Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-236/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Y/S, ev 26, mənzil 227-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024cü il tarixdə, saat 15:55-də “GrandMart” supermarketlər şəbəkəsinin ünvan 1 ünvanda yerləşən mağazasında olarkən kənar şəxslərin görmədiyi şəraitdə mağazada girişdən sağ hissədə quraşdırılmış, müştərilərin əşyalarının müvəqqəti qoyulması üçün nəzərdə tutulan açıq dolabdan Zərərçəkmiş şəxs məxsus, içərisində 550 manat nağd pul olan 50 manat dəyərində qara rəngli, üzərində gümüşü rəngli dəmirdən GUESS sözləri yazılmış əl çantasını oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində fəhlələrin toplaşdığı yerə gələrək günəmuzd işləyir. Həmin ünvanda yerləşən “GrandMart” marketindən gündəlik xırda alış-veriş etmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:45 radələrində bu marketə gələrək içərisində qida məhsulları olan əlindəki ağ rəngli sellofan paketi marketin girişinin sağ yan hissəsində quraşdırılmış, müştərilərin ümumi istifadəsində olan dolaba qoyaraq alış-veriş etməyə getmişdir. Kassaya yaxınlaşıb ödəniş etdikdən sonra dolaba qoyduğu ağ rəngli sellofan paketi götürmüşdür. Elə bu vaxtı qapısı açıq olan digər dolabda qara rəngli qadın əl çantasının olduğunu görüb onu oğurlamaq qərarına gəlmiş və buna görə həmin dolabların qarşısında dayanaraq ətrafı bir qədər müşahidə etdikdən sonra çantanı götürərək mağazadan çıxaraq uzaqlaşmışdır. Sonradan həmin çantanı açaraq içərisinə baxmış və orada olan pulu götürüb saydığında 03 ədəd 100 manatlıq, 05 ədəd isə 50 manatlıq əskinasların olduğunu aşkar etmişdir. Ümumilikdə 550 manat pulu əynində olan şalvarın sol cibinə qoymuş, çantanı isə “GrandMart” marketin yaxınlığında olan beş mərtəbəli yaşayış binasının girişinin birinci mərtəbəsinin dəhlizində gizlətmişdir. Hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəmişdir. Yaşını, İİİ dərəcəli əlil olmasını nəzərə alaraq ona yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, “GrandMart” mağazalar şəbəkəsində bölgə müdiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 15:00-da ünvan 1 ünvanda yerləşən “GrandMart” marketinə gəldiyi zaman içərisində 550 manat pulu olan qara rəngli, üzərində GUESS sözləri yazılmış 50 manat dəyərində əl çantasını marketin giriş hissəsinin sağ tərəfində yerləşən müştərilərin ümumi istifadə üçün nəzərədə tutulmuş açıq vəziyyədə olan dolaba qoymuşdur. Təxminən 40 dəqiqə sonra əl çantasını qoyduğu yerdən götürmək istəyəndə onun oğurlandığını aşkar etmiş və bundan sonra marketdə quraşdırılmış müşahidə nəzarət kamerasına baxdıqda müştəri kimi tanıdığı Qurban adlı şəxsin çantanın oğurladığını müəyyən etmişdir. Baş vermiş hadisə barədə “102” xidmətinə məlumat vermiş, daha sonra çantası tapılaraq ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən də 550 manat pulu qaytarılmışdır. Onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: • “Götürmə aparılması haqqında” 07 aprel 2024-cü il tarixli protokola əsasən xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində ünvan 1 ünvanda yerləşən “GrandMart” marketindən müştərilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş, qapısı açıq vəziyyətdə olan dolabdan Zərərçəkmiş şəxs məxsus qara rəngli üzərində gümüşü rəngli dəmir metaldan GUESS sözləri yazılmış 01 ədəd əl çantası götürülmüşdür (İ cild, i.v.24); • “Maddi sübut kimi tanıma haqqında” 07 aprel 2024-cü il tarixli qərarla qara rəngli, üzərində gümüşü rəngli dəmir metaldan GUESS sözləri yazılmış 01 ədəd əl çantası maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır (İ cild, i.v.28); • Əlillik haqqında arayışa əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlildir (İ cild, i.v.21); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15 aprel 2024-cü il tarixli, 3- 1312-1/2A-774xx/xx-2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (İ cild, i.v.67). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurmuş olduğu zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, cəzasının yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda, məhkəmə bu cəzanı təyin edərkən vurğulamaq istəyir ki, Təqsirləndirilən şəxs olan İİİ dərəcəlik əlilik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulması kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 47.4.1-ci maddəsi isə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlərin tətbiq olunmasını qadağan edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 35.1-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, həmin Məcəllənin 34-cü maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 08 saat üçün nəzərdə tutulan 48 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd əl çantası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 08 saat üçün nəzərdə tutulan 48 (qırx səkkiz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-236/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-236/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver