Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-241/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Abdurəhmanlı Pinar Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Azadlıq prospekti 60, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar yaşayəş massivi, ev 176 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 8000,00 ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manatla Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)- 8725/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(006)-250/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx xxxx 2020-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ilin əvvəllərində dostu X3 ilə Gürcüstan Respublikasında “FastFood Şaurma House” şəbəkəsini açmağa qərara gəlmişdir. Həmin ilin mart ayının əvvəllərində Gürcüstan Respublikası Tbilisi şəhərinin mərkəzində yerləşən Ş.Rustavelli prospekti 2-də mərkəzi filialın açılışı olmuşdur. Filialların açılması ilə əlaqədar filialın payına düşən gəlirə yeni bir ortaq tapmaqdan ötrü biznesin 30%-ni internet vasitəsi ilə satışa çıxardaraq müxtəlif insanlarla təkliflər ilə bağlı danışıqlar aparmağa başlamışlar. Həmin danışıqlar əsasında Zərərçəkmiş şəxs adlı qadın öz istəyi ilə biznesə qoşulmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə tanışlığı 2017-ci ilin iyun ayında olmuş və sonuncunun biznesə şərik olmağı həmin ilin iyun ayının sonunda baş vermişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs dəfələrlə Gürcüstan Respublikasına gəlmiş, biznes fəaliyyəti ilə tanış olmuş və öz istəyi ilə ortaq olmaq istəmişdir. “Şaurma House” şəbəkəsi qanun çərçivəsində fəaliyyət göstərdiyi üçün Gürcüstan Respublikasının qanunları əsasında biznesin 30%-ni Zərərçəkmiş şəxs tərəfindən notarius qaydasında 10000,00 ABŞ dollara məbləğində şəbəkəyə ödənilmişdir. Həmin vaxtdan 20 gün müddət keçəndən sonra Zərərçəkmiş şəxs biznes akında yersiz və səbəbsiz olan qərarları nəzərə alınmadığına görə sonuncu bağlanan müqaviləni pozmaq qərarına gəlmişdir. Bundan əlavə, biznesin genişlənməsi üçün Zərərçəkmiş şəxs qeyri-rəsmi olaraq 8000,00 ABŞ dolları məbləğində pulu biznes xərclərinə vermişdi. Həmin ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs heç kimə xəbərdarlıq etmədən notarius əsasında müqaviləni ləğv etmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmədə işə baxılan zaman hakim tərəfindən 18000,00 ABŞ dollarının ondan və İlham Mikayılzadədən alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 2018-ci ilin ayında qətnamə çıxarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün qətnamədən apelyasiya şikayəti vermiş həmin məhkəmə tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq ondan 8000,00 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8725/2018 saylı qətnamə çıxarılmışdır. O, əvvəl gündən bütün məhkəmə proseslərində Zərərçəkmiş şəxs 8000,00 ABŞ dolları məbləğində pul borcu olmağını səmimi olaraq etiraf etmiş və bundan yayınmamışdır. Zərərçəkmiş şəxs ilə aralarında olan məhkəmə çəkişmələri zamanı Gürcüstan Respublikasında olan biznes fəaliyyəti iflasa uğradığına biznes fəaliyyətini dayandırmışdır. 2020-ci il mart ayından dünyanı böhrana salan COVİD-19 virusuna görə stabil iş rejimi pozulduğuna görə əmək qətnaməsini tam olaraq icra edə bilmədiyi üçün Zərərçəkmiş şəxs olan ödənişlərdə gecikmələr baş vermişdi. Bütün bunlara baxmayarraq o, Zərərçəkmiş şəxs olan borcundan 9675,00 manat məbləğində ödəniş etmiş və 3925,00 manat məbləğində pul borcu qaldığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə almasını, həmçinin barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin aprel ayında tanışı M.N.X9 Respublikasında İlham Mikayılzadə ilə birlikdə biznes fəaliyyəti qurduğunu və həmin fəaliyyəti “ŞAURMA” satışı ilə məşğul olan böyük restoranlar şəbəkəsi olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs ona həmin biznes fəaliyyətində şərik olmağı təklif etmiş və o, bu işdə şərik olmağa razılıq vermişdir. Aralarında razılığa gələndən sonra Təqsirləndirilən şəxs onu Gürcüstan Respublikasına dəvət etmiş və 2017-ci ilin iyun ayının 6-da Gürcüstan Respublikasında yerləşən notariat kontorlarının birində biznes fəaliyyəti qurmaqdan ötrü 10.000,00 ABŞ dolları məbləğində pulu verərək aralarında müqavilə imzalamışlar. Bundan əlavə o, Gürcüstan Respublikasına getməzdən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs ondan təcili olaraq 2000,00 ABŞ dollarını bank vasitəsilə ilə göndərməyini ondan xahiş etmiş, o isə həmin məbləğin nə səbəbə göndərəcəyini soruşmuş, ona bir neçə günə Koka- Kola firması ilə müqavilə bağlayaraq həmin firma ilə birlikdə iş fəaliyyətinə başlayaraq böyük məbləğdə pul vəsaiti qazanacaqlarını bildirmişdir. O, həmin pul vəsaitini bank vasitəsilə Təqsirləndirilən şəxs adına ünvanlamışdır. Notariat kontorunda müqavilə imzaladıqdan sonra, o, Təqsirləndirilən şəxs razılığı ilə Bakı şəhərinə qayıtmış, sonuncu isə hər ay gördükləri işdə gələn gəlirdən onun payını göndərəcəyini ona bildirmişdir. Bundan sonra o, yenidən hissə-hissə M.Mehdizadəyə gördükləri biznes fəaliyyətini genişləndirməkdən ötrü 6000,00 ABŞ dolları məbləğində pul göndərmişdir. Bakıya qayıtdıqdan bir müddət sonra o, Təqsirləndirilən şəxs ona veriləcək gəlirin nəticəsi barədə maraqlanmış, sonuncu isə gördükləri biznes fəaliyyətinin iflasa uğradığını və heç bir gəlirin olmadığını bildirmişdir. Bundan sonra o, aralarında notarial qaydada imzalanmış müqavilənin şərtlərinə əsasən Təqsirləndirilən şəxs yazılı bildiriş verərək müqavilənin pozulmasını və sərmayə etdiyi pulun qaytarılmasını sonuncudan tələb etməyə başlamış və sonradan məcburiyyət qarşısında qalaraq 2018-ci ilin may ayında aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs olanlar barədə etiraf etmiş və həmin məhkəmə tərəfindən sonuncudan və İlham Mikayılzadədən 16000,00 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmışdır, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsindən sonra apelyasiya şikayəti vermiş və həmin məhkəmə tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq Təqsirləndirilən şəxs 8000,00 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsinə dair xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-8725/2018 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsinə əsasən icra vərəqəsi icra olunmasından ötrü 2019-cu il may ayında Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayındığına görə icra məmuru tərəfindən tərtib olunmuş inzibati haqqında protokola əsasən məhkəmə tərəfindən həbs edilmişdir. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs qətnamə üzrə qeyd olunan məbləğdən ona 9675,00 manat məbləğində ödəniş etmiş və yerdə qalan 3925,00 manat məbləğində pulu tələb edən zaman müxtəlif bəhanələr gətirərək borclu qaldığı məbləği ödəməkdən yayınmışdır. O, Təqsirləndirilən şəxs ona borclu qaldığı məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 8000,00 ABŞ dolları pul vəsaitinin (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Apelyasiya məhkəməsi tərəfindən verilmiş 2(103)-8725/2018 saylı, xx xxx 2019-cu il tarixli icra sənədi xx xxx 2019-cu il tarixdə icraata daxil olmuşdur. İcra sənədi üzrə həmin tarixdə müvafiq qərarla icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş göndərilməklə eyni zamanda xx xxxx 2019-cu il tarixdə borcluya təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlamaq məqsədi ilə bir sıra bank təşkilatlarına və digər müvafiq orqanlara sorğu ilə müraciət edilmiş, lakin adına tələbin yönəldilə biləcək heç bir əmlak aşkar edilməmişdir. İş üzrə borclu Təqsirləndirilən şəxs şöbəyə dəvət olunmuş və verdiyi izahatında borcdan bu günə kimi aldığı əmək haqqı az olduğu üçün heç bir ödəniş edə bilmədiyini və hissə-hissə ödəyəcəyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx xxxx 2019-cu il tarixli təqdimatla məhkəməyə müraciət olunmuş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(006)-390/2019 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad icra edilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. İş üzrə tələbkarın şikayətinə əsasən və icra sənədində göstərilən borcunu ödəmədiyinə görə borclu barəsində xx xxxxxxx 2019-cu il tarixdə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(006)- 2435/2019 saylı qərarına əsasən borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və xx xxxxxxx 2019-cu il tarixdə icra sənədində göstərilən tələbin 10 gün müddətində ödəməsi üçün rəsmi qaydada xəbərdar olunmuşdur. Borclu xx xxxxxx 2019-cu il tarixdə yenidən şöbəyə dəvət olunmuş ondan müvafiq izahat alınmış və o, öz izahatında borcdan ödəniş edəcəyini, eyni zamanda “xxxx” MMC-də işə düzəldiyini bildirmişdir. Borclu xx xxxxxx 2019-cu il tarixdə şöbəyə ərizə ilə müraciət edərək tələbkarın hesabına 1000,00 manat məbləğində ödəniş etdiyini bildirərək qəbzi şöbəyə təqdim etmişdir. Eyni zamanda “xxxx” MMC-də kordinator vəzifəsində işlədiyini, aylıq əmək haqqısının 430,00 manat məbləğində təşkil etdiyini bildirmiş və icra sənədi üzrə olan borcunun əmək haqqına yönəldilməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə bağlı ünvan 2 ünvanında olarkən borclu Təqsirləndirilən şəxs həqiqətəndə qeyd olunan ünvanda yerləşən “xxxx” MMC-də koordinator vəzifəsində çalışdığı müəyyən edilmiş və bununla bağlı şöbənin əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixli akt tərtib edilmişdir. Borclunun əmək haqqından hər ay 50 faiz məbləğində tutularaq tələbkarın xeyrinə ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə iş yeri “xxxx” MMC-yə məktubla müraciət olunmuşdur. İş üzrə tələbkar Zərərçəkmiş şəxs şöbəyə şikayət ərizələri ilə müraciət edərək icra sənədində göstərilən qalıq borcunun birdəfəyə ödənilməsini tələb etmiş və buna görə də borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Borclu M.N.Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tələbkarın şikayəti əsasında şöbəyə dəvət olunmuş, izahatı alınmış, borcunu birdəfəyə ödəməsi ondan tələb olunmuş, lakin o izahatında hazırda borcunu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Borclu barəsində tərəflərindən xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi rayon məhkəməsinə təqdim olunmuş, məhkəmə iclası zamanı borclu 1000,00 manat məbləğində ödəniş edərək qəbzi məhkəmə təqdim etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-250/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. “xxxx” MMC tərəfindən xx xxxx 2020-ci il tarixdə şöbəyə daxil olmuş məktubda borclunun fevral ayında əmək haqqından 225,00 manat məbləğində tutulduğu göstərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(006)-250/2020 saylı inzibati xəta haqqında qərarından verdiyi apelyasiya şikayəti təmin olunmuş və işə yenidən baxılması üçün qeyd edilən rayon məhkəməsinə göndərilmiş və məhkəmənin xx xxxx 2020-ci il tarixli, 3(006)- 250/2020 saylı inzibati iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbsin tətbiq edilməsi qərara alınmışdır. Tələbkar xx xxx 2020-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək borclu tərəfindən ona həmin tarixədək cəmi 2725,00 manat məbləğində ödəniş olunduğunu bildirərək borclunu cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə 500,00 manat məbləğində ödəniş edərək xx xxx 2020-ci il tarixli qəbzi şöbəyə təqdim etmişdir. Borclu xx xxxx 2020-ci il tarixdə şöbəyə dəvət olunmuş və verdiyi izahatında maddi vəziyyətinin çətin olduğunu, əmək haqqından 50% tutularaq ödənildiyini, əlavə olaraq hər ay tələbkarın xeyrinə 250,00-300,00 manat ödəyəcəyini, lakin gəliri çox olmadığına görə borcunu tam şəkildə birdəfəyə ödəyə bilmədiyini və xx xxxx 2020-ci il tarixədək tələbkarın xeyrinə 3225,00 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Borcluya icra sənədi üzrə qalıq borcunun tam şəkildə ödənilməsi üçün xx xxxx 2020-ci il tarixdə yenidən 10 gün icra müddətinin təyin edilməsi haqqında bildiriş təqdim edilmişdir. Borclu xx xxxx 2020-ci il tarixdə şöbəyə dəvət olunmuş və verdiyi izahatında maddi vəziyyəti çətin olduğundan borcunu tam şəkildə ödəyə bilmədiyini, eləcə də pandemiya ilə əlaqədar iş yerindən ona əmək haqqı ödənilmədiyindən həmin tarixə tələbkarın xeyrinə cəmi 3225,00 manat ödəyə bildiyini qeyd etmişdir. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə borclu yenidən şöbəyə dəvət olunmuş, ondan məhkəmə qərarı üzrə aylıq borcunu tam şəkildə ödənilməsi tələb olunmuş lakin o, verdiyi izahatında məlum səbəblərdən borcunu tam şəkildə ödəyə bilmədiyini qeyd etmişdir, məhkəmə qərarının icrası ilə bağlı borclu dəfələrlə xəbərdar olunmasına, iki dəfə iznibati məsuliyyətə cəlb olunmasına baxmayaraq nəticə çıxarmamışdır. Borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam olaraq icra etməyəcəyi halda Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib olunaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndəriləcəyi barədə məlumat verilmişdir. Bütün buna baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsait ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borc tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon İcra şöbəsinin icra məmuru Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cild 250-ci vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 7-8-ci vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli təqdimatdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)- 8725/2018 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Cinayət işinin 1-ci cild 9-13-cü vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-8725/2018 saylı icra vərəqəsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(006)-2149/2020 saylı qətnaməsi qismən, yəni “cavabdehlər M.N.Mehdizadə və X1 müştərək qaydada 16.000 (on altı min)” ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilsin” hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin olunmuşdur. Cavabdeh Təqsirləndirilən şəxs 6.000 ABŞ dolları pul vəsaiti (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzzənnəsi nəzərə alınmaqla manatla) tutularaq iddaçıya verilməsi qət edilmiş, iddia – 10.000 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissədə təmin olunmamışdır. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icraata başlamaq haqqında xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-8725/2018 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuş, əks təqdirdə, onun barəsində məcburi icra tədbirlərinin görülməsi barədə xəbərdar olunmuşdur. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişlə ona Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-8725/2018 saylı icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmiş, əks halda məcburi icra tədbirlərinin görüləcəyi və həmçinin onu gözləyən məsuliyyət barədə xəbərdar olunmuşdur. Cinayət işinin 1-ci cild 75-ci vərəqəsində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(006)-390/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(103)-8725/2018 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 1-ci cild 92-ci vərəqəsində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 3(006)-2435/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 1-ci cild 154-cü vərəqəsində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(006)-250/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinin 1-ci cild 99-cu vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 1.000 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 123-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 1.000 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 164-cü vərəqəsində olan xx xxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 500 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 217-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 3.000 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 234-cü vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 1.000 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 235-ci vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 450 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 236-cı vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 1.000 manat ödəmişdir. Cinayət işinin 1-ci cild 185-ci vərəqəsində olan “xxxx” MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cild 231-232-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 1-ci cild 227-232-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 1-ci cild 237-238-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. Cinayət işinin 1-ci cild 222-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir və onun sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə dəymiş ziyan tam ödəmişdir. Ona görədə cinayət işinin icraatına xitam verilməsinə xahiş etmişdir. Cinayət işində olan xx xxxxx 2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs borcu üzrə Zərərçəkmiş şəxs 3.900 manat ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən və xx xxxxx 2021-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 300.1.7, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-241/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-241/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver