Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-246/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Alar ərazi dairəsi, Alar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əl zərbəsi ilə baş nahiyəsinə vuraraq sonuncuya qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması kimi xəsarət yetirməklə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin yanvar ayında ailə həyatı qurmuş və birgə nikahlarından qız övladi olmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə son vaxtlar mütamadi olaraq aralarında mübahisələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə yaşadıqları ünvan 2 ünvanında olan zaman həyat yoldaşı Afiqə ilə aralarında yenə mübahisə yaranmış və mübahisə zamanı sonuncunun onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün əsəbləşərək əl zərbəsi ilə üzünə sillə ilə vurmuş, bu hadisədən sonra xx.xx.2023-cü il tarixdə yenə yaşadıqları ünvan 2 ünvanında olan zaman həyat yoldaşı Afiqə ilə aralarında mübahisə yaranmış və yenə əsəbləşərək əl zərbəsi ilə Afiqənin baş nahiyyəsinə yumruq zərbələri vurmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisənin təxminən 2-3 dəqiqə davam etdiyini bildirmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahlarından qız övladları olmuşdur. Təqsirləndirilən şəxs ilə son vaxtlar münasibətlərinin pozulmasını, mütamadi olaraq aralarında mübahisələr yarandığını və hər dəfə mübahisə zamanı Cavidin yaşadıqları mənzildə əl zərbələri ilə onu döyməsini, bu səbəbdən boşanması üçün Cəlilabad Rayon Məhkəməsinə ərizə ilə müraciət etdiyini və hazırda müraciətinə mediasiyada baxıldığını bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə yaşadıqları mənzildə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış və mübahisə zamanı Cavid sillə ilə onun sol üz nahiyəsinə zərbə ilə vurmuş və nəticədə ağzında olan dişi qırılmış, həmin vaxt Təqsirləndirilən şəxs qorxduğu üçün döyülməsi ilə bağlı nə valideynlərinə, nə də hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə yenə yaşadıqları mənzildə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış və mübahisə zamanı Cavid əl zərbələri ilə onun başına bir neçə dəfə zərbələr endirmişdir. Bu hadisədən sonra o, imkan tapıb döyülməyi ilə bağlı atası Şahid mobil telefon vasitəsi ilə məlumat vermiş və atası Şahid xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gələrək ona döyülməyi ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etməsini bildirmişdir. O da Nəsimi RPİ-nin 19cu PŞ-nə bu barədə məlumat vermişdir. Daha sonra zərər çəkmiş şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından qız övladları olmuşdur. Qızı həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Qızı bir müddət həyat yoldaşı ilə mehriban yaşamış, lakin sonralar aralarında mütamadi olaraq mübahisələr yaranmış, bu səbəbdən də boşanmaq qərarına gəlmişlər və hazırda boşanmaları ilə bağlı Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişlər. Kürəkəni Təqsirləndirilən şəxs mütəmadi olaraq qızı Afiqəni yaşadıqları mənzildə döymüş, lakin qızı Afiqə döyülməyi ilə bağlı ona əvvəllər bildirməmişdir. xx.xx.2023- cü il tarixdə qızı Afiqə ilə mobil telefon vasitəsi ilə danışdıqdan sonra qızının Cavid tərəfindən yaşadıqları mənzildə mütəmadi olaraq döyüldüyünü öyrənmiş və xx.xx.2023-cü il tarixdə qızının yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Kürəkəni Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində qızı Afiqəni döydüyünü öyrənmişdir. Bu səbəbdən qızı Zərərçəkmiş şəxs ilə birlikdə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şikayət etmək məqsədi ilə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə gələrək ərizə ilə müraciət etmişlər. İş materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2023-cü il tarixli, 517 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olar sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (i.v.18-21); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.17); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün və zərər çəkmiş şəxsin ifadələri, ekspert rəyləri, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-246/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-246/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver