Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-249/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Müdafiəçi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-859/2017 saylı hökmü ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-1208/2023 saylı qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilməklə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Qazax rayonu Ağköynək ərazi dairəsi, Ağköynək kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silah və döyüş sursatını əldə etmə, saxlama, daşıma və üzərində gəzdirmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə odlu silah və döyüş sursatı əldə etdikdən sonra üzərində saxlamaqla özü ilə Bakı şəhəri, Binəqədi rayonu, X4 yaxınlığına daşımış, DYNPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2024-cü il tarixdə saat 17:00-da X4 yaxınlığında saxlanılaraq saat 17:22-də ünvan 1 ünvanda yerləşən DYNPİ-yə gətirilmiş və həmin gün saat 18:00-da üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın bel nahiyəsindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş açmaq üçün yararlı, hissə və mexanizmləri üzərində dəyişiklik edilməmiş, 9 mm kalibirli, yivli odlu döyüş silahı «Makarov» (PM) konstruksiyalı tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, istifadəyə yararlı sandıqça və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli «Makarov» (PM), «PA- 63», «P 64», «RK 59» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. uyğun kalibrli silahlarda istifadə edilən, istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən 03 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2024-cü ilin yanvar ayının əvvələrində Biləcəri qəsəbəsi, X5 yaxınlığında relslərin yanından keçərkən yerdə ayağına dəmir əşya dəymiş, əyilib yerdən götürüb baxdıqda həmin əşyanın «Makarov» markalı tapança olduğunu görmüşdür. Tapançanın sandıqçasını açanda sandıqçada 3 ədəd patron olduğunu görüb yenidən sandıqçanı tapançaya taxmış və əynindəki şalvarın bel nahiyəsində gizlətmişdir. Sakit bir yerə çəkilib əski ilə tapançanın üzərindəki tozları təmizləyib yenidən belində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Biləcəri qəsəbəsi, X5 ərazisində olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini DYNPİ-nin əməkdaşları kimi təqdim edib onu DYNPİ-yə dəvət etmişlər. Polis idarəsində üzərinə video çəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı əynindəki cins şalvarın bel nahiyəsinə taxdığı tapança, tapançanın üzərinə taxılmış vəziyyətdə olan sandıqça və sandıqçanın üzərində olan 3 ədəd patron aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş tapança və patronlar qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edildərək oxunmuş və protokol imzalarla imzalanmışdır. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, CAŞ-nə Binəqədi rayonu, X4 yaxınlığında «Zaur» adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə dəqiq və qərəzsiz mənbədən məlumat daxil olmuş, bu barədə xx.xx.2024-cü il tarixdə raportla idarə rəisinə məruzə edərək «Zaur» adlı şəxsi müəyyən etmək və cinayət əməlinin ifşa edilməsi üçün Binəqədi rayonu, X4 yaxınlığında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli «təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» qərara əsasən o, əməliyyat qrupunun rəhbəri, CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və əməliyyat müvəkkili polis kapitanı Şahid2 qrupun üzvləri təyin edilmişlər. Bundan sonra, «Zaur» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, X4 yaxınlığında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbir zamanı məlumatda qeyd olunan əlamətlərə uyğun gələn şəxs saat 17:00-da saxlanılaraq DYNPİ-yə gətirilmiş, idarədə həmin şəxsin xx.xx.1974-cü il təvəllüdlü Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, hər-hansı bir etirazının, vəsatətinin olub olmadığı, azərbaycan dilində danışa bilib-bilmədiyi, latın qrafikası ilə yazıb oxumağı bacarıb-bacarmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs heç-bir şikayətinin olmadığını, azərbaycan dilində danışdığını, latın qrafikası ilə yazıb oxumağı bacardığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan və olunmayan əşyaları masanın üzərinə qoyması xahiş olunduqda o, şalvarının ciblərindən cib dəsmalını, 2 manat pul, əynindəki şalvarın bel nahiyəsindən isə bir ədəd tapançanı çıxarıb masanın üzərinə qoymuşdur. Tapançanın üzərindəki sandıqça çıxarıldıqda sandıqçanın üzərində 03 ədəd patron olduğu məlum olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin tapançanı Biləcəridən tapdığını, satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra patronlar, sandıqça və tapança zərflərə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək oxunmuş və iştirakçılar tərəfindən imzalarla imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Seyidov X6 İlkin Vilayət oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.38); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.107-110); - “Şəxsi axtarış və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki cins şalvarın bel nahiyəsinə taxdığı tapançanı, tapançanın üzərinə taxılmış vəziyyətdə olan sandıqçanı və sandıqçanın üzərində olan 3 ədəd patronu çıxarıb masanın üzərinə qoyması faktı təsdiq edilir (i.v.42); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/297 saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 03 ədəd ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan daraqdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur (i.v.50-57); - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli, 3-13-11/2-2124/2024 nömrəli məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli, №-si silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «Güllə-Giliz» kartotekasında «Arsenal» avtomatlaşdırılmış ballistik enyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i.v.114); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 28 fevral 2024-cü il tarixli 3-16-16/2-3/335 nömrəli rəyindən görünür ki: - Tədqiqata təqdim edilmiş 1(bir) ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə istehsal edilmiş 9 mm kalibrli «Makarov» (PM) konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. Silahın hissə və mexanizmləri üzrəində dəyişiklik edilməyib. - Tədqiqata təqdim edilmiş 01 ədəd predmet «Makarov» (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üslu ilə hazırlanmış sandıqçadır (daraqdır) istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd 9x18 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, həmin kalibrə malik olan «Makarov» (PM), «PA-63», «P 64», «RK 59» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. uyğun kalibrli silahlarda istifadə edilən patrondur, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir (i.v.153-156); - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş açmaq üçün yararlı, hissə və mexanizmləri üzərində dəyişiklik edilməmiş, 9 mm kalibrli, yivli odlu döyüş silahı «Makarov» (PM) konstruksiyalı tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, istifadəyə yararlı sandıqça və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli «Makarov» (PM), «PA- 63», «P 64», «RK 59» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. uyğun kalibrli silahlarda istifadə edilən, istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən 03 ədəd patron maddi sübut kimi tanınmış, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş açmaq üçün yararlı, hissə və mexanizmləri üzərində dəyişiklik edilməmiş, 9 mm kalibrli, yivli odlu döyüş silahı «Makarov» (PM) konstruksiyalı tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, istifadəyə yararlı sandıqça və ekspertiza tədqiqatından sonra qalmış zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli «Makarov» (PM), «PA-63», «P 64», «RK 59» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. uyğun kalibrli silahlarda istifadə edilən, istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən 01 ədəd patron saxlanılması üçün NBPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir (i.v.174-180); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixdə qərarı ilə 05 ay 15 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.140-142); - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 29 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.131-135); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış bir övladı var; - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, şalvarın bel nahiyəsindən bir ədəd tapançanı çıxarıb masanın üzərinə qoyur. Tapançanın üzərindəki sandıqça çıxarıldıqda sandıqçanın üzərində 03 ədəd patron olduğu məlum olur və Təqsirləndirilən şəxs həmin tapançanı Biləcəridən tapdığını bildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki silahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-1208/2023 saylı qərarı ilə sonuncunun barəsində təyin olunmuş cəzadan 01 ay 29 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-859/2017 saylı hökmü ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 29 gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 09 fevral 2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, NBPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş açmaq üçün yararlı, hissə və mexanizmləri üzərində dəyişiklik edilməmiş, 9 mm kalibrli, yivli odlu döyüş silahı «Makarov» (PM) konstruksiyalı tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, istifadəyə yararlı sandıqça və ekspertiza tədqiqatından sonra qalmış zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli «Makarov» (PM), «PA-63», «P 64», «RK 59» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. uyğun kalibrli silahlarda istifadə edilən, istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən 01 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-1208/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 859/2017 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddət hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. NBPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, texniki cəhətdən saz, atəş açmaq üçün yararlı, hissə və mexanizmləri üzərində dəyişiklik edilməmiş, 9 mm kalibrli, yivli odlu döyüş silahı «Makarov» (PM) konstruksiyalı tapança, bir ədəd zavod üsulu ilə hazırlanmış, «Makarov» (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, istifadəyə yararlı sandıqça və ekspertiza tədqiqatından sonra qalmış zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli «Makarov» (PM), «PA-63», «P 64», «RK 59» konstruksiyalı tapançalarda, «Steçkin» konstruksiyalı avtomatik tapançalarda («APS») və s. uyğun kalibrli silahlarda istifadə edilən, istifadəyə (atəşə) yararlı döyüş sursatı hesab edilən 01 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva