Məhkəmə qərarları › İş №1(006)-244/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-244/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-244/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsi, ev 65, mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğuı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsi, ev 65, mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahəsini vermişlər. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin oktyabr ayından 23 iyun 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədilə fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi ilə bağlı əxlaqsız yuva təşkil etmə, saxlama və bu məqsədlər üçün mənzil sahəsi vermə barədə arvadı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2019cu ilin oktyabr ayının əvvəllərində sonuncuya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsi, ev 65, mənzil 21 ünvanında yerləşən mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra sonuncular müştəriləri Şahid3, Şahid2, Şahid1 və qeyrilərinin şəxsiyyəti istintaqa məlum olmayan fahişəliklə məşğul olan qadınlarla cinsi əlaqədə olmalarına şərait yaratmış, bunun müqabilində hər müştəridən 30 manat məbləğində pul almaqla ödənişli əsaslarla qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış və bu məqsədlər üçün mənzil sahəsi vermiş, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş idarənin əməkdaşları tərəfindən 23 iyun 2022-ci il tarixdə saat 16 radələrındə Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsi, ev 65, mənzil 21 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində mənzildə fahişəliklə məşğul olan X1 və mənzilə cinsi əlaqədə olmaq üçün gəlmiş müştəri Şahid2, eləcə də qeyd olunan mənzili fahişəliklə məşğul olan Kamalə Cəfərovanın müştərisi Şahid2 ilə cinsi əlaqədə olmaları üçün sonuncuya 30 manat pul müqabilində təqdim etmiş Təqsirləndirilən şəxs1 saxlanılmış, Şahid2 mənzildə cinsi əlaqədə olmasına görə Təqsirləndirilən şəxs1 verdiyi və sonuncunun könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyi bir ədəd 10 manatlıq və bir ədəd 20 manatlıq pul əskinazları götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, maddi cəhətdən sıxıntıları olduğundan 2019-cu ilin təxminən oktyabr ayından etibarən ona məxsus ünvan 2nında yerləşən evi bir günü 30 manat olmaqla kirayə vermiş, eyni zamanda arvadı Nigar da, həmin mənzili müxtəlif şəxslərə kirayə vermiş, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində arvadı Nigar ona zəng vuraraq müştəri qismində tanıdığı Hafiz adlı şəxsin ona zəng vuracağını və evi 30 manat pul müqabilində verəcəyini bildirmiş, həmin vaxt Nigar istirahət məqsədilə Quba şəhərində olmuşdur. Bundan sonra Hafiz adlı şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq yaşadığı mənzili ondan bir neçə saata istədiyini bildirmiş, o isə evi Hafizə verməyin müqabilində ondan 30 manat pul alacağını bildirmişdir. Hafiz onunla razılaşdıqdan sonra o, Hafizə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Neftçilər” xəstəxanasının yanına gəlməsini bildirmiş, Hafiz onunla razılaşıb saat 15:30 radələrində onun olduğu yerə gəlmiş, o açarları Hafizə təqdim etdikdən sonra Hafizdən 30 manat pul almış, Hafiz ondan açarı aldıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsi, ev 65, mənzil 21 ünvanına yollanmış, bir müddət sonra o Hafizlə əlaqə saxlayıb açarları götürmək üçün yaşadığı ünvana getmiş, dəhlizdə olan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim etməklə DİN-nin İAQMB İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, həmin vaxt Hafiz və yanında olan qadın da, dəhlizdə olmuş, bundan sonra polis əməkdaşları onu və Hafızgıli qeyd olunan Baş İdarəyə dəvət etmiş, idarəyə gəldikdən sonra polis əməkdaşları onları sorğu-suaı etmiş, o ünvan 2nında yerləşən evi 30 manat pul müqabilində Hafizə verdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara olaraq bildirmişdir ki, hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmamış, o, əvvəllər də müxtəlif şəxslərə 30 manat pul müqabilində bir neçə saatlıq həmin mənzili kirayə vermiş, etirafedici protokolları oxumadan imza etmiş və bununla bağlı heç bir orqana vəsatət və şikayət verməmişdir. Daha sonra özünü təqsirli bilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, ailəli olmaqla himayəsində 2 övladının və baxılmağa ehtiyacı olan birinci qrup anadan gəlmə iflic qardaşının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq onun barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə yaşadıqları özlərinə məxsus olan ünvan 1 ünvanı maddi cəhətdən sıxıntıları olduğundan müxtəlif şəxslərə müəyyən məbləğdə pul müqabilində bir günlük və bir neçə saatlıq müxtəlif şəxslərə vermişlər. Bu işlə həm o, həm də əri Ruslan məşğul olmuş, xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində Hafiz adlı şəxs ona məxsus mobil telefona ismaric yazaraq yaşadıqları ünvan 1 ünvanın hazırda boş olub-olmadığını soruşmuş, o, Hafizə həmin evin hazırda boş olduğunu, özünün Quba rayonunda olduğunu, bununla bağlı əri Ruslanla əlaqə saxlamasını bildirərək Ruslanın mobil nömrəsini Hafizə göndərmişdir. Qubada olarkən həmin gün axşam saatlarında ona məlum olmuşdur ki, yaşadıqları ünvan 1 ünvanı 30 manat müqabilində əri Ruslandan alan şəxs, yanında olan qadın və əri Ruslan DİN-nin İAQ-ı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanmış və buna səbəb isə Hafiz adlı şəxsin yanında olan qadınla onların yaşadıqları evdə cinsi əlaqədə olmasıdır. Daha sonra özünü təqsirli bilməməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq onun barəsində ədalətli çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin məhkəmə iclasında verdikləri qismən və məhkəməyədək istintaq dövründə verdikləri tam etirafları ilə yanaşı, şahidlərin ifadələri, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskdə olan sms yazışmaları və eyni zamanda istintaq materiallarına uyğun gələn tərəflərin olduqları yer üzrə anten, əhatə dairələri dair məlumatlarla və iş materiallarında olan digər mötəbər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İAQMBİ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə əlbir olaraq ünvan 2nında əxlaqsızlıq yuvası saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla Baş İdarə rəisinə məruzə olunmuş və rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Onun və əməliyyat müvəkkikli polis mayoru Şahid5 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra Baş İdarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunaraq, həmin şəxslərə Cinayət prosessual Məcəlləsinin 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, 23 iyun 2022-ci il tarixdə saat 15:25 radələrində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu yuxarıda göstərilən ünvanı müşahidəyə götürmüş təxminən 5 dəqiqə sonra həmin mənzilə bir nəfər kişi və bir nəfər qadının daxil olduğunu görmüşlər. Təxminən 16:00 radələrində həmin kişi və həmin qadın mənzili tərk edərkən onlar həmin şəxslərə yaxınlaşıb vəsiqələrini göstərərək DİN-in İAQMBİ-nin əməkdaşları olduqlarını və oraya gəlməklərinin səbəbini bildirmiş, dəhlizdə dayanan digər kişinin mənzilin sahibi Təqsirləndirilən şəxs1 olduğunu dəqiqləşdirəndən sonra Ruslana mənzilin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə Baş İdarəyə məlumat daxil olmasını, bununla bağlı qərar qəbul olunduğunu və həmin qərarın icrası ilə bağlı mənzilin otaqlarına baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Ruslan onların təklifini qəbul edib, mənzilə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirib onları içəri dəvət etmiş, baxış zamanı mənzilin iki otaqdan, bir mətbəxdən, bir hamam otağından və bir sanitar qovşağından ibarət olması müəyyən edilmiş, dəvət edilmiş hal şahidləri ilə birlikdə mənzilin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı onun tərəfindən bir neçə fotoşəkil çəkilmiş, mənzildə Təqsirləndirilən şəxs1 başqa aşkar edilmiş bir qadın və bir kişi ilə sorğu-sual aparılarkən kişinin Şahid2, qadının isə Kəmalə Cəfərova olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 hər şeyi etiraf edərək 23 iyun 2022-ci il tarixdə Hafizin ona zəng edərək ondan qadınla cinsi əlaqədə olmaq üçün mənzil təşkil etməsini istədiyini, o da Hafizə razılıq verib qadınla cinsi əlaqədə olması üçün həmin mənzildə şərait yaratdığını, buna görə Hafizdən 30 manat pul aldığını bildirmişdir. Şahid2 və K.Cəfərova da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişlər. Bundan sonra sonuncuya təklif olunmuşdur ki, Şahid2 verdiyi 30 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs1 bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əsginasını təqdim edərək Şahid2 tərəfindən verilmiş pul əsginası olduğunu bildirmiş, təqdim olunmuş pul əsginası hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun tərəfindən protokol tərtib olunmuş, baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər protokola əlavə edilmiş, tərtib olunmuş protokol iştirakşılara ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığı üçün protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, daha sonra isə iştirakçılar izahat verərək Baş İdarəni tərk etmişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İAQMBİ-nin əməliyyat müvəkkili Şahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində tanışı Kəmaləyə zəng vuraraq cinsi əlaqədə olmağı təklif etmiş, Kəmalə onunla razılaşmışdır. Sonra o, Nigar adlı qadına zəng vuraraq özünə məxsus evi ona 1 2 saatlıq cinsi əlaqədə olmaq üçün verməsini xahiş etmişdir. Nigar ilə danışan zaman hazırda onun Bakı şəhərində olmadığını əri Ruslanın evi müştərilərə təqdim etdiyini, bunun uçün də, Ruslanla əlaqə saxlamağını bildirmiş, həmçinin Nigar Ruslana məxsus ***-***-**-** rəqəmli mobil nömrəsini ona göndərmiş, bundan sonra Ruslanla əlaqə saxlayaraq mobil nömrəsini arvadı Nigardan aldığını bildirib ev lazım olduğunu demiş, Ruslan bu barədə məlumatı olduğunu qeyd edərək Bakı şəhəri, Xətai rayonu ərazisində görüşüb evin açarlarını ona verə biləcəyini demişdir. Bundan sonra Kəmalə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu erazisində yerləşən “Neftçilər" xəstəxanasının yaxınlığına gedərək orada Ruslan ilə görüşmüş və Ruslandan Kəmalə ilə cinsi əlaqədə olacağı mənzilin açarlarını təhvil almışdır. Bundan sonra Ruslana 30 manat pul ödəyərək qeyd olunan ünvana yollanmış, həmin mənzil ünvan 2nında yerləşmiş, həmin mənzildə Kəmalə ilə cinsi əlaqədə olduqdan sonra Ruslana yenidən zəng vuraraq açarları haraya qoyacağını soruşduqda Ruslan açarları özünün gəlib götürəcəyini demiş, daha sonra Kəmalə ilə mənzili tərk edən zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim etməklə DİN-nin İAQMBİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Ruslan da, dəhlizdə olmuş, bundan sonra polis əməkdaşları Ruslanı və onları qeyd olunan Baş İdarəyə dəvət etmiş, Baş İdarəyə gəldikdən sonra polis əməkdaşları onları sorğu-sual etmişlər. O, ünvan 2nında yerləşən evi 30 manat pul müqabilində Kəmalə ilə cinsi əlaqədə olmaq üçün aldığını bildirmiş, həmçinin Ruslan da, onun dediklərini təsdiq etmiş, bundan sonra baş verənlərlə bağlı hal-şahidlərınin iştirakı ilə protokol tərtib olunmuş və onlara ucadan oxunmuşdur. Onlar həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, “Baku Electroniks” mağazası ilə üzbəüz olan dayanacaqda dayanarkən əvvəllər tanımadığı, mülki geyimdə olan şəxs ona və əvvəllər tanımadığı, yanında dayanacaqda dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş. İAQMBİ-nin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirərək onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmiş, onlar razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə gəlmişlər. Orada onlara hüqüq və vəzifələri izah olunmuş, bundan sonra o digər hal şahidinin Şahid7 olduğunu bilmiş, polis əməkdaşları onlara izah etmişdirlər ki, əxlaqsızlıq yuvası saxlama barədə məlumat əldə ediblər. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklər. Saat 15:25 radələrində o və İlyas polis əməkdaşları ilə birlikdə ünvan 2nına gəlmiş, qeyd olunan mənzil polis əməkdaşları tərəfindən müşahidəyə götürülmüş, təxminən 5 dəqiqə sonra həmin mənzilə bir kişi və bir qadının daxil olmuş, təxminən 16:00 radələrində həmin kişi və həmin qadın mənzili tərk edərkən polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb vəsiqələrini göstərərək DİN-in İAQMBİ-nin əməkdaşları olduqlarını və oraya gəlmə səbəblərini bildirmişlər. Dəhlizdə dayanan digər kişinin mənzilin sahibi Təqsirləndirilən şəxs1 olduğunu polis əməkdaşları dəqiqləşdirəndən sonra sonuncuya mənzilin əxlaqsızlıq yuva kimi fəaliyyət göstərməsi barədə Baş İdarəyə məlumat daxil olmasını, bununla bağlı Ruslana qərar qəbul olunduğunu və həmin qərarın icrası ilə bağlı mənzilin otaqlarına baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Ruslan polis əməkdaşlarının təklifini qəbul edib, mənzilə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirib onları içəri dəvət etmiş, baxış zamanı mənzilin iki otaqdan, bir mətbəxdən, bir hamam otağından və bir sanitar qovşağından ibarət olması müəyyən edilmiş, onun və İlyasın iştirakı ilə mənzilin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı polis əməkdaşı Şahid4 tərəfindən bir neçə fotoşəkil çəkilmiş, mənzildə Təqsirləndirilən şəxs1 başqa aşkar edilmiş bir qadın və bir kişi ilə sorğu-sual aparılarkən kişinin Şahid2, qadının isə K.Cəfərova olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 hər şeyi etiraf edərək 23 iyun 2022-ci il tarixdə Hafizin ona zəng edərək ondan qadınla cinsi əlaqədə olmaq üçün mənzil təşkil etməsini istədiyini, o da Hafizə razılıq verib həmin mənzildə şərait yaratdığını, buna görə Hafizdən 30 manat pul aldığını bildirmişdir. Şahid2 və K.Cəfərova da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən təklif olunmuşdur ki, Hafizin ona verdiyi 30 manat pulu təqdim etsin. Həmin vaxt Təqsirləndirilən şəxs1 bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əsginasını polis əməkdaşlarına təqdim edərək Hafiz tərəfindən verilmiş pul əsginası olduğunu bildirmişdir. Təqdim olunmuş pul əsginasları onun və İlyasın iştirakı ilə qablaşdırılaraq zərfə qoyulmuş və üzəri onlar da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Qeyd olunan ünvanda müvafiq sənədləşdirmə aparılması üçün şəraitin olmamasını nəzərə alaraq adları qeyd olunan şəxsləri polis əməkdaşları Baş İdarəyə dəvət etmiş, Baş İdarədə onun və İlyasın iştirakı ilə polis əməkdaşı Şahid4 tərəfindən protokol tərtib olunmuş baxış zamanı mənzildə çəkilmiş fotoşəkillər protokola əlavə edilmiş, hər hansı bir şikayət və iradı olmadığı üçün protokolun doğruluğu imzası ilə təsdiq edilmişdir Daha sonra isə Baş İdarəni tərk etmiş, prosses zamanı polis əməkdaşları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsinin şahidi olmamaışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid7 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2019-cu ildən tanımış, Ruslanla hansı şəraitdə, necə tanış olduğunu hazırda xatırlamamış, Ruslanin istifadəsində olan mobil telefon nömrəsini də necə tapdığını unutmuşdur. Lakin o bilmişdir ki, Ruslan bir neçə saatlıq qadınla görüşmək lazım olduqda mənzil təşkil edir. Bundan sonra o bir neçə dəfə Ruslanla əlaqə saxlayıb bir neçə saatlıq mənzil istəmiş, ilk dəfə təxminən 2019-cu ilin sonlarında qadınla istirahət etmək qərarına gəlmiş və bu məqsədlə istifadəsində olan 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə Ruslanın istifadəsində olan 050 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə əlaqə saxladıqda Ruslana bildirmişdir ki, bir neçə saatlıq kirayə ev lazımdır. Ruslan da cavabında ona 50 manat pulun qarşılığında bir neçə saatlıq ev təşkil edə biləcəyini bildirmiş, o Ruslanla razılaşdıqdan sonra Ruslan onu Bakı şəhərində yerləşən “28 may" metrostansiyasının yaxınlığına dəvət etmiş, orada o mənzildən istifadə edəcəyinə görə Ruslana 50 manat pul vermiş, Ruslan açarı ona verdikdən sonra o tanışı olan qadınla görüşüb Ruslanın təşkil etdiyi mənzilə getmiş, mənzil “28 may" metrostansiyasının yaxınlığında ünvan 2nında yerləşmiş, mənzilə getdiyi qadınla cinsi əlaqədə olduqdan sonra mənzilin açarını nə etdiyini tam xatırlamamış, lakin xatırladığı qədərilə Ruslanın özü ilə əlaqə saxlayıb özünə qaytarmışdır. Bundan sonra o eyni qaydada bir neçə dəfə Ruslanın təşkil etdiyi mənzildə qadınla görüşüb cinsi əlaqədə olmuş, Ruslan onun mənzilə getdiyi qadını görməsə də bilmişdir ki, o mənzildə hər dəfə qadınla görüşüb cinsi əlaqədə olur. O. ümumilikdə Ruslanın kirayə veridyi evdən 3-4 dəfə istifadə etmiş, Ruslanın təşkil etdiyi mənzildə cinsi əlaqədə olduğu qadını hazırda xatırlamamış, Ruslanın evində görüşdüyü qadın onun öz tanışı olmuşdur. Hər dəfəsində də eyni qadınla Ruslanın təşkil etdiyi evə gedib həmin qadınla cinsi əlaqədə olmuşdur. Qadına cinsi əlaqədə olmağının qarşılığında hər hansı məbləğdə pul verməmişdir. Ruslan ona hər dəfə eyni mənzili təşkil etmiş, başqa mənzil ona kirayə verməmiş, təxminən iki-üç ildir ki, Ruslanla da heç bir əlaqəsi qalmamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, tanıyır. Ruslan ilə hazırda adını xatırlamadığı tanışı vasitəsilə tanış olmuş, belə ki, həmin tanışı Ruslana məxsus ***-***-**-** saylı mobil nömrəni ona verərək Ruslanın özünə məxsus mənzili hər hansı bir şəxsə cinsi əlaqədə olması üçün pul müqabilində bir neçə saatlıq verdiyini demiş, sonradan o Ruslanın özü ilə də, bu barədə danışan zaman Ruslan tanışının dediklərini təsdiq edərək, 40 manat pul müqabilində özünə məxsus mənzili cinsi əlaqədə olmaq üçün müxtəlif şəxslərə verdiyini qeyd etmiş, o Ruslanda mənzilin harada yerləşdiyini soruşduqda Ruslan həmin mənzilin ünvan 2nında yerləşdiyini qeyd etmiş, bundan sonra o fahişəliklə məşğul olan müxtəlif qadınlarla Ruslana məxsus evə getməyə başlamış və hər dəfə ünvan 2nında yerləşən evə gedən zaman açarı Ruslandan götürərək Ruslana 40 manat pul ödəmişdir. İşini qurtardıqdan sonra isə açarı qapının qarşısında yerə sərilmiş ayaqaltının altına qoyaraq bu barədə Ruslana məlumat vermiş, keçən bir il müddət ərzində o təxminən 4 dəfə həmin ünvanda yerləşən evə gedərək orada fahişəliklə məşğul olan müxtəlif qadınlarla cinsi əlaqədə olmuşdur. Bəzi vaxtlarda Ruslanla əlaqə saxlayan zaman sonuncu mənzilin açarının qapının qarşısında yerə sərilmiş ayaqaltının altında olduğunu demiş və o da həmin açarı götürüb qapını açmışdır. Evdən çıxan zaman isə 40 manat pulu və açarı Ruslanın götürməsi üçün yenidən qapının qarşısında yerə sərilmiş ayaqaltının altına qoymuşdur. Cinayət işinin 135-138-ci vərəqələrində olan 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdən Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 159-162-ci vərəqələrində olan 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdən Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 163-164-cü vərəqələrində olan maddi sübut hesab edilməsi və pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınmış 30 manat məbləğində pul vəsaitləri saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan idarəsinin depozit hesabına verilmişdir. Cinayət işinin 167-176-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə maddi sübut kimi tanınmış və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan ibtidai istintaqı ilə əlaqədar məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskə baxış keçirilməsinə dair 24 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********00 rəqəmli mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir: belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********00 rəqəmli mobil telefon nömrəsinə gələn və gedən zənglərə baxış zamanı aşağıdakılar müəyyən edildi: Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********00 rəqəmli mobil nömrəsi ilə Şahid3 məxsus +**********16 rəqəmli mobil nömrə arasında 2021-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayına kimi, Şahid1 məxsus +**********83 rəqəmli mobil nömrə arasında 2021-ci ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində müxtəlif vaxtlarda danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********00 rəqəmli mobil telefon nömrəsinə gələn ismariclərə baxış zamanı aşağıdakılar müəyyən edildi:

1. xx.xx.2021-ci il tarixdə saat 12:43-də +**********83 rəqəmli mobil nömrəsindən "Cixdim, sagol Ruslan". Cinayət işinin 60 və 63-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 07 və 16 dekabr 2022-ci il tarixdə verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin 80-81-ci vərəqələrində olan "xxxx" MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qonşuların arasında yaxşı nüfuza malik və hörmətli ailədir. Bir oğlu və bir qızları var. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün əxaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahəsini vermə cinayətini törətmələrini etiraf etməsələr də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, sonuncuların, şahidlərin məhkəmə iclasında, ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD diskdə olan sms yazışmaları və eyni zamanda istintaq materiallarına uyğun gələn tərəflərin olduqları yer üzrə anten, əhatə dairələri dair məlumatlarla və digər iş materialları ilə onların təqsirli olmaları tam sübuta yetirilmişdir. Sonuncuların əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə tövsif olunmalı və onlar həmin maddənin sanksiyası həddində cəzalanmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 könüllü olaraq məhkəməyədək istintaq dövründə protokolları, digər sənədləri imzalamış və ona istinad edilən əməlləri tam etiraf edərək yaşadıqları özlərinə məxsus olan ünvan 3 ünvanda olan mənzili maddi cəhətdən sıxıntıları olduğundan müxtəlif şəxslərə 2019-cu ilin təxminən oktyabr ayından etibarən bir və ya birneçə saatlıq 30 manat olmaqla kirayə vermişlər. (19-21, 69-72, 73-75, 132-134 və 156-158 i/v). Bundan əlavə cinayət işinin 10-17-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli yaşayış yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid2 mənzildə cinsi əlaqədə olmasına görə 30 manata mənzili kirayə verdiyini etiraf edir və könüllü olaraq polis əməkdaşlarına bir ədəd 10 manatlıq və bir ədəd 20 manatlıq pul əskinazlarını təqdim edir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş və "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən 01 ədəd kompakt diskdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********00 rəqəmli mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir (76-77 i/v). Həmçinin təqsirləndirilən şəxslər təkrarən məhkəmə iclasında onlara verilmiş suallara cavab olaraq bildirmişlər ki, məhkəməyədək istintaq dövründə etirafedici protokolları oxumadan imza etmiş, bununla bağlı heç bir orqana vəsatət və şikayət verməmiş, özlərinə məxsus ünvan 3 ünvanda olan mənzili maddi cəhətdən sıxıntıları olduğundan müxtəlif şəxslərə 2019-cu ilin təxminən oktyabr ayından etibarən bir və ya bir neçə saatlıq 30 manat müqabilində kirayə vermişlər. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəmə iclasında verdikləri bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cəza təyin edərkən ailəli olmaqla himayəsində 2 övladının və baxılmağa ehtiyacı olan birinci qrup anadan gəlmə iflic qardaşının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, hazırda ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində 2 övladının və baxılmağa ehtiyacı olan birinci qrup anadan gəlmə iflic qaynının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidirlər. Lakin, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, törətdikləri cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətlərini dərk etmələrini, öz vəziyyətlərinə tənqidi münasibət bəsləmələrini, habelə, cəzanı yüngülləşdirən halları Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olmaqla himayəsində 2 övladının və baxılmağa ehtiyacı olan birinci qrup anadan gəlmə iflic qardaşının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, hazırda ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, digər Təqsirləndirilən şəxs2 qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində 2 övladı olmaqla baxılmağa ehtiyacı olan birinci qrup anadan gəlmə iflic qaynının olmasını, həmçinin cəzanı ağırlaşdıran halların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmaları mümkündür. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərlərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə həmin İdarəyə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmiş Təqsirləndirilən şəxs1na məxsus 30 (otuz) manat dövlət nəfinə keçirilməli və digər maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin İdarəyə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və məsul saxlanışa verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmiş Təqsirləndirilən şəxs1 məxsus 30 (otuz) manat dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar