Məhkəmə qərarları › İş №1(006)-24/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-24/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-24/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1nun, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yuxarı Yaycı kəndində qeydiyyatda olmaqla ünvan 11ndə yerləşən nömrəsiz evdə yaşamış, hazırkı cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri seçilmiş, digər cinayət işi üzrə isə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, hüquq verən vəsiqəni və rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamış, bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru olmaqla öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru olan tanışı Nümayəndə özünü işgüzar şəxs kimi təqdim edərək MMC-nin istehsal etdiyi şirniyyat məhsullarını satıb pulunu verəcəyinə dair yalan vəd verib etibarından suiistifadə etməklə aldadaraq, bu adla 11 mart 2023-cü il tarixdə hüquqi ünvanı “Sumqayıt şəhəri, ev Lənkərana çıxış yolunun sağ tərəfi” olan "xxxx" MMC-yə məxsus anbarda Nümayəndə ümumilikdə 29442,40 manat dəyərində şirniyyat məhsullarını götürüb ələ keçirərək verdiyi vədə əməl etməyərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı Zərərçəkmiş şəxs3 özbaşına özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək sonuncuya övladı Fərzalı Hüseynovu şəxsi əlaqələri vasitəsilə 6000 manat pul müqabilində Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında gizir rütbəsində baş mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Taxtalı Kafe” adlanan yerdə Zərərçəkmiş şəxs3 1500 manat pul alıb istintaqa məlum olmayan yerdə Fərzalı Hüseynovun adına “Azərbaycan Respublikası Silahlı Qüvvələri Xüsusi Mühafizə Briqadasında gizir rütbəsində, baş mühafizəçi” vəzifəsində işləməsini özündə əks etdirən “3647” nömrəli hüquq verən vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlayaraq həmin vəsiqənin fotoşəkilini “WhatsApp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs3 göndərməklə bilə-bilə istifadə edib sonuncunu “3647” nömrəli vəsiqədə yazılan vəzifəyə qəbul edildiyinə inandırıb 2023-cü ilin iyul ayının sonlarında qeyd olunan ünvanda yerləşən kafedə 4500 manat pulunu alaraq verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı Zərərçəkmiş şəxs4 özbaşına özünü Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində polkovnik rütbəsi olan vəzifəli şəxsi kimi təqdim edərək sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən obyektə Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarışın alınması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyindən verilməli olan rəyin tez bir zamanda alınması məsələsini şəxsi əlaqələri vasitəsilə 3600 manat pul müqabilində həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, sonuncunu inandırıb vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 2023-cü ilin iyul ayının ortalarında Ağcabədi şəhəri H.Hacıyev küçəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan bank kartına göndərdiyi 800 manat, 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan bank kartına göndərdiyi 600 manat, 2023-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan bank kartına göndərdiyi 1200 manat, 2023-cü ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan bank kartına göndərdiyi 400 manat və 2023-cü ilin iyul ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan bank kartına göndərdiyi 600 manat pulu istintaqla müəyyən edilməyən ünvanlarda nağdlaşdırmaqla ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 ümumilikdə 3600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı Zərərçəkmiş şəxs2 özbaşına özünü Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində polkovnik rütbəsi olan vəzifəli şəxsi kimi təqdim edərək sonuncunu şəxsi əlaqələri vasitəsilə 17000 manat pul müqabilində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Kadr İdarəsində gizir rütbəsində xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Taxtalı Kafe” adlanan yerdə sonuncudan 4000 manat, 2023-cü ilin iyul ayının ortalarında Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsində yerləşən Müdafiə Nazirliyinin X18rşısında 8000 manat və 2023-cü ilin iyul ayının sonlarında Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “Taxtalı Kafe” adlanan yerdə 5000 manat pul alıb ələ keçirərək istintaqa məlum olmayan yerdə Zərərçəkmiş şəxs2 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində gizir rütbəsində, bölmə rəisinin köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5368” nömrəli hüquq verən vəsiqəni istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq həmin vəsiqənin fotoşəkilini “WhatsApp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs2 göndərərək bilə-bilə saxta sənədlərdən istifadə etməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə 17000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025-ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı X9 özbaşına özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək 2023cü ilin iyul ayının sonlarında istintaqa məlum olmayan yerdə sonuncunun övladı X10 adına “Dövlət Gömrük Xidmətində gömrük xidməti giziri rütbəsində, inspektor köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “4456” nömrəli hüquq verən vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025-ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı Şahid1 özbaşına özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edərək 2023-cü ilin iyul ayının sonlarında istintaqa məlum olmayan yerdə sonuncunun övladı X21 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində ədliyyə leytenantı rütbəsində, bölmə rəisinin böyük köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5457” nömrəli hüquq verən vəsiqəni istifadə etmək məqsədilə qanunsuz hazırlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı Zərərçəkmiş şəxs4 özbaşına özünü Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində polkovnik rütbəsi olan vəzifəli şəxsi kimi təqdim edərək sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən obyektin istismara yararlığı barədə sənədin şəxsi əlaqələri vasitəsilə 700 manat pul müqabilində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınması məsələsini həll edəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 2023-cü ilin avqust ayında ünvan 4 ünvanında yerləşən “Pürrəngi” kafesində Zərərçəkmiş şəxs4 700 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı Zərərçəkmiş şəxs4 özbaşına özünü Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində polkovnik rütbəsi olan vəzifəli şəxsi kimi təqdim edərək sonuncuya Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayonu ərazisində inşa edilmiş binadan 3 otaqlı mənzilin hərrac yolu ilə alınması məsələsini şəxsi əlaqələri vasitəsilə 9000 manat pul müqabilində həll edəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 2023-cü ilin sentyabr ayının əvvəllərində Ağcabədi şəhəri Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs4 9000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 9000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə faktiki olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etmədiyi halda adının guya “X3” olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqənin məzmununa tamamilə saxta olan məlumatları daxil edib istifadə etmək məqsədilə istintaqa məlum olmayan yerdə qanunsuz hazırlayaraq bilə-bilə istifadə etməklə yanaşı istintaqa məlum olmayan mənbədən hərbi geyim formasını əldə edib tanışı Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs5 özbaşına özünü Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində polkovnik rütbəsi olan vəzifəli şəxsi kimi təqdim edərək sonuncuya Müdafiə Nazirliyinin guya gələcəkdə Qaradağ rayonu Səngəçal qəsəbəsində tikilməli olan hərbi hissəsinin tikintisinin şəxsi əlaqələri vasitəsilə 20000 manat pul müqabilində tender yolu ilə sonuncuya məxsus "xxxx" MMC-yə həvalə olunması məsələsəni həll edəcəyinə dair yalan vəd verib, etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 10 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən “Mado” restoranının qarşısında Zərərçəkmiş şəxs5 10000 manat alıb, istintaqa məlum olmayan yerdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı adından Zərərçəkmiş şəxs5 hərbi hissə tikintisində iştirak etməsinə razılıq verilməsini özündə əks etdirən xx.xx.2023cü il tarixli hüquq verən rəsmi sənəd hesab edilən məktubu və "xxxx" MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hüquq verən müqaviləni” istifadə etmək məqsədilə qanunsuz hazırlayaraq Zərərçəkmiş şəxs5 təqdim etməklə bilə-bilə istifadə edib müqaviləyə imza çəkdirərək sonuncunu hərbi hissəsinin tikintisini həyata keçirəcəyinə inandırıb 2023-cü ilin sentyabr ayının sonlarında Zərərçəkmiş şəxs5 göstərişi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs4 ünvan 6 ünvanının qarşısında Zərərçəkmiş şəxs5 məxsus olan 10000 manat pulu alıb, ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə "xxxx" MMC şirkətində direktor müavini vəzifəsində işləmişdir. Həmin şirkət Nümayəndə direktoru olduğu "xxxx" MMC-nin ihtehsal məhsullarının satışını təşkil etmişdir. Həmin vaxtdan Əhmədağa ilə onun münasibəti yaxşı olmuşdur. 2023-cü ilin yanvar-fevral aylarında Əhmədağanın şirkəti satmaq istədiyini eşitmiş, onunla görüşdükdə Əhmədağa istədiyi qiymətə şirkəti satsa ona 50.000 manat verəcəyini demişdir. Bir neçə gün sonra o, tanışı olan türk vətəndaşı Doğan adlı şəxsi şirkəti alması üçün "xxxx" MMC şirkətinə aparmışdır. Doğan şirkətə baxmış, xoşu gəldikdən Türkiyədən nümayəndələr gətirib fikrini öyrəndikdən sonra nəsə edə biləcəyini demişdir. Həmin zaman Əhmədağa onun satış üzrə mütəxəssis olduğunu bilib istehsal etdiyi malı satıb sata bilməməyəcəyini soruşmuşdur. O, Əhmədağaya işin təşkil olunması ilə danışdıqdan sonra Əhmədağaya Bakıdan da ofis tutmalı olduqlarını demiş və bir neçə gün sonra ofis üçün yer taparaq baxıb razılaşdıqdan sonra Əhmədağaya işçi tapmadığını demişdir. O, işçilər tapsa da sonradan Əhmədağa işə soyuq yanaşıb işçiləri qəbul etməmişdir. Əhmədağa malın satışını birbaşa onun təşkil etməsini, 29442.40 manatlıq malı endirim edərək 18 faiz ƏDV ilə birlikdə 22500 manata verəcəyini demişdir. O, bir neçə gün sonra işçi X14 ilə birlikdə Əhmədağanın şirkətinə getmişdir. Nüşrəvan malın dadına baxdıqdan sonra satışını edə biləcəklərini deyib götürməsini məsləhət görmüş, o, da bundan sonra Əhmədağanın təklifi ilə razılaşmışdır. 09 mart 2023-cü il tarixdə "xxxx" MMC ilə direktoru olduğu "xxxx" MMC şirkəti arasında müqavilə bağlamışlar. Müqavilədən sonra xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən 29442.40 manatlıq mal alıb ayrı-ayrı dükanlara paylamışdır və Əhmədağanın alınan mallara görə sertifikat verməsini tələb etmişdir, lakin Əhmədağa isə hər dəfəsində müxtəlif bəhanələr gətirib sertifikatı verməmişdir. Malların satışı uzandığından, o, mal payladığı mağazalardan pulları yığa bilmədiyindən "xxxx" MMC-yə ödəniş edə bilməmişdir. Doğan adlı şəxs Nümayəndə aldıqları həmin məhsulların satışını həyata keçirəcək kimi bir söz verməmişdir. Həmin məhsulları o, almışdır. Nümayəndə müqaviləni onunla bağlamışdır. Nüşrəvan isə həmin məhsulların keyfiyyətinə baxıb satışını həyata keçirmək mümkün olacağını demişdir. Nümayəndə alınan məhsulların satışını o, həyata keçirmişdir. O, bu epizodu mülki iş hesab edir və həmin əməldə cinayət tərkibi olmadığından özünü təqsirli bilmir. Həmin işdə ona hər hansı şəxs köməklik etməmişdir. Digər epizodlara gəldikdə isə 2023-cü ilin yay aylarında Bakıxanov qəsəbəsi, “Razin” stansiyası adlanan ərazinin yaxınlığında yerləşən “Taxtalı” kafesində tək oturub çay içərkən ona Paşa Nəsirov adlı tanışı yaxınlaşmışdır. Paşa Nəsirov ilə 2018-ci ildə Bakı şəhərində təsadüfən tanış olmuş, o, Paşaya özünü hərbiçi kimi təqdim etmişdir. Müdafiə Nazirliyində polkovnik rütbəsində zabit işlədiyini demişdir. Paşa onu hərbi formada görmüşdür, ona görə də, Paşa ona inanıb həqiqətən də zabit olduğunu düşünmüşdür. Həmçinin o, Paşaya öz ad-soyadını əslində olduğu kimi “Təqsirləndirilən şəxs” yox, “X3” kimi təqdim etmişdir və Müdafiə Nazirliyində Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində işlədiyini demişdir. Paşanı çoxdan tanısa da, yaxın münasibətləri olmamışdır. Bir-birilərini gördükdə salamlaşıb hal-əhval tutmuşlar. Paşa “Razin” kimi tanınan ərazidə yaşadığı üçün bu görüşdən bir neçə ay öncə yolda təsadüfən görüşmüşlər. Kafedə oturub çay içdikdə Paşa ona bildirmişdir ki, Zərərçəkmiş şəxs3 adlı tanışı var və övladı Fərzalı üçün iş axtarır. Bu məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Belə ki, Paşa onun hərbiçi olduğunu zənn etdiyindən, onun tanışları vasitəsi ilə Fərzalı üçün iş tapa biləcəyini düşünmüşdür. Həmin vaxt maddi vəziyyəti aşağı olduğundan bu məsələ ilə məşğul olmaq qərarına gəlmişdir. Buna görə də, həmin görüşdə Paşaya Yusifi də növbəti görüşə çağırmasını təklif etmişdir. Bir neçə gün sonra Paşa və Yusif ilə “Taxtalı” kafesində görüşmüşlər. Həmin görüşə Yusifin etibarını qazanmaqdan ötrü hərbi formada getmək istədiyi üçün Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hərbi forma satılan satış nöqtəsində Müdafiə Nazirliyinə məxsus polkovnik rütbəsi ilə hərbi geyim almış və həmin formada Paşa və Yusiflə görüşmüşdür. Eyni zamanda aldığı hərbi formada Bakı şəhəri, Nəsimi rayonundə yerləşən “28 May” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən fotostudiyada şəkil çəkdirib, özü üçün orada tanımadığı kompüter mütəxəssisinin köməyi ilə saxta xidməti vəsiqə düzəltdirmişdir. Vəsiqədə ad-soyadı “X3” kimi, “polkovnik” rütbəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəisi müavini” olmağını düzəltdirmişdir. Görüş zamanı Yusifə həmin vəsiqəni də təqdim etmişdir. Yusifin tam etibarını qazanmışdır. Görüşdə Zərərçəkmiş şəxs3 oğlu Fərzalını Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasına işə düzəltmək istədiyini dedikdə Yusifə yalandan Milli Qvardiyanın rəisinin tanışı olduğunu, bu məsələdə köməklik edə biləciyini vəd vermişdir. Bundan sonra bir neçə gün içində bir neçə dəfə Yusiflə tək olaraq, bir dəfə isə oğlu Fərzalı ilə birgə həmin kafedə görüşmüşdür. Görüşlər zamanı yalandan Milli Qvardiyanın rəisi ilə danışıq apardığını demiş, sonuncudan razılıq aldığı barədə yalan danışmışdır. Milli Qvardiyanın rəisi ilə heç bir tanışlığı, əlaqəsi olmamış, ümumiyyətlə həmin şəxsin ad-soyadını belə bilməmişdir. Yalandan Yusifə Milli Qvardiyanın rəisinə vermək üçün ümumi 6.000 manat verməli olduğunu bildirmiş, ilkin olaraq 1.500 manat verməsini tövsiyyə etmişdir. X24 iş qəbulu barədə əmri verildikdə yerdə qalan pulu verə biləcəyini izah etmişdir. Ona görə də, 20 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 və Fərzalı Hüseynov ilə görüşüb Zərərçəkmiş şəxs3 Sabunçu rayonunda yerləşən “Taxtalı” kafesində 1.500 manat pulu almışdır. Həmin vaxt Fərzalı Hüseynovun 3x4 şəkil çəkdirməsini və ona gətirməsini xahiş etmişdir. Həmin görüşdən növbəti bir həftə ərzində o, əvvəlcədən planlaşdırdığı kimi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerləşən və əvvəldə özünə vəsiqə düzəltdirdiyi fotostudiyada Fərzalı Hüseynov üçün saxta vəsiqə düzəltdirmiş, şəklinə forma montaj etdirmiş və vəsiqədə onun guya “Azərbaycan Respublikası Silahlı Qüvvələri Xüsusi Mühafizə Briqadasında gizir rütbəsi ilə baş mühafizəçi” vəzifəsində olması qeyd olunmuşdur. Vəsiqəni imza edən kimi həqiqətdə mövcud olmayan “Ə.Hüseynov” adlı şəxsi qeyd etmiş, onun ad-soyadının qarşısında özü imza etmişdir. Bununla yanaşı Müdafiə Nazirliyini tərəfindən guya Fərzalı Hüseynovun müvafiq kurslara qəbul edilməsinə dair saxta sənədlər, əmrlər hazırlamış, imzaları və ad-soyadları uydurmuş, özü yazmışdır. Bu yol ilə Zərərçəkmiş şəxs3 X24 işə düzəlməsi ilə bağlı prosedurları icra etdiyinə inandırmışdır. Vəsiqəni hazır etdikdən sonra 2023-cü ilin avqust ayında həmin saxta vəsiqənin şəklini çəkib istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs3 “Whatsapp” mobil tətbiqinə göndərmiş və artıq Fərzalı Hüseynovun vəsiqəsi hazır olduğunu, adının kurslara yazılıb, kursu bitirdikdə əmri veriləcəyini, ancaq əvvəcədən qalan 4.500 manat pulu vermək lazım olduğunu demişdir. Yusif bununla razılaşmış, onlar təkrarən “Taxtalı” kafedə görüşmüşlər və qalan 4.500 manat pulu götürmüş, təkrar yalan deyib pulun müəyyən vəzifəli şəxslərə çatacağını demiş, ancaq kimə veriləcəyini deməmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs3 oğlu Fərzalı Hüseynovu işə düzəltmək adı ilə 6.000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Yusifdən aldığı pulu şəxsi ehtiyaclarına, o cümlədən əvvəlcədən borcu olan şəxslərə borcunu qaytarmaq üçün sərf etmişdir. Niyyəti elə Yusifin pulunu ələ keçirib öz işlərini görmək, sonradan tikiş sexinin fəaliyyəti ilə bağlı götürəcəyi pul ilə ondan götürdüyü 6.000 manatı qaytarmaq olmuşdur. X13 heç bir işə düzəltmək kimi niyyəti və səlahiyyəti olmamışdır. Sonrakı müddət ərzində Zərərçəkmiş şəxs3 gözləmədə olmuşdur. Bundan başqa elə Zərərçəkmiş şəxs3 ilə danışıqlar və görüşlər apardığı vaxtlarda Paşa Nəsirov ona tanışı Zərərçəkmiş şəxs2 adlı şəxsin iş axtardığını, onun Məhəmmmədə köməklik edə biləcəyini demiş və ondan Məhəmmədin işə düzəltməkdə köməklik göstərsini xahiş etmişdir. 2023-cü ilin iyul ayında Paşa ilə Sabunçu rayonunda “Taxtalı" kafesində görüşmüşlər, daha sonra Məhəmməd həmin kafeyə gəlmişdir. O, Məhəmməd ilə birgə kafedən çölə çıxmış və söhbət etməyə başlamışlar. Məhəmməd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlmək istəməsini demişdir. Həmin görüşdə o, Məhəmmədə öz saxta “xidməti vəsiqə”sini təqdim etmiş və etibarını qazanmışdır. Məhəmmədə işə düzəlməsində kömək edə biləcəyini bildirmiş və tanışları vasitəsi ilə məsələni maraqlana biləcəyini demişdir. Bundan sonra öz ***-***-**-** saylı mobil nömrəsini Məhəmmədə vermiş, fikrini qətiləşdirməsini və ona zəng etməsini demişdir. Paşaya aralarında olan söhbət barədə deməməsini tapşırmışdır. Görüşdən 1-2 gün sonra təkrar Məhəmmədlə “Taxtalı” kafesində görüşüb Məhəmmədin Penitensiar Xidmətində işə düzəlməsi üçün 17.000 manat tələb olunmasını, həmin pulu həmin xidmətə işləyən bəzi vəzifəli şəxslərə verəcəyini demişdir. Əslində isə bu yalan olmuş, onun ümumiyyətlə Penitensiar Xidmətində işləyən tanışı olmamış, fikri Məhəmmədin pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Ehtiyaclarını qarşılayıb sonradan işin alınmadığını deyib hissə-hissə pulu qaytaracağını planlaşdırmışdır. Məhəmməd onun təklifi ilə razılaşdıqdan bir neçə gün sonra onlar Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Taxtalı” kafesinin qarşısında görüşmüş və o, Məhəmməddən 4000 manat pulu almışdır. Bundan sonra Məhəmmədə işə qəbul üçün tərcümeyi-hal yazmağını, hərbi biletinin surətini, sağlamlıq haqqında arayışı, diplomunun surətini, şəxsiyyət vəsiqəsinin surətini və 3x4 ölçüdə 06 ədəd şəkil hazırlamağını tapşırmışdır. 2023-cü il iyul ayının ortalarında Məhəmmədə zəng edib görüşə çağırmış, həmişəki parkda görüşdükdə ona 8.000 manat pul verməli olduğunu demişdir. Əlavə olaraq bildirmişdir ki, adını artıq işə qəbuldan öncə Ədliyyə orqanlarına işə qəbul üçün hazırlıq kurslarına yazıldığını, bir müddət sonra xəbər verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən Müdafiə Nazirliyinin X18rşısında 8000 manat pulu almışdır. Həmin vaxt Məhəmmədə kursların 01 avqust 2023-cü il tarixdə başlayacağını, yerdə qalan 5.000 manat iyul ayının sonunda xəbər etdiyi vaxt verməsini bildirmişdir. Məhəmməd də buna etiraz etməmişdir. 2023-cü ilin iyul ayının 25-30 tarixləri arasında o, Məhəmmədə zəng edərək “Taxtalı” kafesinin yanında görüşməyi təklif edərək yerdə qalan pulu gətirməyini tapşırmışdır. Həmin gün Məhəmməd ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Taxtalı” kafesində görüşmüşlər. Görüş zamanı Məhəmməd 5000 manat pulu da ona təqdim etmişdir. O, da Məhəmmədə 01 oktyabr 2023-cü il tarixdə kursun yekunlaşacağını və elə həmin tarixdə işə qəbul üçün əmrinin veriləcəyini demişdir. Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən fotostudiyada Məhəmmədin şəkli, Məhəmmədin ad soyadı və ata adı, Ədliyyə Nazirliyi Penitensiar Xidməti sözlərinin qeyd olunan, rütbə qrafasında “gizir” yazılan, vəzifə qrafası qarşısında “Bölmə rəisinin köməkçisi” yazılan saxta xidməti vəsiqəni orada işləyən kompüter mütəxəssisin köməyi ilə düzəltmişdir. Məhəmməddən aldığı pulu şəxsi ehtiyaclarına, o cümlədən əvvəlcədən borcu olan şəxslərə borcunu qaytarmaq üçün sərf etmişdir. Niyyəti elə Məhəmmədin pulunu ələ keçirib öz işlərini görmək, sonradan tikiş sexinin fəaliyyəti ilə bağlı götürəcəyi pul ilə Məhəmmədin 17.000 manat pulunu qaytarmaq olmuşdur, çünki Məhəmmədi heç bir işə düzəltmək kimi niyyəti və səlahiyyəti olmamışdır. Sonraki müddət ərzində Məhəmməd gözləmədə olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs2 17.000 manat pulu aldığı ərəfələrdə Sahib ona öz qohumu Zərərçəkmiş şəxs4 adlı şəxs barədə məlumat vermişdir. Sonuncunun Ağcabədi rayonunda yaşayıb işləməsini, orada obyektinin olmasını və obyektin fəaliyyəti ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsində təhlil qrupunun rəyi deyə bir sənəd əldə etmək istədiyini, bu sənəd üçün FHN-nə müraciət etdiyini, hələ cavab gözlədiyini demiş, Sahib bu məsələdə Ceyhuna köməklik edə bilibbilməyəcəyini soruşmuşdur. O, bu məsələyə müsbət cavab verib Sahibə Ceyhunu görüşə çağırmasını bildirmişdir. Təxminən 2023-cü ilin avqust ayında “Taxtalı” kafesində Sahib və Ceyhunla görüşmüşlər, Ceyhunla tanış olmuşdur. Qeyd etdiyi kimi, onların hər ikisi onu Müdafiə Nazirliyində polkovnik rütbəli zabit olduğunu, ad-soyadının Elmir Əmiraslanov olmasını zənn etmişlər. Onlarla görüşdə də gündəlik hərbi formada olmuşdur. Əvvəlcədən Ceyhuna sənədlərlə birgə gəlməsini tapşırdığından Ceyhun özü ilə klinikanın sənədlərinidə gətirmişdir. Görüşdə klinikanın sənədlərini götürüb yalandan Fövqəladə Hallar Nazirliyində işləyən tanışları vasitəsi ilə müvafiq rəyin alınmasına köməklik göstərəciyini demişdir. Həmin görüşdən 1-2 gün sonra Sahibə zəng etmiş və məsələni yoluna qoymaq üçün vəzifəli şəxslərə verilməsi üçün 3.600 manat verilməli olduğunu demişdir. Sahib bununla razılaşıb Ceyhuna xəbər edəcəyini bildirmişdir. Biraz sonra isə Sahib təkrar onu yığıb Ceyhunun deyilən məbləğ ilə razı olduğunu, ödənişi hissə-hissə edəcəyini açıqlamış, o, da Ceyhunun pulu verdikcə müvafiq şəxslərə ötürəcəyini söz vermişdir. Növbəti gün 15 gün ərzində təxminən 5 dəfəyə Zərərçəkmiş şəxs4 tanışları Sahib vasitəsi ilə şəklini çəkib göndərdiyi ya "xxxx" ya da “Leobank” kartlarına köçürmə və ya “Milliön” ödəniş sistemi üzrə 3.600 manat pul göndərmişdir. Kartlarına gələn pulları isə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən bankomatlarda nağdlaşdırmış və ya elə kartdan ödənişlər etmək şəklində öz şəxsi ehtiyaclarına sərf etmişdir, sonuncu dəfə harda pulu çəkməsini dəqiq xatırlamır. Axırıncı dəfə pul yükləndikdə Sahibə və Ceyhuna narahat olmamasını, ən qısa müddət ərzində sənədlərini qaydasına qoyacağı barədə xəbər verəcəyini bildirmişdir. Həmin ərəfələrdə tanışı Paşadan Ceyhunun məsələsində köməklik etməsini xahiş etdikdə, Paşa FHN-nin Tikintidə Təhlükəsizlik idarəsi ilə əlaqə yaratmış və orada Ceyhunun əvvəlcədən ora təqdim etdiyi sənədlər qaydasında olması, bir neçə günə rəy hazır olacağı və özünə xəbər edəcəkləri barədə məlumat verilmişdir. Bunu bildikdə Ceyhunu aldatmaq məqsədi ilə guya rəyin alınmasında şəxsi iştirakını və verdiyi pulun vacibliyini bildirmiş, işi həll etdiyini, 4-5 gün sonra gedib hazır rəyini götürə biləcəyini bildirmişdir. Ceyhun da bu xəbərə sevinmiş, elə dediyi 4-5 gün sonrasında təkrar zəng edib hazır rəyin əldə etdiyini xəbər verib təşəkkürünü bildirmişdir. Ona görə də, Ceyhunun ona tam etibarı yaranmışdır. Təxminən 2023-cü ilin avqust ayının sonlarında-sentyabr ayının əvvəllərində öz şəxsi borclarının artması ilə bağlı əlavə pula ehtiyac olduğundan Ceyhunla zəngləşib imkanlı olmasını bilib ona 4.500 manat borca pul verməsini və guya tikiş sexinin hesabına köçürülən pulu nağdlaşdıra bilmədiyini, nağdlaşdıran kimi ona borcunu qaytaracağını bildirmişdir. Dediklərinin hamısı yalan olmuş, sadəcə Ceyhunun etibarını qazandığı üçün Ceyhundan əlavə 4.500 manat pulu ələ keçirdikdən sonra öz şəxsi xərclərinə sərf etmək niyyətində olmuşdur. Ceyhun etiraz etməyib ona borc verə biləcəyini bildirmiş, o, da Bakıdan çıxıb Ağcabədi şəhərinə gəlmiş, Ağcabədi şəhərində yerləşən “Gənclik” otelinin kafesində Ceyhunla görüşmüşdür. Həmin görüş zamanı çay içib söhbət edərkən Ceyhun ona Bakı şəhərində ev almaq istədiyini, lakin maddi vəziyyətinin çox yaxşı olmadığı üçün “MİDA”-dan ev almaq niyyətində olmasını bildirmişdir. Bu hala Ceyhunun əlavə pulunu ələ keçirə bilmək şansının yaranmasını görüb sevinmişdir. Ceyhuna “MİDA”-nın müavininin guya dostunun olmasını bildirmiş, bu məsələni xahiş edəcəyini bildirmiş, ardınca isə çölə çıxıb yalandan kiməsə zəng etdiyi barədə görüntü yaratmış və təzədən Ceyhunun yanına qayıdaraq lazımi adamlarla danışdığını, bu iş üçün 9.000 manat pul lazım olduğunu, yarısının indi, digər yarısının işin həll olunacağı vaxt verilməsini bildirmişdir. Ceyhun bu xəbərə sevinmiş və ona inanıb öz yaşadığı evə gedib ümumilikdə 9.000 manat pul gətirmişdir. Həmin pulun 4.500 manatı ona borc olaraq, ikinci 4.500 manat olan hissəsini isə “MİDA”-dan ev almaq üçün pul olaraq ona vermişdir. Ceyhun həmin məbləğdə pulu ona nağd şəkildə, təklikdə Ağcabədi şəhərində “Neptun” marketin qarşısında vermişdir. Borc olaraq qəbul etdiyi 4.500 manat pulu üzərində saxlamışdır. Digər 4.500 manatını isə elə Ceyhunun yanında guya köməkçisi “Pərviz” adlı mövcud olmayan şəxsin bank kartına “Milliön” vasitəsi ilə köçürmüş və həmin pulu onun “MlDA”-da işləyən dostuna çatdıracağını yalandan demişdir. Həqiqətdə isə həmin pulu elə öz adına olan "xxxx" kartının hesabına yükləmişdir. Bu yol ilə əlavə olaraq Ceyhunun 9.000 manat pulunu ələ keçirmişdir. Həmin pullan isə şəxsi borclarına və ehtiyaclarına xərcləmişdir. Ceyhun ilə Ağcabədi şəhərində görüşüb Ceyhundan 9.000 manat pul aldıqdan bir neçə gün sonra Ceyhunla danışarkən FHN-dən aldığı sənədlə yanaşı Şəhərsalma İdarəsindən ikinci sənəd almaq istəməsini deyib köməklik xahiş etmiş, bununla əlaqədar Ceyhuna kömək edə biləciyini bildirmişdir. Bakıda olduğunu öyrəndikdə isə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən çayxanada görüşmüşlər. 2023-cü ilin sentyabr ayının əvvəllərində görüş zamanı Ceyhuna Şəhərsalma İdarəsində işləyən tanışlarına sənəd barədə danışdığını və onlardan sənədi almaq üçün 700 manat verilməsinin vacibliyini izah etmişdir. Elə ona görə də, Ceyhun Şəhərsalma İdarəsindən obyekti üçün müvafiq sənədi əldə etməkdə köməklik edəcəyi barədə verdiyi yalan vədə inanıb ona təklikdə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən çayxanada 2023-cü ilin sentyabr ayının əvvəllərində əlbə-əl 700 manat pul vermişdir. O, qısa müddət ərzində sənədlərin hazırlanacağına söz vermişdir. Ona görə də, Ceyhun ondan xəbər gözləmişdir. Baxmayaraq ki, o, heç kəsə Ceyhunun sənədi barədə bir söz deməmiş, verdiyi puldan heçkəsə heçnə verməmişdir. Ceyhundan aldığı 700 manat pulu ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləmiş, yəni dələduzluq etmişdir. Bundan başqa 2023-cü ilin sentyabr ayının əvvələrində Zərərçəkmiş şəxs4 ilə görüşüb 700 manat pulunu aldıqdan sonra Ceyhun ona Azərbaycan Respublikasında yaşayan və tikinti fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-nin direktoru Türkiyə Cumhuriyyətinin vətəndaşı və əslən türk olan tanışı Danış Zərərçəkmiş şəxs5 İsa oğlu barədə məlumat vermiş, həmin türk tanışına Müdafiə Nazirliyinin tikinti ilə bağlı tenderlərində köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Ceyhunun açdığı söhbətdən o, Ceyhunun tanışının da pulunu ələ keçirməyi üçün şansının yaranmasını anlayıb və bunu arzulayıb fürsətdən istifadə etmək üçün kömək edə biləcəyini bildirmişdir. Ceyhuna dostunu görüşə çağırmasını təklif etmişdir. Elə həmin ərəfələrdə, təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində Ceyhun ona Nərimanov rayonunda yerləşən “Mado” kafesinə dəvət etmiş, orada Mehmetin də gəlməsi xəbərini vermişdir. Buna görə evdən çıxıb elə “polkovnik” rütbəsində saxta hərbi formamı geyinib onlarla görüşə getmişdir. Görüş zamanı da Mehmetə özünü Müdafiə Nazirliyində polkovnik rütbəli zabit olduğunu, ad-soyadının Elmir Əmiraslanov olmasına dair yalan danışmışdır. Bundan sonra Mehmet tanışı Zərərçəkmiş şəxs4 ona qarşı olan etibarına görə Müdafiə Nazirliyinin tikinti ilə bağlı tenderlərində iştirak etməsinə və qalib olmasına köməklik etməsini xahiş etmişdir. O, artıq əvvəlcədən plan qurduğu üçün görüşdə Mehmetə bunun mümkün olduğunu deyib vəzifəli şəxslərə rüşvət verilməsi qismində 20.000 manat istəmiş, pul verildikdən sonra Nazirlikdə müəyyən şəxslərlə danışıb onun şirkəti ilə müqavilə bağlatdıracağını vəd vermişdir. Təbii ki, bunların hamısı yalan olmuşdur. Mehmetin pulunu ələ keçirmək üçün bir üsul olmuşdur. Mehmet onunla razılaşıb ilk öncə 10.000 manat verəcəyini, müqaviləni təqdim etdiyi halda isə yerdə qalan 10.000 manatı verəcəyini bildirmiş və razılığa gəlib oradan uzaqlaşmışdır. Növbəti 2 gun ərzində o, saxta vəsiqələri düzəldirdiyi Nəsimi rayonunda yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerləşən fotostudiyaya getmiş, orada işçilərin birinin köməkliyi ilə Silahlı Qüvvələrin loqosunu istifadə etməklə müxtəlif sənədlər hazırlamış, həmin sənədlərdə guya Müdafiə Nazirliyinin gələcəkdə tikiləcək hərbi hissəsinin tender müsabiqəsində Mehmetə məxsus "xxxx" MMCnin qalib gəlməsi, həmin MMC tərəfindən hərbi hissəsinin tikilməsinə dair razılıq qeyd olunmuşdur. Sənədlərdə təsadüfən seçdiyi ad-soyadları, habelə Mehmetin ad-soyadını qeyd edib guya ki, həmin şəxslərin Müdafiə Nazirliyinin vəzifəli şəxsləri olmasını görüntüsünü yaratmışdır. Sənədləri çap etdikdən sonra onları özü imza etmişdir. O, fotostudiyada olan işçilərə sənədləri iş fəaliyyəti ilə bağlı burada hazırlatdırdığını bildirdiyi üçün heçkəs ona sual verməmiş, onun həqiqətən Müdafiə Nazirliyində işləməsinə inanmışlar. Təxminən xx.xx.2023-cü il tarixdə həmin sənədləri götürüb Nərimanov rayonunda “Mado” kafesinin qarşısında Mehmet və Ceyhunla görüşmüşdür. Ceyhuna məxsus avtomobil ilə gəlmişlər, elə Ceyhunun həmin “Range Rover” markalı avtomobilində əyləşib Mehmetdən şəxsən 10000 manat məbləğində pul almışdır. Bundan sonra o, özü ilə gətirdiyi saxta sənədləri Mehmetə təqdim etmiş və imzalamasını bildirmişdir. Mehmet sənədləri imza etdikdən sonra sənədləri möhürlətmək adı ilə özünə götürmüşdür. Həmin ərəfələrdə hətta Ceyhun və Mehmetlə birgə Səngəçal qəbəsəsınə yollanıb orada təsadüfən seçdiyi boş ərazini onlara nümayiş etdirib guya Mehmetin tikəcəyi hərbi hissəsinin orada yerləşəcəyinə inandırmışdır. Təxminən 2-3 gün sonra isə yalandan müddət saxlayıb Ceyhuna zəng etmiş və müqavilələrin hazırda yuxarı idarələrdə təsdiq üçün verildiyini bildirərək Mehmetin yerdə qalan 10.000 manat pulu verməli olmasını izah etmişdir. Ceyhun Mehmet ilə danışdıqdan sonra təkrar ona zəng etmiş və Mehmetin hazırda iclasda olduğundan pulu onun əvəzinə özü verəcəyini, Mehmetin sonradan pulu ona verəcəyini deyib görüşmək üçün Nərimanov rayonu, T.Əliyev küçəsində yerləşən adını xatırlamadığı oteli demişdir. Buna görə də, taksi ilə evdən çıxıb Ceyhunun dediyi ünvana getmiş və burada görüşüb birlikdə Nəsimi rayonunda “Şamaxinka” və “3-cü mikrorayon” dairəsi adlanan yerdə yerləşən "xxxx" ASC-nin Binəqədi filialına getmişlər, belə ki, Ceyhun pulu həmin bankda olan hesabından çəkib ona verəcəyini bildirmişdir. O, Ceyhunun avtomobilində gözləmiş, Ceyhun isə həmin filiala girib təxminən 30-40 dəqiqə sonra işini həll edib geri qayıtmış və avtomobilə əyləşən kimi, filialdan götürdüyü 10.000 manat pulu ona təqdim etmişdir. Yerlərindən hərəkət etməmiş avtomobildə pulu sayıb 10.000 manat olmasına əmin olmuş, Ceyhuna artıq narahat olmamasını qısa müddət ərzində müqavilənin təsdiq olunacağını, bu barədə özünün xəbər verəcəyini bildirmişdir. Bundan sonra Ceyhuna onu Azadlıq prospekti tərəfə düşürməsi xahiş etmişdir. Yalandan Ceyhuna həmin tərəflərdə pulu vermək üçün bəzi şəxslərlə görüşəcəyini demişdir. O, Zərərçəkmiş şəxs5 aldığı 10.000 manat və Zərərçəkmiş şəxs4 Mehmetə görə aldığı 10.000 manat, ümumilikdə 20.000 manat pulu öz şəxsi ehtiyaclarına sərf etmiş, öz şəxsi borclarını bağlamaq üçün istifadə etmiş, həmin puldan heç bir vəzifəli şəxsə pul verməmişdir. Belə ki, heç bir vəzifəli şəxsi tanımamış, niyyəti və məqsədi sadəcə həmin pulları ələ keçirmək olmuşdur. 15-20 gündən sonra tikiş işi ilə bağlı ona borcu olan çoxsaylı şəxslərdən borclarını topladıqdan sonra Mehmetə işin alınmadığını deyərək pulları qaytarmağı fikirləşmişdir. Belə ki, tikiş işi ilə bağlı işləri yaxşı getmədiyindən bir çox şəxslərin ona borcları olmuş, borclular borclarını qaytarmadığı üçün özü də borca girmişdir. Tutulmamışdan öncə sonuncu dəfə məhz Zərərçəkmiş şəxs4 yuxarıda qeyd etdiyi 10.000 manat pulu Nəsimi rayonunda “Şamaxinka” və “3-cü mikrorayon” dairəsi adlanan yerdə yerləşən "xxxx" ASC-nin Binəqədi filialının qarşısında almışdır. Bundan başqa Ceyhundan sonuncu dəfə pulu aldıqdan sonra taksi fəaliyyəti məşğul olan tanışı Akif Ağakişiyev ona zəng edərək ortaq tanışları İlqarın həyat yoldaşının vəfat etdiyini və yas mərasiminin Qazaxda olduğunu bildirmişdir. Bu xəbəri eşidib birgə getmişlər. Təxminən 15 sentyabr 2023-cü il tarixdə Akifin avtomobili ilə Qazaxa getmişlər. Həmin vaxt əynində “polkovnik” rütbəli səhra hərbi forması geyinmişdir. Hüzürdə hörmətli bir şəxs kimi iştirak etmək istəmişdir. Habelə Akif də onu “Elmir Əmiraslanov” ad-soyadlı Müdafiə Nazirliyinin “polkovnik”i kimi tanımışdır. Eyni zamanda Akifin avtomobilinin baqajına gündəlik hərbi formanı da qoymuşdur ki, birdən gərək olar. Akiflə hüzürdə iştirak etdikdən sonra axşamı oteldə qalmış, ertəsi günü isə Akif şəhərə qayıtmışdır. O, isə Gəncə şəhərində tikiş işi ilə bağlı müştəri axtarmaq qərarına gəldiyi üçün orada qalmış, özü ilə mülki geyim götürdüyündən şəhərdə mülki geyimdə gəzmişdir. Həmin vaxtlarda Ceyhun ona zəng edib harda olduğunu maraqlanmış, Ceyhuna yalandan işləri ilə bağlı Kəlbəcərə getdiyini demişdir. Bundan sonra elə həqiqətən özündə maraq yarandığından hərbi formanı geyinmiş və Kəlbəcər rayonunun İstisu kəndində getmək qərarına gəlmiş, taksi ilə ora keçməyə icazə verilmədiyindən hərbi forma geyinib həmin yol istiqamətində hərəkət edən təsadüfən seçdiyi bır şirkətin “pikap” maşını ilə postları keçmiş və İstisu kəndində olmuşdur. Onun əynində hərbi forma olduğundan nə postlarda, nə də ki, yol yoldaşı kimi getdiyi “pikap”da olan 2 nəfər şəxs ondan heç bir sual soruşmamışlar, postlarda vəsiqə istənilməmişdir, habelə “pikap”da olan şəxsləri Müdafiə Nazirliyində işlədiyinə inandırmışdır. Həmin şəxslər elə İstisu kəndində iş görən şirkətlərinə məxsus tikinti texnikasına qulluq göstərmək üçün ora getmişlər, elə bir gün ərzində bir yerdə gedibqayıtmışlar. Gəncə şəhərinə gəldikdən sonra Ceyhun onu gəzdiyinə görə Gəncədən birbaşa Ceyhunun yaşadığı Ağcabədi rayonuna gedib müqavilənin gecikməsinin səbəblərini dair yalandan izah verməklə sakitləşdirib və arxayın etmək qərarına gəlmişdir. Əynində olan forma səhra forması olduğundan, habelə Akiflə danışarkən Gəncəyə təkrar gələcəyini bilib avtomobilinə qoyduğu formanı da gətirməsini xahiş etmişdir. Buradan Ağcabədiyə, Ağcabədidən isə Bakıya gedəcəklərini, bunun üçün pul verəcəyəni demişdir. Elə ona görə də, təxminən 17 sentyabr 2023-cü il tarixdə Akif gec gəldiyi üçün Gəncədə yerləşən “Manqal” motelində birgə qalmışlar. Akif danışıq zamanı qohumu Elcan adlı uşağın Goranboy rayonunda yerləşən N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçdiyini, onun əlaqələrindən istifadə edərək Elcanla görüşdürməyini xahiş etmişdir. Buna etiraz etməyib birlikdə həmin hərbi hissəyə gəlmişlər, əynində yenə də səhra hərbi forması olmuşdur. Hərbi hissəsinin qapısına yaxınlaşıb özünü “X17” oğlu kimi “Müdafiə Nazirliyinin Təhlükəsizlik idarəsinin rəis müavini” kimi təqdim etmiş və Elcanla görüşmək üçün xahiş etmişdir. Həmin hərbi hissədə gözləyən zaman oranın 2 nəfər zabiti ona yaxınlaşaraq vəzifəsini təsdiq edən sənəd istəmişlər, ancaq vəsiqə təqdim edə bilmədiyindən, hərbi qulluqçu olmadığından qorxub dərhal Müdafiə Nazrliyinin əməkdaşı olmadığını etiraf etmişdir. Bundan sonra həmin hərbi hissədə müvafiq sənədləşmə aparılmış, ardınca onu hərbi polisin avtomobili ilə Dövlət Təhlükəsizliyi Xidmətinə aparmışlar. Orada isə o, əməlindən səmimi peşmançılıq çəkərək şəxsən və heç bir təsir altından olmayan izahat yazmışdır. Bütün törətdiyi cinayət əməlləri barədə ətraflı məlumat vermiş, habelə istifadə etdiyi saxta formaları, saxta vəsiqələri və saxta sənədləri onlara təqdim etmişdir. Onu ailə üzvləri heç vaxt hərbi formada görməmişlər, hərbi formaları tanışlarının avtomobilində, ya da tikiş sexində saxlamışdır. Ümumiyyətlə ailə üzvlərinin heç biri törətdiyi cinayət əməlləri barədə məlumatları yoxdur. Onu hərbiçi kimi tanıyan şəxslərə özünü Müdafiə Nazirliyinin əməkdaşı “Elmir Əmiraslanov” kimi təqdim etmişdir. Bu barədə də ailə üzvüləri heç nə bilməmişlər. O, hərbi formada olan vaxt heç kəs, o cümlədən hərbi polis tərəfindən sorğuya çəkilməmiş, ondan vəsiqə istənilməmiş, yoxlanılmamışdır. Rütbəsi “polkovnik” olduğu üçün ehtiyat etdiklərini fikirləşmişdir. İlk dəfə ondan vəsiqə elə N nömrəli hərbi hissədə istəmişlər, elə orda da saxlanılmışdır. Saxta sənədləri və vəsiqələri o, Nəsimi rayonundə yerləşən “28 May” metrostansiyasının yaxınlığında yerləşən fotostudiyada düzəltdirmişdir. Oranı təsadüfən seçmiş, işçilərini şəxsən tanımamış, adlarını belə bilməmişdir. Həmin işçilər də hazırlatdırdığı sənədlərin və vəsiqələrin saxta olduqlarını bilməmişlər. O, işlərin çox olması ilə bağlı məcburən onların xidmətinə müraciət etmişdir. Həmin fotostudiyanın adını və nömrəsini bilmir, sonuncu dəfə foto çəkdirmək üçün həmin ünvana getdiyi zaman artıq fəaliyyət göstərmədiklərini görmüşdür. Hər bir sənəd üçün 1-2 manat ödəniş etmişdir. Onun yalnız istifadəsində "xxxx" ASC-yə məxsus “Leokart”ı və "xxxx" kartı olmuşdur. Başqa banklarda hesabı yoxdur kartların nömrəsini xatırlamır, kartların heç birində vəsait yoxdur, hamısını istifadə etmiş, borclarını və şəxsi ehtiyaclarını qarşılamışdır. Həmin kartlarda olan köçürmələrə limit olmamışdır. Doğan adlı şəxs tikinti işləri ilə məşğul olmuşdur. Həmin şəxsin yalnız adını bilmişdir. Telefonunu dəyişdirdiyindən əlaqə nömrəsi silinmişdir. Onun uzun müddətdir Doğan ilə əlaqəsi yoxdur. Üzərində aşkar edilmiş X10 və X21 adlarına hazırlanmış vəsiqələr saxtadır, özü hazırlatmışdır. Salatın tanışı Paşanın qızı, Əli isə tanışı Sahibin oğludur. Paşa və Sahib özləri ondan uşaqların işə düzəldilməsini xahiş etmişlər, ancaq bir tanış kimi heç bir pul almamışdır. Söz vermişdir ki, təmənnasız olaraq X26 Komitəsində, Əlini isə Penitensiar Xidmətində işə qəbul etdirəcəkdir. Həmin vəsiqələri də yalandan düzəltdirmişdir. Bu yol ilə onları inandırmış və əmin etmişdir. Vəsiqələrdə olan şəkilləri özləri ona təqdim etmişlər. Bu üsullar etibarlarını qazanmağı üçün səbəb olmuşdur. Onun istifadəsində 1 ədəd “Redmi” markalı mobil telefon olmuş, daxilində “Azercell” mobil operatoruna məxsus ***-***-**-** mobil nömrəsi olmuşdur. Bütün tanışları ilə, ailə üzvləri ilə, o cümlədən adları yuxarıda qeyd etdiyi şəxslərlə həmin nömrə ilə əlaqə saxlamış, həmin telefonda olan “Whatsapp”dan istifadə edib yazışmışdır. Ələ keçirdiyi bütün pulları işləri ilə yaranmış borclarını bağlamış, habelə şəxsi ehtiyaclarını qarşılamışdır. Əməlindən tam peşmandır, ziyanın bir qismini ödəmişdir, qalanını da qısa müddət ərzində qaytaracağına söz verir. Onun epilepsiya xəstəliyi var, həyəcanlı və əsəbi olduğu halda qıcolma halları yaşayır, bu onun psixioloji vəziyyətinə heç bir təsir göstərmir. Üzərində aşkar edilmiş X4 və X1 barədə xatırladığı qədər ona Paşa Nəsirov vermişdir, həmin şəxslər Paşanın tanışlarının olmasını demiş və münasib iş olduğu halda xəbər verməsini xahiş etmişdir. Həmin ərəfədə başqa işlərlə məşğul olduğu üçün Paşadan sadəcə sənədləri götürmüşdür, ancaq onlarla heç bir formada görüşməmiş və ya danışıq aparmamışdır, pul almamışdır, ümumiyyətlə onlarla tanışlığı belə yoxdur. O, verilmiş ittihamla özünü qismən təqsirli bilir. Belə ki, ona "xxxx" MMC ilə bağlı verilmiş ittihamla razı deyil. Həmin ittiham CPM-nin tələblərinə uyğun deyildir. Bu iş mülki xarakterlidir. Məsuliyyətə cəlb etmə prosessual müddəti ötdüyündən ittihama həmin hissədə xitam verilməlidir. Bundan başqa ona verilmiş digər ittihamlardan Cinayət Məcəlləsinin 320 və 310-cu maddələri ilə özünü təqsirli bilmir. O, nə əməl törətmişsə dələduzluq niyyəti ilə etmişdir. Özü xəstədir, himayəsində azyaşlı uşağı var. Gələcəkdə işləyib bütün ziyanı tam şəkildə ödəmək, həmçinin dövlət nəfinə keçiriləcək 25% ödəyərək məsuliyyətdən tam azad olunmaq niyyətindədir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 ilə bağlı epizodu tam etiraf edir və sonuncuya olan 3000 manat borcunu ödəmişdir. Zərərçəkmiş şəxs2 bağlı epizodu da tam etiraf edir, sonuncudan 17.000 pul götürmüş, hal hazıra kimi 11.000 manatı ödəmiş, Zərərçəkmiş şəxs2 6000 manat borcum qalmışdır. Zərərçəkmiş şəxs4 ümumilikdə 23300 manat ziyan vurmuşdur və həmin ziyanı tam şəkildə ziyanı ödəmişdir. "xxxx" MMC-yə 8000 manat ödəniş etmişdir. Lakin, həmin əməl ittihamda göstərilən qədər deyildir. Ümumiyyətlə həmin iş mülki xarakterli işdir. Aralarında mal dövriyyəsi ilə bağlı müqavilə olmuş, onun öhdəliyi olmuşdur. O, "xxxx" MMC-nin nümayəndəsini aldatmamış, sonuncuya hər hansı vəd verməmişdir. Həmin 8000 manatı da ödməyinin səbəbi mülki mübahisədən irəli gələn məsələlərə görə ödənilmişdir. Həmin zərər 29.000 manat deyil, 22.000 manatdır. Belə ki, ona endirim olunmuş, hətta aralarında elektron qaimə də olmuşdur. "xxxx" MMC-nin məhsullarının üzərində istifadə müddəti 01 ay olduğu göstərilmiş və həmin müddətin bitməsinə az qaldığı üçün mallar ona ucuz qiymətə verilmişdir. Hətta buna görə dövlət onun şirkətinin hesabına vergi yazmışdır. "xxxx" MMC-dən aldığı mallara görə həmin şirkət tərəfindən mallara dair sertifikat verilmədiyindən satışı təşkil edə bilməmişdir. O, Türkiyə Cumhuriyyətinin vətəndaşı Danış Zərərçəkmiş şəxs5 İsa oğluna vurduğu ziyanı tam şəkildə ödəmişdir. O, özünü hər yerdə hər kəsə vəzifəli şəxs kimi deyil, Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, məqsədi isə sadəcə həmin şəxslərdən pul alaraq öz şəxsi ehtiyaclarını ödəmək olmuşdur. Bundan başqa saxta sənədləri o, hazılmamış, həmin sənədlərin heç birində möhür olmamışdır. Buna görə də, onun əməlində Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin tərkibi yoxdur. Sonda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 320-ci maddələri ilə barəsində bəraət hökmünün çıxarılmasını, verilmiş ittihamın "xxxx" MMC hissəsi mülki xarakterli olduğundan həmin hissənin ittihamdan çıxarılmasını, mülki iddianın rədd edilməsini, dələduzluq əməllərinə görə səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərə dəymiş zərəri qismən ödəməsini, zərərçəkmiş şəxslərin bir hissəsi ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, özünün ağır xəstə olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş (mülki iddiaçı) hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, rəhbərlik etdiyi "xxxx" MMC müəssisəsi un və qənnadı məhsullarının istehsalı və satışı ilə məşğuldur. 2023-cü ilin mart ayının ilk günlərində Təqsirləndirilən şəxs adlı bir şəxs ona zəng edərək görüşmək istədiyini demişdir, o həmin şəxslə 2-3 gün sonra görüşdükdə Elvin olduğunu bilmişdir. Elvin ona 7 il öncədən onu tanıdığını bildirmişdir. Elvin özünü satış mütəxəssisi kimi təqdim edib müəssisənin məhsullarının satışında müəyyən hörmət müqabilində köməklik göstərmək istədiyini bildirmişdir. Elvinlə söhbət əsnasında Bakı şəhəri üzrə satış həyata keçirən tanışlarının çox olduğunu bilib bu səbəbdən Elvinin iş təklifini qəbul etmişdir. Elvinin yanında gətirdiyi və satış təmsilçisi kimi təqdim etdiyi 2 nəfər şəxs üçün Bakı şəhərində kirayə ofis tutmağı planlaşdırmışdır, sonradan müəssisənin maddi imkaları yol vermədiyi üçün ofis icarəsi məsələsini təxirə salmışdır. Elvin bir neçə dəfə müəssisəyə gəlib onunla məhsulların satışı barəsində söhbət edib satışı artırmaq məsələsində müxtəlif vədlər verərək etibarını qazanmış, Elvin həmin ərəfələrdə gətirdiyi Nüşrəvan adlı şəxsi hörmətli iş adamı olan "xxxx" MMC-in müdürü Doğan adlı şəxsin satış müdüri kimi təqdim edib Bakı şəhəri üzrə məhsullarının satışını həyata keçirməyi xahiş etmiş, daha sonra müəssisəyə gələn Doğan adlı türk özünü Fövqəladə Hallar nazirinin oğlunun bacanağı kimi təqdim etmişdir, Elvin, Nüşürəvan və Doğan birgə iş görərək müəsissənin məhsullarının satışını edib onlara pul ödəməli olmuşlar. Belə ki, Doğan adlı şəxs onunla söhbət əsnasında məhsulları göndərməyini, hər məhsul göndərəndən 21 gün sonra ödəniş edəcəklərini demişdir. O müəssisənin maliyyə vəziyyəti pis olduğu üçün ilkin olaraq etirazını bildirmişdir. Elvin və Doğan ona 21 gün gözləyəcəyi təqdirdə fabrikə əlavə olaraq 100.000 manat depozit verəcəklərinə söz vermişlər. O da həmin şəxslərə inanaraq razılaşmışdır. Aralarında olan şifahi razılıq əldə etdikdən sonra "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə hazırlanmışdır. Həmin müqaviləni o imzalamış v\ "xxxx" MMC-nin direktorunun imzalaması üçün Elvinə vermişdir. Həmin vaxt MMC-nin anbarının yerləşdiyi Sumqayıt şəhəri Dəmiryol yük həyəti ünvanından 29442.4 manatlıq məhsulu Elvinə təhvil vermişdir. Bir neçə gün sonra Elvindən müqavilənin nüsxəsini ona təqdim etməsini tələb etdikdə Elvin müxtəlif bəhanələr gətirərək müqaviləni ona gətirməmişdir. Daha sonra o israrla müqavilə tələb etdiyi zaman Elvin ona özünün şirkəti ilə müqavilə bağlanmasını təklif etmişdir. O da razılaşmışdır. Bundan sonra "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə imzalanmışdır. Buna baxmayaraq Elvin verdiyi vədə əməl etməyərək məhsulun pulunu ödəməmişdir. O bundan sonra Elvinin onun etibarından sui istifadə edərək məhsulu ələ keçirib sataraq pulu öz maraqları üçün xərclədiyini bildikdən sonra Elvinə dəfələrlə zəng edərək pulu və ya məhsulu vermələrini tələb etdikdə Elvin hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlaya bilmədiyinə görə "xxxx" MMC ilə müqavilə bağlamışdır. Sonda zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını, dəymiş ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində tanışı Paşa Nəsirovun vasitəsi ilə tanımışdır. Paşa ilə söhbət əsnasında özünə münasib iş axtarışında olduğunu bildirmişdir. Bu zaman Paşa özünün əslən Naxçıvanlı olmasını, şərabçılıqla məşğul olmasını, dost-tanışının çox olmasını, istədiyi halda ona münasib iş tapmaqda köməklik göstərə biləciyini bildirmiş, onun mobil nömrəsini öz telefonunda qeyd etmiş, ardınca sağollaşmışlar. Təxminən 1 həftə sonra 2023-cü ilin iyun ayının əvvəllərində tanımadığı nömrədən ona zəng gəlmiş, cavab verdikdə danışan şəxsin Paşa olmasını bilmişdir. Paşa ona məlumat vermişdir ki, özünün “Elmir” adlı tanışı var, həmin şəxs Müdafiə Nazirliyində işləyir, rütbəsi polkovnikdir, onun barəsində ona məlumat verib, əgər nə vaxtsa elə Paşa ilə tanış olduqları parkın yanında yerləşən “Taxtalı” kafesinə gəldiyi halda onu həmin “Elmir”lə tanış edə bilər. O da buna etiraz etməmiş, Paşaya elə həmin gün dostu ilə “Taxtalı” kafesinə gəlmək niyyətində olduqlarını bildirmişdir, Paşa da həmin kafedə “Elmir” adlı tanışı ilə olacağını bildirmişdir. Həmin zəng olunan günü dostu ilə “Taxtalı” kafesinə getmişlər, içəri girən kimi, Paşa ilə bir nəfər şəxsin mülki geyimdə oturmasını görmüşdür. Onlara yaxınlaşıb salamlaşdıqda Paşanın yanındaki şəxsin dediyi “Elmir” adlı şəxsin olmasını bilmişdir. Tanışlıq yarandıqdan sonra əsl adı Təqsirləndirilən şəxs olan “Elmir” onunla çölə çıxıb iş barədə söhbət etməyi təklif etdiyi üçün ikilikdə kafedən çıxıb kafesinin qarşısında dayanmış və söhbət etmişlər. Elvinlə təklikdə olarkən Elvin ona Müdafiə Nazirinin köməkçisi olduğunu, polkovnik rütbəsində olduğunu ona bildirmiş, həmçinin 1-2 saniyəlik cibindən vəsiqə kimi sənədi çıxarıb ona nümayiş etdirmiş, vəsiqədə onun şəklini, “Müdafiə Nazirliyi” və “polkovnik” rütbəsi yazılarını görmüşdür. Soyadı isə “Əmiraslanov” qeyd olunmuşdur. Elvin ona Paşanın iş axtardığını bildirmiş, istədiyi halda müəyyən məbləğdə pul qarşılığında onu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlməyi üçün köməklik göstərə biləcəyini, həmin pulu dediyi qurumda işləyən tanışlarına verəcəyini və onların vasitəsi ilə onu işə qəbul etdirə biləcəyini bildirmişdir. Bundan sonra öz ***-***-**-** saylı mobil nömrəsini ona vermiş, qərar verdiyi halda zəng etməyini bildirmiş və Paşaya aralarında olan söhbət barədə deməməyini tapşırmışdır. Ardınca isə içəri keçmiş, dostu ilə başqa masaya keçmiş, çay içib çıxıb getmişlər, Paşa ilə Elvin isə əvvəldən əyləşdikləri masada oturub söhbət etmişlər. Özü isə evdə bu barədə heç bir kəsə xəbər verməmişdir. Təxminən 2 gün sonra özündə maraq yarandığından işə düzəlmək üçün verilməli olan məbləği soruşmaqdan ötrü Elvinə zəng etmiş, Elvin telefonda bu barədə danışmaq istəmədiyi üçün ona yenə də “Taxtalı” kafesinin yaxınlığında yerləşən parka gəlməyini bildirmişdir. Elə həmin gün Elvinlə vaxtı dəqiqləşdirib parkda ikilikdə görüşmüşlər, görüşdə Elvin, yenə mülki geyimdə olmuşdur. Əsl adı Təqsirləndirilən şəxs olan “Elmir” ona tanışlarına verməsi üçün 17.000 manat pul lazım olmasını, bunun müqabilində onu iş ilə təmin etdirə biləcəyini, həmçinin pulu Elvinə hissə-hissə verə biləcəyini bildirmişdir. Görüşləri qısa müddət çəkmiş, görüş zamanı Elvin yüksək vəzifəli şəxslərin adlarını çəkərək güya hamısı ilə dost-tanış olduğunu bildirmişdir. Bu görüşdən sonra atasına məlumat vermiş, atası onun fikrinə isti yanaşmış, pulu toplayıb Elvinə verməyi üçün ona verəcəyini demişdir. Buna görə də, Elvinə zəng etmiş 1-2 gün sonra pul topladıqda xəbər edəcəyini bildirmişdir. Daha 3 gün keçdikdə atası tanışlarından borc olaraq 4.000 manat pul götürüb evdə ona vermişdir, Elvinlə danışıb və görüşə biləcəyini demişdir. Elvin özünü hərbiçi kimi təqdim etdiyi və inadırıcı tanışdırığı üçün, həmçinin Paşa ilə tanış olduğu üçün o, Elvinə inanmışdır. 2023-cü ilin iyun ayının təxminən 10-15-i arasında Elvinlə zəngləşmiş və görüşməyi təklif etmişdir, zəngləşdikləri günün ertəsi Elvinlə ikilikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Taxtalı” kafesinin yanındaki parkda görüşmüşlər, ayaqüstə qısa söhbət etmişlər və əlbə-əl Elvinə üstündə gətirdiyi 4.000 manat pulu vermişdir. Elvin pulu götürüb cibinə qoymuş və demişdir ki, həmin pulu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyən tanışına verəcək, tanışı “hə” cavabını verdikdən sonra ona müvafiq sənədləri toplamağını deyəcək, özü ona zəng edəcək. Bundan 1 gün sonra isə Elvin ona sms yazaraq tərcümeyi-hal yazmağını, hərbi biletinin surətini, sağlamlıq haqqında arayışı, diplomunun surətini, şəxsiyyət vəsiqəsinin surətini və 3x4 ölçüdə 06 ədəd şəkil hazırlamağını tapşırmışdır. Həmin sənədləri 2-3 gün ərzində hazırlayaraq Elvinə zəng etmiş, sonuncunun təklifi ilə təkrarən “Taxtalı” kafesinin yanındakı parkda ikilikdə görüşərək sənədlərini Elvinə verib sağollaşmışlar. Elvin ona sənədləri tanışına verəcəyini, özünün zəng edəcəyini və səbrli olmağını bildirmişdir. Sonraki 1 ay ərzində bir neçə dəfə Elvinə yazmış və zəng etmiş, işlərin nə yerdə olması barədə maraqlanmışdır. Elvin hər dəfə onu “Taxtalı” kafesinin yaxınlığında olan parka çağırmış, orada görüşüb qısa söhbət etmişlər, hər dəfə Elvin ona səbrli olmağını, bu cür işlərin bir müddət çəkəcəyini izah etmişdir. 2023-cü il iyul ayının 10- 15-i aralığında Elvinə ona zəng edərək görüşə çağırmış, həmişəki parkda görüşdükdə Elvin əlavə olaraq 8.000 manat pul verməyini tapşırmışdır. Belə ki, telefonda Elvin pul barədə söhbət etməmişdir. Görüş zamanı Elvin adının artıq işə qəbuldan öncə Ədliyyə orqanlarına işə qəbul üçün hazırlıq kurslarına yazıldığını, bir müddət sonra xəbər veriləcəyini bildirmişdir. O da buna etiraz etməmiş, həmin gün evə gedib atasına məlumat vermiş, atası tanışlarından yenə borc olaraq 8.000 manat pul götürüb Elvinə verməyi üçün ona təqdim etmiş, o da bu barədə Elvinə zəng edib məlumat verdikdə bu dəfə onu Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Salyanski Kazarma” adlanan hərbi hissənin qarşısına gəlməyini tapşırmışdır. Həmin ünvana avtobusla gəldikdə Elvinin həmin hərbi hissənin keçmiş Topraq Komitəsi ilə üzbəüz olan girişindən çıxmasını görmüşdür, ancaq girişdə heç bir hərbiçi olmamışdır. Elvinin əynində həmin vaxt gündəlik hərbi forma olmuş, rütbəsinə fikir verdikdə “polkovnik” olmasını görmüşdür. Elvinin təklifi ilə biraz kənara çəkilib məhlələrin içərisində cibində gətirdiyi 8.000 manat pulu ikilikdə nağd olaraq Elvinə vermişdir. Elvin görüş zamanı kursların 01 avqust 2023-cü il tarixdə başlayacağını, yerdə qalan 5.000 manat iyul ayının sonunda zəng etdiyi vaxt verməyini bildirmişdir. O da buna etiraz etməmişdir. Evə gəldikdə atasına bu barədə məlumat vermiş, atası da yenə borc olaraq tanışlarından 5.000 manat pul götürüb evdə hazır qoymuşdur. 2023-cü ilin iyul ayının təxminən 25-30 tarixləri arasında Elvin ona zəng etdmiş və “Taxtalı” kafesinin yanında görüşməyi təklif etmiş, yerdə qalan pulu gətirməyini tapşırmışdır. O da evdən həmin 5.000 manat pulu götürüb Elvinlə həmin parkda ikilikdə görüşmüş və pulu nağd olaraq Elvinə vermişdir. Görüş zamanı Elvin ona kursun 01 avqust 2023-cü il tarixdə başlayacağını, 01 oktyabr 2023-cü il tarixdə yekunlaşacağını və elə həmin tarixdə əmrimin veriləcəyini, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Kadrlar idarəsində gizir rütbəsi ilə müvafiq vəzifəyə təyin ediləcəyimə vəd vermiş, kurs rəisi ilə danışdığını və heç kursa da getməyə ehtiyacın olmamasını izah etmişdir. O da Elvinin dediklərinə tam inanmış və etibarı olduğundan deyilən vaxtı gözləməyə başlamışdır. Həmçinin bu barədə valideynlərinə də xəbər vermişdir. Sonraki müddət ərzində Elvinlə “Whatsapp” mobil tətbiqi ilə yazışmış, işlərin qaydasında olub-olmamasını soruşmuş, Elvin isə hər şeyin qaydasında olduğunu deyib səbrli olmağını və dediyi tarixi gözləməyini demişdir. Hətta 2023-cü ilin sentyabr ayında Elvin ona “Whatsapp” sosial şəbəkəsi ilə onun şəkli olan xidməti vəsiqəsinin şəklini göndərmiş, şəkilə baxdıqda vəsiqədə ad soyadının, Ədliyyə Nazirliyi Penitensiar Xidməti sözlərinin qeyd olunmasını, rütbə qrafasında “gizir” yazılmasını, vəzifə qrafası qarşısında “Bölmə rəisinin köməkçisi” deyə yazılmasını görmüşdür. Həmin foto sms bir dəfə baxdıqdan sonra yoxa çıxdığından telefonunun yaddaşında qalmamışdır. O da şəkli görüb sevinmişdir, Elvinin düz adam olduğunu düşünmüşdür. Qeyd etmişdir ki, Elvinin özü ilə son görüşləri elə sonuncu dəfə Elvinə 5.000 manat pul verərkən baş tutmuşdur. Elvin həmin vaxtlarda cəbhə bölgəsində gərginlik olması ilə bağlı rayonda olduğunu, telefonuna cavab verməyəcəyini demişdir. 19 sentyabr 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ona zəng edilərək həmin Xidmətin inzibati binasına dəvət edilmişdir. Həmin idarəyə getdikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ona Müdafiə Nazirliyinin əməkdaşı və polkovnik rütbəli zabiti kimi “Elmir Əmiraslanov” deyə tanıdığı şəxsin həqiqətdə Təqsirləndirilən şəxs olmasını, sonuncunun heç bir yerdə işləməməsini, heç bir vəzifə və ya rütbə daşımaması məlum olmuşdur. Belə ki, Elvin həmin xidmətin əməkdaşları tərəfindən saxta vəsiqə, sənədlər və hərbi formadan istifadə etməsi ilə bağlı saxlanılmış, onunla yanaşı bir çox şəxsə qarşı dələduzluq edərək aldatması müəyyən edilmişdir. Həmin idarəyə Elvinin özünü də görmüş, orada ona qarşı dələduzluq edərək 17.000 manat pulunu ələ keçirməsini təsdiq etmişdir. Belə ki, Elvin ona özünü yalandan yüksək vəzifəli şəxs kimi təqdim edərək müxtəlif bəhanələrlə pullarını ələ keçirmişdir. Həqiqətdə isə Elvin hər hansı bir iş görməmiş, hər hansı bir şəxslə görüşməmiş, pul verməmiş, ondan aldığı pulları özünə götürmüşdür. Onu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işlə təmin olunacağını vəd vermənisə görə Elvinə birinci 4.000 manat, ikinci dəfə 8.000 manat, üçüncü dəfə isə 5.000 manat, ümumilikdə 17.000 manat pul vermişdir. Elvin onun 17.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. O, pulu Elvinə ikilikdə verdiyi üçün Paşa Nəsirovun bundan xəbərinin olub-olmamasını bilməmişdir, Paşanı sonuncu dəfə Elvinə pul verməmişdən əvvəl görmüşdür. Elvin ona tapşırmışdır ki, Paşaya heç bir söz deməsin. Təqsirləndirilən şəxs işləri konkret olaraq kimin vasitəsi ilə həll edəcəyi barədə məlumat verməmiş və kiminsə adını çəkməmişdir. Elvin sadəcə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində güya tanışlarının olmasını, ondan aldığı pulu həmin tanışlarına verəcəyini bildirsə də, həmin şəxslərin adlarını və vəzifələri ona deməmişdir. Özü də Elvindən bu barədə heçnə soruşmamışdır. Ondan aldığı pulları da adlarını çəkmədiyi və yüksək vəzifədə işləyən tanışlarına verəcəyəni bildirmiş, lakin həmin şəxsləri o, görməmiş və tanımamışdır. Ümumiyyətlə Elvinin kiminləsə danışdığına inanmamış, Elvinin fikri məhz pulu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş onun adına olan 01 ədəd vəsiqəyə baxıb Təqsirləndirilən şəxs şəklini çəkib “Whatsapp” sosial şəbəkəsi ilə ona göndərdiyi vəsiqə olduğunu təsdiq etmişdir. Elvin bu üsul ilə onu aldatmış və özünə inandırmışdır. Onunla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən heçkəs əlaqə saxlamamış, hər hansı bir qəbula dəvət edilməmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan ona 11.000 manat ödənildiyini, qalan 6.000 manat maddi ziyanı tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin təxminən mart-aprel aylarında ailəvi dostluğu olan Paşa Nəsirovun vasitəsi ilə tanımışdır. Belə ki, həmin ərəfələrdə yaşadığı evin yaxınlığında yerləşən “Taxtalı” kafesində Paşa ilə çay içib söhbət edərkən yanına həmin Elvin gəlmişdir. Elvini ona Paşa təqdim etmiş, deməsindən bilmişdir ki, Paşa ilə Elvin bir müddət öncə tanış olmuşlar. Elvin görüş zamanı öz ad soyadını “Elmir Əmiraslanov” kimi təqdim etmişdir, Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində işlədiyini demiş, həmçinin özünü “Elmir” kimi təqdim edən Təqsirləndirilən şəxs polkovnik rütbəli gündəlik hərbi formada olmuşdur. Elvin Paşanın tanışı olduğundan dediklərinə hər hansı bir şübhə ilə yanaşmamış, dediklərinə inanmışdır. Paşanın özü də Elvini “Elmir Əmiraslanov” kimi tanımışdır, Müdafiə Nazirliyində işləməsini fikirləşmişdir. Bu minvalla tanış olub həftədə 1-2 dəfə “Taxtalı” kafesində olduğu zamanlar Elvini də orada görmüşdür, Paşa ilə birgə olduğu vaxtlarda birgə oturub çay içmiş, söhbət etmişlər. Elvin əslən Naxçıvanlı olmuşdur. Münasibətləri dostluq deyil, sadəcə tanış kimi normal olmuşdur. Görüşlər zamanı Elvin döyüşlər barədə danışmış, müharibədə yaşadığı və gördüyü hadisələri yada salmış, hətta kövrəlib ağlamışdır. 2023-cü ilin iyul ayının əvvəllərində yenə də Bakı şəhəri, Sabunçu rayonunda, “Razin” stansiyasının yaıxınlığında yerləşən “Taxta” kafesində Paşa ilə oturub çay içərkən Elvin yanlarına gəlmiş, həmin görüşdə də Elvinin əynində hərbi forma olmuşdur. Söhbət zamanı oğlu xx.xx.2003-cü il təvəllüdlü X5 2022-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətdən qayıtması, hazırda oğlu üçün münasib iş axtardığı barədə söhbət etmişdir. Həmin zaman Elvin ona bildirmişdir ki, istədiyi halda oğlu Fərzalının işə düzəlməsindən köməklik edə bilər, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında işləyən yaxın tanışları var, istədiyi halda oğlu barədə həmin tanışları ilə danışa bilər. Ona etibar etdiyi və inandığı üçün bu fikirə müsbət yanaşmış, Elvindən köməklik göstərməsini xahiş etmişdir. Elvin söhbət zamanı oğlu Fərzalını işə düzəltmək üçün tanışlarına müəyyən məbləğdə pul verilməsini izah etmiş, o buna heç bir etiraz etməmiş, gücü çatan məbləğ olduğu halda pul verə biləcəyini bildirmişdir. Elvin onun mobil nömrəsini öz telefonunda qeyd etmiş və tanışları ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir-iki gün sonra Elvin ona zəng edib oğlu Fərzalıya dair tərcümeyi-hal, poliklinikadan sağlamlıq haqqında arayış və 3x4 ölçüdə fotoşəkilləri hazırlamasını, həmçinin Milli Qvardiyadə işləyən tanışları ilə danışdığını, oğlunun işə düzəlməsi üçün həmin şəxslərə 6.000 manat pul verilməsini bildirmişdir. Həmin pulu verməyə gücü çatdığından xəbərə sevinmişdir. Elvinin dediyi sənədləri hazır etdikdən sonra Elvinlə zəngləşmiş və təklifi ilə “Taxtalı” kafesinin yaxınlığında görüşmüşlər. Daha sonra Elvin ondan Xətai rayonu, Zığ şossesində yerləşən C.Naxçıvanki adına Hərbi Liseyə birlikdə gedib orada düşürməsini xahiş etmiş, oğlunun sənədlərini ondan götürmüş və demişdir ki, həmin liseydə oğluna “gizir hazırlığı kurs”una göndəriş alacaqdır. Elvinlə birlikdə həmin liseyin yaxınlığına getmişlər, avtomobili məhlə arasında bir yerdə saxlamış, Elvin avtomobildən enib liseyə getdiyini bildirmişdir. Avtomobili saxladığı yer aralı olduğundan Elvinin liseyə həqiqətən gedib-getməməsini görməmişdir. Həmçinin, həmin görüşdə də Elvin hərbi formada olmuşdur. Təxminən 1 saat sonra Elvin avtomobilə qayıtmış və ona bir sənəd təqdim etmiş, sənədə baxdıqda oğlunun “gizir hazırlıq kurs”larına başlamasına etiraz edilməməsi haqqında qeydlər və imzalar olmuşdur. Elvin sənədi ona nümayiş etdirsə də özündə saxlamış və həmin sənədi kurs keçirələcək yerə təqdim edəcəyini bildirmişdir. Bundan sonra təkrarən “Taxtalı” kafesinə tərəf qayıdıb sağollaşmış və Elvin ona bir neçə gün sonra zəng edib xəbər verəcəyinə söz vermişdir. Təxminən 20-21 iyul 2023-cü il tarixlərdə Elvin ona zəng etmiş, oğlunun kursa yazılması xəbərini vermiş və razılaşdıqları 6.000 manat puldan 1.500 manatını verməyini istəmişdir. Elə həmin gündə, yəni təxminən 20-21 iyul 2023-cü il tarixlərdə Elvinlə ikilikdə “Taxtalı” kafesində görüşüb nağd olaraq evdə topladığı 1.500 manat pulu vermişdir. Elə ayaqüstə qısa söhbət etmişlər, Elvin ona əlavə xəbər verəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra Elvin ona zəng etmiş, həmçinin “Whatsapp” sosial şəbəkəsi ilə ona oğlunun şəkli olan xidməti vəsiqəsinin şəklini göndərmiş, şəkilə baxdıqda vəsiqədə oğlunun “Xüsusi Mühafizi xidməti”ndə “Baş gizir” rütbəsində “Baş mühafizəçi” vəzifəsində işləməsini qeyd edilməsini görmüşdür, həmçinin vəsiqədə oğlunun 3x4 ölçüdə şəkli olmuşdur. Həmin foto-sms bir dəfə baxdıqdan sonra yoxa çıxdığından telefonunun yaddaşında qalmamışdır. Elvin həmin vəsiqəni ona göndərmək məqsədi oğlunun işə qəbul edilməsinə onu inandırmaq olmuşdur. Vəsiqənin şəklini görüb sevinmiş, Elvinin tutduğu vədə əməl etdiyinə inanmışdır. Elvin zəng zamanı ona görüşməyi təklif etmiş və yerdə qalan 4.500 manat pulu gətirməyini tapşırmışdır. Bununla əlaqədar elə həmin gün, yəni 2023-cü ilin iyu ayının sonlarında Elvinlə ikilikdə yenə də “Taxtalı” kafesində görüşüb Elvinə nağd olaraq 4.500 manat pul vermiş, həmin görüşdə də Elvin hərbi formada olmuşdur. Görüş zamanı Elvin ona oğlu Fərzalının adını yazdırdığı “gizir hazırlığı kurs”ları təxminən 1 ay müddətində keçirildiyi üçün 25 avqust 2023-cü il tarixdə bitəcək, kurs rəhbəri ilə danışdığı üçün heç oğlunun kursa getməyinə ehtiyac olmadığını bildirdi, kurs bitdikdən sonra müvafiq şəhadətnaməni aldıqdan sonra onunla və oğlu ilə birlikdə Milli Qvardiyaya gedəcəklərini bildirmişdir. Elvinin dedikləri onda heç bir şübhə yaratmadığından dedikləri ilə razılaşmış, avqust ayının 25-ni gözləmişdir. Həmin müddət tamam olduqdan sonra Elvinlə telefonla zəngləşmiş, Elvin ona kursun bitdiyini məlumatını vermiş, ancaq hazırda cəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar Bakı şəhərində olmadığını, cəbhə bölgəsində olduğunu deyib səbrli olmağını xahiş etmiş və geri qayıtdığı zaman ona xəbər edib görüşəcəyini, birlikdə oğlunun işə qəbul olması ilə bağlı prosedura yekun vuracağını, kursdan şəhadətnaməni götürüb Milli Qvardiyaya gedəcəklərinə söz vermişdir. Növbəti günlər ərzində ara-sıra Elvinlə ya zəngləşmiş, ya sms yazmış, vəziyyət barədə maraqlanmışdır, Bakıya qayıdıb-qayıtmaması ilə bağlı sual vermişdir. Elvin isə hər səfərində geri qayıtmadığını, danışa bilmədiyini demiş, ara-sıra isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişdir. Bir müddət sonra isə öz-özlüyündə Elvinə qarşı şübhələri yaranmış, ancaq bu barədə heçkəsə heçnə deməmişdir. 19 sentyabr 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ona zəng edilərək həmin Xidmətin inzibati binasına dəvət edilmişdir Həmin idarəyə gəldikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ona Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin rəis müavini və polkovnik rütbəli zabiti kimi “Elmir Əmiraslanov” deyə tanıdığı şəxsin həqiqətdə Təqsirləndirilən şəxs olmasını, sonuncunun heç bir yerdə işləməməsini, heç bir vəzifə və ya rütbə daşımaması məlum olmuş. Belə ki, Elvin həmin xidmətin əməkdaşları tərəfindən saxta vəsiqə, sənədlər və hərbi formadan istifadə etməsi ilə bağlı saxlanılmış, onunla yanaşı bir çox şəxsə qarşı dələduzluq edərək aldatdığını müəyyən edilmişdir. Həmin idarəyə Elvinin özünü də görmüş, orada ona qarşı dələduzluq edərək 6.000 manat pulunu ələ keçirməsini təsdiq etmişdir. Belə ki, Elvin yalandan ona özünü yüksək vəzifəli şəxs kimi təqdim edib müxtəlif bəhanələrlə pullarını ələ keçirmişdir. Həqiqətdə isə Elvin hər hansı bir iş görməmiş, hər hansı bir şəxslə görüşməmiş, pul verməmiş, ondan aldığı pulları özünə götürmüşdür. Bu hadisə barədə dostu Paşa ilə söhbət edən zaman sonuncunun da Elvinin qanunazidd hərəkətləri barədə məlumatsız olduğunu öyrənmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona köməklik göstərəcəyi işləri konkret olaraq kiminsə vasitəsi ilə həll edəcəyi barədə məlumat verməmiş və kiminsə adını çəkməmişdir. Elvin sadəcə Milli Qvardiyada güya tanışlarının olmasını, ondan aldığı pulu həmin tanışına verəcəyini desə də həmin şəxsin adını və vəzifəsini ona deməmişdir. Özü də Elvindən bu barədə heçnə soruşmamışdır. Ondan aldığı pulları da adlarını çəkmədiyi və yüksək vəzifədə işləyən tanışlarına verəcəyəni bildirmiş, ancaq həmin şəxslər o görməmiş və tanımamışdır. Ümumiyyətlə Elvinin kiminləsə danışdığına inanmamış, Elvinin fikri məhz pulu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Ona Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş X5 adına hazırlanmış 01 ədəd vəsiqə təqdim edildiyi zaman vəsiqəyə baxıb bildirmişdir ki, Elvin məhz həmin vəsiqənin şəklini çəkib “Whatsapp” sosial şəbəkəsi ilə ona göndərmiş, bu üsul ilə onu aldatmış və özünə inandırmışdır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan ona 3.000 manat ödənildiyini, qalan 3.000 manat maddi ziyanı tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı Nərgiz Mukimovanın qaynatası Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin iyul ayında Bakı şəhərində olarkən Sahibin dəvəti ilə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən “Pürrəngi” adlı çay evinə gəlmiş, ora gəldikdə Sahibin yanında olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, söhbət zamanı Sahibin də Elvin ilə bir neçə ay öncə ortaq tanışlar vasitəsi ilə tanıdığını bilmiş, görüş zamanı Elvin öz ad-soyadını “Elmir Əmiraslanov” kimi təqdim etmiş, Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində işlədiyini demiş, həmçinin özünü “Elmir” kimi təqdim edən Təqsirləndirilən şəxs polkovnik rütbəli gündəlik hərbi formada idi. Görüş zamanı ümumi söhbətlər etmişlər. Ümumi söhbətlər edən zaman Sahib onun Ağcabədi şəhərində tikdiyi 2 mərtəbəli bina üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy alıb-almamasını maraqlanmış, Sahibə cavabında rəyin gecikdirildiyini bildirmişdir. Belə ki, həmin görüşədək o, şəxsi ehtiyacları üçün şəxsi vəsaiti hesabına ünvan 10 ünvanında 2 mərtəbəli obyekt tikdirmişdir, həmin obyekt üçün çıxarış almaq niyyətində olduğu üçün ilk öncə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyindən rəy almalı idi, həmin quruma rəy üçün müraciət etmiş və rəyi gözləyirdi, ancaq rəy alınması prosesi müddət baxımından çox çəkirdi, baxmayaraq ki, bütün tələbləri tam yerinə yetirmişdir. Bu barədə Sahibə məlumat verdikdə Elvin məsələ ilə bağlı maraqlanmış və ona istədiyi halda Fövqəladə Hallar Nazirliyində tanışlarına zəng edərək rəyin alınmasını tezləşdirə biləcəyini bildirmişdir. O, bu xəbərə sevinib Elvindən köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Elvin elə onun yanında Fövqəladə Hallar Nazirliyində işləyən kimi qeyd etdiyi, lakini adını demədiyi bir şəxsə zəng etmək üçün mobil telefonunu qulağına qoymuşdur. Bilməmişdir Elvin həqiqətən kiməsə zəng etdi yoxsa yox. Elvin 1-2 dəqiqə ərzində telefonla danışan kimi danışdıqdan sonra ona məsələni yoluna qoyacağını, 1-2 gün sonra ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra Elvinlə bir-birilərinin əlaqə nömrələni götürmüşlər. Təxminən 1-2 gün sonra Elvin ilə zəngləşmişlər, sonuncu ona tanışları ilə danışdığını, rəy üçün lazımi köməklik göstəriləcəyini bildirmişdir. Eyni zamanda qohumu Sahib də ona zəng edərək Elvinin zəng etdiyini, sonuncunun Fövqəladə Hallar Nazirliyində işləyən adını çəkmədiyi tanışlarına rəyin müsbət verilməsi üçün 3.600 manat məbləğində pul verilməsini deməsini xəbər vermişdir. O, buna etiraz etməmiş, çünki Elvin hərbiçi olmasına görə onun etibarını qazanmışdı, Elvinə inamı yaranmışdır. Sahibə müsbət cavab verdikdən biraz sonra Sahib ona Elvinlə danışdığını xəbər vermiş, sonuncuya məxsus 2 ədəd bank kartının şəklini çəkib göndərmişdir. Əvvəlcədən pulu hissə-hissə verəcəyini dediyi üçün təxminən 1 həftə ərzində o, həm Bakıda, həmdə Ağcabədi şəhərində olarkən Elvinə məxsus kimi ona göndərilmiş 2 ədəd bank kartlarına 800 manat bir, 600 manat bir, 1200 manat bir, 400 bir və sonuncu dəfə 600 manat, ümumilikdə 3.600 manat pulu “Milliön” ödəniş terminalları vasitəsi ilə göndərmişdir. Sonuncu dəfə pulu xatırladığına görə, 2023-cü ilin iyul ayının sonlarında göndərmişdir. Pulu tam göndərdikdən 3-4 gün sonra isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin xidməti nömrəsinə zəng etmiş, müraciət nömrəsini demiş və oradan ona rəyinin hazır olduğu bildirildiyindən Nəsimi rayonunda yerləşən idarələrinə yaxınlaşıb müvafiq rəyi əldə etmişdir. Həmin rəyi aldıqdan sonra Elvinə etibarı daha da artmış, belə ki, həmin rəyin müsbət alınmasında Elvinin rolu olmasını fikirləşmiş, həmdə ki, Elvinin hərbiçi olmasını düşündüyü üçün tanışlıqlarına əhəmiyyət vermişdir. Həmin rəyi aldıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “istismara hazırdır” barədə sənəd alınmalı idi. Elvin ilə münasibətləri yarandığından və Elvinin yuxarıda qeyd etdiyi sənədin müsbət alınmasında rolu olmasını fikirləşdiyi üçün telefon danışığı zamanı aralarında olan söhbətdə Elvin həmin sənədində alınmasında köməklik göstərə biləcəyini demiş və özünə onu inandırıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyən tanışları ilə danışacağını demişdir. Bu söhbət 2023-cü ilin avqust ayında olmuş, Elvin təkrarən ona zəng edib tanışları ilə danışdığını, həmin adlarını çəkmədiyi şəxslərə verilməsi üçün 700 manat pul verilməli olmasını izah etmişdir. Bununla əlaqədar Elvinlə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində ilk dəfə görüşdükləri və tanış olduqları kafedə ikilikdə görüşüb şəxsən əlbəəl 700 manat pulu Elvinə vermiş, Elvin pulu aldıqdan sonra narahat olmamasını, bir müddət səbrli olmasını, sənədləri qaydasına qoyub lazımı “istismara hazırdır” aktını əldə edəcəyinə söz vermiş, həmçinin obyektinin sənədlərinin surətlərini ondan götürmüşdür. Buna görə də, o, Elvindən xəbər gözləmişdir. Bu görüşdən bir neçə gün sonra Elvinlə demək olar ki, tez-tez görüşürdülər, ünsiyyət və münasibət saxlayırdılar, axşamlar oturub çay içib çörək yeyərdilər. Bəzi vaxtlarda Elvinin qaldığı Sabunçu rayonunda yerləşən “Taxtalı” adlı kafedə əyləşərdilər. Görüşlər zamanı elə ikisi olardılar, Elvinlə söhbət edən zaman onda mədəni, dünyagörüşlü və savadlı biri olması təəsüratı yaratmışdır. 2023-cü ilin təxminən avqust ayının sonlarında-sentyabr ayının əvvəllərində Elvinlə birgə oturub çay içən vaxt sonuncu onun Ağcabədiyə qayıtdığını bilib özünün də oralıqda yerləşən hərbi hissələrdə işinin olduğunu deyib özü ilə aparmasını xahiş etmişdir. Buna etiraz etmədiyi üçün bir gün sonra Elvinlə Ağcabədiyə gəlmişlər, Elvin əyninə hərbi formasını geyinmişdir. Yolda olarkən Elvin qanıqara idi, soruşduqda Elvin özünə məxsus tikiş fabrikində vergi ilə bağlı çətinlik yaşadığını, mal almış müştərilərin pulu gecikdirdikləri üçün vergi borcunu bağlamaqda çətinlik yaşadığını bildirmişdir. Belə ki, müştərilər Elvinə pulu bir neçə gün sonra köçürmə qaydasında verəcəkdilər, 4.500 manat civarında olan vergi borucunu isə ən tez müddətdə bağlamalı idi. Elvin ondan həmin məbləğdə borc verə bilib-bilməyəcəyini maraqlanmış, Elvinə etibarı olduğundan Elvinin xahişinə müsbət cavab vermiş və borc verə biləcəyini bildirmişdir. Həmin söhbətlərlə yanaşı Elvinlə yolboyu Bakı şəhəri, Yasamal rayonunda inşa olunan “MİDA” kompleksində ailəsi üçün yeni mənzil almaq istəyi ilə bağlı planlarından söhbət edirdi, belə ki, anası uzun müddət əmək stajı olduğundan “MİDA”-da mənzil almaq üçün qeydiyyatda idi. Elvin bunu bildiyi üçün onun istədiyi halda bu məsələdə də köməklik göstərə biləciyini bildirmişdir. Bu dəfə də Elvinə inanıb xahiş etmişdir ki, bacardığı halda köməklik etsin. Ağcabədi şəhərinə çatıb Elvini otellərin birində yerləşdirdikdən sonra birgə oteldə yerləşən restoranda oturub çörək yeyərkən Elvin tanışları ilə danışdığını, 3 otaqlı mənzil ilə təmin olunmaq üçün 4.500 manat pul verilməli olmasını bildirmiş, pulu həmin tanışlarına verəcək. Elvinə etibarı olduğundan dedikləri ilə razılaşmış, ona görə də, elə evdən ümumi olaraq 9.000 manat pulu götürüb Ağcabədi şəhəri, H.Əliyev prospektində şəxsi avtomobilində əlbə-əl ikilikdə Elvinə vermişdir. Bu zaman Elvinlə avtomobildən enib yaxınlıqda yerləşən “Neptun” marketə daxil olmuşlar, Elvin 4.500 manat pulu “Milliön” ödəniş terminalı ilə tanışının kartına göndərmiş, Elvin həmin kart sahibinin “MİDA”-dan mənzil alması üçün onlara köməklik göstərəcək şəxsin olmasını izah etmiş, digər 4.500 manat pulu isə xatırladığı qədər, üzərində saxlamışdır. Elə həmin gün Elvin Gəncə şəhəri istiqamətində gedəcəyini, oralıqda yerləşən hərbi hissələrdə yoxlama aparacağını bildirib taksi ilə çıxıb getmişdir. Elvin söz vermişdir ki, qısa müddət ərzində həm borcunu qaytaracaq, həmdəki, “MİDA” ilə bağlı məsələni tənzimləyəcək. Buna görə də, Elvindən xəbər gözləməyə davam etmişdir. Əlavə etmişdir ki, rayonda birgə vaxt keçirən zaman Elvin ondan tikinti sahəsində işləyən tanışlarının olub-olmamasını soruşmuş, Elvinə bu barədə müsbət cavab verib həqiqətdə tikinti ilə məşğul olan bəzi tanışlarının olmasını bildirmişdir. Elvin ona bildirmişdir ki, Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətində işlədiyi üçün vəzifəsinə Müdafiə Nazirliyinin hərbi hissələrinin tikintisini həyata keçirən və müvafiq tenderlərdə qazanan özəl tikinti şirkətlərini yoxlamaq aiddir, dost-tanışı varsa nazirliyin tenderlərindən bəzilərini sərfəli şərtlərlə qazanmaqda köməklik göstərə bilər, kənar şəxs yeyincə öz dost-tanışları yesinlər. Elvinin bu fikrini yadında saxlayıb tanışları olduğu halda Elvinə xəbər edəcəyini bildirmişdir. Elvin çıxıb getdikdən sonra özü də rayonda işlərini yoluna qoyub Bakı şəhərinə qayıtmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində 3-4 illik dostu, uzun müddət ərzində Azərbaycanda yaşayan və işləyən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs5 ilə telefon danışığı zamanı hal-əhval tutarkən Elvinin təklifi barədə Zərərçəkmiş şəxs5 məlumat vermiş, belə ki, Mehmet direktoru olduğu "xxxx" MMC Bakıda tikinti və digər fəaliyyət növləri ilə məşğul idi. Mehmet buna müsbət cavab verdikdə özü Elvinə zəng etmiş, bu barədə məlumat vermiş və üçlükdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” kafesində görüşməyi planlaşdırmışlar. 2023-cü ilin sentyabr ayının əvvəllərində Mehmet və Elvinlə birlikdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Mado” kafesində görüşmüşlər. Görüş zamanı Mehmet Elvini onun kimi “Elmir Əmiraslanov” kimi tanımışdır. Elvin həmin görüşə də “polkovnik” rütbəsində hərbi forma ilə gəlmişdir. Görüş zamanı Mehmet ilə Elvin tanış olmuşlar, Mehmet Elvini tikinti ilə bağlı sorğu-sual etmiş, yekunda Elvin tenderin Mehmetə məxsus "xxxx" MMC-yə verilməsində köməklik göstərəcəyinə vəd vermişdir. Görüş zamanı Elvin Mehmetə 20.000 manat pul verməli olmasını izah etmiş, həmin pulu Elvin güya Müdafiə Nazirliyində işləyən yüksək vəzifəli şəxslərə verəcəkdi. Mehmet də Elvinlə razılaşmışdır. Sonraki 10 gün ərzində 3-4 dəfə Mehmet və Elvinlə eyni “Mado” kafesində görüşmüşlər, onlar bir-biri ilə bəzi sənədləri dəqiqləşdirmişlər, Elvin Mehmetə imzalaması üçün bəzi sənədlər vermiş, habelə Mehmetdən şirkətinə dair sənədlərin surətlərini götürmüşdür. Təxminən 10 sentyabr 2023cü il tarixdə Mehmet onun yanında Elvinə “Mado” kafesinin qarşısında onun avtomobilində 10.000 manat pul vermiş və Mehmet demişdir ki, qalan 10.000 manatı müqavilə hazırlandıqdan və təqdim edildikdən sonra verəcəkdir. Elvində bununla razılaşmış, etiraz etməmişdir. Artıq Mehmetin də Elvinə tam etibarı yaranmış, Elvin söhbətlər zamanı tikinti sahəsində belə bilikli olmasını hiss etdirmişdir. Hətta görüşlərin birində Elvin onunla Mehmeti Sangəçal qəsəbəsinə aparıb orada boş sahəni göstərmiş və bildirmişdir ki, həmin yerdə tikiləcək hərbi hissəsinin tikintisini Mehmetə həvalə olunmasını təşkil edəcəkdir. Həmin pulu verdikdən sonra Elvin əlavə bəzi sənədləri gətirib Mehmetə təqdim etmiş, sonuncuya həmin sənədləri imza etdirmiş, artıq müqavilənin hazır olması üçün qısa müddət qaldığını bildirmişdir. Bir neçə gün sonra Elvin zəng edərək müqavilənin hazır olduğunu məlumatını vermiş, Mehmetin yerdə qalan 10.000 manat pulu verməsinin vacibliyini bildirmişdir. Mehmetə zəng edib bu barədə xəbər verdikdə sonuncu ona pulunun köçürüldüyünü, sadəcə nağdlaşdırmanın gecikdiyi üçün pulu bir neçə gün sonra verə biləcəyini izah etmiş, ondan xahiş etmişdir ki, Elvinə veriləcək 10.000 manat pulu əvəzinə o, versin, pulu nağdlaşdıqda həmin borcunu ona qaytaracağına söz vermişdir. Mehmetə etiraz etməmiş, belə ki, Mehmet onun dostu olmuş və sonuncuya etibarı tam olmuşdur. Bu səbəbdən Elvinə zəng etmiş, bu barədə məlumat vermiş, görüşməyi təklif etmişdir. Təxminən 15 sentyabr 2023-cü il tarixlərdə Elvinlə görüşüb birgə “Şamaxinka” dairəsi adlanan əraziyə yaxın yerdə yerləşən "xxxx"ın Binəqədi filialına getmişlər, Elvin bankın qarşısında saxladığı ona məxsus “Hyundai Sonata” markalı “**-ZM-***” dövlət qeydiyyat nişanlı avtomobildə əyləşib onu gözləmiş, banka girib bir müddət öncə satdığı evin pulu olan və həmin bankda hesabda olan puldan 10.000 manat qəbzlə götürmüş, ardınca isə çölə çıxıb avtomobilə əyləşib elə avtomobildə əlbə-əl şəxsən ikilikdə Elvinə vermişdir. Təkrar etmişdir ki, həmin pul Mehmetin verməli olduğu pulun ikinci hissəsidir. Elvin isə həmin pulu qəbul etdikdən sonra onunla sağollaşmış və avtomobildən enərək taksi ilə “Tez pulu aparıb Nazirliyə verim ki, tenderdə problem olmasın” deyərək Müdafiə Nazirliyinə getdiyini deyib çıxıb getmişdir. Elvin 1 gün sonra zəng edəcəyini, məsələləri yoluna qoyacağına vəd vermişdir. Həmçinin pulu Elvinə verməsi barədə Mehmetə zəng edib xəbər vermişdir. Ertəsi gün Elvinə zəng edib xəbər tutmaq istədikdə Elvin rayonda olduğunu deyib danışa bilmədiyini, ona sonra zəng edəcəyini bildirmişdir. Elvinin sonuncu görüşdə pulu götürdükdən sonra tələsik çıxıb getməsi, telefon zənglərinə cavab verməməsi onda şübhə yaratmış, ona görə də, Elvinə dəfələrlə zəng etməyə başlamış, ancaq Elvin ya cavab verməmiş, ya Gəncə və Kəlbəcərdə olduğunu deyib fotoşəkillər göndərmiş, telefon ilə danışa bilmədiyini bildirmişdir. 19 sentyabr 2023-cü il tarixdə ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları zəng edərək həmin Xidmətin inzibati binasına dəvət etmişlər. Həmin xidmətə gəldikdə ona məlum olmuşdur ki, Müdafiə Nazirliyinin Təhlükəsizlik Xidmətinin rəis müavini və polkovnik rütbəli zabiti kimi “Elmir Əmiraslanov” deyə tanıdığı şəxs həqiqətdə Təqsirləndirilən şəxs imiş, sonuncu heç bir yerdə işləməmiş, heç bir vəzifə və ya rütbə daşımamış, ona və Zərərçəkmiş şəxs5 dələduzluq etmişdir. Belə ki, Elvin yalandan özünü yüksək vəzifəli şəxs kimi təqdim edib müxtəlif bəhanələrlə pullarını ələ keçirmişdir. Həqiqətdə isə Elvin onların heç bir işləri üçün hər hansı bir iş görməmiş, hər hansı bir şəxslə görüşməmiş, pul verməmiş, aldığı pulları özünə götürmüşdür. Elvin ona kiminsə adını çəkməmişdir. Lakin, Elvin özünün əlaqələrindən istifadə edərək tanıdığı şəxslər vasitəsilə işləri həll edəcəyini bildirmişdir. Ondan aldığı pulları da adlarını çəkmədiyi və yüksək vəzifədə işləyən tanışlarına verəcəyəni bildirmiş, ancaq həmin şəxsləri o, görməmiş və tanımamışdır. Ümumiyyətlə Elvinin kiminləsə danışdığına inanmır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan xahiş etmişdir ki, tutulmaması üçün 23.300 manat pulun tam olaraq qaytarılması barədə ərizə yazsın, tez zamanda onun qalan 10.300 manat pulunu qaytaracağı barədə vədlər vermiş, buna görə də, o, ibtidai istintaq zamanı ərizə yazaraq ona dəymiş ziyanın hamısının ödənildiyini qeyd etmişdir. Lakin, bugünədək qalıq 10.300 manat maddi ziyan ödənilməmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyandan ona 13000 manat ödənildiyini, qalan 10.300 manat maddi ziyanı tələb etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərər çəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, 2012-ci ildən 2016-cı ilədək Elvinlə bir yerdə "Koroğlu" şirkətində işləmiş, Elvin həmin şirkətdə maliyyə meneceri, o isə ekspeditor işləmişdir. Həmin vaxtdan da Elvinlə yaxşı münaibətləri olmuşdur. 2022-ci ildə Təqsirləndirilən şəxs "xxxx" MMC şirkəti yaratdığını deyib birlikdə işləməyi təklif etmiş və onun razılığından sonra Elvin həmin şirkətdə onu direktor müavini kimi işə götürmüşdür. Şirkətdə işə düzəldiyi vaxtdan mütəmadi fəaliyyətləri olmamışdır. Elvin 2023-cü ilin mart ayının əvvəllərində Əhmədağa adlı şəxsin rəhbəri olduğu "xxxx" MMC-in istehsal etdiyi malın satışı ilə məşğul olmaqları təklif etmişdir. Elvin əvvəllər də Əhmədağanın şirkəti ilə əməkdaşlıq etdiyini və satış nəticəsində yaxşı qazanc əldə edə biləcəklərini bildirmişdir. Lakin onun Elvinin niyyətindən xəbərim olmamışdır. Bir neçə gün sonra Elvin ilə birlikdə Sumqayıt şəhərinə getmişlər. Həmin vaxt Elvin ona yalnız şirniyyatların dadına baxmağını və satış edə bilib-bilməyəcəyimiz barədə fikrini bildirməyini tapşırmışdır. Şirkətə çatdıqdan sonra Əhmədağa onları qarşılamışdır. Daha sonra şirniyyatların dadına baxarkən həqiqətən də dadlı olduğunu və satış edə biləcəklərini bildirmişdir. Elvin Əhmədağaya tezliklə əlaqə saxlayacağını demişdir. Lakin həmin vaxtdan sonra Elvin ilə onun arasında həmin şirniyyat mallarına görə söhbət olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Elvin şirniyyatları şirkətdən təhvil alıb və pulunu ödəməmişdir. xx.xx.2023-cü il tarixdə Hirkan.com MMC ilə Elvinin direktoru olduğu Unikal az MMC arasında müqavilə bağlanmışdır. Müqavilədən sonra Elvinin xx.xx.2023-cü il tarixdə Hirkan şirkətindən şirniyyatları alıb ayrı ayrı dükanlara payladığını, lakin bu müddət ərzində Hirkan.com MMC-yə heç bir ödəniş etmədiyini bilmişdir. O hər dəfə Elvindən satış edib pul əldə etdiyi halda Hirkan şirkətinə niyə ödəniş etmədiyini soruşduqda Elvin hər dəfəsində maqazinlə payladığı mallara görə pulları yığa bilmədiyindən şirkətə ödəniş edə bilmədiyini demişdir. O Elvinin malları hansı maqazinə hansı məbləğdə satmasını bilməmişdir. Belə ki, heç bir malın satışında iştirak etməmiş, həmçinin Elvin həmin şirniyyatları şirkətdən alması barədə sonradan məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X11 2023-cü ilin aprel ayından tanıyır. Paşa ilə tanışlığı Elçin adlı işçisi vasitəsi ilə olmuşdur. Elçinlə görüşməyə gedərkən Paşa da orada olmuş və beləcə aralarında tanışlıq yaranmışdır. Paşa ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində “Taxtalı” kafesində və onun yaxınlığında yerləşən parkda görüşərək söhbətləşib istirahət etmişlər. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində “Taxtalı” kafesində Paşa ilə görüşərkən Paşanın yanında bir nəfər olmuşdur. Həmin vaxt Paşa yanında olan şəxsin adının “Elmir Əmiraslanov” olduğunu demişdir. Həmçinin, “Elmirin” Müdafiə Nazirliyində işlədiyini və polkovnik rütbəsində olduğunu demişdir. Sonradan onlara məlum olmuşdur ki, “Elmir Əmiraslanov” kimi özünü təqdim edən şəxsin əsl adı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs həmin vaxt mülki geyimdə olmuşdur. Məzuniyyətdə olduğunu, əlaqələrinin geniş olduğunu, həmçinin hər hansı çətinlikləri varsa kömək edə biləcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilk dəfə idi görmüşdür. Elvin ilə tanışlıqları belə yaranmışdır. Təxminən 3-4 gün sonra Paşa ilə söhbət edərkən Paşa ona parkda istirahət edərkən Məhəmməd adlı şəxslə tanış olduğunu və iş axtardığını, həmçinin “Elmir”dən Məhəmmədə kömək etməsini xahiş etmək istədiyini bildirmişdir. O da cavabında necə məsləhət görürsən elə deyə cavab vermişdir. Daha sonra Paşa ilə görüşdükləri zaman Paşa ona Məhəmməd ilə “Elmiri” tanış etdiyini və özlərinin təklikdə danışdıqlarını demişdir. Paşa, “Elmir” və o Taxtalı kafesində oturduqları zaman onun gəlninin qarşı olan Zərərçəkmiş şəxs4 da oraya gəlmişdir. Ceyhun söhbət əsnasında Ağcabədi rayonunda tikdiyi qeyri-yaşayış sahəsinin sənədləşririlməsinə görə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət İdarəsindən rəy alması üçün həmin idarəyə müraciət etdiyini, lakin cavab verilmədiyi bildirmişdir. Həmin vaxt o “Elmir”dən Ceyhuna kömək edə bilərsənmi deyə soruşmuşdur. “Elmir” kömək edə biləcəyini və Fövqəladə Hallar Nazirliyində işləyən tanışları vasitəsi ilə müvafiq rəyin alınmasına köməklik göstərə biləcəyini demişdir. Qeyd etmişdir ki, “Elmir” həmin vaxt gündəlik hərbi formada olmuşdur. “Elmir” təxminən 1 gün sonra ona zəng edərək Ceyhun məsələni danışdığını və 3600 manat pul müqabilində kömək edə biləcəyini demişdir. Daha sorna o Ceyhunla danışdıqda hissə-hissə həmin pulu verə biləcəyini demişdir. O da bunu “Elmir”ə dedim. Daha sonra Ceyhun 3600 manat “Elmir”in kartına göndərmişdir. Ceyhun pulu tam köçürdükdən sonra ona “Elmir” ilə danışmağını nə zaman hazır olacağını öyrənməyini istəmişdir. “Elmir” danışdıqda ona ən qısa müddət ərzində sənədlərin hazır olacağını bildirmişdir. Həmin ərəfələrdə “Elmir” Paşadan FHN-nin Tikintidə Təhlükəsizlik idarəsi ilə telefonla əlaqə yaratmasını sənədlərin hazır olub-olmamasını maraqlanmasını xahiş etmiş, həmin vaxt Paşaya bir neçə günə rəy hazır olacağı və xəbər ediləcəyi barədə məlumat verilmişdir. Təxminən 4-5 gün ərzində Ceyhunun sənədlərinin hazır olması məlumat verilmişdir. “Elmir”, Paşa və o Sabunçu rayonu Bakıxanov qəsəbəsində olan “taxtalı” kafesində tez-tez görüşdüyümüzdən ailə üzvləri barədə də məlumatı olmuşdur. “Elmir” bilmişdir ki, o oğlu Əli, Paşa isə qızı Salatına iş axtarır. “Elmir” görüşlərin birində Əli və Salatının sənədləri verməyini istəmiş və tanışlarının vasitəsilə təmannasız işə düzəldəcəyini bildirmişdir. Onlar da razılaşmışlar. Əli və Salatının sənədlərini “Elmir”ə təqdim etmişlər. Sonradan onlara məlum olmuşdur ki, özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim şəxsin adı “Elmir Əmiraslanov” deyil, Təqsirləndirilən şəxsdir. Əlavə olaraq bildirmişdir ki, onun və Paşanın Təqsirləndirilən şəxs ilə tanışlıqlarının olmasına baxmayaraq əsl adını bilməmişlər və etdiyi dələduzluq cinayətləri barədə məlumatsız olmuşlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və işin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2, 178.2.4, 310 və 320.2-ci maddələri ilə başlanılmış və həmin tarixdə istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir (Cild İ, i.v. 1-2); “cinayət işinin icraata qəbul edilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2, 178.2.4, 310 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 40-41); Danış Zərərçəkmiş şəxs5 oğlu tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, onun tərəfindən dəymiş maddi ziyan tam olaraq ödənilmiş, hazırda şikayət yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını və həbs olunmasını istəmir (Cild İ, i.v. 115); “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəz”indən daxil olmuş 6001 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Naxçıvan MR, Şərur rayonu, Yuxarı Yaycı kəndində qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur (Cild İ, i.v. 119); “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi”ndən daxil olmuş xx/xx-13019 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1993-cü il il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (Cild İ, i.v. 120); “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası”ndan daxil olmuş 14515 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Naxçıvan MR, Şərur rayonu, Yuxarı Yaycı kəndində qeydiyyatda olmaqla ünvan 11 ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (Cild İ, i.v. 121); “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsindən daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın 3518 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində nevroloji patologiya hesab edilən "Epilepsiya İİ generaliza forma” müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə (cinayət işi üzrə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, yəni prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs əqli inkişaf səviyyəsi, idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğundur. Onda hövsələsizlik, inadkarlıq, qıcığa qarşı həssaslıq kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə baş verən vaxt psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır (Cild İ, i.v. 195-201); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4, 310 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 212-213); “şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsi ilə dayandırılmışdır. (Cild İ, i.v. 274-275); “axtarışda olan şəxsin tutulması haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:10-da CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 280); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İİ, i.v. 1); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İİ, i.v. 12-13); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 178.2.2, 32.4, 312.2, 66.3 və 69.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 7000 manat miqdarında cərimə cəzası və 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarda maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmişdir (Cild İİ, i.v. 17-18); Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, görünür ki, ona vurulmuş 6000 manat zərərin 1500 manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən qayarılmışdır. (Cild İİ, i.v. 49); Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, görünür ki, ona vurulmuş 17000 manat zərərin 4000 manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən qayarılmışdır. (Cild İİ, i.v. 50); AZ-İV № 953217 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023cü il təvəllüdlü X15 atası Təqsirləndirilən şəxsdur. ( i.v. 91) “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 01 iyun 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İİ, i.v. 91); “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli 178.2.2, 178.2.4, 310 və 320.2-ci maddələrindən həmin Məcəllənin 178.2.2, 178.2.3, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı adından Zərərçəkmiş şəxs5 hərbi hissə tikintisində iştirak etməsinə razılıq verilməsini özündə əks etdirən xx.xx.2023cü il tarixli hüquq verən rəsmi sənəd hesab edilən məktub - 01 nüsxə, "xxxx" MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hüquq verən müqavilə - 02 nüsxə, “X3” adına olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025-ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqə – 02 nüsxə, X12 adına “Azərbaycan Respublikası Silahlı Qüvvələri Xüsusi Mühafizə Briqadasında gizir rütbəsində, baş mühafizəçi” vəzifəsində işləməsini özündə əks etdirən “3647” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, Zərərçəkmiş şəxs2 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində gizir rütbəsində, bölmə rəisinin köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5368” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, X10 adına “Dövlət Gömrük Xidmətində gömrük xidməti giziri rütbəsində, inspektor köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “4456” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, X21 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində ədliyyə leytenantı rütbəsində, bölmə rəisinin böyük köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5457” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə qanunsuz hazırlanmış saxta sənədlər, Səhra geyim dəsti (pencək, şalvar, papaq, qolu qısa köynək, ayaqqabı), hərbi çanta, tünd yaşıl köynək, sarımtıl köynək, gündəlik geyim papağı, səhra geyimi kəməri, ayaqqabı ipi və “Elmir Əmiraslanov” adına isimlik öz xüsusiyyətlərinə və əlamətlərinə aşkar edildikləri yerə və vaxtına, həmçinin üzərlərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut qismində tanınmışdır (Cild İİ, i.v. 187-214); “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir (Cild İİ, i.v. 215-219); Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 864/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəli 25 iyun 2024-cü il tarixdən hesablanması, qərarın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 21442.40 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-130/2019 nömrəli, 04 sentyabr 2019-cu il tarixli hökmü üzrə 02 il dövlət və yerli özünü idarə orqanlarında maddi məsul vəzifə utmaq hüququnan məhrum edilmə və 7000 manat cərimə cəzasını Şərur Rayon İcra və Probasiya Şöbəsinin nəzarəti altında tam olaraq ödəmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 320.2-ci maddəsinin xaric edilməsini və onun barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 310 və 320.1-ci maddələri ilə ittihamın davam etdirilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, dövlət ittihamçısının ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin xaric edilməsi barədə imtinası qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1 maddələrinə görə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə. Eyni Məcəllənin 314.2-ci maddəsinə görə, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur: “məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu qanunsuz qazanc əldə etmək və fiziki şəxslərə özünü nüfuzlu, səlahiyyətli şəxs kimi göstərmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsiqəsini öz istifadəsi üçün qanunsuz olaraq hazırlamış və ondan istifadə etmişdir. Onun bu hərəkətləri CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib hissəsini təşkil etməklə sözügedən maddə ilə tam əhatə olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna CMin 320.2-ci maddəsi ilə ittiham səhvən irəli sürülmüşdür. Buna görə də məhkəmə, dövlət ittihamçısının təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğluna verilmiş ittihamdan CM-in 320.2-ci maddəsinin xaric olunması barədə imtinasını qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, həmçinin dövlət ittihamçısının Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin xaric edilməsi ilə bağlı imtinasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması CM-in həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tutulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. İş üzrə göstərilən Azərbaycan Respublikası CM-nin 310 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində fiziki və hüquqi şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi rütbəsində olan vəzifəli şəxs kimi təqdim etmiş və onun bu hərəkətləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nüfuzuna xələl gətirməklə, adı çəkilən dövlət orqanının hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə çıxışında, ona Azərbaycan Respublikası CM-nin 310 və 320-ci maddələri ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikası CM-nin 310 və 320.1-ci maddələrinə münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisələri baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Bundan başqa dövlət ittihamçısının Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin xaric edilməsi ilə bağlı imtinası məhkəmə tərəfindən qəbul edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 310 və 320.1ci maddələri ilə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməllərini qismən etiraf edərək peşman olmasını, dəymiş ziyanın bir hissəsini ödəməsini, həmin zərərçəkmiş şəxslərlə qismən barışıq əldə etməsini, xəstəlikən əziyyət çəkməsini, himayəsində az yaşlı uşağının olmasını, nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli Qərarına əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə gənaətə gəlir ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310 və 320.1-ci maddələri ilə müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə və azadlıqdan məhrum etmə əsas cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində qəti cəza müəyyən edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, hazırda Bakı İstintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı adından Zərərçəkmiş şəxs5 hərbi hissə tikintisində iştirak etməsinə razılıq verilməsini özündə əks etdirən xx.xx.2023-cü il tarixli hüquq verən rəsmi sənəd hesab edilən məktub - 01 nüsxə, "xxxx" MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hüquq verən müqavilə - 02 nüsxə, “X3” adına olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025-ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqə – 02 nüsxə, X12 adına “Azərbaycan Respublikası Silahlı Qüvvələri Xüsusi Mühafizə Briqadasında gizir rütbəsində, baş mühafizəçi” vəzifəsində işləməsini özündə əks etdirən “3647” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, Zərərçəkmiş şəxs2 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində gizir rütbəsində, bölmə rəisinin köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5368” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, X10 adına “Dövlət Gömrük Xidmətində gömrük xidməti giziri rütbəsində, inspektor köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “4456” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, X21 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində ədliyyə leytenantı rütbəsində, bölmə rəisinin böyük köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5457” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə qanunsuz hazırlanmış saxta sənədlər, Səhra geyim dəsti (pencək, şalvar, papaq, qolu qısa köynək, ayaqqabı), hərbi çanta, tünd yaşıl köynək, sarımtıl köynək, gündəlik geyim papağı, səhra geyimi kəməri, ayaqqabı ipi və “Elmir Əmiraslanov” adına isimlik cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə mülki iddia verərək, Təqsirləndirilən şəxs 21442.40 manat pulun alınıb "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı-zərərçəkmiş hüquqi şəxsin iddia tələbi təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 21442.40 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X16 məhkəmədə iştirak etdiyi 120 (yüz iyirmi) iş saatına görə 1320 (min üz yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin xaric edilməsi ilə bağlı Dövlət ittihamçısı1 imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair müddəa ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 310 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər, maddi və məhsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar (əsas və əlavə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında habelə özəl sektorda rəhbər, maddi və məhsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında habelə özəl sektorda rəhbər, maddi və məhsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası və 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, hazırda Bakı İstintaq təcridxanasında saxlanılması nəzərə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı adından Zərərçəkmiş şəxs5 hərbi hissə tikintisində iştirak etməsinə razılıq verilməsini özündə əks etdirən xx.xx.2023-cü il tarixli hüquq verən rəsmi sənəd hesab edilən məktub - 01 nüsxə, "xxxx" MMC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hüquq verən müqavilə - 02 nüsxə, “X3” adına olmaqla polkovnik rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik İdarəsinin rəis müavini vəfizəsində işləməsinə dair xx.xx.2025-ci il tarixədək etibarlılıq müddəti olan “3357” nömrəli hüquq verən vəsiqə – 02 nüsxə, X12 adına “Azərbaycan Respublikası Silahlı Qüvvələri Xüsusi Mühafizə Briqadasında gizir rütbəsində, baş mühafizəçi” vəzifəsində işləməsini özündə əks etdirən “3647” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, Zərərçəkmiş şəxs2 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində gizir rütbəsində, bölmə rəisinin köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5368” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, X10 adına “Dövlət Gömrük Xidmətində gömrük xidməti giziri rütbəsində, inspektor köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “4456” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə, X21 adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində ədliyyə leytenantı rütbəsində, bölmə rəisinin böyük köməkçisi” vəzifəsində işləməsini özündə əks etdirən “5457” nömrəli hüquq verən vəsiqə – 01 nüsxə qanunsuz hazırlanmış saxta sənədlər, Səhra geyim dəsti (pencək, şalvar, papaq, qolu qısa köynək, ayaqqabı), hərbi çanta, tünd yaşıl köynək, sarımtıl köynək, gündəlik geyim papağı, səhra geyimi kəməri, ayaqqabı ipi və “Elmir Əmiraslanov” adına isimlik cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia tələbi təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 21442.40 manat pul tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) "xxxx" MMC-yə ödənilsin. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X19 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 120 (yüz iyirmi) iş saatına görə 1320 (min üz yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar