Məhkəmə qərarları › İş №1(006)-240/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-240/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-240/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə pornoqrafik materialları reklam məqsədi ilə qanunsuz hazırlamış, habelə bu xarakterli materialları yaymış və reklam etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadə etdiyi özünə məxsus mobil telefonla yaşadığı ünvan 2nda internet qlobal şəbəkəsindən istifadə etməklə +**********40 abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2022-cı ilin avqust ayında orada “İfşa Diyarı 18+” adlı kanal yaradıb həmin səhifəyə məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai şərtlərin normasını pozması, qarşı tərəfin qıcıqlandırılması, şəxsiyyətin mənəvi cəhətdən alçaldılması, insanın və erotikanın humanistliyıni yox etməsi, seksual davranışın biədəb formada həyata keçirilməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyata keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə reklam məqsədilə pornoqrafik materialları qanunsuz hazırlamış, habelə qeyd olunan xarakterli materialları gəlir etmək məqsədi ilə «Telegram» sosial şəbəkəsində “İfşa Diyarı 18+” adlı kanalda 2022-ci ilin avqust ayından 2022-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində səhifəyə üzv olmuş 27.000 nəfərdən çox daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə yaymışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, istifadəsində «Xiomi Mİ10» markalı mobil telefon vardır. 2022-ci ilin avqust ayının əvvəllərində «Telegram» sosial şəbəkəsi və mobil tətbiqində «İfşa diyarı 18+» adlı kanal, yəni səhifələr yaratmışdır. «Telegram»da sosial şəbəkə olaraq səhifə və kanallar yaratmaq mümkündür. Həmin kanallara müxtəlif şəxslər üzv olur və həmin səhifələrdə məlumatlar, yəni foto və video materiallar paylaşıb izləyici sayını çoxaltmaq mümkündür. İzləyicisi çox olan səhifə ilə isə idman mərc oyunları saytları və reklam paylaşmaq istəyən digər şəxslər əməkdaşlıq edir. Yəni öz kanalında idman mərc oyunlarını təbliğ etməklə, reklam etməklə pul qazanmaq mümkündür. Bu məqsədlə o, 2022-ci ilin avqust ayının əvvəllərində «Telegram» mobil tətbiqində «İfşa diyarı 18+» adlı kanal, yəni səhifə yaratmışdır. Həmin kanallarda pornoqrafik xarakterli foto və materiallar paylaşmağa başlamışdır. Bundan sonra kanallarının izləyicilərinin sayı artmışdır Pozmamışdan əvvəl «İfşa diyarı 18+» adlı teleqram kanalında 27.000 (iyirmi yeddi min) izləyicisi olmuşdur. Lakin araşdırma zamanı izahatı alındıqdan sonra həmin kanalı pozmuş, çünki cinayət etdiyini başa düşmüşdür. Teleqram kanalını o özü idarə etmiş, ona bu işdə başqa şəxslər köməklik etməmiş, mobil telefonu vasitəsi ilə həmin sosial şəbəkədəki kanalı idarə etmişdir. «Telegram» kanalında onun profil adları «elvinism», «legend», «elvin529» olmuşdur. Həmin kanallarda paylaşdığı foto və video materialları hər bir şəxs görə bilərdi, yəni hər hansı məhdudiyyət və parol olmamışdır. Pornoqrafik materiallara baxmaq uçün yaş məhdudiyyəti tələb olunmamış, səhifə mütəmadi olaraq onun tərəfindən idarə olunmuşdur. Qeyd olunan pornoqrafik məzmunlu materialları, yəni video və fotoşəkilləri əsasən xarici ölkələrə məxsus olan internet saytlarından yükləmişdir. Paylaşdığı pornoqrafik materialların içində qərb ölkələrinin, türk, rus videoları olmuşdur. İzləyicilərin sayı artdıqca ona reklam təklifləri gəlməyə başlamışdır. Həmin reklam təklifləri edənlər əsasən idman mərc oyunlarını təbliğatı ilə məşğul olan müxtəlif şəxslər olmuşdur. Həmin şəxslər ona “Telegram” sosial şəbəkəsində yazmışlar və şifahi şəkildə iş birliyi təklif etmişlər. Belə ki, o, «1Xbet» adlı idman mərc oyunları saytlarını reklam etmiş və bundan pul qazanmışdır. Bundan əlavə qısa müddətli müxtəlif malların satışı ilə bağlı elanlar da paylaşmışdır. Bunun müqabilində reklam edən tərəf ona pul ödəmiş, reklam üçün pul ödəyən şəxsləri tanımamış, onlarla «Telegram» sosial şəbəkəsində danışmışdır. Hazırki vaxtadək reklamdan 300 manat pul qazanmışdır. Reklamdan əldə etdiyi pul əsasən bank kartı hesablarına gəlmişdir. İstifadəsində «Unibank»a aid 4098 5844 6814 0403 nömrəli, «Azərturkbank»a aid 5213 6751 8039 8514 nömrəli kartlar olmuşdur. Bundan əlavə bir dəfə də sevgili münasibətində olduğu Şahid1 adına olan «Unibank»a aid son 4 rəqəmi 7231 olan bank kartından istifadə etmişdir. Reklama görə ona pulları idman mərc oyunları saytının adını bilmədiyi nümayəndəsi bank kartının hesabına göndərmişdir. Beləcə o, pornoqrafik materialların səhifələrdə paylaşılması nəticəsində izləyici sayını çoxaldıb reklam üçün müştərilər cəlb etmiş və nəticədə pul qazanmışdır. Qazandığı pulları öz məişət xərclərinə xərcləmişdir. Sosial şəbəkədə məlumatların hazırlanmasında və səhifələrə pornoqrafik xarakterli materialların yerləşdirilməsində ondan başqa heç kim iştirak etməmiş, hər şeyi özü etmişdir. Belə ki, pornoqrafik video və şəkilləri internet vasitəsi ilə müxtəlif saytlardan əldə edib «Xiomi Mİ10» markalı mobil telefonunun yaddaşına yükləmişdir. Daha sonra yüklənmiş videoları «İfşa diyarı 18+» adlı teleqram səhifəsində yerləşdirmişdir. İstifadəçi sosial şəbəkədə onun idarə etdiyi səhifələrə daxil olandan sonra maneəsiz şəkildə pornoqrafik materialları izləyə bilmişdir. O, həmin pornoqrafik xarakterli materialları 2022-ci ilin avqust ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının əvvəllərinədək Bakı şəhərində kirayədə yaşadığı ünvan 3 ünvanında öz mobil telefonu vasitəsi ilə “Telegram” sosial şəbəkəsində səhifədə paylaşmışdır, «Azercell» mobil internetindən və «KATV» kabel internetindən istifadə etməklə internetə, yəni şəbəkəyə daxil olmuşdur. Daha sonra əməlini səmimi etiraf edərək peşman olmasını, əvvəllər məhkum olunmamasını, hazırda Bakı Dövlət Universitetində ali təhsil almasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri fakültəsinin tələbəsidir. “Telegram” sosial şəbəkəsində “Aytən” adlı profil ilə qeydiyyatdan keçərək istifadə etmişdir. xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Sonuncu ilə ibtidai təhsilini eyni məktəbdə almış, aralarında 2018-cı ildən sevgili münasibətləri vardır. Elvin hal-hazırda Bakı Dövlət Universitetində ali təhsil alır və o, da “Telegram” sosial şəbəkə istifadəçisidir. Elvin “Telegram” sosial şəbəkəsində “Legend” və “Elvinism” adlı profillərdən istifadə edir. Elvinin xahişi ilə özünə məxsus olan “Leobank”a aid son rəqəmləri 6544 7231 olan plastik kartını sonuncuya vermişdir. Elvinin həmin kartdan hansı məqsədlər üçün istifadə etməsindən tam şəkildə məlumatsız olmuşdur. Belə ki, Elvin də ona kartı götürərkən konkret olaraq hansı məqsədlər üçün istifadə edəcəyini bildirməmiş, yalnız həmin karta ehtiyacı olmasını bildirmişdir. Aralarında sevgili münasibəti olduğu üçün inanaraq kartını ona vermişdir. Elvinin “Telegram” sosial şəbəkəsində “Elvinism” və “Legend” adlı profillər ilə pornoqrafik kanalları idarə etməsindən məlumatı olmuşdur. Bu barədə Elvin özü ona məlumat vermişdir. Lakin onun “Leo Bank”-a məxsus kartından həmin kanallardan qazanılan pulların nağdlaşdırılması üçün istifadə etməsindən heç bir məlumatı olmamışdır və həmin qazancdan da ona heç bir zaman verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun “Telegram” sosial şəbəkəsində özünə aid səhifələri vardır. Ora girib müxtəlif kanallara daxil olub gündəlik məlumat əldə edir. “Telegram” kanallarına baxarkən “İfşa dünyası 18+” adlı kanalla rastlaşmış, həmin kanala daxil olduqda orada pornoqrafik materialların yayıldığını görmüşdür. Kanalda müxtəlif qızların çılpaq şəkilləri paylaşılmış və adları da qeyd olunmuşdur. O da bunun əleyhinə olduğu üçün həmin kanalları kimin işlətməsi ilə maraqlanmağa başlamış və həmin səhifədə admin olan şəxslə danışıq apardıqda özündə təxmini bilmişdir ki, həmin kanalı işlədən şəxs “Legend” və “Elvinizm” adlı profillərin istifadəçisidir. Bundan sonra bu cür pornoqrafik materialların yayılmasına etiraz etdiyi və ayrı-ayrı qızların da çılpaq şəkillərinin yayılmasının qarşısını almaq üçün ərizə ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir. Ərizəsi əsasında qanuni nümayəndəsinin iştirakı ilə izahatı alınmışdır. Orada ona məlum olmuşdur ki, həmin kanalla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində monitorinq aparılmış və müəyyən edilmişdir ki, “İfşa Diyarı 18+” kanalını işlədən şəxs, “Elvinizm” və “Legend” adlı səhifələrin istifadəçisi olan Təqsirləndirilən şəxsdur. İş materiallarında olan: - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində aqşab“ yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmişdir (i.v.82-84). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi X1 tərəfindən tərtib edilmiş “şahidin təqdim etdiyi “DVD” diskin götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, istifadəsində olan «Samsung» markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən diskdə 02 ədəd qovluğun və 06 ədəd faylın olması müəyyən edilmişdir. İlk qovluq “screenler” adı ilə qeydə alınmış və “İfşa Diyarı 18+” kanalına baxış keçirilərkən orada paylaşılmış materialların ekran qeydləridir. Qovluqda 12 ədəd fotoşəkil vardır. İkinci qovluq videolar ilə qeydə alınmışdır. Qovluq açıldıqda içərisində 08 ədəd video olması müəyyən edildi. Videolarda müxtəlif şəxslərin cinsi əlaqədə olması əks olunur. Bundan başqa diskdə 03 ədəd fotoşəkil və 03 ədəd videofayl vardır. Fotoşəkillərdə “İfşa Diyarı 18+” kanalını işlədən “Legend” adlı istifadəçi ilə yazışma təsvir edilmişdir. Yazışmalardan görünür ki, həmin istifadəçi pul qarşılığında “İfşa Diyarı 18+” kanalında reklam həyata keçirdiyini bildirir və pul köçürülməsi üçün sonu 6544 7231 nömrəsi olan “Leobank” aid “AYTAN GULUOGLU”na məxsus hesab nömrəsi göndərir. İlk videofaylda isə qeyd olunan yazışmanın tam olaraq videoqeydə alınması əks edilmişdir. İkinci videofaylda “İfşa Diyarı 18+”da kanala baxış keçirilməsi video formasında əks olunmuşdur. Sonuncu videofaylda isə Şahid1 məxsus mobil telefona baxış keçirilməsi əks olunmuşdur. - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut növü qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.53-57). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 11/596 saylı ekspert rəyindən görünür ki, “Telegram” sosial şəbəkəsində “İfşa Diyarı 18+” kanalında paylaşılmış və oradan aşkar olunaraq götürülmüş video və foto materiallar pornoqrafik xarakterlidir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (i.v.24-30); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.53); - Bakı Dövlət Universiteti tərəfindən verilmiş 0001/AT00100882 nömrəli təhsil kartından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2020-ci ildən Bakı Dövlət Universitetində təhsil alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, ekspert rəyi, CD diskdə olan videogörüntülər və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarətə görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini səmimi etiraf edərək peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, hazırda Bakı Dövlət Universitetində ali təhsil almasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni onun səmimi etiraf edərək peşman olmasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, hazırda Bakı Dövlət Universitetində ali təhsil almasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar