Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-233/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X4 küçəsi 1 inzibati bina ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xaçmaz rayonu, Ağtala kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 Lilvulla oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 06 fevral 2021-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən “Premier Game” oyun salonunun qarşısına gəlib orada Təqsirləndirilən şəxs1 özündə olan istintaqla müəyyən edilməyən vintaçanla giriş qapısının cəftəsini açdıqdan sonra birlikdə oraya qanunsuz daxil olaraq salonda olan oyun masalarının üzərindən hər birinin dəyəri 200 manat təşkil edən, ümumilikdə 1000 manat dəyərində 5 ədəd “Play station 3” markalı oyun konsolunu, hər birinin dəyəri 450 manat təşkil edən ümumilikdə 2700 manat dəyərində 6 ədəd “Play station 4” markalı oyun konsolunu, hər birinin dəyəri 25 manat təşkil edən ümumilikdə 275 manat dəyərində 11 ədəd “Play station 3” markalı oyun konsoluna aid pultları və hər birinin dəyəri 60 manat təşkil edən, ümumilikdə 840 manat dəyərində 14 ədəd “Play station 4” markalı oyun konsuluna aid pultları gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4815 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 04.02.2020-ci il tarixdə saat təxminən 19 radəsində Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 may metrosu istiqamətinə özünə məxsus olan moped ilə hərəkət etmiş, o, hərəkət edən zaman, yəni 04.02.2021-ci il tarixdə saat 19 radəsində Azadlıq prospektində yolun sağında lövhə görmüş, həmin lövhədə “Play station” sözləri yazılmış, bundan sonra o, mopedini kənara qoyub həmin qeyd olunan “Play station” yazılan klubun qarşısına yaxınlaşmış, həmin klub binanın altında yerləşmiş, yəni binanın zirzəmisində olmuşdur. Həmin “Play station” klubunun şüşəli plastik qapısı olmuş, o, qapının şüşəsindən içəri otağa baxanda görmüşdür ki, içəri tozludur və başa düşmüşdür ki, içəridə heç kim yoxdur. Belə ki, həmin müddətdə pandemiya xəstəliyi ilə bağlı heç bir obyekt işləməmiş, həmin klub bağlı olduğundan və klubda oyun əşyaları olduğundan, qapını o, asanlıqla aça biləcəyini fikirləşmiş və həmin klubdan oğurluq etmək qərarına gəlmişdir. O, həmin vaxt oğurluq etməmiş və yaşadığı evə getmişdir. Bir gün sonra, yəni 05.02.2021-ci il tarixdə saat təxminən 12-13 radələrində həmin Azadlıq prospektində yerləşən “Play station” oyun klubuna gəlmiş, həmin vaxtda klub bağlı olmuş, bundan sonra o, yenidən evə qayıtmış və əmin olmuşdur ki, kluba heç kim gəlməyib, klub işləmir. O, evə gedəndən sonra bir daha həmin yerdən oğurluq etmək qərarına gəlsə də bu barədə heç kimə bildirməmiş, 04.02.2021-ci il tarixdə onunla birlikdə hərbi xidmətdə olan əsgərlik dostu, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yeni Yasamal qəsəbəsinə qonaq gəlməsini və onunla görüşmək istədiyini ona demiş, bundan sonra 05.02.2021-ci il tarixdə saat 23 radəsində yenidən həmin oyun klubuna gəlib qapıya kənardan baxaraq nəzarət etmiş, heç bir dəyişiklik olmadığını bir daha görmüş, sonra Elnura zəng edərək onunla görüşmək istədiyini demiş, bundan sonra, yəni 05.02.2021-ci il tarixdə saat təxminən 23:30 radəsində əsgərlik yoldaşı Təqsirləndirilən şəxs2 qonaq gəldiyi Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “Ətçilər” adlanan məhəlləyə getmiş, Elnurla məhəllədə görüşmüş və Elnura Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Play station” oyun klubundan oğurluq etməyi təklif etmiş, Elnur ona fikirləşib özü xəbər edəcəyini demiş, bundan sonra o, evə gəlmiş, 06.02.2021-ci il tarixdə saat təxminən 01 radəsində Elnurla yenidən əlaqə saxlamış, Elnur ona oğurluq etməkdə razılaşdığını bildirmiş, bundan sonra o, 06.02.2021-ci il tarixdə saat təxminən 03 radəsində öz mopedi ilə X5 yerləşən “Ətçilər” adlanan məhəllədən götürmüş və hər ikisi birlikdə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən həmin qeyd etdiyi “Play station” oyun klubuna gəlmişlər. Aralarında olan razılığa əsasən Elnur kənardan pilləkəndə dayanaraq müşahidə etmişdir ki, kənar adam gəlsə xəbər etsin. Onun isə əlində bir ədəd vintaçan və 04 ədəd çantalar olmuş, o, həmin “Play station” oyun klubunun plastik qapısına yaxınlaşmış, əlində olan vintaçanla plastik qapının cəftə yerini aralamış, sonra isə Elnurla birlikdə kluba daxil olmuşlar, kluba daxil olduqdan sonra özü ilə gətirdiyi çantalara klubun otaqlarında olan 5 ədəd “Play station 3” markalı oyun aparatını, 6 ədəd “Play station 4” markalı oyun aparatını, 11 ədəd “Play station 3” markalı oyun pultlarını, 14 ədəd “Play station 4” oyun pultlarını çantalara yığandan sonra Elnurla klubu tərk etmişlər. Bundan sonra o, həmin oğurladığı əşyaları Elnurla birlikdə ona məxsus olan mopedinə yükləyərək yaşadığı həyət evlərinə gətirib həyət evlərində olan əşya anbarına yığmış, bundan sonra Elnuru yenidən qonaq gəldiyi ünvana aparmış, sonra evə qayıtmışdır. Evə qayıdan zaman özündə olan vintaçanı yeri yadında qalmayan yerdə tullamışdır. Zirzəminin, yəni əşya anbarının açarları onda olduğundan ondan başqa heç kim zirzəmiyə daxil olmur. Buna görə də etdiyi oğurluqdan evdə yaşayan nənəsi Şahid4 xəbəri olmamışdır. Əşyaları Elnurla oğurlasa da, qorxduğundan satmamışdır. 08.02.2021-ci il tarixdə saat təxminən 11 radəsində bir neçə nəfər mülki geyimdə olan şəxslər yaşadığı evin qarşısına gələrək Nəsimi RPİ-nin 20-ci PBnin əməkdaşları olmasını bildirmiş, o da özünü polislərə təqdim edərək etdiyi cinayət əməlini etiraf etmiş, oğurladığı əşyaları təqdim etmək istədiyini demiş, bundan sonra oğurladığı əşyaları polislərlə birlikdə 20-ci PB-nə gətirib təqdim etmişdir. O, 20-ci PB-nə gələn zaman dostu Elnuru 20-ci PB-də görmüşdür. Qeyd etdiyi oğurluq cinayətindən başqa digər cinayət əməli olmamışdır. İşləmədiyindən, maddi durum səviyyəsi aşağı olduğundan oğurluq etmişdir. Əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, bir daha belə hala yol verməyəcəyini, vurulmuş zərərin tamamilə aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 03.02.2021-ci il tarixdə onunla birlikdə Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olan əsgərlik dostu Təqsirləndirilən şəxs1 zəng edərək demişdir ki, 04.02.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, “Ətçilər” deyilən məhəllədə yaşayan dostu X1 evinə gələcək, vaxt etsə görüşsünlər. O, 04.02.2021-ci il tarixdə saat təxminən 14 radəsində dostu Əhmədin evində olmuş, Bakı şəhərinə gələndən sonra Rəsul ilə bir neçə dəfə telefonda danışmışdır. 05.02.2021-ci il tarixdə saat təxminən 23:30 radəsində əsgərlik yoldaşı Təqsirləndirilən şəxs1 onun qonaq gəldiyi Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən “Ətçilər” adlanan məhəlləyə gəlmiş, onunla Rəsul məhəllədə görüşmüşlər və Rəsul ona təklif edərək demişdir ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Play station” oyun klubundan oğurluq etmək istəyir. O, Rəsula “fikirləşib özüm xəbər edəcəm” demiş, bundan sonra Rəsul evə getmiş, Rəsul getdikdən sonra o, özlüyündə Rəsulun ona təklif etdiyi oğurluq barədə fikirləşmiş, Rəsulunda Bakı şəhərində yaşadığından bu cinayəti onunla uğurla edə biləcəyini düşünmüş, həmçinin də maddi durum səviyyəsi aşağı olduğundan, pula ehtiyacı olduğundan, işləmədiyindən Rəsulun ona təklif etdiyi oğurluq cinayətini etməyi qərara almışdır. 06.02.2021-ci il tarixdə saat təxminən 01 radəsində Rəsul onunla telefonla əlaqə saxlamış, o, Rəsula oğurluq etməkdə razılaşdığını bildirmiş, bundan sonra 06.02.2021-ci il tarixdə saat təxminən 03 radəsində Rəsul öz mopedi ilə onu Yeni Yasamalda yerləşən “Ətçilər” adlanan məhəllədən götürmüş, bundan sonra hər ikisi birlikdə Nəsimi rayonu, Azadlıq prospektində yerləşən həmin qeyd etdiyi “Play station” oyun klubuna gəlmişlər. Aralarında olan razılığa əsasən o, kənardan pilləkəndə dayanaraq müşahidə etmişdir ki, kənar adam gəlsə xəbər etsin. Rəsulun isə əlində bir ədəd vintaçan və 04 ədəd çantalar olmuş, Rəsul həmin “Play station” oyun klubunun plastik qapısına yaxınlaşmış, əlində olan vintaçanla plastik qapının cəftə yerini aralamış, sonra isə o, Rəsul ilə birlikdə kluba daxil olmuşdur. Kluba daxil olduqdan sonra Rəsul özü ilə gətirdiyi çantalara klubun otaqlarında olan 5 ədəd “Play station 3” markalı oyun aparatlarını, 6 ədəd “Play station 4” markalı oyun aparatlarını, 11 ədəd “Play station 3” markalı oyun pultlarını, 14 ədəd “Play station 4” oyun pultlarını onunla birlikdə çantalara yığandan sonra Rəsul ilə klubu tərk etmişlər. Rəsulun mopedinə oğurladıqları əşyaları yükləyəndən sonra, Rəsul həmin oğurladıqları əşyaları yaşadığı həyət evinə gətirib, həyət evinin əşya anbarına yığmış, bundan sonra Rəsul onu yenidən qonaq gəldiyi ünvana, yəni Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, “Ətçilər” deyilən məhəlləyə aparmış, sonra Rəsul evə qayıtmış, bundan sonra o, qeyd etdiyi Yeni Yasamalda olan evdə qalmışdır. 08.02.2021-ci il tarixdə saat təxminən 10 radəsində o, Yeni Yasamal qəsəbəsində olan “Al market”in qarşısında olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları olmasını bildirmiş, o da özünü polislərə təqdim etmiş və danışıq zamanı Təqsirləndirilən şəxs1lə etdiyi oğurluq cinayətini etiraf etmişdir. O, 20-ci PB-nə gələndən sonra dostu Rəsulu da polis əməkdaşları 20-ci PB-nə gətirmişlər. Qeyd etdiyi oğurluq cinayətindən başqa digər cinayət əməli olmamışdır. Xəstə anasının müalicəsi üçün pul lazım olduğundan oğurluq etmişdir. Əməlindən peşman olduğunu, əvvəllər məhkum olunmadığını, bir daha belə hala yol verməyəcəyini, vurulmuş zərərin tamamilə aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda yerləşən «Premier Game» oyun salonunu icarəyə götürüb işlədir. Belə ki, həmin oyun salonunu icarə müqaviləsi əsasında qardaşı Şahid1 işlədir. Müqavilə qardaşı Yaşarın adına olsa da, həmin oyun salonunu qardaşı Yaşarla şərik işlədirlər. 2020-ci ilin mart ayında “Covid 19” virusu ilə əlaqədar olaraq «Premier Game» oyun salonunun fəaliyyəti dayandırıldığı üçün mütəmadi olaraq oyun salonun pəncərələrini açıb havalandırmışdır. 05.02.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində ünvan 6 ünvanda yerləşən «Premier Game» oyun salonunu havalandırmaq üçün gəlmiş və havalandırıldıqdan sonra salonun qapısını açarla bağlayıb getmiş, həmin zaman salonda heç bir əşya götürülməmiş və salon dağıdılmamışdır. 06.02.2021-ci il tarixdə təxminən saat 11:30 radələrində icarəyə götürüb işlətdiyi «Premier Game» oyun salonuna daxil olmaq istəyəndə salonun plastik şüşə giriş qapısının açıq olduğunu gördükdən sonra içəri daxil olaraq ətrafa baxdığı zaman 5 ədəd hər birinin dəyəri 300 manat olmaqla ümumlikdə 1500 manat olan “Play station 3” markalı oyun konsulunun, 6 ədəd hər birinin dəyəri 800 manat olmaqla, ümumilikdə 4800 manat olan “Play station 4” markalı oyun konsulunun və 11 ədəd hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 330 manat olan “Play station 3” markalı oyun konsulunun pultlarını və 14 ədəd hər birinin dəyəri 100 manat olmaqla ümumilikdə 1400 manatlıq “Play station 4” markalı oyun pultlanın yerində olmadığını gördüyü zaman naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra o, mobil telefonu ilə DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, az müddət keçməmiş hadisə yerinə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları gəldikdən sonra Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmiş və izahatını yazmışdır. Hazırda ona vurulmuş zərər ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06.02.2021-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən “Premier Game” oyun salonunun giriş qapısını açmaqla oyun salonundan oğurluq edilməsi faktı ilə Nəsimi RPİ-nin 20-ci PB-də qeydiyyata alınan cinayət hadisəsi ilə bağlı onda və həmkarı Şahid2 əməliyyat məlumatı olmuşdur. Tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, həmin oğurluq cinayətini iki nəfər etmişlər. Bundan sonra o, Şahid2 ilə birlikdə 08.02.2021-ci il tarixdə, saat təxminən 09-10 radəsində Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs2 saxlamış, özlərini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs2 də özünü təqdim etmiş və söhbət zamanı cinayət əməlini səmimi etiraf etmiş, həmin cinayəti tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə etdiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 20-ci PB-nə gətirilmişdir. Daha sonra o, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Binəqədi rayonu, Ələkbərov küçəsi, ev 24A ünvanının qarşısına gəlmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 evinin qarşısında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 də özünü təqdim etdikdən sonra dostu Təqsirləndirilən şəxs2lə birlikdə 06.02.2021-ci il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti 111 ünvanında yerləşən “Premier Game” oyun salonundan oğurluq etdiyini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs1 onu və Şahid2 evinə dəvət edərək oğurladığı əşyaları təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2021-ci il tarixli, 9/699 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların istifadədə olunması nəzərə alınmaqla 2021-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4755,0 manat, təqdim edilməmiş “Play station 4” oyun konsolunun pultunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 60,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.176- 178); -“Maddi sübut kimi tanımaq haqqında” 15.02.2021-ci il tarixli qərarla 5 ədəd “Play station 3” markalı oyun konsolları, 6 ədəd “Play station 4” markalı oyun konsolları, 11 ədəd “Play station 3” markalı oyun konsolu pultları və 13 ədəd “Play station 4” markalı oyun konsolu pultları maddi sübut kimi tanınmaqla Zərərçəkmiş şəxs qaytarılmışdır. (İ cild, i.v.179); Təqsirləndirilən şəxs1 08.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10.02.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, lakin vəsatətin müdafiə edilməsindən imtina edildiyindən həmin tarixdə Təqsirləndirilən şəxs1 saxlanıldığı MYS-dən azad edilərək barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v.48-52; 127-128; 131-132; 135-137); Təqsirləndirilən şəxs2 08.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10.02.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, lakin vəsatətin müdafiə edilməsindən imtina edildiyindən həmin tarixdə Təqsirləndirilən şəxs2 saxlanıldığı MYS-dən azad edilərək barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v.73-77; 129-130; 133-134; 138-140); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v.222); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v.223). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxslər barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxslərə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cavan olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cavan olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 08 fevral 2021-ci il tarixdən 10 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cavan olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cavan olmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 08 fevral 2021-ci il tarixdən 10 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cinayət işi üzrə maddi sübut kimi tanınmış 5 ədəd “Play station 3” markalı oyun konsolları, 6 ədəd “Play station 4” markalı oyun konsolları, 11 ədəd “Play station 3” markalı oyun konsolu pultları və 13 ədəd “Play station 4” markalı oyun konsolu pultları Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 fevral 2021-ci il tarixdən 10 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 08 fevral 2021-ci il tarixdən 10 fevral 2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd “Play station 3” markalı oyun konsolları, 6 ədəd “Play station 4” markalı oyun konsolları, 11 ədəd “Play station 3” markalı oyun konsolu pultları və 13 ədəd “Play station 4” markalı oyun konsolu pultları Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-233/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-233/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver