Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-25/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçi – “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satş məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 0,465 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 mart 2024-cü il tarixdə saat 19:10-da Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4erləşən 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan idman gödəkçəsinin cibindən 01 bükümdə, təmiz çəkisi 0,465 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu polisdə yükləyiblər, saxlanılan gün onun üstündə heç nə olmayıbdır. Həmin günü “Kubinka” deyilən ərazidə dostu ilə avtomobildə əyləşmişlər. Polis əməkdaşları da avtomobillə yanlarından keçəndə avtomobili saxlamış, onu dostu ilə bir yerdə 21-ci Polis Bölməsinə aparmışlar. bölmədə hər ikisinin üstünü axtarılmış heç nə çıxmamışdır. Ona və dostuna demişdilər ki, ikinizdən biri əməli etiraf etməlidir. O da, dostuna görə boynuna almışdır. Sonda Təqsirləndirilən şəxs ailəsinin olduğunu, himayəsində iki övladının olduğunu bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və iş materiallarında olan ilkin ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə saat 19:10-da Bakı şəhəri, ünvan 5 ünvanının qarşısında 02 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyiblər. Ondan özünü təqdim etməsini xahiş etdikdə onlara Təqsirləndirilən şəxs olduğunu deyib. Ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu deyiblər və barəsində olan təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış ediblər. Sonra saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət ediblər. O, buna etirazının olmadığını bildirib. Onu xidməti avtomobilə əyləşdiriblər və polis əməkdaşlarının müşayəti ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibatı binasına gətiriblər. İdarənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilib. Ondan vəkilinin olubolmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyib-istəmədiyi soruşulub. O, dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini deyib. Ona 5 saylı və 14 saylı Vəkil Bürolarının vəkillərinin adlı siyahıları təqdim edilib. Müvafiq ərizə yazıb və vəkili X12 gəldikdən sonra onunla konfidensial görüşü polis əməkdaşları tərəfindən təmin edilib. Sonra vəkili X11 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı ilk öncə ona hüquq və vəzifələri izah olunub. Verilən suallara cavab olaraq ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini, psixi təzyiq göstərilmədiyini deyib. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilib. O, əynində olan göy və qara rənli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd, şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim edib. Verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə “Kola” deyilən heroin olduğunu, onu bir gün öncə yəni, 27 mart 2024-cü il tarixdə “Sovetski” adlaran ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, təxminən bir il yarım müddətdir ki, narkotik vasitə istifadə etdiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu deyib. Sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Üzərindən aşkar edilərək götürülmüş kütlə ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılıb və zərf imzalaria təsdiq edilib. Sonra müvafiq protokol tərtib edilməsi məcsədilə video çəkiliş dayandırılıb. Üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən video çəkiliş aparılıb, protokol imzalarla təsdiq edilib və video çəkiliş dayandırılıb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, 27 mart 2024-cü il tarixdə Bakı şəhəri, “Sovetski” adlandırılan ərazidə narkotik vasitə heroini aldığı şəxsdən ilk dəfə idi ki, narkotik vasitə heroin alıb. Həmin şəxslə təsadüfən qarşılaşıb, onun adını, istifadə etdiyi mobil telefon nömrəsini və ya ünvanını bilmir. Həmin şəxs əlamətlərini xatırlamır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. 28 mart 2024-cü il tarixdə saat 19:10-da ünvan 3 ünvanın yaxınlığında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilən zaman və 21-ci Polis Bölməsinin inzibati binasında olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı hor hansı bir formada fiziki güc tətbiq edilməyib, psixi təzyiq göstərilməyib və vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları onun üzərinə hər hansı bir müdaxilə etməyib. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla hər hansı düşmənçiliyi, ədavəti olmayıb. 28 mart 2024-cü il tarixdə etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əidə etməsi, saxiaması və daşıması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılıb və təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilib. Həmin gün, yəni 28 mart 2024-cü il tarixdə, saat 19:10-da ünvan 3 ünvanının yaxınlığında piyada hərəkətdə olan və əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıblar, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyiblər, özünü təqdim etməsini xahiş etdikdə o, Təqsirləndirilən şəxs olduğunu deyib. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübnəii oiduğunu deyiblər və barəsində olan təxirə saınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış ediblər. Sonra saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmadığı üçün onu Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət ediblər. O, buna etirazının olmadığını bildirib. Onu xidməti avtomobilə əyləşdiriblər və bölmənin inzibati binasına gətiriblər. Bölmənin inzibati binasında hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilib Ondan vəkilinin olub-olmadığı və ya öz hesabına vəkil dəvət etmək istəyibistəmədiyi soruşulub. O, hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini deyib. Ona 5 saylı və 14 saylı Vəkil Bürolarının vəkillərinin adlı siyahıları təqdim edilib. Müvafiq ərizə yazıb. Vəkili X12 gəldikdən sonra onunla konfidensial görüşü təmin edilib. Sonra vəkili X11 iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq saxlanılan zaman ona qarşı hər hansı bir fiziki güc tətbiq edilmədiyini, psixi təzyiq göstərilmədiyini deyib. Sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilib. O əynində olan göy və qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim edib. Verilən suallara cavab olaraq həmin bükümün içərisində narkotik vasitə “Kola" deyilən heroin olduğunu, onu bır gun öncə yəni, 27 mart 2024-cu il tarixdə “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, təxminən bir il yarım müddətdir ki, narkotik vasitə istifadə etdiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu deyib. Sonra üzərinə şəxsi axtarış davam etdirilib və qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməyib. Üzərindən aşkar edilərək götürülmüş kütlə ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılıb və zərf imzalarla təsdiq edilib. Sonra müvafiq protokol tərtib edilməsi məqsədilə video çəkiliş dayandırılıb. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olundunduqdan sonra yenidən video çəkiliş aparılıb, protokol imzalarla təsdiq edilib və video çəkiliş dayandırılıb. Şahid1 ona verilən suallara cavab olaraq ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə saat 19:10-da ünvan 3 ünvanın yaxınlığında saxlanılan zaman, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilən zaman və 21 -ci Polis Bölməsinin inzibati binasında olan zaman ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilibmi və ya psixi təzyiq göstərilməyib. Vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmədən öncə üzərinə hər hansı bir müdaxilə edilməyib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Quliyev X6 David Rəşid oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:25-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23-24); şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 42-43); şəxsi axtarış və götürmə aparılması haqqında 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, vəkil Elman Ağayevin, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs, mütəxəssis Anar Hüseynzadənin iştirakları ilə, Təqsirləndirilən şəxs 28 mart 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy və qara rəngli idman gödəkçəsinin cibindən 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (i.v. 46-48); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1702 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № “189” dairəvi möhür əksləri olan, “Şübhəli Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,465 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: heroinin təmiz çəkisi – 0,465 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,415 qram (i.v. 53-56); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 69-70); Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən Fərid Dadaşovun təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Allahquliyevin ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunması və onun Nəsimi RPİ-nin X7 azad olunması qərara alınmışdır (i.v. 87-88); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Allahquliyevin 30 mart 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 89-91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-310/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 111-113, 115-128); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Allahquliyevin 01 iyun 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və tutularaq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilməsi qərara alınmışdır (i.v. 129-130); Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 13 iyun 2024-cü il tarixli protokolundan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PBnə gətirilmişdir (i.v. 136) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 xx.xx.2024-cü il tarixli, 4231 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 141-142); sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən hesab edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,465 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,415 qram hissəsi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona narkotik vasitə və psixotrop maddə satmış şəxslərin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmışdır (i.v. 148-156). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,465 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-360/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilmiş və onun tutularaq dərhal həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı İstintaq Təcridxanasının 06 yanvar 2025-ci il tarixli məktubuna əsasən axtarışda olan Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdə Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 21 dekabr 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu il təvəllüdlü X4 adında övladları var. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-310/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “amnistiya” qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs sonuncu hökm olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində üç övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı saxlanıldığı 03 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti olaraq 01 il 05 ay 27 gün (bir il beş ay iyirmi yeddi gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı saxlanıldığı 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində 01 il, 05 ay, 27 gün (bir il beş ay iyirmi yeddi gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 20 dekabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,415 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-25/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-25/2025
07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver