Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-242/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5, ev 10, mənzil 89-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,362 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 23 yanvar 2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3erləşən 7-ci Polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən bir bükümdə təmiz çəkisi 0.362 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamın aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,244 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 31 yanvar 2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:30-da Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 15 ünvanının qarşısında saxlanılaraq ünvan 4lis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən bir bükümdə təmiz çəkisi 0,244 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək göturulmüşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 yanvar 2024-cü il tarixdə saat 18:30 radələrində ünvan 5 ünvanda piyada gedən zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşmış və özlərini təqdim etdilər. Onun üzərində psixotrop maddə olmasından şübhə edildiyini, bu səbəbdən üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etdilər. O da onlarla birlikdə Binəqədi RPİ-nin 7-ci PB-nə getmişdir. Bölmədə xidməti otaqlardan birində dövlət hesatına ona müdafiəçi təyin edilərək hüquq və vəzifələrim izah edilmiş, sonra onun öz razılığı ilə müdafiəçinin iştrakı olmadan mütəxəssis tərəfindən videoçəkliş aparılmaqla üzərimə şəxsi baxış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl bu barədə qərarla tanış olmuşdur. Sonra şəxsi axtarış zamanı ondan əvvəlcə üstündə, paltarının ciblərində, əşyalarda və bədənində qeyri-qanuni əşyanın olubolmamasını soruşduqda o da əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd şəffaf rəngdə selefona bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur, sonra şalvarının sağ yan cibindən «Samsung-S7» markalı üzərində ***-***-**-** mobil nömrəsi olan telefonu da çıxarıb masanın üzerine qoymuşdur. Ondan sonra üzərində hər hansı bir əşya olub-olmadığını sual edildikdə o, heç bır əşya olmadığını bildirmişdir. Ondan sonra əynindəki şalvarının ciblərinə və ayaqqabılarının içərisinə baxılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Ondan aşkar edilən selefon bükümündə nə olduğunu sual edilən zaman həmin 01 ədəd bukümun içərisində psixotrop maddə metamfetaminin olduğunu və həmin psıxtrop maddəni 23 yanvar 2024-cü il tarixdə səhər saatlarında ünvan 6 ünvanda adını bilmədiyi şəxsdən 10 manata özü istifadə üçün aldığını bildirmişdir. Ondan sonra üstündə aşkar edilən 01 ədəd bükümün ekspertizaya göndərilməsi üçun zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək zərfin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. 31 yanvar 2024-cü il tarixdə, saat 18-30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 15 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs yenə ona yaxınlaşmış özlərinin polis əməkdaşı olduqlarını bildirdikdən sonra ona özünü təqdim etməyini demişlər və o da həmin şəxslərə özü haqqında anket məlumatları bildirdikdən sonra ona narkotik vasitə qəbul etməkdə şübhəli olduğunu deyərək Nəsimi RPl-nin 19-cu PŞ-nə dəvət etmişlər. O da onlarla birlikdə Nəsimi RPl-nin 19-cu PŞ-nə getmişdir. Həmin şöbədə də xidməti otaqlardan birində dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin iştrakı ilə mütəxəssis videoçəkliş edərək onun üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Baxış başlayan zamanı əvvəlcə ona üstündə, paltarının ciblərində, əşyalarda və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. O, həmin bükümü elə bükümü həmin günü, səhər saatlarında Sumqayıt şəhəri, Nasosnı adlanan ərazidə adını bilmədiyi şəxsdən 10 manata özü istifadə üçün aldığını və bükümün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Sonra onun üzərinə baxış keçirilmiş və heç bir əşya aşkar edilməmişdir. Ondan sonra ondan aşkar edilən bir ədəd bükümün ekspertizaya göndərilməsi üçün zərfə qoyulacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş, həmin zərfin içərisi boş olduğu üçün ondan aşkar edilmiş bir ədəd büküm zərfə qoyularaq zərfin ağzı bağlanmış və Nəsimi RPİ-nin 19-cu PŞ-nin zərflər üçün nəzərdə tutulmuş «187» nömrəli möhürlə möhürlənmişdir. Ondan sonra zərfin üzəri iştrakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə heroini 31 yanvar 2024-cü ıl tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Nasosnı adlanan ərazidə adını bilmədiyi, şəxsdən 10 manata özü istifadə üçün aldığını və həmin vaxtdan üstündə saxladığını və uzun müddətdir narkotik vasitə və psixotrop maddə qəbul etdiyini söyləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, 31 yanvar 2024cü il tarixdə xidmətdə olarkən, şöbənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Nəsimi rayonu ərazisində Günel adlı şəxsin narkotik vasitə əldə etməsi və saxlaması barədə məlumat əldə etmişlər. Həmin məlumat uzrə qeyd olunan Günel adlı şəxsin ifşa edilməsindən ötrü şöbə rəhbərliyinə raportla müraciət etmişlər. Rəhbərlik tərəfindən ondan və Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə ünvan 7 ünvanın qarşısına gəlmişlər, orada həmin gün saat 18-30-da Günel kimi bildikləri şəxsi gördükdə ona yaxınlaşaraq özlərini təqdim edərək ona da özünün anket məlumatlarını bildirməsini bildirmiş, onun Günel olmasını dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin qəbulunda, saxlanmasında şübhəli olduğunu bıldirirək onu 19-cu PŞ- nə dəvət etmişlər, həmin şəxsdə buna etiraz etməmiş və onlarla birlikdə 19-cu PŞ-nə gəlmişdir. Həmin şəxsi 19-cu PŞ-nə apardıqdan sonra PŞ-nə aparılan şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmış, məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5, ev
10. mənzil 89-da qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, ev 672-də yaşayan Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası Nəsimi RPlnin 19-cu PŞ-nin təhqiqatçısı polis leytenantı Vüqar Sultanova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada Təqsirləndirilən şəxs üçün vəkil dəvət edilmiş və ona üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarışda o, Şahid4, vəkil və mütəxəssis kimi dəvət olunmuş Nəsimi RPİ-nin KTQ-nın inspektor kriminalisti vəzifəsində çalışan X7 iştirak etmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Günel də əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngdə siqaret kağızına bükülmüş içərisində açıq qəhvəyi rəngli, toz şəkilli maddə olan bükümü çıxaradaraq masanın üzərinə qoymuşdur. Verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bir ədəd siqaret kağızına bükülmüş bukümu 31 yanvar 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Nasosnı adlanan ərazidə adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını və həmin bükümün ıçərsində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində başqa bir əşya olubolmaması sual edilmiş, o isə üzərində hər hansı əşya olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, hər hansı digər və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli toz şəkilli maddə olan bir bükumün ekspertizaya göndərilməsi üçün zərfə qoyulacağı bildirilmişdir. Zərfin içərisi əvvəlcə iştrakçılara göstərilmiş və zərfin içərisi boş olduğu üçün Təqsirləndirilən şəxs aşkar edilmiş bir büküm narkotik maddəyə bənzər maddə həmin zərfə qoyularaq qablaşdırılmışdır. Sonra zərf «187» nömrəli möhürlə möhürlənərək, zərfin üzən iştrakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın ilk vaxtdan mütəxəssis tərəfindən video çəkilişi aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya PŞ-də olarkən ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Hər bir hərəkət qanun çərçivəsində aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır, bu istiqamətdə tədbirlərini davam etdirirlər, gələcəkdə müsbət nəticə olduğu təqdirdə istintaq orqanını xəbərdar edəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Sabunçu RPl-nin 14-cü PŞ-də əməliyyat müvəkkili işləyir. Hadisə ilə bağlı onu deyə bilər ki, Binəqədi RPl-nin 7-ci PB-də əməliyyat müvəkkili işləyən zaman, 22 yanvar 2024-cü il tarixdə bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə xx.xx.1994-cü il təvəllüdlü, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5, ev 10, mənzil 89-da qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq gəzdirməsi barədə əməliyyat məlumatı aldıqları üçün həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə Bölmənin rəhbərliyinə raportla müraciət etmişlər. Məlumata əsasən Şahid2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə, saat 18-30-da ünvan 8 ünvana getmişlər. Orada xarici görkəmi və əlamətləri barədə qabaqcadan məlumatları olduğuna görə Təqsirləndirilən şəxs yaxınlaşaraq özləri təqdim etdikdən sonra ona narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib onlarla birlikdə 7-ci PB-nə getməsini təklif etmişlər. Günel buna etiraz etməmiş və onlarla birlikdə 7-ci PB-nə gəlmişdir. Bölməyə gedən zaman yolda Günel üstündə olduğu ehtimal edilən psixotrop maddəni atmasın və ya gizlətməsin deyə yol boyu onu nəzarət altında saxlamışlar. PB-nə gəldikdən sonra bu barədə PB-nın rəhbərliyinə məlumat verilmiş və onu bölməyə gətirilən şəxslərin qeydiyyatı kitabına qeydiyyata salmışlar. Həmin faktın araşdırılması TŞ-nın təhqiqatçısı polis kapitanı Aslan Haqverdiyevə həvalə olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarış aparılan zaman Binəqədi RPİ-nin KTQ-nin inspektor kriminalisti vəzifəsində çalışan X1 tərəfindən video çəkiliş aparılmışdır. Videoçəkiliş aparılan zaman Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü olaraq təqdim olunması təklif olunmuşdur. Təklif edildikdə sonra Günel ilkin olaraq əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bır ədəd selefan bükümünü, şalvarının sağ yan cibindən isə bir ədəd «Samsung S7» markalı mobil telefon çıxararaq təqdim etmişdir. Təqdim etdiyi həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş və təhqiqatçı tərəfindən bükümün içərisində olan maddə kütləsi qablaşırılaraq müvafiq ekspertiza keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs bükümdəki kütləni haradan, nə məqsədlə aldığını və üzərində gəzdirməsi sual edilən zaman o cavab olaraq həmin bükümdə olan metarrfetmaini xx.xx.2024-cü il tarixdə səhər saatlarında, ünvan 6 ünvanda tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçun aldığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol oxunduqdan sonra iştrakçılar tərəfindən protokol və Təqsirləndirilən şəxs təqdim etdiyi bükum qoyulan zərfinin üzəri imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Bakı şəhəri Nəsimi RPİ-nin İTŞ-nin inspektoru Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid5 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 24-cü vərəqlərində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 31 yanvar 2024-cü il tarixdə saat 19:25-dən hesablanmışdır. Cinayət işinin 47-49-cu vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngdə siqarət kağızına bükülmüş, içərisində açıq qəhvəyi rəngli, toz şəkilli bükümü, çıxarıb masanın üzərinə qoydu. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə eyni cinsdən olan Nəsimi RPİ-nin İTŞ-nin YYÇ PİTBnin inspektoru polis baş leytenantı Şahid5 tərəfindən axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi üst geyimlərinin qollarına və ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra geyindiyi şalvarının sol yan, arxa ciblərinə, həmçinin ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olundu və o, ayaqqabılarını çıxarıb silkələdi və heç bir əşya aşkar edilmədi. Bundan sonra ondan üst-başını səliqəyə salması tələb edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə səhər saatlarında həmin narkotik vasitə hesab edilən “heroini”i Sumqayıt şəhəri, Nasosnu adlanan ərazidən adını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün aldığını qeyd etmişdir. Bundan sonra iştirakçılara həmin içərisində qəhvəyi rəngli toz şəkilli Narkotik maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan büküm zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən PŞ-yə gətirilən zaman və PŞ-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfində PŞ-yə gətirilən və PŞ-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Cinayət işinin 57-58-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/637 nömrəli, 01 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 0,244 qram açıq qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələn»-in İ siyahısına daxildir. Cinayət işinin 84-85-ci vərəqlərində olan “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Kənan Əhədzadənin 02 fevral 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 87-ci vərəqində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 92-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hisssəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,244 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və tədqiqatdan sonra 0,194 qram qalığın Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 124-cü vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 23 yanvar 2024-cü il tarixdə saat 18:30-dan hesablanmışdır. Cinayət işinin 137-139-cu vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin apanldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş ağ kristal şəklində olan bükülünü çıxarıb masanın üzərinə qoydu. Sonra isə Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən üzərində ***-***-**-** nömrəsi olan Samsunq S7 marakalı mobil telefonu çıxarıb masanın üzərinə qoydu. Bundan sonra həmin 1 ədəd bükülünün içərisində nə olduğu soruşulduqda o həmin şəffaf bükülünün içərisində patı adlı psxotrop maddə olduğunu, həmin maddəni, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Binəqədi rayonu, S.Məmmədova 201 ünvanında tanımadığı şəxsdən 10 manat müqavilində aldığını və 1 ilə yaxın müddətdir ki, narkotik maddə istifadə etdiyini bildirmişdir. Cinayət işinin 150-151-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/497 nömrəli, 24 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümdə təmiz çəkisi 0,362 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 182-183-cü vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 25 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi İlkin İsmayılovun xx.xx.2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 25 yanvar 2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi barədə” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 190-cı vərəqində olan “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilib, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çəkilmiş videogörüntü yazılmış və istintaqa təqdim edilmiş 01 ədəd “DVD» diskdə olanlara Binəqədi RPi-nin iş-nin inzibati binasının 406 nömrəli xidməti otağında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə baxış keçirtdi. Baxış zamanı 01 ədəd DVD diskdə olan videogörüntünün fayıllan açıldıqda aydın görünür ki, 23 yanvar 2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xidməti otağında Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtanş ve götrürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə eyni cinsli şəxsin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanır. Şəxsi axtarış keçirilməzdən əvvəl iştirakçıların tərkibi elan edilir, Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış qərarı ilə tanış edilərək üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyalan təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvann sol yan cibindən bir ədəd şəffaf sellofan olan bükümü və sağ yan cibindən bir ədəd “Samsung S7” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoydu. Büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddənin adını deməklə təqdim etməsi təklif olundu o, həmin 01 ədəd bükümün içərisində olan maddənin “metamfetamin” deyilən psixotrop maddə olduğunu bildirdi, ondan həmin bükümü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə, o, bildirdi ki, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlannda Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsi 207 tanımadığı şəxsdən 10 manata alaraq öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı, onun geyindiyi paltarların ciblərinə və ayaqqabılarına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm və mobil telefon ayrı-ayrılıqda zərflərdə qablaşdırıldı, Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürləndi və üzəriləri iştirakçılar tərəfindən imzalandı. Cinayət işinin 195-196-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 441 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 203-cü vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 28 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra çəkisi 0,362 qram psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və tədqiqata sərf edildikdən sonra çəkisinin 0,312 qram psixotrop maddə metamfetaminin saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 205-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 223-cü vərəqində olan AZE seriyalı 12058549 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Aylin Ələsgərlinin anası Nağıyeva Günel, atası isə Ələsgərov Faiq kimi qeyd edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində 23 yanvar 2024-cü il tarixdə aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamafetamini təqdim etməsi müəyyən olundu. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində 31 yanvar 2024-cü il tarixdə aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd bükümdə narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə və 2ci siyahının 67-ci bəndinə əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təmiz çəkisi müvafiq olaraq 0,244 qram və 0,362 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Yekun olaraq məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin və narkotik vasitə heroin məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 04 (dörd) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 10 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,312 qram psixotrop maddə metamfetamin və 0,194 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 194 (bir yüz doxsan dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Hakim: Anar İbadzadə