Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-24/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Müdafiəçilər “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və “M.B.M” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Qurbanəli oğlunun və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-207/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhtum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeon rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 RPİ ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə, xx.xx.1987-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq təkrarən soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 fevral 2023-cü il tarixdə “lalafo.az” elan saytında “İphone 8 plus” markalı mobil telefonunu satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlayıb özünü mobil telefonu almaq istəyən şəxs kimi təqdim edərək həmin gün saat 19 radələrində ünvan 4 ünvanın qarşısında görüş təyin etdikdən sonra tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət yolu ilə əldə edəcəkləri gəliri aralarında bölüşdürməklə bağlı razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin gün saat 18:56-da Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən cinayətin törədilməsindən dərhal sonra hadisə yerindən uzaqlaşmaları məqsədilə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə gözləmiş, o isə qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşüb “İphone 8 plus” markalı mobil telefonu sonuncudan götürərək baxdıqdan sonra guya ödənilməli olan pulu avtomobildən götürüb gətirəcəyi adı ilə avtomobilə yaxınlaşarkən Zərərçəkmiş şəxs2 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonunu geri qaytarması ilə bağlı tələblərinə məhəl qoymayıb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb avtomobilə əyləşməklə hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus 350 manat dəyərində “İphone 8 plus” markalı mobil telefonu açıq talayıb sonuncuya maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 12 fevral 2023cü il tarixdə “lalafo.az” elan saytında “Samsung S20 FE” markalı mobil telefonunu satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlayıb özünü mobil telefonu almaq istəyən şəxs kimi təqdim edərək həmin gün saat 20 radələrində Nəsimi rayonu, ünvan 5 ünvanın qarşısında görüş təyin etdikdən sonra tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə cinayət yolu ilə əldə edəcəkləri gəliri aralarında bölüşdürməklə bağlı razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin gün saat 20 radələrində birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qeyd olunan ünvanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cinayətin törədilməsindən dərhal sonra hadisə yerindən uzaqlaşmaları məqsədilə avtomobildə gözləmiş, o isə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb guya avtomobildə olan arvadına göstərəcəyi adı ilə sonuncuya məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 410 manat dəyərində “Samsung S20 FE” markalı mobil telefonu götürüb avtomobilə əyləşərkən Zərərçəkmiş şəxs1 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonunu geri qaytarması ilə bağlı tələblərinə məhəl qoymayıb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb avtomobil ilə oradan uzaqlaşan zaman, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əlinin avtomobilin qapısının dəstəyindən tutmasına və baş verə biləcək təhlükəyə əhəmiyyət verməyib dərhal avtomobili hərəkətə gətirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib sonuncunu asfalt üzərinə yerə yıxması səbəbindən ona sol əlinin V barmağının, dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşaiyət olunan qançır şişkinliyi, sol əlinin İ, İİİ, İV barmaqlarının və sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək “Samsung S20 FE” markalı mobil telefonu açıq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq təkrarən soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ona “lalafo.az” elan saytında “İphone 8 plus" markalı mobil telefonunu satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 məxsus əmlakın ələ keçirilməsi və cinayət yolu ilə əldə edəcəkləri gəliri aralarında bölüşdürməklə bağlı təklifinə razılıq verib Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 10 fevral 2023-cü il tarixdə saat 18:56-da Təqsirləndirilən şəxs1lə birlikdə idarə etdiyi “Toyota Prius" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4 ünvanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən cinayətin törədilməsindən dərhal sonra hadisə yerindən uzaqlaşmaları məqsədilə o, idarə etdiyi avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə qeyd olunan ünvanın qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşüb “İphone 8 plus” markalı mobil telefonu sonuncudan götürərək baxdıqdan sonra guya ödənilməli olan pulu avtomobildən götürüb gətirəcəyi adı ilə avtomobilə yaxınlaşarkən Zərərçəkmiş şəxs2 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonunu geri qaytarması ilə bağlı tələblərinə məhəl qoymayıb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb avtomobilə əyləşməklə hadisə yerindən uzaqlaşaraq zərər çəkmiş şəxs Elmira Xairovnaya məxsus 350 manat dəyərində "İphone 8 plus" markalı mobil telefonu açıq talayıb sonuncuya maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ona “lalafo.az” elan saytında “Samsung S20 FE” markalı mobil telefonunu satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 məxsus əmlakın ələ keçirilməsi və cinayət yolu ilə əldə edəcəkləri gəliri aralarında bölüşdürməklə bağlı təklifinə razılıq verib tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 fevral 2023-cü il tarixdə saat 20 radələrində birlikdə idarə etdiyi “Toyota Prius" markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən cinayətin törədilməsindən dərhal sonra hadisə yerindən uzaqlaşmaları məqsədilə o, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3lə birlikdə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb guya avtomobildə olan arvadına göstərəcəyi adı ilə sonuncuya məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 410 manat dəyərində “Samsung S20 FE” markalı mobil telefonu götürüb avtomobilə əyləşərkən Zərərçəkmiş şəxs1 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonunu geri qaytarması ilə bağlı tələblərinə məhəl qoymayıb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb avtomobil ilə oradan uzaqlaşan zaman, o, Zərərçəkmiş şəxs1 əlinin avtomobilin qapısının dəstəyindən tutmasına və baş verə biləcək təhlükəyə əhəmiyyət verməyib dərhal avtomobili hərəkətə gətirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib sonuncunu asfalt üzərinə yerə yıxması səbəbindən ona sol əlinin V barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşaiyət olunan qançır şişkinliyi, sol əlinin İ, İİİ, İV barmaqlarının və sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək “Samsung S20 FE” markalı mobil telefonu açıq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 ona “lalafo.az” elan saytında “Samsung S20 FE” markalı mobil telefonunu satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 məxsus əmlakın ələ keçirilməsi və cinayət yolu ilə əldə edəcəkləri gəliri aralarında bölüşdürməklə bağlı təklifinə razılıq verib Təqsirləndirilən şəxs1, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 fevral 2023-cü il tarixdə saat 20 radələrində birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən cinayətin törədilməsindən dərhal sonra hadisə yerindən uzaqlaşmaları məqsədilə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb guya avtomobildə olan arvadına göstərəcəyi adı ilə sonuncuya məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 410 manat dəyərində “Samsung S20 FE” markalı mobil telefonu götürüb avtomobilə əyləşərkən Zərərçəkmiş şəxs1 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonunu geri qaytarması ilə bağlı tələblərinə məhəl qoymayıb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb avtomobil ilə oradan uzaqlaşan zaman, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əlinin avtomobilin qapısının dəstəyindən tutmasına və baş verə biləcək təhlükəyə əhəmiyyət verməyib dərhal avtomobili hərəkətə gətirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib sonuncunu asfalt üzərinə yerə yıxması səbəbindən ona sol əlinin V barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşaiyət olunan qançır şişkinliyi, sol əlinin İ, İİİ, İV barmaqlarının və sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək “Samsung S20 FE” markalı mobil telefonu açıq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tanışı Təqsirləndirilən şəxs1 ona “lalafo.az” elan saytında “Samsung S20 FE” markalı mobil telefonunu satmaq üçün elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 məxsus əmlakın ələ keçirilməsi və cinayət yolu ilə əldə edəcəkləri gəliri aralarında bölüşdürməklə bağlı təklifinə razılıq verib tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 12 fevral 2023-cü il tarixdə saat 20 radələrində birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanın qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən cinayətin törədilməsindən dərhal sonra hadisə yerindən uzaqlaşmaları məqsədilə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin ünvanın qarşısında Zərərçəkmiş şəxs1 ilə görüşüb guya avtomobildə olan arvadına göstərəcəyi adı ilə sonuncuya məxsus zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 410 manat dəyərində “Samsung S20 FE” markalı mobil telefonu götürüb avtomobilə əyləşərkən Zərərçəkmiş şəxs1 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonunu geri qaytarması ilə bağlı tələblərinə məhəl qoymayıb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb avtomobil ilə oradan uzaqlaşan zaman, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 əlinin avtomobilin qapısının dəstəyindən tutmasına və baş verə biləcək təhlükəyə əhəmiyyət verməyib dərhal avtomobili hərəkətə gətirərək Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib sonuncunu asfalt üzərinə yerə yıxması səbəbindən ona sol əlinin V barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşaiyət olunan qançır şişkinliyi, sol əlinin İ, İİİ, İV barmaqlarının və sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək “Samsung S20 FE” markalı mobil telefonu açıq talayıb cinayət yolu ilə əldə etdikləri gəliri aralarında bölüşdürməklə soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə “Bolt” taksi xidməti vasitəsilə tanış olmuş, sonra aralarında münasibət yaranmış və taksi lazım olan vaxt Ərşadı çağırmışdır. Təqsirləndirilən şəxs3 Allaverdi oğlu və Təqsirləndirilən şəxs4 isə eyni məhəllədə qaldıqları üçün tanıyır. xx.xx.2023-cü il tarixdə evdə olan zaman “lalafo.az” elan saytında 350 manata satışa qoyulmuş “İphone 8” markalı telefonun sahibinə elanda göstərilmiş nömrə ilə zəng etmişdir. Telefona qadın cavab verib axşam telefonu almaq üçün Nəsimi rayonunda, A.Məhərrəmov küçəsində görüş təyin etmişlər. Niyyəti telefonu ələ keçirmək olmuşdur. Tanışı olan Təqsirləndirilən şəxs2 zəng edib onu çağırmış və Ərşaddan onu həmin ünvana aparmağını xahiş etmişdir. Ərşad onu həmin ünvana aparmış, o, avtomobildən düşüb qadınla görüşmüş, telefonu qadından götürmüş, sonradan qadına pulun avtomobildə qalmasını deyərək bir qədər kənarda avtomobili saxlamış Ərşadın avtomobilinə doğru getmişdir. Avtomobilə minmiş, təxminən 100 metr məsafə getdikdən sonra avtomobili saxlatmış və xidmət haqqı olaraq Ərşada 5 manat pul verib avtomobildən düşüb getmişdir. Sonradan telefonu 20 Yanvar metrostansiyası yaxınlığında 100 manata satmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə evdə olan zaman “lalafo.az” elan saytında 420 manata satışa qoyulmuş “Samsung S20 FE” markalı telefonun sahibinə elanda göstərilmiş nömrə ilə zəng etmişdir. Telefona ilk öncə qadın cavab vermiş, daha sonra bir nəfər kişi ona zəng etmiş, axşam telefonu almaq üçün Nəsimi rayonunda yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığına görüş təyin etmişdir. Həmin gün Sabirabada getməli olduğundan Təqsirləndirilən şəxs3 zəng edib onu Sabirabada aparmasını xahiş etmiş, Nail hazırda maşınının olmadığını və onu aparması üçün Ərşada zəng etməsini bildirmiş, o da Ərşada zəng edib sonuncudan onu Sabirabada aparmasını xahiş etmiş və bunun üçün ona 70 manat pul verəcəyini bildirmişdir. O, Nail və Malikə də Sabirabada getməyi təklif etmiş və onlar həmin gün, yəni 12 fevral tarixdə Binəqədi rayonu ərazisində görüşmüşlər, Ərşadın avtomobili ilə saat 19:30 radələrində Nəsimi rayonu, 28 may metrosu yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzinin yanına getmişlər. Orada telefonun sahibinə zəng etmiş, adlarını çəkdiyi şəxslər avtomobildə onu gözləmişlər, o isə avtomobildən düşərək telefonun sahibi oğlan və yanında olan qızla görüşmüşdür. Oğlan telefonu qutudan çıxarıb ona göstərmiş, o isə telefonu götürüb avtomobildə olan şəxsə göstərib gətirəcəyini demiş və avtomobilə tərəf getmişdir. Avtomobilə minib Ərşada sürməsini bildirmişdir. Ərşad dərhal avtomobili hərəkətə gətirmiş, bu zaman telefonun sahibi oğlan onun arxasınca gələrək avtomobilin qapısına əl atmış, Ərşad nə baş verdiyini soruşduqda ona həmin şəxslə mübahisə etdiyini və avtomobili sürüb getməsini bildirmişdir. Ərşad da avtomobili sürüb getmişdir. Hadisə yerindən uzaqlaşıb 20 Yanvar dairəsi yaxınlığına gəlmişlər. Telefonu Şamaxinka adlanan ərazidə telefon mağazasında sənədini təqdim etməklə satmış, o, satan zaman Ərşad, Nail və Malik onu avtomobildə gözləmişlər. Bundan sonra onlar Sabirabad rayonuna getmiş, Sabirabad postuna çatanda YPX əməkdaşları onları saxlamışlar, oradan Sabirabad RPŞnə, sonra isə Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Onun törətdiyi əməllərdən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 xəbərləri olmamış, onlarla heç bir razılığa gəlməmiş, telefonların satışından əldə etdiyi gəlirdən onlara heç bir məbləğ ödəməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülmüş, ifadəsini təzyiq altında vermiş, lakin ifadəsinə imza atmamışdır. İfadəsindəki imzalar ona məxsus deyildir. Döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, dəymiş zərərin ödənilməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Toyota Prius markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs1 sonuncu “Bolt” taksi şirkəti vasitəsilə taksi sifariş verən zaman tanımış, daha sonra lazım olan vaxt bir neçə dəfə İsfəndiyarı taksi kimi dediyi yerə aparmışdır. Təqsirləndirilən şəxs3 taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımış, Təqsirləndirilən şəxs4 isə İsfəndiyarın məhləsndə qalan şəxs kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə İsfəndiyar ona zəng edərək onu evdən götürüb “Əcəmi” metrostansiyasına aparmağını istəmiş, o da etiraz etməmiş, avtomobillə saat 18:50-19:00 radələrində sonuncunu qeyd olunan ünvana aparmışdır. İsfəndiyar orada tanışı ilə 5 dəqiqəlik görüşəcəyini demişdir. O, İsfəndiyarı məhəllənin içində düşürmüş və gözləmiş, 8-10 dəqiqə sonra İsfəndiyar geri qayıtmış və avtomobili sürməyini istəmişdir. O, avtomobili sürmüş, 100-150 metr getdikdən sonra İsfəndiyar yenidən avtomobili saxlamağını istəmiş və avtomobildən düşərək binaların arasına doğru getmişdir. Hara getməsi barədə məlumatı olmamışdır. Sonra “Bolt” proqramını işə salıb sifariş gözləyən zaman bir nəfər qadın ona yaxınlaşaraq avtomobilə əyləşən şəxsin hara getməsini ondan soruşmuş, o da İsfəndiyarın getdiyi istiqaməti göstərmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə İsfəndiyar ona zəng edərək Sabirabad rayonuna getmək lazım olduğunu, bunun üçün ona 70 manat pul verəcəyini bildirmiş, o da razı olmuşdur. İsfəndiyar ona gələrkən Naili də götürməsini bildirmiş, o da ilk öncə Digah qəsəbəsindən Naili götürmüş, sonra isə Binəqədi kəndindən İsfəndiyar və Maliki götürmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 28 May metrostansiyasının yanında bir nəfər şəxslə görüşəcək, ona görə ondan ilk öncə 28 May metrostansiyasına sürməsini xahiş etmiş, o da avtomobili həmin yerə sürərək “28 Mall” Ticarət mərkəzinin qarşısında saxlamışdır. İsfəndiyar avtomobildən düşmüş və 10-15 dəqiqə sonra geri qayıtmış və avtomobilə əyləşərək ondan avtomobili sürməsini tələb etmişdir. İsfəndiyar avtomobilə əyləşən zamanı onun arxasınca bir neçə şəxs gəlmiş və qışqırmışlar. O da İsfəndiyardan nə baş verdiyini soruşanda İsfəndiyar həmin şəxslərlə dava etdiyini və avtomobili tez sürməsini bildirmişdir. O da avtomobili hərəkətə gətirib oradan uzaqlaşmış və Sabirabada getmişlər. Sabirabad yolunda yol polisi postunda onları polis əməkdaşları saxlamış və polis şöbəsinə aparmışlar. Onun İsfəndiyarın telefonu götürməsindən xəbəri olmamış, bununla bağlı aralarında heç bir razılaşma olmamış, telefonların satışından əldə olunan gəlirdən ona heç bir məbləğ verilməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülmüş, lakin bununla bağlı heç bir orqana şikayət etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə İsfəndiyar ona zəng edib rayona getmək üçün avtomobilin olub-olmamasını soruşmuş, o, Ərşadla əlaqə saxlamasını bildirmiş, özü də Ərşada zəng etmişdir. Ərşad saat 18 radələrində onu da götürərək İsfəndiyarın yaşadığı məhəlləyə getmişlər. Malik də İsfəndiyarın vanında olmuşdur. Onlar avtomobilə minmiş, İsfəndiyar avtomobili «28 Mall» Ticarət Mərkəzinə sürməsini Ərşada bildirmiş və onlara oradan əmanət götürəcəyini demişdir. Onlar «28 Mall» Ticarət Mərkəzinə getmiş, orada İsfəndiyar avtomobildən düşmüş, təxminən 10 dəqiqə sonra qayıtmış, avtomobilə minərək Ərşada sürməsini bildirmişdir. Həmin vaxt bir nəfər onun arxasınca gəlmiş və avtomobilin qapısını açmaq istəmiş, İsfəndiyar isə Ərşada avtomobili sürməsini bildirmişdir. Onlar İsfəndiyardan həmin şəxsin kim olduğunu soruşduqda İsfəndiyar həmin şəxsə borclu olduğunu bildirmişdir. Oradan uzaqlaşdıqdan sonra İsfəndiyar Şamaxinka adlanan ərazidə avtomobildən düşmüş, bu zaman onlar avtomobildə qalmışlar. 5-10 dəqiqə sonra İsfəndiyar geri qayıtmış və birlikdə Sabirabad rayonuna getmişlər. Sabirabad postuna çatanda YPX əməkdaşları onları saxlamış, oradan Sabirabad RPŞ-nə, sonra isə Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Polis şöbəsində olan zaman İsfəndiyarın telefon götürdüyünü bilmiş, onun telefon götürülməsindən xəbəri olmamış, bu barədə əvvəlcədən aralarında heç bir razılaşma olmamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyülmüş, ifadəsini təzyiq altında vermiş, döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qonşudur, onu uşaqlıqdan tanımış və makler olduğunu bilmirşdir. Təqsirləndirilən şəxs3 və Ərşad Mehralıyev ilə tanışlığı olmamışdır. xx.xx.2023-cü il tarixdə İsfəndiyarı məhlədə görmüş, sonuncu ona işi yoxdursa, onunla birlikdə getməsini təklif etmiş, o da etiraz etməmişdir. Ərşad idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə onların məhəlləsinə gəlmiş və həmin zaman avtomobildə Nail də olmuşdur. Onlar avtomobilə mindikdən sonra İsfəndiyar Ərşada avtomobili 28 May metrostansiyasına sürməsini, orada bir nəfərdən pul alacağını bildirmişdir. O, Sabirabada getdiklərini yolda bilmişdir. “28 Mall” ticarət mərkəzinin yanında Ərşad avtomobili saxlamış və İsfəndiyar avtomobildən düşüb getmişdir. Bir neçə dəqiqə sonra İsfəndiyar geri qayıtmış və avtomobilə minən zaman onu arxadan kimsə çağırmışdır. Onlar İsfəndiyardan həmin şəxsin kim olduğunu soruşan zaman İsfəndiyar həmin şəxsə borcu olduğunu bildirmiş və Ərşada avtomobili sürməsini demişdir. Ərşad avtomobili sürərək oradan uzaqlaşmışdır. Onlar oradan uzaqlaşıb “Memar Əcəmi” metrostansiyası yaxınlığına gəlmişlər. Orada Təqsirləndirilən şəxs1 avtomobildən düşüb kimdənsə pul götürmüş, sonra Sabirabad rayonuna getmişlər. Sabirabad yolunda yol polisi postunda onları polis əməkdaşları saxlamış və polis şöbəsinə aparmışlar. Onun İsfəndiyarın telefon götürməsindən xəbəri olmamış, bu barədə aralarında heç bir razılaşma, rol bölgüsü olmamışdır. Polis əməkdaşları tərəfindən döyülməmiş, izahatını oxumadan imzalamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, özünə məxsus 2018-ci il buraxılışlı, qara rəngli “İphone 8 plus 64 GET markalı 356-768-088-589-785 imei kodlu mobil telefonu 350 manata satmaq məqsədi ilə “lalafo.az” elan saytında elan yerləşdirmişdir. Həmin telefonu almaq adı ilə xx.xx.2023-ci il tarixdə ********** saylı mobil nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs onunla görüşüb telefona baxmaq üçün görüşmək istədiyini demişdir. O, etiraz etməmiş və həmin şəxsə aşxam saatlarında Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 48 ünvanına gəlməsini bildirmişdir. Həmin şəxs saat 19 radələrində ona zəng edib orada olmasını bildirmiş, o, qeyd olunan ünvanda sonuncu ilə görüşmüşdür. Həmin şəxs təxminən 40-45 yaşlarında olmuş, ondan telefonu istəmiş, o da təqdim etmişdir. Pulunun avtomobildə olmasını bildirib küçə ilə Toyota Prius markalı **-FC-*** nömrəli avtomobilə doğru hərəkət etmişdir. O, həmin şəxsin ardı ilə getmiş, sonuncu addımlarını daha da itiləşdirmişdir. O, həmin şəxsin ardı ilə qışqırmış, dayanmasını bildirmiş, lakin həmin şəxs tez bir zamanda avtomobilə əyləşmiş və sürücü dərhal avtomobili hərəkət etdirmişdir. O, artıq həmin şəxsin ardı ilə qaçmağın bir mənasının olmamasını düşünmüş və hər ehtimala qarşı bir neçə dəqiqə küçə ilə piyada irəliləmişdir. Bir qədər öndə həmin avtomobilin dayandığını görmüş, sürücü avtomobildə olmuşdur. Sürücüyə yaxınlaşmış, avtomobilə əyləşən şəxsin harada olmasını sual etmişdir. Həmin şəxs cavabında müştəri olduğunu demiş və onun binanın birinci blokuna girdiyini bildirmişdir. O, həmin bloka baxmış, orada heç kimin olmadığını görmüş və daha sonra polisə müraciət etmişdir. Hadisə nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, sonunculardan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Samsung S20-FE” markalı mobil telefonu satmaq üçün 410 manata “Lalafo.az” elan saytında elan yerləşdirmişdir. O, elanda tanışı Şahid əlaqə nömrəsini qoymuşdur ki, almaq istəyən adam onunla əlaqə saxlasın və o, telefonu özü sonradan satsın. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ***-***-**-** mobil GSM nömrəsindən zəng gələrək mobil telefonu almaq istədiyini Səfanəyə bildirmişlər. O, sonradan özü həmin nömrə ilə əlaqə saxlamış və zəng edən şəxs axşam saatlarında Nəsimi rayonunda “28 Mall” ticarət mərkəzinin yaxınlığında görüşmək istədiyini bildirmişdir. Axşam saat 20 radələrində Səfanə ilə birlikdə həmin ünvana, yəni Nəsimi rayonu, ünvan 6 ilə əlaqə saxlamış, həmin şəxs ona yaxınlaşmış və telefona baxmaq istədiyini bildirmiş, o da qutudan telefonu çıxarıb təqdim etmişdir. Həmin şəxs avtomobildə yoldaşının olmasını və telefonu ona göstərəcəyini bildirmişdir. O, etiraz etməmiş, həmin şəxs avtomobilə yaxınlaşan zaman anidən sağ arxa qapını açaraq avtomobilə oturmuş və sürücü avtomobili hərəkət etdirmişdir. Bu zaman o, həmin qapının tutacağından tutmuş, lakin qapı kilidli olmuşdur və avtomobil onu 10-15 metr sürüdükdən sonra o, asfalt üzərinə yıxılmış və xəsarət almışdır. Avtomobil isə hərəkətini davam etdirmişdir. Satmaq istədiyi telefon “Samsung S** FE *** GB” markalı, 354-791-645-049- 327 və 358-890-545-049-324 İMEİ kodlu, 410 manat dəyərində, tünd göy rəngli olmuş, mobil telefonun içərisində nömrə olmamışdır. Telefonu götürən şəxsi daha öncə görməmişdir. Avtomobildə sadəcə ön qabaq oturacaqda sürücü olan şəxsi görmüşdür. Sürücünün isə onu görüb-görməməsini bilmir, lakin o, əli ilə avtomobilin şüşəsinə vurmuşdur. Hadisə vaxtı sol əlinin barmağından və ayaq nahiyəsindən xəsarət almışdır. Hadisə nəticəsində ona 410 manat maddi ziyan dəymişdir. Vurulmuş zərərin əvəzi olaraq ona 300 manat pul ödənilmişdir. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, sonunculardan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 10 fevral 2023-cü il tarixdə nişanlısı Zərərçəkmiş şəxs1 özünə məxsus “Samsung” markalı mobil telefonu satmaq üçün “Lalafo.az” elan saytına elan yerləşdirmişdir və orada onun nömrəsini qeyd etmişdir ki, müştəri olarsa o, əlaqə saxlayıb ona bu barədə bildirsin. 12 fevral 2023-cü il tarixdə, saat 14:00 radələrində ***-***-**-** saylı GSM nömrədən zəng gəlmiş və telefon almaq istədiklərini demişlər. O, bu barədə Raminə demiş, Ramin isə həmin şəxslə əlaqə saxlamış və həmin şəxs Raminə axşam “28 Mall” ticarət mərkəzinin yaxınlığında görüşmək istədiyini bildirmişdir. Axşam saat 20 radələrində Ramin ilə birlikdə həmin ünvana, yəni Nəsimi rayonu, ünvan 7aqə saxlamış, telefonu almaq istəyən şəxs onlara yaxınlaşmış, Ramin qutudan telefonu çıxarıb təqdim etmiş, həmin şəxs isə avtomobildə yoldaşının olmasını və telefonu ona göstərəcəyini onlara bildirmişdir. Ramin etiraz etməmiş, həmin şəxs avtomobilə yaxınlaşan zaman anidən sağ arxa qapını açaraq avtomobilə olurmuş və sürücü avtomobili hərəkət etdirmişdir. Bu zaman Ramin həmin qapının tutacağından tutmuş, qapını bir dəfə açmış, telefonu götürən şəxs qapını içəridən dartıb bağlamış, Ramin yenə qapını açmaq istədikdə avtomobil hərəkət etmiş və onu 10- 15 metr sürümüşdür. Bundan sonra Ramin asfalt üzərinə yıxılmış, əlindən və dizindən xəsarət almışdır. O, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 görmüş, digər şəxsləri görməmiş, lakin avtomobilin qabaq oturacağında bir nəfər şəxsin olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.47); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild İ, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.98-99); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.120- 121); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.140- 141); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.160); - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir (cild İ, i.v.122); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-97/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.265-266); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-95/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.267-268); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-98/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.269-270); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-96/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.271-272); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-194/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsindən imtina edilmişdir (İİ cild, i.v.77-79); - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(103)-341/2023 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-194/2023 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs3 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.88-94); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-223/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (İİ cild, i.v.95-97); - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və əməl Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilməklə ********* nömrəsi altında istintaq davam etdirilmişdir (cild İ, i.v.44-45); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 8 ünvanın qarşısıdır (cild İ, i.v.9-12); - “Baxış olunması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 9 ünvanın qarşısıdır. (cild İ, i.v.54-57); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi dindirmə zamanı verdikləri ifadələri təsdiq etmişlər (İ cild, i.v.174- 176); - xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi dindirmə zamanı verdikləri ifadələri təsdiq etmişlər (İİ cild, i.v.167- 169); - “Video görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:53:35-də bir nəfər, üzərində qara şalvar, qara gödəkçə olan şəxs iti addımlarla irəlliyərək orada dayanan boz rəngli avtomobilin arxa oturacağına əyləşir, saat 18:56:39-da görüntü dairəsinə orada dayanmış ağ rəngli yük avtomobilin sağ tərəfində əynində göy cins şalvar, tünd göy gödəkcə, başında papaq, ayağında sport üslublu ayaqqabı olan xanım çıxır, saat 18:56:48 əynində qara şalvar, uzun ağ gödəkcə olan Zərərçəkmiş şəxs2 iti addımlarla avtomobilin arxasınca gedir (İ cild, i.v.13); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, diskdə olan videogörüntüdə hadisənin 10 fevral 2023-cü il tarixdə saat 18:56 da baş verməsi müəyyən edilir. Bir nəfər şəxs qadınla söhbət edib məhəllədə dayanmış avtomobilə yaxınlaşır. Qadın sonuncunu təqib edir, ardı ilə iti addımlarla irəliləyir, lakin sonuncu anidən avtomobilə əyləşir və avtomobil hərəkətə başlayır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qadınla söhbət edən şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, avtomobildə gözləyən şəxsin Təqsirləndirilən şəxs2 olduğunu, İsfəndiyar gəldikdə Ərşadın avtomobili hərəkətə gətirdiyini bildirmişlər (İİ cild, i.v.165-166); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1442 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd saz vəziyyətdə, 2018-ci il buraxılışlı qara rəngli “İphone 8 plus 64GB” markalı 356-768-088-589-785 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 350,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.33-35); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1443 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd saz vəziyyətdə, 2020-ci il buraxılışlı qara rəngli “Samsung S** FE ***Gb” markalı 354-791-049-327 və 358-890- 545-049-324 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 400,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.36-38); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2023-cü il tarixli, 184 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol əlin V barmağının dırnaq falanqasının yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sol əlin İ, İİİ, İV barmaqlarının və sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 12 fevral 2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilmələri mümkündür (İİ cild, i.v.39-41); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1555 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə “üzvi şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 “üzvi şəxsiyyət pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs1 qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” onu öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, i.v.150-153); - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 4515 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus **********89785 İMEİ kodlu mobil telefonda 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə olunmuşdur (İ cild, i.v.32); - Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1/903 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 son 10 ildə Bakı şəhəri 2 nömrəli Klinik psixiatriya xəstəxanasına stasionar müalicə üçün müraciət etməmişlər (İ cild, i.v.293); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 21.3-cü maddəsinə əsasən psixi xəstəliyə tutulduğu üçün cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi barəsində sağalanadək ixtisaslaşdırılmış psixi stasionar məcburi müalicə tətbiq edilmişdir. xx.xx.2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə məcburi müalicə ləğv edilmişdir. xx.xx.2016cı il tarixdə Bakı Apellyasia Məhkəməsinin qərarı ilə cəza 07 ilə endirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-cı il tarixdə Bakı Apellyasia Məhkəməsinin qərarı ilə cəza 07 ilə endirilmişdir. xx.xx.2015-ci tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 178.2.4, 185.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (İİ cild, 9-11); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İİ cild, 8); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir (İİ cild, i.v.12-13); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır (İİ cild, 7); - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-193/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ona qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (İİ cild, 81-87); - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-58/2019 hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (İİ cild, 16-33); - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-207/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 15 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Sumqayıt Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-193/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası verilmiş məhkum Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixədək cəzasının 09 ay 26 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 02 ay təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3661/2024 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, qarının ön sol səthində kiçik ölçüdə çapıq toxuma müşahidə edilmişdir. - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış bir övladı var; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış bir övladı var; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2011-ci il və xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmamış iki övladı var; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü 2 azyaşlı övladı var; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri iş materialları, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq dövründə verdikləri ilkin ifadələrində əməllərini etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun səmimi ifadələr verərək, müdafiəçinin iştirakı ilə də dindirilərkən eyni faktları təsdiq etsələr də, ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə istintaqı zamanı elan olunmuş ittihamda özlərini təqsirli bilməmişlər. Halbuki, təqsirləndirilən şəxslər ibtidai istintaq mərhələsində ilkin vermiş olduqları ifadələrində törətdikləri cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişlər ki, onların bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxslərin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (zərər çəkmiş şəxslərin və şahidin ifadələri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Eyni zamanda təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, barələrində həbs qətimkan tədbiri seçilərkən təqsirləndirilən şəxslər tərəfindən bu barədə məhkəməyə məlumat verilməmişdir. Bununla bağlı məhkəmə vurğulayır ki, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. ,qulruğO“ soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamaya, həmin Məcəllənin 180.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 180.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 180.2.4-cü maddəsi insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini qismən etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-207/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-207/2024 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-nin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)- 207/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və ilk dəfə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və dəymiş zərəri ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, cəzasını çəkib qurtarmadan, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, habelə təqsirləndirilən şəxsin əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, cəzasını çəkib qurtarmadan, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da, həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-193/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda onun çəkilməmiş cəza müddəti 02 il 02 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hökmlərin məcmusu üzrə, yəni hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə cəza təyin olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-193/2022 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və həmin cəza Təqsirləndirilən şəxs3 hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq xx.xx.2023cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, himayəsində iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və ilk dəfə cinayət törətməsini, nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 96 saata görə 576 (beş yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Qurbanəli oğluna məhkəmədə iştirak etdiyi 96 saata görə 576 (beş yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna məhkəmədə iştirak etdiyi 96 saata görə 576 (beş yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-207/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tam toplanılsın və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 193/2022 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 02 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin cəza Təqsirləndirilən şəxs3 hazırkı hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –100 (yüz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 96 saata görə 576 (beş yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Qurbanəli oğluna məhkəmədə iştirak etdiyi 96 saata görə 576 (beş yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 96 saata görə 576 (beş yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “M.B.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-24/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-24/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver