Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-246/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs guya özünə məxsus olan Qazax şəhəri N.Nərimanov yaşayış massivində yerləşən 0,15 ha torpaq sahəsini 15000 manata satmasına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 26 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisindən terminal vasitəsi ilə onun istifadəsində olan 4169 7388 5552 5124 nömrəli bank kartının hesabına göndərdiyi 1500 manat pulu, 17 yanvar 2023-cü il tarixdə saat 12:01-də Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən “FS market” mağazasında quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan 4169 7388 **** **5154 nömrəli bank kartının hesabına göndərdiyi 1000 manat pulu, 24 yanvar 2023-cü il tarixdə saat 11:06-da Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən “Araz Supermarket” mağazasında quraşdırılmış “eManat” ödəmə terminalından onun istifadəsində olan bank kartının hesabına göndərdiyi 1000 manat pulu, 2023-cü ilin fevral ayının istintaqa dəqiq məlum olmayan günündə Zərərçəkmiş şəxs istintaqla müəyyən edilməyən taksi sürücüsü vasitəsilə ona çatdırılması üçün Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinə göndərdiyi 1250 manat dəyərində 01 ədəd bozqara rəngli, “Constellation Ayxta (RM-389V)” modelli, **********58625 İMEİ kodlu “Vertu” markalı mobil telefonu, 10 aprel 2023-cü il tarixdə saat 17:16-da Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən “Spar Market” mağazasına quraşdırılmış “mPay” terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7388 5552 5124 nömrəli bank kartının hesabına göndərdiyi 1800 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 6550 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Qazax şəhəri N.Nərimanov küçəsi ev 20A-da yaşayır və hazırda heç bir əmək fəaliyyəti ilə məşğul olmur, ali təhsillidir. Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Zərərçəkmiş şəxslə əvvəllər aralarında heç bir ədavət olmamışdır. Onun Qazax şəhəri N.Nərimanov qəsəbəsində sahibkarlıqla məşğul olmaq üçün təsərrüfat təyinatlı 3 hektar torpaq sahəsi var. O həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir, belə fikirləşmiş ki, həmin torpaq sahəsini satmağa razılaşdıqdan sonra təyinatını qanuni şəkildə dəyişdirsin. İlhamla tanış olduqdan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində Qazax şəhərində yerləşən “Rahat” supermarketin qarşısında görüşmüş, həmin vaxt İlham ona torpaq sahəsi satdığını eşitdiyini, həmin torpaq sahəsindən almaq istədiyini demişdir, o da torpaq sahəsi olduğunu demiş və yaxın zamanda müvafiq idarələrə müraciət edərək sənədləşdirəcəyini bildirmişdir. Bundan sonra o torpaq sahəsinin yerləşdiyi yeri bildirərək 1 sotunu 1000 manata satdığını demiş, İlham da 15 sot istədiyini bildirmiş və razılaşmışlar. Belə razılığa gəlmişlər ki, İlham 10000 manat əvvəlcə, 5000 manat pulu isə torpağın sənədlərini, çıxarış sənədi hazır etdikdən sonra versin. Bundan sonra o, özünə məxsus 4169-7388-5552-5124 nömrəli "xxxx" ASC bank kartının nömrəsini İlhama göndərmişdir. İlham da Bakı şəhərindən onun həmin bank kartına xx.xx.2022-ci il tarixdə 1500 manat pul köçürmüşdür. Bundan sonra o, torpağın çıxarış sənədini düzəltmək məqsəqi ilə Əmlak Komitəsinə müraciət eləmişdir. Əmlak komitəsindən sənədləri götürüb baxmışlar və torpaq sahəsinin vəfat etmiş nənəsi Qiyafətin adına olduğunu gördükdən sonra, vərəsə olan atasının müraciət etməli olduğunu bildirmişlər. O da atasına bildirdikdən sonra sənədlərin düz olmadığını, əvvəlcə adına çıxarış olmalı olduğunu bildirmişdir. Bundan sonra o sənədlərin arxası ilə gedib gəlmək üçün pul lazım olduğunu İlhama bildirmiş, İlham da 2022-ci ilin dekabr ayında onun bank kartına 1000 manat pul göndərmişdir. Bundan sonra o yenidən müxtəlif idarələrə müraciət edərək torpağı atasının adına keçirmək üçün səy göstərməyə başlamışdır. 2023-cü ilin yanvar ayında pul xərclənib qurtardığı üçün yenidən İlhamdan 1000 manat pul istəmiş, İlham da xx.xx.2023-cü il tarixdə onun bank kartına 1000 manat pul göndərmişdir. Bir müddət sonra İlham ona zəng vuraraq “Vertu” markalı mobil telefonu olduğunu və 5000 manata satmaq istədiyini demişdir. O mobil telefonu almaq istədiyini lakin baha satdığını bildirmiş, bundan sonra ortaq məxrəcə gələrək həmin telefonu 4250 manata almağa razılaşmış və torpağın pulundan çıxacağını bildirmişdir. Bundan sonra İlham tanımadığı bir taksi ilə mobil telefonu göndərmişdir. Telefon çatdıqdan sonra isə İlham zəng edərək 4000 manat pulu torpağa verəcəyi puldan çıxmağını, 250 manatını isə göndərməyini istəmiş, o da xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə isə 50 manat pulu İlhama göndərmişdir. Bundan sonra o, yenə sənədləri qaydasına salmağa çalışmış və pul lazım olmuşdur. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə İlhamdan 1800 manat pul istəmiş, İlham da həmin gün axşam saatlarında onun bank kartına 1800 manat pul göndərmişdir. Beləliklə, İlham ümumilikdə mobil telefonla birlikdə 9300 manat pul vermiş olmuşdur. Bundan sonra o dayanmadan torpaq sənədləşdirmək üçün idarələrə müraciət etməyə davam eləmişdir. Buna baxmayaraq sənədləri düzəldə bilməmiş, bundan sonra İlham bir neçə dəfə Qazax rayonuna gəlib atası ilə də görüşmüş, bundan sonra o görmüş ki, İlham ondan həddindən artıq torpaq sahəsi istədiyi üçün, hətta pulu və telefonu geri qaytarmağına razı olmadığı gördükdə mobil telefonunda olan mobil proqram vasitəsi ilə baş nazir Əli Əsədovun imzası ilə Əli Əsədovun torpağın təyinat dəyişilsə belə bir qərar veriləcəyi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti adından qərarı düzəldib “Whatsapp” mobil proqramı vasitəsi ilə ona göndərmişdir. Lakin həqiqətdə elə bir sənəd mövcud deyil, ümumiyyətlə həmin sənədin saxta forması da realda yoxdur, sadəcə telefonla düzəldib göndərmiş, daha sonra isə silmişdir. Bundan başqa əlavə olaraq bildirir ki, o İlhamdan aldığı mobil telefonu və pul vəsaitini qaytaramağa hazırdır, o, İlhama dələduzluq etmək məqsədi ilə torpaq satmamış, həmin torpaq sahəsini sadəcə olaraq sənədləşdirə bilməmiş, hətta İlhama hazırda sənədləşməmiş torpaq sahəsi də verməyə hazırdır, sonradan hər bir halda sənədləri düzəldəcəkdir. Daha sonra zərərçəkmiş şəxsi aldatmaq fikrinin olmamasını, zərərçəkmiş şəxsdən aldığı telefonu geri qaytardığını, pulu da geri ödəmək istəməsini, lakin zərərçəkmiş şəxsin qəbul etməməsini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin sentyabr ayından torpaq sahəsi satan bir şəxs kimi tanımış, əvvəllər aralarında heç bir ədavət olmamışdır. Mikayıl ilə tanış olduqdan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində Qazax şəhərində yerləşən "Rahat” supermarketin qarşısında görüşmüşdür. Həmin vaxt o, Mikayıla satdığı torpaqlardan almaq istədiyini bildirmişdir. Mikayıl da torpaq sahəsi olduğunu, yaxın zamanda sənədləşdirəcəyini bildirmişdir. O da Bakı şəhəri "Qobu park" yaşayış kompleksinin yaxınlığında 8 sot torpaq sahəsi olduğunu bildirmişdir. Mikayıl isə pul lazım olduğunu demiş və satdığı torpaq sahəsinin Qazax rayonu, N.Nərimanov qəsəbəsində yerləşdiyini, sotunu da 1000 manata satdığını demişdir. O da 15 sot almaq istədiyini demiş və razılaşmışlar. Belə razılığla gəlmişlər ki, ümumilikdə 10000 manat əvvəlcə, 5000 manat isə torpağın çıxarış sənədi hazır olduqdan sonra versin. Bundan sonra razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu ərazisindən Mikayıla məxsus 4169 7388 5552 5124 nömrəli "Kapitall Bank” kartına 1500 manat pulu adını xatırlamadığı terminaldan göndərmişdir. Mikayılla əlaqə saxladıqda isə sənədləri düzəltdiyini demiş və lazım olduqda qalan puldan da hissə-hissə göndərməli olduğunu bildirmişdir. 2022-ci ilin dekabr ayının xatırlamadığı gunundə Mikayıl ona zəng edərək 1000 manat da pul göndərməli olduğunu demişdir. O da 1000 manat pulu Bakı şəhərində yerləşən "Qış Parkı” parkının yaxınlığında Mikayılın ona şəklini göndərdiyi bank kartına adını xatırlamadığı terminal vasitəsi ilə göndərmişdir. Bundan sonra Mikayılla tez-tez əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda, Mikayıl da sənədləri düzəltdiyini, tez bir zamanda hazır olacağını bildirmişdir. Həmçinin Mikayıl ona torpağın sənədlərini əvvəlcədən bildirdiyi üçun o, 2022-cı ilin dekabr ayında Bakı şəhərində olan torpaq sahəsini 24000 manata bir nəfər şəxsə satıb pulunu saxlamış, Mikayıla pulu tam şəkildə verməyi təklif etsə də, Mikayıl sənədləri düzəltdikcə hissə-hissə göndərməsini təklif etmişdir. Bundan sonra 2023-cü ilin yanvar ayında Mikayıl 1000 manat pul istəmiş, o da 1000 manat pulu xx.xx.2023-cu il tarixdə saat 11:06-da Bakı şəhəri, Nəsimi rayonu 1-ci mikrorayon, M.Cəfər 10 ünvanında yerləşən "Araz” Marketə quraşdırılmış "eManat” terminalı vasitəsi ilə göndərmiş, həmin pulu da Mikayılın göndərmiş olduğu tanımadığı şəxsə məxsus bank kartına vurmuşdur. Bundan sonra o Mikayıla "Vertu" markalı mobil telefonu olduğunu və satmaq istədiyini demiş, söhbət əsnasında 5000 manata satdığını bildirmiş, lakin 4250 manata razılaşmış, həmin mobil telefonu 2022-ci ilin payız aylarında internet vasitəsi ilə tanış olduğu şəxsdən 6000 manata almış və özu öz adına olan ***-***-**-** saylı mobil nömrəni təxminan 4-5 ay istifadə etmişdir. Həmin mobil telefonu Mikayıla satdıqdan sonra telefonun 4000 manatını torpağa saxlamağını, 250 manatını isə ona geri qaytarmağı istəmişdir. Mikayıl da xx.xx.2023-cü il tarixdə 200, xx.xx.2023-cu il tarixdə isə 50 manat pulu geri qaytarmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Mikayıl ondan 1800 manat pul istəmiş, həmin gün saat 17:16 radələrində 1800 manat pulu ünvan 6 ünvanında yerləşən "Spar Market" mağazasına quraşdırılmış "Mpay" terminalı vasitəsi ilə Mikayılın ona şəklini göndərmiş olduğu bank kartına göndərmişdir. Beləliklə o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək Mikayıla mobil telefonun qiyməti ilə birlikdə ümumilikdə 9300 manat pul vermişdir. Bundan sonra Mikayılla əlaqə saxladıqda hər dəfə sənədləri düzəltdiyini və ya tez bir zamanda düzəldəcəyini deyərək bəhanələr gətirmişdir. xx.xx.2023-cu il tarixdə isə Mikayıl ona baş nazir Əli Əsədovun imzası olan sənədin şəklini göndərmiş, həmin sənəddə torpağın təyinatının dəyişdirildiyi göstərilmiş, bununla da saxtakarlıq eetmişdir, çünki həqiqətdə belə bir sənəd mövcud olmamışdır. Daha sonra təqsirləndirilən şəxsə verdiyi pulun geri qaytarılması ilə razı olmadığını bildirərək vəd edilən torpaq sahəsinin ona verilməsini tələb etdiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” və “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Qazax RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və həmin tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Qazax RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir (i.v.1, 30); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v.76); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.78); - “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (i.v.83-87); - “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qazax rayon prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 mart 2024cü il tarixli qərar ləğv edilmiş və cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Qazax RPŞ-nin İstintaq Bölməsinə həvalə edilmişdir (i.v.95-96); - “Cinayət işinin icraata götürülməsi haqqında” və “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, cinayət işi Qazax RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Elvin İsgəndərov tərəfindən icraata götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə istintaq aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nə göndərilmişdir (i.v.97-98, 101-102); - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Süleyman Qəşəmli tərəfindən icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir (i.v.105-106); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (i.v.118-119); - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.122-123); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v.160-161); - “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.173-174); - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.183-184); - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən iş üzrə dayandırılmış icraat təzələnmiş və ibtidai istintaq davam etdirilməsi üçün Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Tural Kazımovun icraatına qəbul edilməklə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v.188-189); - “Baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun təqdim etdiyi bir ədəd “Vertu” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefon qara-boz (gümüşü) rənglidir, qatlanan formalıdır, üzərində və açılan zaman ekranları vardır, düyməlidir, metal korpusdan ibarətdir, ön və arxa hissəsində dəri materiala bnzər işləmələr vardır, sağ yan tərəfində qatlanan hissədən açılması üçün sürüşən düymə, sol tərəfində isə enerji qidalandırıcı qəbul edilməsi üçün yer vardır, arxa hissəsində bir ədəd kamera, kameradan solda flaş içığı vardır, mobil telefon **********58625 İMEİ kodludur, baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefonu Zərərçəkmiş şəxs 4000 manat müqabilində satdığı torpaq sahəsinin pulunun bir hissəsi kimi almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mobil telfon götürülər ağ zərfdə qablaşdırılmış, baxış və götürmənin aparılması zamanə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.44-49); - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Vertu” markalı mobil telefona baxış zamanı Zərərçəkmiş şəxs həmin mobil telefonun əvvəllər ona məxsus olduğunu və 2023-cü ilin fevral-mart aylarında qiymətinin 4000 manat hesablanmaqla Təqsirləndirilən şəxs verdiyini bildirmişdir (i.v.64-67); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi içərisinə səs yazıları olan iki ədəd diskə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışığı olduğu və danışıq vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə danışıqda Mikayıla 4250 manat dəyərində telefon göndərəcəyini bildirməsi, Təqsirləndirilən şəxs isə həmin telefonun qiymətinin torpağın qiymətinə hesablayacağını, sonra isə İlhamdan 7500 manat məbləğində pul və telefon aldığını bildirməsi müəyyən edilmiş, bu barədə müvafiq protokol tərtib edilərək istintaq materiallarına əlavə edilmişdir. Həmin səs yazıları dinlənilmiş və müəyyən olunmuşdur ki, -Kişi -1- burda yazılıb ki, İqtisadiyyat Nazirliyindən və Kənd Təsərrüfat Nazirliyindən rəylər alınmalıdı, mən bu rəyləri hamısını almışam -Kişi -1-Bilirəm, mən sizə çəkib göndərdiyim vərəq qalıb məndə, istəyirsiz onu da çəkim göndərim -Kişi -1- İlham müəllim, bu dəqiqə gedirik eləmi biz oraya, Vüqar var məndən 4 sot torpaq o alan, indi o da zəng eləmişdi, gedirik onunla -Kişi -2- Birinci qurbanındı eləmi ? -Kİşİ-1-Nə? -Kişi-2 -Birinci qurbanındı da -Kişi-1-yox Allah eləməsin ay İlham müəllim, o qədər torpaq satmışıq, heç bir problem olmayıb, indi prosta gəldik çətinliyə düşdük -Kişi-2- heç kimə də sənəd vermiyibsən, hamını da aldadıbsan -Kişi -1-yox niyə hamının da sənədi də var, indi şükür Allaha içi özümüz qarışıq, sənədsiz kimsə nəsə eliyərmi ? orda o boyda evlər tikilir, o, boyda şeylər var, hamının qazı, suyu, işığı, yaşayışı -Kişi-2- qəşəng şablon əzbərlərin var -Kişi-l-yox Quran haqqı, indi Vüqar da çatır, istəyırsiz sizi onunla da danışdırım, bax indi o da çatır mənim yanıma -Kişi-2- mənə ehtiyac yoxdu -Kişi -1- mən gedib sənədləri götürüb verəcəm Quran haqqı, Vüqar da mənimlə gedir, -Kişi-2- gözlüyürəm mən səni, burdan Tovuza getməyin yarım saat, gəlməyin yarım saat -Kişi-1-hə gedirəm Quran haqqı, prosta mən orda danışdım mənə 4-cü gün dedilər, vallah mən nə təhər olub sizə demişəm, 4-cü gün dedilər gələrsən, Rövşənin pulunu verəcəm 4-cü gün, Rövşənlə danışmışam, demişəm Rövşən, sənin 4-cü günü pulunu verəcəm, cəmi 4 nəfərin də sənədini yazıb verəcəm, o dörd nəfərin içində də İlham müəllimgildi. Dünən sizə də dedim, biri Əfəndidi, biri Elşəndi, biri də Anardı, dedim onların sənədini verəcəm mən, Allah haqqı deyirəm -Kişi-2- gör nə deyirəm, sənin gedib gəlməyin uzağı çəkər bir saat, elədimi -Kişi -1- yox onu demirəm, mən dünən danışdım, dedilər 4-cü gün gəl rəisin özü də burdadı, mən də sizi rəislə danışdırmaq istəyirəm, yanına gedib gəlməyinə yox, istəyirəm sizi rəislə danışdıram, -Kişi-2- mən heç kimlə danışmaq istəmirəm, -Kişi -1- bax bu dəqiqə çatıram Vüqarın yanına -Kişi-2- mən, sənədə baxmaq lazım idi maa, -Kişi-1-bax Quran haqqı deyirəm, sabah sizin o sənədinizidə göndərəcəm, bax Vüqarın yanına çatdım, o, da məndən 4 sot yer alıb, dünən o da mənim yanımda idi, danışdıq dedilər 4-cü gün gəl rəisin özü də burada olacaq, gəl nə sənəd istəyirsən baxdır, kimdən də istəyirsən danışdır, biz dünən Allah haqqı oraya getmişdik, saat 5 idi biz Daşınmaz Əmlakda idik -Kişi-2- Aydının nömrəsini maa ver görüm -Kişi -1- «55» -Kişi-2- heç ona zəng eləmirəm, istəmirəm -Kişi-1- Vallah sabah deyirəm, Vüqarın da yanına çatdım, dünən Vüqarla getmişdik Daşınmaz Əmlaka -Kişi-2- Vüqar elə bil mənim əmim oğludu, o qədər adamla gedə bilərsən ki, -Kişi-1- yox onu demirəm -Kişi-2- dostundu, tanışındı -Kişi-1- yox dostum deyil, o da torpaq alıb məndən taksi şoferidi -Kişi-2- mən nə tanıyıram a kişi, taksi şoferidi nədi, mənim nəyimə lazımdıye Vüqar, Vüqar -Kişi-1- yox onu demirəm, dünən onunla getmişdik, dedilər 4-cü gün gəlin rəis burda olacaq, 4-cü gün rəisin qəbuludu, kiminlə istəyirsən danışın, nə sənəd istəyirsən də götürün çəkin bax -Kişi-2- sən maa 4 demədin -Kişi-1- yox vallah yəqin şey olmuşam, mən dedim İlham müəllim bu gün sabah mənə möhlət verin, mən 4-cü gün demişəm -Kişi-2 -sənin neçə yaşın var ? -Kişi-1- mənim 31 -Kişi-2- sən mənim oğlumla yaşıdsan, mənə hörmətsizlik etmə -Kişi-1- Ay İlham müəllim, sabah mən sizin sənədlərinizi göndərəcəm, sizi də rəislə danışdıracam, siz deyirsiz e başqa adamla, başqa adamla yox, rəislə danışdıracam saat 11-də -Kişi-2- dostum, dinləməyi bacarırsan, -Kişi-1- Bəli -Kişi-2- xoddanıbsan qoyubsan üstünə, deyirəm bir ədəbin ərkanın olsun, ikinci bayaq mənə deyirsən ki, deməmişəm, Allaha and olsun -Kişi-1- deyirsiz zapis var, yəqin nəsə fikirli demişəm, demişəm İlham müəllim mənə vaxt verin, bu gün sabah vaxt verin, 4-cü gün mən Rövşənin pulunu qaytarıram, -Kişi-2- maa nə deyibsən deyirəm telefonda, nə deyibsən zapis eləmişəm -Kişi-1-Vallah səhər istəyrsiz mən sizi rəsilə də danışdırım, başqa adamla danışdırmayım sizi, vallah yalan demirəm, allah haqqı, səhər mən sizi rəislə görüntülü də danışdırım, özünüz danışın vatsapla, mənim telefonumla danışın, nə suallar da vermək istəyirsiz, torpağa aid buyurun -Kişi-2- maa bax, get işini gör, sənədlərin şəklini at maa, əks halda mənim sənə heç bir güzəştim yoxdu -Kişi-1 - sabah mən sənədlərin şəklini atacam sizə -Kişi-2- orda mənim adıma olan sənəd harda var ? -Kişi-1- Tovuzda, Tovuzda rəisin otağındadı, səhər mən də rəislə görüşüm sizə atacam nə lazımdı, qərardı, əmrdi, çıxarışın surəti, onu deyirəm də bu gün işdə yoxdu, sabah verəcəm telefonu -Kişi-2- oranın qaynar xətti var, mən zəng vurum görüm rəis ordadımı, iş vaxtı rəis niyə yerində yoxdu -Kişi-1- ay İlham müəllim, sənə qurban olum, mən o rəislə pişim-pişimlə gəlmişəm, sabah mən sizi danışdıracam, onu demirəm, mən bitəri-bitəri-bitəri, səhər sizi onunla danışdıracam, sizdən xahiş edirəm, adını da deyəcək, familiyasını da deyəcək, mən dünən Vüqarla getmişəm, Vüqarla görüşdüm, getdik dünən yanına görək məsələmiz nə yerdədi, 4-cü gün səhər gedəcəm, nə lazımdı rəis göstərəcək. Sabah 11-də nə sənəd lazımdı mənə vatsapda yazın mən çəkim göndərim. -Kişi-2- nə var onu göndər -Kişi-1- mən sizə şey göndərəcəm, Nazirlər Kabinetinin qərarını, bir də sizin adınıza olan kadastrlardı, oğlunuzun adına, yoldaşınızın adına, hərənizin adına 5-5, Bələdiyyənin qərarıdı, mən ora verdiyim, sonra çıxarış var e çıxarış, sabah 11-də mən sizə zəng vuracam -Kişi-2- salam əleykum -Kişi-1- salam İlham müəllim salam -Kişi-2-nə var nə yox Mikayıl müəllim, necəsiz -Kişi-1- sağ olun. Rövşənlə bir yerdəyik hələ, Rövşən qardaşnan -Kişi-2- çox gözəl, həmişə onunla mehriban olun, arada mənimdə işimi düzəldin. -Kişi-1- İlham müəllim, girdik Ədalət müəllimin yanına rəisin, Rövşən müəllim özü də gördü, bu gün sənədləriniz hazır olur, qız işləyib qurtarıb, səhər Qazaxda Abbas var, Daşınmaz Əmlakda işləyən, ona verəcəklər kordinatları fsyo -Kişi-2- həəə, məsələ tamam oldumu? o 2-ci vəsiqə göndərmişdim e oğlumun vəsiqəsin -Kişi-1- vermişəm, onları vermişəm, narahat olmayın -Kişi-2-indimi verdin, yoxsa qabaqcadan vermişdin ? -Kişi-1- yox onu dünənləri gətirdim verdim, qabaqcadan yox, bütün sənədlər yazılıb hazır olub, sabah səhər tezdən də gəlib bütün sənədləri götürürük -Kişi-2- o Elşən müəllimlə zadla niyə bəs aparmadınız onları, Rövşən müəllimlə gedib -Kişi-1- Elşən müəllim məktəbdə, Rövşən də zəng vurdum gəldi, bayaq biz burda olanda polis gəlmişdi -Kişi-2- Niyə ? -Kişi-1- vətəndaşın biri damarlarını doğrayıb, sənədləri gecikib, onun da mənim kimi sənədləri uzadıblar-uzadıblar, o da götürüb doğruyub özünü -Kişi-2- həəə, intihara gətirir də əslində dövlətə qulluq eləmirlər, dövlətin başçısına elədiyi siyasətə xələl gətirir bəzi məmurlar hal-hazırda, dövlətin başçısına kin istehsal eləyirlər -Kişi-1- bəli, bəli, mən də axırda özümü doğrayacam, ayıbdı da, nə qədər olar, bu gün sabah, bu gün sabah -Kişi-2- Rövşən orda soruşdumu kimdi, kim müəllimdi, hansı səlahiyyət daşıyır? -Kişi-1- birbaşa yuxarıda oturur, 3-cü mərtəbədə rəisdi -Kişi-2- adı nədi? adı? -Kişi-1- Ədalət müəllimdi adı -Kişi-2- Rövşən onları gördü də, eləmi ? -Kişi-1- sabah sənədləri götürəcik, aparacaq Abbasın yanına koordinatlar da təsdiqlənəcək, fsyo -Kişi-2- yaxşı gözləyək görək nə olur, sabah axırıncı iş günüdü, olmasa qalacaq yenə birinci günə oldu hələlik sağ olun -Kişi-1- İlham müəllim nətərsiz ? -Kişi-2- sağ ol -Kişi-1- Mikayıldı, üzürlü sayın, mənim o nömrəm bağlanıb koda düşüb, dedim açasıdılar, dedim zəng eliyərsiz görərsiz zəng çatmaz ona görə hörmətsizlik olmasın, deməli İlham müəllim belə, mən Rövşənin pulunu qaytarıram, orada 4 nəfərin sənədini həll edə bilirəm, sizin, Mikayıl Əfəndinin, Anarın, bir də Elşən müəllimin sənədini -Kişi-2- bəs niyə elə qərara gəldiz ? -Kişi-1- kütləvi şey diyəndə, dedilər bir az söz söhbət olur, mən gələcəm Bakıya -Kişi-2- yeni mövzudu eləmi, gələcəm Bakıya -Kişi-1- yox onu demirəm, bayaq Rövşənlə danışdıq, Aydın əmi də yanımda idi, yəni hamımız bir yerdə idik, telefonla danışdıq, Rövşənin pulunu sabah götürüb veririk, atamla danışırıq, sabah götürüb pulunu veririk, sizin də sənədlərinizi götürüb veririk, -Kişi-2- sənəd noldu bəəə ? -Kişi-1- bax bu həftə ərzində həll olunur bütün hamısı, pulu verilənlərin pulu veriləcək -Kişi-2- mən tədbir görəcəm sənin haqqında -Kişi-1-İİham müəllim belə deyək, mənə bu həftə ərzində vaxt verin xahiş edirəm, qurban olum sizə -Kişi-2- Qaqa, mən sənə inana bilmirəmee, bütün əməliyyatların sənin sonu belə olur -Kişi-1- yox, gözləyin olarmı bir şey deyim, gözləyin balana qurban olum, bu həftə ərzində -Kişi-2- qaqa, qulaq as bir dəqiqə Allahdan gizlin deyil, bəndədən nə gizlin, mən dünən bir işim var idi onu görə bilmədiyimə görə mən nə qədər pul itirdim, bu bir -Kişi-1- olarmı mən sizə bir söz deyim, bax bu həftə ərzində həll olunacaq -Kişi-2- yox-yox mən bu həftə sənin barəndə tədbir görəcəm -Kişi-1- pulunu qaytarılan pulunu qaytarırıq, sizin də sənədlərinizi veririk qurban olum görün nə deyirəm, mənə bircə bu həftə vaxt verin, and verirəm Allaha sizi, bu həftə sənədlərinizi verirəm -Kişi-2- bu nömrədəsənmi, mən səni yığacam, indi işim var, yığacam səni -Kişi-1- Alo, İlham müəllim, bircə dəqiqə vaxtınızı alım qurban olum -Kişi-2- deyirəm, mənim işim var, dəqiqə-dəqiqə yığırsan -Kişi-1-hə, üzürlü sayın, məndə də panik atak tutanda belə oluram, səhər mən Mikayıl Əfəndi ilə görüşəcəm -Kişi-2- neynirəme Mikayıl Əfəndini ? -Kişi-1- yox, deyirsiz inanmıram, sənəddən başı çıxan adamdı da -Kişi-2- qardaş sən yalan danışırsan, verdiyin sənədlərdə saxtadı, bunları sənə dənədənə sübut eləyəcəm, harda lazımdı orada cavab verəcəksən, qardaş Baş Nazirin adından saxta sənəd atırsan maa, sən heç bunun məsuliyyətini dərk edirsənmi? Ayın 7-si apreldə heç bir qərar yoxdu, gözəl qardaş mən dava adamı deyiləm, sənin bu qədər zamanın içərisində doğru heç bir şeyinlə rastlaşmadım, gəlirik, göndərir, hamısı yalandı, -Kişi-1- yox olarmı mən sizə bir söz deyim, olarmı? Sabah-sabah saat 3-də mən o dediyiniz sənədlər var e, hamısını sizə skanda eliyə bilərəm, və ya görüntülü də göstərə bilərəm, sizin sənədlərinizi də, əlinizdə olan sənədləri də göstərə bilərəm hansı mərhələdədi, hansı işlər görülüb, olarmı helə, mən sizdən sabah saat 3-ə kimi möhlət istəyirəm, 3-dən sonra daha sizə zəng eləyib heç nə deməyəcəm, hansı mail-ə deyirsiz ora göndərim -Kişi-2- yox, mən belə eləyəcəyik də, sabahları sənlə bir adam getsin o sənədləri.. -Kişi-1- Elşən müəllim getsin, -Kişi-2- kim? -Kişi-1-Elşən müəllim, məktəbdə müəllimdi, sənəd-sünəd işindən də başı çıxır -Kişi-2- ə, qardaş sənəd orda tarixlə döyülmü? -Kişi-1- həəə, tarixnəndi, mən istəyirsiz özünüz də dünyagörmüş adamsız, şəklini çəkim sizə atım -Kişi-2- sənin bu atdığın sənədlər var idiye -Kişi-1-Allah haqqı İlham müəllim mənə nə veriblər onu atmışam, yəni mənə nə göndəriblər mən də sizə onu vermişəm -Kişi-2- mən bir şey demirəm, yenə də demək istəmirəm, məni incitdiyinə görə dəqiq, nətər deyim, həqiqi mənada çox işlərim bərbad oldu -Kişi-1- İlham müəllim, inşallah mən də öz əlimdən gəldiyi qədər çalışıb hər şeyi bərpa eləyəcəm -Kişi-2- İndi son nə edəcəyimizi de mənə nə vaxt ? -Kişi-1- mən sizdən sabah 3-ə qədər möhlət istəyirəm sizin dediyiniz sənədləri hamısını çəkib sizə göndərəcəm -Kişi-2- sonra, tutaq ki, göndərdin sonra -Kişi-1- göndərdim, sonra lap istəyirsiz görüntülü də yığaram müəllimin özü ilə danışarsız -Kişi-2- yaxşı onu da gözləyək -Kişi-1- mən Rövşənin pulunu verəcəm, sabah götürüb Rövşənin pulunu verəcəm, amma sizsiz. Anardı, Mikayıl Əfəndi və Elşəndi sizin sənədlərinizi verəcəm. -Kişi-2- oldu gözləyək, o, birdə şey atmışdıme sənə vəsiqə -Kişi-1- hə, hə, o narahat olmayın o da hazır olacaq 6 sotdu sənədlə, bir sot da paydı -Kişi-2- yox, yox pay-may mən istəmirəm -Kişi-1- yox bir sot onsuz da paydı, mən onu nə satası deyiləm, nə də bir şey, orda onsuz da bir sot artıq qalır -Kişi-2- yox mənə pay-may ehtiyac yoxdu -Kişi-1- oldu -Kişi-2- 3-də gözləyirəm, 4-də yoxa 3-də -Kişi-1- oldu -Kişi-2- bir gün də gözləyərəm, bu nömrədəsən də son -Kişi-2- Alo, -Kişi-1-alo, -Kişi-2- salam aleykum, necəsiz ? -Kişi-1- sağ olun ilham müəllim siz neçəsiz ? -Kişi-2- sağ ol yaxşıyam, qaqa nə təhər oldu ? -Kişi-1- həll olunure İlham müəllim, İcra Hakimiyyətindəydim, çıxdım, həll olunur Allah qoysa, mən sizinlə danışdığım kimi, o, telefon alındı-alınmadı 4250 manatdı, 2500 dollar edirdə, onu da torpağın qiymətinə hesab edəcəyik narahat olmayın, kodu gözləyirəm vallah kod gələn kimi mən sizə göndərəcəm -Kişi-2- gör nə deyirəm qaqa, bunlar elə bil bir ucu yalanlara bağlanır -Kişi-1- yox yox yalan döyül, Allah haqqı yalan döyül, bizim qohumlarımız var Maqadanda zada -Kişi-2- sən dedin ki, 1000 dollar göndəriblər düzdü? Mən götürmədim -Kişi-1- bəli bəli göndərib -Kişi-2- dedin məndədi, hətta buracan dedim ki, qoy qalıb səndə -Kişi-1- məndə demədim, dedim ki, Bankdadı, vallah quran haqqı dedim bankdadı -Kişi-2- sən indi bankdadı deyənə səndədi də, ürəyin istəyən zaman gedib götürə bilərsən, mən də dedim ki, qardaş o, pulu mənim yerdə qalan borcuma çıxın, zatən mən o pulu götürəndən sonra sizə verməli idim, indi də bir başqa şeylər çıxdı, karqo belə gəldi, -Kişi-1- yox karqo, mən başqa demişdim, mən gəlməliyəm, ev mənim adıma keçməlidi, mən evi almışamsa adıma keçməlidi, vallah Allaha and olsun, vəsiqəmi də vermişəm ki, evi adıma keçirim -Kişi-2- sən 6 ay qabaqdan, 8 ay qabaqdan bu işi çözə bilmirsənsə -Kişi-1- yox çözməyidə, indi telefonla deyə bilməyəcəm, inşallah görüşəndə deyərəm, Tofiq müəllimdi Bələdiyyənin sədri, o, saxlayıb pulu heç kimə vermir, indi mən telefonda çox şeyi deyə bilmirəm, -Kişi-2- mən birdənə sənə şey deyim, biz burda şükür Allaha, öz alın tərimizlə özümüzə bir şey eləmək istəyirik, böyük külfətik, 3 oğlum var, əgər burda əngəllər varsa dostum, mən sənə keçən səfər də dedim, mən bunu çözmək üçün sənin yanındayam, mən bu həftə düzəlməsə, gələn həftəyə gözləməyəcəm, dövlət var, dövlətiçilik var, əlaqəmiz də var, kim məsuliyyət daşımalıdısa, o da daşıyacaq, cavab verəcək -Kişi-1- vallahi deyirəm İlham müəllim, bax, Yaqub var, deyir, həmişə səndən torpaq almışam. Heç bir problem çıxmayıb, mən dedim Tofiq müəllimlə görüşdük, dedim Tofiq müəllim siz mənə desəydiz beş aya alınır, mən də camaata deyərdim, 5 aya alınır, siz mənə deyirsiz bir həftəyə alınır, mən də camaata deyirəm, yalançı çıxıram -Kişi-2- bilirsən səbirli olun, mənim bu söhbətlərə qarnım toxdu, kimdisə o da gəlib məsuliyyət daşıyacaq, ay Tofiq müəllimdi, kimdisə gəlib cavab verəcək, indi gör nə deyirəm qardaş, son olaraq bunların sözü nə oldu onu maa de ? -Kişi-1- son olaraq bunların sözü o, oldu ki, ayın 9-na kimi həll olunacaq, bütün sənədlər yekunlaşacaq -Kişi-2- 9-na qədər hələ? -Kişi-1- hə 9-na qədər, etap-etap da, -Kişi-2- onda belə eliyirik sənə bir şey deyim, mən o şeyi göndərəcəm bu gün saa, inşallah telefonu, ordan 250 manat, bizim orda adam var, ona verəcək var, bir az mənim işlərim -Kişi-1- olarmı, görün nə deyirəm mən elə səhər göndərin səhər də 250 manat verim mən -Kişi-2- eləmi? hə -Kişi-1- səhər göndərin, heç mən telefonu götürməyim, ayıb döyülmü, 250 manatı verim, onsuz da mən Bakıya gəlməliyəm, qurana and olsun, mən sizə demişdim e Türk vətəndaşı, o da getməlidi, o da veşlərini yığıb, gedib dostunun evində qalır, mənə deyir, abi sən gəl çıx, işləri yekunlaşdıraq, mən də halallıq verim, çıxım gedim -Kişi-2- inşallah, indi gələrsən, uyğun vaxt olar, görüşərik, dərdləşərik, mən onu sənə deyəcəm, onu da elə ondan götürərsən -Kişi-1- yaxşı, 10 tamamda zəng eləyəcəm sizə, 250 manatı verərəm ona -Kişi-2- bu zamana qədər də mən gözləyirəm, 9-u günü, ayın 9-u bu məsələ həll olunmasa, mən sənlə bərabər gedəcəyik Tofiqin yanına. Tofiq gəl bura, get cibindlən pulu ver mənim sənədimi al ver mənə -Kişi-1- mən sizinlə razıyam, ən gözəli vallah, qurana and olsun mən bir həftədi yatmıram, fikir, nə bilim nə -Kişi-2- mən sənin də vaxtını almaq istəmirəm, sabah inşallah saat 10 da, 11-də o əmanəti də göndərəcəm, deməli bununla olur bizim aramızda yekun olaraq olur 7500 manat elədimi? -Kişi-1- hə, hə 7750 idi, 250-ni versəm olur, 7500 manat -Kişi-2- indi inşallah arada da imkan olar görüşərik, olmasa da səninlə birlikdə gedib başçının yanına girərik, oldu -Kişi-1- oldu, sağ olun (i.v.66-68); - xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (i.v.129-131); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/10182 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd boz-qara rəngli, “Vertu” markalı, “Constellation Ayxta (RM-389V)” modelli, **********58625 İMEİ kodlu, daxili antenalı mobil telefonun komplektləşdirilməsinə aid olan aksessuarlarının olmaması, istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin fevral və mart aylarına olan orta bazar qiyməti təxminən 1250,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v.80-82); - “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz-qara rəngli, “Vertu” markalı, “Constellation Ayxta (RM-389V)” modelli, **********58625 İMEİ kodlu, daxili antenalı mobil telefon cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır (i.v.135-136); - 59887 və 27230 nömrəli qəbzlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində 416973******5154 nömrəli kart hesabına 1000 AZN və xx.xx.2023-cü il tarixində 416973******5124 nömrəli kart hesabına 1800 AZN pul köçürülmüşdür (i.v.11); - Azərbaycan Respublikası Dövlət tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 231 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Qazax şəhəri N.Nərimanov yaşayış massivinin alt hissəsində, “Ağstafa” çayının sağ sahilində yerləşən istehsal sexi (yardımçı bina) X5 adına mülkiyyət hüququ əsasında 06 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında 58 səhifədə 231 reyestr nömrəsi ilə qeydə alınmışdır (i.v.26) - Qazax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(023)-116/2013 saylı qətnaməsindən görünür ki, X3 miras qalmış, Qazax şəhəri N.Nərimanov yaşayış massivinin alt hissəsində, “Ağstafa” çayının sağ sahilində 30.000 kvm torpaq sahəsində yerləşən, tikintialtı sahəsi 120,8 kvm və ümumi sahəsi 103,8 kvm olan qeyri yaşayış binasına dair mirasın ərizəçisi X4 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə, qeyri-yaşayış zonasının yerləşdiyi 30.000 kvm torpaq sahəsi daimi istifadədə saxlanılmaqla, həmin torpaq sahəsində yerləşən sözügedən qeyri-yaşayış binasının mülkiyyət hüququ X2 verilməsi qət edilmişdir (i.v.27-29); - Qazax RİH başçısının Qazax şəhəri inzibati ərazi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq, o cümlədən təqsirləndirici sənəd daxil olmadığı qeyd edilmişdir (i.v.72); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.53); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs məxsus 01 ədəd boz-qara rəngli, “Vertu” markalı, “Constellation Ayxta (RM-389V)” modelli, **********58625 İMEİ kodlu, daxili antenalı mobil telefonun 11 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 02 ədəd ödəmə qəbzi və 02 ədəd içərisində səs yazıları olan disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (i.v.137- 148); - “Azemis” Elekron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxsnın xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə, yəni zərərçəkmiş şəxsi aldatmaq fikrinin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxsin ifadəsi və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, dəymiş zərəri ödəməyə hazır olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnın əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini, dəymiş zərəri ödəməyə hazır olmasını və himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd ödəmə qəbzi və 02 ədəd içərisində səs yazıları olan disk cinayət işinin materiallarında saxlanılmalı, Nəsimi RPİ-nin saxlama yerində saxlanılan 01 ədəd “Vertu” markalı, “Constellation Ayxta (RM-389V)” modelli, **********58625 İMEİ kodlu, daxili antenalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın məhkəmə hazırlıq iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, «Güvən» Vəkil Bürosunun vəkili X6 iştirak etdiyi məhkəmə iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarı qəbul edilməmişdən əvvəl keçirildiyindən onun sərf etdiyi hər saata görə 6 manat əmək haqqı verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarında hüquqlarını müdafiə etmiş «Güvən» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Qazax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qazax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd ödəmə qəbzi və 02 ədəd içərisində səs yazıları olan disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Nəsimi RPİ-nin saxlama yerində saxlanılan 01 ədəd “Vertu” markalı, “Constellation Ayxta (RM-389V)” modelli, **********58625 İMEİ kodlu, daxili antenalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarında göstərilmiş hüquqi xidmətə görə «Güvən» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-246/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-246/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver