Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-249/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx xxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, R.İsgəndərov küçəsi ev 4a, 67 saylı mənzilin giriş qapısının qarşısından 200 manat dəyərində «Chicco» markalı uşaq arabasını gizli talayaraq, Zərərçəkmiş şəxs3 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx xxxxx 2020-ci il tarixdə, saat 11:30 radələrində ünvan 2 ünvanında yerləşən «Bizim market» adlı marketin qarşısında saxlanılmış «Hyundai» markalı, AZ **-JE-*** dövlət nömrə nişanlı yük avtomobilinin nəzarətsiz və qapılarının kilidlənməmiş vəziyyətdə qalmasından istifadə edərək, avtomobilin sol qapısını açmaqla həmin avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus olan, daxilində 8 manat dəyərində ***-***-**-** GSM nömrə olan, 01 ədəd 126 manat dəyərində **********82522 və **********82530 imei kodlu “Acer” markalı “B1-723” modelli mobil planşet aparatını gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 134 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, xx xxxxx 2020-ci il tarixdə saat 11:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 60/12 ünvanında yerləşən «Bazarstore» adlı marketin qarşısında saxlanılmış «Hyundai» markalı, AZ **-SN-*** dövlət nömrə nişanlı yük avtomobilinin nəzarətsiz və qapılarının kilidlənməmiş vəziyyətdə qalmasından istifadə edərək, avtomobilin sol qapısını açmaqla salonda Zərərçəkmiş şəxs4 məxsus olan, daxilində 5 manat dəyərində ***-***-**-** və 3 manat dəyərində ***-***-**-** GSM nömrələr olan, 01 ədəd 240 manat dəyərində **********48532 və **********48540 imei kodlu “Xiaomi Redıııi 8A” markalı “M1908C3KG" modelli mobil telefonu gizli talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 248 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2020-ci il tarixdə, saat 15 radələrində ünvan 4 ünvanında yerləşən “Oba” adlı marketin qarşısında saxlanılmış “İsuzu” markalı, AZ **-JE-*** dövlət nömrə nişanlı yük avtomobilinin nəzarətsiz və qapılarının kilidlənməmiş vəziyyətdə qalmasından istifadə edərək, avtomobilin sağ qapısını açmaqla salonundan Zərərçəkmiş şəxs2 məxsus olan, istifadəsində 4 manat dəyərində ***-***-**-** GSM nömrə və 4 manat dəyərində ***-***-**-** GSM nömrə olan, 01 ədəd 140 manat dəyərində **********2825 və **********823 imei kodlu “Samsung” markalı, “SM-J250F/DS” modelli mobil telefonu gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 148 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, R.İskəndərov küçəsində yerləşən yaşayış binasındakı mənzilin giriş qapısının önündə bir ədəd uşaq arabası olduğunu görmüşdür. Həmin zaman binanın blokunda kimsənin olmamasına və arabanı oğurlayacağı təqdirdə onu kiminsə görməyəcəyinə əmin olduqdan sonra həmin arabanı oğurlayaraq oradan uzaqlaşmışdır. Daha sonra arabanın şəkillərini çəkərək satılması üçün «tap.az» saytına elan yerləşdirmiş, elanda ***-***-**-** saylı nömrəsini qeyd etmişdir. Bir neçə gün sonra ona hazırda xatırlamadığı nömrədən elanla bağlı zəng olunmuş və həmin şəxslə razılaşdıqdan sonra arabanı 50 manata satmışdır. Həmin şəxsə arabanın cinayət yolu ilə əldə etdiyini demədiyi üçün şəxs aldığı arabanın oğurluq olduğunu bilməmişdir. Arabanı almış şəxsi tanımamış, onun barəsində heç bir məlumatı olmamış, zəng etdiyi nömrəni isə xatırlamamışdır. Bundan başqa, o, xx xxxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində piyada hərəkət edərək Badamdar şossesində yerləşən «Bazarstore» adlı super marketin qarşısından keçən zaman, marketin qarşısında yük avtomobilinin saxlanıldığını, həmin avtomobilin içərisində isə heç kəsin olmadığını və qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin yük avtomobilinin marketə yük gətirdiyini və yükün marketə boşaldıldığının şahidi olduqdan sonra o, həmin yük avtomobilinin içərisində oturacağın üzərində bir ədəd mobil telefon olduğunu gömüşdür. Həmin zaman o, ətrafa baxmış, orada kimsənin olmadığını və həmin mobil telefonu oğurlamağını kiminsə görməyəcəyinə əmin olduqdan sonra, həmin yük avtomobilinin açıq qalmış sol qapısına yaxınlaşmışdır. Açıq vəziyyətdə olan həmin qapı vasitəsilə, avtomobilin salonuna daxil olmadan, əlini uzadaraq oturacağın üzərindəki bir ədəd mobil telefonu gizli olaraq oğurlamış və dərhal həmin yerdən uzaqlaşmışdır. Telefonu oğurladıqdan sonra söndürərək özündə saxlamışdr. Həmin mobil telefon Xiaomi A8 markalı, qara rəngli mobil telefon olmuşdur. Oradan o, hərəkətini piyada Badamdar qəsəbəsi ilə davam etdirərək saat 11:45 radələrində qəsəbənin mərkəzinə gəlmişdir. Orada, «Bizim Market» adlı super marketin qarşısından keçən zaman, yenə də marketin qarşısında yük avtomobilinin dayandığını, həmin avtomobilin içərisində heç kəsin olmadığını və qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin yük avtomobilinin marketə yük gətirdiyini və yükün marketə boşaldıldığının şahidi olduqdan sonra həmin yük avtomobilinin içərisində oturacağın üzərində bir ədəd planşet olduğunu görmüşdür. Həmin zaman o, ətrafa baxmış, orada kimsənin olmadığına və həmin mobil telefonu oğurlayacağı təqdirdə kiminsə görməyəcəyinə əmin olduqdan sonra, həmin yük avtomobilinin açıq qalmış sol qapısına yaxınlaşmışdır. Açıq vəziyyətdə olan həmin qapı vasitəsilə, avtomobilin salonuna daxil olmadan, əlini uzadaraq oturacağın üzərindəki bir ədəd planşeti gizli olaraq oğurlamış və dərhal həmin yerdən uzaqlaşmışdır. Həmin «Acer» markalı planşeti oğurladıqdan sonra söndürərək özündə saxlamışdır. Daha sonra o, Badamdar qəsəbəsində 53 saylı sərnişin avtobusuna əyləşib yaşadığı Yasamal rayon ərazisinə getmişdir. Bundan sonra o, cinayət yolu ilə əldə etdiyi “Xiaomi” markalı mobil telefonun şəkillərini çəkərək satılması üçün «lalafo.az» saytında elan yerləşdirmişdir. Elanda istifadəsində olan ***-***-**-** saylı nömrəni qeyd etmiş və həmin nömrə onun atası X2 adına qeydiyyatda olmuş, lakin nömrə daima onun istifadəsində olmuşdur. xx xxxxx 2020-ci il tarixdə istifadəsində olan mobil nömrəyə elanla bağlı ***-***-**-** saylı nömrədən zəng olunmuş, daha sonra həmin xanımla razılaşaraq telefonu ona 150 manat müqabilində satmışdır. Həmin xanıma telefonun özünə məxsus olduğunu bildirmiş, cinayət yolu ilə əldə etdiyini gizlətmişdir. Cinayət yolu ilə əldə etdiyi «Acer» markalı planşeti isə gələcəkdə satmaq məqsədilə yaşadığı ünvan 5 ünvanında saxlamış və tutulduqdan sonra istintaqa təqdim etmişdir. xx xxxxx 2020-ci il tarixdə cinayət yolu ilə əldə etdiyi “Xiaomi” markalı mobil telefonun üzərindəki 02 ədəd sim kartı və “Acer” markalı planşetin üzərindəki 01 ədəd sim kartı, çıxararaq yaşadığı evdə saxlamışdır. İstintaq zamanı «Acer» markalı planşet və 03 ədəd sim kart yaşadığı evdən götürülmüşdür. Həmçinin, «Xiaomi Redmi A8» markalı mobil telefon da, istintaq zamanı satdığı qadından götürülərək qaytarılmışdır. Törətdiyi cinayət əməlləri üzrə Səbail rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə ona xx xxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Lakin, o, yenə də, xx xxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində yerləşən «Oba» marketin qarşısından keçən zaman, həmin marketin qarşısında yük avtomobilinin saxlanıldığını görmüş, bir qədər gözlədikdən sonra, avtomobildən düşən şəxsin marketə yük apardığını, avtomobilin nəzarətsiz qaldığını görmüşdür. Həmin zaman avtomobilə yaxınlaşaraq, sağ qapsını açaraq avtomobilin salonundan bir ədəd “Samsung” markalı mobil telefon olduğunu görüb, həmin mobil telefonu gizli olaraq oğurladıqdan sonra oradan uzaqlaşmış və həmin mobil telefonu gələcəkdə satmaq məqsədilə özündə saxlamışdır. xx xxxxx 2020ci il tarixdə 22-ci polis şöbəsinə dəvət edilmiş, orada izahat yazarkən etdiyi cinayət əməlini səmimi etiraf etmiş, oğurladığı mobil telefonu təqdim etmiş, həmçinin barəsində Səbail rayon polis idarəsində cinayət işinin olduğunu bildirmişdir. Törətdiyi cinayət əməllərini etiraf etməsini və peşman olmasını, həmçinin zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsini nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsləri tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. o, «Veysəloğlu» şirkətində sürücü vəzifəsində çalışır və həmin şirkətə məxsus olan «İsuzu» markalı AZ **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən ərzaq mağazalarına yük çatdırır. xx xxxxx 2020-ci il tarixdə saat 15 radələrində yük təhvil verilməsi üçün ünvan 4 ünvanında yerləşən «Oba» mağazasına gələrək, idarə etdiyi yük avtomobilini mağazanın qarşısında saxlamış və avtomobildən yüklərin mağazaya boşaldılması ilə məşğul olmuşdur. Həmin zaman avtomobilin qapılarını kilidləməmiş və tez bir müddətdə mağazaya əşyaları təhvil verdikdən sonra qayıdacağını, özünə məxsus olan mobil telefonu avtomobilin salonunda saxlayacağını düşünmüşdür. İşini bitirdikdən sonra avtomobilə əyləşərkən ona məxsus olan mobil telefonun avtomobilin salonundan oğurlanmasını aşkar etmişdir. Bu səbəbdən, o, DİN-nin 102 xidmətinə zəng edərək, daha sonra 22-ci polis şöbəsinə gedərək oğurluq faktı ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. O, həmin «Samsung J2» markalı mobil telefonu iki sim kartı olduğu üçün **********2825 və **********823 imei kodlu, üzərində isə ***-***-**-** və ***-***-**-** sim nömrələr olduğunu, avtomobildən mobil telefondan başqa heç bir əşya oğurlanmadığını, mobil telefonun dəyərinin əvvəlcə 280 manat və sim nömrələrin hər birinin dəyəri 5 manat olduğunu, hadisə nəticəsində ona 290 manat maddi ziyan dəydiyini bildirsə də, o, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 9/1252 saylı rəyi ilə tamamilə razı olaraq “Samsung” markalı, “SM-J250F/DS” modellli mobil telefona görə 140 manat, ***-***-**-** GSM nömrəyə görə 4 manat, ***-***-**-** GSM nömrəyə görə 4 manat, ümumilikdə ona dəymiş ziyanın 148 manat olduğunu bildirmişdir. Lakin sonradan təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ona ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, sonuncu barəsində təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs4 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2020-ci il tarixli, 9/1252 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, 01 ədəd qızılı rəngli “Samsung” markalı, “SMJ250F/DS” model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 140,00 manat, ***-***-**-** saylı GSM danışıq nömrə kartı – 4,00 manat, ***-***-**-** saylı GSM danışıq nömrə kartı – 4,00 manat müəyyən olunmuşdur (İİ cild, i/v 1-3). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/965 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində işlənmiş mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş işlənmiş tədqiqat obyektlərinin, xx xxxxx 2020-ci il tarixə, istismar müddətini təyinatı üzrə istifadəyə yararlığını, hadisə vaxtı üstündə satış üçün telefonu komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və mənəvi-fiziki köhnəlməsini, eləcə də, Mərkəzin sənədlərin texniki ekspertizası şöbəsinin kompütertexniki ekspertizasının xx xxxx 2020-ci il tarixdə verilmiş 5/194 nömrəli ekspert rəyinin nəticələrini nəzərə alaraq, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən bir ədəd istismarda olmuş, lakin hazırda təyinatı üzrə istismar üçün yararlı olan smartfon tipli “Xiaomi Redmi 8A” markalı “M1908C3KG” modelli mobil telefon aparatı 240,00 manat, bir ədəd istismarda olmuş, lakin təyinatı üzrə istismar üçün yararlı olan smartfon tipli “Acer” markalı “B1-723” modelli mobil planşet aparatı 126,00 manat, mobil operatora aid olan ***-***-**-** saylı CSM nömrə 5,00 manat, mobil operatora aid olan ***-***-**-** saylı CSM nömrə 3,00 manat, mobil operatora aid olan ***-***-**-** saylı CSM nömrə 8,00 manat müəyyən olunmuşdur (İİ cild, i/v 8-11). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 5/194 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, təqdim edilmiş həssas təzyiqlə (sensorlu) çalışan “Android 9” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Xiaomi Redmi 8A” markalı, “M1908C3KG” modelli “**********48532, **********48540” imei kodlu mobil (smartfon) telefon olmaqla, işlək vəziyyətdə olmuş, istifadə üçün yararlı olmuşdur. Təqdim edilmiş həssas təzyiqlə (sensorlu) çalışan “Android 5.1” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Acer” markalı “B1-723” modelli “**********82522, **********82530” imei kodlu mobil planşet olmaqla, işlək vəziyyətdə olmuş, istifadə üçün yararlı olmuşdur (İİ cild, i/v 4-7). İş materiallarında olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xarici görünüşünə görə bənzər şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 15 radələrində ünvan 7 ünvanında yerləşən “Oba” marketin qarşısında saxlanılmış “İsuzu” markalı, **-JE-*** dövlət nömrə nişanlı yük avtomobilindən “Samsung J2” markalı mobil telefonu oğurlayıb hadisə yerindən qaçaraq uzaqlaşır. İş materiallarında olan “götürmə və baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Xiaomi Redmi A8” markalı, qara rəngli, **********48532 və **********48540 imei kodlu, içərisində sim kart olmayan mobil telefon cihazı X7 tərəfindən Səbail rayon X9 Şöbəsinin baş müstəntiqi Emil Abdullayevə təqdim edilmişdir (İ cild, i/v 52). İş materiallarında olan xx.xx.2020-ci il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 85-86). İş materiallarında olan “götürmə və baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Samsung J2” markalı, qızılı rəngli, **********2825 və **********823 imei kodlu, **********48532 və **********48540 imei kodlu mobil telefon cihazı Təqsirləndirilən şəxs tərəfindən Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Anar Allahverdiyevə təqdim edilmişdir (İ cild, i/v 135). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və Nəsimi rayon məhkəməsinin 1(006)-124/203 saylı, xx xxx 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il islah işləri cəzasına məhkum edilmiş və Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Yasamal rayon Polis İdarəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə məsuliyyətə cəlb olunmuş və CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (İ cild, i/v 189-190, İİ cild, i/v 28-32). İş materiallarına əlavə olunmuş “tutma haqqında protokol”dan, məhkəmə qərarına aid çıxarışdan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş, Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(009)-223/2020 saylı qərarı ilə barəsində xx xxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(006)-352/2020 saylı qərarı ilə barəsində xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri uzadılmışdır (İ cild, i/v 162-164, 185, İİ cild, i/v 94-96). İş materiallarında olan qəbzdən görünür ki, **********82522 və **********82530 imei kodlu “Acer” markalı “B1-723” modelli mobil planşet aparatı Nəsimi rayon X9 Şöbəsinin müstəntiqi Vəli Orucov tərəfindən Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (İİ cild, i/v 16). İş materiallarında olan qəbzdən görünür ki, **********2825 və **********823 imei kodlu “Samsung” markalı “SM-J250F/DS” modelli mobil telefon Nəsimi rayon X9 Şöbəsinin müstəntiqi Vəli Orucov tərəfindən Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (İİ cild, i/v 21). İş materiallarında olan qəbzdən görünür ki, **********48532 və **********48540 imei kodlu “Xiaomi Redmi 8A” markalı “M1908C3KG” modelli mobil telefon Nəsimi rayon X9 Şöbəsinin müstəntiqi Vəli Orucov tərəfindən Zərərçəkmiş şəxs4 təhvil verilmişdir (İİ cild, i/v 26). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, “Acer” markalı “B1-723” modelli mobil planşet aparatı, “Xiaomi Redmi 8A” markalı “M1908C3KG” modelli mobil telefon və “Samsung” markalı “SM- J250F/DS” modelli mobil telefon maddi sübut kimi tanınmışdır (İİ cild, i/v 37-44). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 184.94 (yüz səksən dörd) manat (doxsan dörd) qəpik məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Acer” markalı “B1-723” modelli mobil planşet, “Xiaomi Redmi 8A” markalı “M1908C3KG” modelli mobil telefon və “Samsung” markalı, “SM-J250F/DS” model mobil telefonun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına və X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-249/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 184.94 (yüz səksən dörd) manat (doxsan dörd) qəpik məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Acer” markalı “B1-723” modelli mobil planşet, “Xiaomi Redmi 8A” markalı “M1908C3KG” modelli mobil telefon və “Samsung” markalı, “SM-J250F/DS” model mobil telefonun zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-249/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-249/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver