Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-25/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 Bağ sahəsi, Bağ evi 212-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə 05 dekabr 2019-cu il tarixdə saat 23:38 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən «BENTLY» adlanan avtomobil salonunun yaxınlığında Bakı şəhər sakini Zərərçəkmiş şəxs məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «X10» markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sükanının arxasında olan sürücü Zərərçəkmiş şəxs yuxulu vəziyyətdə olmasından istifadə edib avtomobilin ön sol qapısını açaraq Zərərçəkmiş şəxs üzərindən keçməklə salona soxularaq surətlərin ötürücü qutusunun yanında olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 2700 manat dəyərində üzərində qızılı metalla dövlət gerbi, Zərərçəkmiş şəxs adının və soyadının baş hərfləri yəni, «Ə.İ» hərifləri yazılmış timsah dərisindən olan telefon qabını, telefon qabının içərisində olan 1 ədəd 950 manat dəyərində «İPHONE» markalı «X» modelli mobil telefon aparatını və həmin telefon aparatının içərisində olan 1 ədəd 3 manat dəyərində ***-***-**-** bakcell GSM nömrəni saxlanıldığı yerdən götürərkən Zərərçəkmiş şəxs oyanıb onun törətdiyi cinayət əməlinin qarşısını almaq məqsədilə kənara itələyib mane olmasına baxmayaq o, törətdiyi cinayət əməlini davam etdirərək qeyd olunun əmlakı saxlanıldığı yerdən götürüb ələ keçirdikdən sonra qaçıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 3653 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını açıq yolla talayıb ələ keçirərək soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, o, hadisənin baş verdiyi vaxt Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən yeni tikililərdə ailəsi ilə birlikdə yaşamış, heç bir yerdə işləməmiş və 2-ci qrup əlildir. Xəstəliyi ilə əlaqədar müalicələr aldığı üçün pula ehtiyacı olmuşdur. Buna görə o, Bakı şəhərinin ərazisində piyada gəzib tanıdığı şəxslərə yaxınlaşıb söhbət edərək ona köməklik etmələrini xaiş etmiş və bunun qarşılığında tanıdığı bir neçə şəxs ona mütəmadi dərmanlarını almaq üçün maddi kömək etmişlər. 05 dekabr 2019-cu il tarixdə saat 22 radələrində pula ehtiyacı olduğundan o, tək «28 May» metrostansiyasının yaxınlığına hansısa bir tanışı ilə görüşüb ona maddi yardım etməsini xahiş etmək məqsədilə gəlmişdir. Bir neçə saat qeyd olunan ərazidə gəzsə də, tanıdığı şəxsləri həmin ərazidə tapmamışdır. Buna görə də, 05 dekabr 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evə getmək üçün piyada «28 may» metrostansiyası istiqamətindən Neftçilər prospekti ilə hərəkət etmişdir. Neftçilər prospektində yerləşən «Bently» adlanan avtomobillərin satışı mağazasının qarşısı ilə keçən zaman yolun kənarında qara rəngdə «Land Cruiser» markalı **-AG-*** nömrəli avtomobilin yolun kənarında dayandığını və avtomobilin salonunda tək olan sürücü adını sonradan bildiyi Zərərçəkmiş şəxs sükanın arxasında oturduğunu görmüşdür. Pula ehtiyacı olduğundan həmin şəxsə yaxınlaşıb söhbət edərək ona xəstə olduğunu bildirməsini və yardım etmək üçün ona pul verməsini xahiş etmək məqsədilə o, qeyd olunan avtomobilə yaxınlaşıb Zərərçəkmiş şəxslə salamlaşıb ondan pul verməsini xahiş etmişdir. Həmin vaxt sonuncu pəncərə açıq olduğundan başını çölə əymiş və onun dayandığı istiqamətə qusmuşdur. O, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğunu və üstünü bulaşdırdığı üçün ona köməklik elmək məqsədilə özündə olan salfetka ilə onun sifətində olan bulaşıqları təmizləmişdir. Bundan sonra o, yenidən Zərərçəkmiş şəxs ona pul verməsini xahiş etmişdir. Sonuncu ona üstündə pul olmadığını demiş və əvəzində savab əldə etmək istədiyini bildirərək ona 1 ədəd telefon aparatı vermişdir. Telefon aparatlarının markasından ümumiyyətlə anlayışı olmadığı üçün Zərərçəkmiş şəxs ona pul əvəzinə verdiyi telefon aparatının hansı markaya aid olmasını bilməmişdir. O, telefon aparatını sonuncudan aldıqdan sonra Zərərçəkmiş şəxs maşından düşmək istəmişdir. Onun sərxoş olduğunu və avtomobildən düşdükdən sonra onu döyə biləcəyindən qorxduğu üçün, o, qaçaraq Zərərçəkmiş şəxs olduğu yerdən uzaqlaşmışdır. Lakin sonuncu onun arxası ilə gəlməmişdir. O, həmin gün piyada yaşadığı evə gəlmiş, lakin kiməsə Zərərçəkmiş şəxs ona telefon aparatı verməsi barədə məlumat verməmişdir. Sonuncunun ona verdiyi telefon aparatını satıb pul əldə etmək məqsədilə 06 dekabr 2019cu il tarixdə, tezdən saat 11 radələrində evdən çıxıb «28 May» metrostansiyasınm yaxınlığına gəlmişdir və orada üzdən tanıdığı şəxsə yaxınlaşıb telefon aparatını satdığını bildirmişdir. Həmin şəxs telefon apatanı ondan alıb baxdıqdan sonra telefonun əvəzində ona 100 manat pul verə biləcəyini bildirmişdir. Pula ehtiyacı olduğundan həmin şəxsin etdiyi təkliflə razılaşmışdır və telefon aparatını həmin şəxsə satıb əvəzində 100 manat pul almışdır. Telefon aparatının əvəzində aldığı 100 manat pulu isə şəxsi tələbatı üçün xərcləmişdir. 31 mart 2020-ci il tarixdə şəhərdə olan zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və sonra onu Nəsimi rayonu 22-ci Polis şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının etdiyi təkliflə razılaşmış və sonra polis şöbəsinə gəlmişdir. Polis əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı sorğularına cavab olaraq Zərərçəkmiş şəxs telefon aparatını könüllü olaraq ona verdiyini, ona məxsus telefon aparatını oğurlamamasını bildirmişdir. İfadəsinin sonunda tərəfindən soyğunçuluq cinayətini törətməməsini bildirərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxtlarda mütəmadi onun qan təzyiqi ilə bağlı baş ağrıları olmuş və bu onun səhhətində narahatçılıq yaratmışdır. 05 dekabr 2019-cu il tarixdə, saat 22 radələrində o, şəhərdə olan şəxsi işlərini qurtarıb tək idarə etdiyi «Land Cruiser» markalı **-AG-*** nömrəli avtomobillə yaşadığı evə getmək üçün Bakı şəhəri, Neftçilər prospekti ilə hərəkət etmiş, lakin hərəkətdə olan zaman qan təzyiqi ilə bağlı səhhəti pisləşdiyi üçün avtomobili idarə edə bilməyəcəyini hiss etmişdir. Buna görə də, özünə gəlmək üçün o, avtomobili Neftçilər prospektində yerləşən «Bently» adlanan mağazanın qarşı tərəfində saxlamış və avtomobilin qapıları açıq vəziyyətdə oturacağa söykənərək mürgüləyib yatmışdır. Həmin vaxt o, 1 ədəd 2700 manat dəyərində üzərində qızılı metalla dövlət gerbi, adının və soyadının baş hərfləri yəni «Ə.İ» hərfləri həkk olunmuş timsah dərisindən olan telefon qabını, telefon qabının içərisində 01 ədəd 2300 manat dəyərində «İPHONE» markalı «X» modelli mobil telefon aparatını və həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində ***-***-**-** bakcell GSM nömrəni idarə etdiyi avtomobilin salonunda sürətlərin ötürücü qutusunun yanında qoymuşdur. Bir müddət keçmiş saat 24 radələrində o, avtomobildə sükanın arxasında yuxulu vəziyyətdə olarkən naməlum şəxsin onun tərəfindən avtomobilin qapısını açıb avtomobilin içərisinə daxil olub üzərindən dartınaraq surətlər ötürücüsünün yanında olan telefon aparatını qabı ilə birlikdə götürmək istədiyini hiss etmişdir. O, sağ əli ilə həmin şəxsi itələyib telefon aparatını götürməyinə mane olmaq istəsə də, həmin şəxs onun hərəkətlərinə məhəl qoymayıb telefon aparatını saxlanıldığı yerdən götürüb sonra salondan aralaşmışdır. Sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs telefon aparatını geri qaytarmasını desə də, sonuncu telefon aparatını qaytarmamış və sonra çevrilib qaçaraq avtomobildən uzaqlaşıb üzü Neapol prospekti istiqamətinə hərəkət etmişdir. Həmin vaxt səhhəti ilə bağlı özünü pis hiss etdiyi üçün onun arxası ilə getməmişdir. Həmin gün o, evə gəldikdən sonra bir neçə dəfə istifadəsində olan nömrəyə zəng vurmuşdur, lakin telefon söndürüldüyü üçün zəng çatmamışdır. Özünə gəldikdən sonra o, hadisənin baş verdiyi əraziyə nəzarət edən Nəsimi rayon 22-ci Polis Şöbəsinə gəlib hadisə barədə məlumat vermiş və rəsmi ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq barəsində cinayət işi başlanmışdır. Hal-hazırda ona dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçidir və sonuncu tərəfindən ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Təyin ediləcək cəzanı isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 06 dekabr 2019-cu il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs işlədiyi polis şöbəsinə gəlib ərizə ilə müraciət edərək 05 dekabr 2019-cu il tarixdə saat 22 radələrində özünü pis hiss etdiyi üçün idarə etdiyi avtomobili Nəsimi rayonu, Neftçilər prospektində yerləşən «Bently» adlanan mağazanın qarşı tərəfində saxlayıb avtomobilin içərisində bir müddət yatdıqdan sonra saat 24 radələrində naməlum şəxsin onun idarə etdiyi avtomobilinə sürücü tərəfdən daxil olaraq sürətlər ötürücü qutusunun yanında olan ona 01 ədəd 2300 manat dəyərində «İphone» markalı, «X» modelli telefon aparatını, həmin telefon aparatının üzərində olan 2700 manat dəyərində timsah dərisindən olan üzərində qızıl metalla dövlət gerbi və «Ə.İ» hərfləri həkk olunmuş qabı və 01 ədəd 5 manat dəyərində ***-***-**-** bakcell GSM nömrəni götürmək istədiyini hiss etdiyini və onun yuxudan ayılıb həmin şəxsi itələyərək mane olmağa çalışsa da, mümkün olmadığını bildirmişdir. Həmin şəxs telefon aparatını qeyd olunan yerdən götürüb avtomobildən çıxıb kənara çəkildikdən sonra o, həmin şəxsə telelfon aparatını geri qaytarmasını desə də, sonuncu onun sözünə əhəmiyyət verməyib telefon aparatını qaytarmadan çevrilib qaçaraq həmin yerdən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ərizəsində özünü pis hiss etdiyi üçün həmin şəxsin arxası ilə getmədiyini qeyd etmişdir. Bundan sonra zərərçəkmiş şəxs 06 dekabr 2019-cu il tarixdə Nəsimi rayon 22-ci Polis Şöbəsinə gələrək hadisə barədə ərizə yazmışdır. Zərərçəkmiş şəxs verdiyi ərizə işlədiyi şöbədə qeydiyyata alnımışdır və polis şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsi müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri aparılmışdır. Tərəflərindən aparılmış tədbirlər nəticəsində 05 dekabr 2019-cu il tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs məxsus qeyd olunan əmlakın Bakı şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildiyi müəyyən edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək ifadəsinin alınması və digər zəruri istintaq hərəkətlərinin aparılması üçün Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilmişdir. Zərərçəkmiş şəxs məxsus ələ keçirilmiş əmlakın yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Hüseyn Nuriyev tərəfindən tərtib edilmiş “DVD diskinə baxış keçirilməsi haqqında” 31 mart 2020-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş DVD diskində iki ədəd qovluq olmuşdur. Həmin qovluqlardan sıra ilə birincisində bir nəfər əynində qara rəngdə uzun kurtkası və qara rəngdə şalvar geyinmiş şəxsin 05.12.2019-cu il tarixdə saat 22:58:25 radələrindən saat 12:58:47 radələrinədək olan müddət ərzində sağ əlini kurtkanın cibinə qoyaraq avtomobil yolunu keçməsi əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxs onun özü olmuşdur, 05 dekabr 2019-cu il tarixdə 28 may metrostansiyası istiqamətindən yaşadığı evə piyada gedərkən Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən avtomobil yolunu keçmişdir. Həmin qovluqlardan sıra ilə ikincisində oğurluq hadisəsi faktının fiksə edildiyi bir videogörüntü öz əksini tapmışdır. Həmin görüntüyə baxış zamanı birinci görüntüdə əynində eyni paltarları geyinmiş avtomobil yolunu keçən şəxsin 05.12.2019-cu il tarixdə saat 23:38:37 radələrindən saat 23:39:11 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Neftçilər prospekti ilə üzü Nobel prospekti istiqamətinə avtomobil yolunun kənarı ilə qaçaraq hərəkət edib, avtomobil yolunu keçdikdən sonra yenidən qaçaraq hərəkətini Nobel prospekti ilə davam etməsi öz əksini tapmışdır. DVD diskinə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə əksi təsvir olunan qaçaraq hərəkət edən şəxs onun özü olmuşdur. Həmin vaxt o, yaşadığı evə gedərkən yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış «Land Cruiser» markalı **-AG-*** nömrəli avtomobilin sahibindən ona göstərdiyi xidmətə görə könüllü olaraq verdiyi 1 ədəd «İphone» markalı «X» modelli telefon aparatını aldıqdan sonra sonuncunun sərxoş halda onu döyəcəyindən qorxub dərhal maşından aralaşıb Neftçilər prospekti istiqamətindən üzü Nobel prospekti istiqamətinə qaçaraq hərəkət etmiş, Nobel prospektinə çatdıqdan sonra avtomobil yolunu keçib sonra Nobel prospekti ilə qaçaraq hərəkəti davam etdirmişdir. Qeyd olunan DVD diskində cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən görüntü fiksə edildiyindən, özündə görüntüləri əks etdirən DVD diski protokola əlavə olunmuşdur. Tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir təklif daxil edilməmişdir (i/v 48-49). Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntülərə baxış keçirilmiş və baxış zamanı “DVD diskinə baxış keçirilməsi haqqında” 31 mart 2020-ci il tarixli protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. İş materiallarında olan şəxsin tanınması haqqında 31 mart 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs tanınmaq üçün bir neçə şəxsin içərisində Zərərçəkmiş şəxs təqdim olunmuş, Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş şəxslərin içərisində Təqsirləndirilən şəxs tanıyıb göstərərək bildirmişdir ki, məhz həmin şəxs ona qarşı soyğunçuluq cinayətini törədərək əmlakını ələ keçirib hadisə yerindən getmişdir (i/v 42- 44). İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs aralarında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs qarşısında əyləşmiş Təqsirləndirilən şəxs üzünə qarşı demişdir ki, məhz o, hadisə zamanı ona qarşı soyğunçuluq cinayətini törədərək əmlakını ələ keçirib hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxs qeyd olunanları üzləşdirmə zamanı göstərməklə istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (i/v 45-47). İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” 24 aprel 2020-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsinin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i/v 113-119). İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 01 aprel 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 aprel 2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 73-74). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2020-ci il tarixli, 9/876 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone” markalı, “X” modelli 256 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə orta bazar qiyməti təxminən 950,0 manat, ***-***-**-** saylı GSM nömrə 3,0 manat müəyyən olunmuşdur. 01 ədəd üzərində əyyarı dəqiq bilinməyən qızılı metalla həkk olunmuş dövlət gerbi, qızılı metalla Zərərçəkmiş şəxs adının və soyadının baş hərfləri yəni “Ə.İ” hərfləri yazılmış qara rəngli timsah dərisindən olan telefon qabı tədqiqata təqdim edilmədən qiymətləndirilməsi mümkün olmamışdır (i/v 94-96). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir (i/v 90-92). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərarından və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin rəisi Zaur Əliyev tərəfindən Nəsimi rayon məhkəməsinin hakimi Elməddin Hüseynova ünvanlanmış 086-11956-1220 saylı, 24 noyabr 2020-ci il tarixli məktubdan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarından görünür ki, 22 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmış və 24 noyabr 2020-ci il tarixdə sonuncu saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 fevral 2021-ci il tarixli qərarından və “Axtarışda olan şəxsin tutulması haqqında” 07 mart 2021-ci il tarixli protokoldan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli qərarından görünür ki, 02 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə axtarış elan edilmiş, onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “Həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmış və 07 mart 2021-ci il tarixdə sonuncu saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmiş, 15 mart 2021-ci il tarixdə Nəsimi rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02.09.2004-cü il təvəllüdlü X6 və 10.04.2007-ci il təvəllüdlü X7 adlı iki yetkinlik yaşına çatmayan uşaqları vardır (i/v 79). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını açıq talamaqla, soyğunçuluq cinayətini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 07 mart 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanımış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-192/2020 saylı, 21 may 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 31 may 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 07 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-25/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-25/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver