Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-244/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-cı il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in) 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyun 2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanında yerləşən qapı-pəncərə sexinin fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub sexdə işləyən Zərərçəkmiş şəxs digər otaqda olmasından istifadə edərək heç kimin görmədiyi şəraitdə masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində qobura qoyulmuş 35 manat dəyərində ***-***-**-** saylı və 35 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr ilə istifadə olunan 400 manat dəyərində “Xiaomi” markalı “Mİ A2 Lite Gold” modelli mobil telefonu və 10 manat dəyərində sonuncunun adına olan “Kapital Bank ASC”-yə aid 416973****8458 nömrəli plastik bank kartını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 490 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəlcədən gizli olaraq taladığı Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı hesab edilən ’’Kapital Bank”ASC-yə aid 416973****8458 nömrəli kartdan vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri ərazisində müxtəlif mağazalardan təmassız ödəniş vasitəsilə alış-veriş etməklə həmin kartın hesabından xx.xx.2023-cü il tarixdə saat 12:44-də 1 manat 80 qəpik və 4 manat 7 qəpik, xx.xx.2023- cü il tarixdə saat 12:50-də 48 manat 79 qəpik, xx.xx.2023-cü il tarixdə saat 12:57-də 51 manat 60 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:12-də 20 manat 50 qəpik, xx.xx.2023- cü il tarixdə saat 13:27-də 26 manat 98 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:31-də 20 manat 50 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:32-də 40 manat, xx.xx.2023-cü il tarixdə saat 13:36-da 58 manat 60 qəpik, xx.xx.2023-cü il tarixdə saat 14:49-da 21 manat, xx.xx.2023-cü il tarixdə saat 14:50-də 20 manat, xx.xx.2023-cü il tarixdə saat 14:52-də 9 manat 60 qəpik və sonuncu dəfə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti, məhəllə 3007 ünvanında yerləşən mağazadan təmassız ödəniş vasitəsilə alış-veriş etməklə həmin kartın hesabmdan xx.xx.2023-cü il tarixdə saat 14:53-də 43 manat 50 qəpik məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 366 manat 94 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 iyun 2023-cü il tarixdə saat təxminən 11-12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində hərəkət edən zaman qapı-pəncərə sexinin açıq olmasını görmüşdür. Sexin qabağına gəlib içəri boylandıqda orada heç kimin olmadığını görmüş, içəri nəzər saldıqda orada stolun üstündə mobil telefon olduğunu görmüşdür. Sexin içərisində heç kim olmamışdır. O sexə daxil olub həmin “Xiomi” markalı mobil telfonu götürərək cibinə qoyub şəhərin mərkəzi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin mobil telefonu dərhal söndürmüşdür. Telefonun üzərində qabur, arxasında telefonla qaburun arasında isə "xxxx" a məxsus hesab kartı olmuşdur. Telefonu qaburdan çıxarıb hesab katmı cibinə qoymuşdur. Şəhərin mərkəzi istiqamətində hərəkət edib 28 May metrosu yaxınlığında mağazalara girib telefonu satmaq istədiyini bildirmişdir. Bir neçə mağazaya girsə də telefonu ondan alan olmamışdır. Bu səbəbdən də telefonu xatırlamadığı zibil qutularına atmışdır. Bundan sonra həmin "xxxx" a məxsus olan oğurladığı hesab kartı ilə Bravo market və başqa digər tanımadığı mağazalar daxil olub özünə siqaret, spirtli içki və digər ərzaq məhsulları almışdır. Təxminən 300 manata yaxın məbləğdə alış veriş etmişdir. Sonuncu dəfə isə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrosu yaxınlığındakı mağazaya daxil olub oradan özünə ərzaq məhsulları almışdır. Sonradan kartı xatırlamadığı yerə tullamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək bunun nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Əsasən fərdi sahibkarlıqla məşğul olur. Belə ki ünvan 4 ünvanında yerləşən qapı-pəncərə sexini icarə əsasında işlədir. İşinin mahiyyəti ondan ibarətdir ki, sexə gələn müştərilərin sifarişini qəbul edir və bu barədə yanında işləyən ustalara müvafiq tapşırıqlar verir. İşlətdiyi sex vətəndaşlara xidmət etdiyindən oranın girişi açıq olur. Gündəlik olaraq səhər saat 10:00 radələrində sexi açır və axmşam saat 19:00-dək fəaliyyət göstərirmiş. 19 iyun 2023-cü il tarixdə saat təxminən 11:00 radələrində sexdə olan zaman əsas girişdə masanın üzərinə özünə məxsus 10 manat dəyərində qobura qoyulmuş kreditlə 600 manata aldığı, lakin halhazırdakı qiyməti 400 manat olan “XİOMİ” (Mİ a2 lite gold 3 GB ram 32 GB rom) markalı **********65511 və **********65529 imei kodlu mobil telefonunu masanın üzərinə qoyub digər otağa keçmişdir. Sex girişli-çıxışlı olduğu və müştərilərə açıq olduğu üçün sexin giriş qapısını taybatay açıq qoyurmuş. Bir neçə dəqiqədən sonra işini gördükdən sonra o keçdiyi digər otaqdan geri qayıtdıqda telefonunun yerində olmadığını aşkar etmişdir. Telefonun içərisində iki ədəd hər birini 35 manata aldığı ***-***-**-** GSM və ***-***-**-** GSM mobil nömrələr, telfonun üzərində 10 manata aldığı qabur, qabur ilə telefonun arasında isə qiyməti 10 manat olan "xxxx"a məxsus 416973*****8458 seriya nömrəsi olan onun adma olan hesab kartı, həmin kartın içərisində isə 500 manat pul var olmuşdur. O dərhal mobil teleofonunun oğurlanmasını düşünüb DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra saat təxminən 14 radələrində ona məxsus olan bank kartından müxtəlif məbləğlərdə çıxarışlar olunduğunu aşkar etmişdir. O dərhal kapital banka müraciət edib bank kartını bağlatdırmışdır. Bankdan ona verilmiş çıxarışlardan müəyyən olunmuşdur ki, ona məxsus bank kartından xx.xx.2023-cü il tarixdə saat 12:44də 1 manat, 80 qəpik və 4 manat 7 qəpik, xx.xx.2023-cü il tarixdə saat 12:50-də 48 manat, 79 qəpik, xx.xx.2023-cü il tarixdə saat 12:57-də 51 manat 60 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:12-də 20 manat 50 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:27-də 26 manat 98 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:31-də 20 manat 50 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:32-də 40 manat, xx.xx.2023-cü il tarixdə saat 13:36-da 58 manat, 60 qəpik, xx.xx.2023-cü il tarixdə saat 14:49-da 21 manat, xx.xx.2023-cü il tarixdə saat 14:50-də 20 manat, xx.xx.2023-cü il tarixdə saat 14:52-də 9 manat 60 qəpik, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 14:53-də 43 manat 50 qəpik pulun Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti, məhəllə 3007 ünvanında yerləşən adsız mağazadan çıxarılması müəyyən edilmişdir. Bankın əməkdaşı bu barədə ona məlumat verərək kartından hansı məbləğdə pulun haradan çıxarılması barədə tam və dolğun məlumat vermişdir. Ona məlum olmuşdur ki, onun telefonunu oğurlayan şəxs onun bank kartından istifadə etməklə ümumilikdə ona 366 manat 94 qəpik ziyan vurub. İstintaqa verdiyi əvvəlki ifadələrdə ona dəymiş ziyam tam dəqiqləşdirmədiyi üçün müxtəlif məbləğlərdə ziyan dəyməsini bildirmişdir. Lakin hal-hazırkı ifadəsinin əsas götürülməli olduğunu bildirmişdir. Həmçinin oğurlanmış əşyaları ilə bağlı təyin edilmiş məhkəmə əmtəəşünashq ekspertizasının 12 yanvar 2024-cü il tarixli rəyindən gördüyün kimi ona məxsus olan “XİOMİ” markalı 32 GB yaddaş tutumu olan mobil telefonunmun qiyməti 50 manat, Kapital banka məxsus bank kartının qiyməti 10 manat, 050-616-59- 46 GSM nömrənin qiyməti 4 manat, ***-***-**-** GSM nömrənin qiyməti 4 manat, şəffaf rəngli qabur isə 50 qəpik dəyərində qiymətləndirilmişdir. Lakin həmin ekspertiza rəyi ilə razı deyildir. İfadəsində göstərilən qiymətlər nəzərə alınmaqla təqsirləndirlən şəxsə ittiham elan edilməsini xahiş etmişdir. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Cinayət işinin 7-8-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 6 ünvanında yerləşən qapı-pəncərə sexi, bank kartından istifadə edilməklə təmassız ödəniş vasitəsi ilə alış-veriş edilən yer isə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti məhəllə 3007 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qabağında yerləşən mağazadır. Cinayət işinin 41-44-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 55-56-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli, 9/9527 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 05 adda malların 2023-cü ilin iyun ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 68,50 manat müəyyən olunur. Belə ki, 01 ədəd işlənmiş, saz vəziyyətdə olan “Xiaomi” ( Mi a2 lite gold) markalı, 32 GB yaddaş tutumlu, **********65511 və **********65529 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla və orta istismar intensivliyi paremetrlərinə uyğun olaraq 50 manat, 01 ədəd kapital banka aid debet hesab kartı 10 manat, 01 ədəd ********** saylı Azercell GSM mobil nömrə (dublikat) 4 manat, 01 ədəd ********** saylı Azərfon GSM mobil nömrə (dublikat) 4 manat, 01 ədəd sadə şəffaf telefon qabı (qabur) 50 qəpik dəyərində qiymətləndirilmişdir. Cinayət işinin 66-cı vərəqində olan “Baxış keçirilməsi barədə” 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən alınmış iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs adına olan 416973*****8458 hesab nömrəli bank kartından 2023-cü ilin iyun ayının 19-dan 2023-cü ilin iyun ayının 21-dək olan müddət ərzində aparılmış maliyyə əməliyyatları barədə cədvələ baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs 416973*****8458 nömrəli hesab katmdan istifadə etməklə xx.xx.2023-cü il tarixdə saat 12:44-də 1 manat, 80 qəpik və 4 manat 7 qəpik, xx.xx.2023cü il tarixdə saat 12:50-də 48 manat, 79 qəpik, xx.xx.2023-cü il tarixdə saat 12:57-də 51 manat 60 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:12-də 20 manat 50 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:27-də 26 manat 98 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:31-də 20 manat 50 qəpik, xx.xx.2023-cü il tarixdə saat 13:32-də 40 manat, xx.xx.2023- cü il tarixdə saat 13:36-da 58 manat, 60 qəpik, xx.xx.2023-cü il tarixdə saat 14:49-da 21 manat, xx.xx.2023cü il tarixdə saat 14:50-də 20 manat, xx.xx.2023-cü il tarixdə saat 14:52-də 9 manat 60 qəpik, xx.xx.2023-cü il tarixdə saat 14:53-də 43 manat 50 qəpik pulu müxtəlif mağazalarda alış-veriş edərək maddi ziyan vurmaqla elektron məlumat dayıcısından istifadə edərək oğurluq etmişdir. Cinayət işinin 97-ci vərəqində olan “Baxış keçirilməsi barədə” 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, bir ədəd “DVD” diskdə 03 ədəd videogörüntü var. Həmin videogörüntülər bir-bir açılaraq Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə izlənilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 3 ədəd videogörüntü var. Həmin videogörüntülərdən 03 saniyəlik olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, əynində ağ rəngli qısaqol köynək olan və əlində ağ-yaşıl rəngli paket olan bir nəfər şəxs 19 iyun 2023-cü il tarixdə saat 13 radələrində mağazanın içərisində hərəkət edir.Həmin diskdə olan 12 saniyəlik videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, əynində ağ rəngli qısaqol köynək olan bir nəfər şəxs 19 iyun 2023-cü il tarixdə saat 13 radələrində mağazanın içərisində hərəkət edərək vitirində olan işkilərdən birini götürərək kassaya yaxınlaşır. Həmin diskdə olan 10 saniyəlik videogörüntüyə baxış zamam müəyyən edilmişdir ki, əynində ağ rəngli qısaqol köynək olan bir nəfər şəxs 19 iyun 2023cü il tarixdə saat 13 radələrində mağazanın içərisinə daxil olur. Həmin videogörüntülərdə olan ağ rəngli qısaqol köynək olan şəxsin Təqsirləndirilən şəxs özü olduğunu bildirmişdir. Cinayət işinin 100-109-cu vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayətin görüntülərini əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-32/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CMnın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 19 iyun 2023-cü il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-32/2024 saylı hökmünə əsasən məhkum olunsa da o, hazırki iş üzrə cinayət əməlini həmin məhkumluğun yaranmasından əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-32/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)- 32/2024 saylı hökmü ilə müəyyən edilmiş 19 iyul 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-32/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-244/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-244/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver