Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-251/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 48 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını əldə etmək məqsədi ilə «İnstagram» sosial şəbəkəsində «İbrahimova_All» adı ilə qeydiyyatdan keçərək «Nacmaddiıı Alizade» adı ilə qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs özünü «Aytac» adlı qız kimi təqdim edib onunla tanış olaraq intim münasibətlər barədə söhbət edib Zərərçəkmiş şəxs çılpaq fotoşəkillərini göndərməsini xahiş etdiyindən sonuncu özünə aid bir neçə çılpaq fotoşəklini həmin sosial şəbəkə vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmiş, bundan sonra sonuncu xx xxxx 2020-ci il tarixdən etibarən qeyd olunan fotoşəkilləri sosial şəbəkələrdə yayacağı və Zərərçəkmiş şəxs tanışlarına göstərəcəyini bildirib haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə hədə-qorxu gələrək sonuncudan 1.000 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs bu barədə müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxx 2020-ci il tarixdə saat 15.30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 19A ünvanında yerləşən «50 qəpik» çay evinin qarşısında Zərərçəkmiş şəxs seriya və nömrələri əvvəlcədən protokolda qeyd edilmiş D 09152659 və C 83585017 seriya nömrəli iki ədəd yüz manatlıq pul əskinaslarından ibarət olmaqla cəmi 200 manat pulu aldıqdan sonra saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin tarixdə saat 16.45-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb edib aldığı həmin iki ədəd yüz manatlıq pul əskinaslarından ibarət olmaqla cəmi 200 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin fevral ayının sonlarından İnstagram sosial şəbəkəsində tanımış, həmin sosial şəbəkədə «İbrahimova_A 11» adlı qız profili açmış, məqsədi sadəcə tanışları ilə qız adı ilə yazışıb zarafat etmək olmuşdur. Təxminən 2020-ci ilin fevral ayının sonlarında İnstagramda «Nacmaddiıı Alizade» adlı profil istifadəçisini görüb ona qız adı ilə müraciət edərək tanış olmaq istədiyini demişdir. Nəcməddin də onun qız olduğunu bilib tanış olmaq istəmiş, nəticədə aralarında yaxın münasibət yaranmış, bundan sonra aralarında intim münasibətlər barədə söhbətlər düşmüş və ondan xahiş etmişdir ki, özünə aid çılpaq şəkillərini, o cümlədən cinsiyyət orqanının şəklini çəkib ona göndərsin. Bundan sonra Zərərçəkmiş şəxs özünə aid bir neçə çılpaq şəkillərini çəkib ona göndərmişdir. Daha sonra o, Nəcməddini qız adı ilə tanış olmaq üçün Nərimanov rayonunda yerləşən Yaşıl Bazar adlanan əraziyə görüşə çağırmış və xx xxxx 2020-ci il tarixdə həmin yerdə görüşmüşlər. Zərərçəkmiş şəxs gəldikdən sonra ona yaxınlaşıb adının Ceyhun olduğunu deyib tanış gəldiyini bildirərək yaxınlıqda yerləşən «Çayko» adlanan çay evində oturub söhbət etmişlər. O, həmin vaxt əslində Aytac kimi onunla yazışdığını deməmiş, sadəcə Nəcməddini aldadaraq guya Avtacın onun tanışı olduğunu, onun yaxşı qız olmadığını, pozğun və «işverən» olduğunu bildirib Nəcməddinə məxsus şəkilləri ona göndərdiyini, guya Aytacın Nəcməddinlə olan ehtiraslı söhbətlərinə o, inanmadığı üçün Aytacın da həmin şəkilləri ona göndərdiyini deyərək Aytacdan həmin şəkilləri silməsi üçün xahiş edəcəyini bildirmişdir. Əslində o, Nəcməddini aldatdığını, həmin görüşdə həm özündə, həm də guya Aytacda olan şəkilləri siləcəyi barədə yalan danışdığını bildirmişdir. Həmçinin o, Nəcməddinə demişdir ki, guya Aytac pozğun qız olduğu üçün onunla münasibətini qurtarsın. Bununla aralarında olan söhbət bitmiş və ayrılmışlar. Əslində Nəcməddinlə ilk dəfə görüşmüş və onun necə birisi olduğunu bilmək üçün onu yoxlamışdır. Həmin görüşdə özünə məxsus ***-***-**-** saylı nömrəni Nəcməddinə verərək lazım olanda vatsap vasitəsi ilə danışa biləcəyini demişdir. Nəcməddin də öz nömrəsini ona vermişdir. Bundan sonra onunla votsap vasitəsi ilə Ceyhun kimi danışmağa davam etmişdir. Həmçinin Nəcməddin guya Aytacın var olduğunu bildiyi üçün guya ona, əslində isə elə onun özünə İnstagram vasitəsi ilə yazaraq ayrılmaq istədiyini bildirmiş, o da guya Aytac olaraq Nəcməddindən ayrılmışdır. Əslində isə Aytac elə onun özü olmuşdur. Bundan sonra Nəcməddinlə adi qaydada danışmış, lakin özündə olan ona aid şəkilləri silməmişdir. Söhbətlərin birində Nəcməddin ondan xahiş etmişdir ki, həmin şəkil söhbətini heç kim bilməsin, həmçinin şəkli silib-silmədiyini soruşmuşdur. O, isə yadından çıxdığını bildirib silmədiyini demişdir. Bu zaman Nəcməddinlə yenidən həmin çayxanada təxminən mart ayının 6-7-də görüşmüşlər. Nəcməddin xahiş etmişdir ki, ona məxsus çılpaq şəkilləri silsin. O da problem olmayacağını və siləcəyini demişdir. Lakin yenə də silməmişdir. Qeyd etmişdir ki. Nəcməddinin adını telefonunda «Necmeddin Yasamal» kimi qeyd etmişdir. Bu vaxt Nəcməddin özü ona təklif etmişdir ki, əgər istəsə ona şəkilləri silmək üçün pul da verə bilər. O, isə şəkilləri silmək üçün pul lazım olmadığını demiş, lakin bildirmişdir ki, Qobu qəsəbəsində qaydasız döyüşlə məşğul olmaq üçün idman zalı icarəyə götürmək istəmişdir. Ora məşq etmək üçün bir neçə avadanlıq almaq istədiyini, lakin pulu çalmadığını bildirərək köməklik etmək istəyirsə pul verə biləcəyini demişdir. Bu zaman Nəcməddin nə qədər pul lazım olduğunu soruşduqda demişdir ki, təxminən 1.000 manat pul lazımdır. Nəcməddin bildirmişdir ki, problem deyil, həmin pulu verə bilər. O da demişdir ki, həmin pulu verdikdən sonra əgər istəyərsə zal fəaliyyətə başladıqda gəlib pulsuz məşq edər, ya da həmin pulu ona bir müddot sonra qaytarar. Lakin Nəcməddin bildirmişdir ki, o, həmin 1.000 manat pulu əvəzsiz verir, yəni qaytarmaq lazım deyil. Bundan sonra o. Nəcməddinlə yazışaraq pulun nə yerdə qaldığını soruşmuşdur. Belə ki, Nəcməddin bildirmişdir ki, haradasa işləyir, guya verəcəyi 1.000 manat pulu işlədiyi yerdən alıb verəcəkdir. Ona görə də pulun nə yerdə qaldığını maraqlanmışdır. Nəcməddin isə əvvəlcə hələ pulu düzəltmədiyini bildirib gözləməyi xahiş etmişdir. Lakin xx xxxx 2020-ci il tarixdə təxminən saat 10-11 radəlorində Nəcməddindən pulun nə yerdə qaldığını bir daha soruşmuşdur. Nəcməddin isə bildirmişdir ki, guya kadrlar şöbəsinin direktoru işdə yoxdur, gələn kimi saat 12-dək işdən icazə alıb gələcəkdir. Təxminən saat 13 radələrində onun icazə alıb-almadığını soruşmuş, Nəcməddin isə hələ də direktorun gəlmədiyini bildirib icazə almadığını demişdir. Bundan sonra təxminən saat 14 radələrində Nəcməddin ona vatsap vasitəsi ilə yazaraq 1.000 manat puldan 200 manatını düzəltdiyini, qalanını sonra verəcəyini demişdir. O, isə Nəcməddindən əvvəlcə 1.000 manat pulu düzəldib gətirəcəyini, sonradan isə 200 manat gəlirəcəyini deyərək niyə belə etdiyini soruşduqda Nəcməddin müdirə ümid olııb söz verdiyini bildirmişdir. O, Nəcməddinə demişdir ki, onu aldatmasın. Nəcməddin isə onu başa düşməyi və vaxt verməyi, qalan pulu 2-3 giinə verəcəyini bildirmişdir. Bundan sonra Nəcməddinə bildirmişdir ki, saat 15.30 radələrində 28 May metrosunun yaxınlığında yerləşən «50 Qəpik» çay evinin yaxınlığına gəlsin. Nəticədə o, özü həmin tarixdə saat 15.30 radələrində Nəcməddinlə qeyd olunan çay evinin yaxınlığında görüşmüş və ondan 200 manat pul almışdır. Daha sonra ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirib Zərərçəkmiş şəxs ondan hədə-qorxu ilə pul tələb etməyi barədə şikayət etdiyini, ona görə də əməliyyat tədbiri keçirildiyini bildirib onu həmin idarəyə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə, eləcə də Zərərçəkmiş şəxs ilə birlikdə həmin idarəyə getmişdir. İdarədə onun hüquqlarının qorunması və üstünə baxış keçirilməsi üçün vəkil dəvət edilmişdir. Daha sonra vəkil ona təqdim edilmiş və üzərinə vəkilin, eləcə də Nəcməddinin və onu saxlayan polislərin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl onun Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə tutulması ilə bağlı protokol və qərar yazılmışdır. Baxış zamanı onun üzərindən bir ədəd özünə məxsus Samsung A50 markalı telefon, bir ədəd alışqan, bir ədəd adapter və Zərərçəkmiş şəxs tərəfindən oına verilmiş 200 manat pul aşkar olunmuşdur. Qeyd etmişdir ki, Nəcməddinin ona verdiyi 200 manat pul onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Polislər ona bildirmişlər ki, həmin pul əvvəlcədən Nəcməddinə verilmiş və kserosurəti çıxarılmış puldur, eynilik təşkil etmişdir. O, polislərə bildirmişdir ki, o. Nəcməddinə hədə-qorxu gəlməmiş, sadəcə Nəcməddin özü ona demişdir ki, şəkillərin silinməsi üçün pul verə bilər. Lakin Nəcməddin elə oradaca bildirmişdir ki, ondan 1.000 manat pulu Nəcməddinə məxsus çılpaq şəkilləri yaymamaq üçün hədə-qorxu yolu ilə tələb etmiş və verdiyi 200 manat pul da həmin 1.000 manat pulun bir hissəsidir. Bundan sonra baxışla bağlı protokol tərtib edilmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, bir daha belə hala yol verməyəcəyini, ilk dəfə məhkum olunmasını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu ilin avqust ayında İnstaqram sosial şəbəkəsində özünü “Nacmaddin Alizade” adlı profil açmış, təxminən 2020-ci ilin fevral ayının sonlarında “İbrahimova_A 11” adlı bir qız profilindən ona məxsus “Nacmaddin Alizade’' adlı profilə tanış olmaq üçün sms göndərilmiş, həmin profilin sahibinin qız olduğunu bilib yazışmağa başlamış, ona yazan şəxs qız olduğunu və adının Aytac olduğunu bildirmişdir. Həmin profildə qız şəkli də olmuşdur. Profildə yazan şəxs ona ilk əvvəllər xoş sözlər deyib, sonradan intim söhbətlər etməyə başlamış, ondan özünə məxsus çılpaq şəkillərini göndərməyini istəmiş, o, da həmin şəxsin qız olduğuna inanıb özünə aid çılpaq şəkillərini, cinsiyyət orqanının şəkillərini çəkib ona göndərmiş, həmin şəkilləri yaşadığı mənzildə hamamda çəkmişdir. Bir müddət sonra həmin profildəki şəxs onunla görüşmək istədiyini bildirmişdir. O, tanımadığı adamla görüşməkdə ehtiyat etdiyindən ona görüşməyəcəyini bildirsə də həmin şəxs ona göndərdiyi şəkilləri üzünə göndərib demişdir ki, görüşməsə bu şəkilləri İnstagram hesabındakı tanışlarına göndərəcəkdir. O, əvvəlcə əhəmiyyət verməmiş və həmin şəkilləri silərək ona heç nə edə bilməyəcəyini demişdir. Lakin bundan sonra xx xxxx 2020-ci il tarixdə həmin profildən ona «sənin bütün şəkillərini mən sosial şəbəkələrdə yayım səndə bax oğraş» məzmunlu sms göndərildiyindən o, ehtiyat edib həmin şəxslə görüşmək qərarına gəlmişdir. Nəticədə xx xxxx 2020-ci il tarixdə həmin şəxs ona Bakı şəhəri. Nəriman rayonu ərazisində yerləşən Yaşıl Bazarın qarşısına gəlməyini istəmiş, o da həmin ünvana tək getmiş, ora çatıb dayandıqda ona hər hansı qızın yaxınlaşmadığını görmüş, əksinə bir nəfər sonradan adının Ceyhun olduğunu bildiyi şəxsin arxadan çağırıb guya ona tanış gəldiyini bildirib ona yaxınlaşdığını görmüşdür. O, Ceyhuna kobud cavab versə də Ceyhun «bilirəm sən Aytacı gözləyirsən» deyib, Aytac haqqında söyüş söymüş və demişdir ki, guya o, özü Aytacı tanıyır. Aytac «işverən»dir, nahaq şəkillərini ona göndərmisən, guya Aytac həmin şəkilləri yayacaqdır. Lakin Aytacla danışmışdır ki, onunla belə iş görməsin. Daha sonra onu birlikdə çay içməyə dəvət etmiş, oradan Nərimanov rayonu ərazisində yerləşən “Çayko" adlı çay evinə getmişlər, orada kabinetdə oturub çay içmişlər və Ceyhun ona İnstaqramda Aytac bildiyi qıza göndərdiyi şəkilləri öz telefonunda göstərib bildirmişdir ki, guya həmin qız onun əvvəllər sevgilisi olmuş, guya bu formada bir neçə nəfərin başına oyun açıb pullarını almışdır. Daha sonra Ceyhun ona bildirmişdir ki, guya həmin qıza deyəcəkdir ki, şəkilləri silsin. Bundan sonra ayrılmışlar. xx xxxx 2020-ci il tarixdə ona İbrahimova All profilindən guya Aytac yazaraq bildirmişdir ki, onunla dostu ilə tanış çıxmış, ona görə də əlaqəni kəsmək istəyir və bildirmişdir ki, guya onun bütün şəkillərini silmişdir. Bundan sonra o, özü də həmin profillə əlaqə saxlamamışdır. Lakin artıq başa düşmüşdür ki, Aytac adlı şəxs yoxdur, bu çox güman ki, elə Ceyhunun özüdür. Daha sonra onun telefon nömrəsi Ceyhunda olduğu üçün Ceyhun onunla yazışmışdır. O, isə xahiş etmişdir ki, özündə olan şəkillərini silsin. Lakin Ceyhun bildirmişdir ki, yalnız Aytacda olan şəkilləri silə bilər, lakin özündə olan şəkilləri saxlayacaqdır. O, artıq başa düşmüşdür ki, qız adı ilə danışan elə Ceyhunun özüdür, bunu sonuncu özü də etiraf etmişdir. Sonrakı müddətdə Ceyhun ondan 1.000 pul tələb etməyə başlamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə Ceyhunla yenə də Çayka çay evində görüşmüş və Ceyhıın ona bildirmişdir ki, əgər 1.000 manat pul versə onun bütün şəkillərini siləcəkdir. Əgər həmin pulu verməsə şəkillərini yaşadığı bütün Yasamal rayonundakı tanışlarına və sosial şəbəkədə yayacaqdır O, artıq vəziyyətin çıxılmaz olduğunu görüb əsl baş verənlər və Ceyhunun ona qarşı olan hədəqorxuları barədə polisə şikayət etmək qərarına gəlmişdir. Şikayətdən əvvəl o, demişdir ki, guya ilkin olaraq 200 manat pul verə bilər. Nəticədə xx xxxx 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə ərizə ilə müraciət etmiş, Ceyhun xx xxxx 2020-ci il tarixdə saat 15:30-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «50 Qəpik» adlı çayxananın qarşısında görüş təyin etmişdir. Bundan sonra ona həmin idarədə 02 ədəd 100 manatlıq olmaqla nömrələnmiş və kserosurətləri çıxarılmış 200 manat pul verilmiş, həmin pulları o, Ceyhunla görüşüb ona verməli imiş və polislər onu saxlamalı imişlər. Daha sonra həmin tarixdə o, iki nəfər polislə birgə qeyd olunan ünvana getmişdir. Qeyd olunan vaxtda görüşmüşlər, o, deyilənləri etmiş və Ceyhuna 200 manat pulu vermiş, sonıncu pulu alıb əynindəki şalvarının sağ yan cibinə qoyduqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Polis idarəsində onun da iştirakı ilə Ceyhunun üzərinə hüquqlarını müdafiə edən vəkilin yanında baxış keçirilmiş və baxış zamanı həmin 200 manat pul ondan aşkar olunmuşdur. Təqdim olunan pulların əvvəldən kserosurətləri çıxarılmış pullar olduğu müəyyən olunmuşdur. Ceyhun həmin pulu ondan hədə-qorxu ilə tələb edib almadığını bildirsə də o, Ceyhunun ona ona hədə-qorxu gəlib həmin pulu tələb edib aldığını bildirmişdir. Həmçinin bildirmişdir ki, Ceyhun bu adla ondan 1000 manat pul tələb etmişdir. Bundan sonra protokol tərtib olunmuş və hamı imzalarla protokolun doğruluğunu təsdiq etmişlər. Daha sonra Zərərçəkmiş şəxsməhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələb və iddiasının olmamasını bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN BMCMİ-nin XMİÜ-nün əməlliyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki,Zərərçəkmiş şəxsxx xxxx 2020-ci il tarixdə Baş X1 İdarəsinə ərizə ilə müraciət edərək “İnslaqram” sosial şəbəkəsində tanış olduğu Ceyhun adlı şəxsin onun çılpaq fotoşəkillərini yayacağı ilə hədəqorxu gələrək 1.000 manat pul tələb etdiyini, ilkin olaraq həmin məbləğin 200 manatını verə biləcəyini dediyini göstərməklə həmin şəxsin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmiş, həmçinin Ceyhun adlı şəxslə aralarında olan yazışmaları da təqdim etmişdir. Məlum olmuşdur ki, həmin Ceyhun adlı şəxs məhz Təqsirləndirilən şəxsdir. Həmin məlumat raportla Baş İdarənin rəisinə məruzə edildikdən sonra sonuncunun qanunazidd hərəkətlərinin qarşısının alınması məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərara əsasən əməliyyat qrupu yaradılmış və DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 2 ədəd 100 manatlıq olmaqla cəmi 200 manat pul götürülməklə kserosurəti çıxarılaraq Zərərçəkmiş şəxsverilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 19A ünvanında yerləşən “50 Qəpik” çay evinin qarşısında saat 15-30-da Zərərçəkmiş şəxshəmin 200 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu saxlanılmış və müvafiq araşdırma aparılması üçün Baş İdarəyə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin tarixdə baş təhqiqatçı Yusif Yusifov tərəfindən Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil Oktay Əliyev dəvət olunaraq ona təqdim edilmiş və daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin cibindən bir ədəd ‘‘Samsung A-50" markalı mobil telefonu, göy rəngli cins şalvarının sağ yan cibindən pul əskinaslarını, həmçinin gödəkçənin cibindən telefon adapteri və alışqanı çıxarıb təqdim etmişdir. Alışqan və telelon adapteri əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 200 manat pula baxış keçirildi və eyniləşdirmə zamanı məlum olmuşdur ki, həmin pullar əvvəlcədən Zərərçəkmiş şəxsverilmiş pullarla eynilik təşkil edir. Sorğu zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul aldığını etiraf etsə də, hədə-qorxu gəlmədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona hədə-qorxu gələrək pul tələb edib aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin 200 manat pul və bir ədəd mobil telefon təhqiqatçı tərəfindən iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonda şəxsi axtarışın keçirilməsinə dair protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN BMCMİ-nin XMİÜ-nün baş əməlliyat müvəkkili Şahid2 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinnə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cild30-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsintutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxshəmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild88-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 23-24-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olanpolisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 128-133-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli,4/319-11/150 nömrəli məhkəmə-sənətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd Samsung markalı mobil telefonda olan tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərdəki “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Tədqiqat təqdim edilmiş bir ədəd Samsung markalı mobil telefonda «Skrinşöt» qovluğunda olan 20200304_041104.jpg, 20200304_041054.jpg. 20200304_040934.jpg, 20200219_021316.jpg adlı fotoşəkillər pornoqrafik xarakterli deyildir. Cinayət işinin 1-ci cild 129-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300(üç yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 134-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli,3/611 nömrəli məhkəmə-portret ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Samsung A50 markalı mobil telefonda «Skrinşöt» qovluğunda olan 20200304_040934.jpg və 20200219_021316.jpg adlı fotoşəkillərdə olan şəxs Zərərçəkmiş şəxsdur. Lakin 20200304_041104.jpg və 20200304_041054.jpg adlı şəkillərdə olan şəxsin .xarici görünüşünü xarkterizə edən elementlər (başı, saçı, sifəti, alnı, qaşları, gözləri və s.) əks olunmadığından onların müqayisəli tədqiqatı aparılmamışdır. Cinayət işinin 1-ci cild 135-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 347 (üç yüz qırx yeddi) manat 45 (qırx beş) qəpik müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 143-149-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A50” markalı mobil telefon aparatı Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 200 manat pul DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitləri fonduna qaytarılması üçün xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 təqdim edilmiş, 01 ədəd CD disk isə cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 1-ci cild 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 DİN-nin əməliyyat xərclərindən götürülmüş iki ədəd 100 manatlıq olmaqla cəmi 200 manat pulu baş müstəntiq həmin tarixdə Ş.Hüseynovdan təhvil almışdır. Cinayət işinin 2-ci cild 14-cü vərəqəsində olan Zərərçəkmiş şəxsərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin 1-ci cild 99-cu vərəqəsində olan xx xxxxx 2020-ci il tarixli Ağdam RİHB-nin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, bu günədək nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində heç bir neqativ məlumat daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspertiza rəyləri və cinayət işində olan digər materiallar ilə onun hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə zərərçəkmiş şəxsin əmlakını tələb etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxscəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxsinona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində verilmiş xasiyyətnaməni cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, sonuncunun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmişpolisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, saxlanılmasıüçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasına göndərilməli, hökmün icrası xidmətin Konvoy Toboruna həvalə edilməli, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından və sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə və maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A50” markalı mobil telefon aparatı cinayətin törədilməsində alət hesab olunduğundan Dövlət nəfinə müsadirə edilməli, 200 manat pul DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitləri fonduna qaytarılmalı, 01 ədəd CD disk cinayət işinə əlavə olunmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 647 (altı yüz qırx yeddi) manat 45 (qırx beş) qəpikTəqsirləndirilən şəxstutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) günmüddət nəzərə alınmaqla, sonuncunun üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) günmüddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılmasıüçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və 01 ədəd “Samsung A50” markalı mobil telefon aparatı Dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 647 (altı yüz qırx yeddi) manat 45 (qırx beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-251/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-251/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver