilməsinə yazılı razılıq vermiş, polislər 01 otaqdan ibarət olan evin qonaq otağında axtarış zamanı otaqda olan dolabdan sellofan torba çıxarmış, həmin sellofan torbanın içərisinə baxış zamanı “Michael Kors” yazılmış bir ədəd boş qutu, “Anne Klein” yazılmış içərisində 01 ədəd sarı rəngli qadın saatı, “Anne Klein” yazılmış içərisində 01 ədəd ağ rəngli qadın saatı, “Anne Klein” yazılmış içərisində 01 ədəd mavi rəngli qadın saatı və qadın pul kisəsi aşkar edərək, götürmüşlər. Onun həmin əşyaların haradan əldə olunmasından və orada saxlanmasından xəbəri olmamışdır. Cinayət işinin 1-ci cild 128-ci vərəqəsində olan 17 iyul 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 2-3-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 17 iyul 2020-ci il tarixdən hesablanmaqla 17 sentyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 114-118-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 3-4-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 mart 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 174-cü vərəqəsində olan 18 iyul 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 11-12-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 18 iyul 2020-ci il tarixdən hesablanmaqla 17 sentyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 109-113-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 1-2-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 17 mart 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 94-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2020-ci il tarixli, 3/427 saylı ekspertiza rəyindən görünür ki, silindrik mexanizmin açar yuvasının giriş səthində, daxili detallarında (lövhəcik) fiziki qüvvənin təsiri nəticəsində yaranan, o cümlədən yad bərk predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və s. izlər aşjar edilmədi. Həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, ona uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən kənar predmetlə izqoymadan açılması mümkündür. Tədqiqata təqdim edilən qıfılın silindrik mexanizmi texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. Təqdim edilmiş açarın üzərində olan rəqəmlərinə (zavod işarəsi) formasına və sair xüsusiyətlərinə əsasən həmin açar zavod üsulu ilə hazırlanmışdır. Təqdim edilmiş açarın üzərində onun forma və qəlibinin nüsxəsinin çıxarılmasına xarakterik əlamətlər – mexaniki qurğu və ya vasitədən yaranan izlər aşkar edilmədiyi üçün onun nüsxəsinin çıxarılması müəyyən edilmədi. Cinayət işinin 2-ci cild 156-159-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2020-ci il tarixli, 9/2709 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 9 adda olan müxtəlif markalı malların 2020-ci ilin aprel-may aylarına olan orta bazar qiymətinə ümumi dəyəri təxminən 312,00 manat 1 adda üzərində “Anne Klein” yazıları olan ağ rəngli saat üçün nəzərdə tutulmuş qutu hal-hazırda istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətsiz müəyyən edilir. Digər 14 adda mallar tədqiqata təqdim edilmədiyindən və haqqında ətraflı məlumat (istehsal yeri, modeli, materialı, ölçüləri və istifadədə olub-olmaması və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin 2-ci cild 220-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2020-ci il tarixli, 9/5078 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 5 adda malların 2020-ci ilin aprel-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 943,0 manat müəyyən edilir. Qərarda göstərilən mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin 1-ci cild 95-ci, 2-ci cild 157-ci və 221-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat, 50 (əlli) manat və 50 (əlli) manat ümumilikdə cəmi, 164 (bir yüz altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan 08 may 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 V.Q.Şamailovun nümayəndəsi kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 70-72-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 26 may 2020-ci il tarixli, 20/915A saylı arayışdan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd tibbi maska, 01 (bir) ədəd “Bushmils Malt” və 01 (bir) ədəd “Abşeron” içki şüşələri üzərində olan bioloji mənşəli materiallar, kişi cinsindən olan üç müxtəlif naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profilləri, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Analiz nəticəsində müəyyən edildi ki, 01 (bir) ədəd “Alpen Gold” şokoladı, 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd “Gordons” içki şüşəsi üzərində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Cinayət işinin 2-ci cild 151-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28 iyul 2020-ci il tarixli, 20/370R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd L-376587 nömrəli silah, ABŞ dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli “Mossberq 590” modelli, çaxmaqsız, hamar, tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan pompalı tüfəngdir, odlu yivsiz silahdır. Həmin tüfəng texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə əlavə dəyişiklərə məruz qalmamışdır. DİN Kriminalistik Tədqiqatlar İdarəsində yalnız yivli odlu silahların qeydiyyatı aparıldığından 2-ci suala cavab verilmədi. Cinayət işinin 3-cü cild 11-12-ci vərəqələrində olan əşyanın maddi sübut hesab edilməsi haqqında 07 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd “mossberq” markalı silah və Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, ev 223-də axtarış zamanı götürülmüş 3 ədəd qadın qol saatı, 4 ədəd qadın qol saatı, 01 ədəd qadın çantası, Təqsirləndirilən şəxs1 yaşadığı Nərimanov rayonu, Çaykovski küçəsi, ev 4, mənzil 113 nömrəli evdən götürülmüş 4 ədəd qadın qol saatı və Q.Ş.Şamailovun adına 2 ədəd pasportu, İ.R.Allahverdiyevin adına 01 ədəd pasportu, T.Ş.Şamailovanın adına 01 ədəd pasportu, digər mühüm şəxsi sənəd hesab edilən Q.Ş.Şamailovun adına məxsus hərbi bileti və 12 kalibrli “Maverick” markalı və 12 kalibrli “Mossberg” markalı silahları saxlanmasına V.Q.Şamailova icazə verilməsi ilə bağlı şəhadətnamə öz xüsusiyyətlərinə, əlamətlərinə, mənşəyinə aşkar edildiyi yerə və üzərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən həmin əşyalar maddi sübut hesab edilmişdir. Cinayət işinin 3-cü cild 19-34-cü vərəqələrində olan iş üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Şahid1 götürülmüş 01 ədəd 12 kalibrli, “Mossberg” markalı, L376587 nömrəli yivsiz lüləli ov silahı maddi sübut kimi tanınaraq Nəsimi RPİ-nin maddi sübutların saxlanması yerində saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsi, ev 223-də axtarış zamanı götürülmüş 3 ədəd qadın qol saatı, 4 ədəd qadın qol saatı, 01 ədəd qadın çantası və Təqsirləndirilən şəxs1 yaşadığı Nərimanov rayonu, Çaykovski küçəsi, ev 4, mənzil 113 nömrəli evdən götürülmüş 4 ədəd qadın qol saatı saxlanılması üçün zərərçəkmiş şəxs G.Ə.A.Kərimovada saxlanılması nəzərə alınmış və təqsirləndirilən şəxslərə ittiham elan edilən zaman zərərçəkmiş şəxs V.Q.Şamailova məxsus 12 kalibrli “Maverick” markalı və 12 kalibrli “Mossberg” markalı silahlar qiyməti ziyan olaraq göstərilməmişdir. Cinayət işinin 2-ci cild 144-145-ci vərəqələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 142-143-cü vərəqələrində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 14-cü vərəqəsində olan AZE seriyalı, 11078329 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əli Cabbarlı 18 noyabr 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə Şahid2dır. Cinayət işinin 2-ci cild 15-ci vərəqəsində olan AZE seriyalı, 12539902 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseyn Cabbarlı 11 iyul 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə Şahid2dır. Cinayət işinin 2-ci cild 16-cı vərəqəsində olan AZE seriyalı, 11934020 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xədicə Cabbarlı 21 iyul 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə Şahid2dır. Cinayət işinə əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi tərəfindən verilmiş 29 noyabr 2019-cu il tarixli, 026079 saylı vəsiqənin surətindən görünür ki, X11 19 fevral 2013-cü il tarixdən müddətsiz olaraq ikinci qrup əllil kimi qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş 25 iyul 2017-ci il tarixli Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 167479 nömrəli məcburi köçkün vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Zəngilan rayonundan Bakı şəhəri, Suraxanı rayonuna köçmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə, rəsmi sənədləri tamah məqsədi və digər şəxsi niyyətlə talama, vətəndaşın şəxsiyyət vəsiqəsini və pasportunu talama cinayətlərini törətməsi, digər Təqsirləndirilən şəxs2 isə tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətməsii məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 232.1, 326.1 və 326.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1, 326.1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 17 iyul 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını və ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, anasının İİ qrup əlil olmasını, ailəsinin məcburi köçkün olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini və əvvəllər məhkum olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, gənc olmasını və ailəli olmaqla himayəsində 3 azyaşlı uşağının olmasını, anasının İİ qrup əlil olmasını, ailəsinin məcburi köçkün olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini və əvvəllər məhkum olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 18 iyul 2020-ci il tarixdən 05 may 2021-ci il tarixədək, yəni 09 (doqquz) ay 17 (on yeddi) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin maddi sübutların saxlanması yerində saxlanılmış 01 ədəd 12 kalibrli “Maverick” markalı və 12 kalibrli “Mossberg” markalı silahlar zərərçəkmiş şəxs V.Q.Şamailova təhvil verilməli, 03 ədəd qadın qol saatı, 4 ədəd qadın qol saatı, 01 ədəd qadın çantası, 04 ədəd qadın qol saatı zərərçəkmiş şəxs G.Ə.A.Kərimovaya qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 164 (bir yüz altmış dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəməyədək istintaq dövründə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Q.H.Cavadovun məhkəməyədək istintaq dövründə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat N.Z.Rəhimovun məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 232.1, 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 326.2-ci maddəsi ilə 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 18 iyul 2020-ci il tarixdən 05 may 2021-ci il tarixədək, yəni 09 (doqquz) ay 17 (on yeddi) gün həbsdə saxlama müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 01 (bir) il 07 (yeddi) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Nəsimi RPİ-nin maddi sübutların saxlanma hissəsinə təhvil verilmiş 01 ədəd 12 kalibrli “Maverick” markalı və 12 kalibrli “Mossberg” markalı silahlar zərərçəkmiş şəxs X8ytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Ted Baker” markalı qol saatı, 01 ədəd “Anne” markalı qol saatı, 01 ədəd “Klein” markalı qol saatı, 01 ədəd “Vince Camuto” markalı qol saatı, 01 ədəd “Anne Klein” markalı qol saatı qutusu ilə birlikdə, 01 ədəd “Anne Klein” markalı qol saatı qutusu ilə birlikdə, 01 ədəd Çin istehsalı olan “Betsey Johnson” markalı çanta, 01 ədəd üzərində “Anne Klein” yazıları olan ağ rəngli saat üçün nəzərdə tutulmuş qutu və 01 ədəd Çində istehsal olunmuş üzərində “Michael Kors” yazıları olan ağ rəngli qutu zərərçəkmiş şəxs X3 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 164 (bir yüz altmış dörd) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X9 istintaq orqanında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-232/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-232/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver