Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-247/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 12-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,598 qram olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 24 fevral 2022-ci il tarixdə, saat 20:05-də Nəsimi RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin tarixdə saat 20:25-də Nəsimi RPİ-yə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindəki şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin 01 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, heç bir Ruhi-Əsəb dispanserdə qeydiyyatda deyil, evlidir, heç yerdə işləmir. Təxminən 10 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən, yəni ki, psixotrop maddə olan el arasında “şüşə” və “patı” adlandırılan metamfetamindən, eləcə də, “kakos” adlandırılan heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Yasamal rayonunda olarkən, İran İslam Respublikasının vətəndaşı olan “Məhəmməd” adlı şəxslə Watsapp vasitəsilə danışaraq psixotrop maddə olan metamfetamin istəmiş, Məhəmməd adlı şəxs də ona öz bank hesabını verərək, 30 manat pul müqabilində satacağnı bildirmiş, bundan sonra o Məhəmməd adlı şəxsin hesabına 30 manat pul göndərmiş və Məhəmməd adlı şəxs ona yaxınlıqdakı ərazidə yol kənarından götürməyini bildirmiş, o da həmin psixotrop maddəni qeyd olunan yerdən götürmüşdür. Həmin psixotrop maddəni özü istifadə etmək üçün almış və Məhəmməd adlı şəxsə də özü istifadə edəcəyini bildirmişdir. Sabahısı gün, yəni ki, xx.xx.2022-ci il tarixdə saat 20:05 radələrində ünvan 4 ünvanın qarşısında ona 2 nəfər mülki geyimli şəxs yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib ona polis olmalarını bildirdikdən sonra narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olduğu üçün onu polis idarəsinə dəvət etmişdirlər və birlikdə polis idarəsinə getmişdirlər. Polis idarəsində olarkən onun hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş və o da həmin vəkilə etirazı olmadığını bildirmiş, bundan sonra isə ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən həmin psixotrop maddə metamfetamin 1 bükümdə aşkar edilərək götürülmüşdür. Həmçinin, üzərindən özünə məxsus olan yeni aldığı HTC markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. Bundan başqa üzərindən Rotmons markalı siqaret də aşkar edilmiş, lakin, həmin siqaret iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Təqdim etdiyi psixotrop maddəni özü istifadə etmək məqsədi ilə almış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa üstündən hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını və iki dəfə insult keçirdiyini nəzərə alıb, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun əsas vəzifələrindən biri narkotik vasitələrin, psixotrop maddələrin və prekusorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. xx.xx.2022-ci il tarixdə Nəriman adlı şəxsin ünvan 2 ünvanın qarşısında narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə Nəriman adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü raportla müraciət olunmuş və Nəsimi RPİ-nin rəisi tərəfindən razılıq verilmişdir. Eyni zamanda, tərəfindən Nəriman adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır və həmin qrupa Nəsimi RPİ-nin CAŞ-ın kiçik inspekteru Şahid2 da daxil edilmişdir. Şahid2 keçiriləcək əməliyyat tədbiri zamanı nəcür hərəkət etməyi barədə təlimatlanmışdır. “Nəriman” adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ünvan 2 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə xx.xx.2022-ci il tarixdə saat 19:30-da Şahid2 ilə birlikdə ünvan 5 ünvanın yəni “Semaşka” Xəstəxanasının qarşısında olmuşdurlar. Həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 20:05-də əməliyyat məlumatında göstərilən “Nəriman” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşdürlər. Həmin şəxsə yaxınlaşaraq adını soruşmuşdurlar. Həmin şəxs adının Nəriman olduğunu bildirmişdir. Onlar həmin şəxsə özlərini təqdim etmiş və üstündə narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olduğundan birlikdə polis idarəsinə getməli olduğunu bildirmişdirlər. Həmin şəxs etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, həmin şəxs polis idarəsinə gətirildikdən sonra narkotik vasitə saxlaması və istifadəsində şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə idarə rəhbərliyinə raportla məruzə etmişdirlər və həmin raportun icrası Nəsimi RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Mirdamət Qədirliyə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının xidməti iş otağına aparmışdırlar. Orada təhqiqatçı Mirdamət Qədirli Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş və vəkillə təmin etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində videoçəkilislə şəxsi axtarış aparılacağını bildirmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bundan sonra şəxsi axtarış aparılmağa başlanlmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli büküm aşkar edilmiş və masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən HTC markalı mobil telefon da aşkar edilmişdir. Həmçinin, sol yan cibindən Rotmons markalı siqaret də aşkar edilmiş, lakin, həmin siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə sonradan geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs geyindiyi tünd boz rəngli cins şalvarının sağ və sol yan ciblərinə, eləcə də, arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan qara rəngli gödəkçəsinə baxılmış, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarması tələb olunmuş, Təqsirləndirilən şəxs ayaqqabılarını çıxarıb silkələmiş, heç bir əşya aşkar edilməmişdir və sonuncuya ayaqqabısını geyinməsini və üst-başını səliqəyə salması tələb edilmişdir. HTC markalı telefon da sübut əhəmiyyətli maraq kəsb etdiyi üçün götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin el içində “Patı” deyilən psixotrop maddə «Metamfetamin» olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir psixotrop maddə istifadə etdiyini, üzərində özü istifadə etmək üçün gəzdirdiyini, bir gün əvvəl, yəni ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonunda İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsdən 30 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİnin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iş iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılm amışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən tərtib edilmiş və Nəsimi rayon Polis idarəsinin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 və Nəsimi rayon Polis idarəsinin CAŞ-ın kiçik inspektoru Şahid2, mütəxəssis qismində dəvət edilmiş X3, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı onun əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindəki şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış 01 ədəd bükümdə psixotrop maddə aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur (i/v 48-50). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1164 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş......” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,598 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatın dəyəri: 88 manatdır. (i/v 56-60). İş materiallarına əlavə edilmiş “psixotrop maddənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 1,598 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq hissə 1,548 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 117-118). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 1573 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 125-126). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək, 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR MM-nin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılaraq, 01 il 10 ay cəzası saxlanılmış və xx.xx.2017-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur (i/v 113- 115). İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-125/2022 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 25-26, 98-102). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 88 (səksən səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 1,598 qram olmuş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,548 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-247/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,548 qram olan psixotrop maddə məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-247/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-247/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver