Məhkəmə qərarları › İş №1(006)-251/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-251/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-251/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs və onun: Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Qobustan rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22.02.2021-ci il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanda yerləşən köşkün arxasında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunu burun nahiyəsindən qəsdən təpiklə vurub ona həmin nahiyənin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uşaqlıqdan internat məktəbində böyümüş, hazırda Bakı şəhərində müxtəlif ünvanlarda olan günlük evlərdə kirayə qalır. 2020-ci ilin yay aylarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Səməd Vurğun” parkının yaxınlığındakı köşkdə satıcı işləmişdir. Həmin ərəfədə parka tez-tez gəlib köşkdən alış-veriş edən Zərərçəkmiş şəxslə tanış olmuş, aralarında yaxşı münasibət yaranmışdır. 2020-ci ilin avqust ayında o, Rövşəndən borca pul almış, lakin sonradan işdən çıxdığından pulu qaytara bilməmişdir. 22.02.2021-ci il tarixdə, saat 15 radələrində o, “Səməd Vurğun” parkında olarkən Rövşən ona yaxınlaşıb borcunu tələb etmişdir. O da Rövşənə pulunun olmadığını deyib qısa müddətə borcunu qaytaracağını söz vermişdir. Buna baxmayaraq Rövşən təkidlə pulunu tələb etməyə başlamış, həmçinin parkda onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu vaxt onların arasında mübahisə yaranmış və Rövşənlə parkın ortasında dalaşmamaq üçün ona kənara çəkilib söhbət etməyi təklif etmişdir. Rövşənlə bərabər köşkün arxasına keçmiş və ondan nalayiq ifadələrin işlətməməsini tələb etmiş, sonuncu isə söyüş söyməyə davam etmişdir. Buna görə onun yaxasından tutub yerə yıxmış və sifət nahiyəsindən təpiklə zərbə vurmuş və Rövşənin burnundan qan gəldiyini görüb qorxaraq dərhal oradan qaçmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, bir müddət Bakı şəhəri, Nəsimi rayonu, “Səməd Vurğun” parkının yaxınlığında yol kənarındakı avtomobillərə nəzarət edərək gündəlik qazanc əldə etmişdir. Bu ərəfələrdə özünü ona “Şahin” kimi təqdim edən, lakin sonradan əsl adını bildiyi Şahnəsiblə tanış olmuşdur. Şahnəsib yaxınlıqdakı köşkdə satıcı işləmiş, o da tez-tez köşkdən alış-veriş etdiyi üçün aralarında yaxşı münasibət yaranmışdır. Həmin vaxtdan Şahnəsibin ona 20 manat borcu qalmışdır. Sonralar o, parkın yaxınlığında işləməsə də, arabir gəzmək üçün oraya gedibgəlmişdir. 22.02.2021-ci il tarixdə, saat 15 radələrində o, “Səməd Vurğun” parkında olarkən Şahnəsibi görüb ondan borcunu istəmişdir. Şahnəsib isə pulunu qaytarmaqdan imtina edib onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən aralarında dava düşmüş, Şahnəsib onu söhbət etmək üçün Nəsimi rayonu, Puşkin küçəsi, 12 saylı ünvanda yerləşən köşkün arxasına çağırmışdır. Onlar köşkün arxasına keçdikdə ətrafda heç kimin olmamağından istifadə edərək Şahnəsib onun yaxasından tutub yerə yıxmış və sifətindən bir dəfə təpiklə zərbə vurmuş və burnundan qan gəldiyini görüb dərhal oradan qaçıb getmişdir. Sonradan Şahnəsib onunla maraqlanmamış, səhhətinə vurulmuş zərərlə bağlı çəkilmiş müalicə xərclərini ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 Nəsimi rayon şöbəsinin 12.03.2021-ci il tarixli, 108 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – burun nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yaraları bərk küt əşyanın təsirindən müayinədən bir qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən 22.02.2021ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild İ, i.v.28-29);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03.03.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild İ, i.v.71);  “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xırda talamalara, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir (İİ cild);  Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli axtarış elan olunaraq iş üzrə icraat dayandırılmış, 16.05.2021-ci il tarixdə isə o, məhkəməyə təqdim olunduğu üçün icraat təzələnmişdir (İİ cild);  Təqsirləndirilən şəxs təkrar olaraq məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün onun barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarışı elan olunmuş, 13.08.2021-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, maddi və sosial vəziyyətini, məşğuliyyətini və yaşayış tərzini, məhkəmə baxışında olan davranışını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növlərinin tətbiqi cəzanın məqsədlərinə uyğun deyil, eyni zamanda təqsirləndirilən şəxsin bu növ cəzaların icrasından yayınması hallarının baş verməsinə şərait yaratmaqla yanaşı, təyin olunacaq cəzanın tətbiqi səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Ona görə də ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm onun islah olunmasına xidmət edər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 13 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 16 saat üçün nəzərdə tutulan 96 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 16 saat üçün nəzərdə tutulan 96 (doxsan altı) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar