Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-242/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 28 avqust 1989-cu il tarixdə Qax rayonu, Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qax rayonu, Almalı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2020-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanın giriş qapısının kilidini açarseçmə yolu ilə açaraq oraya qanunsuz daxil olub, mənzilin mətbəxindən bir ədəd 180 manat dəyərində «Beko» markalı, üzərində «AA Class» yazıları olan paltaryuyan maşını və mənzilin digər giriş hissəsində quraşdırılmış zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 1500 manat dəyərində «Bosch» markalı kombi su qızdırıcı aparatı gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 20 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanın giriş qapısının kilidini açarseçmə yolu ilə açaraq oraya qanunsuz daxil olub, mənzilin qonaq otağından bir ədəd 240 manat dəyərində «İndesit» markalı soyuducunu gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanın giriş qapısının kilidini açarseçmə yolu ilə açaraq oraya qanunsuz daxil olub mənzilin eyvanında quraşdırılmış bir ədəd 450 manat dəyərində «İmmergas» markalı kombi su qızdırıcı aparatı və bir ədəd zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 100 manat dəyərində kombi su qızdırıcının enerji tənzimləyicisini, mənzilin yataq və qonaq otaqlarından hər birinin dəyəri 60 manat təşkil edən, ümumilikdə 180 manat dəyərində 3 ədəd yeddi seksiyalı istilik radiatorunu, bir ədəd hamam otağında quraşdırılmış zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 50 manat dəyərində istilik radiatorunu, mənzilin mətbəxindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 100 manat dəyərində su kranı dəstini və zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 100 manat dəyərində qaz sobasını gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 980 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs2 Sahib oğluna məxsus ünvan 4 ünvanında yerləşən 48 saylı mənzilin giriş qapısının kilidini açar seçmə yolu ilə açaraq oraya qanunsuz daxil olub, mənzilin qonaq otağından bir ədəd 280 manat dəyərində «LG» markalı «42PN450D» modelli televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 dekabr 2020-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs2 Sahib oğluna məxsus ünvan 4 ünvanında yerləşən 48 saylı mənzilin giriş qapısının kilidini açarseçmə yolu ilə açıb oraya qanunsuz daxil olaraq, mənzilin mətbəxinə quraşdırılmış bir ədəd 450 manat dəyərində «Vero» markalı kombi su qızdırıcı aparatını və bir ədəd 30 manat dəyərində üzərində «X1» yazıları olan «Stabia» markalı elektrik tənzimləyicini, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 150 manat təşkil edən, ümumilikdə 300 manat dəyərində iki ədəd meyvə qabını, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 25 manat dəyərində şüşə çayniki, mənzilin mətbəxindən bir ədəd 25 manat dəyərində “Tefal” markalı şirəçəkən aparatı, bir ədəd 30 manat dəyərində “İdeal” markalı, İD-40TPS modelli elektik çayniki, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 340 manat dəyərində qazan dəstini, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 20 manat dəyərində kofe dəmləyən aparatı, yataq otağından bir ədəd 20 manat dəyərində elektrik qızdırıcını, bir ədəd 15 manat dəyərində “Braun” markalı saç fenini, hər birinin dəyəri 5 manat təşkil edən ümumilikdə 15 manat dəyərində üç ədəd yorğan-döşək üzünü, bir ədəd 40 manat dəyərində «Samsung» markalı, 6522 modelli tozsoranı, hər birinin dəyəri 5 manat təşkil edən ümumilikdə 10 manat dəyərində 2 ədəd böyük ölçülü əl çantasını, bir ədəd 20 manat dəyərində «DSP» markalı ütünü, mənzilin dəhlizindən bir ədəd 15 manat dəyərində «TP-link» markalı Wifi aparatını, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 50 manat dəyərində markası istintaqa məlum olmayan tozsoranı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 100 manat təşkil edən, ümumilikdə 200 manat dəyərində iki ədəd qadın paltarını, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 40 manat təşkil edən, ümumilikdə 80 manat dəyərində iki ədəd kişi köynəyini, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə hər birinin dəyəri 500 manat təşkil edən, ümumilikdə 1000 manat dəyərində iki ədəd xalçanı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd markası istintaqa məlum olmayan 40 manat dəyərində ütünü, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd 40 manat dəyərində açılıb-bağlanan çarpayını, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 130 manat dəyərində Türkiyə istehsalı olan kişi idman geyim dəstini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2895 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 dekabr 2020-ci il tarixdə, saat 22 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 Sahib oğluna məxsus 48 saylı mənzilin giriş qapısının kilidini açarseçmə yolu ilə açıb oraya qanunsuz daxil olaraq, mənzilin qonaq otağından bir ədəd 130 manat dəyərində 23 seksiyalı elektrik radiatorunu, yataq otağından bir ədəd 90 manat dəyərində 15 seksiyalı elektrik radiatorunu və mənzilin mətbəxindən bir ədəd 50 manat dəyərində 8 seksiyalı elektrik radiatorunu gizli olaraq talayarkən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan mənzildə saxlanıldığından bilavasitə cinayət törtəməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 270 manat maddi ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 il olar ki, Bakı şəhərində kirayə yaşayır. X5 kondisioner firmasında işləmiş, təxminən 4 ay olar ki, işdən çıxdığına və heç bir yerdə işləmədiyinə görə oğurluq edərək özünü dolandırır. 20 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində oğurluq etmək üçün Nəsimi rayonu ərazisində Nəsimi rayonu, H.Seyidzadə küçəsi 31 saylı binanın qarşısına gəlmiş, əvvəlcə binanın blokuna girib blokda işıq və su sayğaclarına baxmış, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 31 saylı evin 47 saylı mənzilinin işıq və su sayğaclarının söndürülmüş olduğunu gördükdən sonra bilmişdir ki, mənzildə yaşayış yoxdur. Ona görə də əvvəlcədən üzərində olan açarları çıxarıb qapının açarını yoxlamış, açarla qapını açaraq mənzilə daxil olmuşdur. Əvvəlcə mənzilin mətbəxində olan “Beko” markalı paltaryuyanı, sonra isə evin çöl hissəsində olan dəmir yeşiyə bərkidilmiş “Bosch” markalı kombi istilik sistemini çıxarıb qapının ağzına qoymuş, sonra sifarişlə taksi çağırmış, tanımadığı taksi avtomobili gəldikdə sürücüdən xahiş etmişdir ki, əşyaları daşımağa ona köməklik etsin. Lakin taksi sürücüsünə oğurluq barədə heç bir söz deməmiş, əşyaları daşıyıb taksi avtomobilinə yığdıqdan sonra qapını açarla bağlamışdır. Bundan sonra həmin oğurladığı əşyaları Rəsulzadə qəsəbəsində əvvəl gündəlik kirayə qaldığı evə yığmış, oğurladığı evdə olan soyuducuya gücü çatmadığına görə ona kömək lazım olduğunu düşünüb, həmin gün, yəni 21 dekabr 2020-ci il tarixdə, saat 19 radələrində “Şurik” ləqəbi ilə tanıdığı adını sonradan bildiyi X3 qəsəbəsində görüşərkən bir mənzildə soyuducu olduğunu və həmin soyuducunu oğurlamağı təklif etmişdir. Belə ki, İntizara demişdir ki, “qapının açarı məndə var, qapını mən açacam sənlik heçnə yoxdur, sən soyuducunu daşımağa mənə köməklik et. Soyuducunu sən satarsan pulunu iki yerə bölərik”. İntizam onunla razılaşdıqdan sonra əvvəllər tanımadığı Razim Əhmədova zəng edərək “Yeganə” şadlıq evinin yanında olan körpünün yanına çağırmış, Razim gəldikdə İntizar onun yanında Razimə demişdir ki, “bir soyuducu var sənin maşınınla gedib həmin soyuducunu götürək, sənin hörmətini edərik”. Razim hal-hazırda maşını olmadığını, lakin üzərində 20 manat olduğunu deyib, soyuducunu taksi ilə aparmağı təklif etmiş və onlar razılaşmışlar. X7 soyuducunu cinayət yolu ilə əldə edəcəklərini əvvəlcədən deməmiş, onlar birlikdə taksi saxladıb 21 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində əvvəl oğurluq etdiyi Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 31, mənzil 47 saylı ünvana gəlmiş, bundan sonra qapını açarla açdıqdan sonra onlar içəri daxil olmuş, o, İntizam və Razim birlikdə mənzilin qonaq otağında olan “İndesit” markalı soyuducunu küçəyə çıxarmış, sonra taksi sifariş etmişdir. Taksi avtomobili gəldikdən sonra soyuducunu taksiyə yükləmiş, daha sonra Rəsulzadə qəsəbəsində “Yeganə” şadlıq sarayının qarşısında Razim avtomobildən düşmüş, taksi avtomobili ilə onlar bir qədər getdikdən sonra avtombildə İntizama demişdir ki, «sən özün soyuducunu satarsan sabah mənim pulumu verərsən». Razim onunla razılaşdıqdan sonra o da Rəsulzadə qəsəbəsində 8-ci sırada avtomobildən düşmüş, səhəri günü, yəni 22 dekabr 2020-ci il tarixdə İntizarla “Yeganə” şadlıq evinin yanında olan körpü tərəfdə görüşmüş, ona “İndesit” markalı soyuducunu 150 manata satdığını dedikdən sonra ondan 50 manat pul almış, qalan pulu isə Razimlə bölməsini ona demişdir. İntizamın Razimlə nə qədər pul böldüyünü, ümumiyyətlə Razimə soyuducunun oğurluq olub-olmadığı barədə məlumat verdiyindən xəbəri olmamışdır. Bundan sonra 26 dekabr 2020-ci il tarixdə pulu olmadığına görə yenə oğurluq etmək qərarına gəlmiş, eyni qaydada 26 dekabr 2020-ci il tarixdə, saat 18 radələrində oğurluq etmək üçün Nəsimi rayonu ərazisində Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 5 saylı binanın qarşısına gəlmiş, əvvəlcə binanın blokuna girib blokda işıq və su sayğaclarına baxmış, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 5 saylı evin 48 saylı mənzilinin işıq və su sayğaclarının söndürülmüş olduğunu gördükdən sonra bilmişdir ki, mənzildə yaşayış yoxdur. Ona görə də əvvəlcədən üzərində olan açarları çıxarıb qapının açarını yoxlamış, açarla qapını açaraq mənzilə daxil olmuş, mənzilə girib otaqlara baxdıqdan sonra qonaq otağında olan “LG” markalı televizoru götürüb qapını bağlayaraq mənzili tərk etmiş, bundan sonra “LG” markalı televizoru əvvəllər kirayə qaldığı ünvan 5 ünvana gətirmiş, qapı bağlı olsa da, üzərində olan açarla qapını açıb qanunsuz olaraq mənzilə daxil olub oğurladığı “LG” markalı televizoru ora qoymuş, səhəri günü 27 dekabr 2020-ci il tarixdə oğurladığı “LG” markalı televizoru aparıb Rəsulzadə qəsəbəsindən tanıdığı Azərə 150 manata satmış, Azərə “LG” markalı televizoru satarkən etdiyi oğurluq barədə ona heç bir söz deməmiş, televizorun özünə məxsus olduğunu deyib satmış, Azər ona inanıb ondan şəxsiyyət vəsiqəsi tələb etməmişdir. Bundan sonra 27 dekabr 2020-ci il tarixdə 22 radələrində yenə həmin Nəsimi rayonu, H.Seyidzadə küçəsi ev 5, mənzil 48 ünvanına gələrək qapını açarla açıb mənzilə daxil olmuş, mənzilin mətbəxində olan “Vero” markalı kombini açıb çıxarmış, bundan sonra mənzildə olan “İdeal” markalı, İD-40TPS modelli elektik çaynikini, iki ədəd ütünü, bir ədəd “Stabia” markalı enerji tənzimləyicini, bir ədəd “Tefal” markalı meyvə-tərəvəz doğrayan aparatı, üç dəst yorğan-döşək üzünü, bir ədəd TP-link markalı wifi aparatını, bir ədəd “Braun” markalı saç fenini, bir ədəd qara rəngli elektrik qızdırıcısını, bir ədəd “Samsung” markalı tozsoranı oğurlayıb əvvəllər kirayə qaldığı ünvan 5 ünvana gətirmiş, sonra oğurladığı “Vero” markalı kombini və kombi üçün istifadə olunan “Stabia” markalı enerji tənzimləyicini, TP-link markalı wifi aparatını, bir ədəd “Braun” markalı saç fenini tanışı Elgünə 200 manata danışıb satmış, Elgünə oğurladığı malı satarkən bir nəfərin ona borcu olduğunu, onun əvəzinə kombi və cərəyan gücləndirici qurğu verdiyini demişdir. Elgün ona inandıqdan sonra satdığı malın pulunu, yəni 200 manatı, səhəri gün 28 dekabr 2020-ci il tarixdə verəcəyini bildirmiş, bundan sonra 28 dekabr 2020-ci il tarixdə, gecə saat 02 radələrində yenə həmin oğurluq etdiyi ünvana, yəni ünvan 6 gəlməkdə məqsədi evdə olan istilik radiatorlarını oğurlamaq olmuş, onlardan birinin ölçüsü digərlərinə nisbətdə böyük olmuş, böyük ölçülü istilik radiatorunun ölçüsü təxminən 22-23 seksiyalı olmuş, digər iki ədəd istilik radiatorlarının ölçüsü nisbətən kiçik olmuş, mənzilin qapısını açarla açaraq içəri daxil olduqdan sonra istilik radiatorlarını otağın dəhlizinə yığarkən qapının döyüldüyünü eşitmiş, əvvəlcə qapını açmaq istəməmiş, düşünmüşdür ki, qonşudur qapını döyüb gedər. Sonradan qapını döyən şəxslərin polis əməkdaşı olduğunu bilib qapını açmaq məcburiyyətində qalmış, bundan sonra polis əməkdaşlarına etdiyi oğurluğu səmimi etiraf etmiş, oğurladığı əşyalardan bir ədəd “Samsung” markalı tozsoranı, bir ədəd ütünü, 03 dəst yorğan döşək üzünü, qara rəngli elektrik qızıdırıcını, oğurluqda istifadə etdiyi qaz açarını və kəlbətini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Cinayətləri tək törətmiş, onunla birlikdə heç kim cinayətdə iştirak etməmiş, etdiyi cinayət barədə heç kimə məlumat verməmiş, yalnız bir dəfə 21 dekabr 2020-ci il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanda Rəsulzadə qəsəbəsindən “Şurik” ləqəbi ilə tanıdığı sonradan adını bildiyi İntizarla “İndesit” markalı soyuducunu oğurlamışdır. Onun məqsədi evlərdən qiymətli əşyalar oğurlayıb satmaq və əldə etdiyi gəlirləri şəxsi ehtiyaclarına xərcləmək olmuş, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı digər əşyaları, yəni “İdeal” markalı, İD-40TPS modelli elektik çaynikini, bir ədəd ütünü, bir ədəd “Tefal” markalı meyvə-tərəvəz doğrayan aparatı və sair əşyaları Nəsimi rayonu, 3-cü mikrorayon bazarında tanımadığı şəxsə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək satmış, həmin şəxs satdığı əşyaların oğurluq olduğunu bilməmişdir. Qeyd etdiyi cinayət əməlindən başqa ünvan 7 ünvandan saat 18 radələrində oğurluq etmiş, belə ki, həmin mənzilə də digər mənzillərdə olduğu kimi gələrək əvvəlcə işıq və su sayğaclarının söndürülmüş olduğunu gördükdən sonra bilmişdir ki, mənzildə yaşayış yoxdur. Ona görə də əvvəlcədən üzərində olan açarları çıxarıb qapının açarını yoxlamış, açarla qapını açaraq mənzilə daxil olmuş, əvvəlcə mənzilin mətbəxində olan «İmmergas» markalı kombi su qızıdırıcı aparatı, kombinin enerji tənzimləyicisini, daha sonra mətbəxdə olan qaz peçini, su kranı dəstini çıxarmış, daha sonra mənzildə olan 3 ədəd 07 seksiyalı istilik radiatorunu, hamam otağında olan istilik radiatorunu çıxarıb qapının ağzına qoymuş, sonra sifarişlə taksi çağırmış, taksi gəldikdən sonra əşyaları taksiyə yığıb mənzili tərk etmiş, həmin mənzildən oğurladığı “İmmergas” markalı kombi istilik qızdırıcısını Rəsulzadə qəsəbəsində yaşayan tanışı Azərə satmış, digər əşyaları isə Nəsimi rayonu, 3-cü mikrorayon bazarında tanımadığı şəxsə özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edərək satmış, həmin şəxs satdığı əşyaların oğurluq olduğunu bilməmişdir. Daha sonra ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş zərərin ödənildiyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun ünvan 8 ünvanda 3 otaqlı mənzili vardır və həmin mənzili müxtəlif vaxtlarda kirayə vermişdir. Özü həmin mənzildə yaşamır, lakin həmin mənzil və içərisində olan əşyalar özünə məxsusdur. 23 dekabr 2020-ci il tarixdə, saat 21 radələrində mənzilə gedib mənzili yoxladıqda mənzilin mətbəxində 9 kiloqramlıq tutumu olan “Beko” markalı paltaryuyan maşının, qonaq otağında 2 kameralı “İndesit” markalı soyuducunun, mənzilin digər giriş hissəsində küçə tərəfdə quraşdırılmış “Bosch” markalı istilik sistemi kombinin sökülərək oğurlandığını aşkar etmiş, bundan sonra DİN-nin 102 Xidmətinə zəng edərək mənzilində baş vermiş oğurluq barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, mənzilindən bir ədəd 1500 manat dəyərində “Bosch” markalı kombi istilik qızdırıcı, bir ədəd 800 manat dəyərində “Beko” markalı paltaryuyan maşın, bir ədəd 2200 manat dəyərində “İndesit” markalı soyuducu oğurlanmış, baş vermiş oğurluq nəticəsində ona 4500 manat maddi ziyan dəymişdir. Daha sonra ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs şikayəti və ona qarşı tələbi olmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, onun ünvan 9 ünvanda 2 otaqlı mənzili vardır. Bakı şəhərinə gəldikdə həmin mənzildə yaşayır. 27 dekabr 2020-ci il tarixdə axşam saatlarında qonşusu ona zəng edərək 2 gündür ki, mənzilinin qapısının açıq olduğunu bildirmiş, bundan sonra qohumu Sakitə zəng edərək yaşadığı evə baxmasını demişdir. Təxminən 1 saat sonra Sakit ona zəng edərək bildirmişdir ki, evin qapısı açıqdır, ev dağınıq vəziyyətdədir, evdə “LG” markalı televizor, “Vero” markalı istilik qızdırıcısı kombi yoxdur. Bundan sonra DİN-nin 102 Xidmətinə zəng edərək Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra mənzilində baş vermiş oğurluq barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, mənzilindən bir ədəd 450 manat dəyərində “Vero” markalı kombi istilik qızdırıcı, bir ədəd 50 manat dəyərində “Stab” markalı enerji tənzimləyici, bir ədəd 1000 manat dəyərində “LG” markalı televizoru, hər birinin dəyəri 500 manat olan 02 ədəd xalça, hər birinin dəyəri 40 manat olan iki ədəd ütü, hər birinin dəyəri 100 manat olan iki ədəd təzə geyinilməmiş qadın paltarı, hər birinin dəyəri 40 manat olan iki ədəd təzə geyinilməmiş kişi köynəyi, hər birinin dəyəri 50 manat olan iki ədəd tozsoran, bir ədəd 50 manat dəyərində istilik qızdırıcısı, bir ədəd 20 manat dəyərində saç feni, bir ədəd 20 manat dəyərində şirəçəkən, bir ədəd 30 manat dəyərində “İdeal” markalı, İD-40TPS modelli elektik çaynikini, bir ədəd 20 manat dəyərində kofe dəmləyən aparatı, bir ədəd 20 manat dəyərində TP-link Wifi aparatı, hər birinin dəyəri 10 manat olan üç ədəd yorğandöşək üzü, 340 manat dəyərində qazan dəsti, bir ədəd 40 manat dəyərində açılıb bağlanan çarpayı, bir ədəd Türkiyə istehsalı olan 130 manat dəyərində kişi idman geyim dəsti, 2 ədəd xrustal meyvə qabı hər birinin dəyəri 150 manat, bir ədəd 25 manat dəyərində şüşə çaynik oğurlanmış, lakin ilkin ifadəsində evindən 1500 manat pulunun oğurlandığını göstərsə də, həmin pulu yataq otağında termonun altında aşkar etmiş, onun pulu oğurlanmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs şikayəti və ona qarşı tələbi olmadığını bildirmişdir. Məhkəməyədək icraat dövründə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, onun ünvan 3 ünvanda 2 otaqlı mənzili vardır. Həmin mənzili müxtəlif vaxtlarda əvvəllər kirayə vermiş, özü həmin mənzildə yaşamır. Lakin həmin mənzil və içərisində olan əşyalar ona məxsusdur. 02 yanvar 2021-ci il tarixdə, 12 radələrində mənzilə gedib mənzili yoxladıqda mənzilin mətbəxində «İmmergas» markalı istilik sistemi kombinin və kombinin «İmmergas» markalı enerji tənzimləyicisinin, qonaq otağında və yataq otağında yeddi seksiyalı 3 ədəd istilik radiatorunun, hamam otağında olan istilik radiatorunun, mətbəxdə olan su kranı dəstinin və qaz peçinin sökülərək oğurlandığını aşkar etmiş, bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək mənzilində baş vermiş oğurluq barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Göstərmişdir ki, sonuncu dəfə həmin mənzilə 16 dekabr 2020-ci il tarixdə getmiş, həmin vaxt oğurluq baş verməmiş, mənzildən oğurluq olduğundan 02 yanvar 2021-ci il tarixdə mənzilə gəldikdə xəbər tutmuş, oğurlanmış əşyaları özü almış və özünə məxsusdur. Mənzildə baş vermiş oğurluq nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş zərərin qismən ödənildiyini, Təqsirləndirilən şəxs şikayəti və ona qarşı tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu ərazisində mebel sexində mebel ustası işləyir. 24 dekabr 2020-ci il tarixdə əvvəllər tanıdığı Elnur adlı şəxs onunla əlaqə saxlayaraq qohumunda bir ədəd “Vero” markalı kombi qızdırıcı, bir ədəd stabilizator, yəni enerji tənzimləyici, bir ədəd Wifi modemi və bir ədəd saç feni olduğunu bildirib təcili pul lazım olduğundan satmaq istədiyini bildirmiş, onunla telefonla danışarkən həmin əşyaların şəkillərini telefonuna göndərmiş, Elnurdan həmin malların qiymətini ümumilikdə 380 manata razılaşmış, belə ki, bir ədəd “Vero” markalı kombi qızdırıcını və bir ədəd stabilizatoru 300 manata, digər əşyaları, yəni bir ədəd Wifi modemi və bir ədəd saç fenini isə 80 manata razılaşmış, o əşyaları almamışdan əvvəl Elnurdan malların oğurluq olubolmamasını soruşduqda o, satılan əşyaların oğurluq olmadığını, qohumuna pul lazım olduğuna görə satdığını bildirmiş, Elnuru tanıdığına görə və ona inandığına görə Elnurdan şəxsiyyət vəsiqəsi tələb etməmiş, bundan sonra həmin gün Elnur ondan 380 manat pul almış, səhəri gün 25 dekabr 2020-ci il tarixdə, saat 14 radələrində Elnur taksi ilə satdığı malları kirayə yaşadığı ünvana göndərmiş, o isə aldığı kombi qızdırıcını, enerji tənzimləyicini, Wifi modemi və saç fenini evdə yoxlamış, aldığı malların işlək vəziyyətdə olduğunu gördükdən sonra həmin malları Goranboy rayonundakı evinə yola salmış, o həqiqətən də aldığı malların oğurluq olduğunu bilməmişdir. Elnuru əvvəllər tanıdığına görə həmin malları alarkən Elnurdan heç bir sənəd tələb etməmiş, bir ədəd “Vero” markalı kombi qızdırıcını, bir ədəd enerji tənzimləyicini, bir ədəd wifi modemi və bir ədəd saç fenini alarkən həmin əşyaların cinayət yolu ilə əldə olduğundan xəbərsiz olmuş, Elnurdan bu barədə soruşduqda ona həmin əşyaların qohumuna məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının axırlarında əvvəllər tanıdığı Elnur adlı şəxs onunla əlaqə saxlayaraq onun qohumunda bir ədəd “Beko” markalı paltar yuyan maşın, bir ədəd “LG” markalı televizor, bir ədəd «İmmergas» markalı kombi qızdırıcı olduğunu bildirib, qohumuna təcili pul lazım olduğuna satmaq istədiyni bildirmişdir. Onunla telefonla danışarkən həmin əşyaları 300 manata satdığını demiş, sonra o, Elnura həmin əşyaları yaşadığı ünvana gətirməsini demişdir. Bundan əlavə ona həmin əşyaların oğurluq olub-olmamasını soruşmuş, Elnur həmin əşyaların oğurluq olmadığını demiş, o, televizoru, paltaryuyan maşını, kombi qızdırıcısını yoxlayıb işlədiyini gördükdən sonra həmin malların qiymətini ümumilikdə 250 manata razılaşıb almış, təkrarən həmin əşyaları ondan almamışdan əvvəl, Elnurdan malların oğurluq olub-olmamasını soruşduqda o satılan əşyaların oğurluq olmadığını qohumuna pul lazım olduğuna görə satdığını bildirmiş, Elnuru tanıdığına görə və ona inandığına görə Elnurdan şəxsiyyət vəsiqəsi tələb etməmiş, sonra Elnura 250 manat pul verib onu yola salmışdır. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 29 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.55- 56); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.12.2020-ci il tarixli, 4(006)-728/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs oğlu barəsində 30 dekabr 2020-ci il tarixdən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.96); - Könüllü təqdim olunan əşyaların götürülməsi haqqında 05 yanvar 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Şahid2 tərəfindən Zərərçəkmiş şəxs1 məxsus bir ədəd “Beko” markalı paltar yuyan maşın, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “LG” markalı televizor, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd «İmmergas» markalı kombi qızdırıcısı könüllü olaraq istintaqa təqdim edilmişdir; - Könüllü təqdim olunan əşyaların götürülməsi haqqında 19 yanvar 2021-ci il tarixli qərar və protokoldan görünür ki, X4 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş bir ədəd “İndesit” markalı soyuducuya zərər çəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş, sonuncu “İndesit” markalı soyuducunu tanıyaraq ona məxsus olduğunu bildirmiş bu barədə protokol tərtib olunaraq cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, i.v.151- 152); - Könüllü təqdim olunan əşyaların götürülməsi haqqında 05 yanvar 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Şahid3 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Vero” markalı kombi qızdırıcı, bir ədəd «Stabia» markalı enerji tənzimləyici, bir ədəd TPlink markalı Wifi aparatı, və bir ədəd “Braun” markalı fen könüllü olaraq istintaqa təqdim edilmişdir (İ cild, i.v.112-116); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.02.2021-ci il tarixli, 9/536 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş malların 2020-ci ilin dekabr ayına orta bazar dəyəri təxminən 2035,00 manat müəyyən edilir. O cümlədən: bir ədəd istifadədə olmuş «Beko» markalı, üzərində AA Class yazıları olan paltaryuyan 180 manat; bir ədəd istifadə olunmuş «İndesit» markalı, SB1670028 model soyuducu 240,00 manat; bir ədəd istifadədə olmuş «LG» markalı, 42PN450D model televizor pultu ilə birlikdə 280 manat; bir ədəd istifadədə olmuş «Vero» markalı kombi su qızdırıcı aparat 450,00 manat; bir ədəd istifadədə olmuş «Staba» markalı, üzərində «X2» yazıları olan elektrik tənzimləyici 30,00 manat; bir ədəd istifadədə olmuş «DSP» markalı ütü 20,00 manat; Bir ədəd istifadədə olmuş elektrik qızdırıcı 20,00 manat; bir ədəd istifadədə olmuş «Braun» markalı saç feni 15,00 manat; bir ədəd istifadədə olmuş «TP-link» markalı Wifi aparatı 15,00 manat; üç ədəd istifadədə olmuş yorğan-döşək üzü 15,00 manat; bir ədəd istifadədə olmuş «Samsung» markalı, 6522 model 2500W tozsoran 40,00 manat; iki ədəd böyük ölçülü əl çantası 10,00 manat; bir ədəd istifadədə olmuş «İmmergas» markalı kombi su qızdırıcı aparatı 450,00 manat; bir ədəd istifadədə olmuş 15 seksiyalı elektrik radiatoru 90,00 manat; bir ədəd istifadədə olmuş 23 seksiyalı elektrik radiatoru 130,00 manat; bir ədəd istifadədə olmuş 8 seksiyalı elektrik radiatoru 50,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.173-177); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.03/2021-ci il tarixli, 9/1248 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmuş malların 2020-ci ilin dekabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 235,00 manat müəyyən edilir. O cümlədən: bir ədəd Tefal markalı şirəçəkən aparatı 25 manat; bir ədəd “İdeal” markalı İD-40TPS modelli elektrik çayniki 30 manat; yeddi seksiyalı 3 ədəd istilik radiatoru hər birinin qiyməti 60 manat, ümumi 180 manat müəyyən edilmişdir. Digər malların haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.198-202); “Sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd «Beko» markalı, üzərində AA Class yazıları olan paltaryuyan, bir ədəd «İndesit» markalı, SB ******* model soyuducu, bir ədəd «LG» markalı, 42PN450D model televizor pultu ilə birlikdə, bir ədəd «Vero» markalı kombi su qızdırıcı aparat, bir ədəd «Staba» markalı, üzərində «X2» yazıları olan eleketrik tənzimləyici, bir ədəd «DSP» markalı ütü, bir ədəd «Braun» markalı saç feni, bir ədəd «TP-link» markalı Wifi aparatı, üç ədəd yorğan döşək üzü, bir ədəd «Samsung» markalı, 6522 model 2500W tozsoran, bir ədəd böyük ölçülü əl çantası, bir ədəd «İmmergas» markalı kombi su qızdırıcı aparatı, bir ədəd 15 seksiyalı elektrik radiatoru, bir ədəd 23 seksiyalı elektrik radiatoru, bir ədəd 8 seksiyalı elektrik radiatoru, bir ədəd kəlbətin və bir ədəd qaz açarı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, digər maddi sübutlar isə qəbzlə zərər çəkmiş şəxslərə qaytarılmışdır (İ cild, i.v.211-222; 253- 255); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd olunub (İ cild, i.v.143); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. şıyaşaY“ sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, həmçinin təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs bu hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlandığı ərizəsinə əsasən ona dəymiş ziyan qismən ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslərlə barışaraq maddi ziyanı qismən ödəməsini, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və ya digər tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 28 dekabr 2020ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış olunmuş bir ədəd «Beko» markalı, paltaryuyan və bir ədəd «İndesit» markalı soyuducu Zərərçəkmiş şəxs1 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, bir ədəd «LG» markalı, 42PN450D model televizor pultu ilə birlikdə, bir ədəd «Vero» markalı kombi su qızdırıcı aparat, bir ədəd «Stabia» markalı elektrik tənzimləyici, bir ədəd ütü, bir ədəd «Braun» markalı saç feni, bir ədəd «TP-link» markalı Wifi aparatı, üç ədəd yorğan-döşək üzü, bir ədəd «Samsung» markalı tozsoran, iki ədəd əl çantası, bir ədəd elektrik qızdırıcısı Zərərçəkmiş şəxs2 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, bir ədəd «İmmergas» markalı kombi su qızdırıcı aparatı Zərərçəkmiş şəxs3 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Beko» markalı, paltaryuyan və bir ədəd «İndesit» markalı soyuducu Zərərçəkmiş şəxs1 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin, bir ədəd «LG» markalı, 42PN450D model televizor pultu ilə birlikdə, bir ədəd «Vero» markalı kombi su qızdırıcı aparat, bir ədəd «Stabia» markalı elektrik tənzimləyici, bir ədəd ütü, bir ədəd «Braun» markalı saç feni, bir ədəd «TP-link» markalı Wifi aparatı, üç ədəd yorğan-döşək üzü, bir ədəd «Samsung» markalı tozsoran, iki ədəd əl çantası, bir ədəd elektrik qızdırıcısı Zərərçəkmiş şəxs2 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin, bir ədəd «İmmergas» markalı kombi su qızdırıcı aparatı Zərərçəkmiş şəxs3 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-242/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-242/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver