Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-240/2021 09.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Nizami Gəncəvi küçəsi, ev 93-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2 -ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 oktyabr 2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar dairəsi” adlanan yerin qarşısında taksi kimi gəaliyyət göstərən Zərərçəkmiş şəxs6 yaxınlaşaraq yaşadığı mənzildəki əşyaları götürüb başqa ünvana aparacağını bildirməklə onun idarə etdiyi “Opel Zafira” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağına əyləşmiş, ünvan 1 ünvana çatdıqda əşyaları arxa oturacaq tərəf qoyulması üçün Zərərçəkmiş şəxs6 ona şərait yaradılmasını xahiş etmiş, sonuncu da avtomobildən düşüb arxa oturacaqları açan zaman onun başının qarışıq olmasından istifadə edərək salonun ön hissəsindən Zərərçəkmiş şəxs6 məxsus, üzərində 3 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə edilən 350 manat dəyərində “Samsung A50” markalı mobil telefon aparatını oğurlayıb hadisə yerindən uzaqlaşmaqla zərər çəkmiş şəxsə 358 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, eyni məqsədlə: 04 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının qarşısında taksi kimi gəaliyyət göstərən Məhərrəmov llahi Məmmədmusa oğluna yaxınlaşaraq yaşadığı mənzildəki əşyalarını götürüb başqa ünvana aparacağını bildirməklə onun idarə etdiyi “Mercedes-Benz A10” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş, ünvan 2 ünvana çatdıqda əşyaları arxa oturacaq tərəf qoyulması üçün Zərərçəkmiş şəxs7 ona şərait yaradılmasını xahiş etmiş, sonuncu da avtomobildən düşüb arxa oturacaqları açan zaman onun başının qarışıq olmasından istifadə edərək salonun ön hissəsindən ona məxsus, üzərində 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 1 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələrlə istifadə edilən 220 manat dəyərində “Samsung A10” markalı mobil telefon aparatını; 06 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olarkən taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs8 yaxınlaşaraq yaşadığı mənzildəki əşyalarını götürüb başqa ünvana aparacağını bildirməklə onun idarə etdiyi “BYD F3” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş, ünvan 3 ünvana çatdıqda əşyaları yük yerinə qoyulması üçün Zərərçəkmiş şəxs8 ona şərait yaradılmasını xahiş etmiş, sonuncu da avtomobildən düşüb yük yerini açan zaman onun başının qarışıq olmasından istifadə edərək salonun ön hissəsindən ona məxsus, üzərində 3 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində 070-591-48 82 və 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələrlə istifadə edilən 250 manat dəyərində “Samsung A30S” markalı mobil telefon aparatını; 08 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində "Şamaxinka" adlanan yerdə taksi taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs9 yaxınlaşaraq yaşadığı mənzildəki əşyalarını götürüb başqa ünvana aparacağını bildirməklə onun idarə etdiyi “Mercedes-Benz C- Class” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş, ünvan 3 ünvana çatdıqda əşyaları yük yerinə qoyulması üçün Zərərçəkmiş şəxs9 ona şərait yaradılmasını xahiş etmiş, sonuncu da avtomobildən düşüb yük yerini açan zaman onun başının qarışıq olmasından istifadə edərək salonun maqnitofon quraşdırılmış aşağı boşluq hissəsindən ona məxsus, üzərində 4 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələrlə istifadə edilən 250 manat dəyərində “Samsung A30S” markalı mobil telefon aparatını; 12 oktyabr 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 4 ünvanda taksi taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs5 yaxınlaşaraq Abşeron rayonu, Masazır qəsəbəsinə getmək adı ilə onun idarə etdiyi “Mersedes-Benz C180” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra Zərərçəkmiş şəxs5 avtomobildən düşüb eyni yerə gedən müştəri axtarmasından istifadə edərək salonun ön hissəsindən sonuncuya məxsus, üzərində 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə edilən 180 manat dəyərində “X14 2” markalı mobil telefon aparatını; 16 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının qarşısında taksi sürücüsü Zərərçəkmiş şəxs4 yaxınlaşaraq yaşadığı mənzildəki əşyalarını götürüb başqa ünvana aparacağını bildirməklə onun idarə etdiyi “Daewoo Nexia” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında müştəri qismində əyləşmiş, ünvan 5 ünvana çatdıqda əşyaları yük yerinə qoyulması üçün Zərərçəkmiş şəxs4 ona şərait yaradılmasını xahiş etmiş, sonuncu da avtomobildən düşüb yük yerini açan zaman onun başının qarışıq olmasından istifadə edərək salonun ön hissəsinə qoyulmuş, sonuncuya məxsus, üzərində 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 1 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələrlə istifadə edilən 120 manat dəyərində “Samsung J3” markalı mobil telefon aparatını; 16 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısında taksi sürücüsü Zərərçəkmiş şəxs1 yaxınlaşaraq yaşadığı mənzildəki əşyalarını “Şamaxinka” adlanan əraziyə aparmaq adı ilə onun idarə etdiyi “Opel Astra” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş, ünvan 3 ünvana çatdıqda əşyaları arxa oturacaq yerinə qoyulması üçün Zərərçəkmiş şəxs9 ona şərait yaradılmasını xahiş etmiş, sonuncu da avtomobildən düşüb arxa oturacaqları açan zaman onun başının qarışıq olmasından istifadə edərək salonun maqnitofon quraşdırılmış aşağı boşluq hissəsindən ona məxsus, üzərində 3 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə ilə istifadə olunan 150 manat dəyərində “Mi A2 Lite” markalı mobil telefon aparatını; 25 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində taksi sürücüsü Zərərçəkmiş şəxs3 yaxınlaşaraq metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı ünvanda olan əşyalarını götürüb Bakı şəhəri, Şərifzadə küçəsinə aparmaq adı ilə onun idarə etdiyi “Opel Astra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 76 saylı ünvanın qarşısına çatdıqda əşyaları yük yerinə qoyulması üçün Zərərçəkmiş şəxs3 ona şərait yaradılmasını xahiş etmiş, sonuncu da avtomobildən düşüb yük yerini açan zaman onun başının qarışıq olmasından istifadə edərək salonun ön hissəsindən ona məxsus, üzərində hər biri 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və ***- ***-**-** saylı GSM nömrələrlə istifadə olunan 150 manat dəyərində “Samsung A5” markalı mobil telefon aparatını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə o, 26 oktyabr 2020-ci il tarixdə, saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının qarşısında taksi sürücüsü Zərərçəkmiş şəxs2 yaxınlaşaraq Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Əlibaba” dönər evinin yaxınlığında olan paltaryuyan maşını götürüb başqa ünvana aparacağını bildirməklə onun idarə etdiyi “Kia Karnaval” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında müştəri qismində əyləşmiş, ünvan 8 ünvana çatdıqda paltaryuyan maşınını avtomobilin arxa yük yerinə qoyulması üçün Zərərçəkmiş şəxs2 ona şərait yaradılmasını xahiş etmiş, özü isə binaya daxil olub geri qayıtdıqdan sonra yenidən avtomobilə əyləşərək Zərərçəkmiş şəxs2 gözü qarşısında salonun ön hissəsindəki telefon tutacağından sonuncuya məxsus, üzərində 1 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələrlə istifadə edilən 200 manat dəyərində “Xiaomi Redmi 8” markalı mobil telefon aparatını və onun üzlüyünün arxa hissəsindəki 117 manat pulu açıq talayıb hadisə yerindən qaçmaqla zərər çəkmiş şəxsə maddi ziyan vuraraq təkrarən soyğunçuluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluğa görə məhkum olunmuş, son vaxtlarda maddi durumu yaxşı olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. 02 oktyabr 2020-ci il tarixdə, saat 21 radələrində Nəsimi rayonu ərazisində olarkən yol kənarında “Opel Zafira” markalı taksinin dayandığını görüb fikirləşmişdir ki, ona yaxınlaşaraq guya yalandan hər hansı ünvana aparmasını istəsin, orada onun başının qarışmasından istifadə etməklə mobil telefonunu oğurlasın. O həmin sürücüyə yaxınlaşıb ona yalandan Nəsimi rayonu, Moskva prospektindəki mənzildə olan əşyalarını “Şamaxinka” adlanan əraziyə gətirmək lazım olduğunu söyləmişdir. Həmin ünvana gəldikdə o, sürücüdən arxa oturacaqların açılıb-açılmadığını soruşmuşdur. Taksi sürücüsü bunun mümkün olduğunu dedikdə onları açmasını xahiş etmişdir ki, özü da əşyaları gətirə bilsin. Sürücü avtomobilin arxa oturacaqlarını açmağa başladıqda o da yalandan qarşı sağ oturacaq tərəfində dayanıb ondan şübhələnməsin deyə Əhməd adlı şəxsi çağırmağa başlamışdır. Həmin vaxt taksi sürücüsünün diqqətinin yayındığını görüb avtomobilin salonundan ona məxsus “Samsung A50” markalı mobil telefonu götürüb cibinə qoymuş va dərhal oradan sakitcə uzaqlaşmışdır. Bundan başqa o, 04 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında olarkan orada “Mercedes-Benz” markalı taksinin dayandığını görmüşdür. Fikirləşmişdir ki, həmin taksiyə yaxınlaşıb yalandan onu hansısa ünvana aparmasını istəsin və orada sürücünün başının qarışmasından istifadə etməklə mobil telefonunu oğurlayıb qaçsın. O, həmin avtomobilə yaxınlaşıb guya Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektindəki mənzildə olan əşyalarını götürüb Xırdalan şəhərinə aparmaq lazım olduğunu söyləmişdir. ünvan 9 ünvana gəldikdə orada binaların birinin yanında taksini saxlatdırıb sürücüdən arxa oturacaqların açılıb-açılmadığını soruşmuşdur. Taksi surücüsü bunun mümkün olduğunu dedikdə ondan xahiş etmişdir ki, oturacaqları açsın, özü də əşyaları gətirə bilsin. Sürücü avtomobilin yük yerini və arxa oturacaqları açmağa başlamışdır. Bu zaman o, onun diqqətinin yayınmasından istifadə edərək avtomobilin salonundan “Samsung A10” markalı mobil telefon aparatını götürüb cibinə qoymaqla oradan uzaqlaşmışdır. Bundan əlavə o, 06 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində olarkən orada “BYD” markalı taksi avtomobilinə rast gəlmişdir. Bu avtomobilə yaxınlaşıb onu yalandan hansısa ünvana aparmasını istəyərək orada sürücünün diqqətinin yayınmasından istifadə etməklə sonuncunun mobil telefonunu oğurlamaq qərarına gəlmişdir. O, taksi sürücüsünə yaxınlaşıb guya metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı Cavadxan küçəsində yerləşən ünvanda olan oturacaqları götürüb onları Masazır qəsəbəsinə gətirmək lazım olduğunun söyləmişdir. O, taksi ilə Nəsimi rayonu, Cavadxan küçəsi, 24 saylı ünvana gəldikdə binalardan birinin yanında avtomobili saxlatdırıb sürücüdən yük yerini boşaltmasını xahiş etmişdir. Sürücüsü də oranı açıb boşaldanda o, onun başının qarışıq olmasından istifadə edib salonunun ön hissəsindən “Samsung A30S” markalı mobil telefonu götürüb gizlicə cibinə qoymuşdur. Telefonu götürdükdən sonra taksi sürücüsü heç nə başa düşməsin deyə cəld oradan uzaqlaşıb getmişdir. Bundan başqa o, 08 oktyabr 2020 ci il tarixdə, saat 10 radələrində “Şamaxinka” adlanan ərazidə olarkən “Mercedes-Benz” markalı taksi avtomobilinə rast gəlmişdir. O bu taksiyə yaxınlaşıb əşya götürmək adı ilə yalandan onu “Şamaxinka” ərazisinə sürdürmüşdür. Taksi ilə “Moskva” univermağının yaxılığındakı binaların birinin yanına gəldikdə orada avtomobili saxlatdırıb sürücüdən yük yerinin boş olub-olmadığını və arxa oturacaqların açılıb-açılmadığı ilə maraqlanmışdır. Taksi sürücüsü oturacaqların açıldığını dedikdə o, ondan xahiş etmişdir ki, onları açsın. Onlar avtomobildən düşdükdən sonra sürücü yük yerini açıb orada oturacaqları aşağı endirməyə başlamışdır. O isə ön oturacaqdakı gödəkcəsini götürmək üçün avtomobilə yaxınlaşanda sürücünün başının qarışıq olmasından istifadə edərək salonun ön üzərində olan “Samsung A30S” markalı mobil telefonu götürüb cibinə qoymuş və dərhal oradan sakitcə uzaqlaşmışdır. Bundan başqa o, 12 oktyabr 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Moskva prospektində olarkən orada “Mercedes-Benz” markalı taksi avtomobilinin dayandığını görüb ona yaxınlaşıb sürücüdən hara getdiyini soruşmuşdur. Taksi sürücüsü Masazır qəsəbəsinə getdiyini və adam yığdığını söylədikdə, o da oraya getdiyini deyib avtomobilin ön sağ oturacağında əyləşmişdir. Taksi sürücüsü avtomobildən düşüb Masazır qəsəbəsinə gedən müştəri axtararkən o, avtomobilin salonundan “Xiaomi” markalı mobil telefonu götürüb cibinə qoymuş, daha sonra sürücünün başının qarışıq olduğunu görüb yavaş-yavaş oradan uzaqlaşraq çıxıb getmişdir. Bundan başqa, o, 16 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşən “Şamaxinka” deyilən ərazidə olarkən “Daewoo Nexia” markalı taksi avtomobilinin dayandığını görmüşdür. Bu taksiyə yaxınlaşıb onun sürücüsünə yalandan demişdir ki, Nəsimi rayonu, Seyidzadə küçəsindəki ünvanda olan oturacaqları götürüb “Şamaxinka” ərazisinə gətirmək istəyir. Onlar qeyd olunan ünvana gəldikdə orada binaların birinin yanında taksini saxlatdırıb sürücüsündən yük yerinin boş olub-olmadığını soruşmuşdur. Sürücü də orada əşyaların olduğunu deyəndə, o bu əşyaları birlikdə ön oturacağa yığmağı xahiş etmişdir. Onlar avtomobildən düşüb yük yerini açdıqda o, oradan olan yeşiyi cəld götürüb ön oturacağa qoymuş və sürücünün başının qarışmasını fürsət bilib avtomobilin salonundan “Samsung J3” markalı mobil telefonu götürüb cibinə qoymuşdur. Daha sonra taksi sürücüsünə onu gözləməyi deyib oradan uzaqlaşmışdır. Bundan başqa o, 16 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində Nəsimi rayonu ərazisində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısında olarkən “Opel Astra” markalı taksi avtomobilini görüb ona yaxınlaşmış və sürücüyə 20 nömrəli poliklinikanın yaxınlığındakı ünvanda olan əşyalarını götürüb “Şamaxinka” adlanan əraziyə aparmaq istədiyini söyləmişdir. Onlar 20 nömrəli poliklinikanın yanına gəldikdə orada olan binalardan birinin qarşısında avtomobili saxlatdırıb taksi sürücüsünə əşyalar üçün yer olsun deyə arxa oturacaqları aşağı salmağı tapşırmışdır. Onlar avtomobildən düşdükdə o, ön sağ oturacağın olduğu qapı tərəfdə dayanıb sürücünü izləməyə başlamışdır ki, onun diqqəti yayınan kimi salondakı “Mi A2 Lite” markalı mobil telefonu götürsün. Sürücü arxa oturacaqları endirməyə başladıqda o, onun başının qarışdığını görüb cəld həmin telefonu götürüb cibinə qoymuş və yavaş-yavaş oradan uzaqlaşıb getmişdir. Bundan başqa o, 25 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsində olarkən yolun kənarında “Opel Astra” markalı taksi avtomobilini görüb onun sürücüsünün mobil telefonunu oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə həmin avtomobilin sürücüsünə yaxınlaşıb metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı ünvanda olan qab-qacaqları Şərifzadə küçəsinə aparmalı olduğunu söyləmişdir. Onlar 3 saylı X12 Stansiyası yaxınlığına gəldikdə orada avtomobili saxlatdırıb sürücüyə əşyalara yer olsun deyə taksinin yük yerinin açmasını istəmişdir. Onlar avtomobildən düşmüş, sürücü yük yerini açarkən o, cəld bundan istifadə edib avtomobildə olan “Samsung A5” markalı mobil telefonu götürüb cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan başqa o, 26 oktyabr 2020-ci il tarixdə, saat 07 radələrində metronun “20 Yanvar” stansiyası yaxınlığında olarkən “Kia Karnaval” markalı taksi avtomobilini görüb ona yaxınlaşaraq sürücüsünə yalandan demişdir ki, guya Nəsimi rayonu ərazisində yerləşən “Əlibaba” dönər evinin yaxınlığndakı binada paltaryuyan maşın var və onu “Şamaxinka” adlanan yerə aparmaq lazımdır. Onlar həmin yerə gəldikdə orada olan binalardan birinin yanında avtomobili saxlatdırıb taksi sürücüsünə yük yerini və arxa oturacaqları açmağı tapşırmışdır. Onla avtomobildən düşdükdən sonra o, bir neçə dəqiqə blokda dayanaıb geri qayıtmış və cəld salondan “Xiaomi Redmi” markalı mobil telefonu götürmüş və sürücü onu görmədən o, həmin yerdən uzaqlaşmışdır. Ona görə də o həmin taksi sürücüsünə münasibətdə törətdiyi oğurluq əməlinin soyğunçuluq kimi qiymətləndirilməsini əsaslı hesab etmir. Oğurladığı mobil telefonun üzlüyünün arxasında pul olmamış, sadəcə dərman resepti var idi. Oğurladığı telefonları satmış, əldə etdiyi pulları da öz ehtiyaclarına xərcləmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, özünə məxsus “Opel Zafira” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 02 oktyabr 2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar dairəsi” adlanan yerin qarşısından hərəkət edərkən tanımadığı 25-30 yaşlarında, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb yaxınlıqdakı binada olan əşyalarını “Şamaxinka” adlanan yerə aparmaq lazım olduğunu söyləmişdir. Aralarında razılığa gəldikdən sonra onlar ünvan 1 ünvana gəlmiş, orada Təqsirləndirilən şəxs ondan avtomobilinin arxa oturacaqlarının açılıbaçılmadığını soruşmuş, o da bunun mümkün olduğunu demişdir. Həmin şəxs ondan arxa oturacaqların endirilməsini xahiş etmiş, özü isə əşyaların gətirəcəyini demişdir. Onlar avtomobildən düşdükdə Afiq ön qapının yaxınlığında dayanıb pəncərədən “Əhməd” adlı şəxsi çağırmışdır. Onun başı arxa oturacaqları aşağı salmağa qarışmış, bir müddət sonra ətrafa baxdıqda Afiqi görməmişdir. Fikirləşmişdir ki, Afiq əşyaları gətirmək üçün gedib. Daha sonra avtomobilinin salonuna baxanda ona məxsus “Samsung A50” markalı mobil telefon aparatının “şit” yerində olmadığını görmüş və onun Afiq tərəfindən oğurlandığını anlamışdır. Evə qayıdıb “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Telefonun üzərində 3 manatlıq danışıq kartı ilə 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə var idi. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes Benz A10” markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 04 oktyabr 2020-ci il tarixdə, saat 19 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında olarkən 25-30 yaşlarında bir nəfər cavan oğlan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb yaxınlıqda yerləşən binada olan əşyasını və orada qalan ailəsini Xırdalan şəhərinə aparmaq lazım olduğunu demişdir. Onunla birlikdə Afiqin dediyi ünvan 2 ünvana çatdıqda sonuncu avtomobildən düşərək ona demişdir ki, baqajı açıb oturacaqları aşağı salsın. O da avtomobildən düşərək arxa oturacaqları endirmiş, daha sonra qapını bağlayıb Afiqdən əşyaları nə vaxt gətirəcəyini soruşmaq istədikdə, onun orada olmadığını görmüşdür. Dərhal avtomobilin “şit”inin üzərinə baxmış və bu zaman “Samsung A10” markalı mobil telefonun orada olmadığını aşkar etmişdir. Yaxınlıqda olan tanımadığı şəxs vasitəsilə “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Telefonun üzərində 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 1 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələr var idi. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, özünə məxsus “Mercedes-Benz C-Class” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 08 oktyabr 2020-ci il tarixdə, saat 10 radələrində “Şamaxinka” adlanan ərazidə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb “Moskva” univermağının yaxınlığındakı ünvanda olan oturacaqları başqa yerə aparmaq lazım olduğunu demişdir. Afiqlə birlikdə ünvan 3 ünvana çatdıqda sonuncu orada olan binalardan birinin yanında avtomobili saxlatdırıb ondan avtomobilin yük yerində hər hansı bir əşyanın olub-olmadığını soruşmuş, o da boş olduğunu demişdir. Onlar avtomobildən düşdükdə Afiq ön oturacaqda olan gödəkcəsini götürmək üçün salona daxil olmuş, o isə bu vaxt arxa oturacaqları bağlamışdır. Daha sonra Afiq ona gözləməyini söyləyib oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra o, Afiqin başa düşmüş, avtomobilin salonundan maqnitofon yerləşən hissədəki boşluğa qoyduğu “Samsung A30S” markalı mobil telefonunu götürmək istədikdə onun yerində olmadığını görmüşdür. Telefonu Afiqin oğurladığını başa düşüb tanımadığı bir nəfər şəxsin mobil telefonundan “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Telefonun üzərində 4 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələr var idi. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, bir müddətdir ki, etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz 180 C” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 12 oktyabr 2020-ci il tarixdə, saat 20 radələrində həmin avtomobillə ünvan 4 ünvanda dayanaraq Masazır qəsəbəsinə müştəri yığarkən 30-35 yaşlarında bir nəfər şəxs, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb avtomobilinə əyləşib Masazıra getdiyini bildirmişdir. O, avtomobili sürüb getmək istəyəndə bu şəxs ona hazırda yolların tıxac olduğunu, ona görə də bir az gözləyib müştəri yığdıqdan sonra getməyin daha yaxşı olduğunu demiş, o da buna etiraz etməmişdir. Avtomobildən düşüb bir qədər arxaya gedərək müştəri gözlədikdən sonra geri qayıdanda Afiq avtomobildən düşmüşdür. O da onun hara getdiyini müşahidə edib hələ nə baş verdiyini anlamamışdır. Afiq bir qədər getdikdən sonra o, avtomobilin salonunda olan “şit”in üzərinə qoyduğu “X14 2” markalı mobil telefonunun yerində olmadığını görmüşdür. Bundan sonra telefonun Afiq tərəfindən oğurlandığını başa düşmüşdür. Hadisə nəticəsində üzərində 2 manatlıq danışıq limiti ilə 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan «X14 2» markalı mobil telefon aparatı oğurlanmışdır. Telefonun üzərində 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***- ***-**-** saylı GSM nömrə var idi. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, özünə məxsus “Daewoo Nexia” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə maşğul olur. 16 oktyabr 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “20 Yanvar” stansiyasının qarşısında olarkən bir nəfər cavan oğlan, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb yaşadığı ünvandan oturacaqları götürüb həmin yerə gətirmək lazım olduğunu söyləmişdir. Aralarında razılaşıb o, həmin şəxslə birlikdə ünvan 5 ünvana gəldikdə Afiq binalardan birinin yanında avtomobili saxlatdırıb ondan avtomobilin baqajında hər hansı bir əşyanın olub-olmadığını soruşmuş, o da orada yeşik və vedrə olduğunu deyəndə, sonuncu ondan onları ön oturacağa qoymağı təklif etmişdir. Onlar avtomobildən düşüb baqajdakı əşyaları ön oturacağa daşımış, daha sonra Afiq binadakı bloklardan birinə girmişdir. Bu ərəfədə o, mobil telefonunu avtomobilin salonundan götürmək istədikdə “Samsung J3” markalı mobil telefonun “şit”in üzərində olmadığını görmüşdür. O da onun Afiq tərəfindən oğurladığını başa düşmüş və “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Telefonun üzərində 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 1 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələr var idi. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 16 oktyabr 2020-ci il tarixdə, saat 17 radələrində Nəsimi rayonu ərazisində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı yaxınlığında həmin avtomobillə dayanarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşıb 20 nömrəli poliklinikanın yaxınlığında yerləşən ünvandakı əşyalarını “Şamaxinka” adlanan əraziyə aparmaq lazım olduğunu söyləmişdir. Aralarında razılığa gəlib ünvan 3 ünvana çatdıqda Afiq ondan avtomobilin arxa oturacaqlarının açılıb-açılmadığını soruşmuş, o da bunun mümkün olduğunu söyləmişdir. Həmin şəxs də ondan əşyalara yer olsun deyə oturacaqları açmağı xahiş etmişdir. O, avtomobildən düşüb oturacaqları aşağı salarkən Afiq ön sağ qapının yanında dayanmışdır. Onun başı arxa oturacaqlara qarışmış, bir müddət sonra ətrafa baxanda Afiqin orada olmadığını görmüşdür. Düşünmüşdür ki, Afiq əşyaları götürməyə gedib. Birdən yadına düşmüşdür ki, tanışına zəng etməlidir, buna görə də avtomobilin ön oturacaqları arasındakı maqnitofon yerləşən hissədə olan boşluğa qoyduğu “Mi A2 Lite” markalı mobil telefon aparatını götürmək istəmiş, lakin onu orada tapa bilməmişdir. Yaxınlıqdakı tanımadığı bir nəfər vasitəsilə öz mobil nömrəsinə zəng vursa da, cavab verən olmamışdır. Bundan sonra o, artıq telefonun oğurlandığını başa düşmüşdür. Telefonun üzərində 3 manatlıq danışıq limiti ilə 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrə var idi. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 25 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu C.Səlimov küçəsində olarkən adı sonradan ona Afiq kimi məlum olan bir şəxs ona yaxınlaşıb metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı ünvandan qab-qacaqları götürüb Şərifzadə küçəsinə aparmaq lazım olduğunu bildirmişdir. Aralarında razılaşıb Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 76 saylı ünvanın qarşısına çatdıqda həmin şəxs avtomobili saxlatdırıb ondan yük yerini açmağını istəmiş, özü də düşüb kənarda dayanmışdır. O, avtomobilin yük yerini açıb oranı səliqəyə salmağa başlamış, bir müddət sonra isə Afiqi ətrafda görməmişdir. Saata baxmaq üçün avtomobilin salonunda “şit”in üzərinə xüsusi tutacaq ilə yapışdırılmış “Samsung A5” markalı mobil telefonunu götürmək istəyərkən onun yerində olmadığını aşkar etmişdir. Artıq başa düşmüşdür ki, Afiq onun telefonunu götürüb qaçıb. Telefonun üzərində hər biri 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələr var idi. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus “Kia Karnaval” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 26 oktyabr 2020-ci il tarixdə, saat 07 radələrində metronun “20 Yanvar” stansiyasının yaxınlığında olarkən 25-30 yaşlarında bir nəfər cavan oğlan, adını sonradan Afiq kimi məlum olan şəxs ona yaxınlaşıb Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən “Əlibaba” adlı dönər evinin yaxınlığındakı paltaryuyan maşını götürüb başqa yerə aparmaq lazım olduğunu bildirmişdir. Aralarında razılaşıb ünvan 8 ünvana gəldikdə Afiq avtomobildan düşərək ondan yük yerini açmağı və oturacaqları aşağı salmağını istəmiş, özü isə binanın blokuna girmiş və bir neçə dəqiqə sonra qayıdaraq avtomobilə əyləşmişdir. Bu vaxt o, sükanın arxasına keçmək istəmiş, elə bu vaxt Afiqin avtomobilin salonunda “şit”in üzərində xüsusi tutacaq vasitəsilə yapışdırılmış onun “Xiaomi Redmi 8” markalı mobil telefonunu götürdüyünü görmüşdür. Ondan etdiyi hərəkətin səbəbini soruşanda, sonuncu avtomobildən düşüb əlində mobil telefonu ilə qaçmağa başlamışdır. O da əlil olduğundan onun ardınca qaça bilməmiş, sadəcə qışqırıb telefonu qaytarmasını tələb etmişdir. Lakin Afiq buna əhəmiyyət verməyib qaçıb uzaqlaşmışdır. Hadisə barədə “102” xidmətinə zəng edərək məlumat vermişdir. Telefonun üzərində 1 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** və 2 manatlıq danışıq limiti ilə olan 5 manat dəyərində ***-***-**-** saylı GSM nömrələr və onun üzlüyünün arxa hissəsində 117 manat pul var idi. Ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəməyə çağırılmasına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmədə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadədən aydın olur ki, Zərərçəkmiş şəxs8 özünə məxsus “BYD F3” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə maşğul olur. 06 oktyabr 2020-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olarkən 25- 30 yaşlarında bir nəfər cavan oğlan ona yaxınlaşıb Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən ünvanda olan oturacaqları Masazıra geri qaytarmaq lazım olduğunu demişdir. Aralarında razılaşıb birlikdə həmin ünvana gəldikdə oğlan orada olan binalardan birinin yanında avtomobili saxlatdırıb ondan baqajda hər hansı bir əşyanın olub-olmadığını soruşmuşdur. O, baqajda vedrə olduğunu söylədikdə, oğlan əşyalara yer olsun deyə həmin vedrəni ön oturacağa qoymasını xahiş etmişdir. Onlar avtomobildən düşüb baqajdakı vedrəni ön oturacağa qoyduqdan sonra bu şəxs ona birazdan tanışının oturacaqları gətirəcəyini söyləmişdir. O, həmin oğlana özlərinin gedib oturacaqları gətirməyini təklif etsə də, sonuncu razılaşmayıb oturacaqları bir neçə dəqiqəyə gətirəcəklərini bildirmişdir. Bir qədər gözlədikdən sonra o, avtomobilin qapılarını bağlayıb ona demişdir ki, gedib özləri həmin oturacaqları gətirsinlər. Elə bu vaxt həmin şəxs qaçıb oradan uzaqlaşmağa başlamışdır. O, əvvəlcə düşünmüşdür ki, oğlan oturacaqları gətirməyə gedir. Lakin avtomobilin salonundan mobil telefonunu götürmək istədikdə onun “şit”in üzərində olmadığını görmüş və telefonu həmin şəxsin oğurladığını başa düşmüşdür. O, digər mobil telefonu ilə oğurlanmış mobil telefonuna zəng etdikdə oğlan telefona cavab verib geri gələcəyini desə də, qayıtmamışdır. Bundan sonra o, “102” xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Hadisə nəticəsində üzərində hər biri 5 manat dəyərində 3 manatlıq danışıq limiti ilə ***-***-**-** və 2 manatlıq danışıq limiti ilə ***-***-**- ** saylı mobil nömrələr olan “Samsung A30S” markalı mobil telefonu oğurlanmışdır (İ cild, i.v.245-247, İİ cild, i.v 83-85). İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15.12.2020-ci il tarixli, 9/5316 saylı rəyinə görə 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə bir ədəd 7-8 ay əvvəl alınmış “Xiaomi Mi A2 Lite” markalı mobil telefonun dəyəri 150 manat; bir ədəd 7-8 ay əvvəl alınmış “Xiaomi Redmi 8” markalı mobil telefonun dəyəri 200 manat; 2-3 il əvvəl alınmış “Samsung A5” markalı mobil telefonun dəyəri 150 manat; 2 il əvvəl alınmış “Samsung J3” markalı mobil telefonun dəyəri 120 manat; 4-5 ay əvvəl alınmış “Samsung A50” markalı mobil telefonun dəyəri 350 manat; 1 ay əvvəl alınmış “Samsung Galaxy A10” markalı mobil telefonun dəyəri 220 manat; 2020-ci ilin fevral ayında alınmış “Samsung A30S” markalı mobil telefonun dəyəri 250 manat; 1 il əvvəl alınmış “Samsung A30S” markalı mobil telefonun dəyəri 250 manat; 1 il əvvəl alınmış “X14 2” markalı mobil telefonun dəyəri 180 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.65-68); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.10.2020-ci il tarixli, 4(006)- 630/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28.10.2020-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.133-138); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13.01.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə oğurluğa görə məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.08.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur (İİ cild, i.v.52-54, 93-99). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətləri törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cinayətkar vərdişini, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da yüksək ictimai təhlükəli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan - 28 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 180.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 oktyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-240/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-240/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver