Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-233/2020 16.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkumluğu ödənilməyən, işləməyən, Sumqayıt şəhəri, Sülh küçəsi, məhəllə 76, 5-ci yataqxana, otaq 49-da qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, 59A saylı ünvanda yerləşən, Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi 242 saylı “Zeytun” aptekində yerləşən kassa aparatına qanunsuz daxil olaraq 885 manat pulu götürüb gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 44C saylı ünvanda yerləşən “Aptek 270 Zeytun” adlı aptekə daxil olaraq dərman və tibbi ləvazimatlar sifariş etmiş, bu məhsulları vermək üçün satıcı Zərərçəkmiş şəxs1 arxa otağa keçməsindən istifadə edib aptekdə işçi personalı üçün nəzərdə tutulmuş sahəyə qanunsuz daxil olaraq dolabda olan paketi və içərisində olan 1.750 manat nağd pulu qanunsuz olaraq götürmüş, satıcı Zərərçəkmiş şəxs1 bunu görüb qışqırmasından sonra həmin pullarla birlikdə sürətlə apteki tərk edərək soyğunçuluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi çətinliklərlə bağlı özgə əmlakını talamaq qərarına gəlmişdir. Bu məqsədlə o, xx.xx.2020-ci il tarixdə, təxminən saat 17-18 radələrində Yasamal rayonunun ərazisində yerləşən “Zeytun” aptekə daxil olmuş, orada işləyən satıcının fikrini yayındırıb kassa aparatından pulu götürmək istəmişdir. Buna görə də o, aptekdə işləyən satıcıya yaxınlaşıb ondan baş ağrısını kəsən dərman istəmiş, satıcı da ona həmin dərmanı verəndə ondan bu dərmanı qəbul etmək üçün su istəmişdir. Satıcı aptekin digər otağına keçib su gətirərkən o fürsətdən istifadə edib aptekdə olan kassa aparatına əlini atıb oradan 885 manat pulu oğurlayıb hadisə yerindən uzaqlaşmışdır. Bundan başqa, o, xx.xx.2020-ci il tarixdə, günorta vaxtı “20 Yanvar” dairəsinin yaxınlığında binanın altında yerləşən aptekə daxil olmuş, bir nəfər müştərinin aldığı dərmanların pulunu verib qalıq pulunu satıcıdan götürən zaman satıcının açdığı dolabın çəkməcəsində şəffaf paketin içərisində pulların olduğunu görmüşdür. Satıcıya yaxınlaşıb ondan dərman istəmiş, satıcı da sifarişi gətirmək üçün aptekin arxa tərəfində yerləşən otağa keçmiş, o da bu vəziyyətdən istifadə edərək sol divara bitişik olan taxtadan qapının üzərindən əlini keçirib personal üçün nəzərdə tutulmuş yerə tərəf açılan çəkməcəni açıb oradakı paketin içərisində olan pulu götürüb aptekdən çıxmaq istəmişdir. Bu vaxtı satıcı onun arxasınca qışqırmış, o da dərhal aptekdən qaçmışdır. Daha sonra paketin içərisində olan pulu sayıb 1.750 manat pulun olduğunu görmüşdür. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2017ci ilin oktyabr ayından Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, 59A saylı ünvanda yerləşən 242 saylı «Zeytun» aptekin satıcısı və həm də aptekdə olan bütün dərman peraparatlarının satışında cavabdeh şəxs kimi işləyir. Onunla birlikdə 2018-ci ilin fevral ayından Şahid4 da orada satıcı işləyir. Aptekdə olan bütün ləvazimatları o, öz şəxs vəsaiti hesabına alır və satılan dərmanların pulları ona məxsusdur. xx.xx.2020-ci il tarixdə, təxminən saat 17:40 radələrində Şahid4 ona məlumat verərək bildirmişdir ki, həmin aptektə bir nəfər təxminən 40-45 yaşında olan şəxs ona yaxınlaşıb ondan ağrı kəsici dərman və bu dərmanı qəbul etmək üçün su istəmiş, o da aptekin digər otağına keçib su gətirərkən həmin şəxs kənar şəxslərin girişi qadağan olan hissəyə əlini uzadaraq aptekdə olan kassa aparatında 885 manat pulu oğurlamışdır. Bundan sonra o, aptekə gəlmiş və Şahid4 ilə birlikdə aptekdə olan müşahidə kamerasına baxmışlar. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs1 Nəsimi rayonu, Tbilisi prospekti, 44C saylı ünvanda yerləşən apteki icarə əsasında işlədir və həmin aptekdə satıcı kimi fəaliyyət göstərir. Aptekdə müştərilər üçün nəzərdə tutulmuş sahə ilə işçi personalı üçün nəzərdə tutulmuş sahənin arasında taxtadan bir sədd mövcuddur. Həmin taxtadan yığılmış mebelin pəncərəsi var. Müştərilərə sifariş etdikləri dərman və digər ləvazimatlar bu pəncərədən verilir. Müştərilər isə satıcılara pulu həmin yerdən verirlər. Aptekin girişinin sol divarına yaxın həmin arakəsmə mebelin taxta qapısı mövcuddur. Qapı adətən içəri tərəfdən bağlı olur. xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində bir nəfər müştəri aptekə daxil olmuşdur. Müştəri ona ilkin olaraq dərmanlar sifariş etmiş, o da həmin sifarişləri gətirib aptekdə pəncərənin qarşısında olan masanın üzərinə qoymuşdur. Bu zaman həmin şəxs ona 03 metrlik tənzif də sifariş etmiş, o da onu gətirmək üçün aptekdə olan arxa tərəfdəki otağa keçmiş, eyni zamanda müştəriyə baxanda onun dolabdan, içərisində 1.750 manat pul olan paketi götürüb qaçaraq aptekin çıxış qapısına yaxınlaşdığını görmüşdür. O da qışqırmağa başlamış, həmin şəxs sürətini daha da artıraraq aptekdən çıxıb qaçmışdır (İ cild, i.v.149-152). Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, o,20-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir və Nəsimi rayonu, Tbilisi prospekti onun xidmət etdiyi inzibati ərazidir. Zərərçəkmiş şəxs1 qarşı xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, Tbilisi prospekti, 44C saylı ünvanda yerləşən aptekdə olan soyğunçuluq cinayət hadisəsi ilə bağlı onda əməliyyat işi var idi. Həmin cinayət hadisəsi ilə bağlı tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayətini edən Təqsirləndirilən şəxsdur. Tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsində müəyyən olunaraq bölməyə gətirilikdən sonra dindirilməsi üçün istintaqa təqdim olunmuşdur. İş materiallarında olan: - “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol və kompakt diskdəki görüntülərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, təxminən saat 17:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 59A saylı ünvanda yerləşən 242 saylı “Zeytun” aptekin kassa aparatından 885 manat pulu götürür (İ cild, i.v.144 (disk), 185); - “Görüntüyə baxışın keçirilməsi haqqında” 25 və xx xxx 2020-ci il tarixli protokollar, kompakt diskdəki görüntülər və fotoşəkillərdən aydın olur ki, Nəsimi rayonu, Tbillis prospekti, 44c saylı ünvanda yerləşənaptekin qarşısında iki ədəd gül dibçəyi var, 00:32-də əynində göy rəngli cins şalvar, ağ və göy rəngli gödəkcə, qara rəngli idman papağı olan kişi aptekdən qaçaraq çıxır, həmin kişi arxa tərəfdən ekrana düşür, həmin kişinin sağ əli gödəkcəsinin cibindədir, 00:44-də kadr dayanır. Bundan başqa, 06 ədəd fotoşəkildən görünür ki, əynində ağ və göy rəngli gödəkcə, göy rəngli cins şalvar geyinmiş bığsız, arıq sifət quruluşlu kişi siqaret çəkərək aptekə daxil olmağa başlayır. Həmin görüntüdə olan şəxs Təqsirləndirilən şəxsdur (İ cild, i.v.232-238, İİ cild, i.v.23); - “Görüntüyə baxışın keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokol və kompakt diskdəki görüntülərə əsasən həmin diskdə 05 görüntü var. 1-ci görüntü 01 dəqiqə 30 saniyədən ibarətdir. Kamera aptekin içərisini çəkir. Aptekin 2 pəncərəsi var. Kameradan görünür ki, solda olan pəncərənin qarşısında satıcı qız əyləşib, kameranın aşağı hissəsində 2020-01-24 yazıları var. 00:09-da əynində qırmızımtıl, dəri gödəkcə geyinmiş, başında qara idman papağı, əynində qara rəngli şalvar olan 35-40 yaşlı, bığsız kişi aptekə daxil olandan sonra solda olan 1-ci pəncərəyə yaxınlaşır, 00:14-də pəncərədə satıcı qızdan nə isə soruşur, sağ əlini şalvarın cibinə salır, sanki nəsə axtarır, 00:40-da pəncərədən boylanır, sonra satıcı qız yerindən qalxıb arxa tərəfə gedərək qapını açıb başqa otağa keçir, qara idman papaqlı şəxs pəncərədən içəri boylanır. 00:46-da 2-ci pəncərəyə yaxınlaşır, heç kimin olmadığını görüb dərhal sol əlini pəncərədən içəri salır, bədəni ilə divara söykənir ki, əli daha da uzağa çatsın, iki dəfəyə pəncərənin qarşısından nə isə götürür, 01:02-də pəncərədən aralanaraq iti addımlarla uzaqlaşır, sonra qaçaraq apteki tərk edir. 01:16-da satıcı yerinə gəlir, satıcı qız 01:23-də 2-ci pəncərəyə yaxınlaşır, kassanın açıq olmasını görüb qaçaraq küçəyə tərəf çıxır, 01:27-də qız kadrdan uzaqlaşır. 01:30-da kadr dayanır. 2-ci görüntü 00:25 saniyədən ibarətdir. Kamera aptekin içindəki ikinci pəncərədə olan kassanı göstərir. 00:06-da ola görüntüdən görünür ki, həmin əynində qırmızımtıl, dəri gödəkcə geyinmiş, başında qara idman papağı, əynində qara rəngli şalvar olan 35-40 yaşlı, bığsız kişi sol əlini kassaya gətirir, kassanın qapağını açır, kassada olan ancaq kağız pulları iki dəfəyə götürür, 00:23-də əlini pəncərədən çəkir, 00:25də kadr dayanır. 3-cü görüntü 00:25 saniyədən ibarətdir. Kamera aptekin çöldən olan qapısını və küçəni çəkir. 00:20-də həmin şəxs aptekin qapısını açır və içəri daxil olur, 00:23-də kadrdan itir, 00:25-də kadr dayanır. 4-cü görüntü 00:15 saniyədən ibarətdir. Kamera aptekin çöl qapısını çəkir, 00:04də həmin şəxs aptekin qapısından sürətlə çıxıb sol istiqamətə gedir, 00:10-da kadrdan itir, 00:15-də kadr dayanır. 5-ci görüntü 00:18 saniyədən ibarətdir. Kamera aptekin qapısını və küçəni çəkir. 00:14-də həmin şəxs aptekin qapısını açıb içəri daxil olur, 00:18-də kadrdan itir və kadr dayanır. Görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin görüntüdə olan kassa aparatından pulu götürən, əynində qırmızımtıl, dəri gödəkcə geyinmiş, başında qara idman papağı, əynində qara rəngli şalvar olan 35-40 yaşlı, bığsız kişi özüdür (İİ cild, i.v.24-25, disk); - “Maddi sübut kimi tanımaq haqqında” 25 və xx xxx 2020-ci il tarixli qərarlarla 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (İ cild, i.v.239, İİ cild, i.v.26); - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsin Ambulator X2 haqqında xx.xx.2020-ci il tarixli, 1513 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır(İİ cild, i.v.36-37); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)- 100/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.79-81); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayış və məhkəmə aktlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, o cümlədən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə bu cəza 05 il 06 aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə o bu cəzasının çəkilməmiş hissəsindən (04 ay 22 gün) şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2019-cu ildə cəzasını tam çəkib qurtarmışdır. Bundan başqa, o, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 1(060)-236/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.94-96, 204-206, 241-246, İİ cild, i.v.35); - Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü bir övladı var (İİ cild, i.v.19). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, ona Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-236/2020 saylı hökmü ilə təyin edilmiş cəza hazırkı hökmlə təyin olunan cəza ilə tam toplanılmaqla qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında həbs müddətinin əvvəlinin göstərildiyi - xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, habelə iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X5 isə 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 180.2.2 və 180.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(060)-236/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən tam toplanılsın və ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquqlarını müdafiə etmiş 14 saylı Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat, məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X5 isə 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-233/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-233/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver