Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-240/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,725 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06.02.2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən sarı-narıncı rəngli konfet kağızına bükülmüş halda təmiz çəkisi 0,725 qram təşkil edən kustar üsulla hazılanmış həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək iş üzrə məhkəmə baxışının təyin edilməsi və təqsirləndirilən şəxsin məhkəməyə verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər narkotik vasitə istifadəçisi olsa da, heç vaxt onun satışı ilə məşğul olmayıb. İttiham aktında “satış məqsədi ilə psixotrop maddənin əldə edilməsinə dair müddəalarla razı deyil. Məhkəmədə müdafiəçi bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ittiham irəli sürülsə də, həm ittiham aktının nəticəvi hissəsində, həm də təqsirləndirilən şəxsə ittiham elan olunması barədə 07.02.2022-ci il tarixli qərarda ona “satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,725 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıma” barədə müddəalar əks olunmuşdur. Bu hal da işin faktiki halları ilə ziddiyyət təşkil edir, təqsirləndirilən şəxsin hüquqlarının pozulması deməkdir. Cinayət işinin materiallarında olan: • “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 fevral 2022-ci il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir ki, “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,725 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06.02.2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən sarı-narıncı rəngli konfet kağızına bükülmüş halda təmiz çəkisi 0,725 qram təşkil edən kustar üsulla hazılanmış həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür”. Bu qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə üzrə ittiham elan edilmişdir; • 06.05.2022-ci il tarixli “İttiham aktı”nın: • təsviri-əsaslandırıcı hissəsinin 1-ci səhifəsində cinayət işinin başlanılmasına səbəb və əsas kimi Təqsirləndirilən şəxs 05.02.2022-ci il tarixdə Yasamal rayonu, “Space TV”nin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 bükümdə, təmiz çəkisi 0,725 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşıması və 06.02.2022-ci il tarixdə, saat 01:30-da Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilməsi və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən sarı-narıncı rəngli konfet kağızına bükülmüş 01 bükümdə təmiz çəkisi 0,725 qram olan psixotrop maddə aşkar edilməsi faktı göstərilmişdir; • təsviri-əsaslandırıcı hissəsinin 3-cü səhifəsində qeyd olunur ki, “Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,725 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06.02.2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən sarı-narıncı rəngli konfet kağızına bükülmüş halda təmiz çəkisi 0,725 qram təşkil edən kustar üsulla hazılanmış həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür.”; • nəticəvi hissəsində verilmiş ittihamın təsviri aşağıdakı kimi qeyd olunmuşdur: • “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,725 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06.02.2022-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 01:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən sarı-narıncı rəngli konfet kağızına bükülmüş halda təmiz çəkisi 0,725 qram təşkil edən kustar üsulla hazılanmış həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir”. • Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: • İttiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir (289.3.1-ci maddə); • İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir (289.4-cü maddə); • Cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etmək və ittiham aktını təsdiq etmək (290.3.1-ci maddə); öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək (290.3.2-ci maddə); bu Məcəllənin 467-9.1-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət işi üzrə icraatı dayandırmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün işi məhkəməyə göndərmək (290.3.2- 1-ci maddə); əlavə ibtidai istintaq aparılması və ya ittiham aktının yenidən tərtib edilməsi üçün cinayət işinin öz göstərişləri ilə müstəntiqə qaytarmaq (290.3.3-cü maddə); cinayət işi üzrə icraatı dayandırmaq (290.3.4-cü maddə); cinayət işi üzrə icraata xitam vermək (290.3.5-ci maddə); • məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir (299.1-cu maddə); • cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında, aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələyə baxılır (299.3.2-ci maddə); • cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasına yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilir və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır (303.3.6-cı maddə); • məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır (306.1-ci maddə). Məhkəmə tərəfləri dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirib cinayətprosesual qanunvericiliyinin yuxarıda sadalanan normalarının tələblərəni nəzərə alaraq belə nəticəyə gəlir ki, iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı və nəticəvi hissələrində təqsirləndirilən şəxsə verilmiş ittihamın təsvirində və tövsifində qeyrimüəyənliklərə yol verildiyindən və bu pozuntunu aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından, həmin pozuntu aradan qaldırılması üçün aşağıdakı əsaslara görə cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin materiallarının baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-240/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-240/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver