Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-235/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsiriləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 05 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilini ünvan 2 ünvanın həyətinin giriş hissəsində saxlaması səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq sonuncuya sağ ağız bucağının selikli qişasının cərrahi tikişə ehtiyacı olan cırılmış yarası, yuxarı çənənin soldan İ, sağdan İİ, sağdan İİİ dişlərinin travmatik laxlaması və həmin zərbənin təsirindən müvazinətini itirərək hasara dəyməsi nəticəsində sağ saidin və sağ mil-bilək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə eyni həyətdə qonşuluqda yaşayırlar. Həmin evi Qurbanın qohumlarından almışdır. Uzun müddətdir ki, Qurbanın ailəsi ilə onun ailəsi arasında münasibətlər yaxşı deyil. Bir dəfə də atasının başını vurub yarıblar. Həyətdə 8 ədəd kamera qoymuşlar. Həyətdə bir dam qurublar, ora əxlaqsız qadınları gətirirlər. Dəfələrlə aralarında söz-söhbət olmuşdur. Dəfələrlə Qurbanın və ailəsinin qanunsuz hərəkətlərinə görə polisə müraciət etmişlər. Hadisə xx.xx.2022-ci il tarixdə axşam saat 22:00 radələrində baş veribdir. Həmin vaxtı həyat yoldaşı və azyaşlı övladı ilə evə gələrkən növbəti dəfə Qurbanın həyətin girişini "BMW” markalı avtomobili ilə bağladığını görmüşdür. O uşağın arabasını içəri sala bilməmiş, onun saxladığı avtomobil qapını girəcəyini tam kəsmişdi. Həmin vaxt 102-ni yığmışdır. Həmin vaxt Qurban gəlmiş və onun ünvanına nalayiq ifadələr işlətməyə, həmin vaxt Qurbandan xahiş etmək istəmişdir ki, o avtomobili çəksin və azyaşlı övladı və hamilə yoldaşı ilə bərabər evə daxil ola bilsinlər. Qurban onu daha həyətə buraxmayacağını deyərək əl-qol hərəkətləri edib söyüşlər söyməyə başlamışdır. Qurban onu yaşamağa qoymayacağını demiş və ölümlə hədələmişdir. Təqsirləndirilən şəxs özü hadisə ilə 102-ni yığaraq məlumat vermişdir. Daha sonra anası gəlmiş və telefonu onun əlindən almaq istəmişlər. Polislər gələndən sonra uşaq arabasını içəri salmışdır. Anası Qurbanla bərabər ona məxsus mobil telefonu zor tətbiq edərək əlindən almağa çalışmış, və onu vurmuşlar. Bundan sonra ailəsi çölə çıxmış və onu zorla evə salmışlar. Qurbanın anası və bir neçə şəxs onun başına və bədən nahiyəsinə zərbələr vuraraq telefonu əlindən almağa səy göstərmişlər. Qurban həyətdə olan dəmir parçasını götürüb üzərlərinə hücum çəkmiş və qapılarının ağzında asılmış paltarlarının hamısını cırıb-tökmüş, həyətin digər hissəsində olan plastik qapı və güldanı qapıya və pəncərələrə çırpmış, maddi ziyan vurmuşdur. Dəfələrlə Qurban və anasısının təqsirləndirilən şəxsin evinə hücum etməsi, ailəsinə və ona xəsarət yetirməsi, döyməsi və digər xuliqanlıq əməlləri barədə müraciət etmişdir. Sonda təqsirləndirilən şəxs ailəsinə göstərilən təzyiqləri, maddi və mənəvi ziyanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, doğulduğu vaxtdan ünvan 3 ünvanda yaşayır. Qeyd olunan ünvandakı həyətyanı sahədə 4 mənzil var. Həmin mənzillərin üçü atası X3 məxsusdur. Digər bir mənzil isə X4 məxsusdur. İyirmi ilə yaxındır ki, Təqsirləndirilən şəxs ilə qonşu olaraq yaşayırlar. Miraşın yaşadığı mənzil əvvəllər zərər çəkmişə məxsus olmuşdur. Təxminən iyirmi il əvvəl mənzillərdən birini və bir qarajı atasının əmisi Miraşın atası Saleh Niftullayevə satmışdır. Onlar həmin mənzildə yaşadığı müddətdən münasibətləri qonşu olaraq həmişə yaxşı olmuşdur. Təxminən on ilə yaxındır ki, ailələr arasında soyuqluq yaranmışdır. Dəfələrlə Miraşın ailəsi ilə onların ailəsi arasında söz-söhbət yaranmışdır. Dəfələrlə onların qanunsuz hərəkətləri ilə bağlı olaraq polis orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs özünə məxsus ağ rəngli “Ford Transit' markalı yük avtomobili vardır. Zərər çəkmiş şəxs 05 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində özünə məxsus 'BMW” markalı, E 46 modelli, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə mənzilinin qarşısına gəlmiş, həmin vaxt zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus “Ford Tranzit” markalı avtomobilin həyətin əsas giriş qapısının qarşısında saxladığını görmüş və belə olan halda öz avtomobilini Miraşın avtomobilinin yaxınlığında saxlamışdır. Lakin onun avtomobilinin hərəkəti üçün heç bir maneçilik törətməmişdir. Həmin gün saat 22:00 radələrində Suraxanı qəsəbəsinə getmək üçün mənzildən çıxaraq avtomobilinə tərəf gedib qapıdan çıxan zaman Miraşın və həyat yoldaşının “Ford Transit” markalı avtomobilin yanında dayandığını görmüşdür. Miraş şikayətçiyə yaxınlaşaraq avtomobili hansı səbəbdən orada saxladığını soruşmuş və o da Miraşa avtomobilini ortalama saxladığına görə həyətin qarşısında saxlaya bilmədiyini, bu səbəblə də həyətin qarşısında saxlaya bilmədiyi üçün qıraqda saxladığını bildirmişdir. Miraş ona avtomobili bu cür saxladığı üçün evə keçə bilmədiyini deyərək nalayiq ifadələrlə təhqir etməyə başlayıbdır. Buna görə aralarında mübahisə yaranmışdır. Həmin vaxtı Miraşın həyat yoldaşı orada olmuşdur. Mübahisə zamanı birbirimizi itələməyə başlamışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs sağ əli ilə zərər çəkmiş şəxsin ağzının sol nahiyəsinə bir dəfə yumruq ilə zərbə endirmişdir. Həmin vaxtı zərbənin təsirindən müvazinətini itirərək hasara dəymişdir. Gözləri qaralmış, ayılanda qonşu Qurbanı yanında görmüş, Qurban onu tutmuşdu. Durub Miraşı axtarmış, əlinə armatur almış, qapılarına getmiş, Miraşı çağırmışdır, lakin atası bayıra çıxmışdır. Atasına heç nə deməmiş, əl qaldırmamışdır. Mübahisə yaranan zaman küçədə yaşayan qonşular onların ətrafına toplaşmış, sonra baş vermiş hadisə barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində şikayət vermişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək onun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hər iki şəxsi qonşu kimi tanıyır. Hər ikisi ilə münasibəti normal olubdur. Məsciddən evə gələndə Niftullayevin Qurbanı vurmasını və Qurbanın ağzının qan olduğunu, görmüşdür. Hadisə yerində ondan başqa heç kim olmamışdır. Qurban zərbədən sonra üzünü tutub oturmuşdur. Əl atmaq istəyərkən o icazə verməmiş, mübahisə edən tərəfləri bir-birindən aralaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2003-cü ildən tanıyır, söküntü başlayandan 12 ildir ki, onların ailəsi ilə Miraşın ailəsi arasında münaqişə gedir. Evin ayrı-ayrı hissələrinin, daha sonra qarajın qapısının dəyişilməsinin mübahisəsini etmişlər. Hadisə baş verən günü evdə olmuş, küçədən gələn səs küyə çölə çıxaraq görmüşdür ki, Qurbanın ağzı qanın içində Miraşı isə anası aralayır. Miraş əlində telefon DİN-in 102 çağrı mərkəzini yığmış, şahid də öz növbəsində 102-yə məlumat vermişdir. Sonradan – 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət əsasında məhkəmə istintaqı təzələnmiş, X1 və X2 əlavə şahid qismində dindirilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X1 tərəflər arasında daima dava dalaş olduğunu, bu dəfə də Miraş həyətə girə bilmədiyinə görə onlar arasında mübahisə düşdüyünü bildirdi. Qonşu yolu kəsdiyinə görə, Miraş ailəsi ilə bayırda qalıbdır. O, dava dalaş görməmiş, oğlunu, bir də qonşuları görmüşdür, həmin vaxt dava dalaş olmamışdır. Miraşın kimisə vurmasını görməmişdir. Miraş, körpə uşağın yolda qaldığını, həyətə girə bilmədiyini polisə zəng edərək bildirmişdir. Qurban armaturu götürən kimi onlar evə qaçmışlar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində hadisənin iki il əvvəl baş verdiyini bildirmişdir. Həmin gün onların evlənməklərinin il dönümü olduğundan həmin günü o, Miraş və bir də övladları restorana getmişlər. Gecə 10-11 arası restorandan evə qayıtmışlar. Qurbanın avtomobili yolu bağladığından onlar həyətə daxil ola bilməmişdir. Miraşla Qurbanın buna görə mübahisəsi yarandı. Səs küyə qaynanası və Qurbanın anası da bayıra çıxmışdılar. Həyətə girəndə qonşular da, gəlmiş, həmin vaxtı sadəcə söyüş olmuş, kimsə kimisə vurmamışdır. Qurban və anası, Miraşı 102-yə zəng vurmağa qoymurdu, buna baxmayaraq Miraş zəng vurub məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin 1-ci vərəqində olan “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 11 avqust 2022-ci il tarixli qərarla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X7 tərəfindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş, cinayət işinə ********* nömrə verilmişdir; cinayət işinin 21-23-cü vərəqələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 697 saylı ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Vət. Q.A.Əbdülzadənin bədənində aşkar edilmiş xəsarətlər - bucağının selikli qişasının cərrahi tikişə ehtiyacı olan cırılmış yarası, yuxarı soldan İ, sağdan İİ və sağdan İİİ dişlərinin travmatik laxlaması, sağ saidin və sağ bilək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, müayinədən 1-2 gün əvvəl, qərarın təsviri hisssəsində müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. cinayət işinin 40-42 vərəqələrində “Üzləşdirmə haqqında” protokoldan görünür ki, 20 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində dindirilmiş, eyni zamanda onunla Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır; cinayət işinin 55-56-cı vərəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə təqsirli bilinrərək barəsində 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur; cinayət işinin 65-ci vərəqində olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 avqust 2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunur ki, iş üzrə Zərərçəkmiş şəxs zərər çəkimiş şəxs qismində dindirilmiş, hadisə yerinə baxış keçirilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmiş, cinayəti törətmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Sözügedən qərarın nəticə hissəsində cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə müvafiq olaraq dayandırılması qərara alınmışdır; cinayət işinin 68-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir; cinayət işinin 80-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin 95-ci vərəqində olan “qətimkan tədbirinin seçilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; cinayət işinin 156-161-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-80/2023-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; cinayət işinin 168-169-cu vərəqələrində olan “cinayət işinin icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; cinayət işinin 170-171-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan olunması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, eyni tarixdə Təqsirləndirilən şəxs tutulanadək icraat dayandırılmışdır (CPM 53.1.3-cü maddəsinə əsasən); cinayət işinin 190-191-ci vərəqələrində olan 11 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılmasına dair qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Xəyyam Bağırzadənin xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilmişdir. cinayət işinin 192-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi qərara əsasən ********* saylı cinayət işi üzrə icraat təzələnərək iş üzrə ibtidai istintaq davam etdirilmişdir; cinayət işinin 195-196-cı vərəqələrində olan Bakı şəhəri prokuroru, İİİ dərəcəli ədiyyə müşaviri Elşən Abbasov tərəfindən qəbul edilmiş “ibtidai istintaq müddətinin uzadılması” haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay müddətinə, yəni 11 yanvar 2024-cü il tarixədək uzadılmışdır. cinayət işinin 197-198-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğunda görə təqsirləndirilən şəxsin barəsində axtarış elan olunması və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayındığına görə axtarış elan olunmuşdur; cinayət işinin 201-202-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulanadək icraat dayandırılmışdır. “ (CPM 53.1.3-cü maddəsinə əsasən); cinayət işinin 204-208-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 6(006)-138/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 şikayəti (ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroru Həsən Hənifəyevin aşağıdakı prosessual hərəkətləri (hərəkətsizliyi: cinayət işi materiallarının hərəkətsiz saxlanılması, ibtidai istintaqın aparılmaması, işin vaxtında yekunlaşdırılaraq aidiyyatı üzrə məhkəməyə göndərilməməsi barədə hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilsin və əgər iş üzrə, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi barədə qərarları varsa, bu qərarların qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.) qismən təmin edilmiş, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi1 şikayətinə münasibətdə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Bağırzadənin Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-80/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan istintaq müddətinin uzadılması barədə prokurorluğa vəsatət verdiyi vaxtadək hərəkətsizliyinin qanunsuz hesab edilməsi qərara alınmışdır; cinayət işinin 210-211-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılmasına dair qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Xəyyam Bağırzadənin xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilmişdir. cinayət işinin 212-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir; cinayət işinin 275-276-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan olunması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, eyni tarixdə Təqsirləndirilən şəxs tutulanadək icraat dayandırılmışdır (CPM 53.1.3-cü maddəsinə əsasən); cinayət işinin 283-284-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir; cinayət işinin 286-cı vərəqində olan xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü həmin tarixdə saat 15:10-da Nəsimi RPİ-nin İstintaq Şöbəsinə gəlmişdir; cinayət işinin 292-302-ci vərəqələrində olan “sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində seçilmiş «başqa yerə getməmək da iltizam» qətimkan tədbiri nəzərə alınmış, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221 və 186-cı maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Şahid2 Müqabil qızının barəsində CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid - Şahid1 ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası CPM-in 144-146). Məhkəmə əlavə şahid qismində dindirilmiş iş üzrə təqsirləndirilən şəxsin anası - X1 və arvadı - X2 ifadələrini işin hallarına görə obyektiv həqiqətə uyğun olmamaqla qeyrisəmimi qəbul edərək, onların qohumluq əlaqəsinə görə maraqlı şəxslər olduğundan qeyd olunan ifadələrin təqsirləndirilən şəxsin əsassız müdafiə edilməsinə cəhd kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İşin faktiki halları ilə bağlı toplanılmış sübutların məcmusunun hərtərəfli və obyektiv qiymətləndirilməsi məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, hazırkı cinayət işi üzrə böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi gündən – xx.xx.2022-ci tarixdən 02 il müddət keçmiş, ibtidai arşdırma zamanı xx.xx.2023-cü il tarixdə CPM-in 53.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə) iş üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon prokurorunun müavini F.Dadaşov tərəfindən qeyd olunan qərar (qanunsuz və əsassız olaraq cinayət işi üzrə icraat dayandırıldığna görə) ləğv edilmiş, 12 dekabr 2023cü il tarixdə iş üzrə icraat dayandırılmış (CPM-in 53.1.3-cü maddəsinə görə), qeyd olunan qərar 07 fevral 2024-cü il tarixdə prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilmiş, 17 fevral 2024-cü il tarixdə iş üzrə icraat dayandırılmış (CPM-in 53.1.3-cü maddəsinə görə) və 08 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxsin könüllü olaraq istintaqa gədiyindən iş üzrə icraat təzələnmiş və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxsə ittiham olunan Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Məhkəmə qeyd edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən və cinayətin edildiyi gündən hesablanan müddətlərdir. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tələblərinə görə cinayət törədildikdən sonra onu törədən subyekt bəlli olarsa, lakin şəxs istintaqdan və məhkəmədən gizlənərsə, müddətin axımı dayanmalı, şəxs tutulduğu yaxud da könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan müddətin axımı bərpa olunmalıdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan dövrlə ərzində “cinayət işi üzrə icraatın CPM-in 53.1.3-cü maddəsi ilə dayandırılmasına dair” qərarlar prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edildiyinə görə, bu dövrlər (xx.xx.2023xx.xx.2023, xx.xx.2023-xx.xx.2024) ərzində şəxsin barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayanmamış, müddətin axımı yalnız 17 fevral 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək (01 ay 22 gün) dayanmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 6(006)-138/2023 saylı qərarına münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı qərarla cinayət “işi üzrə icraatın dayandırlması” barədə müstəntiqin və ya “icraatın dayandırlmasına dair qərarın ləğvi” barədə prokurorluğun hər hansı bir qərarı qanunsuz və əsassız olması müddəalarına əsasən ləğv edilmədiyinə görə, əksinə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Bağırzadənin Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-80/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan istintaq müddətinin uzadılması barədə prokurorluğa vəsatət verdiyi vaxtadək hərəkətsizliyi qanunsuz hesab edildiyinə görə bu xüsusat (hərəkətsizliyin qanunsuz hesab edilməsi) cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayanması kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cinayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən artıq icraatın dayandırlmasına dair (CPM-in 53.1.3-cü maddəsi ilə) ləğv edilmiş qərarların yenidən məhkəmə tərəfindən “hərəkətsizlik” əsaslarına görə ləğv edilməsi prosessual qanunvericilik tələbləri baxımından mümkünsüzdür. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə məhkəmədə iştirak etdikləri iş saatlarına uyğun olaraq müvafiq məbləğdə pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-235/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-235/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver