Məhkəmə qərarları › İş №1(006)-245/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-245/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-245/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxslərin (mülki iddiaçıların) nümayəndəsi və vəkili Müdafiəçi3, Müdafiəçilər Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “BHM və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1971-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, qanunla və normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməsi ilə mühüm ziyan vurmuşdur. Belə ki, o, 2018-ci ilin mart ayından etibarən Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşən "xxxx" mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın üçüncü girişinin 18-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 138,7 kvadrat metr sahəyə malik 03 otaqlı 44B saylı və Zərərçəkmiş şəxs2 məxsus 169,4 kvadrat metr sahəyə malik 04 otaqlı 45B saylı mansard hissələrini Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı davranış qaydalarına zidd olaraq qanuniliyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təkzib edilməsinə baxmayaraq binanı inşa edən mənzil-tikinti kooperativinin təsisçilərindən biri olmasını bəhanə edərək qanunsuz olaraq həmin əmlaklara daxil olub təmir etdirməklə hazıradək bu əmlaklara dair qanunsuz olaraq sahiblik və istifadə hərəkətlərini davam etdirib zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 72.000 manat və Zərərçəkmiş şəxs2 81.600 manat olmaqla mühüm maddi ziyan vuraraq özbaşınalıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-nın təsisçilərindən biri olmuşdur. O, Kamil Seyidov və Şahid7la birlikdə 2003-cü ildə ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli binanın tikintisinə başlamışdır. O və Kamil Seyidovun həmin binaya payı 25% təşkil edirdi. Sonradan digər təsisçilərlə yanaşı onların da paylarından çıxılaraq payları 20% təşkil etmişdir. Ona həmin binadan 17-ci mərtəbədə 117 kv.m sahəsi olan mənzil və birinci mərtəbədə 32 kv.m sahəsi olan mağaza verilmişdir. O, 17-ci mərtəbədə yerləşən mənzili təmir etdirmək üçün mənzilə daxil olanda evin hər yerindən su axdığını görmüşdür. Ustalar mənzili təmir etdirməyin heç bir mənası olmadığını, yenə də yuxarıdan su axacağını, ona görə də birinci üst mərtəbənin təmir olunmalı olduğunu bildirmişlər. O da əvvəlcə üst mərtəbənin eyvanını yüngül təmir etdirməyi düşünmüşdür ki, yağış yağanda aşağı su axmasın. Bununla bağlı Şahid7 xəbər vermiş, yuxarı mərtəbədə eyvanı təmir etdirmək istədiyini bildirmişdir. Şahid7 isə ona onsuz da onun bir təsisçi kimi pay istədiyini bildirmiş, həmin üst mərtəbəni təmir etdirməsini və oranı özünə götürməsini təklif etmişdir. O da üst mərtəbəni təmir etdirməyə başlamışdır. Əvvəl qapılarını dəyişmiş və ucuz qapı qoydurmuşdur. Üst mərtəbənin sağ tərəfində çox əşya olmamış, lakin sol tərəf zibillə dolu olmuşdur. Binanın sakinləri evlərini təmir etdirəndə bütün zibilləri yuxarı yığmışlar. O, Şahid7 ona niyə belə zibilli yeri verdiyini soruşmuş, sonuncu da binada bütün mənzillərin satıldığını demişdir. O da məcbur olub həmin mənzili götürmüş və üst mərtəbəni təmir etdirməyə başlamışdır. Təmirə başlayan vaxt binada bir oğlan ona Tural adlı şəxsin nömrəsini qoyaraq həmin şəxsə zəng etməli olduğunu demişdir. O, həmin nömrəyə zəng etmiş və Tural adlı şəxs onunla pis tonla danışaraq həmin mansard hissənin ona məxsus olduğunu və 3 gün ərzində oranı boşaltmağını bildirmişdir. Daha sonra İnqilab adlı şəxs əlində sənəd gətirərək həmin mansard hissənin onlara məxsus olduğunu bildirmişdir. O da bildirmişdir ki, mansard hissənin sənədi olmamalıdır və həmin sənədi alıb kserosurətini çıxartmışdır. Sonra Şahid7 zəng edib həmin hissənin sənədi var idisə, kiməsə satmışdısa, nəyə görə ona verdiyini soruşmuşdur. Şahid7 ondan həmin şəxslərin kim olduğunu soruşmuş, o da tanımadığını, birinin adının Tural olduğunu demişdir. Şahid7 ona Turalın Elxanın qaynı olduğunu, narahat olmamasını, əgər bir problem varsa özü həll edəcəyini demişdir. O, bundan sonra mansardı təmir etdirməyə başlamışdır. O, hələ bu məsələ ortaya çıxmamışdan əvvəl Şahid7 onun payına düşən hissənin sənədlərini istəmiş, Şahid7 da ona indi rayonda olduğunu, gələndən sonra sənədləri verəcəyini demişdir. Sonra bu problem ortaya çıxanda o, yenə sənəd istəmiş, Şahid7 isə ona mansardla bağlı başqa müqavilələrin ortaya çıxdığını, birinci bu məsələni aydınlaşdıracağını, sonra özü hər şeyi yoluna qoyacağını və ona sənəd verəcəyini demişdir. O, həmin binanın təsisçilərindən biri olsa da, kimə nə pay verildiyindən onun xəbəri olmamışdır. Bütün bunların səbəbkarı Şahid7dur. Şahid7 həmin mansard hissənin onun olduğunu bildirdiyindən, o da ona görə həmin hissəyə xərc çəkib təmir etdirmişdir. Göstərilənlərə əsasən məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən tikinti materiallarının satışı, 2017-ci ilin yanvar ayından isə turizm sahəsində fəaliyyət göstərir. Onun 2008-ci ildə Bakı şəhərində tikinti materiallarının satışı ilə məşğul olmaq üçün ofis kimi işlətmək məqsədilə yeni bina tikililərindən ofis kimi istifadə edə biləcəyi qeyri-yaşayış obyekti almaq fikri olmuşdur. O, binaların tikinti sahəsində fəaliyyət göstərən yeznəsi X15 müraciət edərək ofis kimi istifadə edə biləcəyi qeyri-yaşayış obyekti almaq istədiyini bildirmiş, həmin vaxt Elxan özünün də səhmdar olduğu "xxxx" MTK-nın ünvan 4 ünvanında yerləşən binanın artıq tikintisinin qurtardığını və əgər istəsə oradan nağd pula ofis ala biləcəyini bildirmişdir. Binada mənzillərin satışına Şahid5 baxırdı. Ona binanın birinci mərtəbəsində və mansardında ofis kimi istifadə edə biləcəyi qeyri-yaşayış obyekti təklif edilmişdir. Ona təklif edilən birinci mərtəbədəki ofis 85 kv.m, mansard isə 138,7 kv.m sahəyə malik olmuşdur. Alqı-satqı ilə bağlı danışıqları Şahid5la aparmış, qeyd olunan əmlakları "xxxx" MTK-nın sədri Şahid1 ilə bağlanmış müqavilə əsasında almış, pulu Şahid5 vermiş, müqaviləni də ondan götürmüşdür. Pulun ödənilməsi ilə bağlı ona maliyyə arayışı verilmişdir. Ofisi təmir etdirmiş, lakin vəsaiti olmadığı üçün mansarda heç bir şey etməmişdir. O, 2009-cu ildən etibarən 2-3 il müddətində həmin ofisdə işləmiş, lakin sonra ofisi icarəyə vermişdir. 2017-ci ildə turizm şirkəti qurmuş və 2018-ci ildə şəriki ilə ona məxsus olan mansardı təmir edərək hostel kimi işlətməyi qərarlaşdırmışlar. O, sahibi olduğu mansard hissənin qonşuluğunda olan obyektin sahibi Zərərçəkmiş şəxs2 ona məxsus olan obyekti də icarəyə verməsini xahiş etmiş, sonuncu da onun bu təklifi ilə razılaşmışdır. Ona məxsus olan hissə hələ binada təmir gedən ərəfədə onun xahişi ilə kərpiclə üç otağa bölünmüşdür. O, Səməd adlı dizaynerlə danışmış, sonuncu obyektin dizaynını hazırlamış, təmirə başlamaq istəyəndə ustalar ona məxsus olan mansardın qapısının bağlı olduğunu bildirmişlər. O, binanın Bəxtiyar adlı mühafizəçisi ilə əlaqə saxlamış və nə baş verdiyini soruşduqda, Bəxtiyar ona Aytən adlı xanımın mansard hissəni götürdüyünü bildirmişdir. O, Bəxtiyara telefon nömrəsini vermiş və nömrəsini vəziyyəti izah etməsi üçün Aytən adlı xanıma verməyini xahiş etmişdir. Aytən xanım ona zəng etmiş və o, Aytən xanıma zəbt etdiyi mansard hissənin sahibi olduğunu bildirdikdə sonuncu nalayiq ifadələr işlətməyə başlamışdır. O, xanım olduğu üçün Təqsirləndirilən şəxs heç bir söz deməmiş və məsələni qanun çərçivəsində həll edəcəyimi bildirmişdir. Daha sonra məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. O, polisə müraciət edənə qədər artıq bir neçə ay keçmiş və həmin vaxt obyektdə təmir işləri getmişdir. Polislə həmin obyektə gedən zaman görmüşlər ki, artıq Aytən xanım oranı təmir etdirmişdir. O, daha sonra Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Aytən xanım müqavilənin etibarsız hesab olunması ilə bağlı onlara qarşı mülki iddia qaldırmış, iş Ali Məhkəməyə qədər getmiş, yekunda onların xeyrinə qərar qəbul olunsa da, bu vaxtadək Aytən xanım tərəfindən onlara məxsus mənzillər boşaldılmamışdır. Hazırda onun tələbi Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan ona məxsus olan 44B saylı mənzilin boşaldılması və ona dəymiş zərərin ödənilməsidir. O, artıq 4 ildir ki, ona məxsus olan mənzildən istifadə edə bilmir, ona xeyli ziyan dəymişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1984-cü ildən 2003-cü ilə qədər Ukrayna və Rusiya ərazisində yaşayıb orada əsasən daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş, 2003cü ildən etibarən Azərbaycanda fiziki vergi ödəyicisi kimi daşınmaz əmlakın alqı-satıqısı ilə məşğul olmuşdur. Təxminən 2006 və 2007-ci illərdə iş fəaliyyəti ilə bağlı "xxxx" MTK-nın ünvan 5 ünvanında yerləşən binasının tikintisi ilə tanış olmuşdur. O, təxminən 2008-ci ildə Rusiyanın İrkutsk şəhərində olan ofisini satıb bir qədər pul əldə etmiş, həmin pul hesabına Bakı şəhərində özü üçün mənzil almaq istəmiş, buna görə də əvvəldən tanıdığı həmin MTK-nın Kubinka ərazisində yerləşən ofisinə müraciət edib orada alqı-satqı ilə məşğul olan Səyyah adlı şəxsə həmin binadan mənzil almaq istədiyini bildirmişdir. O, müraciət edən zaman həmin bina 17 mərtəbədən ibarət olmuşdur. Səyyah da ona istəyinə uyğun olaraq 16-cı mərtəbədən təxminən 140 kvadrat metr sahəyə malik olan təmirsiz, mansardda yerləşən mənzili təklif etmiş, o da həmin mənzili görüb bəyənmişdir. Danışıqları zamanı Səyyah ilk əvvəl 90.000 ABŞ dolları istəsə də, o, bir kv.m üçün 500 ABŞ dolları, yəni ümumilikdə 84.700 ABŞ dolları verə biləcəyini bildirmiş və həmin qiymətə aralarında razılığa gəlmişlər. O, həmin MTK-ya müraciət edən zaman binada artıq tikinti işləri yekunlaşırdı. Binanın tikintisi yekunlaşan ərəfədə müvafiq icazələr alındıqdan sonra həmin bina daha bir mərtəbə artırılaraq 18 mərtəbəli olmuş, əvvəlcədən də binada olan mənzillər nömrələndiyindən 16-cı mərtəbənin üstü sonuncu mənzilin nömrəsinin sonuna A və B hərfləri artırılmaqla yazılmış, sonradan MTK ona 45-ci mənzil əvəzinə 169.4 kvadrat metr sahəyə malik binanın mansard hissəsində olan 45B nömrəli obyekti eyni qiymətə təklif etmişdir. O da razılaşmış və 2008-ci ilin aprel ayında 84.700 ABŞ dolları pulu Kubinkada yerləşən MTK-nın ofisində Səyyah adlı əməkdaşa təqdim etmiş, sonuncu da sənədləşməni aparıb ona həmin obyektə dair mənzil tikintisi haqqında müqaviləni, həmçinin MTK-nın direktoru tərəfindən imzalanmış obyektin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını təqdim etmişdir. O, mansardda olan obyektini faktiki olaraq istifadə etməsə də, ora tez-tez baş çəkmiş, həm də mansardda yerləşən obyektini satmaq istəmişdir. Onun sahibi olduğu mansard hissənin qonşuluğunda olan mansard hissənin sahibi Zərərçəkmiş şəxs1 2018-ci ilin mart ayında ona müraciət edərək ona məxsus obyekti icarəyə götürüb öz obyekti ilə birlikdə bir ofis və yaxud hostel kimi işlətməyi, əvəzində də ona icarə haqqı ödəməyi təklif etmişdir. Təxminən 2018-ci ilin mart ayında Tural öz obyektinə gedən zaman obyektin qapısının kilidinin qırıldığını, bunun əvəzinə başqa bir kilid qoyulduğunu, həmçinin onun obyektinin də qapısının qırıldığını görmüş, bu barədə ona deyəndən sonra o, növbəti dəfə obyektinə baxmaq üçün gedəndə qapısının qırıldığını özü də görmüşdür. Binanın mühafizəçisindən bu barədə soruşanda mühafizəçi ona bir mərtəbə aşağıda Aytən adlı qadının mənzilində təmir apardığını, təmirlə bağlı zibili isə girişə yığmamaq üçün buraya müvəqqəti yığdığını, yük maşını ilə həmin zibili tezliklə oradan götürəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Aytən adlı qadın onun obyektinə sahiblənib qapı qoymuş və özünə məxsus kilidlə qapını bağlamışdır. O, Aytən adlı xanımın onunla əlaqə yaratması üçün öz nömrəsini komendanta vermişdir. Bir müddət sonra Aytən adlı qadın ona zəng vurmuş, heç bir səbəb olmadan onu təhqir etməyə başlamış və onun obyektinin sahibi olduğunu bildirmişdir. O da Aytənə görüşməyi təklif etmiş, sonuncu ilə MTK-nın həyətində görüşmüş, orada da Aytən yenidən onula təhqirlə danışıb kobudluq etməyə başlamış və ona həmin binanın təsisçisi olmasını əsas gətirib onun obyektinin də ona məxsus olmasını bildirmişdir. Bundan sonra o, çarəsiz vəziyyətdə qalıb polis orqanlarına müraciət etmiş, polis orqanında ona bildirmişlər ki, onların arasında olan mübahisə mülki mübahisədir. Mülki qaydada Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan mansard hissədə yerləşən 45B saylı məzilin ona məxsus olması ilə bağlı qərar qəbul olunsa da, hazırkı vaxtadək Təqsirləndirilən şəxs heç bir əsas olmadan qanunsuz olaraq öz əməlini davam etdirib onun obyektini təmir etdirib oranı tanımadığı şəxsə icarəyə verməklə özbaşınalıq edir. Həmçinin zərər çəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmçinin mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs mənzildən çıxarılması, öz hesabına mənzilin boşaldılması, təhvil verilməsi öhdəliyinin Təqsirləndirilən şəxs üzərinə qoyulması, dəymiş maddi ziyan olaraq 153600 manat pulun, hüquqi yardımın göstərilməsi üçün vəkillə bağladıqları müqaviləyə görə 120 manat pulun və mülki iddianın verilməsi üçün 443,6 manat rüsumun Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" MTK 2003-cü ilin oktyabr ayında təsis olunub. O, 2004-cü ilin əvvəllərindən "xxxx" MTK-nın ünvan 6 ünvanında yerləşən yaşayış binasının tikintisində qeyri-rəsmi olaraq satış üzrə menecer vəzifəsində çalışmışdır. Həmin binanın tikilməsini təşkil edən kooperativi 5 nəfər təsisçi təşkil etmişdir. X14, Faiq Eminov, Şahid1, Aqşin Şükürov və Təqsirləndirilən şəxs olmuşlar. Həmin təsisçilərin hər birini tanısa da, Təqsirləndirilən şəxs cəmi 1-2 dəfə görmüşdür. Bina həmin binadan faktiki mənzil alan payçıların vəsaiti və bu binaya faktiki şərik olan şəxslər – Şahid7, Kamil Seyidov, İlham Dadaşov, Elşad Zeynalov və Elxan Dadaşovun vəsaiti hesabına tikilmişdir. İlk əvvəl MTK-nın sədri Faiq Eminov olmuş, daha sonra isə Şahid1 təyin olunmuşdur. O, təxminən 2011-ci ilə qədər satış üzrə əməliyyatların hamısını özü həyata keçirmişdir. Onu da qeyd etmişdir ki, binanın ilk əvvəl tikintisi başlayanda layihə 16+texniki mərtəbə kimi nəzərdə tutulmuş, lakin sonradan, yəni 2007-ci ilin əvvəlindən həmin binanın texniki, yəni 17-ci mərtəbəsinin də yaşayışla əvəz olunması, həmçinin 18-ci mərtəbədə mansardın tikilməsinə müvafiq razılıq verilmişdir. 2008-ci ilin əvvələrində Zərərçəkmiş şəxs1 ofislərinə yaxınlaşaraq binanın mansard hissəsindən bir ədəd qeyri-yaşayış obyektini ofis kimi istifadə etmək üçün almaq istədiyini bildirmiş və binanın 18-ci mərtəbəsinin 44B mansard hisəsi boş olduğundan həmin hissə 69.350 ABŞ dolları Turala təklif edilmişdir. Onu da bildirmişdir ki, həmin illərdə bütün alqısatqı işləri ABŞ dolları ilə aparılmış və bütün hesabatlar da dollarla olmuşdur. Tural da həmin yerə baxış keçirdikdən sonra bu obyektə görə qeyd edilən məbləği tam nağd olaraq ödəmiş və eyni zamanda bu obyektin pulunun tam ödənilməsi ilə bağlı Turala maliyyə arayışı verilmişdir. Bundan başqa İnqilab adlı şəxs də həmin vaxtlarda pulunu nağd ödəyib eyni qayda ilə 45B nömrəli mansard hissəsini almışdır. Əlavə olaraq onu da bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 binanın mansard hissəsində yerləşən 44B və 45B saylı mənzilləri alan zaman MTK-nın direktoru Şahid6, sədri isə Şahid1 olmuş, alqısatqı ilə bağlı bütün sənədləşmə işlərini özü aparmış, müqavilələri isə MTK-nın sədri imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MTK-nın təxminən 2007-ci ilə qədər sədri kimi Faiq Eminov adlı şəxs işləmiş, həmin vaxtdan sonra isə sədr kimi o təyin olunmuşdur, qeyd edilən vaxtdan təxminən 2017-2018ci ilə qədər "xxxx" MTK-nın sədri vəzifəsində çalışmışdır. Həmin şirkət vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları 59 ünvanında 2004-cü ildən sonra hündürmərtəbəli yeni yaşayış binası inşa edilmişdir. Bu binanın tikilməsini təşkil edən kooperativi 5 nəfər təsisçi təşkil etmişdir. Bu şəxslərə Ərəstun Şükürov, Faiq Eminov, Aqşin Şükürov, Təqsirləndirilən şəxs ilə yanaşı o da daxildir. Bu təsisçilər binanın tikilməsində şərik olan şəxslərin qohumu və ya yaxın adamlarıdır. Onların adları şəriklərin iradəsi ilə formal olaraq MTK-nın təsisçiləri kimi qeyd edilmişdir. Lakin binanın tikintisinə sərf edilən məbləğ faktiki mənzil alan payçıların vəsaiti və bu binaya faktiki şərik olan şəxslər - Şahid7, X4, X9, X10 və X5 vəsaiti hesabına təmin edilmişdir. Binanın faktiki sahibi olan şəriklərdən bəziləri məhz Rast MTK-nı yaratmaq üçün hərəsi bir və ya iki nəfər nümayəndə təqdim edərək bu MTK-nı qurmuşlar. O da həmin şirkətdə hüquqi cəhətdən bibisi oğlu İlham Dadaşovu təmsil etmişdir. Eyni zamanda "xxxx" MTK-nın sədri vəzifəsinə təyin olunduğu üçün binadan yaşayış və qeyri-yaşayış obyekti alan şəxslərlə müqaviləni o bağlamışdır. O, binadan mənzil alan şəxsləri tanımamış, mənzillər satılan zaman alqı-satqı müqaviləsi hazırlanmış, o da sədr kimi gəlib müqavilələri imzalayıb getmişdir. Onun mənzili alan şəxslərə verilən maliyyə arayışlarından xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə az bir müddət olmaqla, daha sonra 2012-ci ildən hazıradək "xxxx" MTK-nın ünvan 8 ünvanında yerləşən binasında komendant kimi işləyir. Onun işi həmin binaya texniki nəzarət, yəni binanın təmizlik işləri, liftlərin normal işləməsi və s. məsələlərə ümumi nəzarəti həyata keçirməkdən ibarətdir. Uzun müddət həmin binada komendant kimi işlədiyindən burada olan sakinlər və həmin binada olan obyektlərin və mənzillərin sahiblərini, bu evlərdə faktiki yaşayan şəxsləri tanıyır. O, işlədiyi vaxtdan Təqsirləndirilən şəxs özünü təqdim etməsinə görə həmin binanı inşa edən MTK-nın təsisiçisi kimi tanımışdır. Aytənin faktiki olaraq həmin binanın birinci blokunun 17-ci mərtəbəsində olan 03 otaqlı mənzili vardır. Həmin mənzilin üstündə olan mansard hissəsinin isə Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus olmasını, Turalın qonşuluğunda olan mansard hissəsinin isə İnqilab adlı şəxsin olmasını bilir. Belə ki, Tural və İnqilab dəfələrlə əvvəllər həmin yerə gəlib öz açarı ilə bu yerin qapısını açaraq ora baxış keçirmişlər. Bildiyinə görə Tural buranı bir ofis kimi istifadə etmək üçün İnqilabın obyektini də öz obyektinə birləşdirib icarə əsasında işlətmək istəyirmiş. Təxminən 2018-ci ilin mart ayında Tural növbəti dəfə obyektinə baxmaq üçün gələndə qapının dəyişdirildiyini və qapının bağlı olmasını onlara, yəni, Zəfər və ona bildirmişdir. O da bir müddət əvvəl Aytən xanımın özünə məxsus 17-ci mərtəbədəki mənzilində təmirlə məşğul olmasını, bununla əlaqədar Aytənin həmin yerə qapı və tikinti materialları qaldırtdığını, onun da Aytənin öz mənzilini təmir etdirdiyini düşündüyünü bildirmişdir. Tural və İnqilab özlərinə məxsus həmin mansard hissələrin qanunsuz zəbt edilməsi ilə bağlı onlara müraciət edəndə Zəfər Aytənlə həmin şəxsləri birbiri ilə telefonla əlaqələndirmişdir. O, 18-ci mərtəbədə yerləşən 44B və 45B saylı mansard hissələrin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilsə də, həmin mənzillərin sonunculara məxsus olduğunu təsdiq edən heç bir sənəd görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, "Rast MTK"-nın binasının tikildiyi yerdə həyat evləri sökülən vaxtdan, təxminən 2007- 2008-ci illərdən həmin binanın tikintisində əvvəldən axıra kimi fəhlə kimi işləmişdir. Bundan sonra o, Tibb Universitetinin əsas korpusunda fəhlə kimi işləmiş, daha sonra, yəni 2011- 2012-ci illərdə həmin əvvəlki binaya qayıdıb burada yenə də fəhlə kimi işləməyə başlamışdır. Buraya yenidən qayıtdıqdan 2-3 ay sonra həmin binanın komendatı kimi tanıdığı İntiqam ona bu binadan gündüz növbəsində mühafizəçi kimi işləməsini, bunun qarşılığında isə aylıq 250 manat müqabilində işləməyi təklif etmişdir. O da imkansızlığa görə razılaşmış və hazıradək orada mühafizəçi kimi işləmişdir. Həmin binanın rəhbərliyindən Nigar xanımı MTK-nın sədr müavini kimi, bacısı Aytən xanımı isə təsisçi kimi tanımışdır. Aytən xanım həmin binanın 12-ci mərtəbəsində yaşayır. Bundan başqa bildiyinə görə Aytən xanımın binanın 17-ci mərtəbəsində olan 3 otaqlı mənzili də vardır. Mənzilin üstündə olan mansard hissənin isə Zərərçəkmiş şəxs1 adlı şəxsə məxsus olmasını, Turalın qonşuluğunda olan mansard hissənin isə İnqilab adlı şəxsin olmasını bilirdi. Belə ki, Tural və İnqilab bir neçə dəfə həmin yerə gəlib öz açarı ilə bu yerin qapısını açaraq ora baxış keçirmişlər. Hətta onun bildiyinə görə Tural buranı bir ofis kimi istifadə etmək üçün İnqilabın obyektini də öz obyektinə birləşdirib icarə əsasında işlətmək istəyirdi. O, həmçinin, İnqilabı makler kimi tanımış, ilk vaxtlarda həmin obyektin yiyəsi kimi tanımamışdır. 2018-ci ilin mart ayında Tural növbəti dəfə obyektinə baxmaq üçün gələndə qapının dəyişdirildiyini və qapının bağlı olmasını ona bildirmişdir. O da Aytən xanımın mənzili təmir etdirdiyini, qapını Aytən xanımın dəyişdiyini bildirmişdir. Tural ondan Aytən xanımın telefon nömrəsini istəmiş, o da sonuncunun telefon nömrəsini Turala vermişdir. Sonradan həmin şəxslərin nə vaxt görüşmələrini və aralarında nə baş verməsini bilməmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, o, təxminən 2004-2005-ci illərdən dizayn işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs1 9-10 ildir ki, tanıyır. 2018-ci ilin mart ayında Tural ona müraciət edib əvvəldən ona da məlum olduğu kimi artıq həmin vaxtı on ildir ki, sahibi olduğu qeyri-yaşayış obyektini həmin obyektin qonşuluğunda olan obyektlə birlikdə ofis kimi istifadə etmək niyyətində olduğunu, buna görə də bir ofis kimi fəaliyyət göstərməsi üçün həmin obyektə baxış keçirərək dizayn layihəsi hazırlamağını istəmişdir. Tural ona bildirdiyi kimi özünə məxsus obyekt "xxxx" MTK-nın ünvan 9 ünvanında tikilmiş hündürmərtəbəli binanın mansardında yerləşirdi. Tural qonşusu İnqilab adlı şəxsə də müraciət edib sonuncunun da obyektini icarə əsasında istifadə edərək buranı böyük bir ofis kimi işlətmək istədiyini, əgər onun da buna dair rəyi olarsa, bu işi reallaşdırmaq istədiyini bildirmişdir. Qonşusu İnqilab da bu işə razılıq vermişdir. Beləliklə, o, Turalın dəvəti ilə 2018-ci ilin mart ayında qeyd etdiyi ünvana birlikdə getmişdir. Burada binanın mühafizəçisi Bəxtiyar da onların yanlarında olan vaxtı birlikdə mansarda çıxıb Turala və İnqilaba məxsus obyektlərin qapılarındakı kilidi açarla açaraq həmin obyektlərə daxil olub buranı ofis kimi təmir etdirib istifadə üçün yararlı olub-olmamasına baxmışdır. Həmçinin burada Tural mobil telefonu ilə çəkiliş aparmışdır. Həmin vaxt o, bu obyektlərə baxış keçirdikdən sonra belə qənaətə gəlmişdir ki, buranı bir ofis kimi təmir edib ərsəyə gətirmək səmərəli olmayacaq və Turala bununla bağlı öz məsləhətlərini versin. Sonradan ona məlum olmuşdur ki, Turala məxsus olan həmin obyekti əvvəllər tanımadığı Aytən adlı şəxs qanunsuz olaraq zəbt etmişdir. Belə ki, Tural növbəti dəfə həmin ünvanda yerləşən əmlakına baş çəkmək üçün gedən zaman buranın qapısının dəyişdirilməsini, həmin Aytən adlı şəxs tərəfindən təmir olunmasını müəyyən etmişdir. O, son vaxtlaradək Turalla həmin məsələnin nə yerdə olmasını, oyektini nə kimi istifadə etməsini maraqlanan zaman sonuncu ona bildirmişdir ki, obyektini qanunsuz olaraq zəbt etmiş Aytən adlı şəxs hələ də heç bir qanuni əsası olmadan öz hərəkətlərini davam etdirir, Turala məxsus mansard hissəni təmir etdirib özü yaşayır, digər İnqilaba məxsus hissəni isə təmir etdirərək başqa şəxsə kirayəyə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, təxminən 2004-2006-cı illərdə "xxxx" MTK-da təchizatçı işləmiş, təchizatçı kimi 4-5 nəfər olmuşlar və hər təchizatçı bir təsisçinin nümayəndəsi olmuşdur. O isə təsisçilərdən biri olan Nurşirəvan müəllimin nümayəndəsi olmuşdur. Onlar təchizatçı kimi verilən pul müqabilində binanın tikintisi üçün lazım olan tikinti materiallarını almışlar. "xxxx" MTK-nın qeyri-rəsmi təsisçiləri kimi Şahid7, X6, X16 və X11 tanımışdır. O, "xxxx" MTK-nın direktoru olmamış, mənzillərin satışı barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxsləri tanımamış, Zərərçəkmiş şəxs1 verilmiş Nəsimi rayonu, Mərdanov qardaşları 59 ünvanında yerləşən yaşayış binasının 18-ci mərtəbəsində yerləşən 44B saylı, ümumi sahəsi 138,7 kv.m olan 3 otaqlı mansardın dəyərinin tam ödənilməsinə dair 12 mart 2008-ci il tarixli və Zərərçəkmiş şəxs2 verilmiş Nəsimi rayonu, Mərdanov qardaşları 59 ünvanında yerləşən yaşayış binasının 18-ci mərtəbəsində yerləşən 45B saylı, ümumi sahəsi 169,4 kv.m olan 4 otaqlı mansardın dəyərinin tam ödənilməsinə dair 22 aprel 2008-ci il tarixli arayışlardakı əlyazmalar ona məxsus deyil və o, həmin sənədləri imzalamamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə eyni binada yaşayır, onunla heç bir qərəzi yoxdur. 4-5 il "xxxx" MTK-da direktor vəzifəsində işləmiş, MTK-nın apardığı bəzi tikinti işlərində iştirak etmişdir. Artıq 2-3 ay olar ki, səhhəti ilə bağlı işləmir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxsləri tanımır, xəstəliyi ilə bağlı yaddaşı pozulmuşdur. Eyni zamanda bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə və Zərərçəkmiş şəxs1 ilə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilə üzrə onlar tərəfindən mənzillərin (mansardların) dəyərinin kassaya mədaxil olunmasına və "xxxx" MTK-ya heç bir borclarının olmamasına dair 27 sentyabr 2022-ci il arayışın onun tərəfindən verilib-verilmədiyini xatırlamır, arayışdakı "xxxx" MTK-nın sədri kimi onun adından çəkilən imza onun imzasına oxşasa da, həmin imzanın ona məxsus olubolmadığını dəqiq bilmir, həmçinin 27 sentyabr 2022-ci il tarixdə "xxxx" MTK-da işləyibişləmədiyini xatırlamır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adına verilmiş xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli müqavilələrin saxta sənədlər əsasında tərtib edildiyi göstərilən "xxxx" MTK-nın sədri kimi onun adından verilmiş xx.xx.2019-cu il tarixli məktubdakı imzanın ona məxsus olduğunu bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, "xxxx" MTK-nın qeyri-rəsmi sahiblərindən, eyni zamanda ünvan 11 ünvanında yerləşən “RAST" MTK-ya məxsus çoxmərtəbəli binanın tikintisini həyata keçirən şəxslərdən biri olmuşdur. Ondan başqa "xxxx" MTK-nın qeyri-rəsmi sahibləri X17, X20 və onun da özünün şəriki olan adını xatırlamadığı bir nəfər şəxs olmuşdur. Rəsmi təsisçilərin adlarını bilmir, Təqsirləndirilən şəxs rəsmi təsisçilərdən biri kimi tanıyır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adlı şəxsləri tanımır, həmin şəxslərə ünvan 11 ünvanında yerləşən “RAST" MTK-ya məxsus binadan mənzil verilib-verilmədiyini bilmir. Ümumiyyətlə binadakı mənzillərin satışını Elxan Dadaşov və onun qardaşı Şahid5 adlı şəxslərə həvalə etmiş, bütün maliyyə işlərini onlara etibar etmişdir. Onlar da görülən işlərlə bağlı MTK-nın qeyri-rəsmi sahiblərinə hesabat vermişlər. 2018-ci ildə Təqsirləndirilən şəxs binanın 18-ci mərtəbəsində yerləşən mansard hissələri ona verməsi ilə bağlı heç bir söz deməmişdir. O bina ilə bağlı bütün işləri Elxan Dadaşova həvalə etdiyindən ola bilər ki, həmin təklifi də Təqsirləndirilən şəxs Elxan Dadaşov etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.253-254); - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə ünvan 11 ünvanında yerləşən “RAST" MTK-ya məxsus çoxmərtəbəli bina “Təzə Bazar” adlı qeyri-yaşayış obyektinin arxasında yerləşir, üç girişli, on səkkiz mərtəbəlidir. 18-ci mrətəbə mansard tipldidir. Zərərçəkmiş şəxs1 ona məxsus 44B saylı mansard mənzili göstərib təqdim etmişdir. Mənzilin divardakı qapı yerinin pəncərə ilə əvəz edildiyi, qapının təzəsi ilə əvəz edildiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 xəbəri olmadan mənzildə təmir işləri görüldüyü, yeni mebel dəsti düzəldildiyi pəncərələrindən müşahidə edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin mərtəbədə özünə məxsus olan 45B saylı mansard mənzilin qarşısını təqdim etmiş, onun da mənzilinin qapı yerinin yenicə hörüldüyü, üzlük çəkildiyi, qapının digər yerdən qoyulduğu və bağlı olduğu müəyyən edilmişdir (İ cild, i.v.82-85); - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 11 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus çoxmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən mansard hissə Təqsirləndirilən şəxs tərəfindən təmir edilərək istifadə edilir (İ cild, i.v.169-174); - "xxxx" Mənzil-Tikinti Koorperativinin üzvlərinin koorperativ binada mənzil tikinti haqqında 12 mart 2008-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri Şahid1 ilə Zərərçəkmiş şəxs1 Fərruz oğlu arasında olan razılaşmaya əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşmiş binanın 18-ci mərtəbəsində olan 44B nömrəli mansardı Zərərçəkmiş şəxs1 dəyərini vaxtında ödəməklə satılır. Həmin mansard 03 otaqdan ibarət olmaqla 138,7 kvadrat metr sahəyə malikdir və ümumi dəyəri 54.093 manat (69.350 ABŞ dolları) təşkil edir. 12 mart 2018-ci il tarixli arayışdan məlum olur ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşmiş binanın 18-ci mərtəbəsində olan 44B nömrəli ümumi sahəsi 138,7 kvadrat metr, 03 otaqdan ibarət mansardın sahibdir, mansardın dəyərini tam ödəmişdir (İ cild, i.v.11-12); - "xxxx" Mənzil-Tikinti Koorperativinin üzvlərinin koorperativ binada mənzil tikinti haqqında 22 aprel 2008-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MTK-nın sədri Şahid1 ilə Zərərçəkmiş şəxs2 arasında olan razılaşmaya əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşmiş binanın 18-ci mərtəbəsində olan 45B nömrəli mansardı Zərərçəkmiş şəxs2 dəyərini vaxtında ödəməklə satılır. Həmin mansard 04 otaqdan ibarət olmaqla 169,4 kvadrat metr sahəyə malikdir və ümumi dəyəri 108.589 manat (84.700 ABŞ dolları) təşkil edir. 22 aprel 2018-ci il tarixli arayışdan məlum olur ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşmiş binanın 18-ci mərtəbəsində olan 45B nömrəli ümumi sahəsi 169,4 kvadrat metr, 04 otaqdan ibarət mansardın sahibdir, mansardın dəyərini tam ödəmişdir (İ cild, i.v.24-25); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X8 üzrə Bakı bölgə şöbəsi tərəfindən tərtib edilmiş X1 Reyesterindən çıxarışdan görünür ki, “RAST" mənzil-tikinti koorperativi məhdud məsuliyyətli cəmiyyət olmaqla xx.xx.2006-cı il tarixli ümumi yığıncağın qərarına əsasən MTK-nın sədri vəzifəsinə X18 əvəzinə Şahid1 təyin edilmişdir (İİ cild, i.v.39); - "xxxx" Mənzil-Tikinti Koorperativinin təsisçilərinin ümumi yığıncağının xx.xx.2004-cü il tarixli protokolundan görünür ki, təsisçi qismində payları ilə birlikdə aşağıdakı şəxslərin adları qeyd edilmişdir, İİ tərəf (50%), İlham (25%), Kamil (20%), Elşad (5%) və Elxan (5%). (İ cild, 59); - Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X7 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, reyestrə əsasən Təqsirləndirilən şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) nizamnamə kapitalında 20%-lik paya malik olan təsisçidir (İ cild, i.v.78); - “RAST" MTK-nın sədri Məmmədov.Ə.B adlı şəxsin xx.xx.2019-cu il tarixli, 01 nömrəli Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubundan görünür ki, ünvan 11 ünvanında yerləşən hündürmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən mansarda dair heç bir müqavilə bağlanmamış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adına verilmiş xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli müqavilələr saxta sənədlər əsasında tərtib edilmişdir (İİ cild, i.v.40); - "xxxx" MTK-nın təsisçilərinin iclasının xx.xx.2005-ci il tarixli protokolundan görünür ki, konstruktor və memarlıq razılaşdırılması Bakı Şəhər İcra Hakimiyyətindən icazə almaq və mansarda aid əlavə razılaşdırmanı həyata keçirmək, bundan əlavə mansardın qurulması 18-ci mərtəbədə əlavə mansard hissənin yaradılması, həmçinin "xxxx" MTK-nın xəzinəsinə 45.000 ABŞ dolları keçirməklə iş və tikiləcək sahənin Elxan Dadaşova verilməsi nəzərdə tutulmuşdur (İİ cild, i.v.41); - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X8 İdarəsinin 10 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, “RAST" MTK-nın qeydiyyatda alındığı tarix - xx.xx.2003-cü il, təşkilati hüquqi forması - Mənzil-Tikinti Kooperativi, təsisçilər və nizamnamə kapitalında payların miqdarı: Şahid8-20 pay, Şahid1- 20 pay, X12-20 pay, X23-20 pay, X13-20 pay və Təqsirləndirilən şəxs-20 pay, qanuni təmsilçi Şahid8 (İİ cild, i.v.44); - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi X8 İdarəsinin 10 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, "xxxx" MTK-nın Ümumi Yığıncağının xx.xx.2006-cı il tarixli protokolu ilə Şahid1 kooperativin sədri seçilmiş və xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kooperativin sədri olmuşdur, bundan başqa Şahid8 Ümumi Yığıncağın xx.xx.2019-cu il tarixli protokolu ilə kooperativin sədri seçilmiş və xx.xx.2019-cu il tarixdən hazıradək kooperativin sədridir (İİ cild, i.v.46); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdehlər "xxxx" MTK, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı “mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir (İ cild, i.v.133-137); - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (İİ cild, i.v.55-59); - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (İ cild, i.v.193-196); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.131). - “RAST" MTK-nın sədri Məmmədov.Ə.B tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 ilə bağlanılmış xx.xx.2008-ci il tarixli müqavilə və Zərərçəkmiş şəxs1 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqavilə üzrə onlar tərəfindən mənzillərin (mansardların) müqavilə üzrə dəyəri kassaya mədaxil olunub. "xxxx" MTK-ya heç bir borcları yoxdur. (İİİ cild, i.v.53) - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışından görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) qanuni təmsilçisi Şahid8dur. (İİİ cild, i.v.164) - Şahid6 “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 01 sentyabr 2022ci il tarixli, 191 nömrəli sorğusuna cavab olaraq ünvanlandığı 06 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, sorğuya əlavə edilmiş arayışlarda "xxxx" MTK-nın direktoru qismində “Şahid6” soyadının qarşısında əks olunmuş imzaların və arayışların məzmunundakı əlyazmalar onun tərəfindən icra olunmamışdır, imza ona məxsus deyildir. Arayışların verildiyi tarixlərdə MTK-da direktor vəzifəsini icra etməmişdir. 2005-ci ildə o, "xxxx" MTK-dan işdən ayrılmışdır. (İİİ cild, i.v.20) Məhkəmə aşağıdakılara əsasən istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi üzrə istintaq orqanının gəldiyi nəticəni işin həqiqi hallarına uyğun hesab etmir, həmin nəticənin tərəflər arasında mövcud olmuş real münasibətləri əks etdirmədiyini qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə görə, özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayət işinin xüsusiyyətlərini nəzərə alaraq, şəxsin törətməkdə təqsirləndirildiyi maddi hüquq norması olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsini struktur baxımından təhlil edilməsini zəruri hesab edir. Özbaşınalıq cinayətinin obyekti subyektiv hüquqların həyata keçirilməsinin və vəzifələrin icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydasıdır. Bu cinayətin əlavə obyekti qismində fiziki və ya hüquqi şəxslərin qanuni hüquq və mənafeləri çıxış edir. Obyektiv cəhətdən bu cinayət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən və mühüm ziyan vuran hərəkətin özbaşına törədilməsində ifadə olunur.Təhlil edilən cinayət tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan aşağıdakı şərtlərin məcmusunun mövcud olması tələb olunur: 1) hərəkət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməlidir. Bu baxımdan özbaşınalığa görə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, təqsirkar şəxs öz hərəkətləri ilə subyektiv hüquqların həyata keçirilməsi və vəzifələrin icrası sahəsində müəyyən edilmiş davranış qaydasını pozmuş olsun, 2) hərəkətin qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilməlidir, yəni mübahisələndirilməlidir. Hər hansı bir hərəkət özbaşına edilsə də, onun qanuniliyi təkzib olunmursa, bu hərəkət cinayət kimi qiymətləndirilə bilməz. 3) hərəkət özbaşına törədilməlidir. Yəni təqsirkar öz hərəkətinin (hərəkətsizliyinin) müəyyən edilmiş davranış qaydasına zidd olaraq icazəsiz (sanksiyasız) həyata keçirildiyini dərk etməlidir; 4) hərəkət nəticəsində təşkilat və ya vətəndaşların qanunla qorunan mənafelərinə mühüm ziyan vurulmalıdır. özbaşına hərəkətlə mühüm ziyandan ibarət olan nəticə arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən təqsirin qəsd formasında törədilir. Təqsirkarın özbaşına hərəkətə psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Lakin hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin dispozitiv əlamətləri mövcud olmamışdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, K.Mərdanov qardaşları küçəsi, ev 59 ünvanında yerləşən "xxxx" mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın üçüncü girişinin 18-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 138,7 kvadrat metr sahəyə malik 03 otaqlı 44B saylı və Zərərçəkmiş şəxs2 məxsus 169,4 kvadrat metr sahəyə malik 04 otaqlı 45B saylı mansard hissələrini təmir etdirməklə həmin əmlaklara dair sahiblik etməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan binanın mansard hissələri "xxxx" MTK-nın təsisçilərindən biri olduğu üçün Təqsirləndirilən şəxs təklif olunmuş və tərəfindən həmin təklif qəbul edilmiş, bundan sonra orada təmir işləri aparmış, onun həmin mansard hissələrə dair Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 adına olan müqavilələrdən xəbəri olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MTK, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı “mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etdiyi zaman gedən məhkəmə proseslərində də "xxxx" MTK-ya qarşı payına uyğun ödənişin edilməsi barədə öncədən məhkəməyə iddia ərizəsi verdiyini, həmin iddia ərizəsinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə onlarla "xxxx" MTK arasında bağlanmış mənzilin tikintisi haqqında müqavilələr təqdim edərək 3-cü şəxs qismində işə cəlb olunmalarını xahiş etdiklərini və yalnız bundan sonra həmin müqavilələrdən xəbər tutduğunu bildirmişdir. Mübahisəli mansard hissələrinin özünə məxsus olduğunu, mənzilin tikintisi haqqında müqavilələrin qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyini və "xxxx" MKT-nın vəzifəli şəxslərinin vəzifə saxtakarlığı və vəzifələrdən sui-istifadə etmələri nəticəsində rəsmiləşdirildiyini bildirən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı “mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi”nə dair iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən əsassız hesab edilərək təmin olunmamış və Təqsirləndirilən şəxs verdiyi apellyasiya və kasassiya şikayətləri də təmin edilməyərək həmin qətnamə qanuni qüvvəsini almışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətləri qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olan hərəkətlər hesab olunmadığından, həmin hərəkətlərin məqsədi onun özünə məxsus olduğunu düşündüyü həmin mansard hissələrinə münasibətdə sahiblik hüququnu müdafiə etmək olduğundan Təqsirləndirilən şəxs əməlində özbaşınalıq cinayətinin tərkib əlamətlərinin olmasından söhbət gedə bilməz. İstintaq orqanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun təmir etdirərək yaşadığı və kirayə verdiyi mansard hissələrinə görə həmin mansard hissələrinin mülkiyyətçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlak hüquqlarının pozulması ilə bağlı mühüm ziyan vurulmasına istinad etmişdir. Özbaşınalıq əməli o halda cinayət sayılır ki, mühüm ziyan vurulmasına səbəb olsun. Lakin təqsirləndirilən şəxsə verilmiş ittihamda ona istinad edilən özbaşına hərəkət nəticəsində zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 72.000 manat və Zərərçəkmiş şəxs2 81.600 manat olmaqla mühüm maddi ziyan vurulduğu göstərilsə də həmin ziyanın necə müəyyən edildiyi, məbləğlərin hansı qaydada hesablandığı məlum deyil və işdə bu barədə heç bir sübüt (ekspert və ya mütəxəssis rəyi) yoxdur. Qeyd edilənlər ona dəlalət edir ki, cinayət işində təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin zəruri tərkib əlaməti olan mühüm ziyan əlaməti də müəyyən və sübut edilmir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxslər Təqsirləndirilən şəxs onlara məxsus mansard hissələrindən birində yaşamasının və digərini kirayə verməklə qazanc əldə etməsinin onlara vurulmuş əhəmiyyətli zərər olmasını vurğulamışlar ki, həmin hala münasibətdə məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxslərin özlərinin də X2 Tural Fərrux oğluna məxsus 138,7 kvadrat metr sahəyə malik 03 otaqlı 44B saylı mansard hissəsində yaşaması və Zərərçəkmiş şəxs2 məxsus 169,4 kvadrat metr sahəyə malik 04 otaqlı 45B saylı mansard hissəsini kirayə verməsi ilə onlara ziyan vurmasını qeyd etmələri tərəflər arasında yaranmış mübahisənin məhz mülki xarakterli mübahisə olmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd olunan evlərin birində yaşaması, digərini isə kirayə verməsi səbəbindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin evlərdən istifadə edə bilməməsi özü-özlüyündə mülki xarakterli məsələ olmaqla mülkiyyətçi hüquqlarının qorunmasına dair mülki qanunvericilikdə nəzərdə tutulmuş müdafiə üsulları ilə aradan qaldırıla bilər. Hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayət əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli sübutlar əsasında müəyyən edilməlidir (CPM-in 124.1.2-ci maddəsi). Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlmək üçün onun mühüm ziyan vurulmaqla özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməsi sübutlarla təsdiq olunmalıdır. Hazırkı iş üzrə ibtidai araşdırma zamanı toplanmış sübutların təhlili Təqsirləndirilən şəxs əməlində belə hərəkətlərin olması barədə fikir yürütmək üçün əsas vermir. Əksinə, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 322.1-ci maddəsinin dispozitiv əlamətləri mövcud olmamışdır. Məhkəmə cinayət işində olan materialları araşdıraraq, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanın müəyyən etdiyi halların məhkəmənin tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, Təqsirləndirilən şəxs kriminal xarakterli niyyətinin və əməlinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Məhkəmə mülki iddia məsələsini də müzakirə edərək qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında izah edilir ki, bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə həmin qərarda qeyd olunan tövsiyələrə əsaslanaraq hesab edir ki, zərər çəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılmalı və onlara mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən dərhal ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344 – 350, 352, 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah edilsin. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və onlara mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 42 (qırx iki) saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar