Məhkəmə qərarları › İş №1(006)-250/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-250/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-250/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 01 avqust 1981-ci il tarixdə İmişli rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 7(008)-458/2020 saylı qərarı ilə 01 (bir) il 07 (yeddi) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxx 1981-ci il tarixdə İmişli rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 az yaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonunda yerləşən ünvansız evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 01 yanvar 2021-ci il tarixdə saat 03 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzilin qarşısına gəlib orada aralarında əvvəlcədən planlaşdırdıqları vəzifə bölgüsünə və razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 mənzilin pəncərəsinin qarşısında əlverişli şəırait seçib başqa şəxslərdən ola biləcək müdaxilənin qarşısını almaq və xəbərdarlıq etmək üçün müşahidə apardığına tam əmin olduqdan sonra mənzilin mətbəx hissəsində olan pəncərəsinin üzərindəki dəmir barmaqlığın qıfılla bağlanan hissəsinin açıq olmasından istifadə edərək həmin hissədən pəncərəni təpiklə vurub açmaqla oradan yaşayış sahəsi hesab edilən mənzilə qanunsuz daxil olaraq yataq otağında yerdən qoyulmuş sandığın qıfılının bağlandığı yeri çıxarıb sandıqda olan bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 50 manat dəyərində sarı rəngli kiçik ölçülü qadm əl çantasını və içərisində olan 5800 manat pulu, həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları pulu, bir ədəd 5400 manat dəyərində 60 qram çəkidə 50 əyarlı qızıl boyunbağını, bir ədəd 1400 manat dəyərində 20 qram çəkidə 583 əyarlı qızıl boyunbağını (silsilə), bir ədəd 3150 manat dəyərində 35 qram çəkidə 750 əyarlı qızıl qolbağı, bir ədəd 1350 manat dəyərində 15 qram çəkidə 750 əyarlı qızıl aralığı, bir ədəd 380 manat dəyərində 12 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl üzüyü, bir ədəd 540 manat dəyərində 6 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl üzüyü, bir ədəd 700 manat əyərində 10 qram çəkidə 583 əyarlı qırmızı qaşlı qızıl üzüyü, bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3500 manat dəyərində 55 qram çəkidə 583 əyarlı briliyant qaşlı saatı, bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 3000 manat dəyərində 50 qram çəkidə 583 əyarlı briliyant qaşlı saatı, bir ədəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində 8 qram çəkidə 583 əyarlı qızıl onluğu, bir iəd zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində “xxxx” ASC-yə məxsus plastik bank kartını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 26990 manat xeyli miqdarda maddi ziyan vuraraq ğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində 31.12.2020-ci il tarixdə kirayə yaşadığı evə gedən zaman qonşuluqda birinci mərtəbədə olan evin birinin işıqlarının yanmadığını və pəncərəsinin barmaqlıqlarının açıq olmasının onun diqqətin cəlb etdiyini, həmin gün bayram günü olduğuna görə ev sahibinin harasa qonaq getdiyini və evə gəlməyəcəyini düşündüyünü, həmin vaxt oğurluq etmək qərarına gəldiyini, lakin ev sahibinin evə gələcəyi ehtimalına görə tək oğurluğa getməkdən çəkindiyini, həmin mənzilin diqqətini cəlb etdikdən sonra yaşadığı evə gəldiyini, həmin gün bayram günü olduğuna görə həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 ailəsi birlikdə onun yaşadığı evə gəldiklərini, sonuncunun da usta kimi evlərdə təmir işlərinə getdiyini, daima iş olan zaman bir-birilərinə iş təşkil etdiklərini, həmin ərəfələrdə adığı mənzilin üzbəüzündə yerləşən mənzildə xırda təmir işləri ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs2 da orada ona köməklik etdiyini, buna görə də həmin evin açarlarınm onlarda olduğunu, ailələri ilə birlikdə bayram qeyd etdikdən sonra 01.01.2021-ci il tarixdə saat 03 radələrində onun Təqsirləndirilən şəxs2 təmir etdikləri evə gedərək, söhbət etməyi təklif etdiyini, buna görə də birlikdə yaşadığı mənzilin üzbəüzündə yerləşən təmir etdikləri mənzilə keçdiklərini, orada Əliyə adığı evin yaxınlığında bir mənzildə heç kəsin olmamasınıbildirdiyini, oradan oğurluq edərək, əldə etdikləri qazancı yarıbayarı bölüşməyi təklif yini, Əlinin onunla razılaşdığını, buna görə də onların evdən çıxaraq həmin mənzilin pəncərəsinin qarşısına gəldiklərini, həmin mənzilin binanın birinci mərtəbəsində yerləşdiyini, pəncərəsində olan dəmir barmaqlıqların qıfılının açıq vəziyyətdə olduğunu, pəncərəsinin isə ağ rəngli plastik pəncərə olduğunu, orada kiminsə mənzilə gələcəyi halda məlumatlarının olması üçün Əlinin pəncərənin qarşısında əlverişli yer taparaq ətrafı müşahidə etməyinə dair razılığa gəldiklərini, razılığa gəldikdən sonra 01.01.2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2 pəncərənin qarşısında müşahidə üçün özünə əlverişli yer tapdığını, onun isə həmin mənzilin pəncərəsinin dəmir barmaqlıqlarından tutaraq qalxıb, mənzilin ağ rəngli plastik pəncərəsinə möhkəm təpik zərbəsi vuraraq pəncərəni açdığını, həmin vaxt kənardan onları heç kəsin görmədiyinə əmin olduğunu, mənzilə daxil olduqdan sonra gəzdiyini, oğurlanası qiymətli əşya və ya pul axtardığını, evin yataq otağına keçən zaman orada sandığın olmasının diqqqətini çəkdiyini, buna görə də sandığa yaxınlaşaraq qapağını möhkəm dartdığını, sandığın qıfılının bağlandığı rəzənin (petlənin) yerindən çıxdığını, sandığa baxan zaman orada sarı rəngli balaca qadın əl çantasının və həmin çantanın içərisində pul və qızıl-zinət əşyalarının olmasını gördüyünü, həmin çantanı götürərək, mənzilə daxil olduğu yerdən, yəni pəncərədən çıxdığını, Əlibi taparaq həmin yerdən uzaqlaşdıqlarını, yolda olan zaman Əliyə çantanı göstərdiyini və həmin çantanın içərisində pul və qızıl-zinət əşyalarının olduğunu söylədiyini, bundan sonra Əli ilə birlikdə yaşadığı evin üzbəüzündə yerləşən təmir etdikləri mənzilə getdiklərini, mənzilə onun Əlidən bir neçə dəqiqə öncə daxil olduğundan tez oğurladığı balaca sarı rəngli çantaya baxdığını və orada 5800 manat pul və 300 ABŞ dolları nağd pulun olmasını gördüyünü, puldan başqa çantanın içərisində bir ədəd xxxxa məxsus plastik kartının, bir ədəd qızıl boyunbağının, bir ədəd qızıl boyunbağının (silsilə), bir ədəd qızıl qolbağın, bir ədəd qızıl aralığın, bir ədəd briliyant qaşlı qızıl üzüyün, bir ədəd briliyant qaşlı qızıl üzüyün, bir ədəd qırmızı qaşlı qızıl üzüyün, iki ədəd briliyant qaşlı saatın, bir ədəd qızıl onluğun olduğunu, Təqsirləndirilən şəxs2 mənzilə daxil olan zaman ona çantada cəmi 600 manat nağd pulun olmasını söyləyərək, sonuncuya 300 manat pul verdiyini, qızıl-zinət əşyalarını satdıqdan sonra Təqsirləndirilən şəxs2 əlavə pul verəcəyini söylədiyini bildirmişdir. Bundan sonra 02.01.2021-ci il tarixdə Moskva Univermağına gedərək, orada “Rubin” adlı mağazada adını sonradan örgəndiyi Əbil adlı şəxsə oğurladığı qızıl zinət əşyalarını 12000 manata satdığını, qızılları satan zaman Əbilə həmin qızıl-zinət əşyalarının ona məxsus olmasını söylədiyini, Əbilin onun şəxsiyyət vəsiqəsini istəyərək, alış-veriş qəbzi tərtib etdiyini, onun həmin qəbzi imzaladığını, qızılları satdıqdan sonra Təqsirləndirilən şəxs2 əlavə olaraq 500 manat da pul verdiyini, əldə etdiyi pulları şəxsi tələbatlarına xərclədiyini, yerdə qalmış 5500 manat və 300 ABŞ dollarını isə polis tərəfindən saxlanılan zaman könüllü olaraq istintaqa təqdim etdiyini, ilkin zamanlarda polis tərəfindən saxlanılan zaman cinayət əməlini tək törətdiyini söylədiyini, həmin vaxt tutulacağına inanmadığını, daha sonra barəsində həbs seçildikdən sonra onunla birlikdə cinayəti törətmiş Təqsirləndirilən şəxs2 da məsuliyyətə cəlb edilməsini istəyərək, iş üzrə əlavə ifadə verdiyini, oğurluq etdikləri mənzilin sahibini tanımadığını, sadəcə olaraq həmin mənzilin bayram günü işıqlarının yanmadığına görə ev sahibinin evdə olmayacağını düşündüyünü, qızıl-zinət əşyalarını satdığı Şahid həmin əşyaların ona məxsus olmasını düşündüyünü, Əbilin hadisə barədə məlumatının olmadığını, ilkin iş materiallarında Zərərçəkmiş şəxs hadisəni törətməkdə şübhəli bildiyini X3 tanımadığını, istintaqa ilkin ifadə verən zaman həyacanlı olduğundan oğurladığı pulun sayını az dediyini və oğurladığını çantanın içərisində plastik bank kartının olmasını söyləmədiyini, hazırda tam dolğun ifadə verdiyini, baş vermiş hadisədən sonra oğurladığı çantanın içərisində olan plastik bank kartını və çantanın özünü zibilliyə atdığını, çantanın içərisində olan plastik bank kartından pul çıxarmadığını kartı istifadə etmədiyini, törətdikləri hadisə barədə heç kəsin məlumatının olmadığını, hadisəni törətməkdə onlara heç kəsin köməklik etmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncunun ona qarşı şıkayət və tələbinin olmamasını, ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 onun həmkəndlisi və tanışı olduğunu, onunla yaxşı münasibətlərinin olduğunu, sonuncunun 31.12.2020-ci il tarixdə onu ailəsi ilə birlikdə bayram qeyd etmək üçün öz yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə dəvət etdiyini, buna görə də onların həmin gün Təqsirləndirilən şəxs1 gilə getdiklərini, həmin ərəfələr Anarın yaşadığı mənzil ilə üzbəüz mənzildə təmir işləri gördüyünü, onun isə həmin işdə köməklik etdiyini, bayramı qeyd etdikdən sonra 01.01.2021-ci il tarixdə saat 03 radələrində Anarın təmir etdikləri evə keçərək, orada söhbət etməyi ona təklif etdiyini, buna görə də onların təmir etdikləri mənzilə keçdiklərini, orada olan zaman Təqsirləndirilən şəxs1 ona evə gələn zaman qonşuluqda bir mənzilin işıqlarının yanmadığının onun diqqətini cəlb etdiyini, söyləyib, həmin mənzildən birlikdə oğurluq edərək, qazancı yarı bölməklərini ona təklif etydiyini, maddi durumunun zəif olduğuna görə Təqsirləndirilən şəxs1 ilə razılaşdığını və həmin gün saat 03 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında olan və onun diqqətini cəlb edən mənzilin pəncərəsinin qarşısına getdiklərini, həmin mənzilin binanın birinci mərtəbəsində olduğunu, ağ rəngli plastik pəncərəsinin üzərində olan dəmir barmaqlıqların qıfılının isə açıq olduğunu, ətrafdan kənar şəxslərin və ya ev sahibinin gələcəyi barədə məlumatlarının olması üçün onun pəncərənin qarşısında əlverişli mövqe seçib ətrafı müşahidə edəcəyinə, Təqsirləndirilən şəxs1 isə mənzilə daxil olaraq oğurluq edəcəklərinə dair razılığa gəldiklərini, bundan sonra 01.01.2021-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 həmin mənzilin pəncərəsinin dəmir barmaqlıqlarından tutaraq qalxdığını, ağ rəngli plastik pəncərəyə möhkəm təpik zərbəsi vuraraq pəncərəni açdığını və mənzilə daxil olduğunu, həmin vaxt onun ətrafı müşahidə etdiyi üçün heç kəsin gəlmədiyindən əmin olduğunu, təxminən 20-25 dəqiqə sonra Təqsirləndirilən şəxs1 mənzilə daxil olduğu pəncərədən geri çıxdığını və sarı rəngli balaca qadın çantasını göstərərək, içərisində pul və qızıl-zinət əşyalarının olmasını söylədiyini, bundan sonra onların təmir etdikləri mənzilə getdiklərini, evə qayıdan zaman Təqsirləndirilən şəxs1 təmir etdikləri mənzilə ondan təxminən bir-neçə dəqiqə öncə daxil olduğunu, onun mənzilə daxil olduğu zaman Təqsirləndirilən şəxs1 ona oğurlanmış pulun məbləğini 600 manat söyləyərək, 300 manat pulu ona verdiyini, qızıl-zinət əşyalarını satan zaman ona əlavə pul verəcəyini vəd etdiyini, onun Təqsirləndirilən şəxs1 inandığına görə əlavə suallar vermədiyini, hadisədən biir gün sonra Təqsirləndirilən şəxs1 ona əlavə 500 manat pul verdiyini və həmin pulun qızılların satışı nəticəsində əldə olunduğunu söylədiyini, hadisədən bir-neçə gün sonra Təqsirləndirilən şəxs1 polis tərəfindən tutulduğunu, həmin vaxt Anarın onun adına polisə vermədiyini, lakin barəsində həbəs seçildikdən sonra əlavə ifadə verərək, onun da Anar ilə birlikdə oğurluq etməyə getməsini söylədiyini, polisdə olan zaman Təqsirləndirilən şəxs1 mənzildən daha çox məbləğdə pul və qızıl-zinət əşyaları oğurlamasının ona məlum olunduğunu, mənzildən oğurlanan pulun və qızıl-zinət əşyalarının dəqiq hansılar olması barədə Təqsirləndirilən şəxs1 ona yalan dediyinə görə məlumatının olmadığını, həmin oğurluqdan Təqsirləndirilən şəxs1 ona ümumilikdə 800 manat pul verdiyini, Təqsirləndirilən şəxs1 qızıl-zzinət əşyalarını kimə satması barədə məlumatının olmadığını, oğurluq etdikləri mənzilin sahibini tanımadığını, həmin mənzilin işıqlarının yanmadığına görə Təqsirləndirilən şəxs1 diqqətini cəlb etdiyini və mənzilin yerini ona Təqsirləndirilən şəxs1 göstərdiyini, ilkin iş materiallarında Zərərçəkmiş şəxs hadisəni törətməkdə şübhəli kimi göstərdiyini evində işləyən X4 adlı ustanı tanımadığını, hadisə barədə heç kəsin məlumatının olmadığını, heç kəsin onlara əməli törətməkdə köməklik etmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, ona qarşı şıkayət və tələbinin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yaşadığı ünvan 5 ünvanında yerləşən evin binanın birinci mərtəbəsində yerləşdiyini, iki otaq, bir mətbəx və bir dəhlizdən ibarət olduğunu, mənzilin giriş qapısının dəmir qapıdan ibarət olmasını, 29.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək bayram ilə əlaqədar qohumları gildə qaldığını, 04.01.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evə gələrək, açar ilə qapını açıb evə daxil olduğiunu, evə daxil olan zaman orada olan dağınıqlıqdan evdən oğurluq olmasını gördüyünü, evə baxış keçirən zaman oğurluq edən şəxs və ya şəxslərin mənzilə mətbəxin plastik pəncərəsindən daxil olduqlarını gördüyünü, onun evə daxil olduğu zaman pəncərənin açıq olduğunu, mətbəxin pəncərəsinin üzərində dəmir barmaqlıqlar olsa da, onun həmin dəmir barmaqlıqların açılan hissəsini qıfıllamağı unutduğunu, buna görə də oğurluq etmək istəyən şəxs və ya şəxslərin həmin fürsətdən istifadə etdiklərini, evə baxış keçirən zaman yataq otağında yerdən qoyulmuş sandığın qapağının açıq vəziyyətdə və rəzəsinin (petləsi) yerindən qopduğunu gördüyünü, sandığa baxan zaman orada saxladığı sarı rəngli pul qabına oxşar balaca çantanın və həmin çantanın içərisində olan 5800 manat, 300 abş dolları nağd pulun, bir ədəd xxxxa məxsus plastik kartının, bir ədəd 3500 manat dəyərində 55 qram çəkidə 583 əyyarlı briliyant qaşlı saatın, bir ədəd 3000 manat dəyərində 50 qram çəkidə 583 əyyarlı briliyant qaşlı saatın, bir ədəd 5000 manat dəyərində 60 qram çəkidə 750 əyyarlı qızıl boyunbağının, bir ədəd 2000 manat dəyərində 20 qram çəkidə 583 əyyarlı qızıl boyunbağının(silsilə), 3000 manat dəyərində 35 qram çəkidə 750 əyyarlı qızıl qolbağın, 1500 manat dəyərində 15 qram çəkidə 750 əyyarlı qızıl aralığın, 500 manat dəyərində bir ədəd 8 qram çəkidə 583 əyyarlı qızıl onluğun, 1500 manat dəyərində bir ədəd 12 qram çəkidə 750 əyyarlı briliyant qaşlı qızıl üzüyün, 600 manat dəyərində bir ədəd 6 qram çəkidə 750 əyyarlı briliyant qaşlı qızıl üzüyün və 600 manat dəyərində bir ədəd 10 qram çəkidə 583 əyyarlı qırmızı qaşlı qızıl üzüyün oğurlandığını gördüyünü, buna görə də dərhal hadisə barədə polisə məlumat verdiyini, polis əməkdaşlarının hadisə yerinə gələrək, baxış keçirdiklərini, daha sonra onun hadisə ilə bağlı ərizə yazdığını, hadisədən bir-neçə gün sonra polis əməkdaşları cinayəti törətmiş Anar adlı şəxsi taparaq məsuliyyətə cəlb etdiklərini, bir müddət sonra ona mənzilindən oğurluq edən Anar adlı şəxsin tək olmadığını və digər Əli adlı şəxsin də müəyyən edilərək, məsuliyyətə cəlb edilməsi barədə məlumat verildiyini, hadisənin yaşadığı ünvan 5 ünvanında yerləşən mənzildən 29.12.2020-ci il tarixdən 04.01.2021-ci il tarixədək evdə heç kəsin olmadığı müddət ərzində baş verdiyini, yaşadığı evdən oğurlanmış iki ədəd saatların, qızıl onluğun və pul kisəsinə oxşar balaca çantanın markası və modeli barədə heç bir şey xatırlamadığını, yaşadığı evin plastik pəncərəsində zədələrin olmadığını, sandığın rəzəsinin isə yerinə yenidən rahat bağlandığı üçün həmin xüsusatlar üzrə mülki iddiasının olmadığını, istintaq zamanı nəzəri qaydada təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən göstərilən məbləğlər ilə razı olduğunu, hadisə zamanı oğurlanmış plastik bank kartından pul çıxarılmadığını, həmin plastik kartın özünün qiymətinin 10 manat olduğunu, ilkin materiallarda olan sənədlərdə ona dəymiş maddi ziyanın məbləğində fərq olduğunu həmin vaxt həyacanlı olması ilə əlaqədar olduğundan olmasını bildirdi. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Moskva univermağında icarəyə götürdüyü “Rubin” qızıl mağazasını 5 ildir ki, işlətdiyini, həmin mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olduğunu, Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığını, onunla arasında hər hansı bir münasibətin, o cümlədən hər hansı bir narazılıq və ədavətin olmadığını, 02.01.2021-ci il tarixdə saat təxminən 15 radələrində Rubin mağazasında tək oturduğu zaman sonradan adını öyrəndiyi Anar adlı şəxsin ona yaxınlaşaraq evinə məxsus qızıl-zinət əşyalarını pula ehtiyacı olduğu üçün satmaq istədiyini söylədiyini, qızıllara baxan zaman orada iki ədəd qızıl saat, iki ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı, bir ədəd qızıl aralıq, bir ədəd qızıl onluq və üç ədəd qızıl üzüyün olmasını gördüyünü, həmin qızılları elektron tərəzidə çəkdiyini, daha sonra həmin qızılları ondan 12000 manata aldığını, qızılları alması barədə alqı-satqı qəbzi tərtib etdiyini, həmin qəbzdə qızılların çəkisi, ödənilən məbləğ və qızılları həqiqətən Təqsirləndirilən şəxs1 məxsus olması barədə qeydin və sonuncunun imzasının olduğunu, həmin sənədi könüllü olaraq istintaqa təqdim etmək istədiyini, qızılları oğurluq olması və hadisə barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs1 aldığı qızılları həmin gün 1000 manat bahasına tanımadığı şəxsə satdığını bildirdi. Cinayət işinin 1-ci cild 41-ci vərəqəsində olan 06 yanvar 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 99-102-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2021-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 06 yanvar 2021-ci tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 168-ci vərəqəsində olan 03 fevral 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 203-206-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2021-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 fevral 2021-ci il tarixdən hesablanmaqla 06 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və V Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 234-238-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 9/733 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyalarının 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd 60 qram çəkidə 750 əyarlı qızıl boyunbağının qiymət 5400 manat, bir ədəd 20 qram çəkidə 583 əyarlı qızıl boyunbağının (silsilə) qiyməti 1400 manat dəyərində, bir ədəd 35 qram çəkidə 750 əyarlı qızıl qolbağın qiyməti 3150 manat, bir ədəd 15 qram çəkidə 750 əyarlı qızıl aralığın qiymət 1350 manat, bir ədəd 12 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl üzüyün qiymət 1080 manat, bir ədəd 6 qram çəkidə 750 əyarlı briliyant qaşlı qızıl üzüyün qiymət 540 manat, bir ədəd 10 qram çəkidə 583 əyarlı qırmızı qaşlı qızıl üzüyün qiyməti 700 manat təşkil edir. Beləliklə, ekpretiza təyini haqqında qərarda qeyd edilən 7 adda qızılzinət əşyalarının 2021-ci ilin yanvar ayında olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 13620 manat müəyyən edilmişdir. Qızıl-zinəy əşyalarını ekspertiza tədqiqatına təqdim edilmədən 2 ədəd qol saatının və 1 ədəd qızıl onluğun markası, modeli, əyyarı müəyyən edilmədən həmin mallar üzrə qiymətlənmdirmə aparmaq mümkün deyil. Cinayət işinin 1-ci cild 235-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 229-231-ci vərəqələrində olan 15 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş hadisə nəticəsində əldə etdiyi pulun bir hissə olan 5500 manat və 300 ABŞ dolları pul maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahibi Zərərçəkmiş şəxs verilmişdir. Cinayət işinin 1-ci cild 118-119-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 25 yanvar 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.09.2018-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.03.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş, Sabunçu Rayon Məhkəməsinin 06.10.2020ci il tarixli qərarı ilə cəzadan 01 il 07 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 1-ci cild 120-136-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 137-142-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27 mart 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 ildən 3 il 9 aya endirilmişdir. Cinayət işinin 1-ci cild 243-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 10 mart 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 212-ci vərəqəsində olan AZ-İİ seriyalı, 994575 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02.06.2007-ci il təvəllüdlü Əziz Cəsur Anar oğlu Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə X2r. Cinayət işinin 1-ci cild 222-ci vərəqəsində olan AZE 11680787 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 31.07.2008-ci il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə N.Təqsirləndirilən şəxs2dır. Cinayət işinin 1-ci cild 222-ci vərəqəsində olan AZE 11680619 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 31.01.2010-cu il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası isə N.Təqsirləndirilən şəxs2dır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncunun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti, tələbi, mülki iddiası yoxdur və onlar barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, məhkəmə iclasında özlərinin, zərərçəkmiş şəxsin və şahidin verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə, onların tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi cinayətlərini törətmələri tam sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalı və onlar həmin maddələrin sanksiyası həddində cəzalanmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin ona qarşı şıkayət və tələbinin olmamasını və ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27.09.2018-ci il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.03.2019-cu il tarixli qərarı ilə cəzası 03 il 09 aya endirilmiş, Sabunçu Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 7(008)- 458/2020 saylı qərarı ilə cəzadan 01 il 07 gün vaxtından əvvəl şərti azad olunmuş müddətdə və 02 il keçmədən 01 yanvar 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli qərarı ilə sonuncunun barəsində təyin olunmuş cəzadan 01 il 07 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.03.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nın 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs1 azadlığının faktiki olaraq 06 yanvar 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənildiyini və ona qarşı şıkayət və tələbinin olmamasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 03 fevral 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 5.500 manat və 300 ABŞ dolları məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış materialların məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştətərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri 18 saata görə hər birinə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 06.10.2020-ci il tarixli, 7(008)-458/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində təyin olunmuş cəzadan 01 il 07 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Ali Məhkəməsinin 27.03.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 07 (yeddi) gün müddəti hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 5.500 manat və 300 ABŞ dolları məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xərci– 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar