Məhkəmə qərarları › İş №1(006)-251/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-251/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-251/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs2 Əliimcan oğlu və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1977-ci ildə Şirvan şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şirvan şəhəri, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 2 ünvanında inzibati binada pasport qeydiyyatında olan və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 yanvar 2022-ci il tarixdə saat 01:30 ndələrində X1 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 16 ünvanının qarşısında saxladığı “Land Rover” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər, əvvəlcədən aralarında olan rolların bölgüsünə görə Təqsirləndirilən şəxs2 əlində olan istintaqa məlum olmayan alətlə avtomobilin arxa sağ yan şüşəsini sındırdıqdan sonra kənara çəkilib müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlməməyinə nəzarət etmiş, o isə avtomobilin salonundan 01 ədəd 5 (beş) manat dəyərində qara rəngli “DeBlassio” markalı şalvarı, 01 ədəd 10 (on) manat dəyərində göy rəngli “Billionaire İtalian couture” markalı qolsuz gödəkçəni, 01 ədəd 20 (iyirmi) manat dəyərində qara rəngli “Kuper” markalı paltonu, 01 cüt 10 (on) manat dəyərində Gucci markalı kişi ayaqqabısını, 01 ədəd 2 (iki) manat dəyərində ağ rəngli qulaqcığı, 01 ədəd 15 (on beş) manat dəyərində “Puma” markalı idman çantasını, 01 ədəd 2 (iki) manat dəyərində ***-***-**-** saylı GSM nömrəni, 01 ədədinin qiyməti 10 (on) manat olmaqla 20 (iyirmi) manat dəyərində 02 ədəd "xxxx" ASC yə məxsus bank kartını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1200 (min iki yüz) manat dəyərində göy rəngli ilan dərisindən hazırlanmış “Zilli” markalı gödəkçəni, 01 dəst 550 (beş yüz əlli) manat dəyərində kişi kostyumunu, 01 cüt 280 (iki yüz səksən) manat dəyərində parlaq kişi ayaqqabısını, hər birinin qiyməti ayrılıqda 220 (iki yüz iyirmi) və 170 (yüz yetmiş) manat olmaqla 02 ədəd ümumi dəyəri 390 (üç yüz doxsan) manat olan cins materialından hazırlanmış şalvarları, 01 ədəd 800 (səkkiz yüz) manat dəyərində dəri gödəkçəni, 01 ədəd 4500 (dörd min beş yüz) manat dəyərində “Vertu” markalı mobil telefonu, 01 cüt 140 (yüz qırx) manat dəyərində göy rəngli kişi ayaqqabısını, 05 ədəd hər birinin qiyməti 80 (səksən) manat olmaqla ümumi dəyəri 400 (dörd yüz) manat olan kişi şalvarları, 05 ədəd hər birinin qiyməti 40 (qırx) manat olmaqla ümumi dəyəri 200 (iki yüz) manat olan sviterlər, 04 ədəd hər birinin qiyməti 25 (iyimi beş) manat olmaqla ümumi dəyəri 100 (yüz) manat olan kəmərləri, 01 ədəd 5 (beş) manat dəyərində qələm dəstini, 01 ədəd 100 (yüz) manat dəyərində üzərində ərəb gerbi olan suvenir bıçağı, 02 ədəd hər birinin qiyməti 100 (yüz) manat olmaqla ümumi dəyəri 200 manat olan “Samsung” markalı mobil telefonları gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 ümumilikdə 8949 (səkkiz min doqquz yüz qırx doqquz) manat məbləğində maddi ziyan vuraraq xeyli miqdarda oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olar bir qrup şəxs halında birləşərək 20 yanvar 2022-ci il tarixdə saat 01:30 radələrində X1 məxsus, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 16 ünvanının qarşısında saxladığı “Land Rover” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər, əvvəlcədən aralarında olan rolların bölgüsünə görə o, əlində olan istintaqa məlum olmayan alətlə avtomobilin arxa sağ yan şüşəsini sındırdıqdan sonra kənara çəkilib müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlməməyinə nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə avtomobilin salonundan 01 ədəd 5 (beş) manat dəyərində qara rəngli “DeBlassio” markalı şalvarı, 01 ədəd 10 (on) manat dəyərində göy rəngli “Billionaire İtalian couture” markalı qolsuz gödəkçəni, 01 ədəd 20 (iyirmi) manat dəyərində qara rəngli “Kuper” markalı paltonu, 01 cüt 10 (on) manat dəyərində Gucci markalı kişi ayaqqabısını, 01 ədəd 2 (iki) manat dəyərində ağ rəngli qulaqcığı, 01 ədəd 15 (on beş) manat dəyərində “Puma” markalı idman çantasını, 01 ədəd 2 (iki) manat dəyərində ***-***-**-** saylı GSM nömrəni, 01 ədədinin qiyməti 10 (on) manat olmaqla 20 (iyirmi) manat dəyərində 02 ədəd "xxxx" ASC yə məxsus bank kartını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1200 (min iki yüz) manat dəyərində göy rəngli ilan dərisindən hazırlanmış “Zilli” markalı gödəkçəni, 01 dəst 550 (beş yüz əlli) manat dəyərində kişi kostyumunu, 01 cüt 280 (iki yüz səksən) manat dəyərində parlaq kişi ayaqqabısını, hər birinin qiyməti ayrılıqda 220 (iki yüz iyirmi) və 170 (yüz yetmiş) manat olmaqla 02 ədəd ümumi dəyəri 390 (üç yüz doxsan) manat olan cins materialından hazırlanmış şalvarları, 01 ədəd 800 (səkkiz yüz) manat dəyərində dəri gödəkçəni, 01 ədəd 4500 (dörd min beş yüz) manat dəyərində “Vertu” markalı mobil telefonu, 01 cüt 140 (yüz qırx) manat dəyərində göy rəngli kişi ayaqqabısını, 05 ədəd hər birinin qiyməti 80 (səksən) manat olmaqla ümumi dəyəri 400 (dörd yüz) manat olan kişi şalvarları, 05 ədəd hər birinin qiyməti 40 (qırx) manat olmaqla ümumi dəyəri 200 (iki yüz) manat olarn sviterlər, 04 ədəd hər birinin qiyməti 25 (iyimi beş) manat olmaqla ümumi dəyəri 100 (yüz) manat olan kəmərləri, 01 ədəd 5 (beş) manat dəyərində qələm dəstini, 01 ədəd 100 (yüz) manat dəyərində üzərində ərəb gerbi olan suvenir bıçağı, 02 ədəd hər birinin qiyməti 100 (yüz) manat olmaqla ümumi dəyəri 200 (iki yüz) manat olan “Samsung” markalı mobil telefonları gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 ümumilikdə 8949 (səkkiz min doqquz yüz qırx doqquz) manat məbləğində maddi ziyan vuraraq xeyli miqdarda oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Xəzər rayonu ərazisində gündəlik evlərdə kirayə qalarkən “Səbuhi” adlı şəxs ilə tanış olmuşdur. Daha sonra aralarında münasibət yaranmışdır. Onlar öz aralarında Bakı şəhəri Sabunçu rayonu ərazisində kirayə ev götürərək bir evdə qalmağa qərar vermişlər. Lakin heç biri işləmədiyi üçün öz aralarında avtomobillərdən oğurluq etmək qərarına gəlmişlər. Təxminən yanvar ayının 10-u tarixində onlar Sabunçu rayonu şəhər şosesi, Səfərbərlik idarəsinin arxasında yerləşən həyət evlərindən birində kirayə qalmağa başlamışlar. xx.xx.2022-ci il tarixində o, Səbuhi ilə birgə sonuncunun məhkum dostları ilə görüşmək məqsədilə yaşadıqları evdən çıxmışlar. Belə ki, Səbuhi məhkum dostları ilə görüşüb onlardan pul almalı imiş. Bu məqsədlə də onlar birlikdə 4-cü mikrorayon ərazisinə getmişlər. Həmin əraziyə onlar bir nəfər tanımadıqları taksi sürücüsü ilə gəlmişlər. Lakin Səbuhi dostlarından pul götürə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişlər. Həmin ərazidə yerləşən binaların birinin həyətinə daxil olaraq orada dayanan “Land Rover” markalı avtomobili görmüşlər. O, həmin maşından oğurluq etməyi təkilf etsə də Səbuhi razılıq verməmişdir. Səbuhi ona bildirmişdir ki, bura binanın qarşısı olduğu üçün təhlükəlidir. Sonra isə Səbuhiyə demişdir ki, işi vardır, binanın yanında gözləsin o, gələcəkdir. Lakin Səbuhiyə maşından oğurluq edəcəyi barədə heç nə deməmişdir. O, həmin yerdən uzaqlaşmış və maşına daxil olaraq içərisində olan əşyaları çantaya yığmış, təxminən yarım saat sonra geri dönmüşdür. Səbuhi onun oğurluq etdiyini bildikdən sonra ona demişdir ki, gərək oğurluq etməzdin. O, isə oğurladığı əşyaların içərisindən bir ədəd mobil telefonu Səbuhiyə vermişdir ki, satıb evin kirayəsini ödəsin. Telefonu isə sonradan birgə 150 manata satmışlar. Daha sonra onlar Sabunçuda kirayə qaldıqdları ünvana getmişlər. Bank kartlarını oğurladıqları geyim əşyalarının arasında sonradan aşkar etmiş, lakin həmin kartlardan istifadə etməmiş və Sabunçu rayonu ərazisində xatırlamadığı bir ünvanda tullamışlar. Oğurladıqları əşyaları satmaqda Səbuhi ona köməklik etmiş, lakin oğurluğu tək etmiş, Səbuhinin xəbəri olmamışdır. İbtidai istintaq zamanı isə ona təzyiq edildiyi üçün Səbuhinin də oğurluqda iştirakının olduğunu demişdir. Əslində isə əvvəlcədən Səbuhi ilə aralarında hər hansı bir sövdələşmə və əlbirlik olmamışdır. Taksi sürücüsünü də tanımamışlar, təsadüfən tanımadıqları adam olmuşdur. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək peşman olduğunu, cinayət əməlini təkbaşına etdiyini bildirərək, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, 2022-ci ilin əvvəllərində Bakı şəhəri, Xəzər rayonu ərazisində gündəlik evlərdə kirayə qalarkən orada kirayə qalan “Rasul” adlı şəxs ilə tanış olmuşdur. Daha sonra aralarında münasibət yaranmış və öz aralarında Bakı şəhəri Sabunçu rayonu ərazisində kirayə ev götürərək bir evdə qalmağı qərarlaşdırmışlar. Dəqiq tarixini xatırlamadığı bir gündə tanışı Rasul ilə birlikdə şəhərə çıxaraq məhkum dostları ilə görüşmək qərarına gəlmişlər. Lakin planlaşdırdıqları kimi onlarla görüşləri baş tutmamışdır. Bundan sonra onlar bir nəfər tanımadıqları taksi sürücüsü ilə Nəsimi rayonu 3-cü mikrorayon ərazisinə gəlmişlər. Həmin ərazidə binaların birinin qarşısında “Land Rover” markalı avtomobili görmüşlər. Rasul ona həmin maşından oğurluq etməyi təkilf etsə də o, razılıq verməmiş və bildirmişdir ki, bura binanın qarşısı olduğu üçün təhlükəlidir. Bundan sonra Rasul ona işinin olduğunu, qısa bir müddətdə geri qayıdacağını deyib, ondan xahiş etmişdir ki, binanın qarşısında onu gözləsin. Lakin ona oğurluq edəcəyi barədə heç nə deməmişdir. Təxminən yarım saat sonra Rasul əlində çanta geri qayıdaraq biraz əvvəl gördükləri maşından oğurluq etdiyini bildirmişdir. O, isə öz növbəsinə Rasula oğurluq etdiyi üçün iradını bildirmişdir. Bundan sonra, Rasul ona çantanın içərisindən bir ədəd telefon verərək, satıb evin kirayəsini ödəməsini, ya da istəyirsə pulunu verib özünə götürməsini demişdir. Həmin telefonu 150 manata satmışdır. Lakin istintaq vaxtı isə həmin telefonun 8000 manat qiymətinin olduğunu bildirmişlər. Rasul ilə qabaqcadan hər hansı bir razılıq və ya sövdələmə olmamış, oğurluqda onun iştirakı olmamışdır. Avtomaşının şüşəsinin kim tərəfindən və necə sındırıldığını görməmişdir. Kamera görüntülərindən və zərərçəkmiş şəxsin ifadəsindən də aydın olur ki, oğurluğu Rasul tək etmiş, o yalnız əşyaların satılmasında sonuncuya köməklik etmişdir. İfadəsinin sonunda əməli sübuta yetmədiyi üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 7 ünvanda yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 23:30 radələrində yaşadığı evə gəlmişdir. “Land Rover” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilini yaşadığı binanın qarşısında saxlamış və evə qalxmışdır. xx.xx.2022-ci il tarixçə saat 13:00 radələrində evdən çıxaraq avtomobilinə yaxınlaşdıqda avtomobilinin arxa sağ şüşəsinin sındırıldığını və avtomobilin salonunda və yük hissəsində olan əşyaların oğurlandığını aşkar edərək DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Avtomobilinin salonuna baxdıqda oradan 01 ədəd qara rəngli “DeBlassio” markalı şalvar, 01 ədəd göy rəngli “Billionaire İtalian couture” markalı qolsuz gödəkçə, 01 ədəd qara rəngli “Kuper” markalı palto, 01 cüt Gucci markalı kişi ayaqqabısı, 01 ədəd ağ rəngli qulaqcıq, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəmər, 01 ədəd “Puma” markalı idman çantası, 01 ədəd 1200 (min iki yüz) manat dəyərində göy rəngli ilan dərisindən hazırlanmış “Zilli” markalı gödəkçə, 01 dəst kişi kostyumu, 01 cüt parlaq kişi ayaqqabısı, 02 ədəd cins şalvar, 01 ədəd dəri gödəkçə, 01 ədəd üzərində ***-***-**-** GSM nömrəsi olan “Vertu markalı” mobil telefon, 05 ədəd kişi şalvarı, 01 cüt göy rəngli kişi ayaqqabısı, 05 ədəd kişi isti köynəyi (jaket), 02 ədəd “Samsung” markalı mobil telefon, 04 ədəd kəmər, 01 ədəd qələm dəsti, 02 ədəd "xxxx" ASC-yə məxsus bank kartı, 01 ədəd üzərində ərəb gerbi olan suvenir bıçağın oğurlanmasını aşkar etmişdir. O, “Vertu” markalı mobil telefonu 4500 manata, “Samsung” markalı mobil telefonların hər birini 100 manata, qara rəngli paltonu 1500 manata, göy rəngli gödəkçəni 1200 manata, yük hissəsində olan dəri gödəkçəni 800 manata, göy cinslərdən birini 220 manata, digərini isə 170 manata, ayaqqabılardan qara laklı olanını 280 manata, göy rəngli olanını 140 manata, makasin ayaqqabını 130 manata, qara rəngli dəst kostyumu 550 manata, oğurlanan digər 05 ədəd şalvarın kostyum şalvarı olmasını nəzərə alaraq şalvarların qiymətinin hər birini 80 manata, 05 ədəd sviterlərin hər birinin qiyməti 40 manata, 04 ədəd kəmərin hər birinin qiyməti 25 manata, qələm dəstini 5 manata, üzərində ərəb gerbi olan 100 manat dəyərində suvenir bıçağının olmadığını şahidi olmuşdur. Binanın qarşısında quraşdırılmış kamera görüntülərinə baxarkən oğurluq edən şəxslərin üç nəfər olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 kamera görüntüsünə düşmüş, lakin Səbuhini görməmişdir. Bu iki nəfərdən başqa digər bir şəxs də oğurluqda iştirak etmişdir. Belə ki, ona məxsus telefon nömrəsi qeyd etdiyi üçüncü şəxsin whatsapp nömrəsində olmuş və istifadə etmişdir. Bank kartları da həmin şəxs tərəfindən götürülmüş, alış-verişi də həmin şəxs etmişdir. Oğurluq hadisəsini özündə əks etdirən iki videgörüntü olmuş və onları da polisə təqdim etmişdir. Maşının içinə Rasul girmiş, digər bir nəfər isə əşyaları daşımışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu bildirərək, dəymiş ziyanın ödənilməsini xahiş etdi. İş materiallarında olan “təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Səbuhi” adlı şəxslə birlikdə xx.xx.2022-ci il tarixdə vətəndaş X1 məxsus ünvan 8 ünvanın qarşısında saxladığı “Land Rover” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları 01 ədəd qara rəngli “DeBlassio” markalı şalvar, 01 ədəd göy rəngli “Billionaire İtalian couture” markalı qolsuz gödəkçə, 01 ədəd qara rəngli “Kuper” markalı palto, 01 cüt Gucci markalı kişi ayaqqabısı, 01 ədəd ağ rəngli qulaqcıq, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəmər, 01 ədəd “Puma” markalı idman çantasını könüllü olaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Vahid Quliyevə təqdim etmişlər və onun tərəfindən həmin əşyalar götürülmüşdür (i/v 21). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin ünvan 9 ünvanın qarşısında olması müəyyən edilmiş və bununla bağlı protokol tərtib olunaraq fotocədvəl tərtib edilməklə materiala əlavə edilmişdir (i/v 8-9). İş materiallarında olan videogörüntüyə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 10 ünvanının qarşısında saxlanılmış “Land Rover” markalı **-EM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə bir-neçə dəfə yaxınlaşan iki nəfər şəxs avtomobildən geyimləri və sair əşyaları oğurlayaraq aparmaları videogörüntüdə qeydə alınmışdır (i/v 13-14). Məhkəmə iclasında oğurluq hadisənin videogörüntüsünü özündə əks etdirən diskə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd qara rəngli “DeBlassio” markalı şalvar, 01 ədəd göy rəngli “Billion aire İtalian couture” markalı qolsuz gödəkçə, 01 ədəd qara rəngli “Kuper” markalı palto, 01 cüt Gucci markalı kişi ayaqqabısı, 01 ədəd ağ rəngli qulaqcıq, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəmər, 01 ədəd “Puma” markalı idman çantasının maddi sübut kimi tanınması və saxlanılması üçün sahibi X1 qaytarılması barədə qərar qəbul olunmuşdur (i/v 175-183). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəmər təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliimcan oğluna elan edilmiş ittihama daxil edilməmişdir (i/v 175-183). İş materiallarında olan qəbzdən görünür ki, X2 01 ədəd qara rəngli “DeBlassio” markalı şalvarı, 01 ədəd göy rəngli “Billion aire İtalian couture” markalı qolsuz gödəkçəni, 01 ədəd qara rəngli “Kuper” markalı paltonu, 01 cüt Gucci markalı kişi ayaqqabısını, 01 ədəd ağ rəngli qulaqcığı, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəməri, 01 ədəd “Puma” markalı idman çantasını müstəntiqdən təhvil almışdır (i/v 84). İş materiallarında olan əşyanın tanınmaya təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi götürülmüş 01 ədəd qara rəngli “DeBlassio” markalı şalvar, 01 ədəd göy rəngli “Billionaire İtalian couture” markalı qolsuz gödəkçə, 01 ədəd qara rəngli “Kuper” markalı palto, 01 cüt Gucci markalı kişi ayaqqabısı, 01 ədəd ağ rəngli qulaqcıq, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəmər, 01 ədəd “Puma” markalı idman çantası X1 tanınmaya təqdim edilmiş, o həmin əşyaları tanıyaraq ona məxsus olmasını bildirmişdir (i/v 92-98). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(006)-65/2022 saylı qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 50-51, 88-91). İş materiallarına əlavə olunmuş Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-90/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 110-114). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (i/v 175-183). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-251/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-90/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə olması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 103-105). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nəsimi rayon məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3 -cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron rayon məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 177.2.2, 177.2.3-2, 177.2.4, 177.2.5, 326.2, 66.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 2021-ci ilin oktyabrında cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Abşeron RPİ tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində həbs edilmiş və onun barəsində olan cinayət işi baxılması üçün xx.xx.2022-ci il tarixdə Abşeron rayon məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2022-ci il tarixli, 9/901 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 06 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 62,00 manat müəyyən olunmuşdur. 01 ədəd istifadədə olmuş, qara rəngli, üzərində “Philipp Plein” yazıları olan kəmər istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətsiz müəyyən olunmuşdur. 02 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 22,00 manat müəyyən olunmuşdur. Digər qərarın təsviri hissəsində göstərilən 13 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, təyinatı, plçüləri, materialı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır (i/v 120-122). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə ilə bağlı videogörüntünü özündə əks etdirən DVD disk, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etməsində iştirak etməməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəyə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan CM yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli “DeBlassio” markalı şalvar, 01 ədəd göy rəngli “Billion aire İtalian couture” markalı qolsuz gödəkçə, 01 ədəd qara rəngli “Kuper” markalı palto, 01 cüt Gucci markalı kişi ayaqqabısı, 01 ədəd ağ rəngli qulaqcıq, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəmər, 01 ədəd “Puma” markalı idman çantasının sahibi X1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 və X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdirlər. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-251/2022 saylı, 12 may 2022-ci il tarixli qərara əsasən 13 may 2022-ci il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkilləri X9 və X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 və X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı-ayrılıqda 240 (iki yüz qırx) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 02 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli “DeBlassio” markalı şalvar, 01 ədəd göy rəngli “Billionaire İtalian couture” markalı qolsuz gödəkçə, 01 ədəd qara rəngli “Kuper” markalı palto, 01 cüt Gucci markalı kişi ayaqqabısı, 01 ədəd ağ rəngli qulaqcıq, 01 ədəd qara rəngli “Philipp Plein” markalı kəmər, 01 ədəd “Puma” markalı idman çantasının sahibi X1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar