Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-24/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X10 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X12, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X12 talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsini ələ keçirərək təkrarən qaçırmışdır. Belə ki, o, talama məqsədi olmadan 24 yanvar 2020-ci il tarixdə saat 17:15 radələrində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus, X5 etibarnamə əsasında idarə etdiyi və sonuncunun ünvan 2 ünvanda yerləşən “X18”nin qarşısında saxlamış olduğu “Hyundai Elantra” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 18 fevral 2020-ci il tarixdə saat 19:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Prado" markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 3 ünvanda yerləşən “Zəngəzur” adlı kafenin qarşısından qanunsuz ələ keçirməklə qaçırmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X12 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. X7 və anası X3 2016-cı ilin fevral ayının 25-də avto qəza nəticəsində dünyalarını dəyişmişlər. O, evin tək uşağıdır. 2016-cı ilin iyun ayının 2-də hərbi xidmətə getmiş və xidmətini Cəlilabad rayonunda keçirmişdir. 2018-ci ilin yanvar ayında o, hərbi xidmətdən təxris olunmuş və həmin gündən hərbi xidmətdə qalaraq gizir kimi işləmişdir. 2019-cu ilin may ayında onun müddəti qurtardığı üçün hərbidən işdən çıxmışdır. 2019-cu ilin iyun ayında o, işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında yerləşən «X18» nə satıcı işinə düzəlmişdir. O, şirniyyat evində səhərləri işləyib gecələri isə gündəlik evlərdə kirayədə yaşamışdır. O, Nəsimi rayonu Moskva prospekti 74-də yerləşən “X18”ndə satıcı işləyərkən təxminən bir il olar ki, oradan X8 tanımışdır. Onunla indiyə kimi heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Nurlan onun işlədiyi şirniyyat evinin yanında taksi kimi fəaliyyət göstərmişdir. Nurlana məxsus “Hyundai Elantra" markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 24.01.2020-ci il tarixdə saat 17:00 radələrində işdə olduğu zaman Nurlan onun yanına gəlmiş və idarə etdiyi «Hyundai Elantra» markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını ona vermişdir ki, saxlasın və əmisi gəldiyi zaman açarı ona versin. O, da açarı Nurlandan götürərək heç bir problem olmadığını bildirmişdir. Nurlan getdikdən təxminən 15 dəqiqə sonra o, ona xəbər etmədən, Nurlandan icazəsiz olaraq onun avtomobilini idarə edib Göyçay rayonuna getmişdir. Onun Göyçaya getməyində məqsədi orada kirayə verdiyi evinin kirayə haqqını almaq və şəxsiyyət vəsiqəsini dəyişmək olmuşdur. Həmin gün saat 01:00 radələrində Göyçay rayonuna çatmışdır. Gecə rayonda qalmış və gecəni avtomobildə gecələmişdir. 25.01.2020-ci il tarixdə, saat 12:30 radələrində o, Göyçay şəhəri Nəriman Nərimanov küçəsində yerləşən «Zəm-Zəm» çay evində oturub çay içərkən, çayxanada olan uşaqlar ona bildirmişlər ki, avtomobilin yanında polis əməkdaşları vardır. Həmin vaxt o, çayxanadan çıxıb avtomobilin yanına gəlmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, avtomobilin qaçırılması barədə avtomobilin sahibi şikayət etmişdir. Ona görə də polis əməkdaşları onu Göyçay rayon polis şöbəsinə aparmışlar. Göyçay rayon polis şöbəsində avtomobili qanunsuz heç bir idarə etmə hüququ olmadan, sənədsiz idarə etdiyinə görə barəsində inzibati protokol tərtib olunmuşdur. Bir neçə saat sonra polis əməkdaşları onu Bakı şəhərinə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə gətirmişlər. 19-cu PŞ-də olarkən X5 onun barəsində onun avtomobilini qaçırdığına görə şikayət etdiyini bilmişdir. Onun məqsədi avtomobili qaçırıb sadəcə olaraq sürüb getmək olmuş, avtomobilin hər hansı bir hissəsini oğurlamaq niyyəti olmamışdır. Bundan başqa o, şirniyyat evindən işdən çıxdığına görə işsiz olmuş və 2020-ci ilin təxminən fevral ayının 15-də Bakı şəhəri, Nəsimi rayonu Rəşid Məmmədov küçəsində yerləşən «Zəngəzur» adlı kafeyə ofisiant kimi işə düzəlmişdir. Kafenin müdürü Anur adlı şəxs ona işlətmək üçün «Nokia» markalı mobil telefon vermişdir. 18.02.2020-ci il tarixdə işdə olduğu zaman Şahid2 başqa bir şəxsə verməsi üçün ona 100 manat pul vermişdir. Həmçinin kafedə olan su qablarını avtomobilə qoyması üçün ona idarə etdiyi “Prado” markalı avtomobilinin açarlarını vermiş və bildirmişdir ki, su qablarını avtomobilə yığdıqdan sonra açarları yerinə dolaba qoysun. Lakin o, su qablarını maşına yığdıqdan sonra heç kimə demədən, maşına oturub sürüb getmişdir. O, Göyçay rayonuna getmək istəmişdir. Yolda yanacaq doldurma məntəqəsində Anurun ona verdiyi 100 manat puldan maşına 55 manatlıq benzin vurmuş və Göyçay rayonuna getmişdir. Axşam saatlarında Göyçay rayonunda onu polislər saxlamışlar. Onlar onu saxlayıb Göyçay rayon polis şöbəsinə aparmışlar. Bir neçə saat sonra polis əməkdaşları onu Bakı şəhərinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə gətirmişlər. Onun məqsədi avtomobili qaçırıb sadəcə olaraq sürüb getmək olmuş, avtomobilin hər hansı bir hissəsini oğurlamaq niyyəti olmamışdır. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Lakin hər iki dəfə avtomobilləri qaçıraraq Göyçay rayonuna gəlməkdə məqsədi şəxsiyyət vəsiqəsini düzəltdirməkdən ibarət olmuşdur. O, avtomobilləri idarə edib gedərkən tək olmuş, yanında heç kim olmamışdır və bu barədə heç kimə məlumat verməmişdir. Tərəfindən avtomobillərə hər hansı ziyan yetirilməmiş, saz vəziyyətdə sahiblərinə qaytarılmışdır. Halhazırda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6əsi ilə birlikdə yaşayır. O, ali təhsillidir və hal-hazırda Zərərçəkmiş şəxs2 MMC-də baş mütəxəssis vəzifəsində işləyir. Bu baxımdan ona “Zərərçəkmiş şəxs2» MMCnin Azərbaycan Respublikası Baş X19 İdarəsi, notariat və daşınmaz əmlakın dövlət reyestr və avto nəqliyyatın təhvil təslim xidmətində və məhkəmə prosseslərində nümayəndə qismində təmsil etmək etibar edilir və ona işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi tapşırılır. Eyni zamanda onun işlədiyi MMC-də müqavilə əsasında müştərilərə lizinqə avtomobil verilir. Bunlardan biri də işlədiyi Zərərçəkmiş şəxs2 MMC ilə Şahid1 arasında imzalanmış 05 yanvar 2018-ci il tarixli 655 saylı Daxili Lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Şahid1 1 ədəd "Hyundai Elantra" markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, 24.01.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 74 ünvanında yerləşən «X18» nin qarşısından Zərərçəkmiş şəxs2 MMC-yə məxsus və müqavilə əsasında Şahid1 tərəfindən idarə edilən "Hyundai Elantra" markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil istintaq zamanı adı ona məlum olan X12 tərəfindən qaçırılmış və həmin avtomobil Göyçay rayonundan tapılmışdır. "Hyundai Elantra" markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil işlədiyi Zərərçəkmiş şəxs2 MMC-yə məxsusdur, lakin Zərərçəkmiş şəxs2 MMC ilə Şahid1 arasında imzalanmış 05 yanvar 2018-ci il tarixli 655 saylı Daxili Lizinq müqaviləyə əsasən Şahid1 hal-hazırda "Hyundai Elantra" markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. "Hyundai Elantra" markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması nəticəsində işlədiyi şirkətə 10.000 (on min) manat ziyan dəysə də, sonradan avtomobilin yeri müəyyən edilərək qaytarıldığından, onlara vurulmuş ziyan aradan qalxmış, avtomobildən hər harsı bir əşya və ya predmet oğurlanmamış, avtomobilə heç bir ziyan dəyməmiş, ona görə də hər hansı şikayəti və yaxud tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır. Şahid2 onun doğma oğludur. Belə ki, oğlu Anur Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 23 ünvanında yerləşən «Zəngəzur» kafesini icarəyə götürərək işlədir. Eyni zamanda o, özünə 2006-ci ildə «Toyota Prado» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına almış və oğlu Anura sürmək üçün etibarnamə vermişdir. 18 fevral 2020-ci il tarixdə saat təxminən 22:25 radələrində o, evdə olarkən ona Nəsimi RPİnin 19-cu PŞ-dən zəng vuraraq həmin günü saat 22:18 radələrində DİN-nin 102 xidmətinə oğlu Şahid2 məlmuat verərək ona məxsus «Toyota Prado» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığını bildirmişdir. Bundan sonra o, oğlu Anurla əlaqə saxlamış və oğlu ona bildirmişdir ki, həmin günü axşam saat təxminən 19 radələrində kafedə ofisiant işləyən Hüseyn kafedə olan su qablarını maşına yığmaq adı ilə ondan avtomobilin açarlarını almış və saat təxminən 22 radələrində oğlu Anur kafedən çölə çıxanda idarə etdiyi «Toyota Prado» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin kafenin qarşısında saxladığı yerdə olmadığını aşkar etmişdir. Anur əlavə olaraq bildirmişdir ki, o, ofisiant Hüseyndən şübhələnir. Ona görə də DİN-nin 102-xidmətinə zəng vuraraq məlumat vermişdir. 18.02.2020-ci il tarixdə təxminən saat 19:00 radələrində oğlu Şahid2 işlətdiyi kafedə ofisiant işləyən X12 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 23 ünvanında yerləşən “Zəngəzur” adlı kafenin qarşısında saxladığı «Toyota Prado» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmışdır. Avtomobilinin konkret hansı məqsədlə ələ keçirilməsi barədə heç nə deyə bilməmişdir. «Toyota Prado» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobili o, 2006-cı ildə öz adına almış və oğlu Anura sürmək üçün etibarnamə vermişdir. «Toyota Prado» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması nəticəsində ona 40.000 (qırx min) manat ziyan dəysə də, sonradan avtomobilinin yeri müəyyən edilərək ona qaytarıldığından, ona vurulmuş ziyan aradan qalxmış, avtomobilindən hər hansı bir əşya və ya predmet oğurlanmamış, avtomobilinə heç bir ziyan dəyməmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yeri ünvan 8 ünvanda yerləşən “X18” nin qarşısıdır (i/v 8-9). İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə hadisə yeri ünvan 9 ünvanda yerləşən “Zəngəzur” adlı kafenin qarşısıdır (i/v 53-54). İş materiallarında olan maddi sübut kimi tanıma haqqında 06 fevral 2020-ci tarixli Qərardan görünür ki, gümüşü metal rəngli “Hyundai Elantra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və avtomobil üzrə etibarnaməsi olan Şahid3 qaytarılması barədə qərar qəbul olunmuşdur (i/v 41). İş materiallarında olan maddi sübutun qaytarılması barədə 06.02.2020-ci il tarixli qəbzdən görünür ki, gümüşü metal rəngli “Hyundai Elantra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil zərurət aradan qalxdığından saz vəziyyətdə avtomobil üzrə etibarnaməsi olan Şahid3 qaytarılmışdır (i/v 42). İş materiallarında olan maddi sübut kimi tanıma haqqında 20 fevral 2020-ci tarixli Qərardan görünür ki, “Toyota Prado” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və avtomobil üzrə etibarnaməsi olan Şahid2 qaytarılması barədə qərar qəbul olunmuşdur (i/v 66). İş materiallarında olan maddi sübutun qaytarılması barədə 20.02.2020-ci il tarixli qəbzdən görünür ki, qara rəngli “Prado” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil zərurət qalxdığından saz vəziyyətdə avtomobil üzrə etibarnaməsi olan Şahid2 qaytarılmışdır (i/v 67). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, X12 20 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi rayon məhkəməsinin 4(006)-89/2020 saylı 22.02.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i/v 112-113, 144). İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçmə haqqında 22 fevral 2020-ci il tarixli qərardan görünür ki, X12 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 146-147). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən tələbnamədən görünür ki, X12 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 35). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-24/2021 saylı 02.02.2021-ci il tarixli Qərarı ilə X12 barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, axtarışda olan X12 06.03.2021-ci il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı İstintaq Təcridxanasının rəisi tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış 17.03.2021-ci il tarixli 17/38-1630 saylı məktubdan görünür ki, Nəsimi rayon məhkəməsinin 02.02.2021-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş X12 06.03.2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq 08.03.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs X12 onlara dəymiş zərəri tam olaraq ödəmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəməyə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxs X9 qarşı şikayəti yoxdur. Ona dəymiş ziyan tam həcmdə ödənilmişdir. Onunla barışmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X4 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən şəxs X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X4 20 fevral 2020-ci il tarixdən 22 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X4 cəza çəkməsinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2nə məxsus “Hyundai Elantra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid3 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prado” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs X4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-190/2020 saylı, 21.05.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 31.05.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X9 məhkəmə icraatı zamanı göstərilmiş 38 (otuz səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 20 fevral 2020-ci il tarixdən 22 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X4 cəzaçəkməsinin əvvəli 06 mart 2021-ci il tarixdən hesablansın. X12 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2nə məxsus “Hyundai Elantra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prado” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid2 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-24/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-24/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver