Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-241/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Ağdaş rayonu, Şəmsəbad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Şəmsəbad kəndində qeydiyyatda olan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxsxx xxxxx 2020-ci il tarixdə saat 03:40-daəvvəllər işlədiyi ünvan 1 saylı ünvanda yerləşən avto-yuma məntəqəsinin yaxınlığında olan ağacın dəliyində gizlədilmiş açarı götürərək, açarla həmin avto yuma məntəqəsinin jalüzqapısını açıb, qanunsuz daxil olaraq, oradan 350 manat dəyərində “Silex” markalı, “LW-P3008” modelli, 2kW-luq hava kompressorunu və 20 manat dəyərində üzərində “Ztools” yazıları olan qırmızı rəngli əl arabasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 370 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, daimi yaşayış yeri olmadığına görə Nəsimi rayonu ərazisində gündəlik kirayə verilən evlərdə qalır. Heç bir yerdə işləmədiyi üçün maddi imkanı çətin olduğuna oğurluq etmək qərarına gəlmişdir. Nəsimi rayonu, A.Mustafayev küçəsi 29 saylı ünvanda yerləşən əvvəlki iş yerində avto yuma məntəqəsinin qapısını bağladıqdan sonra yuyucu məntəqəsinin icarədarı qapının açarını məntəqənin yanında olan ağacın dəliyində gizlətdiyini əvvəlcədən bildiyinə görə xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 29 saylı ünvanın qarşısına gəlmiş, avto yuma məntəqəsinin giriş qapısının açarını avto-yuma məntəqəsinin yanında olan ağacın dəliyindən jaluz qapını açıb avto yuma məntəqəsinə qanunsuz daxil olmuşdur. Bundan sonra içəridə 1 ədəd “Silex” markalı hava kompressorunu və 1 ədəd qırmızı rəngli əl arabası gördükdən sonra hava kompressorunu, əl arabasını götürmək və satıb pul əldə etmək qərarına gəlmişdir. “Silex” markalı hava kompressorunu qırmızı rəngli əl arabasına qoyaraq məntəqədən çıxarmışdır. Məntəqədən çıxdıqdan sonra açarla jalüz qapısını bağlayıb açarı yerinə qoymuş, hava kompressorunu əl arabası ilə sürüb avto yuma məntəqəsindən 2 bina sonra binanın blokunda gizlətmişdir. Əl arabasını isə binanın blokunun girişində qoymuşdur. Bundan sonra 3-cü mikrorayon bazarına gedib hava kompressorunun qiyməti ilə maraqlanaraq tanımadığı ustaya hava kompressoru satdığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində polis əməkdaşları onu saxlamış, polis şöbəsində törətdiyi cinayəti əməlini səmimi etiraf edərək oğurladığı 1 ədəd “Silex” markalı hava kompressorunu və 1 ədəd qırmızı rəngli əl arabasını polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını,zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsfadəsində göstərmişdir ki,təxminən 4 ildir ki, Nəsimi rayonu, 3-cü mikrorayon, A.Mustafayev küçəsi 29 saylı ünvanda yerləşən avto yuma məntəqəsini icarə əsasında işlədir. Hadisədən 2-3 ay öncə İ.Rafıqli onun işlətdiyi avto yuma məntəqəsində köməkçi işləmiş, müştərilərlə kobud rəftar etdiyini və işində məsuliyyətsiz olduğunu görüb onu 2020-ci ilin fevral ayında işdən çıxartmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 22 radələrində avto-yuma məntəqəsinin qapısını bağlayıb yaşadığı ünvana getmişdir. Həmişə olduğu kimi avto yuma məntəqəsinin qapısının açarını giriş qapısının yanında olan ağacın dəliyinə qoymuşdur. Avto yuma məntəqəsinin qapısının açarını ağacın dəliyinə qoyduğunu bütün işçilər bilirdi. xx xxxxx 2020-ci il tarixdə yağış yağdığına görə avto yuma məntəqəsinə gəlməmiş, həmin gün işləməmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 09 radələrində işə gəlib ağacdan açarı götürüb jalüzü açıb içəri daxil olduqda qırmızı rəngli əl arabasını və “Silex” markalı hava kompressorunun yerində olmadığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək işlətdiyi avto yuma məntəqəsindən oğurlanmış 1 ədəd qırmızı rəngli əl arabası və “Silex” markalı hava kompressorunun ona məxsusdur olduğunu, oğurluq nəticəsində ona 470 manat maddi ziyan dəydiyini, avto yuma məntəqəsinə video müşahidə kamerası quraşdırmadığını, saat 22:00 dan saat 09 00-a kimi olan müddətdə avto yuma məntəqəsini bağlı olduğuna görə avto yuma məntəqəsinə giriş-çıxış məhdud olduğunu, avto yuma məntəqəsində əvvəllər işləyən X1 hadisədən 2 ay əvvəl işdən çıxardığına avto yuma məntəqəsinə gəlməsinə qadağa qoyduğunu, İsmayıl Rafiqimin əvvəlcədən avto yuma məntəqəsinin qapı açarının yerini bildiyinə görə onun xəbəri və icazəsi olmadan avtoyuma məntəqəsinin yanındakı ağacın dəliyindən açarı götürərək qapının açıb oğurluq etdiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxsməhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını bildirmiş və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki,Nəsimi rayonu 3-cü mikrorayon bazarında usta işləyir. xx xxxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində tanımadığı bir nəfər ona yaxınlaşaraq özünə məxsus “Silex” markalı hava kompressorunu satdığını deyib həmin hava kompressorunun şəklini ona göstərmişdir. O, hava kompressorunun harada olduğunu ondan soruşduqda həmin şəxs ona hava kompressoru binanın blokundadır, ağır olduğuna görə bazara gətirə bilmədiyni demişdir. Bundan sonra həmin şəxs ondan hava kompressorunun satış qiyməti ilə maraqlanmışdır. Ona hava kompressoruna baxmamış qiymət deyə bilməyəcəyini bildirdikdə həmin şəxs sağollaşıb çıxıb getmişdir. Sonradan polis əməkdaşlarından adını öyrəndiyi Təqsirləndirilən şəxs hava kompressorunu satmaq istəyən şəxs olduğunu, həmin şəxsin avtoyuyucu məntəqəsindən hava kompressorunu və əl arabasını oğurladığına görə saxlanıldığını öyrənmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 80-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/1179 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində “Ztools” yazıları olan, qırmızı rəngli istifadədə olmuş əl arabası 2018-ci ilin aprel ayına olan orta bazar qiyməti 20 manat, bir ədəd 2018-ci ildə istehsal edilmiş “Silex” markalı, “LW-P3008” modelli, 2kW-luq istifadədə olmuş hava kompressoru 2018-ci ilin aprel ayına olan orta bazar qiyməti 350 manat müəyyən edilir. Cinayət işinin 81-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 90-93-cü vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd üzərində “Ztools” yazıları olan, qırmızı rəngli istifadədə olmuş əl arabası və bir ədəd “Silex” markalı, “LW-P3008” modelli, 2kW-luq hava kompressoru maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.3, 70-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 01 il sınaq müddəti verilmişdir. Cinayət işinin 188-ci vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, sonuncunun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 112-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxsbir ədəd üzərində “Ztools” yazıları olan, qırmızı rəngli istifadədə olmuş əl arabası və bir ədəd “Silex” markalı, “LW-P3008” modelli, 2kW-luq hava kompressoru xx xxxx 2020-ci il tarixdə təhvil almışdır. Beləliklə, Təqsirləndirilən şəxstörətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun qeyriyaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi cinayəti tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, məhkəmədən sonuncuya yüngül cəza verilməsini xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət törətmişşəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində “Ztools” yazıları olan, qırmızı rəngli istifadədə olmuş əl arabası və01 ədəd “Silex” markalı, “LW-P3008” modelli, 2kW-luq hava kompressoru Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01ədəd üzərində “Ztools” yazıları olan, qırmızı rəngli əl arabası və01 ədəd “Silex” markalı, “LW-P3008” modelli, 2kW-luq hava kompressoru Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd)manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-241/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-241/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver