Məhkəmə qərarları › İş №1(006)-246/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-246/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-246/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər şəhəri, H.Aslanov küçəsi, ev 02-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 32, mənzil 50-də yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 15:34 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsi istiqamətində 20-25km/saat sürətlə hərəkət etdirərək 28 May küçəsinə dönən zaman yol kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin (sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir) tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələbə əməl etməmiş, həmin vaxt piyada keçidində işıqforun yaşıl işığında yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə sonuncunun sol almacıq və sol əng sümüklərinin sınığı, baş-beyin silkələnməsi, üz nahiyyəsinin sol yarsının qançır-şişkinlik halında əzilməsi, sağ baldırın qançırı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 dekabr 2023-cü il tarixdə, saat 15:34 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan “Hyundai Sonata” markalı, **- AU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsi istiqamətində 20-25 km/saat sürətlə hərəkət etdirib Rəşid Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində işıqforun yaşıl işığında sola, yəni 28 May küçəsinə dönüb hərəkətini davam etdirən zaman yol kəsişməsində olan piyada keçidinin kənarı ilə bir qadının, sonradan şəxsiyyyəti ona məlum olan Zərərçəkmiş şəxs yolu avtomobillərin hərəkət istiqamətinə görə sağdan sola doğru yeriyib keçdiyini görmüşdür. Həmin qadın onun hərəkət zolağına çıxan zaman avtomobilin sükanını sola çəksməsinə baxmayaraq avtomobilin sağ qabaq tin hissəsi ilə onu vurmuşdur. Qadın sağa yerə asfalt üzərinə yıxılmışdır. O, avtomobili saxlayıb tez onun yanına qaçmış və onu yerdən qaldıraraq üzünə su vurmuşdur. Sonra onu xəstəxanaya aparmaq məqsədi ilə öz avtomobilinə mindirmiş, ancaq Fatimə xəstəxanaya getməkdən imtina edərək evinə aparılmasını istəmişdir. Fatimə avtomobildə olarkən bacısına zəng edib telefonu ona vermişdir. O da Fatimənin bacısının əri ilə danışaraq onunla “Nəsimi” heykəlinin yanında görüşməyə razılaşmışlar. Orada həmin şəxs Fatiməni evinə aparacağını bildirmişdir. O da onlara xəstəxanaya getməyi təklif etsə də, qadın təkrar olaraq xəstəxanaya getməkdən imtina etmişdir. Fatimənin bacısının ərinə öz mobil nömrəsini vermiş, eyni zamanda həmin günü onunla bir neçə dəfə telefon əlaqəsi saxlayıb Fatimənin səhhəti barədə maraqlanmışdır. Zərərçəkmiş şəxs tibbi xərcləri ilə bağlı 2.500 manat yardım etmək istəmiş və sonuncu əvvəlcə bununla razılaşsa da, sonradan ondan 7.500 manat pul istəmişdir. Himayəsində xəstə azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 31 dekabr 2023-cü il tarixdə, saat 15:15 radələrində Nəsimi rayon ərazisində yerləşən “28 Mall” ticarət mərkəzində olmuş, sonra oradan çıxaraq piyada evinə gedərkən saat 15:34 radələrində 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində olan piyada keçidini işıqforun yaşıl işığı yandığına görə keçməyə başlamışdır. Həmin yolu avtomobillərin hərəkət istiqamətinə görə sağdan sola doğru yeriyib keçən zaman yolun çox hissəsini keçdikdən sonra R.Behbudov küçəsi ilə hərəkətdə olub 28 May küçəsinə dönən “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. O, üzü üstə asfalt üzərinə düşüb huşunu itirmişdir. Buna görə də nə baş verdiyini bilmədiyinə görə xəstəxanaya getməkdən imtina etmiş, avtomobilin sürücüsü də onun mobil telefonu ilə bacına zəng etmişdir. Sonra sürücü onu avtomobili ilə “Nəsimi” heykəlinin yanına aparıb bacısının ərinə təhvil vermişdir. Bacısının əri də onu evinə aparmış, evdə olarkən özünü pis hiss etdiyi üçün təcili yardım çağırılmışdır. X1 zaman ona məlum olmuşdur ki, avtomrobilin vurulması nəticəsində üz nahiyyəsində sınıq əmələ gəlib. Xəstəxanada bir gün qalmış, sonra da üzündən əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş 7.500 manat ziyanın ödənilməsini tələb edir. Məhkəmədə Şahid Təqsirləndirilən şəxs ifadəsində göstərilənlərə uyğun izahat verdi. İş materiallarında olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov və 28 May küçələrinin kəsişməsində baş vermişdir. Baxış aydın hava şəraitində aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 12 metr, hərəkət zolağının sayı 04-dür, işlək hissəsinin eni 12-dir, işlək hissəyə sağdan və soldan səki birləşir. Həmin sahədə hərəkətin nizamlanma üsulu işıqforla və yol nişanları ilə tənzimlənir (İ cild, i.v. 06-15); • “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokollara və əlavə edilmiş fotoşəkillərə görə “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrə tərəf hissəsində və ön sağ bufer və qanad hissəsində kiçik əziklər aşkar olunur (İ cild, i.v.16); • 02.05.2023-cü il tarixli, BB400243 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Sonata” markalı, **-AU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" QSC-dir (İ cild, i.v.19); • "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2929/2023 saylı etibarnamənin surətinə əsasən “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir(İ cild, i.v.21); • 08.06.2020-ci il tarixli, AD seriyalı, 223438 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B, C” kateqoriyaları üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir (İ cild, i.v.19); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/547 saylı rəyinə əsasən “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (İ cild, i.v.45-47); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 80 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol almacıq və sol əng sümüklərinin sınığı, baş-beyin silkələnməsi, üz nahiyyəsinin sol yarsının qançır-şişkinlik halında əzilməsi, sağ baldırın qançırı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarkterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.29-33); • “Görüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 15:34-də baş vermiş yolnəqliyyat hadisəsini qeydə almış diskə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsi istiqamətində hərəkətdə olub R.Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində sola dönən zaman yol kəsişməsində piyada keçidi olan yerdə ağ zolaqların yanı ilə avtomobillərin hərəkət istiqamətinə görə yolu sağdan sola doğru yeriyib keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurur (İ cild, i.v.34, 43); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərarla “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, həmin avtomobil Təqsirləndirilən şəxs qaytarılması, 01 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İ cild, i.v.62); • “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.92-93); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur (İ cild, i.v.102); • Doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəlldülü 01 övladı var (İ cild, i.v.64). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin tələbinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 15:34 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə 28 May küçəsi istiqamətində 20-25km/saat sürətlə hərəkət etdirərək 28 May küçəsinə dönən zaman yol kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin (sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir) tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələbə əməl etməmiş, həmin vaxt piyada keçidində işıqforun yaşıl işığında yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurmuş və nəticədə sonuncunun sol almacıq və sol əng sümüklərinin sınığı, baş-beyin silkələnməsi, üz nahiyyəsinin sol yarsının qançır-şişkinlik halında əzilməsi, sağ baldırın qançırı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsini törətmiş və bununla da onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının aşağı hədlərinə uyğun cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə müvafiq olaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında, “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Təqsirləndirilən şəxs istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında, “Hyundai Sonata” markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar