Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-237/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan təkrarən avtomobili qanunsuz olaraq qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 dekabr 2019-cu il tarixdə saat 07 radələrində tanışı Şahid5 Svetoslavoviçin yaşadığı ünvan 2 ünvanında olarkən mənzilə qonaq qismində gəlmiş Zərərçəkmiş şəxs2 yatmış vəziyyətdə olmasından istifadə edərək, sonuncuya məxsus binanın qarşısında saxladığı “Honda İnsight” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını gödəkcəsinin yan cibindən gizlin götürüb mənzili tərk edərək həmin gün 07:05-də avtomobili idarə etmək üçün heç bir icazə və hüququ olmadan qapısını açar əsilə açıb mühərrikini işə salmaqla avtomobili idarə edib talama məqsədi olmadan qaçırmış, həmin gün saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda hərəkətdə olarkən idarə etməni itirməsi səbəbindən əks istiqamətdə hərəkətdə olan X2 idarə etdiyi “Mercedes Benz” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs2 200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən 21 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində orta dərəcəli sərxoşluq halında ünvan 3 ünvanda yerləşən avtomobil təmir sexinin qarşısında təmir üçün saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Qaz-31105” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edərək avtomobili idarə etmək üçün heç bir icazə və hüququ olmadan qapısını açıb sükan arxasına əyləşərək üzərində olan açarı vasitəsilə mühərriki işə salıb avtomobili idarə etməklə talama məqsədi olmadan qaçırmış, həmin gün saat 21:10-da qeyd olunan avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsindən Cavadxan küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədən Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsinə daxil olduqda idarə etməni itirməsi səbəbindən Kazımovski küçəsi 17 saylı ünvanda yerləşən “Tural market” mağazasının hasarına çırpılmış və nəticədə Zərərçəkmiş şəxs1 460 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12.12.2019-cu il tarixdə dostu Nuqayın yaşadığı evə getmiş və orada qalmışdır. 13.12.2019-cu il tarixdə saat 23:00 radələrində Nuqayla mənzildə oturub yeyib-içirmiş, bu vaxt ümumi tanışları Rüstəm ora gəlmişdir. Bundan sonra sonuncu onlarla yeyib içdikdən sonra yataq otağına keçib yatmişdir. 14.12.2019-cu il tarixdə saat 02:00 radələrində o da yatmağa getmişdir. Həmin gün saat 07:00 radələrində o, yuxudan durmuş və nənəsinin qəbrini ziyarət etmək qərarına gəlmişdir. Nənəsinin qəbri Biləcəri qəbirstanlığında yerləşdiyindən qərara almış ki, Rüstəmin avtomobilini götürüb ora getsin. Bundan sonra Rüstəmin gödəkçəsinin cibindən ona məxsus Honda İnsayt markalı **-TN-*** dövlət nömrə nişanlı avtomaşının açarını götürüb çıxmışdır, avtomobilin qapısını açıb sükan arxasına əyləşmiş və mühərriki işə salıb avtomobili idarə edərək Biləcəri qəbirstanlığına getmişdir. Qəbirstanlıqda nənəisinin qəbrini ziyarət etmişdir, sonra avtomobilə əyləşmiş və geri qayıtmaq qərarına gəlmişdir. Bu məqsədlə mühərriki işə salmiş lakin avtomatik ötürücülər qutusundan yaxşı başı çıxmadığından tutacağını səhv çəkmişdir. Nəticədə qaz əyləcini basdıqda avtomobil geriyə getmək əvəzinə irəliyə getmişdir. Həmin zaman qarşısına Mersedes markalı avtomobil çıxmış və o, özünü itirdiyindən idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə Mersedes markalı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Həmin vaxt həyacanlı olduğundan avtomobili saxlamayaraq hərəkətinə davam etmişdir. Bir qədər irələdikdən sonra avtomobilin təkərinin boşaldığını hiss edərək yolun kənarında avtomobilini saxlamışdır. Bir neçə dəqqiqədən sonra vurduğu avtomobilin sürücüsü və DYP-nın əməkdaşları gəlmiş və avtomobili cərimə meydançasına aparmışlar. Bundan başqa, 21 oktyabr 2020-ci il tarixdə saat 18:30 radələrində evdə 2 bakal pivə içmiş, təxminən saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 4-cü mkrorayon dairəsinin yanında yerləşən dostu İsmayılın işlədiyi sexə gəlmişdir. Lakin orada heç kəsi tapa bilməmişdir. Bu vaxt sexin qarşısında «QAZ-31105 Volqa» markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobil dayanmışdır. Həmin minik avtomobilinin açarı üzərində olmuşdur. O, avtomobilin sahibindən icazə istəmədən, xəbərdarlıq etmədən avtomobilin qapısını açmış və əyləşmişdir. Niyyəti avtomobili bir az sürüb gətirib yerinə qoymaq olmuşdur, mühərriki işə salmış və hərəkətə gətirib Cavadxan küçəsindən Kazımovski küçəsinə dönmüşdür. Həmin vaxt görmüşdür ki, avtomobildə nasazlıq gah sönür, gah da işə düşür. Məhlənin içərisinə dönmək istəyərkən sükan əlindən çıxmış və nəticədə idarəetməni itirmiş və yolun sağ hissəsində yerləşən «Tural» marketin hasarlarına çırpılmışdır. Həmin vaxt avtomobil hasara dəyib dayanmış və sönmüşdür. Nə qədər istəsədə avtomobili işə sala bilməmişdir. Həmin vaxt orada olan tanımadığı şəxslər ona kömək edərək avtomobili itələyib məhlədə park etmişlər. Bir müddət sonra ona polis əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim etdikdən sonra nə baş verdiyini soruşmuşlar. O da polis əməkdaşlarına etdiyi əməli səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Orada etdiyi əməli səmimi etiraf edərək izahat vermişdir. Daha sonra özünü təqsirli bilməsini, İİÇV xəstəliyindən əziyyət çəkməsini nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 19.11.2019-cu il tarixdə «Honda İnsayt» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və avtomobili etibarnamə ilə idarə edir. Avtomobilin mülkiyyətçisi X4 olsada, faktiki olaraq avtomobilin sahibi özüdür. 13 dekabr 2019-cu il tarixdə saat 20:00 radələrində idarə etdiyi «Honda İnsayt» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləcəri qəsəbəsinə gəlmişdir. Avtomobili tanışı Şahid5 yaşadığı binanın qarşısında saxlamışdır. Sonra iş yoldaşları ilə görüşüb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Bakı» kafesinə getmişdir. Orada çörək yeyərkən spirtli içki qəbul etmişdir. İçkili olduğu üçün və sükan arxasına oturmamaq üçün yaxınlıqda yaşayan tanışı Nuqayın yaşadığı evə gedib gecələmək qərarına gəlmiş, içkili halda avtomobili idarə etmək istəməmişdir. O, Nuqay gilə gəldikdə görmüş ki, Nuqay əvvəldən tanıdığı Seymur ilə çörək yeyirlər. O, da onlarla birlikdə biraz oturmuş və yorğun olduğu üçün yatmağa getmişdir. 14.12.2019-cu il tarixdə saat 15:00 radələrində yuxudan oyandıqdan sonra gödəkçəsini geyindiyi zaman cibinə qoyduğu etibarnamə əsasında idarə etdiyi «Honda İnsayt» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını tapa bilməmişdir. Küçəyə çıxıb görmüş ki, avtomobildə yerində yoxdur. Bu səbəbdən geri qayıdıb Nuqayı oyatmış və ona demiş ki, «açarları tapa bilmirəm». Nuqay isə ona demiş ki, «mən götürməmişəm». Bu zaman Seymurun evdə olmadığını görüb Nuqaydan onun harda olmasını soruşmuşdur. Nuqay ona demiş ki, «Seymurun harda olmasından xəbərsizəm». Bu an başa düşmüş ki, Seymur açarı ondan icazəsiz götürübdür. O, Nuqaydan soruşmuş ki, «bəlkən sən Seymura icazə verdin açarları götürsün». Lakin Nuqay ona bu barədə Seymurla danışmadıqlarını bildirmişdi. Bundan sonra Nuqayla küçəyə çıxmışlar və yaxın küçələrə baxmışlar, lakin avtomobili aşkar etməmişlər, sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək xəbər vermişdir. Bir neçə gündən sonar Nuqay onun yanında Seymurun ev nömrəsinə zəng etmiş və avtomobili ondan xəbərsiz götürdüyünü etiraf edərək bildirmiş ki, ona məxsus «Honda İnsayt» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qəza törədib və hazırda avtomobilin Binəqədi yol polisinin cərimə meydançasında saxlandığını bildirmişdir. O, deyilən yerə gedərək avtomobilə baxış keçirdikdə avtomobilin qabaq buferinin duman işığının qırıldığını, sol qabaq hissəsinin zədələndiyini və təkərin partladığını görmüşdür. Avtomobilinə 200(iki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, mülki iddiasının, maddi tələbinin olmamasını, onunla barışdığını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2006-cı il tarixdə atası X5 ona texniki cəhətdən saz olan “Qaz 31105 Volqa” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini baş etibarnamə əsasında almışdır. O, isə həmin avtomobili təxminən 2-3 il olar ki, etibarnamə əsasında idarə edir. Avtomobilin elektrik sistemi nasaz olduğundan 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 4-cü mikrorayon dairəsinin yanında yerləşən avtotəmir sexində usta işləyən tanıdığı İsmayıl ustanın yanına aparıb qoymuşdur ki, təmir etsin. 22 oktyabr 2020ci il tarixdə saat təxminən 10:00 radələrində İsmayıl usta ona zəng edərək avtomobilinin sexin qarşısından qaçırıldığını bildirmişdir. O, dərhal həmin yerə gəlmiş və sonra ona məlum olmuşdur ki, Seymur ona məxsus avtomobili sərxoş vəziyyətdə sürmək məqsədi ilə qaçırmış və idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, Kazımovski küçəsində idarə etməni itirdiyidən avtomobili divara vurmuşdur. Nəticədə avtomobilinin ön sağ qanadı, bamperi, qabaq ön sağ təkəri yararsız vəziyyətə düşmüşdür. Əlavə olaraq avtomobilin sağ qapıları və arxa qanadı cızılmışdır. Avtomobilinin içərisindən heç bir əşya oğurlanmamışdır. O, Seymuru əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nə gəlib ərizə yazmış, ərizəsində Təqsirləndirilən şəxs ona məxsus avtomobili qaçırdığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs tərəfindən onu vurulmuş maddi ziyanın ödənilmədiyini lakin sonuncuya qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati ərazisində 21 oktyabr 2020-ci il tarixdə ƏÇPA-nın polis əfəri, Şahid4 ilə xidmətdə olarkən saat 22:30 radələrində Nəsimi rayonu M.Kazımovski küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin sərxoş olduğunu görmüşlər. Həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə, üzərində heç bir sənədi olmadığını bildirmişdir. Həmin şəxslə fərdi söhbət zamanı müəyyən etmişlər ki, o, başqa şəxsə məxsus «QAZ-31105 Volqa» markalı **-NC-*** dövlət nömrə nişanlı minik avtomobilini qaçıraraq həmin küçədə idarə etməni itirmiş və avtomobili hasara vuraraq dayanmışdır. Onlar həmin şəxsi Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmiş, həmin şəxs heç bir etiraz etmədən onlarla PŞ-nə gəlmiş və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur, sonuncu törətdiyi əməli səmimi olaraq etiraf etmiş və onlar raport tərtib edərək Təqsirləndirilən şəxs aidiyyatı üzrə 19-cu PŞ-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın polis nəfəri Şahid4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş N.S.Vəlizadənin ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 14.12.2019-cu il tarixdə saat 07 radələrində “Mercedes Ateko 815” markalı yük avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu DSK-yolu adlanan ərazidə “Kəpənək” marketin yaxınlığına üzü Sulu-təpə istiqamətində hərəkət edirmiş. “Kəpənək” marketin qarşısında dayanmış “Honda” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil bir qədər arxaya verərək saxlamış və dərhal sürətlə əks yola çıxmışdır. Qəzanın qarşısnı almaqa çalışsada mümkün olmamış “Honda” markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobil ilə toqquşmuşdu. Toquşma baş verdikdən sonra Honda markalı avtomobilin sürüçüsü avtomaşını saxlamayaraq hadisə yerindən qaçmış və buna görə həmin avtomobili axtarmağa başlamışdır. Hadisə yerindən təxminən 500 metr irəlidə həmin avtomobilin dayandığını görmüşdür. Avtomobilin sürücüsünə yaxınlaşaraq hansı səbəbdən hadisə yerindən qaçdığını sorşmuşdur. Həmin şəxs içkili vəziyyətdə olduğundan ona hadisədən xəbəri olmadığını bildirmişdir. Həmin vaxt orada olan yol potrul xidmətinə yaxınlaşaraq baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 idarə etdiyi «Qaz-31105» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilini işlədiyi sexin yanına gətirmiş və avtomobilin elektrik sistemində nasazlıq olduğunu bildirmiş və həmin nasazlığı aradan qaldırılmasını xahiş etmişdir. O, da Cavada bildirmişdir ki, hazırda əlində işi vardır, avtomobili saxlasın və bir neçə gün ərzində avtomobili təmir edəcək. 22 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində işlədiyi sexə gəlmiş və Cavada məxsus avtomobili sexin qarşısında görməyib sonuncuya zəng etmişdir. Cavad avtomobili götürmədiyini bildirdikdə, o, avtomobilin qaçırıldığını başa düşüb Cavada demişdir. Zərərçəkmiş şəxs1 bir neçə dəqiqə sonra yanına gəlmiş və avtomobili yerində görməyib, bu barədə Nəsimi RPİ-nin 19cu PŞ-nə ərizə yazmışdır. Sonradan məlum muşdur ki, avtomobili onun tanışı Təqsirləndirilən şəxs qaçırmış və avtomobillə yol-nəqliyyat ıdisəsi törətmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda «Tural market» adlı mağazanı işlədir. 22 oktyabr 2020-ci il tarixdə saat 09 radələrində işlətdiyi mağazaya gəldikdə görmüşdür ki, mağazanın hasarı bir qədər zədələnmişdir. Soruşduqda məlum olmuşdur ki, 21 oktyabr 2020-ci il tarixdə axşam saatlarında bir nəfər şəxs avtomobil ilə hasara dəymişdir. Sonradan avtomobil ilə hasarı zədələyən şəxs Təqsirləndirilən şəxs gələrək ondan baş vermiş hadisə ilə bağlı üzr istəmiş və ona dəymiş ziyanı ödəmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 13.12.2019-cu il tarixdə 18:00 radələrində Seymurla görüşmüş və yaşadığı evin yaxınlığında yerləşən “Araz” marketdən bazarlıq edib onunla birlikdə onun evinə getmişlər. Evdə Seymurla bir qədər spirtli içki qəbul edərək, çörək yemişlər. Saat 23:00 radələrində xalası oğlu Rüstəm onlara gəlmiş və onunla birlikdə içki məclisi davam etmişdir. 14.12.2019-cu il tarixdə saat 02-də yorğun olduqlarından yatmaqa getmişlər. 14.12.2019-cu il tarixdə 15 radələrində Rüstəm onu yuxudan oyatmış və özünə məxsus “Honda” markalı avtomobilin saxladığı yerdə olmadığını və gödəkçəsinin cibində avtomobilin açarlarının kiminsə götürdüyünu söyləmişdir. Həmin vaxtı Seymur evdə olmadığından ehtimal etmişlər ki, avtomobili o, icazəsiz götürüb və onunla əlaqə saxlamaq üçün zəng etmişlər, lakin telefonuna zəng çatmamışdır. Bundan sonra Rüstəm dərhal DİNnin 102 xidmətinə zəng edərək, avtomobilinin qaçırılması barədə məlumat vermişdir. Bir neçə saatdan sonra məlum olmuş ki, Seymur icazəsiz avtomobili idarə etmək üçün götürmüş və evlərinin yaxınlığında qəza törətmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, məhkənə iclasında iştirak etməyən şahidlər Şahid3, Şahid6 və Şahid5 ifadələrinin elan olunmasına etiraz etmir, orada göstərilənlərlə razıdır, şahidlər barəsində məcburi gətirmə qərarın çıxarılmamasını və məhkəmə istintaqını bitirib çıxışlara keçməsini məhkəmədən xahiş edir. Cinayət işinin 84-85-ci vərəqələrində olan 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 57-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2021-ci il tarixli, 9/5749 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə «AVTOSERVİS Bakı şəhəri Səlyan şossesi “VÖEN **********” təmir emalatxanası tərəfindən tərtib edilmiş 28.10.2020-ci il tarixli 123/2013 nömrəli ziyan aktı məlumatlarına əsasən 2004-cü il buraxılışlı «Qaz-31105» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 460 manat müəyyən edilir. Cinayət işinin 58-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 229-241-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Honda İnsyat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus “Qaz-31105” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmışdır. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 17 noyabr 2020ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə ACDİÜ AR Məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 120.2.3, 120.2.4, 29,120.2.7-ci maddələri təqsirli bilinərək 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasınna məhkum olunmuş, 25 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 147-ci vərəqəsində olan 12 noyabr 2019-cu il tarixli tibbi-sosial ekspert komissiyasının müayinəyə dair məlumatından görünür ki, 3-cü dərəcəli əlildir və B20 infeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi, İİV-infeksiyası 1 klinik mərhələsindədir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun talama məqsədi olmadan təkrarən avtomobili qanunsuz olaraq qaçırma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən talama məqsədi olmadan təkrarən avtomobili qanunsuz olaraq qaçırma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və İİÇV xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 25 iyul 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 120.2.3, 120.2.4, 29,120.2.7-ci maddələri təqsirli bilinərək 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 200 misli miqdarında cərimə cəzasınna məhkum olunmuş, 25 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq səkkiz il keçmədən yəni 14 dekabr 2019-cu il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı 19 may 2021-ci il tarixdən saat 10:30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Honda İnsyat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus “Qaz-31105” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 may 2021-ci il tarixdən, saat 10:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus “Honda İnsyat” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 məxsus “Qaz- 31105” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarıldığından onların istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-237/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-237/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver