Məhkəmə qərarları › İş №1(006)-25/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-25/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-25/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs , Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Yevlax rayonu, Səmədabad kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayının ortalarından 2022-ci ilin mart ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Xətai rayonu, Sabir Orucov küçəsində ünvanı istintaqa məlum olmayan ünvanda yerləşən mənzildə yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 500 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin mart ayının əvvəllərinədək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq, onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 300 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maddi ehtiyaclarını ödəmək üçün tanışı olan qadınları ətrafında olan kişi müştərilərə təklif edərək qazanc əldə edir. Hazırda isə bu işlə məşğul olmur. Zərərçəkmiş şəxs2 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhərində ad günü məclislərinin birində tanımış, Zərərçəkmiş şəxs2 həmin zamanlar ***- ***-**-** mobil nömrəni istifadə etmişdir. O da Gülnarla istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamışdır. 2021-ci ilin noyabr ayının əvvəllərində Gülnarla əlaqə saxlayan zaman bir nəfər tanışı olan kişi müştərinin olmasını və həmin müştəri ilə 300 manat pul müqabilində görüşüb cinsi əlaqədə ola biləcəyini Gülnara bildirmişdir. Gülnara həmin pulun 100 manatının ona çatacağını, qalan 200 manat pulun isə özünə qalacağını bildirmişdir. Gülnar onun təklifi ilə razılaşmışdır. Bundan sonra bir neçə dəfə Gülnarla əlaqə saxlayıb tanışı olan kişi müştərilərə təqdim edib 100 manat qazanc əldə etmişdir. 2022-ci ilin mart ayının əvvəllərində Gülnarla əlaqəsi kəsilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 təxminən 2021-ci ilin yay aylarından etibarən tanıdığını, TUrkanla harada tanış olmasını hazırda xatırlamadığını, Türkanın istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə öz istifadəsində olan ***-***-**-** rəqəmli mobil römrə ilə əlaqə saxladığını bildirmişdir. O Türkanla əsasən “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. 2021-ci ilin sentyabr ayının ortalarında Türkana zəng vurub onun hal-əhvalını soruşmuşdur. Türkanla aralarında olan söhbət zamanı bir nəfər tanışı olan kişi müştərinin olmasını və həmin müştəri ilə 500 manat pul müqabilində görşüb cinsi əlaqədə ola biləcəyini demişdir Həmin pulun 300 manatı cinsi əlaqədə olduğu üçün Türkana çatmalı olmuşdur. Qalan 200 manatı isə müştəri tapdığı üçün ona çatmalı olmuşdur. Türkan onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra 2021-ci ilin sentyabr ayının ortalarından 2022-ci ilin mart ayının ortalarınadək olan müddət ərzində Türkanı bir neçə dəfə tanışı olan kişi müştərilərə təqdim etmişdir. 2022-ci ilin mart ayının ortalarından onunla əlaqəsi olmamışdır. Ümumiyyətlə həmin vaxtdan qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olmadığını bildirmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını və zərər çəkmiş şəxslərlə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin yay aylarında Bakı şəhərində olan məclislərdən birində tanış olmuş və həmin vaxtdan etibarən ara-sıra “Whatsapp” prorqamı vasitəsi ilə əlaqə saxlamışlar. Gülnar özünü ona “Gülü” kimi tanıtmışdır. Hazırda istifadə etdiyi mobil nömrə ilə Gülünün istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Gülünün özünün pul müqabilində kişi müştərilərlə görüşüb cinsi əlaqədə olması, həmçinin müxtəlif qadınları fahişəliyə cəlb etməsi barədə məlumatı olmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında hazırda yaşadığı ünvanda olan zaman onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə Gülü istifadəsində olan ***-***-**-** mobil nömrə ilə “Whatsapp” proqramı vasitəsilə zəng vuraraq hal-əhvalını soruşmuşdur. Gülnarla aralarında olan danışıq zamanı sonuncu onun maddi vəziyyəti ilə maraqlanmışdır. O da işləmədiyini və maddi sıxıntılarının olduğunu bildirmişdir. Bundan sonra Gülnar ona təklif etmişdir ki, bir nəfər tanışı olan kişi müştəri var, əgər onunla görüşüb cinsi əlaqədə olsa, 500 manat pul alacaqdır. Həmin pulun 200 manatını müştəri tapdığ üçün Gülüyə verməli olduğunu, qalan 300 manatı isə özünə götürməlidir. O, Gülnarın bu təklifi ilə razılaşmışdır. Gülnar ona adını bilmədiyi bir hotelin ünvanını və otaq nömrəsini göndərərək oraya getməli olduğunu bildirmişdir. O, Gülnarın dediyi hotelin otağına getdiy zaman həmin yerdə onu bir nəfər, təxminən 40-45 yaşlarında kişi qarşılamışdır. O həmin kişi müştəri ilə cinsi əlaqədə olduqdan sonra sonuncu ona 500 manat pul vermişdir. Daha sonra Gülnarla danışmış və həmin pulun 200 manatını taksi vasitəsilə Gülnara göndərmişdir. Bundan sonra Gülnar mütəmadi olaraq onunla “Whatsapp” proqramı vasitəsilə əlaqə saxlayıb onu tanışı olan kişi müştərilərə təqdim etmişdir. Bu qaydada Gülnar 2021-ci ilin sentyabr ayının ortalarından 2022-ci ilin mart ayının ortalarına qədər olan müddət ərzində onu tanışı olan kişi müştərilərə təqdim edib gəlir əldə etmişdir. Hər dəfəsində müştəridən 500 manat pul alıb 200 manatını Gülnara taksi vasitəsilə göndərmişdir. Pulu əsasən özü almış, bəzi hallarda pulu Gülnar özü alıb ona 300 manat pul vermişdir. 2022-ci ilin mart ayının ortalarından sonra Gülnarla əlaqəsi olmamışdır. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncudan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin noyabr ayının əvvəllərindən tanımış, onunla Bakı şəhərində olan ad günü məclislərinin birində tanış olmuşdur. Təqsirləndirilən şəxs ətrafdakılar “Gülü” deyə müraciət etmiş və onlar hərdənbir “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışlar. Həmin zamanlar o, ***-***-**-** rəqəmli mobil nömrə ilə Gülünün istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrəsi vasitəsilə əlaqə saxlamışdır. Gülü onun işsiz olduğunu və maddi cəhətdən çətinliklərinin olmasını bilmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində hazırda yaşadığı ünvan 4 ünvanında olan zaman Gülnar “Whatsapp” proqramı vasitəsilə ona zəng vuraraq hal- əhvalını soruşmuşdur. Bir qədər Gülüylə danışdıqdan sonra sonuncu ona bildirmişdir ki, bir nəfər kişi tanışı var, əgər onunla cinsi əlaqədə olsa, ona 300 manat pul veriləcəkdir. Gülü bildirmişdir ki, həmin pulun 100 manatını müştəri tapdığı üçün özünə götürəcəkdir. Qalan 200 manatı isə onun olmalı idi. O, Gülünün bu təklifi ilə razılaşmış və bundan sonra Gülü ona hazırda xatırlamadığı bir hotelin adını və otaq nömrəsini göndərmişdir. O, Gülünün dediyi ünvana gedib təxminən 30 yaşında bir nəfər kişi müştəri ilə cinsi əlaqədə olmuşdur. Müştəri ona 300 manat pul vermişdir. Həmin pulun 100 manatını taksi vasitəsilə Gülüyə göndərmişdir. Bundan sonra Gülü 2022-ci ilin mart ayının əvvəllərinədək olan müddət ərzində yaşadığı ünvanda olan zamanlar mütəmadi olaraq “Whatsapp” vasitəsilə onunla əlaqə saxlayır və onu tapdığı kişi müştərilərin yanına göndərmişdir. Hər dəfəsində müştəri ilə cinsi əlaqədə olduqdan sonra ona 300 manat pul verilmişdir. Həmin pulun 100 manatı Gülüyə, qalan 200 manatı isə ona çatmışdır. Gülü onu müştəri ilə əlaqə saxlamağa qoymamış, müştəriyə öz mobil nömrəsini verməyə icazə verməmişdir. Müştəri ilə yalnızca Gülünün əlaqəsi olmuşdur. Artıq 2022-ci ilin mart ayının əvvəllərindən etibarən Gülü ilə əlaqəsini kəsmiş və bir daha əlaqəsi olmamışdır. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 oğlu məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncudan şikayət və tələbinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ilin oktyabr ayında Bakı şəhərində olan məkanların birində tanış olmuşdur. Aralarındakı söhbət zamanı Gülnar ona çoxlu qadın tanışlarının olduğunu bildirmiş və əgər istəyərsə, onu həmin qadınlarla görüşdürə biləcəyini demişdir. O da “Gülü” ilə razılaşmışdır. Lakin onun qadınları fahişəliyə cəlb etməklə məşğul olduğunu bilməmişdir. O, istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə Gülünün istifadəsində olan ***-***-**-** rəqəmli mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlamışdır. O, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin noyabr-dekabr aylarında əlaqə saxladıqda Gülüyə tanış olmaq üçün ona qadın təşkil etməsini bildirmişdir. Bu zaman Gülü ona bir neçə qadının şəkillərini göndərmişdir. Gülnar ona həmin qadınlara 200-300 manat “hörmət” etməsini bildirmişdir. Gülnar vasitəsilə təxminən 3 nəfər qadınla cinsi əlaqədə olmuş və həmin qadınların “qiymətləri” 200-300 manat arası dəyişmişdir. Qadınlarla hazırda xatırlamadığı Bakı şəhərində yerləşən hotellərdə cinsi əlaqədə olmuşdur. O, Gülnara yeri demiş və qadınlar özü onun yanına gəlmişlər. Pulu cinsi əlaqədə olduğu qadına borc kimi vermişdir və sonra geri istəməmişdir. O, Gülnar ilə sonuncu dəfə 2021-ci ilin dekabr ayında danışmış və Gülnar ona cinsi əlaqədə olmaq üçün qadın göndərmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, o “28 May” metrostansiyası yaxınlığında mobil telefonların alqı-satqısı ilə məşğul olur və “Gülü” adlı qadını təxminən bir ildir ki, tanıyır. Məhz bir il əvvəl Gülü ondan mobil telefon almış və onunla münasibəti yaranmışdır. Aralarında olan danışıqlardan birində “Gülü” kimi tanıdığı “Gülnar” adlı qadın ona bildirmişdir ki, qadınların fahişəliyə cəlb edilməsi ilə məşğuldur, əgər istəsə, onu da pul müqabilində fahişəliklə məşğul olan qadınlarla görüşdürə bilər. O, iki dəfə Gülünün təşkil etdiyi qadınlarla cinsi əlaqədə olmuşdur. 2021-ci ilin noyabr-dekabr aylarında Gülü ilə əlaqə saxlayıb ondan cinsi əlaqədə olması üçün qadın təşkil etməsini istəmişdir Gülü də ona qadınların fotoşəkillərini göndərmiş və həmin qadınların 300 manat pul müqabilində görüşdüklərini bildirmişdir. O, hər iki dəfə hazırda xatırlamadığı Bakı səhərində olan hotellərin birində Gülünün göndərdiyi qadınlarla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olduqdan sonra qadınlara 300 manat pul vermişdir. 2021-ci ilin dekabr ayından sonra Gülü ilə əlaqəsi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v 1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.100-101); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-25/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir; - Məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-25/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən bir ədəd DVD disk sübut növü kimi tanınmışdır (i.v.109-114); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Alıyeva X1 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 171.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilmiş, xx.xx.2018-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarına əsasən sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilmiş və məhkumluq götürülmüşdür. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5, 144-3.4 və 171.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək barəsində 8 il 06 ay müddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilmişdir. xx.xx.2021-ci ildə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam edilmişdir (i.v.57-59); - Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır və qeydiyyatda olduğu müddət ərzində onun barəsində heç vaxt hər hansı bir şikayət və məlumat daxil olmamışdır (i.v.66); - Yevlax rayonu Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə öz ailəsi ilə birlikdə fərdi təsərrüfatla məşğul olmuş və kəndin bütün ictimai işlərində iştirak etmiş, Nümayəndəliyə onunla bağlı hər hansı bir şikayət daxil olmamışdır (i.v.68); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan bir övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxslərlə barışmasını və himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda məhkəmə cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs CM-nin 61.1.1 maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərər çəkmiş şəxslərlə barışmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, cəzanı ağırlaşdıran halları, cinayətin təkrar və tamah niyyəti ilə törədilməsini, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iyi yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iyi yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar