Məhkəmə qərarları › İş №1(006)-239/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-239/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-239/2023 26.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi həyat sirri məlumatlarını əks etdirən foto və video materialları qanunsuz toplayıb yaymaqla şəxsi həyatın toxunulmazlığını pozmuş və zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında istifadə etmək üçün "xxxx" MMCdən anası X1 adına aldığı +99***-***-**-** saylı mobil nömrə ilə “Snapchat” sosial şəbəkəsində qeydiyyatdan keçərkən nömrənin əvvəlki istifadəçisi Zərərçəkmiş şəxs əvvəllər həmin nömrə ilə sosial şəbəkədə qeydiyyatdan keçdiyini, nömrəni istifadə etməməsinə baxmayaraq hesabdan çıxmadığını və həmin hesabda Zərərçəkmiş şəxs çılpaq fotoşəkil və videogörüntülərinin olduğunu gördükdən sonra ona məxsus şəxsi məlumatlar hesab edilən həmin materialları istifadəsində olan mobil telefona yükləməklə şəxsi həyat sirri məlumatlarını əks etdirən foto və video materialları qanunsuz toplamış, bundan sonra barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə ondan pul tələb etmək niyyəti ilə istifadə etdiyi saxta elektron poçt ünvanı və “instagram” hesabları vasitəsilə 12 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs həmin rüsvayedici foto və video materialları göndərib barəsində rüsvayedici məlumatlan yayacağı ilə hədələyərək ondan 1.000 manat pul tələb etmiş, hədə-qorxunun ciddi qəbul edilmədiyini və pul tələbinin yerinə yetirilmədiyini gördükdə isə o, cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə zərərçəkmiş şəxsin barəsində olan rüsvayedici foto və video materialları “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs adına açdığı “naziquliyeva010” adlı saxta profillərdə paylaşıb yaymaqla şəxsi həyatın toxunulmazlığını pozmuş, həmçinin zərərçəkmiş şəxsin 16 noyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən terminaldan həyat yoldaşı G.Y.Soltanovanın adına olan “X8” ASC tərəfindən emissiya edilmiş “4098- ****-****-8737” nömrəli karta göndərdiyi 01 manat pulu hədə-qorxu yolu ilə ələ keçirməkə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxsuya 01 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayında öz istifadəsi üçün anası X1 adına sənədləşdirməklə ***-***-**-** saylı gsm nömrəni almışdır. Nömrəni əldə etdikdən sonra həmin nömrə ilə “snapchat” sosial şəbəkəsində qeydiyyat keçmək qərarına gəlmişdir. “Snapchat” sosial şəbəkəsinə daxil olaraq qeydiyyatdan keçmək istəyən zaman məlum olmuş ki, həmin nömrə ilə daha öncə qeydiyyatdan keçilib və buna görə də sosial şəbəkə ona həmin profilə daxil olmağı təklif etmişdir. Həmin vaxt anlamış ki, nömrənin ondan öncə olan tanımadığı sahibi həmin nömrə ilə əvvəllər “snapchat“sosial şəbəkəsində qeydiyyatdan keçdiyi üçün hazırda öz nömrəsi ilə onun profilinə daxil ola bilər. Sosial şəbəkədə əvvəl qeydiyyatdan keçimiş profilin qadın profili olduğu üçün ona maraqlı görsənmiş və nömrə vasitəsilə profili berpa edib daxil olmuşdur. “Snapchat” sosial şəbəkəsində şəkillər çəkilən zaman yayımlanmasa da proqramın yaddaşında qalır, özündə olan mobil telefon nömrəsi ilə “Nazlı Quliyeva” adlı “snapchat” sosial şəbəkə profilini bərpa etdikdən sonra yaddaşda xeyli şəkillərin olduğunu görmüşdür. Həmin şəkillərin arasında “Nazlı Quliyeva” adlı istifadəçinin kişi cinsindən olan şəxslə və müxtəlif qadınlarla şəkilləri ilə bərabər özünə aid və üzünün aşkar şəkildə göründüyü çılpaq şəkilləri və videoları da olmuşdur. Zərərçəkmiş şəxs ev şəraitində, hamamda və müxtəlif qapalı məkanlarda özünün çılpaq şəkil və videolarını çəkmişdi və “snapchat” sosial şəbəkəsinin yaddaşında həmin şəkillər qalmışdır. Zərərçəkmiş şəxs həmin şəkil və videoları heç yerdə paylaşmasa da, sosial şəbəkənin özəlliyinə görə həmin fayllar yaddaşda qalmışdır. Həmin ərəfədə maddi durumu zəif olduğu üçün qərara gəlmiş ki, profilin və şəkillərin sahibini taparaq həmin şəkillərin müxtəlif sosial şəbəkədə yayılmaması müqabilində ondan pul tələb etsin. Həmin ərəfədə anası K.Soltanova ev şəraitində odla ehtiyyatsız davrandığı üçün bədəni yanmışdır və müalicəsi üçün pul lazım olmuşdu. Buna görə də o, profil sahibi Zərərçəkmiş şəxs taparaq ona hədəqorxu gəlib pul tələb etmək qərarına gəlmişdir. Başa düşmüşdür ki, heç bir qadın milli mənəvi dəyərlərə görə özünə məxsus çılpaq şəkillərin sosial şəbəkələrdə yayılmasını istəməyəcək və bunu etməməyi üçün istədiyi pul vəsaitini ona verəcək. Sosial şəbəkədə öncəki istifadəçinin “g-mail” elektron ünvanı qeyd edilmişdir və həmin ünvan “Elektron ünvan 1“olmuşdur. Buna görə də o özünə saxta e-mail açaraq ilkin olaraq e-mail vasitəsilə həmin şəxsə yazaraq onu tapmaq qərarına gəlmişdir, özünə saxta “Elektron ünvan 2” elektron ünvan yaradaraq Zərərçəkmiş şəxs adlı istifadəçinin elektron ünvanına məktub yazmışdır. Məktubda özünü naməlum şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs bildirmişdir ki, “bekar_” adlı instagram səhifəsinə öz profilindən yazsın. “Bekar_”adlı instagram səhifəsini də o özü Zərərçəkmiş şəxs hədə-qorxu gəlmək məqsədilə yeni yaratmışdır və sonrakı müddətdə adını dəyişərək “naziquliyeva010” etmişdir. Məktubda əlaqə səbəbi kimi isə onda Zərərçəkmiş şəxs aid əmanətlərin olmasını qeyd etmişdir. Bu hadisədən bir gün sonra, yəni 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs yaratdığı saxta “bekar_” adlı instagram səhifəsinə özünə məxsus “İalaaliyev2022“ instagram hesabından yazıb kim olduğunu və nə əmanətin onda olmasını soruşmuşdur. İnstagram sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə danışıq zamanı ona məxsus çılpaq şəkilləri və videoları ona göndərmiş, həmin şəkil və videoları müxtəlif sosial şəbəkələrdə yayaraq onu rüsvay edəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs çox qorxmuş və ona yalvarmış ki, həmin video və şəkilləri yaymasın, çünki əks halda o, ailə, yaxınları və tanımadıqları şəxslərin yanında rüsvay olacaq və həyatı batacaqdır. Zərərçəkmiş şəxs şəkil və videoların yayılmasından qorxduğunu gördükdən sonra biraz da onun üzərinə getmiş və onu daha da qorxutmuşdur. Danışıq zamanı bildirmiş ki, onu tanımır və şəkillər təsadüf nəticəsində onda aşkar olunmuşdur. Zərərçəkmiş şəxs ilə sosial şəbəkə üzərindən yazışaraq və səsli mesajlar ataraq bildirmiş ki, ona 1.000 manat vermədiyi təqdirdə ona məxsus çılpaq şəkilləri və videoları yaratdığı saxta profildə paylaşaraq onu rüsvay edəcək. Zərərçəkmiş şəxs həmin miqdarda pul vəsaitinin olmadığını bildirib ona yalvarmış ki, onu rüsvay etməsin və köməklik etsin. Sonuncu danışıq zamanı ondan bir-neçə dəfə əlaqə yaratmaq üçün mobil nömrə istəsə də ona nömrə verməmiş və danışığı sosial şəbəkə üzərindən aparacağını bildirmişdir. Bundan sonra Nazlı məcbur qalıb onunla razılaşmış və bildirmiş ki, ona məxsus çılpaq şəkilləri yaymayıb və onu rüsvay etməməyi müqabilində ona 1.000 manat pul vəsaiti ödəyəcəkdir. Nazlı Quliyevanın bu sözlərindən sonra ona bildirmiş ki, pulu onu görmədən ödəyəcək və buna görə də özünə yaxın olan ödəniş terminallarının birinin qarşısına gedərək oradan ona yazsın. Bir-neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ona ödəniş terminalının qarşısında olduğunu bildirmişdir. Buna görə də o, ona arvadı G.Y.Soltanovaya məxsus olmaqla onun istifadəsində olan 4098- 5844-6533-8737 saylı Leo Bank kartını göndərmişdir. Kartı göndərdikdən sonra Zərərçəkmiş şəxs onun hesabına 1 manat pul köçürdüyünü görmüşdür. Buna görə də ona nə qədər ciddi olduğunu göstərmək üçün açdığı saxta “bekar_” profilinin adının dəyişərək “naziquliyeva010” etmiş və profildə həmin şəxsə aid bir-neçə çılpaq şəkilləri paylaşmışdır. Daha sonra onun özünə yazaraq profilə baxmasını istəmiş və bildirmişdir ki, bütün sosial şəbəkələrdə özünə məxsus çılpaq şəkilləri görəcək və onu rüsvay edərək hamı ilə onun adından danışıb fahişə olduğunu bildirəcəkdir. Zərərçəkmiş şəxs ona yalvararaq şəkilləri silməyi və pulu olmadığı üçün 1 manat göndərdiyini bildirib istədiyi pul vəsaitini tapacağını söyləmişdir. Həmin vaxt şəkilləri artıq xeyli adam görmüşdür. Bundan sonra o, profildən həmin şəkilləri silmiş və bildirmişdir ki, qısa müddət ərzində pul vəsaitini taparaq həmin karta göndərməsə onu rüsvay edəcək. Bundan bir-neçə saat sonra həmin şəxslə sosial şəbəkə üzərindən danışan zaman o, ona bildirmişdir ki, hadisə ilə bağlı polisə müraciət edib və onu hədələyərək pul tələb etdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, polis onu profil və kart hesabı ilə taparaq məsuliyyətə cəlb edəcək. O, Zərərçəkmiş şəxs bildirmişdir ki, profil saxta profildir və hesab nömrəsi ona məxsus deyil, buna görə də polis onu tapa bilməyəcəkdir. Bunu Zərərçəkmiş şəxs bildirsə də, ona verdiyi hesabın arvadı G.Y.Soltanovaya məxsus olmasından qorxmuş və polisin onu tapacağından qorxaraq həmin şəxslə bütün yazışmasını silərək profili bağlamışdır. Profili bağladıqdan sonra həmin şəxslə əlaqə saxlamışdır. Daha sonra, özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, sosial şəbəkədə olan yazışmalar, bank kartından olan çıxarışlarla, bank məlumatları ilə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında ona məxsus “Elektron ünvan 1” elektron ünvanına tanımadığı “Elektron ünvan 2” elektron ünvanından məktub gəlmişdir. Məktub yazan şəxs ona özünə məxsus “İnstagram” hesabından “bekar_” instagram hesabına yazmasını istəmiş və onda əmanətinin olduğunu bildirmişdir. Həmin şəxsi tanımasa da özünə məxsus “lalaaliyev2022” instagram hesabından elektron məktubda göstərilmiş “bekar__” instagram hesabına yazaraq həmin şəxsin kim olduğunu soruşmuş və nə əmanətinin olduğunu sual etmişdir. Həmin şəxs ona cavab vermiş ki, onu tanımasa da ona məxsus çılpaq şəkillər onun istifadəsində olan mobil telefondandır və həmin şəkillər ilə onu rüsvay edə bilər. İlkin olaraq o həmin şəxsə inanmamış çünki heç kəsə özünə məxsus çılpaq şəkilləri göndərməmişdir. Bir-neçə dəqiqə sonra həmin tanımadığı şəxs instagram sosial şəbəkəsində ona məxsus bir-neçə çılpaq şəkilləri və videoları göndərmişdir. Şəkilləri göndərdikdən sonra həmin şəxs şəkilləri yayaraq onu rüsvay edəcəyi ilə hədələmişdir. Həmin şəkilləri görən zaman o çox qorxmuş və şəkillərin həmin şəxsdə necə olmasını sual etmişdir. Həmin tanımadığı şəxsin ona göndərdiyi şəkilləri o özünə məxsus “snapchat” proqramı vasitəsilə çəkmiş və heç yerdə paylaşmamışdır. Şəkillərin “snapchat” proqramı vasitəsilə çəkilməsini gördüyü zaman dərhal həmin proqrama daxil olmaq istəmiş, lakin hesabına daxil ola bilməmişdir. Bu zaman başa düşmüş ki, onun “snapchat” hesabı ələ keçirilmişdir. Tanımadığı şəxsin onun instagram hesabına göndərdiyi şəkillər ona aid olmuş, üzü aydın şəkildə görünmüşdür və bədəni çılpaq olmuşdur. Bundan əlavə bir-neçə video da olmuşdur. Həmin şəkilləri görən zaman anlamış ki, ona məxsus şəkillərin və videoların sosial şəbəkələrdə paylaşılması və yaxud digər yol ilə yayılması onu rüsvay edəcəkdir. Bundan əlavə həmin şəkillər və görüntülər yayılsa yaxınları, ailə üzvləri də rüsvay olacaqdır və ondan imtina edəcəklər. Bu qorxu ilə o dərhal həmin şəxsə yazmış və yalvarmış ki, görüntüləri və videoları yaymasın. Bunun əvəzində onun istədiyini edəcəyini ona bildirmişdir. Həmin tanımadığı şəxs bildirmiş ki, onun pula ehtiyacı var və 1.000 manat pul müqabilində ona məxsus çılpaq şəkilləri və videoları yaymayacaq və onu rüsvay etməyəcəkdir. Şəkillərin yayılmasının onun heyatına son verəcəyindən qorxaraq onunla razılaşmış və istədiyi pul vəsaitini ona göndərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs tələb etmiş ki, yaxınında olan ödəniş terminalına yaxınlaşsın və ona yazsın. O, ünvan 4 ünvanında olan terminalına yaxınlaşaraq həmin şəxsə yazmışdır. Bu zaman ona 4098-5844-6533-8737 saylı Leo Bank kartını göndərmiş və pul vəsaitini həmin karta göndərməsini tələb etmişdir. Həmin vaxt qəfil düşünmüş ki, bu şəxsə pul göndərəcəyi təqdirdə ondan əl çəkməyəcək və hər dəfəsində yenidən pul tələb edəcək çünki onun danışığı çox kobud və rahat olmuşdur. Buna görə də qərara gəlmiş ki, onun hesabını da götürərək polis orqanına hadisə ilə bağlı müraciət etsin. Hesabı unutmamağı üçün həmin hesaba 1 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs ona səsli mesaj atmış və pulu göndərmədiyi üçün şəkilləri yayacağını bildirmişdir. Bir-neçə dəqiqə sonra tanımadığı şəxsin ona yazdığı “bekar_” adlı profilin adı dəyişərək “naziquliyeva010” olmuş və həmin hesabda onun çılpaq şəkilləri paylaşılmışdı. Bundan qabaq da həmin şəxs fikrinin ciddi olduğunu göstərmək üçün onun şəkillərini paylaşmış və silmək üçün ondan pul göndərməsini istəmişdir. Həmin şəkilləri bacısı və daha bir-neçə qohumu görmüşdür. Onlara yalvarmış ki, həmin şəkilləri görməkləri barədə qardaşına, atasına və başqa qohumlarına heç bir məlumat verməsinlər. Onların həmin şəkilləri görəcəyi təqdirdə onu evdən qovacaqlarını və ondan imtina edəcəklərini bilmişdir. Yenidən sosial şəbəkə üzərindən həmin şəxsə yazaraq ona bildirmiş ki, hadisə ilə bağlı polisə müraciət edəcək və hesab nömrəsi, profili vasitəsilə onu taparaq məsuliyyətə cəlb olunmasına nail olacaqdır. Həmin şəxsə mobil telefon nömrəsini vermişdir ki, onunla əlaqə saxlasın, lakin həmin şəxs onunla əlaqə saxlamamışdır. Bir müddət sonra ona tanımadığı nömrələrdən zənglər gəlməyə başlamış və zəng edən şəxslər onunla sosial şəbəkədə tanış olduqlarını bildirmişlər. Sonradan görmüş ki, həmin şəxs instagram sosial şəbəkəsində onun çılpaq şəklini paylaşıb və nömrəsini yazaraq “50 manata görüşürəm” yazmışdır. Buna görə də müxtəlif kişilər zəng edib onu narahat etmişlər. Bu zaman o anlamış ki, ona hədə-qorxu gələn şəxs əlavə olaraq onun nömrəsi ilə başqa şəxslərlə danışaraq da onu rüsvat etməyə çalışır. Ona yenidən yazaraq polis tərəfindən məsuliyyətə cəlb olunacağını bildirmişdir. Bir müddət sonra o, adına açdığı profildən şəkilləri silmişdir. Həmin şəxsin onunla olan danışıqlarını, səs yazılarını və onu hədələdiyi şəkilləri izahatına əlavə etmişdir. “Snapchat” sosial şəbəkəsində qeydiyyatdan ***-***-**-** saylı gsm nömrə ilə keçmişdir. Həmin nömrə onun istifadəsində olmaqla tanışı X4 adına olmuşdur. Hazırda uzun müddətdir həmin nömrədən istifadə etmir və həmin gsm nömrə bağlanmışdır. Bundan başqa, o bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç vaxt görüşməmiş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Həmçinin məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, bu hadisədən sonra onun nişanı qaytarılıb, bacısının 3 övladı olmasına baxmayaraq hazırda məhkəmədə ərinin iddiasına əsasən boşanma işinə baxılır, dəfələrlə intihar etməyə cəhd etməsinə baxmayaraq ailəsi buna imkan verməyib, yaşadığı məhəlləyə və qohumlarının üzünə çıxa bilmir, hazırda keçirdiyi psixoloji sarsıntı səbəbindən psixoloqun yardımından istifadə edir bu səbəbdən də, Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edir. Bundan başqa məhkəmə iclasında verilmiş suala Zərərçəkmiş şəxs cavab olaraq bildirmişdir ki, hadisə baş verdiyi vaxtdan bu günədək Təqsirləndirilən şəxs bir dəfədə olsun ondan və ailəsindən etdiyi bu çirkin əmələ görə üzr istəməmiş və peşmançılığını belə dilə gətirməmişdir. Cinayət işinin 51-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 89-91-ci vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 129-132-ci vərəqələrində olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 98-99-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 12 noyabr 2022-ci il tarixdə “Elektron ünvan 2” elektron adresindən Zərərçəkmiş şəxs məxsus olan “Elektron ünvan 1” adersinə “mənə yaz instagramda (cavids1996) əmanətlərin var məndə, çalış tək yaz çünki gördüklərini istəməssən səndən başqası görə, gözləyirəm” Bundan başqa Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında instagram sosial şəbəkəsində aşağıdakı məzmunda yazışmalar müəyyən edildi: Zərərçəkmiş şəxs: Əlim ayağı əsir, neynəmliyəm, Təqsirləndirilən şəxs: kimdənsə məsləhət almaq səni uçuruma apara bilər, çünki biri deyəcək polisə ver, biri deyəcək görüşə çağır, amma mən də bu oyuna gedən insan deyiləm, Zərərçəkmiş şəxs: allah sənin bəlanı versin, Təqsirləndirilən şəxs: hər şey öz əlindədir, ödəniş etsən məndə siləcəm və bir daha nöktə belə səni narahat etməyəcəm, Zərərçəkmiş şəxs: sabaha gözlə, Təqsirləndirilən şəxs: nəyi gözləyim, Zərərçəkmiş şəxs:pulu........... Zərərçəkmiş şəxs: Sən məni tanıyan adamsam, kimsənsə, Təqsirləndirilən şəxs: yox, sadəcə çalış şəkil çəkdirəndə məkan bildirişin bağla, Zərərçəkmiş şəxs: evdə çəkilən şəkillərdi, Təqsirləndirilən şəxs: 74 şəklin var məndə, gəl bir daş altda bir daş üstə, sən və məndən başka bunu kimsə bilməsin, həll edək getsin, səndə rahat nəfəs al camaat içinə çıx, 8 videon var............. Təqsirləndirilən şəxs: sabah saat 6 ya kimi səndən cavab gözləyirəm, ən yaşısı 1000-dir. .......... 1000 at sən yoluna mən yoluma bir birimizi etməmək şərtiylə, Zərərçəkmiş şəxs: tamam, Təqsirləndirilən şəxs: 2, 3 min istəmirəm ki, 1 at vso, pulu kartına vur, sonra mən sənə deyəcəm ödəniş edərəsən, Bundan başqa yazışmalarında anoloji məzmunlu smslər müyyən edilmişdir. Həmçinin “instagram” sosial şəbəkəsində “naziquliyeva010” hesabında zərərçəkmiş şəxsin lüt şəkillərinin paylaşıldığı müəyyən edilmişdir. Həmçinin həmin profildə Zərərçəkmiş şəxs fotoşəklini paylaşaraq şəklin üzərinə “Görüşürəm 1 saatı 50 manat, istəyən yazın, nömrəmi ünvanımı verim”. Cinayət işinin 113-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, “X8” ASC tərəfindən verilmiş “4098- ****-****-8737” nömrəli kart hesabı G.Y.Soltanovaya məxsusdur. Hesabdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində çıxarış əldə edilmişdir. Həmin dövr ərzində hesaba 2527.79 manat mədaxil edilmiş və məxaric edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə hesaba “Milliön” ödəniş terminalından 01 manat pul mədaxil edilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 105-ci vərəqəsində olan AZ-İİ seriyalı, 409735 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X6 arasında nikah xx.xx.2020-ci il tarixdə bağlanmış, nikahdan sonra ərə Soltanov, arvada isə Soltanova soyadı verilmişdir. Cinayət işinin 105-ci vərəqəsində olan AZ-İV seriyalı, 551923 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Təqsirləndirilən şəxs, anası G.Y.Soltanovadır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etiraf edici, zərərçəkmiş şəxsin ifadələri, sosial şəbəkədə olan yazışmalar, bank kartından olan çıxarışlarla, bank məlumatları və digər iş materialları ilə onun şəxsi həyat sirri məlumatlarını əks etdirən foto və video materialları qanunsuz toplayıb yaymaqla şəxsi həyatın toxunulmazlığını pozma və zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onun əmlakını hədə-qorxu ilə tələb etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1 və 182.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna“böyük ictimai təhlükə törətməyən və ya az ağır“cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir.“Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü - islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd gününə bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, həmçinin əməlin ictimai qınağa səbəb olan hərəkət olmasını, zərəçəkmiş şəxsin nişanının qaytarılmasını, 3 övladı olan bacısının ailəsinin dağılmasını, zərərçəkmiş şəxsin yaşadığı məhəlləyə və qohumlarının üzünə çıxa bilməməsini, dəfələrlə intihara cəhd etməsini, psixoloji sarsıntı keçirməsini, cəmiyyət içində ailəsinin hörmətdən salınmasını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla islah işləri cəzasına, həmin Məcəllənin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş islah işləri cəzası 04 (dörd) günə 01 (bir) gün hesablanaraq, sonuncuya azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili V.Ə.Ağayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1 və 182.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 156.1-ci maddəsi ilə qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına, həmin Məcəllənin 182.1-ci maddəsi ilə 04 (dörd) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 156.1-ci maddəsi ilə təyin edilmiş qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası 04 (dörd) günə 01 (bir) gün hesablanaraq, 01 (bir) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar