Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-250/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə qəti olaraq 02 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 4, ev 4-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmiş və bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən binaya qanunsuz daxil olub özgənin əmlakın gizli olaraq talamaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs Pəsul oğlunun yaşadığı ünvan 1 ünvanda olarkən mənzilin dəhlizindən giriş qapısının ehtiyat açarını gizlin götürüb vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il larixdə ünvan 1 ünvana azad giriş-çıxışı üçün icazəsi olmadığı halda Zərərçəkmiş şəxs mənzildə olmamasından istifadə edib həmin gün saat 22 radələrində mənzilin giriş qapısının kilidini özündə olan açar vasitəsilə açıb mənzilə qanunsuz daxil olaraq yataq otağında olan termonun rəfindən Zərərçəkmiş şəxs məxsus 500 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində həmin ünvandan eyni üsulla yataq otağında olan termonun rəfindən Zərərçəkmiş şəxsa məxsus 600 manat pulu, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində həmin ünvandan eyni üsulla yataq otağında olan termonun rəfindən Zərərçəkmiş şəxs məxsus 2300 manat, həmin günün məzənnəsi ilə 935 manat təşkil edən 550 ABŞ dolları pulu və 1135 manat dəyərində 13,35 qram çəkidə 01 cüt sırğa və 01 ədəd üzükdən ibarət qızıl dəsti gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 5470 manat məbləğində xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvana azad giriş-çıxışı üçün icazəsi olmadığı halda Zərərçəkmiş şəxs mənzildə olmamasından istifadə edib həmin gün saat 01:45 radələrində mənzilin giriş qapısının kilidini özündə olan açar vasitəsilə açıb mənzilə qanunsuz daxil olaraq yataq otağında olan termonun rəfindən Zərərçəkmiş şəxs məxsus 150 manat pulu gizli olaraq talamaq istəyən zaman mənzilə quraşdırılmış müşahidə kamerası vasitəsilə Zərərçəkmiş şəxs tərəfindən aşkar olunduğundan və sonuncu tərəfindən zəng olunaraq törətdiyi əməli dayandırması barədə tələbi səbəbindən mənzili tərk edərək bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs 150 manat maddi ziyan vuraraq oğurluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında kirayə yaşamış, həmin binanın 29-cu mənzilində yaşayan Zərərçəkmiş şəxs ilə yaxın münasibətləri olmuşdur. O, münasibətlərin yaxşı olmasında istifadə edərək arabir Zərərçəkmiş şəxs yaşadığı mənzilə getmişdir. 2022-ci ilin fevral ayının əvvəllərində o, Zərərçəkmiş şəxs kirayə qaldığı Nəsimi rayonu, M.Cəfərov küçəsi 10, mənzil 29 saylı ünvanda sonuncu ilə birlikdə olarkən, Zərərçəkmiş şəxs başının qarışıq olmasından istifadə edərək, dəhlizdə olan şkafın üzərində 7-8 ədəd topa açarlardan tanıdığı mənzilin giriş qapısının açarını digər açarların arasından çıxararaq cibinə qoymuşdur. Zərərçəkmiş şəxs üzərində əlavə mənzilin giriş qapısının açarı olduğunu əvvəlcədən bildiyindən sonuncunun mənzilin giriş qapısının açarının yoxa çıxmasından şübhələnməyəcəyini təxmin etmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun kirayə yaşadığı mənzilə gəlmiş, bir müddət sonra sonuncunun işi çıxdığına görə saat 22 radələrində onlar birlikdə mənzili tərk edərək ayrılmışlar. Zərərçəkmiş şəxs uzaqlaşıb getdikdən sonra o, geriyə qayıdaraq, Zərərçəkmiş şəxs yaşadığı Nəsimi rayonu, M.Cəfərov küçəsi bina 10, 29 saylı mənzilin qapısını bir neçə gün əvvəl mənzildən götürdüyü açar ilə açaraq, oğurluq niyyəti ilə içəri daxil olmuşdur. O, Zərərçəkmiş şəxs pulu yataq otağında saxladığını bildiyindən, yataq otağına keçərək orada olan dolabın qapısını açaraq, rəfin üzərində olan puldan 500 manat götürərək mənzildən çıxmışdır. Bundan sonra o, oğurladığı pul ilə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında lotereya oynayaraq, yemək yeyib pulu xərclədikdən sonra, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində kirayə yaşadığı evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə yenidən saat 21 radələrində o, Zərərçəkmiş şəxs zəng edərək, haləhval tutarkən, onun evdə olmadığını müəyyən etmiş, bundan sonra xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində oğurluq niyyəti ilə ünvan 3 ünvanına Zərərçəkmiş şəxs kirayə yaşadığı mənzilə yenidən gələrək içəri daxil olmuş, yenidən yataq otağına keçərək orada olan dolabın qapısını açaraq, rəfin üzərində olan puldan 600 manat pul götürərək mənzildən çıxmışdır. xx.xx.2022-ci il tarixdə yenidən saat 23 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 3 ünvanına gəlib mənzilə daxil olduqdan sonra yenidən eyni dolabın qapısını açaraq, rəfin üzərində qızıldan olan 01 dəst sırğa cütü-üzük, 2300 manat və 550 dollar pulu götürərək mənzildən çıxaraq bir müddət şəhərdə gəzdikdən sonra kirayə qaldığı evə qayıtmışdır. Bir müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə saat 01:45 radələrində o, ünvan 3 ünvanına Zərərçəkmiş şəxs yaşadığı mənzilə oğurluğa gələrək, mənzildən götürdüyü ehtiyyat açar ilə mənzilin giriş qapısını açıb içəri daxil olduqdan 2-3 dəqiqə sonra Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək evə kamera quraşdırdığını və onun mənzilinə daxil olmağını gördüyünü bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona mənzili tərk edərək Nizami rayonu, Babək prospektində yerləşən Astoriya otelinə çağırmış, o, taksi ilə həmin otelə getmiş, orada Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra söhbət əsnasında sonuncuya oğurladığı pulu hissə-hissə qaytaracağını deyərək, polisə şikayət etməməsini demişdir. Zərərçəkmiş şəxs isə onunla razılaşmayaraq ondan oğurlanmış pulun hamısını tələb etdikdə, o, bütün zərəri həmin vaxt ödəyə bilməyəciyini bildirmişdir. Bundan sonra, birlikdə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə yaxınlaşmışlar. Zərərçəkmiş şəxs kirayə yaşadığı mənzildən oğurluq edilməsi barədə polis şöbəsinə şikayət etmişdir. Araşdırma zamanı o, xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, M.Cəfərov küçəsi 10, mənzil 29 saylı ünvana daxil olaraq 500 manat, xx.xx.2022-ci il tarixdə eyni ünvana daxil olaraq 600 manat, xx.xx.2022-ci il tarixdə yenidən həmin ünvana daxil olaraq 2300 manat və 550 dollar olmaqla ümumilikdə 4370 manat pul, 01 ədəd qızıl zinət əşyası olan sırğa-üzük dəsti oğurladığını, ümumilikdə 4370 manat puldan 500 manatını tanışı Şahid2, 700 manat pulu və 01 ədəd qızıl zinət əşyası olan sırğa üzük dəstini “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən lombardda işləyən Gülnar adlı şəxsə pulu borc olaraq, qızıl zinət əşyalarını isə saxlamağa vermiş, qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu olmuşdur, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. o, hadisə vaxtı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 10, mənzil 29 ünvanında kirayə yaşamışdır. O, hadisədən əvvəl yaşadığı evdən oğurluq olması yəni, qızıl-zinət əşyalarının və pul əskinaslarının yoxa çıxması, yəni yaşadığı mənzildən oğurluq olunması barədə şübhələnmiş və bu səbəbdən yaşadığı mənzildə görüntü kamerası quraşdırmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə kirayə yaşadığı mənzildən 500 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə isə 01 dəst sırğa cütü-üzüyü, 2300 manat və 550 dollar pulu naməlum şəraitdə oğurlanmışdır. Onun qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində onun mobil telefonuna zəng edərək, evdə olub-olmadığını soruşmuş, o isə evdə olmadığını demişdir. Onun həmin gün yaşadığı mənzildə 150 manat pulu olmuş, Təqsirləndirilən şəxs ona zəng edərkən şübhələnmiş və telefonunda internet vasitəsi ilə görüntü kamerasına baxdıqda saat 01:45 radələrində Təqsirləndirilən şəxs onun kirayə yaşadığı mənzilin qapısını açar vasitəsi ilə açaraq mənzilə daxil olduğunu görüb, dərhal Təqsirləndirilən şəxs zəng edərək onu kamera vasitəsi ilə gördüyünü bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Bakı şəhərində görüşməyi təklif etmişdir və sonuncu etiraz etməyərək, Nizami rayonu, Babək prospektində yerləşən “Astoriya” adlı restoranının qarşısına gəlmişdir. O, sonuncudan niyə ünvan 4 ünvanında kirayə yaşadığı evdən oğurluq etdiyini soruşduqda, Təqsirləndirilən şəxs pula ehtiyacı olduğunu deyərək, oğurladığı pulu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmayaraq, birlikdə Nəsimi rayonu, 19-cu Polis Şöbəsinə yaxınlaşmışlar. Bundan sonra, o, polis şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 10, mənzil 29 ünvanında ümumilikdə 4335 manat pul və 01 ədəd 1300 manat dəyərində qızıl zinət əşyası olan sırğa üzük dəstin oğurlandığını bildirmişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı “Karat Lombard” adlı obyektdə nəzarətçi işləmiş və müştəri kimi Təqsirləndirilən şəxs gələrək telefon və noutbuk girov qoyaraq pul əldə etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə işlədiyi lombarda girov qoyduğu mobil telefonunu pul ödəyərək girovdan azad etməklə götürmüşdür. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən lombarda yaxınlaşaraq 585 əyarlı, sırğa üzük dəstini ona verərək ucuz qiymətə aldığını demişdir. Daha sonra həmin sırğa üzük dəstini onun saxlamasını xahiş edərək, 1 aya gəlib götürəcəyini demişdir. O, Təqsirləndirilən şəxs kömək məqsədi ilə 585 əyarlı, sırğa üzük dəstini götürərək əmanət kimi özündə saxlamış, Təqsirləndirilən şəxs isə ucuz qiymətə batan qızıl-zinət əşyalar olduqda ona xəbər etməyini xahiş etmiş, o isə sonuncuya inanaraq xəbər edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onun işlədiyi lombarda yaxınlaşaraq 700 manat pulu ona uzadaraq, həmin pulu da onun üçün saxlamağını xahiş etmiş, o, 700 manat pulun nə vaxt ona lazım olacağını soruşduqda, Təqsirləndirilən şəxs hələlik ona pulun ehtiyacı olmadığını demiş, o isə maddi sıxıntıları olduğundan 700 manat puldan ona borc verməyini istəmiş, Təqsirləndirilən şəxs onunla razılaşaraq etiraz etməmişdir. Onun Təqsirləndirilən şəxs ilə dərin münasibəti olmadığından sonuncunun oğurluq etdiyindən xəbəri olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 5 ünvanıdır (i/v 6-8). İş materiallarında olan “Video diskə baxış keçirilməsi haqqında” 14 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə, saat 01:45 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 10, mənzil 29 ünvanında yerləşən mənzilə daxil olaraq, mənzilin yataq otağında olan güzgülü şkafın qapısını açaraq içərisini axtarmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yataq otağında çarpayının hər iki yanında olan balaca şkafları və çarpayının döşəyinin altını axtarması barədə kameranın video görüntüsünə Nəsimi RPİ-nin MSY-də “HP” markalı kompüterdə baxış keçirmişdir. Həmin diskə baxış Təqsirləndirilən şəxs iştirakı ilə keçirilmiş, o, video görüntüdəki şəxsin özü olduğunu təsdiqləyərək, 11 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 10, mənzil 29 ünvanına daxil olaraq həmin mənzildən pul və ya qiymətli əşya oğurlamaq istəmiş, bundan əvvəl də həmin mənzilə 2022-ci ilin fevral ayının 06,07,08 tarixlərində də qanunsuz daxil olaraq qızıl zinət əşyaları və pul oğurladığını bildirmişdir (i/v 94). İş materiallarında olan “Tutmaq haqqında” 11 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 40). İş materiallarında olan 15 fevral 2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 15 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən 01 dəst sırğa cütü-üzüyün ona məxsus olduğunu bildirmişdir (i/v 98). İş materiallarında olan 12 fevral 2022-ci il tarixli “Təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Şahid1 583/585 əyarlı qızıldan hazırlanmış, 13.35 qram kütləli 01 dəst sırğa cütü-üzüyü, 01 ədəd C 32054119 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 76186450 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 83854842 seriya nömrəli 100 manatlıq, 01 ədəd 100 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq C 22820088 nömrəli pul əskinası və 01 ədəd A 69763147 seriya nömrəli 50 manatlıq olmaqla ümumilikdə 700 manat pulun istintaq zərurəti ilə əlaqədar olaraq müstəntiq Ağabala Cəfərova təqdim etmişdir (i/v 84). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 fevral 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 76-79). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 31 may 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 6/1381-9/1504 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş əşyaların modeli və digər göstəriciləri nəzərə alınmaqla 583/585 əyarlı qızıldan hazırlanmış, 13,35 qram kütləli 1 dəst sırğa cütü-üzüyün 08 fevral 2022-ci il tarixə olan orta bazar qiyməti təxminən 1135,0 manat müəyyən olunmuşdur (i/v 102-103). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Nəsimi RPİ-nin İstintaq şöbəsinin rəisi Orxan Süleymanlıya ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən şikayət və tələbi yoxdur (i/v 117). İş materiallarında olan “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” 07 aprel 2022-ci il tarixli qərardan və eyni tarixli qəbzdən görünür ki, 583/585 əyarlı qızıldan hazırlanmış, 13.35 qram kütləli 01 dəst sırğa cütü-üzüyü, 01 ədəd C 32054119 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 76186450 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 83854842 seriya nömrəli 100 manatlıq, 01 ədəd 100 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq C 22820088 nömrəli pul əskinası və 01 ədəd A 69763147 seriya nömrəli 50 manatlıq olmaqla ümumilikdə 700 manat pulun maddi sübut kimi tanınması qərar alınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir (i/v 113-114, 116). İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Gülnar Şükürova tərəfindən məhkəməyə ünvanlanmış 24 iyun 2022-ci il tarixli, 21-1/3-9658-2 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-557/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü xx.xx.2022-ci il tarixdə idarənin icraatına daxil olmuşdur. Nəsimi RPİ-nin İstintaq şöbəsində məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi açıldığı üçün Bakı İstintaq Təcridxanasında saxlandığı üçün məhkum qeydiyyatdan keçməmiş və cəza müddəti hesablanmamışdır. Odur ki, məhkum Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixədək cəzasının çəkilməmiş hissəsi 02 il 08 ay təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i/v 105- 111, 118-119). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur (i/v 117). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidin ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 583/585 əyarlı qızıldan hazırlanmış, 13.35 qram kütləli 01 dəst sırğa cütü-üzüyü, 01 ədəd C 32054119 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 76186450 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 83854842 seriya nömrəli 100 manatlıq, 01 ədəd 100 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq C 22820088 nömrəli pul əskinası və 01 ədəd A 69763147 seriya nömrəli 50 manatlıq olmaqla ümumilikdə 700 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ondan 100 (manat) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-250/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 13 may 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 41 (qırx bir) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-557/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 583/585 əyarlı qızıldan hazırlanmış, 13.35 qram kütləli 01 dəst sırğa cütü-üzüyü, 01 ədəd C 32054119 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 76186450 seriya nömrəli 100 manatlıq, 01 ədəd A 83854842 seriya nömrəli 100 manatlıq, 01 ədəd 100 manatlıq B 32866022 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq A 56717829 nömrəli pul əskinası, 01 ədəd 100 manatlıq B 55996879 nömrəli pul əskinası, 01 ədəd 50 manatlıq C 22820088 nömrəli pul əskinası və 01 ədəd A 69763147 seriya nömrəli 50 manatlıq olmaqla ümumilikdə 700 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 100 (manat) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-250/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-250/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver