Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-239/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Yardımlı rayonu, Ostair kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Yardımlı rayonu, Ostair kəndində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-322/2023 hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanda yerləşən «Spar» marketin fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub mağazada olan işçilərin başının qarışıq olmasından istifadə edərək, kassa aparatının qoyulduğu masanın üzərindən mağaza müdiri Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1200 manat dəyərində 01 ədəq «Zebra TC20» markalı terminalı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs madd ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. 04 iyul 2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A lı Mustafayev küçəsində olarkən həmin küçədə yerləşən «Spar market» adlı mağaza görüb, oradan oğurluq etmək qərarına gəlmiş və müştəri qismində mağazaya daxil olub, vitrində olan mallara baxmağa başlamışdır. Həmin vaxt mağazada başqa alıcılar da olmuş və o, həmin alıcıların və mağazada olan işçilərin başının qarışıq olmasını görüb, kassa aparatı olan masaya yaxınlaşmış və bir daha onu heç kimin görməməsindən əmin olaraq masanın üzərindəki telefona bənzər əşyanı götürüb cibinə qoyaraq və mağazadan çıxıb hadisə yerindən uzaqlaşmışdır. Sonradan oğurladığı əşyanın telefon olmadığını, terminal olduğunu görmüş və bu səbəbdən də həmin terminalı zibil qutusuna tullamışdır. Hazırda onu tulladığı yeri xatırlamır. Qeyd olunan oğurluq cinayətinin törədilməsində ona heç kim kömək etməmiş və ya həmin oğurluğu törətməsi barədə heç kimə məlumat verməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq olmamışdan əvvəl 2 ay idi ki, ünvan 1 ünvanında yerləşən «Spar market» adlı mağazada müdir vəzifəsində işləyirdi, həmin mağazada olan ərzaq məhsullarını hər gün «Zebra TC20» markalı terminal ilə qeydiyyatdan keçirir, həmin terminal öz şəxsi vəsaiti hesabına 1200 manata almışdı. 04 iyul 2023-cü il tarixdə saat 24:00 radələrində həmin terminaldan istifadə edib, onu mağazada olan kassa aparatının yanına qoymuşdu. Həmin gecə saat 24:00 radələrində mağazanı bağlayıb yaşadığı evinə getmiş, gedərkən terminalın yerində olub-olmadığına baxmamışdır. Növbəti gün, yəni 05 iyul 2023-cü il tarixdə saat 10:00 radələrində mağazada olarkən terminaldan istifadə etmək istədikdə terminalın yerində olmadığını görmüş, həmin terminalı axtarsa da, tapa bilməmiş və oğurlandığını başa düşmüşdür. Bundan sonra DİN «102» xidmətinə zəng vurub terminalın oğurlanması barədə məlumat vermişdir. Terminalı öz şəxsi vəsaiti hesabına 1200 manata almış, hazırda da terminalın qiyməti 1200 manat təşkil edir. Qeyd edir ki, 05 iyul 2023-cü il tarixdə səhər saatlarında işə gələn zaman mağazanın giriş qapısında hər hansı bir müdaxilənin olduğunu görməmiş, terminalı oğurlayan şəxs yəqin ki, terminalı 04 iyul 2023-cü il tarixdə mağazaya müştəri qismində daxil olan zaman oğurlamışdır. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 iyul 2023-cü il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə etdiyi müraciət əsasında hadisə yerinə gəldilər.Məlum oldu ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Spar” mağazasıdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-322/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 09 avqust 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. “Baxış keçirilməsi haqqında” 23 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır. Həmin videofayl açıldıqda videogörüntünün 50 saniyə müddətində olması müəyyən edilir. Videogörüntüdə bir nəfər boz rəngli qısaqol köynəkdə olan şəxsin mağazanın kassa aparatı və kompüter qoyulan masaya yaxınlaşıb, ətrafa nəzər salması və daha sonra masanın üzərində olan terminalı götürüb cibinə qoyaraq mağazadan çıxması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan qısaqol boz rəngli köynəkdə olan şəxsin özünün olduğunu və mağazadakı terminalı oğurladığını bildirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 01 il 09 aya endirilmiş, xx.xx.2022-ci il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 ay 20 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "xxxx" MMC-nin 16 fevral 2024-cü il tarixli, 02-19/24 nömrəli rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Zebra TC20” markalı istifadə olunmuş terminalın 2023-cü ilin iyul ayına orta bazar dəyəri 900,0 (doqquz yüz) manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd diskin maddi sübut kimi tanınması və iş materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM-in) 44.1-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.1 və 18.4.4-cü maddələrinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilməsi, məhkumluğu ödənilməməsi və ya götürülməməsi, cəza çəkdiyi müddətdə yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi, həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməsə də, onun CM-in 177.1-ci maddəsi ilə törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət əməli olduğuna görə cinayətin residivi yaranmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı əməli (CM-in 177.1-ci maddəsi ilə) 04 iyul 2023-cü il tarixdə törətdikdən sonra onun barəsində CM-in 234.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)- 322/2023 saylı ittiham hökmü çıxarılmışdır. Belə olan halda məhkəmə qeyd edir, CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməli və birinci hökmə (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-322/2023 saylı hökmü) əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-322/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 9 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-322/2023 saylı hökmü ilə müəyyən edilmiş 09 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müəssisəsində cəzaçəkməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan – oğurluq hadisəsinin videogörüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-322/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 9 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-322/2023 saylı hökmü ilə müəyyən edilmiş 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəzaçəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - oğurluq hadisəsinin videogörüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMCnin hesabına ödənilsin. “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-239/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-239/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver