Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-247/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 19.02.2021-ci il tarixdə saat 16 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz olan “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi ilə “20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olarkən, M.Cəfərov küçəsi 10 saylı ünvanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücünün yol hərəkətinin iştirakçısı kimi hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olması barədə tələblərini pozaraq, idarə etdiyi “Toyota Prius” markalı avtomaşının ön sağ, sağ qanad və güzgüətrafı hissəsi ilə yolu keçən piyada, xx.xx.2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan sonuncunun sağlamlığına sol ayağın iç topuğunun yerdəyişən, bayır topuğunun yerdəyişməyən qapalı sınıqları, sağ baldır nahiyyəsinin qançırı kimi az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 19.02.2021-ci il tarixdə saat təxminən 16 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı taksi kimi istifadə etdiyi avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi ilə üzü 20 yanvar dairəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin vaxt 159 saylı orta məktəbin yaxınlığından keçərkən “Qaragöz” klinikasının qarşısında yolun sağ tərəfindən sol tərəfinə sonradan ad və soyadını tam olaraq bildiyi Zərərçəkmiş şəxs avtomobilin qarşısından qəfildən iti yerişlə keçdiyini anidən görmüş və əyləcdən istifadə etsə də, ehtiyatsızlıq nəticəsində avtomobilin ön sağ hissəsi ilə sonuncunu vurmuş və zərbənin təsirindən Zərərçəkmiş şəxs asfalt örtüyünün üzərinə yıxılmışdır. O dərhal avtomobilini saxlayaraq anası Şahid ilə birlikdə düşərək xəsarət alan Zərərçəkmiş şəxs yaxınlaşıb onu səkinin kənarına gətirərək ilkin köməklik etmişdir. Sonuncunun ayağından xəsarət aldığını görüb onun atasının mobil nömrəsini öyrənərək əlaqə saxlayıb hadisə barədə məlumat vermişdir. Hadisə yerinə onun atası gələrək qızını öz avtomaşınına əyləşdirib müayinə olunmasından ötrü yaxınlıqda olan 20 saylı travmatologiya poliklinikasına aparmışdır. O, hadisə yerində gözləmiş, anası Şahid isə onların avtomaşınına əyləşib birlikdə poliklinikaya gedərək öz köməkliyini göstərmişdir. Həkim tərəfindən Zərərçəkmiş şəxs müayinə olunaraq tibbi yardım göstərilərək evə buraxılmışdır. Həkim müayinəsi zamanı Zərərçəkmiş şəxs hadisə nəticəsində sol ayağından sınıq xəsarəti alması məlum olmuşdur. Zərərçəkmiş şəxsin xəstəxana və müalicə ilə bağlı digər xərcləri tərəfindən qarşılanmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməsini xahiş edir. Məhkəmədə qanuni nümayəndəsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yalnız hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 19.02.2021-ci il tarixdə saat təxminən 16 radələrində o, oxuduğu Nəsimi rayonu 159 saylı orta məkdəbdən dərsdən çıxıb piyada hazırlıq kursuna getmək istəmiş və tələsdiyi üçün iti yerişlə hərəkət etmişdir. Həmin vaxt məktəbin yaxınlığından Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsindən yolun əks istiqamətinə “Qaragöz” klinikasına doğru iti yerişlə düzünə yolu keçərkən yolun orta hissəsinə çatdığı anda sol tərəfdən hərəkətdə olan sonradan markasını və nömrə nişanını gördüyü “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ və sağ güzgü ətrafı hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, xəsarət alaraq asfalt üzərinə yıxılmışdır. Hadisəni törədən avtomobilin sürücüsü sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs və onun yanında olan Şahid avtomobildən düşüb ona yaxınlaşaraq köməklik edib onu yerdən götürüb səkinin kənarına gətirmişlər. Hadisə nəticəsində o, sol ayağından xəsarət aldığı üçün hərəkət edə bilməmişdir. Bu vaxat hadisə yerində olarkən Təqsirləndirilən şəxs və onun yanında olan Şahid valideynlərinə məlumat vermək üçün ondan atasının mobil nömrəsini soruşmuşlar. O, X8 ilə mobil telefonla əlaqə saxlayaraq yol qəzası nəticəsində xəsarət almağı barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra X8 hadisə yerinə gəlmiş və onu sürücünün yanında olan qadınla birlikdə yaxınlıqda olan 20 saylı Travmatologiya poliklinikasına aparmışlar. Poliklinikada həkimlər ona ilkin tibbi yardım göstərmişdir. Müayinə zamanı sol ayağının topuq nahiyyəsində sınıq xəsarəti aşkar olunduğu üçün ayağına gips qoyulduqdan sonra onu evə buraxmışlar. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və bu səbəbdən iş üztə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, Zərərçəkmiş şəxs isə baş vermiş hadisə ilə əlaqədar tanımışdır. Onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 19.02.2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı taksi kimi istifadə etdiyi avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi ilə üzü 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Həmin vaxt saat təxminən 16 radələrində “Qaragöz” klinikasının qarşısından avtomobillə keçərkən yolun sağ tərəfindən sonradan ad və soyadını bildiyi Zərərçəkmiş şəxs avtomaşının qarşısından qəfildən qaçaraq keçdiyi zaman Təqsirləndirilən şəxs avtomobili sol tərəfə çəksə də, avtomobilin ön sağ hissəsi ilə Zərərçəkmiş şəxs vurduqda qızın yerə asfalt üzərinə yıxıldığını görmüşdür. Təqsirləndirilən şəxs avtomobili dərhal saxlayaraq hər ikisi avtomobildən düşüb həmin qıza yaxınlaşarkən onun ayağından xəsarət aldığını görüb öz köməkliklərini edərək yolun kənarına gətirmişlər və hadisə yerində Aysel Hüsyenovanın atasının mobil nömrəsi ilə əlaqə saxlayıb hadisə barədə məlumat vermişlər. Təxminən 10 dəqiqə sonra hadisə yerinə Səyavuş Hüseynov gəlmiş və sonuncu ilə birlikdə Zərərçəkmiş şəxs müayinə olunmasından ötrü yaxınlıqda olan 20 saylı Travmatologiya poliklinikasına aparmışlar, Təqsirləndirilən şəxs isə hadisə yerində gözləmişdir. Poliklinikada həkimlər tərəfindən Zərərçəkmiş şəxs müayinə olunmuş, tibbi yardım göstərilərək evə buraxılmışdır. Həkim müayinəsi zamanı sonuncunun hadisə nəticəsində sol ayağından sınıq xəsarəti alması məlum olmuşdur. O, özü də Zərərçəkmiş şəxs müayinə və müalicəsi üçün ilkin olaraq maddi köməkliyini etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Saleh Salehzadə tərəfindən tərtib edilmiş “Video görüntülərə baxış keçirilməsi haqqında” 01 mart 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanın yaxınlığında quraşdırılmış Azərbaycan Respublikası DİN-nin NHİX-nin TŞ-3-191 nömrəli kameradan 19 fevral 2021-ci il tarixdə, saat 15:50-dən saat 16:00-dək 1 ədəd DVD diskə köçrürülmüş video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı “Toyota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomaşın Nəsimi rayonu, M.Cəfərov küçəsi ilə üzü 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış avtomobillərin qarşısından iti yerişlə yolu düzünə “Qaragöz” klinikasına doğru keçməkdə olan bir nəfər şəxsin avtomobilin sürücüsü avtomobilin ön sağ yan hissəsi ilə sükanı sola istiqamətləndirdiyi vaxt piyadanı vurduğu aşkar edilmişdir. Həmin vaxt piyada zərbənin təsirindən yerə yıxılması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi müəyyən edilmişdir (i/v 42). Məhkəmə baxışı zamanı qeyd olunan təhqiqat hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 01 mart 2021-ci il tarixli “Video görüntülərə baxış keçirilməsi haqqında” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X4» X9 məhkəmə-tibbi ekspertizasının 10.03.2021-ci il tarixli, 112 saylı rəyindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol ayağın iç topuğunun yerdəyişən, bayır topuğunun yerdəyişməyən qapalı sınıqları, sağ baldır nahiyyəsinin qançırı müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün 20 saylı Bakı Şəhər Poliklinikasının Travmatoloji Məntəqəsinə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 19.02.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı, alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (i/v 67-68). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 04 mart 2021-ci il tarixli, 8/482 saylı rəyindən görünür ki, “Toyota Prius” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 48-50). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 40). İş materiallarında olan sürücülük vəsiqəsinin əslindən və etibarnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 07.10.2015-ci il tarixdən 07.10.2025-ci il tarixə kimi etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “Toyota Prius (hibrid) Minik” markalı, **-DY-*** dövlət nömrə nişanlı avtomobil X6 tərəfindən “xxxx” MMC-yə 06 il 10 ay 22 gün müddətinə, yəni 31.12.2027-ci il tarixədək etibarnamə əsasında verilmişdir (i/v 18). İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır və onun barəsində 2 saylı MKİS-ə yazılı və ya şiifahi şəkildə heç bir şikayət daxil olmamışdır (i/v 96-97). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir və məhkəmədən cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar, trisikllar, yüngül kvadrisikllar, kvadrisikllar, motosikletlər,mopedlərlər və velosipedlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğundan onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-247/2021 saylı, 17.03.2021-ci il tarixli qərara əsasən 19 mart 2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1, 302.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-247/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-247/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver