Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-239/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, xəzinədar işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi 27A saylı yaşayış binasının qarşısında qeyri-rəsmi yaşadığı həyat yoldaşı Zərərçəkmiş şəxs təşəbbüsü ilə, yəni sonuncunun birgə nikahdan olan azyaşlı övladını Təqsirləndirilən şəxs görüşməsindən imtina etməsi səbəbi ilə bağlı aralarında ailə daxili münasibətlərin pozulması nəticəsində başlanılmış mübahisə zamanı, Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona sağ göz qapaqlarının və sağ gözaltı nahiyənin qançırları və həmin gözün qişasında qansızma, çənə nahiyəsinin və sağ baldırın qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 5 ilə yaxın müddətdə qeyri-rəsmi nikahda olmuş və bu nikahdan bir oğlan övladları vardır. Son zamanlar Zərərçəkmiş şəxs ona qarşı aqressiv olduğu üçün ondan uzaq olmuş və onlar xeyli müddətdir küsülü olmuşlar. Lakin sonuncu ondan birgə nikahdan olan uşağının tələbatlarını ödəməsi üçün pul istəmiş, o da buna etiraz etməyərək Zərərçəkmiş şəxs 200 manat pul vəsaitini ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Lakin sonuncu hər dəfə oğlunu ona göstərməmək üçün müxtəlif səbəblər və bəhanələr gətirmişdir. Buna baxmayaraq, o övladını görmək üçün 18 fevral 2021-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs kirayədə yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi 27A saylı binanın qarşısına gələrkən, sonuncunun rəfiqəsi Fatimə İbrahimova ilə bilinməyən istiqamətdə getmələrini görmüşdür. Onlara yaxınlaşaraq hara getdiklərini soruşduqda və övladını görmək istədiyini bildirdikdə sonuncu səbəbsiz olaraq oğlunu ona göstərməkdən imtina etmişdir. O nə qədər təkid etsə də, lakin Fatimə İbrahimova dedikləri sözlərlə onların arasındakı mübahisənin daha da böyümüsünə səbəb olmuşdur. Buna görə də, o, əsəbləşərək sakit şəkildə Zərərçəkmiş şəxs itələmişdir ki, o sakitləşsin və uşağı ona verməsini təmin etsin. Bu zaman sonuncunun ayağı büdrəyərək yerə yıxılmışdır. Zərərçəkmiş şəxs itələməsi ani olaraq baş vermiş və hadisəni kənardan şahidi ola biləcək digər şəxslər olmamış, hadisə zamanı sonuncunun yanında rəfiqəsi Fatimə İbrahimova olmuşdur. Onların mübahisəsi təxminən 2-3 dəqiqə davam etmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 5 ilə yaxın müddət qeyri-rəsmi nikahda olmuş və bu nikahdan bir oğlan övladları vardır. Son zamanlar Təqsirləndirilən şəxsla aralarında baş vermiş ailə daxili mübahisələrə görə ondan ayrılmış və hadisə baş verən gün azyaşlı övladı ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşamışdır. 18.02.2021-ci il tarixdə saat 18 radələrində kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi 27A saylı binanın qarşısında rəfiqəsi Fatimə İbrahimova ilə birlikdə olarkən, bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb səbəbsiz olaraq ona zor tətbiq edərək itələmiş və o, büdrəyərək yıxılmış, nəticədə sifət nahiyəsindən xəsarət almışdır. Bundan sonra o, hadisə barədə DİN 102 xidmətinə zəng edərək məlumat vermiş və hadisə zamanı xəsarət alması ilə bağlı təcili tibbi yardıma müraciət etmişdir. Baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisənin şahidi yalnız həmin vaxt yanında olan rəfiqəsi Fatimə İbrahimova olmuşdur. Hadisə zamanı o, Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə üzrə icraata xitam verilməsini xahiş edərək, bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsi olan Zərərçəkmiş şəxs qeyri rəsmi yaşadığı şəxs kimi tanımışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs onun yaxın rəfiqəsidir və onu 8 ildir tanıyır. 18.02.2021-ci il tarixdə, saat 18 radələrində o, Zərərçəkmiş şəxs və sonuncunun övladı ilə birlikdə yaşadığı binanın aşağı həyətinə düşüb binanın qarşısında olarkən, orada Zərərçəkmiş şəxs qeyri-rəsmi həyat yoldaşı olan Təqsirləndirilən şəxsla qarşılaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə hücum edərək itələmiş və sonuncu büdrəyib yerə yıxılarkən sifət nahiyəsindən xəsarət almışdır. O da Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasına daxil olmaqla onları sakitləşdirməyə çalışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs halı pisləşdiyindən sonuncu DİN 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və Təqsirləndirilən şəxs oradan uzaqlaşıb getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs itələməsinin səbəbi onların birgə nikahdan olan oğlunu əlindən almaq istəməsi olmuşdur. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt hadisənin şahidi ondan başqa kimsə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 27.02.2021-ci il tarixli 104 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sağ göz qapaqlarının və sağ gözaltı nahiyənin qançırları və həmin gözün qişasında qansızma, çənə nahiyəsinin və sağ baldırın qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 18.02.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (i/v 20-21). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin 365-1916M-3221 saylı, 23 fevral 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 18). Məhkəməyə təqdim edilmiş 29 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-239/2021 saylı, 11.03.2021-ci il tarixli qərara əsasən 17.03.2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-239/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-239/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver