Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-235/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin prokuroru X3 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 Zərər çəkmiş şəxs “xxxxxxx” MMC-nin nümayəndəsi (mülki iddiaçı): Nümayəndə Soltanhəmid oğlunun Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi, ev 05-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “xxxxxxx” MMC-nin direktoru X6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, “587/18-R” nömrəli əmək müqaviləsinə əsasən həmin tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 saylı ünvanda yerləşən, “xxxxxxx” MMC-yə aid “Emporium Man” adlı kişi geyim mağazasında satış təmsilçisi vəzifəsində işləyərkən 2019-cu ilin iyun ayından avqust ayınadək olan dövr ərzində vahid niyyətlə 02 ədəd “Bagutta” markalı, 01 ədəd “Billionaire” markalı, 01 ədəd “Carrel” markalı, 01 ədəd “Luigi Borelli” markalı, 02 ədəd “Svevo” markalı, 01 ədəd “Versace” markalı və 01 ədəd “Moncler” markalı köynək, 01 ədəd “Berwich” markalı və 02 ədəd “Zimmerli Man” markalı şalvar, 04 ədəd “Ferragamo” markalı kəmər, 01 ədəd “Dolce Gabbana” markalı, 01 ədəd “Fratelli Rosetti” markalı, 01 ədəd “Kurt Geiger” markalı və 01 ədəd “Ferragamo” markalı ayaqqabı, 01 cüt “Marcoliani” markalı corab, 02 ədəd “Versace Man” markalı tuman, 07 ədəd “Charvet” markalı qalstuk olmaqla, ümumilikdə 30 ədəd geyim əşyalarını ayrı-ayrı müştərilərə satmış, əşyaların üzərinə yerləşdirilmiş, etiketi üzərində olan və həmin əşyanın dəyərini göstərən məbləği əlbəəl alaraq malların barkodlarını əvvəlcə mağazanın kassasına satış kimi, dərhal sonra isə qaytarılmış mal kimi qeydiyyata salmış, nəticədə ona etibar edilmiş özgə əmlakının satışı nəticəsində əldə edilmiş ümumilikdə 15.451 manat məbləğində pulu talayaraq “xxxxxxx” MMC-yə xeyli miqdarda ziyan vurmaqla mənimsəmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “xxxxxxx” MMC-nin rəhbəri X6 ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 587/18-R saylı əmək müqaviləsinə əsasən o, həmin tarixdən 2019-cu ilin sentyabr ayının əvvəllərinə kimi Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 saylı ünvanda yerləşən “Emporium Man” kişi geyim mağazasında satış təmsilçisi vəzifəsində işləmişdir. Onunla, həmçinin xx.xx.2018-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilədə bağlanılmışdır. İşlədiyi müddətin son dövrlərində maddi vəziyyəti pis olduğu üçün 2019-cu ilin iyun ayının sonlarından avqust ayının sonlarına qədər olan müddət ərzində mağazadan müxtəlif markalı və çeşidli geyim əşyalarını götürüb başqa şəxslərə satmış, malın üzərindəki etiketi isə qopardıb mağazanın kassasında qaytarılmış mal kimi qeydiyyatdan keçirmiş, aldığı pulu isə özündə saxlamışdır. Mağazada çox sayda geyim əşyaları olduğu və satış təmsilçisi olaraq ona etibar edildiyi üçün kassadan qaytarılmış mal kimi qeyd etdirdiyi malların harada olmasını ondan soruşmamışlar. Ancaq sentyabr ayında mağazada təftiş aparılan zaman malların olmadığı müəyyən edilmiş və bu zaman o, rəhbərliyə malları satdığını və pulunu öz ehtiyacları üçün xərclədiyini etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs “xxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə Soltanhəmid oğlu qeyd etdi ki, “xxxxxxx” MMC-nin direktoru X6 ilə Təqsirləndirilən şəxs arasında xx xxxxxxxx 2018-ci il tarixdə 587/18-R saylı əmək müqaviləsi bağlanılmış və verilmiş əmrə əsasən sonuncu satış təmsilçisi vəzifəsinə işə qəbul olunaraq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 saylı ünvanda yerləşən, “Emporium Man” adlı kişi geyim mağazasında işə başlamışdır. Təqsirləndirilən şəxsla, həmçinin xx xxxxxxxx 2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədə bağlanılmışdır. Bu müqaviləyə görə o, əmək müqaviləsi üzrə əmək funksiyasının icrası zamanı istifadə, saxlama, çeşidləmə, emal, istehsal, satış, daşınma və başqa əməliyyatların aparılması üçün ona işəgötürən tərəfindən təhvil verilmiş əmlak, maddi və digər sərvətlərin salamatlığının təmin edilməsi üçün maddi məsuliyyəti öz üzərinə götürür. Belə müqavilə şirkətə qəbul edilmiş bütün satış təmsilçiləri ilə bağlanır. Çünki işin mahiyyəti elə bir formadadır ki, satış təmsilçilərinin mağazada olan bahalı markalara aid geyim əşyaları və aksesuarlarını müştərilərə göstərmək, mağazadan çıxarıb müştərilərin olduğu yerdə təqdim etmək və s. kimi sərbəst hərəkət etmək imkanları genişdir. Bununla belə şirkət ozünə məxsus mağazalarda mütəmadi olaraq təftiş-yoxlamalar həyata keçirir, mağazada olan mal əksikliyi, zədələnən mallar, yararsız hala düşən mallar və digər məsələlər müəyyənləşdirilir. xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş növbəti təftiş-yoxlama nəticəsində müəyyən edilmişdir ki, mağazada 02 ədəd “Bagutta” markalı, 01 ədəd “Billionaire” markalı, 01 ədəd “Carrel” markalı, 01 ədəd “Luigi Borelli” markalı, 02 ədəd “Svevo” markalı, 01 ədəd “Versace” markalı və 01 ədəd “Moncler” markalı köynək, 01 ədəd “Berwich” markalı və 02 ədəd “Zimmerli Man” markalı şalvar, 04 ədəd “Ferragamo” markalı kəmər, 01 ədəd “Dolce Gabbana” markalı, 01 ədəd “Fratelli Rosetti” markalı, 01 ədəd “Kurt Geiger” markalı və 01 ədəd “Ferragamo” markalı ayaqqabı, 01 cüt “Marcoliani” markalı corab, 02 ədəd “Versace Man” markalı tuman, 07 ədəd “Charvet” markalı qalstuk olmaqla ümumilikdə 30 ədəd bahalı geyim əşyaları əksikdir. O da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun-avqust aylarında ayrı-ayrı vaxtlarda menecer Şahid1 və Şahid5 məzuniyyətdə olmasından istifadə edərək bu əşyaları müxtəlif vaxtlarda müştərilərə satıb onları mağazanın kassa sistemində geri qaytarılmış mal kimi qeydiyyatdan keçirmiş, malları satması nəticəsində əldə etdiyi pulları isə kassaya mədaxil etmədən mənimsəmişdir. Sərbəst audit yoxlamasının nəticəsində “xxxxxxx” MMC-yə dəyən ziyanın məbləği 15.451 manatdır. Təqsirləndirilən şəxs tərəfindən heç bir ziyan ödənilməmiş, “xxxxxxx” MMC ondan şikayətçidir. Bununla bağlı verilmiş mülki iddianın da təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, o, 16 ildir “xxxxxxx” MMC-yə məxsus müxtəlif geyim mağazalarında satıcı və menecer kimi işləyir. Hazırda isə şirkətə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 saylı ünvanda yerləşən “Emporium Man” kişi mağazasında menecer kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs da 2018-ci ilin sentyabr ayından etibarən tanıyır. O, həmin mağazada satış təmsilçisi kimi işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində normal işçi kimi yadda qalmış, ancaq onun bir neçə dəfə həyata keçirdiyi satışlar nəticəsində şübhəli məqamlar yaranmışdır. Adətən yay aylarında mağazada satış elə də çox olmadığından işçilər məzuniyyətə çıxır. O, məzuniyyətdə olan zaman onu Şahid5 əvəz etmiş, məzuniyyətdən qayıtdıqdan sonra isə Zaur məzuniyyətə getmişdir. Mağaza çox böyük olduğundan malların satışına nəzarət etmək bir nəfər üçün kifayət qədər çətinlik yaradır. Buna görə də yarana biləcək hər hansı neqativ halların vaxtında müəyyən edilərək qarşısının alınması üçün şirkət tərəfindən mütəmadi olaraq təftiş-yoxlamalar həyata keçirilir. xx xxxxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş növbəti yoxlama nəticəsində mağazada müxtəlif markalara aid olan ümumilikdə 30 ədəd geyim əşyalarının əksik olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun-avqust aylarında onun və Zaurun məzuniyyətdə olmasından istifadə edərək həmin əşyaları sataraq pullarını kassaya mədaxil etmədən mənimsəmişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki,təxminən 06 ildir “xxxxxxx” MMC-də işləyir. Qeyd olunan müddət ərzində cəmiyyətə məxsus müxtəlif mağazalarda adminstratorxəzinədar kimi işləmişdir. 2018-ci ilin dekabr ayından etibarən “xxxxxxx” MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 aylı ünvanda yerləşən “Emporium Man” kişi mağazasında əmək müqaviləsi üzrə adminstrator-xəzinədar kimi işləyir. Ondan başqa mağazada xəzinədar vəzifəsində digər bir işçi - Şahid3 da işləyir. Adminstrator-xəzinədar kimi vəzifəsi satış təmsilçisinin kassaya təqdim etdiyi malın qeydiyyata salınması və satış nəticəsində əldə edilmiş pulun kassaya daxil edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayından işə başladığı vaxtdan etibarən tanımışdır. xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş növbəti təftişyoxlama nəticəsində müəyyən edilmişdir ki, mağazada müxtəlif markalara aid olan ümumilikdə 30 ədəd geyim əşyaları əksikdir. Həmin yoxlama zamanı o, özü də şəxsən iştirak etmişdir. Yoxlama təftiş qrupu tərəfindən aparılmışdır. Aparılmış yoxlama zamanı konkret olaraq hansı malların olmaması barədə müvafiq yoxlamadan sonra akt da tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Malların ümumi dəyəri isə 15.451 manat təşkil etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun-avqust aylarında aktda qeyd olunan geyim əşyaları müxtəlif vaxtlarda müştərilərə sataraq pullarını kassaya mədaxil etmədən mənimsəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: Təqsirləndirilən şəxs ilə “xxxxxxx” MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 587/18-R saylı əmək və tam maddi maddi məsuliyyət haqqında müqavilələrə görə Təqsirləndirilən şəxs şirkətə satış təmsilçisi vəzifəsinə qəbul edilir, işçi əmək müqaviləsi üzrə əmək funksiyasının icrası zamanı istifadə, saxlama, çeşidləmə, emal, istehsal, satış, daşınma və başqa əməliyyatların aparılması üçün ona işəgötürən tərəfindən təhvil verilmiş əmlak, maddi və digər sərvətlərin salamatlığının təmin edilməsi üçün maddi məsuliyyəti öz üzərinə götürür. İşçinin tam maddi məsuliyyətə cəlb olunmasına əsas onun tərəfindən işəgötürənə ziyan vurulması, həmçinin onun təqsiri nəticəsində işəgötürən tərəfindən üçüncü şəxslərə dəymiş ziyanın ödənilməsidir (İ cild, i.v.17-26); xx.xx.2019-cu il tarixli təftiş (yoxlama) aktına və xx.xx.2020-ci il tarixli auditor rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 aylı ünvanda yerləşən “Emporium Man” kişi mağazasında xx.xx.2019 - xx.xx.2019-cu il tarixlərinə olan dövrdə ümumi dəyəri 15.451 manat təşkil edən 30 ədəd - 02 ədəd “Bagutta” markalı, 01 ədəd “Billionaire” markalı, 01 ədəd “Carrel” markalı, 01 ədəd “Luigi Borelli” markalı, 02 ədəd “Svevo” markalı, 01 ədəd “Versace” markalı və 01 ədəd “Moncler” markalı köynək, 01 ədəd “Berwich” markalı və 02 ədəd “Zimmerli Man” markalı şalvar, 04 ədəd “Ferragamo” markalı kəmər, 01 ədəd “Dolce Gabbana” markalı, 01 ədəd “Fratelli Rosetti” markalı, 01 ədəd “Kurt Geiger” markalı və 01 ədəd “Ferragamo” markalı ayaqqabı, 01 cüt “Marcoliani” markalı corab, 02 ədəd “Versace Man” markalı tuman və 07 ədəd “Charvet” markalı qalstukların çatışmazlığı aşkar olunmuşdur (İ cild, i.v.27-30, 148-152); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxxxx 2020ci il tarixli, 9/692 saylı rəyinə əsasən istintaq tərəfindən nəzərə alındığı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 saylı ünvanda yerləşən “xxxxxxx” MMC-yə məxsus “Emporium Man” adlı kişi geyim mağazasında satış təmsilçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını, geyim əşyalarının satışı nəticəsində əldə etdiyi pul vəsaitinin məbləği 15.451,0 manat olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 145,00 manatdır (İ cild, i.v.181-184); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-99/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.124-127); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışı, məhkəmə hökmündən, habelə Bakı şəhəri Yasamal Rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-1057/13-947 saylı məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökm xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon İcra və probasiya şöbəsinə daxil olmuş və Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şöbədə qeydiyyata alınmışdır (İ cild, i.v.168-169, 172-179, İİ cild); Mülki iddia ərizəsinə əsasən iddiaçı “xxxxxxx” MMC cavabdeh Təqsirləndirilən şəxs şirkətə vurulmuş 15.451 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulması xahiş olunur (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya, həmin Məcəllənin 179.2.4-cü maddəsi isə eyni əməlləri xeyli miqdarda ziyan vurmaqla törədildiyinə görə məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Hüquq nəzəriyyəsinə görə mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə); cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur (68.1-ci maddə). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-2.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Qeyd olunanlarla əlaqədar məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun həbs olunan andan sonrakı dövrdə çəkilməmiş hissəsi olan 01 il 04 ay müddətin azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmasını və cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla qəti cəzanın təyin olunmasını məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli həbsə alındığı andan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri 145 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs qarşı “xxxxxxx” MMC tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 15.451 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq mülki iddiaçı “xxxxxxx” MMC-yə verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 04 ay müddət Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 08 ay müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş zərərin əvəzi olaraq 15.451 (on beş min dörd yüz əlli bir) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınaraq “xxxxxxx” MMC-yə verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-235/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-235/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver