Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-245/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gürcüstan Respublikası, Dumanisi rayonu, Məmişli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində biri azyaşlı olmaqla iki uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 noyabr 2022-cu il tarixdə, saat 16:50 radələrində Bakı səhəri, Nəsimi rayonu, Bakı dəmir yolu sərnişin vağzalının ərazisində, A.Puşkin küçəsində yerləşən Yeraltı Ticarət Mərkəzindəki 81 nömrəli mağazada, həmin mağazaya müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs başının qarışıq olmasından istifadə edib əynindəki qara rənglı qış paltosunun sol çöl cibindən sonuncuya məxsus dəyəri 4,00 manat olan ***-***-**-** GSM nömrəsi altında işləyən, 200.00 manat dəyərində bir ədəd 32 GB yaddaşlı “Redmi Note 8” markalı mobil telefon aparatını gizli talayıb zərərçəkmiş şəxsə ümumilikdə 204.00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 noyabr 2022-ci il tarixdə işdə olduğıı zaman əvvəllər tanıdığı xx.xx.1980-ci ildə Astara rayonunda anadan olmuş Şahid2 ilə birlikdə spirtli içki «araq» qəbul etdikdən sonra telelonu üçün şarj kabeli almaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsinə getmişlər. Orada yerləşən telefon mağazalarına girib kabel almaq istəsə də kabel tapa bilməmiş, bundan sonra Anarla birlikdə ‘'28 may metrostansiyasının qarşısında yerləşən «Yeraltı Ticarət Mərkəzi»nə gedib orada olan mağazalara baxmışlar. Həmin gün saat 16 radələrində ticarət mərkəzində gəzən zaman birlikdə 81 nömrəli mağzaya girmişlər, mağazada olan tanımadığı xanımın cibində telefon olduğunu görüb həmin telefonu oğurlayıb sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin qadına yaxınlaşmış, qadının əynindəki qış gödəkcəsinin çöl cibində olan "Redmi Note 8” markalı mobil telelonu oğurlayaraq öz əynindəki qış gödəkçəsinin cibinə qoyub ticarət mərkəzindən çölə çıxmışdır. Şahid2la birlikdə "28 may" metrostansiyasının qarşısındakı ərazidə bir qədər gəzdikdən sonra «Neftçilər» xəstəxanası istiqamətinə getmiş, oğurladığı mobil telefonu cibindən çıxararaq Anara göstərmişdir. Anar onun etdiyi hərəkətə görə acıqlanaraq ondan ayrılıb getmiş, o isə həmin gün saat 21 radələrində telefonu salmaq üçün metro ilə “20 Yanvar" metrostansiyasına getmişdir. Metronun ətrafında olan telefon mağazalarına yaxınlaşıb oğurladığı telefonu satmaq istədikdə ondan şəxsiyyət vəsiqəsi istənilmiş, vəsiqəsi olmadığından telefonu yolun kənarındakı tanımadığı taksi sürücüsünə 27 manata satmışdır. Həmin puldan elə orada araq alaraq içdikdən sonra yaşadığı ünvana getmiş, xx.xx.2022-ci il tarxidə isə yenidən iş yerinə gedərək işləməyə başlamış və xx.xx.2022-ci il tarixdə saat 11 radələrində DYNPİ-nin CAŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu polis idarəsinə dəvət etmişlər. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, DVD-R diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə rəfiqəsi Şahid1 ilə “28 May” metrostansiyasının yanında yerləşən “Yeraltı Ticarət Mərkəzinə” daxil olub geyim əşyalarına baxmışlar. Saat 16-46 radələrində 81 nömrəli mağazaya daxil olub mağazadakı bijuteryalara baxdıqdan sonra mağazadan çıxarkən əynindəki paltosunun sol çöl cibinə qoyduğu özünə məxsus 2019-cu ildə 435 manata aldığı, 32 GH yaddaşa malik olan “Redmi Note 8" markalı mobil telefonunun cibində olmadığını aşkar etmiş, dərhal mağazada telefonunu axtarmağa başlasa da telefonunu tapa bilməmişdir. Bu səbəbdən mağazaya quraşdırılmış müşahidə kameranın görüntüsünü baxmağı tələb etmiş, kameranın görüntüsünə baxdıqda tanımadığı orta yaşlı kişinin onu cibindən telefon oğurladığı məlum olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs ilə birlikdə «28 May» metrostansiyasının qarşısında yerləşən «Yeraltı Ticarət Mərkəzi»nə alış-veriş etmək üçün getmiş, təxminən saat 16:45 radələrində həmin ticarət mərkəzində yerləşən 81 nömrəli mağazaya daxil olub oradakı əşyalara baxmışlar. Bir qədər sonra rəfiqəsi ilə birlikdə həmin mağazadan çıxarkən mağazanın qarşı tərəfində rəfiqəsi Surə telefonunun cibində olmadığını aşkar etmişdir. O, özünə məxsus 050- ***-**-** saylı nömrə ilə rəfiqəsi Surənin ***-***-**-** nömrəli telefonuna zəng vursada telefon sönülü vəziyyətdə olmuşdur. Birlikdə 81 saylı mağazaya qayıdıb mağazanı axtarsalar da telefonu tapa bilməmişlər. Rəfiqəsinin təkidi ilə mağazanın müşahidə kamerası izlənilmiş, görüntülərdən məlum olmuşdur ki, rəfiqəsi Surənin paltosunun sol çöl cibindən mobil telefonunu tanımadıqları orta yaşlı bir kişi oğurlamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin yay aylarında Arazla işlədiyi avtodayanacaqda tanış olmuş. 28 noyabr 2022-ci il tarixdə Arazın işlədiyi yerə onunla söhbət etmək üçün getmiş, həmin vaxt sonuncu çörək yeyib araq içirmiş, o da çörək yesə də araq içməmişdir. Aradan bir qədər keçmiş Araz, öz telefonu üçün sarj kabeli almaq istədiyini bildirmiş və birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsinə gəlmişlər. Araz orada yerləşən telefon mağazalarına girib kabel almaq istəsə də tapa bilmədiyi üçün birlikdə “28 May" yeraltı ticarət mərkəzinə gedib orada olan mağazalara baxmışlar. Həmin gün saat 16 radələrində Arazla ticarət mərkəzində gəzən zaman birlikdə 81 nömrəli mağazanın qarşısına gəlmişlər. Araz öndən o, isə arxasınca həmin mağazaya girmişdir. Həmin vaxt o, yoldaşına məxsus mobil telefonu qurdalamaqla məşğul imiş. Araz ondan bir qədər qabaq tərəfdə olmasına baxmayaraq başı telefona qarışıq olduğundan Arazın hərəkətlərinə fikir verməmişdir. Arazın geri qayıtdığını görüb o, da onunla birlikdə mağazadan çıxmış və birlikdə “28 May" Metrostansiyasının qarşısındakı ərazidə bir qədər gəzdikdən sonra Neftçilər xəstəxanası istiqamətinə getmişlər. Araz cibindən bir ədəd “Redmi Note 8" markalı mobil telefon aparatını çıxararaq həmin telefonu mağazadakı qadının cibindən oğurladığını bildirmiş. O, da Arazın oğurluq etməsinə əsəbləşərək ondan aralanıb evə getmiş bundan sonra sonuncu ilə bir daha görüşməmişdir. Cinayət işinin 1-ci cild 35-ci vərəqəsində olan 22 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 84-87-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 dekabr 2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 15-17-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 22 may 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 44-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizasının 22 dekabr 2022-ci il tarixli, 9/8649 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 32GB yaddaş tutumlu, “Redmi Note 8" markalı, **********64873 və **********94870 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarların olmaması, orta istismar intensivliyi parametrinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200.00 manat və 01 ədəd ***-***-**-** GSM danışıq kartı 4.00 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 45-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 134-137-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı-bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə elmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, o öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyyacı yoxdur, sonuncunun əqli intellektual imkanlarında gərginlik əlamətləri qeydə alınmadı. Təqsirləndirilən şəxs törətdiyi hadisə dövründə və hadisədən sonrakı vaxtlarda öz əməlinin mahiyyətini adekvat olaraq anlamaq və qavramaq iqtidarında olmuşdur. Cinayət işinin 1-ci cild 99-101-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 18 yanvar 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 5-ci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 iyul 2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 121-125-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 1(101)-1109/2016 nömrəli hökmünün surətindən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan 23 dekabr 2022-ci il tarixli maddi subutların tanınması haqqında qərardan görünür ki, Yeraltı ticarət mərkəzindəki 81 nömrəli mağazada quraşdırılmış kameranın görüntülərini özündə əks etdirən bir ədəd «DVD-R» disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 89-cü vərəqəsində olan və məhkəmə iclasında oğurluq hadisəsini özündə əks etdirən DVD-R diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs A.S.Abbasov qadına yaxınlaşır, qadının əynindəki qış gödəkcəsinin çöl cibində olan mobil telelonu oğurlayaraq öz əynindəki qış gödəkçəsinin cibinə qoyub ticarət mərkəzini tərk edir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş DVD-R diskində olan görüntülərlə və digər iş materialları ilə onun zərərçəkmiş şəxsin cibindən mobil telefonunu çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 5-ci dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20 iyul 2022ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, iki il keçmədən, yəni 28 noyabr 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 22 dekabr 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili N.M.Aslanova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 dekabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Fides” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Fides” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-245/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-245/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver