Məhkəmə qərarları › İş №1(006)-235/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-235/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-235/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1953-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ATU-nin Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləyən, ünvan 1-də qeydiyyatda olmaqla, yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” kimi tələblərini pozaraq yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda 21.12.2020-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 1 ünvanını tərk edərək istintaqla müəyyən edilməyən taksi avtomobili ilə Bakı şəhəri, Azadlıq prospekti 112 ünvanında yerləşən “Bakı Sağlamlıq Mərkəzi” klinikasına getmiş və həmin gün saat 12 radələrində qeyd olunan klinikadan çıxaraq ümumi istifadədə olan 17 saylı marşrut avtobusu ilə işlədiyi Azərbaycan Tibb Universitetinə gedən zaman saat 12:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 188 ünvanında yerləşən avtobus dayancağında Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən yoxlanış aparılarkən yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxması müəyyən olunduğu üçün saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20.12.2020-ci il tarixdə özünü pis hiss etdiyinə görə COVİD-19 xəstəliyinə yoluxacağından şübhələndiyi üçün həmin günü saat 16:00 radələrində işlədiyi Bakı Sağlamlıq Mərkəzində COVİD-19 testindən analiz verib evə qayıtmışdır. Bundan sonra o, işlədiyi Bakı Sağlamlıq Mərkəzində olan tanışından xahiş etmişdir ki, qeyri rəsmi olaraq ona analizinin cavabı barədə məlumat versin. Həmin şəxs də 20.12.2020-ci il tarixdə saat 20:19 radələrində ***-***-**-** saylı mobil nömrənin Watsapp ani mesajlaşma sistemi vasitəsi ilə analizinin cavabını foto şəkil olaraq ona göndərmiş, Təqsirləndirilən şəxs həmin analizin cavablarında göstərilən «N tic pozitiv» yazısından və Referans bölümündə “neqativ” yazılışından bir şey anlamadığını və TƏBİB-dən ona sms gəlmədiyindən bu anlaşılmazlığı araşdırmaq üçün 21.12.2020-ci il tarixdə səhər saatlarında evdən çıxaraq taksi vasitəsi ilə işlədiyi Bakı Sağlamlıq Mərkəzinə gəlib orada analizinin cavabını dəqiqləşdirərkən ona COVİD-19 analizin pozitivdir yəni, Təqsirləndirilən şəxs COVİD-19 xəstəliyinə yoluxduğunu ona bildirmişlər. Cavabı dəqiqləşdirdikdən sonra F. Məmmədov Bakı Sağlamlıq Mərkəzindən çıxaraq 17 saylı marşurut avtobusuna minərək, digər iş yerinə yəni, Azərbaycan Tibb Universitetinə gedərək «N tic pozitiv» yazısının nə olduğunu öyrənmək və müalicə olunmaq üçün məsləhət almağa gedərkən yolda polis əməkdaşları onun portalını yoxlayıb, COVİD-19 xəstəsi olduğunu bildirmişlər və əraziyə Nəsimi RPİ-nin əməliyyat istintaq qrupunu dəvət etmişlər. Bundan sonra barəsində cinayət işi başlanılaraq istintaqı aparılmışdır. İfadəsinin sonunda ilk dəfə məsuliyyətə cəlb olunduğunu, keçmiş hərbçi olduğunu, 1-ci Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil olduğunu, şəhid ailəsi olduğunu və müsbət xasiyyətnaməyə malik olduğunu bildirərək, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstrmişdir ki, o, Bakı şəhəri, Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, vəzifəsində xidmət edir. 21.12.2020-ci il tarixdə saat 12:30 radələrində növbətçitlik cədvəli üzrə PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Nəsimi RPİ-nin xidməti ərazisində xidmət apararkən Nəsimi rayonu, Azadlıq prospekti 188-də yerləşən dayanacaqda dayanmış avtobusda yoxlanış aparakən vətəndaş Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim edərək, ölkədə qəbul olunmuş sərt karantin rejimi ilə əlaqədar həmin Təqsirləndirilən şəxs sms icazəsini yoxlamaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi vasitəsi ilə DİN-nin portal-axtarış sistemində yoxlanış edərkən Təqsirləndirilən şəxs «COVİD-19» xəstəsi olması müəyyən olunduğundan, bu barədə Nəsimi RPİ-nin növbətçi hissəsinə, ərazi üzrə Nəsimi RPİ-nin 20-ci PB-nin növbətçi hissəsinə və X10 məlumat verdiklərini bildirmişdir. Şahid2 Firudin qızı 30.03.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən Şahid2 Firudin qızının iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X9 Şəxsin baş həkimi Elxan Hacıyev tərəfindən Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Elşən Mustafayevə ünvanlanmış 729/02 saylı, 23 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 20.12.2020-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində SARS-CoV-2 Real-time PZR müayinəsindən keçmişdir. 21.12.2020-ci tarixində xəstə müayinəsinin nəticəsini öyrənmək üçün Mərkəzə yaxınlaşarkən, yol polis əməkdaşları tərəfindən yoxlanılmış və Covid 19 test nəticəsi pozitiv olduğu müəyyənləşdirilmişdir. Xəstə eyni gün klinikanın terapiya (infeksion bölüm) şöbəsinə stasionar olaraq qəbul olunmuşdur ( i/v 10-11). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X7 28 yanvar 2021-ci il tarixli, 91/KEŞ saylı ekspert rəyindən görünür ki, 28.01.2020-ci il tarixdə yeni növ virus infeksiyasnın (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasnın daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün davam etməsi qeyd olunmuşdur (i/v 12-15). İş materiallarında olan 044274 saylı, 13 sentyabr 2002-ci il tarixli əllilik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2”b” (ikinci) qrup əlildir (i/v 33). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs 22.08.2021-ci il tarixdə 2 (iki) qrup əlilliyi ilə bağlı tibbi müayindən keçmişdir (i/v 34). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur ( i/v 73). İş materiallarında olan kompakt diskə məhkəmə iclasında baxış keçirilən zaman Təqsirləndirilən şəxs 20.12.2020-ci il tarixdə saat 14:30 radələrində Bakı Sağlamlıq Mərkəzində analiz verdiyini, 21.12.2020-ci il tarixdə analizinin cavabını dəqiqləşdirmək üçün Bakı Sağlamlıq Mərkəzinə getdiyini, Təqsirləndirilən şəxs 30 dəqiqə əvvəl yəni, 12:00 radələrində analizinin cavabı pozitiv olduğundan müalicə almaqdan ötrü Bakı Sağlamlıq Mərkəzinə müraciət etmək istəsə də baş həkimi tapa bilmədiyi üçün sərnişin avtobusuna əyləşərək poliklinikaya getdiyini, yolda polis tərəfindən yoxlanış zamanı o aktiv karona virus xəstəsi olduğu aşkarlandığını bildirmişdir. İş materiallarında olan 08.02.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs işlətdiyi «Samsung» markalı mobil telefona 20 dekabr 2020-ci il tarixdə saat 20:19-da ***-***-**-** saylı mobil nömrədən vvhatsapp mesajlaşma sistemi vasitəsi ilə onun Covid-19 müayinəsinin nəticəsinin “pozitiv” olması müəyyən olunmuş, buna görə də analiz nəticəsi «Samsung» mobil telefonundan çıxarış edilərək iş materiallarına əlavə edilmişdir (i/v 39-41). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 10 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 69). Məhkəməyə təqdim olunmuş ATU-nun ümumi işlər üzrə prorektoru Tahir Vəliyev tərəfindən imzalanmış 17 fevral 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildən Azərbaycan Tibb Universitetinin Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləyir. İşlədiyi müddətdə o, özünü bacarıqlı mütəxəssis, yüksək peşəkarlıqla və müsbət mənəvi keyfiyyətlərə malik əməkdaş kimi göstərmişdir. Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranı, İİ qrup əlil, istefada olan mayor və universitet Veteranlar Şurasının sədridir. Universitetin ictimai həyatında fəal iştirak etməklə yanaşı o, Tibb Universiteti Həmkarlar İttifaqı Komitəsinin üzvü, İnzibati-təsərrüfat hissəsi üzrə X4 bürosunun sədri və daimi fəaliyyət göstərən İntizam komissiyasının işçi qrupunun üzvüdür. Təqsirləndirilən şəxs dövlətin yeritdiyi siyasəti dəstəkləyir. Mənəvi cəhətdən sağlam şəxs, eləcə də mehriban və təvazökar əməkdaş kimi kollektivin hörmətini qazanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli Qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarına əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsi, Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin və hüquqi statusunun müəyyən edilməsi, Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi və sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması və ödənilməsi qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aiddir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 1-ci Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil olmasını və müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə görə cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla müəyyən olunur. Məhkəmə cərimənin həddini müəyyən edərkən təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-235/2021 saylı, 07.03.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 18.03.2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar