Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-234/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 03.2023-cü il tarixdə saat 18:17-də yol vərəqəsi əsasında idarə eldiyi London Taksi TX4 minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yolun hərəkət hissəsinin sağından l-ci zolaqda geriyə hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin (yolayrıcında və geri dönmənin qadağan edildiyi yerələrdə geriyə hərəkət qadağandır) tələblərini pozmaqla Bülbül prospekti 40 ünvanının qarşısında piyada zolağı ilə adi yerişlə yolun sağ tərəfindən sol tərəfinə keçməkdə olan Zərərçəkmiş şəxs avtomaşının arxa hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan onun sağlamlığına sol mil sümüyünün tipik yerinin qapalı, yerdəyişən sınığı kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:17 radələrində yol vərəqəsi ilə idarə etdiyi London Taksi TX4 minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə hərəkətdə olan vaxt Bülbül prospektinin kəsişməsində sola hərəkət edib yenidən geri qayıtmaq, yəni arxaya vermək istəyəndə səs eşitmiş, avtomobili dərhal saxlamış və avtomobildən düşüb arxaya baxanda bir qadının yerə yıxıldığını görmüşdür. Qadın ona vəziyyətinin pis olduğunu bildirərək həkimə getmək üçün ondan pul istəmiş, o isə qadına onu həkimə özünün aparacağını bildirmiş və dərhal maşına əyləşdirib X3 aparmışdır. Yolda gedərkən qadından avtomobilə necə toxunduğunu soruşmuş, sonuncu da ona sola baxdığı üçün avtomobili görmədiyini bildirmişdir. KTM-də müayinə olanandan sonra qadının qolunun sınması məlum olmuş və qadın həkimə yıxıldığını bildirmişdir. Sonra o, adının sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi həmin qadını yaşadığı ünvana aparmış, əlaqə nömrəsini vermiş və demişdir ki, həkimə getmək lazım olsa yenə apara bilər. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs həyat yoldaşı Nizami ona zəng edərək onun dediyi ilə razılaşcağı təqdirdə polisə şikayət etməyəcəyini bildirmiş, o isə pulunun olmadığını demişdir. Sonra bilmişdir ki, zərər çəkmiş şəxs ondan polisə şikayət etmişdir. O, hadisə olan gün hava yağışlı olduğu üçün avtomobili arxaya verərkən qadını görməmiş, yalnız kamera görüntülərinə baxandan sonra həmin qadını vurduğunu bilmişdir. Avtomobilin surəti saatda 5 km olmuş və hadisə zamanı avtomobilə ziyan dəyməmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmişdir. Göstərilənlərə əsasən işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:17 radələrində Nəsimi rayonu, Bülbül prospektində piyada keçidində piyada yolu keçən vaxt sağ tərəfdən geriyə hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi London Taksi TX4 minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuş, o da yerə yıxılmışdır. Bu zaman bir oğlanla bir qız ona yaxınlaşaraq onu ayağa qaldırmışlar. O, həmin şəxslərə bildirmişdir ki, sürücüyə desinlər ki, onu həkimə aparsın. Sonra sürücü avtomobildən düşüb ona yaxınlaşmış, onu avtomobilə əyləşdirib X3 aparmışdır. Yolda sürücü onu vurmadığını və onun özünün avtomobilə toxunduğunu bildirmişdir. O da demişdir ki, pislik eləmək fikri yoxdur, xəstəxanada deyər ki, yıxılıb. Xəstxanada müayinə olunan zaman məlum olmuşdur ki, onun sağ qolunda sınıq xəsarəti vardır. Sonra sürücü onu yaşadığı ünvana aparmışdır. Evdə baş vermiş hadisə haqqında ailə üzvlərinə danışmış və həyat yoldaşı Təqsirləndirilən şəxs zəng edərək görüşməyi təklif etmişdir. Bu zaman sonuncu yenə də onu vurmadığını, onun özünün avtomobilə toxunduğunu bildirmişdir. Həyat yoldaşı yenə Təqsirləndirilən şəxs zəng edərək görüşməyi təklif etmiş, lakin sonuncu görüşə gələcəyini bildirsə də, gəlməmiş, onlar da polisə şikayət etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 500 manat pul ödənilmiş, 1500 manat sığorta pulunun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsinə etiraz etmir. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2023-cü il tarixli, 378 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsın bədənində aşkar olunmıış xəsarət - sol mil sümüyünün tipik yerinin qapalı, yerdəyişən sınığı bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. (i.v.46-49); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/996 saylı rəyindən görünür ki, London Taksi TX4 minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin (yolayrıcında və geri dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır) tələblərinə uyğunsuzluq olmuş və onıııı həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir (i.v.41-43); - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospeti 40 ünvanının qarşısında baş vermişdir, protokola aid sxem və foto cədvəl tərtib edilərək araşdırma materialına əlavə olunmuşdur. (i.v.5-11); - Təhlükəsizlik şəhər kamerasından videogörüntülərə baxış keçirilməsinə və götürülməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 18:17 radələrində sürücü Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi London Taksi TX4 minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə sağdan 1-ci zolaqda arxaya hərəkətdə olan vaxt yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 14-cü hissəsinin (yolayrıcında və geri dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır) tələblərini pozmaqla Bülbül prospekti 40 ünvanının qarşısında yolun sağ tərəfindən sol tərəfinə piyada zolağı ilə keçməkdə olan xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomaşının arxa hissəsi ilə vurmasına səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. (i.v.22); - Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cıı il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 749199 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun nəqliyyat vasitələrini idarə etmək hüququ Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddətinə məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir (i.v.45); - Təqsirləndirilən şəxs "xxxx" MMC tərəfindən verilmiş minik avtomobili üçün 7757 nömrəli yol vərəqəsində “London Taksi TX4 minik markalı 10TH 839 dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü ıl tarixdən xx.xx.2023-cü il tarixədək idarə etmək üçün verilmişdir. (i.v.28); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən gürüniir ki, vətəndaş Təqsirləndirilən şəxs məhkumluğu barədə Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v.35); Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Yol-nəqliyyat hadisəsinin görüntülərinin əks olunduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-234/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-234/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver